Docstoc

d_word_refe_ekono_203

Document Sample
d_word_refe_ekono_203 Powered By Docstoc
					     QAFQAZ UNİVERSİTETİ

        Mühəndislik Fakültəsi

    Sənaye Mühəndisliyi Bölümü




            II kurs tələbəsi
         Bəxtiyar Abdullayev
  E-mail: abd_bakhtiyar@yahoo.com


      İqtisadiyyat – Fənnindən

«John Nash “Oyunlar nəzəriyyəsi”»
          Mövzusunda



Semestr daxili istəyə bağlı fəaliyyət işi




       Müəllim: Natiq Məcidov




                 2008



                  -1-
                     Oyunlar Nəzəriyyəsi (The Game Theory)
       Bildiyimiz kimi oliqapoliyalar (bir neçə satıcının oxşar əmtəələri satdığı bazar) inhisar
məhsul buraxılışına nail olmaq istəsə də, bunun üçün əməkdaşlıq tələb olunur ki, bunun təmin
edilməsi isə bəzən çətin olur. Bu bölmədə əməkdaşlıq arzu olunan, lakin çətin olduqda insanların
qarşılaşdığı problemlərə yaxından nəzər salacağıq. Əməkdaşlığı təhlil etmək üçün “Oyunlar
nəzəriyyəsi” haqqında bir qədər məlumat almaq lazımdır.
       “Oyunlar nəzəriyyəsi” insanların strateji situasiyalarında necə davrandığının öyrənilməsidir.
“Strateji” dedikdə hər bir insanın hansı tədbirlər görməklə bağlı qərara qəbul edərkən digərlərinin bu
tədbirə necə cavab verə biləcəyini nəzərə almalı situasiya nəzərdə tutulur.
Oliqapolistik bazardakı firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir.
Hər bir firma mənfəətin yalnız onun nə qədər istehsal etməsindən asılı olduğunu bilir. İstehsalla
bağlı qərarlar qəbul edərkən oliqapoliyadakı hər bir firma onun istehsal qərarlarının bütün digər
firmaların istehsal qərarlarına necə təsir göstərə biləcəyini nəzərə almalıdır.
       Rəqabətli və ya inhisarçı bazaların üçün “Oyunlar nəzəriyyəsi”nə ehtiyac yoxdur. Rəqabətli
bazarda hər bir firma bazarla müqayisədə o qədər kiçikdir ki, digər firmalara strateji qarşılıqlı
fəaliyyət mövcud deyil. Lakin, “Oyunlar nəzəriyyəsi” oliqopoliyaların davranışının öyrənilməsi
üçün çox əhəmiyyətlidir.

Oyunlar nəzəriyyəsi necə əmələ gəldi?

       İnsan davranışlarının oyunlar vasitəsilə izah ediləcəyi fikrini ilk düşünən Macarıstanda
doğulan böyük riyaziyyatçı John von Neumann olmuşdur. Elə onun bu fikrinin əmələ gəlməsinə
1928-ci ildə yazdığı məqalə yol açmışdı. Sonra 1944-cü ildə Oskar Morgenstern ilə John von
Neumann’ın birlikdə yazdıqları “Oyunlar Nəzəriyyəsi və İqtisadi Davranış” kitabı işıq üzü gördü.
Kitabla birlikdə, bu mövzu çox qısa zamanda universitetlərə dərs olaraq da girdi. Artıq xüsusilə
riyaziyyat bölmələrində “Oyunlar Nəzəriyyəsi” dərsləri verilirdi.
       Ancaq Von Neumann ilə Morgenstern’in kitabının üçdə biri cəmi “sıfır” olan iki nəfərlik
oyunlar üçün yazılmışdı. İkidən çox oyunçusu olan oyunlara aid olan hissə, kitabda böyük yer
tutmasına baxmayaraq tamamlanmamışdı. Ona görə də bu növ oyunlar üçün bir tam həllin olması
sübuta yetirilməmişdi. Kitabın son 80 səhifəsi isə cəmi “sıfır” olmayan oyunlara ayrılmışdı və Von
Neumann bu növ oyunları da əslində bir mənada cəmi “sıfır” olan oyunlara çevirməyə cəhd edirdi.
       Əlbəttə Von Neumann kimi əfsanəvi bir adamın yazdığı kitabda bu qədər çox açıq olması,
gənc və ehtiraslı riyaziyyatçılara böyük bir meydan oxuma şansı yaradırdı. John Forbes Nash Jr. bu
meydan oxuyanların ən yaxşısı idi.


                                                  -2-
Cəmi "Sıfır" olan və olmayan oyunlar nə deməkdir?

       Ümumiyyətlə oyunları cəmi “sıfır” olan oyunlar və cəmi “sıfır” olmayan oyunlar deyə ikiyə
ayırmaq mümkündür.
       Cəmi “sıfır” olan oyun modeli: Məsələn futbol, cəmi sıfır olan bir oyundur. Bir komanda
digərini 1-0 məğlub etdiyində, digər komanda da 0-1 məğlub olmuş olur. Məğlubiyyət ilə qələbənin
cəmi sıfır olur. Bənzər şəkildə poker də cəmi “sıfır” olan bir oyundur. Oyuna girən pul miqdarının
cəmi, qazanan və itirən oyunçuların önündəki pul miqdarının cəminə bərabərdir - yəni nəticə sıfırdır.
Bu növ oyunlar mütləq bir qalibiyyət, ya da mütləq bir məğlubiyyət yaratdığı üçün “oyun”
anlayışının özünü meydana gətir. Amma gündəlik həyatda, xüsusilə də insan əlaqələrində və
iqtisadiyyatda bu oyunlara çox az rast gəlinir.
       Cəmi “sıfır” olmayan oyun modeli: Bu model, tərəflərin də bir-birlərinə rəqib olmaqla
yanaşı, hər iki tərəfin də qazanclı ola biləcəyi tarazlıq vəziyyətləri də mövcuddur.
       Von Neumann’ın 1928-ci ildəki məqaləsi və daha sonra norveçli iqtisadçı Morgensten’lə
birlikdə 1944-cü ildə nümayiş etdikləri kitab, cəmi “sıfır olan” oyunlar məsələsini böyük ölçüdə həll
etmişdir, amma cəmi “sıfır olmayan” oyunları həll etmirdi. Bu gün bildiyimiz “Oyun nəzəriyyəsi”,
əslində iki teoremə söykənir. Bunlar, Von Neumann’ın 1928-ci ildəki “minimum-maksimum”
teoremi ilə Nash’a Nobel qazandıran 1950-ci ildəki “Tarazlıq Teoremi”dir.
       Oyunçuları öz aralarında əməkdaşlıq etdikləri və etmədikləri oyunların nəticəsində ciddi bir
fərq əmələ gəlir. Von Neumann’ın teoreminin real həyatla böyük bir əlaqəsi yoxdu id. Halbuki
Nash’ın teoremi, tamamilə real həyatı izaha istiqamətlidir. Bu sayədə Nash’ın teoremi siyasətdən
iqtisadiyyata, biologiyadan başqa sahələrə qədər bir çox yerlərdə tətbiq olunmuş və öz uğurlu
nəticəsini tapmışdır.

Dustaqların Dilemması (The Prisoner's Dilemma)

       Oyunlar Nəzəriyyəsi, əsas olaraq iki teorem üstünə qurulmuşdur. Bunlardan birincisini, yəni
“min-max teoremi” adı ilə bilinən teorem, hansı ki keçən əsrin riyaziyyatçısı John von Neuman irəli
sürmüşdür. İkincisi və çox daha əhəmiyyətlisini isə Nash irəli sürmüşdür. Buna da 'Nash Tarazlığı'
deyilir. “Nash tarazlığı” ilə əlaqədar teorem dərhal dövrün ən yaxşı beyinləri tərəfindən test edildi.
Bu testlərdən biri üçün inkişaf etdirilən oyunlardan biri “Dustaqların Dilemması” idi. Bu oyunu,
Nashın doktor müəllimi Al Tucker icad etmişdi
       Dustaqların dilemması polis tərəfindən yaxalanmış iki cinayətkar haqqında oyundur. Onları
Bonni və Klayd adlandıraq. Polisin Bonni və Klaydı qanunsuz silah daşıma kimi kiçik cinayətdə
ittiham etmək üçün kifayət qədər sübutu var və hər biri həbsdə bir il keçirəcək. Polis bu iki nəfərin
bank oğurluğunda iştirak etməsindən şübhələnsə də onları bu böyük cinayətdə ittiham etmək üçün

                                                  -3-
ciddi sübutu yoxdur. Polis Bonni və Klaydı ayrı-ayrı otaqlarda dindirir və onlardan hər birinə
aşağıdakı sövdələşməni təklif edirlər:
       “Bu dəqiqə səni bir illiyə həbs edə bilərik. Lakin bank oğurluğunu və ortağının da bu işdə əli
olduğunu da boynuna alsan sənə bəraət verər və azad edərik. Ortağın isə 20 il iş alacaq. Lakin əgər
hər ikiniz cinayəti boynunuza alsanız sizin ifadənizə ehtiyac olmayacaq və məhkəmə xərclərindən
azad olub 8 il iş alacaqsanız.
       Qəddar bank oğruları olan Bonni və Klayd yalnız öz hökmləri haqqında düşünərsə onların nə
edəcəyini düşünürsünüz? Onlar cinayəti etiraf edəcəklər yoxsa susacaqlar? Təsvir 2-də onların hər
birinin seçimi göstərilmişdir. Hər bir dustağın iki strategiyası var: etiraf etmək və ya susmaq. Hər bir
dustaq üçün çıxarılan hökm onun özünün və cinayət ortağının seçdiyi strategiyadan asılıdır.
       İlk olaraq, Bonnin qərarına baxaq. O, belə düşünür: “Mən Klaydın nə edəcəyini bilmirəm.
Əgər o, susarsa, mənim ən yaxşı strategiyam cinayəti etiraf etmək olar. Onda mən azad olar və bir
ili həbsxanada keçirmərəm. Əgər o, cinayəti etiraf edərsə yenə də mənim üçün ən yaxşı strategiya
cinayəti etiraf etmək olar. Onda mən həbsxanada 20 il deyil 8 il keçirəcəyəm. Deməli, Klaydın nə
etməsindən asılı olmayaraq cinayəti etiraf etməyim yaxşı olardı”
       Oyunlar nəzəriyyəsini dilində digər oyunçuların hansı strategiyanı seçməsindən asılı
olmayaraq oyunçu üçün ən yaxşı olan strategiya “dominant” strategiya adlandırılır. Bu halda
cinayətin etiraf edilməsi Bonni üçün dominant strategiyadır. Klaydın cinayəti etiraf etməsindən və
ya susmasında asılı olmayaraq o, həbsxanada daha az vaxt keçirəcək.

                                                                     Bonninin Qərarı
Təsvir 1
                                                  Etiraf etmək                       Susmaq

                                                        Bonni 8 il iş alır                Bonni 20 il iş alır

                        Etiraf etmək
                                           Klayd 8 il iş alır                Klayd azad edilir
 Klaydın Qərarı                                         Bonni azad edilir                 Bonni 1 il iş alır


                            Susmaq         Klayd 20 il iş alır               Klayd 1 il iş alır


       İndi isə Klaydın qərarına nəzər salaq. O da Bonni kimi seçimlə üzləşir və demək olar ki, eyni
qaydada düşünür. Bonninin nə etməsindən asılı olmayaraq, cinayəti etiraf etməklə Klayd həbsxanada
keçirəcəyi müddəti azalda bilər.
       Nəticə etibarilə Bonni və Klayd hər ikisi cinayəti etiraf edir və hə ikisi həbsxanada 8 il
keçirir. Lakin onlar üçün bu dəhşətli nəticədir. Əgər onların hər iş susmuş olsaydı daha yaxşı olardı -
onlar qanunsuz silah gəzdirməyə görə 1 il həbsxanada yatacaqdılar. Hər biri öz maraqlarını
güddüyündən hər ikisi onlar üçün daha pis olan nəticəni əldə edir.
                                                  -4-
       Əməkdaşlıq etməyin nə qədər çətin olduğunu bilmək üçün Bonni və Klaydın polis onları
yaxalamazdan əvvəl cinayəti etiraf etməməklə bağlı razılığa gəldiyini təsəvvür edin. Aydındır ki,
onlar bu razılaşmaya əməl etmiş olarlarsa, bu onların hər ikisi üçün daha yaxşı olardı. Belə olduqda
onların hər biri həbsxanada bir il keçirərdi. Lakin bu iki cinayətkar yalnız razılığa gəldiyinə görə
doğrudan da susacaqmı? Onlar ayrı-ayrılıqda dindirildiyindən “şəxsi maraq məntiqi” üstün gəlir və
onları cinayəti etiraf etməyə vadar edir. Fərdi yanaşmada əməkdaşlıq məntiqsiz olduğundan iki
cinayətkarın əməkdaşlıq etməsi çətindir.
       Yəni, əməkdaşlıq olmayan (non-cooperative) oyundakı dominant strategiya ilə əməkdaşlıq
olan oyundakı (coorperative) dominant strategiya bir-birindən çox fərqlidir. “Dustaqların
Dilemması” oyunu, Nash’ın tarazlıq anlayışı ilə ziddiyyət təşkil edirdi. Çünki Nash, hər oyunçunun
öz ən yaxşı strategiyasını izləyəcəyini, o biri oyunçuların da elə edəcəyini fərz edərdi. Halbuki oyun
bunun mütləq ki belə olmayacağını göstərirdi.
       Sovetlər Birliyi ilə Amerika arasında o zamanlar ən sürətli zamanlarını yaşayan silahlanma
yarışı, əslində “Dustaqların Dilemması” oyununa göstərilə biləcək ən yaxşı nümunədir. İki dövlət
də, əgər əməkdaşlıq etsəydilər və yarışı buraxsaydılar, bu hər iki ölkə üçün ən yaxşı variant olardı.
Amma hər ikisi üçün də dominant strategiya sonuna qədər silahlanmaq idi. (Təsvir 2)



                                                                Birləşmiş Ştatların (ABŞ) Qərarı
Təsvir 2
                                                   Silahlanmaq                    Tərksilah olmaq

                                                         ABŞ risk edir                      ABŞ risk edir
                                                                                             və zəifləyir
                       Silahlanmaq                                           ABŞ təhlükəsiz
Sovet İttifaqının (SSRİ)                    SSRİ risk edir                   və qüdrətlidir
         Qərarı                                       ABŞ təhlükəsiz və               ABŞ təhlükəsizdir
                                                          qüdrətlidir
                     Tərksilah olmaq        SSRİ risk edir
                                            və zəifləyir                     SSRİ təhlükəsizdir



       Bəli, Oyunlar Nəzəriyyəsi, yalnız iqtisadiyyatda deyil, kifayət qədər çox sahədə istifadə
edilirdi. İkinci Dünya Müharibəsi, tarixdə elm adamlarının ən böyük rolu olduğu müharibələrdən
biridir. Müharibənin qazanılmasına yalnız riyaziyyatçıların və fiziklərin deyil bütün elm sahələrinin
əməyi lazım və vacib idi. Elm müharibənin nəticəsini dəyişdirdiyi kimi döyüş də elmin qədərini və
irəliləməsini dəyişdirib istiqamətləndirdi. O illərin məntiqini də yaxşı anlamaq lazımdır. O illərdə
riyaziyyatın hər problemin açarı olduğu inancı var idi. Kifayət qədər yaxşı hesablansa, hər şeyi riyazi
olaraq izah edə bilərsiniz. Oyunlar Nəzəriyyəsinin Nash tərəfindən 1950-ci illərin əvvəllərində
bitirilməsi ilə birlikdə bu “inanc” artıq özünə yer tapmışdı.


                                                  -5-
       Oyunlar Nəzəriyyəsi, hərbidən ictimai elmlərə, iqtisadiyyatdan biologiyaya qədər çox sahədə
tətbiq olunurdu. Nash, nəzəriyyəsinin bir hissəsini yay aylarında işlədiyi «RAND» şirkətində
tamamladı. «RAND», Amerikan ordusunun elmi araşdırma ehtiyacını qarşılamaq üzrə silah
istehsalçıları tərəfindən qurdurulmuş bir elm şirkəti idi. O illərin atmosferi, «RAND»ın hələ özünü
qoruyan gücü və əlaqələri, Nash’ın və digər riyaziyyatçıların əməyi yalnız elm dünyasını deyil
ədəbiyyat və kinoya da öz təsirini göstərmişdi.

Nash Tarazlığı ( The Nash Equilibrium )

       “Nash tarazlığı” hər oyunçunun strategiyasının digər oyunçuların strategiyalarına ən uyğun
cavab olan strategiyalar profilidir. "Nash tarazlığı" anlayışı geniş əsaslı oyunlarda etibarlı olma
üstünlüyünə malikdir. Bu tarazlıqda Nash’ın təklifi tam olaraq bu idi: Bütün oyunçuların özünə görə
ən yüksək qazancı gətirəcək bir strategiyası var amma bu “dominant strategiya” oyunda yalnız bir
oyunçu olmadığı üçün (yəni oyunda bir neçə oyunçu iştirak edir) tətbiq oluna bilməz, ona görə də
bir “tarazlıq” vəziyyəti əmələ gəlməlidir. İndi oxuyunca çox sadə görünə bilər, amma həqiqətən bu
böyük bir “fikri sıçrayış”ı ifadə edirdi və bu “sıçrayış”ı da ortaya qoyan insan bir dahi idi.
       “Nash tarazlığı” strategiyası bir oyunçunun rəqibinin oynayacağını düşündüyü strategiyaya
qarşı özü baxımından ən yaxşı strategiyadır. “Nash tarazlığı” strategiyası seçildiyində də kimsə o
tarazlıqdan kənara çıxmaq istəmir. Nash ağır riyaziyyat istifadə edərək, belə bir tarazlığın çox
şərtlərdə mövcud olduğunu isbat etmiş, Von Neuman’ın yanaşmasına ümumiləşdirmiş həll çıxarmış
və “tarazlıq anlayışı”nı meydana gətirmişdir. Beləcə “oyun nəzəriyyəsi”nin bir çox sahədə
istifadəsinə yol açmış və 1994-cü ildə Nobelə mükafatına layiq (Amerikan iqtisadçısı John C.
Harsanyi və Alman riyaziyyatçısı və iqtisadçısı Reinhard Selten ilə birlikdə) olmuşdu. Bu gün “Nash
tarazlığı” iqtisadiyyat xaricində biologiya və siyasət elmi kimi son dərəcə fərqli sahələrdə istifadə
edilə bilən əhəmiyyətli bir anlayışdır.
        “Nash tarazlığı”nın sadə məntiqini bildirən bir nümunəyə baxaq. OPEC bir neft qiyməti
təsbit etmiş. O qiyməti dayanıqlı etmək üçün lazımlı istehsala müəyyən hədlər qoymuşdur. Təklif,
tələb və qiyməti bir-biri ilə tutarlı fərz edək. İndi neft ixracatçısı ölkələrdən birinin istehsalını həddin
üstünə çıxartmağa qərar verdiyini düşünək. Digərləri qoyulan həddə sadiq qalsın. Nə baş verər?
Təklif artacağından neft qiyməti düşər. İstehsalını artıran ölkənin neft gəliri yeni qiymətlə düşürsə,
bazar Nash tarazlığındadır. Çünki bu vəziyyətdə tarazlığı pozma istehsalçıların maraqlarına uyğun
gəlməməkdədir. İstehsal xərci qiymətin üstündə olmasına baxmayaraq bazarda tarazlığı pozucu
davranış olmamaqdadır. Əgər istehsalını artıran ölkə yeni qiymətdən daha çox neft gəliri əldə edirsə
bazar Nash tarazlığında deyil. Çünki tarazlıqdan qazancla çıxan istehsalçı vardır.




                                                    -6-
“Oyunlar nəzəriyyəsi”ndə terminlogiya:
Oyunlar nəzəriyyəsi: xüsusilə ictimai elmlərdə strateji qarşılaşmaları modelləşdirməyə yarayan
riyazi bir vasitədir.

Strateji qarşılaşmalar: oyunçuların gəlirləri bir-birlərinin hərəkətlərindən qarşılıqlı olaraq
təsirləndiyi çəkişmə ya da qarşıdurmalardan asılıdı

Ağılçı (rasional): hər oyunçunun öz qazancını maksimum artırmağa çalışdığı oyunlar.

Ağılçılığın ortaq məlumat olması və ya mükəmməl məlumatlı oyunlar (Games with perfect
information): Bu oyunlarda bütün oyunçular özlərinin və rəqiblərinin ağılçı olduğunu bilir, və
həmçinin rəqiblərinin də özlərinin bu məlumata sahib olduqlarını bildiklərini bilir. Bir sözlə bütün
oyunçular bir-birinin atdığı, atacağı və ata biləcəyi bütün addımlardan xəbərdardı.

Qüsurlu məlumatlı oyunlar (Games with imperfect information): oyunçuların bir-birlərinin
strategiya seçkilərini görə bilmədikləri və sanki eyni anda qərar verirlərmiş kimi oynadıqları
oyunlar.

Tam məlumatlı oyunlar (Games with complete information): Bu oyunda oyunçular öz fərdi
strategiyalarını və nəticə funksiyalarını digər oyunçular kimi bilməkdədir. Buna əlavə olaraq, hər
oyunçu digər oyunçuların bütün məlumata sahib olduğunu bilməkdədir.

Əskik məlumatlı oyunlar (Games with incomplete information): bu cür oyunlarda oyunçular
oyunun qaydalarını və öz fərdi seçimlərini bilirlər, ancaq digər oyunçuların nəticə funksiyalarından
məlumatları yoxdur.

Statik Oyunlar: Mürəkkəb riyazi hesablara girmədən “Oyun nəzəriyyəsi”nin məntiqini anlamaq
üçün ən sadə oyunlar olan statik, yəni oyunçuların strategiyalarını eyni anda seçdikləri oyunları
araşdırmaq faydalı olar. Strateji bir qarşılaşmağı oyun nəzəriyyəsi ilə araşdırmaq üçün isə, əvvəl bu
qarşıdurmanın bir oyun olaraq təyin olunması lazımdır.

Bir oyunun tərifi üç əsas elementə söykənir:

       Oyunçular çoxluğu (I): Bu oyunçular müxtəlif şəxslər, şirkətlər, dövlətlər və hətta
        heyvanlar da ola bilər. Oyunçu sayı isə ikidən sonsuza qədərdir.

       Hərəkət (strategiya) çoxluğu (II): Hər bir oyunçuya aid bütün ola biləcək hərəkət
        variantlarının iştirak etdiyi çoxluq. Məsələn, bir firma üçün məhsul qiyməti variantları ilə bir
        hərəkət ,çoxluğu yaradıla bilər. Hərəkət çoxluğu da sonsuz ədəddə işçiyə sahib ola bilər. (Bu
        məqalədə ağırlıqlı olaraq hər oyunçu üçün məhdud ədəddə hərəkət variantı olan oyunlardan
        bəhs ediləcək.)




                                                  -7-
      Gəlirlər: Bütün oyunçuların hər cür ola biləcək strategiya kombinasiyasını üçün hər
       oyunçunun oyun sonunda əldə edəcəyi qazancı ya da itkisi. Bu gəlirlər pul olaraq təyin oluna
       biləcəyi kimi hər oyunçu üçün fayda funksiyaları ilə də ifadə oluna bilər.

Oyun yoxsa nəzəriyyə?
       Akademik tədqiqatlarda istifadə sahələri yayıldıqca əhəmiyyəti aydın olan bu vasitə,
1990’lardan etibarən Amerikada məşhur olaraq tətbiq olunmağa başlandı. Xüsusilə iqtisadiyyat
sahəsində tender tənzimləmələrindən rəqabət analizlərinə qədər geniş bir tətbiq sahəsi ortaya çıxdı.

       Şahmat, poker, briç kimi oyunlarda oyunçuların davranışlarını modelləşdirmək və ağılçı
(rasional) strategiya seçkiləri üzərində çalışan Macar əslli Amerikalı John von Neuman, oyunlar
üzərinə ilk məqaləsini 1928-ci ildə nəşr etdi. Hidrogen bombası və ilk kompüterin ixtiraçılarından
sayılan bu dahi riyaziyyatçı, bir iqtisadçı olan Oskar Morgenstern ilə birlikdə, oyun nəzəriyyəsini
1944-cü ildə çap edilən "Oyun Nəzəriyyəsi və İqtisadi Davranış" adlı kitablarında ilk dəfə
iqtisadiyyat sahəsinə daşıdılar. Bu kitabda iki oyunçulu, sıfır cəmli oyunları və işbirlikçi oyunları
araşdırdılar. John F. Nash, 1950-53 illəri arasında nəşr etdiyi dörd çalışması ilə oyun nəzəriyyəsini
inkişaf etdirdi və həm rəqabətçi həm də işbirlikçi oyunlarda istifadə edilə biləcək bir tarazlıq
anlayışını ortaya çıxardı. Hələ də oyun nəzəriyyəsinin ağır yükünü onun ortaya atdığı Nash tarazlığı
çəkməkdədir. Martın Shubik 1959 il çaplı "Strategiya və Bazar Quruluşu: Rəqabət, Oligopol və
Oyun Nəzəriyyəsi" kitabında rəqabətçi oyun nəzəriyyəsini ilk dəfə oligopollara tətbiq etdi. 1965-ci
ildə Reinhard Seldən, Nash tarazlığını məşhur formadakı oyunlarda (oyunçuların sıra ilə
strategiyalarını seçdikləri oyunlar) istifadə edilə biləcək şəkildə inkişaf etdirdi. Üç ardıcıl məqaləsi
ilə John Harsanyi, 1967-68 illərində nəzəriyyənin oyunçuların əskik məlumat sahibi olduğu oyunlara
necə tətbiq oluna biləcəyini göstərdi. Getdikcə inkişaf edən, budaqlanıb budaqlanan oyunlar
nəzəriyyəsi, iqtisadiyyat elmi üçün olduğu qədər, hüquq, siyasət, işlətmə, beynəlxalq əlaqələr və
hətta biologiya kimi elmlər üçün də imtina edilməz bir riyazi vasitə oldu. İqtisadiyyatda, xüsusilə də
sənaye təşkilat sahəsində nəzəri inkişaflara gətirib çıxardı və istiqamət verdi. Oyun nəzəriyyəsi eyni
zamanda strateji qarşılaşmaların araşdırılmasında standart bir dil halına gəldi.




                                                   -8-

				
DOCUMENT INFO
Shared By:
Categories:
Tags:
Stats:
views:6
posted:9/20/2011
language:Azerbaijani
pages:8