Docstoc

domen_AZ-gaydalar

Document Sample
domen_AZ-gaydalar Powered By Docstoc
					                                                                                   Layihə

                                                             Azərbaycan Respublikası
                                                      _________________________nin
                                               “__“ _______ 2008-ci il tarixli ___ nömrəli
                                                          ________ ilə təsdiq edilmişdir



                               Azərbaycan Respublİkasında
                     ölkə kodlu domen adların qeydİyyatı və istİfadəsİ
                                       Qaydaları

      Bu Qayda “Telekommunikasiya haqqında” 14 iyun 2005-ci il tarixli 927 nömrəli
Azərbaycan Respublikası Qanununun 7.10-cu bəndinin icrasının təmin etmək
məqsədilə Azərbaycan Respublikası qanunvericiliyinə və domen adların qeydiyyatı üzrə
beynəlxalq normalara uyğun olaraq hazırlanmışdır.

       1. Ümumi qaydalar
       1.1. Qlobal İnternet şəbəkəsində Azərbaycan Respublikasına məxsus milli
seqmenti əks etdirən şərti işarə kimi ISO 3166-1 beynəlxalq standartı əsasında ölkələrin
rəsmi iki hərfli koduna uyğun olaraq İCANN (İnternetdə Adların və Nömrələrin
Bölüşdürülməsi üzrə Korporasiya) tərəfindən qəbul edilmiş “az” kodu istifadə edilir.
       1.2. Bu Qayda Azərbaycanda “az” domen kodlu adların qeydiyyatı və istifadə
qaydalarını müəyyən edir və bütün Qeydiyyatçılar tərəfindən riayət edilməlidir.
       1.3. “az” kodlu domen adlarının qeydiyyatı və texniki xidmət Milli inzibatçı
tərəfindən akkreditasiya olunmuş yerli və ya xarici Qeydiyyatçılar tərəfindən aparılır.
Akkreditasiya qaydaları Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tövsiyələri əsasında hazırlanaraq Milli inzibatçı tərəfindən
təsdiq olunur.
       1.4. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə edilir:
       1.4.1. Domen ad (domen) – domen adı sisteminə (DNS) uyğun olaraq kompüter
şəbəkəsi seqmentinə verilən unikal simvol düzülüşü;
       1.4.2. Domenin qeydiyyatı – domen haqqında məlumatın reyestrin verilənlər
bazasına daxil edilməsi.
       1.4.3. Domenin idarə edilməsi – domenin fəaliyyət göstərməsini təmin etmək
üçün həyata keçirilən təşkilati və texniki tədbirlər.
       1.4.4. Qeydiyyatın ləğv edilməsi – domen haqqında məlumatın reyestrin
verilənlər bazasından çıxarılması.
       1.4.5. Milli inzibatçı – İCANN və təşkilatları tərəfindən Az zonası üzrə milli
inzibatçı kimi qeydiyyata alınmış təşkilat.
       1.4.6. Qeydiyyatçı –domenlərin qeydiyyatını və idarə ediməsini həyata keçirən
hüquqi şəxsdir.
       1.4.7. Sifarişçi – domen adının qeydiyyatı və istifadəsi üçün müraciət edən fiziki
və ya hüquqi şəxs.
       1.4.8. Az domeninin reyestri – Az zonasında qeydiyyata alınan domen adlar
haqqında məlumatı özündə cəmləşdirən informasiya sistemi
       1.4.9. Domenin səviyyəsi – domen addakı simvol qruplarını ayıran nöqtənin (“.”)
sayından bir ədəd çox olan rəqəm göstərici (yüksək səviyyəli Az domeninin özü birinci
səviyyə sayılır);
      2. Domenlərin qeydiyyatı

       2.1. Az zonasında domenlərin qeydiyyatı və texniki xidməti Qeydiyyatçı və
Sifarişçi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Az zonasında ikinci
səviyyədən başlayaraq domen adının qeydiyyatı üçün ilkin olaraq Sifarişçi Milli inzibatçı
tərəfindən təsdiq edilmiş qeydiyyat forması ılə Qeydiyyatçiyə müraciət etməlidir.

      2.2. Doldurulmuş qeydiyyat forması və qeydiyyat ilə əlaqədar olan digər
müraciətlər Qeydiyyatçının elektron poçtuna göndərilməlidir.

      2.3. Qeydiyyat forması Qeydiyyatçının saytından və ya Az zonasında domenlər
üçün sorğu mənbəyi olan www.whois.az saytından əldə edilə bilər. Sifarişçinin
müraciətinə əsasən Qeydiyyatçı bu Qeydiyyat forması formasını onun e-poçt ünvanına
göndərə bilər.

        2.4. Qeydiyyatçı Qeydiyyat formasıni aldıqda onun qeydiyyatını aparır, dəqiq
vaxtını qeyd edir və 1 iş günü ərzində Sifarişçiyə Qeydiyyat formasınin alınması barədə
bildiriş göndərir.

       2.5. Bütün Qeydiyyat formasılərə eyni əsaslarla baxılır. Eyni zamanda müraciyyət
edtiqdə ticarət markasına uyğun ad seçmiş Sifarişçiylə, öz fəaliyyət istiqamətinə uyğun
ad sifariş edən dövlət orqanına üstünlük nəzərdə tutulur.

       2.6. Qeydiyyat forması 3 iş günü müddətində baxılır və əgər düzgün tərtib
edilmişdirsə, qeydiyyatla bağlı sonrakı əməliyatlar aparılır. Əgər düzgün tərtib
edilməmişdirsə, baxılma prosesi dayandırılır. Hər iki halda, cari vəziyyət ilə bağlı
Sifarişçiyə e-poçt ünvanına məlumat göndərilir. Zəruri hallarda Qeydiyyatçı Qeydiyyat
formasında göstərilmiş məlumatları təsdiq edən sənədlərin əslinin təqdim edilməsini
tələb edə bilər.

      2.7. Qeydiyyat formasında göstərilən bütün məlumatların düzgünlüyünə sifarişçi
məsuliyyət daşıyır, orada göstərilən əlaqələndirici şəxslərin e-poçt ünvanları həqiqi və
mütəmadi istifadədə olmalıdırlar. Əks halda Qeydiyyatçı məlumatların çatmamasına
məsuliyyət daşımır.

        2.8. Domen adları üzrə Qeydiyyat formalarına onların daxilolma ardıcıllığı ilə
baxılır. Qeydiyyat formasına baxılma müddəti ərzində eyni domen adı üzrə daxil olmuş
Qeydiyyat formalarına birgə baxılır və bu zaman Qeydiyyat formasınin daxilolma vaxtı
nəzərə alınır.

      2.9. Sifarişçinin Qeydiyyat formasında qeyd etdiyi domen adının Azərbaycan
Respublikasının qanunvericiliyi və bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğun
olduğu halda onun ayrılması barədə müsbət qərar qəbul edilir, Qeydiyyatçı və Sifarişçi
arasında müqavilə bağlanılır.

       2.10. Domen adının birdəfəlik qeydiyyat müddəti maksimum 10 (on) ildir. Dövlət
orqanları və ya yerli özünüidarəetmə orqanları üçün domen adının qeydiyyat müddətinə
məhdudiyyət qoyulmur və bu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq tənzimlənir.
      2.11. Az zonasında domenlərin qeydiyyatı və texniki xidməti üzrə ümumi tariflər
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəyi
əsasında Milli inzibatçı tərəfindən təsdiq edilir və Qeydiyyatçılar tərəfindən icra olunur.

         2.12. Az zonasında domenlərin qeydiyyatı və texniki xidmət üzrə ödənişlər
Qeydiyyatçı və Sifarişçi arasında 2.11 bəndində qöstərilmiş tariflər əsasən həyata
keçirilir.

       2.13. «Ümumi istifadə» domenləri kimi (generic) tipli com.az, org.az, mil.az,
edu.az, biz.az, gov.az, info.az, pp.az, name.az, net.az və int.az domenləri müəyyən
edilmişdir. Ehtiyac yarandıqda, digər domenlərin «ümumi istifadə» üçün təyin
edilməsinə dair qərar Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin rəyi əsasında Milli inzibatçı tərəfindən qəbul edilir.

       2.14. Bu Qaydanın aktual vəziyyətində olan variantı hər zaman www.whois.az
saytında yerləşir. Bu Qaydaya Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin rəyi əsasında Milli inzibatçı tərəfindən təsdiq edilmiş
düzəlişlər edilə bilər. Texniki xüsusiyyətlərə aid bütün dəyişikliklər onların qüvvəyə
mindiyi andan 2 ay müddətində icra olunmalıdır.

      2.15. Qeyri-rezident Sifarişçilər      üçün   domen     adların   qeydiyyatı   xarici
Qeydiyyatçılar tərəfindən aparılır.

       2.16. Qeydiyyatçı Sifarişçiyə müvafiq domen adının seçilməsində məsləhətlər
verə, köməklik göstərə bilər.

      3. Domen adlarının qeydiyyatı zamanı irəli sürülən tələblər

        3.1. Sifarişçi domen adının işləməsini təmin edən ən azı 2 iki (birinci və ikinci)
DNS serverin (primary və secondary DNS) texniki məlumatlarını təqdim etməlidir. Bu
serverlər İnternet şəbəkələrinə etibarlı qoşulmuş vəziyyətdə olmalıdırlar. «Etibarlı
qoşulmuş» deyiləndə serverlə əlaqənin gün ərzində 2 saatdan çox kəsilməməsi nəzərdə
tutulur. Domen adlarının serverləri (DNS) haqqında məlumatlar şəbəkənin cari
vəziyyətinə müvafiq olmalıdırlar.

       3.2. Domen adına aşağıdakı tələblər müəyyən edilmişdir:
       3.2.1. domen ad ən azı 3 və ən çoxu 63 simvoldan ibarət olmalıdır;
       3.2.2. domen ad yalnız ingilis hərflərindən, rəqəmlərdən və defis «-» işarəsindən
ibarət olmalıdır.
       3.2.3. domen adının əvvəli və sonunda defis işarəsi «-» ola bilməz.
       3.2.4. domen adda iki ardıcıl defis «-» işarəsi ola bilməz.

      3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2006-cı il tarixli 91
nömrəli qərarı ilə təsdiq edilmiş "GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları"na
müvafiq olaraq Azərbaycan Respublikasında mərkəzi və yerli dövlət orqanları üçüncü
səviyyəli gov.az domenləri seçməlidirlər.

       3.4. Domen adının seçilməsi zamanı Sifarişçilərə rəsmi adına və fəaliyyət
istiqamətinə və ya Sifarişçinin həyata keçirəcəyi layihənin mahiyyətinə uyğun olan
domen adının seçilməsi tövsiyə edilir.
        3.5. Domen adının seçilməsi zamanı Sifarişçi Azərbaycana aid olan coğrafi
adlardan, tanınmış əmtəə nişanlarından, rəsmi və ictimai şəxslərin, təşkilatların adından
istifadə etməməlidir.

        3.6. İstesna hall kimi, 3.5. bəndində qöstərilmiş domen adlarının seçim şərtlərinə
uygun olmayan hallarda, belə domen adları Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyini ilə razılaşdirıldıqdan sonra qeydiyyatdan keçirilə
bilər .

       3.7. Qeydiyyatçı Sifarişçi tərəfindən domen adında digər şəxslərin adının, əmtəə
nişanının istifadə edilməsi ilə onların hüquqlarının pozulmasına görə məsuliyyət
daşımır.

      3.8. Domen adının qeydiyyatı reystrdə aparılır. Reyestrin verilənlər bazasında
aşağıdakı məlumatlar yerləşdirilməlidir:

      domen adı, DNS1, DNS2, Sifarişçinin adı, Sifarişçinin əlaqə koordinatları

       3.9. Sifarişçi verilənlər bazasında onunla bağlı saxlanılan məlumatların
aktuallığının təmin edilməsinə görə məsuliyyət daşıyır. Verilənlər bazasında saxlanılan
məlumatlarda dəyişikliklər baş verdikdə Sifarişçi 10 gün müddətində bu barədə
Qeydiyyatçıya xəbər verməlidir.

       3.10. Qeydiyyatçı domen adının qeydiyyatı zamanı Sifarişçi tərəfindən təqdim
edilmiş və verilənlər bazasına daxil edilmiş məlumatın düzgün (dəqiq) olmadığını aşkar
edərsə, bu barədə göstərilmiş bütün əlaqə vasitələri ilə Sifarişçiyə dərhal xəbər (bildiriş)
verməlidir. Sifarişçi 10 gün ərzində yeni məlumatlar təqdim etməzsə, yaxud yuxarıda
göstərilən məlumatların həqiqətə uyğun olduğunu sübut edən sənədlər təqdim etməzsə,
domen adının qeydiyyatı ləğv edilir.

      4. Domen adının qeydiyyatından imtina edilməsi

      4.1. Domen adının qeydiyyatından aşağıdakı hallarda imtina edilə bilər:

        4.1.1. iddia olunan domen ad digər şəxsin adına qeydiyyata alınmışdırsa;
        4.1.2 domen adının qeydiyyata alınması məqsədi ilə təqdim edilmiş sənədlər
müvafiq qaydada tərtib edilməmişdirsə;
        4.1.3. domen adında mənəviyyata və əxlaqa zidd söz və ifadələr işlədilmişdirsə;
        4.1.4. 3.1-ci bənddə müəyyən edilmiş texniki tələblərə riayət edilməmişdirsə;
        4.1.5. domen adı 3.2-ci bənddə müəyyən edilmiş qaydalara riayət edilməməklə
tərtib edilmişdirsə;
        4.1.6. domen adının istifadəsi ilə üçüncü şəxslərin hüququ pozulursa (domen
adında başqa hüquqi şəxsin adı, əmtəə nişanı və ya fiziki şəxsin adı, soyadı
işlədilmişdirsə).
        4.1.7. domen adında taypskvotinq əlamətləri olduqda;
        4.1.8. sifarişdə kiberskvotinq əlamətləri olduqda (eyni Sifarişçidə 10-dan artıq
domen adın olması)

       4.2. Domen adının qeydiyyata alınmasından imtina barədə əsaslandırılmış qərar
3 iş günü müddətində Sifarişçiyə təqdim edilir. Qərardan müvafiq qaydada şikayət verilə
bilər.
      5. Domen adının yenidən qeydiyyatı

      5.1. Müqavilədə müəyyən edilmiş domen adının qeydiyyatı müddətinin bitməsinə
1 ay qalmış Qeydiyyatçı Sifarişçiyə qeydiyyat müddətinin bitməsi və qeydiyyat
müddətinin uzadılıb-uzadılmaması barədə sorğu göndərir. Bu müddətdə Sifarişçi domen
adının qeydiyyatının uzadılması barədə müraciət etməzsə, müqavilə müddəti bitdikdən
sonra domen adın qeydiyyatı dərhal ləğv edilir. Sifarişçi domen adının qeydiyyatının
uzadılması barədə müraciət etdikdə və müqavilənin şərtlərinə riayyat etdikdə
müqavilənin müddəti 1 il müddətinə uzadılır və qeydiyyata alınmış domen haqqında
məlumat növbəti qeydiyyat müddəti ərzində verilənlər bazasında saxlanılır. Müqavilənin
müddəti uzadılarkən onun şərtlərinə yenidən baxıla bilər.

      6. Domenlərin idarə edilməsi

      6.1. Qeydiyyatçı domenlərin istifadəsi ilə bağlı Sifarişçi ilə üçüncü şəxslər
arasında yaranan münasibətlərdə iştirak etmir.

       6.2. Domen adın Sifarişçi tərəfindən satılması və ya üçüncü şəxsə verilməsi
qadağandır. Belə fakt aşkar olunduqda, Qeydiyyatçının təqdimatı əsasında Milli
İnzibatçı domen adının qeydiyyatının ləğv edilməsi və ya texniki xidmətin dayandırılması
barədə qərar qəbul edə bilər.

       6.3. Domen adının qeydiyyatının vaxtından əvvəl ləğv edilməsinə aşağıdakı
hallarda yol verilir:
       6.3.1.Sifarişçinin yazılı müraciətinə əsasən;
       6.3.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
       6.3.4. Qeydiyyatçı ilə Sifarişçi arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş
hallarda;
       6.3.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.

       6.4. Domen adının texniki xidmətinin aşağıdakı hallarda dərhal dayandırılmasına
yol verilir:
       6.4.1. Sifarişçinin yazılı müraciətinə əsasən;
       6.4.2. DNS haqqında məlumatların dəyişməsi nəticəsində 3.1-ci bənddə nəzərdə
tutulmuş tələblərə riayət edilmirsə;
       6.4.3. Qeydiyyatçı ilə Sifarişçi arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş
hallarda;
       6.4.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.

       6.5. Qeydiyyatçı domen adının qeydiyyatının vaxtından əvvəl ləğv edilməsi və ya
domen adının texniki xidmətinin dayandırılması haqqında qərarını 24 saat ərzində
Sifarişçiyə göndərir.

       6.6. Bu Qaydanın 6.5. bəndində göstərilmiş hal istisna olmaqla, domen adının
texniki xidmətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda Qeydiyyatçı
24 saat müddətində domen adının texniki xidmətini bərpa edir. Domen adının texniki
xidmətinin dayandırılması müddəti qeydiyyat müddətinin dayandırılmasına səbəb olmur.
Bu Qaydanın 6.5. bəndində göstərilmiş halda baş vermiş dayandırma yalnız Sifarişçinin
yazılı müraciəti əsasında bərpa olunur.
      6.7. Qeydiyyatçının domen adının qeydiyyatının vaxtından əvvəl ləğv etməsi və
ya domen adının texniki xidmətinin dayandırması barədə qərarından müvafiq qaydada
şikayət verilə bilər.

    7. Domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan
mübahisələrə baxılması

     7.1. Domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan
mübahisələrə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun baxılır.

      7.2. Domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan
mübahisələri danışıqlar yolu ilə həll etmək cəhdi müsbət nəticə vermədikdə, tərəflər
müvafiq qaydada Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilərlər.

				
DOCUMENT INFO
Shared By:
Categories:
Tags:
Stats:
views:47
posted:6/1/2011
language:Azerbaijani
pages:6