Docstoc

d_word_refe_ekono_322

Document Sample
d_word_refe_ekono_322 Powered By Docstoc
					                           1



         Bakı Dövlət Universiteti

        Mexanika - Riyaziyyat fakültəsi


          “Ümumi iqtisadiyyat” kafedrası


             II kurs 428 №-li qrup tələbəsi


              Əliyeva Ülkər Yavər qızının


  “Azərbaycanda ÜDM və onun hesablanma dinamikası”

                     mövzusundan




      FƏRDİ İŞİ
Müəllim: Mustafayev A.



                      BAKI 2009
                                         2
      Milli iqtisadiyyat məsələsi “milli iqtisadi inkişaf” və “milli iqtisadi güc”
anlayışları ilə sıx əlaqəlidir. Həmin anlayışlar müxtəlif baxımdan milli
iqtisadiyyatın müəyyən zaman, il üçün vəziyyətini aşkar etmək, başqa ölkələrin
milli iqtisadiyyatları ilə müqayisə aparmaq üçün lazımdır. Yalnız milli iqtisadi
inkişaf səviyyəsi və gücü olan dövlətdə yüksək iqtisadiyyatdan söz gedə bilər.
      Klassik mə’nada iqtisadiyyat – insanların qeyri-məhdud tələbatının məhdud
təbii və istehsal imkanları ilə ödənilməsi problemlərini həll etməyə çalışan elm və
praktiki fəaliyyət sahəsidir. Bütövlükdə iqtisadiyyat iki böyük bölməyə ayrılır:
mikroiqtisadiyyat və makroiqtisadiyyat.
  Mikroiqtisadiyyat – ayrı-ayrı iqtisadi elementlərin iqtisadi davranışını öyrənir.
Belə elementlərə ev təsərrüfatları, firmalar sahələr və konkret bazarlar aiddir.
  Makroiqtisadiyyat isə əksinə iqtisadiyyatın bütövlükdə fəaliyyətini
tənzimləyir. Burada əsas diqqət məhsul və xidmətlərin ümumi həcmi və
qiymətlərin orta səviyyəsinin dəyişməsi, işsizliyin artıb-azalması kimi problem
üzərində cəmlənir. Məlum olduğu kimi iqtisadi proseslər tətbiq olunduğu
səviyyələrdən asılı olaraq fərqləndirilir. Bu baxımdan makroiqtisadi səviyyədə baş
verən proseslərin öyrənilməsi və onların məntiqi nəticələrini əvvəlcədən
müəyyənləşdirmək dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Bu tip nəticələrə
nail olmaq üçün müvafiq sahə ilə bağlı informasiyalar mövcud olmalıdır. Ayrı –
ayrı dövlətlər öz inkişaf xüsusiyyətlərinə və iqtisadiyyatının xarakterinə uyğun
olaraq makroiqtisadi göstəriciləri özündə əks etdirən sistemlər yaradırlar. Buna
baxmayaraq əksər İEÖ dünyadaqəbul edilmiş vahid yanaşmağa üstünlük
verməkdədirlər. Məhz buna görə də istər xarici iqtisadi fəaliyyətin reallaşdırılması
ilə əlaqədar olaraq, istərsə də ölkənin özünün iqtisadi inkişafı ilə bağlı təsəvür
yaradılması baxımından vahid nümunəyə malik göstəricilər sisteminin yaradılması
daha məqsədəuyğun hesab edilir. Həmin göstəricilər müasir dövrdə “Milli
Hesablar Sisitemi”nin əsasını təşkil edir. Başqa sözlə desək, Milli Hesablar
Sistemini iqtisadiyyatın mövcud vəziyyətini xarakterizə etmək üçün tətbiq edilən
göstəricilərin məcmusundan ibarətdir. MHS – iqtisadiyyatda ümumi məcmu
istehsalı ölçmək üçün, bir növ mühasibat hesabatı sistemi rolunu oynayır. Onun
                                           3
əsas vəzifəsi milli məhsul və milli gəlirin yaranması və istifadəsi prosesinin
kompleks təhlili və informasiya tə’minatıdır. Ümumi şəkildə MHS mühasibat
hesabları formasında ikiqat qeyd prinsipi üzrə doldurulan cədvəllərdir. BMT-nin
müasir MHS-nin standart hesablarının sayı 600-ə yaxındır.

  Bütövlükdə MHS-lərin hesabları 3 sinifə ayrılır:

I sinif hesabları (konsolid hesablar) - iqtisadiyyatı bütövlükdə əhatə edir və əsas
makroiqtisadi nisbətləri xarakterizə edir (buraya ÜDM-nin aqreqasiya olunmuş
hesabları aiddir).

II sinif hesabları - I sinif hesablarının ayrı-ayrı məhsul və xidmətlərin istehsalı,
ehtiyatları və istifadəsi üzrə bölgüsünü xarakterizə edir.

III sinif hesabları - I sinif hesablarının iqtisadiyyatın ayrı-ayrı sektorlarının gəlir
və xərclərinin nisbətləri kəsimində bölgüsünü və kapital məsrəflərinin
maliyyələşmə mənbələrini xarakterizə edir.

  Ən yüksək səviyyədə aqreqasiya olunmuş MHS 4 balans cədvəli kimi təsvir
oluna bilər: A – məcmu daxili məhsul; B – milli gəlir və onun bölgüsü; V – kapital
məsrəflərinin maliyyələşdirilməsi; F - xarici əməliyyatlar.

  Milli hesablar sisteminin (termin müəllifi Ed van. Klifordir) norveç (REFI –
real, financial) və ingilis (SAM – sosial accounting matrix) modelləri məşhurdur.
İngilis variantının müəllifi Nobel mükafatı laueratı R.Stoundur. BMT ingilis
modeli əsasında standart hesab sistemləri qəbul etmişdir.

  MHS daim təkmilləşdirilir. 1993-cü ildə BMT özünün 1968-ci ildə daxil etdiyi
hesabları əvəz edən yeni standartlar təsdiq etmişdir. Azərbaycan Respublikasında
statistik məlumatlar üzrə hesabatları və iqtisadi analiz metodlarını dünya
praktikasına uyğunlaşdırmaq məqsədi ilə MHS keçilməsi üçün Respublika
Prezidentinin 1992-ci ilə xüsusi fərmanı olmuşdur.

  MHS mərkəzində ümumi daxili məhsul (ÜDM) durur. İkinci, makroiqtisadi
göstərici ümumi milli məhsuldur (ÜMM). Onların hər ikisi iqtisadiyyatın hər iki
sferasında maddi istehsal və xidmətlərdə fəaliyyətin nəticələrini əks etdirir. Hər
                                           4
ikisi, bir il (kvartal, ay) müddətinə əmtəə və xidmət istehsalında bütün son məhsul
həcmini dəyər kimi müəyyən edir. Bu göstəricilər cari, qüvvədə olan qiymətlərdə
və sabit qiymətlərlə (hər hansı baza ilinə nisbətdə və ya xarici sabit valyutaya
nisbətdə) hesablanır.

  ÜMUMİ DАХİLİ MƏHSUL (ÜDM) milli hesаblаr sisteminin ən mühüm
göstəricilərindən biridir, istər mаddi istehsаl, istərsə də qeyri-mаddi хidmətlər
sаhələrində iqtisаdi vаhidlərin-rezidentlərin istehsаl fəаliyyətinin sоn nəticəsini
хаrакterizə edir və bu vаhidlərin sоn istehlак üçün məhsul və хidmətlər istehsаlı
üzrə yаrаtdığı əlаvə dəyərin həcmi ilə ölçülür. ÜDM iqtisаdi vаhidlərin-
rezidentlərin məhsul və хidmətlərin istehsаlçılаrı аrаsındа bölüşdürüldüyü ilкin
gəlirlərin, yəni muzdlu işçilərin əməк hаqqının,istehsаlа və idхаlа görə хаlis
vergilərin, ümumi mənfəətin və ümumi qаrışıq gəlirlərin məbləği, bаşqа sözlə,
gəlirlər üsulu ilə də müəyyənləşdirilə bilər. Ümumi dахili məhsuldаn istifаdə
edilməsi (хərclər üsulu) məhsul və хidmətlərin sоn istehlакını, əsаs каpitаlın
ümumi     yığımını,     mаddi   dövriyyə      vəsаitləri   ehtiyаtlаrının   dəyişməsini,
qiymətlilərin (sərvətlərin) хаlis əldə edilməsini və məhsul və хidmətlərin iхrаc və
idхаl sаldоsunu özündə birləşdirir.

  ÜDM nələri əhatə etmir: Baxmayaraq ki, ÜDM material və qeyri-material
sferasının hər ikisini əhatə edir, bu göstərciyə nəzərə alınması çətin və mümkün
olmayan bir çox əməliyyatlar və xidmətlər düşmür. Məsələn:

  -   Öz ev təsərrüfatındakı evdar qadınların işi;

  -   Hazır məhsul şəklinə salınmayan, özü üçün işləyən amillərin işləri (məsələn,
  kitab, nümunə, məqalə və s.);

  -   Barter mübadiləsi;

  -   Kölgə və ya gizli biznesin gəlirləri;

  -   Bəxşiş şəklində əmək haqqı və s.;
                                   5
  ÜDM bütün üsullarla hesablanmasında qeyri-istehsal sövdələşməsi adlanan, o
cümlədən transfer ödəmələri daxil edilmir. Bu ödəmələrin həcmi, bir qayda olaraq
kifayət qədər böyükdür, lakin onlar sadəcə ÜDM yenidən bölgüsüdür.

  Transfer ödəmələrinə aşağıdakılar daxildir:

  -   Dövlət transfer ödəmələri, məsələn, sosial-sığorta üzrə ödənişlər, işsizliyə
  görə müavinətlər, təqaüdlər dövlət borcuna görə faiz ödəmələri;

  -   Xüsusi transfer ödəmələri, məsələn, xüsusi fondlardan birdəfəlik ödəmələr,
  xüsusi şəxslərə və təşkilatlara təqaüdlər;

  ÜDM-ə həmçinin təmiz maliyyə əməliyyatları daxil deyil. Məsələn, qiymətli
  kağızların alış və satışı. Belə ki, onlar cari istehsalı artırmırlar.

  ÜMM və ÜDM arasındakı fərqlər aşağıdakılardır: ÜDM ərazi əlamətinə görə
hesablanır. Bu müəssisələrin milli mənsubiyyəti nəzərə alınmadan ölkə ərazisində
yerləşən maddi və xidmətlər sferaları məhsullarının məcmu dəyərini göstərir.
ÜMM isə bu milli müəssisələrin yerləşməsindən asılı olmayaraq (öz ölkəsində və
ya xaricdə) milli iqtsadiyyatın hər iki sferasında bütün məhsul və xidmətlərin
məcmu dəyəridir. Beləliklə, ÜMM ÜDM-dan faktor gəlirlərinə görə fərqlənir.
Adətən ÜMM hesablamaq üçün ÜDM göstəricisinə xaricdə olan müəssisələrin və
fiziki şəxslərin mənfəət və gəliri ilə ölkədə olan xarici işçilərin və xarici
investorların mənfəət və gəlirlərinin fərqi əlavə edilir. Bu fərq stabil və liberal
iqtisadiyyatlı ölkələrdə böyük olmur. Qərbin aparıcı ölkələri üçün bu fərq ÜDM-un
1%-dən çox olmur.

  Respublikamızda ÜDM və ÜMM ilk dəfə 1998-ci ildən etibarən hesablanmağa
başlayıb. İstər ÜDM, istərsə də ÜMM hesablanarkən il ərzində istehsal edilmiş
əmtəə və xidmətlər bir dəfə nəzərə alınır, yəni onlar son məhsul kimi qəbul edilir
və bura aralıq məhsullar daxil edilmir. Axı aralıq məhsullar bir neçə dəfə istehsal
prosesinə daxil olur və təkrar hesablanır. ÜDM və ÜMM hesablanarkən təkrar
hesablanmaya yol verməmək üçün hər aralıq emal mərhələsindən sonra yaradılmış
əlavə dəyər nəzərə alınır. Son məhsul istehlakçıların təkrar satış üçün deyil, öz
istifadələri üçün aldıqları əmtəə və xidmətlərin dəyərinə deyilir. Aralıq məhsul isə
                                     6
gələcəkdə emal olunacaq və yaxud gələcəkdə bir neçə dəfə təkrar satılacaq əmtəə
və xidmətlərin dəyərinə deyilir.

  ÜDM əsasən 3 metodla hesablanır: məsrəflər üzrə; gəlirlər üzrə; əlavə edilmiş
dəyər üzrə.

I.ÜDM-un məsrəflər üzrə hesablanması:

1) əhalinin istehlak xərcləri - (C),

2) ümumi xüsusi investisiyalar - (I),

3) əmtəə və xidmətlərin dövlət alışı - (G),

4) xalis ixracat (idxal və ixracın fərqi) - (Xn).

Deməli,

                              ÜDM = C + I + G + Xn
II.ÜDM-un gəlirlər üzrə hesablanması:

1) əmək haqqı - (W),

2) faiz – (r),

3) renta – (R),

4) mənfəət – (m).

Bu gəlirlərin cəminə amortizasiya ayırmaları (d), dolayı vergilər (T) və
mülkiyyətdən vergi (T1) də əlavə edilir. Onda

                     ÜDM = W + r + R + m + d + T + T1
Ölkədə fəaliyyət göstərən daxili və xarici vətəndaşların gəlirləri ÜDM-də daxil
edilir.

III.ÜDM-un əlavə dəyər üzrə hesablanması:

          Bu metod istehsal metodu adlanır və ÜDM-un bir il ərzində istehsal
olunmuş son məhsulun hər bir mərhələsində əlavə edilmiş dəyərlərin məcmusudur.
Əlavə edilmiş dəyər firmaların istehsal etdiyi məhsulun dəyəri ilə başqa firmaların
                                    7
xammalın, materialın, yəni aralıq məhsulların alınmasına sərf etdiyi məbləğ
arasındakı fərqdir. Bu halda ÜDM-un kəmiyyəti bütün istehsalçı firmaların əlavə
etdikıəri dəyərlərin cəminə bərabərdir.

       Makroiqtisadi göstəricilər əksər hallarda MHS-nə aid olan göstəricilərlə eyni
məzmun daşıyır. Lakin makroiqtisadiyyat təhlil prosesində həmin göstəricilərinin
bir qismini ümumiləşdirə bilər: əgər ölkədə ÜDM hesablanirsa, bu zaman aralıq
istehlak müəyyən edilmir, çünki həmin istehlak yeni yaranan dəyərdə qiymətlə
ifadə olunur. Əgər aralıq istehlak da nəzərə alınardısa, onda ÜDM-un qiyməti
şişirilmiş olardı. Makroiqtisadiyyat etibarilə ÜDM il ərzində ölkədə istehsal edilən
son məhsul və xidmətlərin bazar dəyərindən ibarətdir. Burada son məhsul dedikdə
ÜDM-un o hissələri nəzərdə tutulur ki, həmin hissə cari istehsaldan kənarlaşdırılır
və istehlakın ödənilməsi üçün istifadə edilir. Bəzi hallarda bu göstəricilər altında
xalis ixrac və fondların amortizasiyası da əks etdirilir. Ümumilikdə son məhsul
cəmiyyətin ehtiyacları üçün, habelə şəxsi istehlakın ödənilməsi baxımından istifadə
edilən məhsul və ya xidmətdir. Bundan fərqli olaraq aralıq istehlak ÜDM-dən
çıxılır.

       Makroiqtisadi göstərici olan qiymətin ümumi səviyyəsi üzrə əldə olunan
qiymət indeksi ölkədə yeni yaranan dəyərin real artımını müəyyən etməyə imkan
verir. Başqa sözlə, qiymət indeksi vasitəsilə ÜDM-un artımında inflyasiyanın təsiri
aradan qaldırılır. Əgər qiymət indeksi cari il üçün müəyyən edilirsə, bu zaman cari
ilin qiymət indeksi baza içindəki qiymət bölünməklə əldə olunur və “%”
formasında ifadə olunur.




Azərbaycanda 1992-2006-cı illər üzrə Ümumi Daxili Məhsulun indeksinin artım
dinamikası aşağıdakı dioqramda göstərilmışdir.


             Ümumi Daxili Məhsulun indeksi (əvvəlki ilə nisbətən faizlə):
                                        8




      Makroiqtisadi      baxımdan      iqtisadiyyatın    mövcud       vəziyyətinin
müəəyyənləşdirilməsi üçün müvafiq göstəricilərin qiymətləndirilməsi həyata
keçirilir. Bu baxımdan ümumi iqtisadiyyatda baş verən dəyişikliyi ÜDM özündə
əks etdirir. Başqa sözlə, ÜDM-un tərkib elementlərində baş verən bu və ya digər
dəyişiklik son nəticədə onun kəmiyyətcə dəyişməsinə səbəb olur. Qəbul olunmuş
qaydaya əsasən ÜDM-un strukturunda istehlak, investisiya, dövlət xərcləri, xalis
ixrac kimi fərqləndirilən elementlər daxil edilir. Həmin göstəricilər arasında olan
münasibətlər istənilən halda ÜDM-un ümumi həcminə bərabər olmalıdır. Bu
baxımdan onları aşağıdakı kimi ifadə etmək olar:


                              Y = C + I + G + Nx
                                         9
 Bu asılılıq onu göstərir ki, ÜDM-un ayrı-ayrı elementləri üzrə kəmiyyət dəyişikliyi
 baş verərsə, bu eyniliyi dəyişməyə səbəb ola bilməz.
            İldən ilə ÜDM istehsalında qeyri-neft sektorunun payı, eləcə də qeyri-neft
 sektoruna ayrılan investisiyaların həcmi artır. 2007-ci ilin yanvar-sentyabr
 aylarında Azərbaycanda ÜDM-in ümumi həcmi 27,1% artaraq 16 mlrd. 608 mln.
 manat təşkil edib. Proqnozlara görə, ÜDM-in artımı 2007-ci ilin sonlarına qədər
 28-29% səviyyəsində saxlanılacaq. Bununla yanaşı, hesabat dövründə ÜDM-in
 qeyri-neft sektorundakı həcmi 6 mlrd. 301,5 mln. manat təşkil edib ki, bu da 2006-
 cı ilin yanvar-sentyabr aylarının göstəricisindən 8,9% çoxdur. Bu da öz növbəsində
 kifayət qədər böyük göstərici hesab edilir. 2007-ci ilin 9 ayı ərzində Azərbaycanda
 televizor istehsalı 2,2 dəfə- 6,285 min ədəd artıb ki, bu da istehsalı 4,7 dəfə - 489
 ədəd artan minik avtomobilləri kimi ölkə üçün yeni məhsul hesab edilir. Bundan
 əlavə, Azərbaycanda ilk dəfə olaraq 331 traktor istehsal olunub.



  İllər üzrə ÜDM-in həcmi (manatla) və qeyri-dövlət sektorunun respublikanın

                                         ÜDM-də xüsusi çəkisi (%-lə)


                                                                                                        2005
   İllər                                                              2001
              1994    1995     1996     1997  1998    1999    2000              2002    2003     2004   (AZ
                                                                      (AZ
             (AZM)   (AZM     (AZM     (AZM (AZM)    (AZM)   (AZM             (AZM)    (AZM)    (AZM)    N)
Göstə-                                                                 M)
              mild   ) mild   ) mild   ) mild mild    mild   ) mild            mild     mild     mild   milyo
ricilər                                                               mild
                                                                                                          n
  Ümumi
   Daxili                                                             2657             35732,   41872,
             1873,4 10669,0 13663,2 15791,4 17203,1 18875,4 23590,5          30312,3                   11875,6
  Məhsul                                                               8,0               5        5
  (ÜDM)
   ÜDM-
  da özəl
              29,0    30,3     38       48    60,1    63,8    70,8    71,8     73,0     73,3     73,5    77
 sektorun
 payı(%)




            ÜDM-un kəmiyyət baxımından artımı bəzi hallarda əlavə təsirlər hesabına
 baş verə bilər: qiymətlərin səviyyəsinin yuxarı olması ÜDM-un səviyyəsini artırır,
 lakin reallıqda dəyər nisbətində həmin fərq yaranmır. Məhz bu amili aradan
 qaldırmaq üçün real ÜDM və nominal ÜDM ayrı-ayrılıqda müəyyən edilir.
                                              10
          Nominal ÜDM           hesablandığı zaman cari ildəki məhsul və ya xidmətin
qiymətinin onların kəmiyyətinə hasili götürülür. Real ÜDM hesablandığı zaman
isə baza içinə nisbətən inflyasiya təsiri aradan qaldırılır. Real ÜDM və nominal
ÜDM arasındakı asılılıq defilyator əmsalı ilə müəyyən edilir. ÜDM-un
defliyatoru           ölçmək üçün nominal ÜDM-u                      real ÜDM-a bölmək və
nəticəni 100 ə vurmaq lazımdır.


                                       Qiymət və kəmiyyət


Illər          A məhsulunun        A məhsulunun      B məhsulunun       B məhsulunun
                qiyməti              miqdarı           qiyməti            miqdarı
    2001            1 AZN            100              2 AZN             50
        2002         2               150               3                100
        2003         3               200               4                150
İllər                         Nominal ÜDM -un hesablanması
        2001    (1 AZN A məh x 100 A məh)+(2 AZN B məh x 50 B məh)=200 AZN
        2002    (2 AZN A məh x 150 A məh)+(3 AZN B məh x 100 B məh)=600 AZN
        2003     (3 AZN A məh x 200 A məh)+(4 AZN B məh x 150 B məh)=1200 AZN


               Real ÜDM-un hesablanması (2001-ci il baza ili kimi)
        2001      (1 AZN A məh x 100 A məh)+(2 AZN B məh x 50 B məh)=200AZN
        2002      (1 AZN A məh x 150 A məh)+(2 AZN B məh x 100 B məh)=350AZN
        2003      (1 AZN A məh x 200 A məh)+(2 AZN B məh x 150 B məh)=500AZN




                                 ÜDM defliyatorunun hesablanması
        2001      200 AZN / 200 AZN x 100% = 100
        2002      600 AZN / 350 AZN x 100% = 171
        2003      1200 AZN/500 AZN x 100 % =240




Biz bu göstəricidən istifadə edib infilyasiyanı hesablaya bilərik:
                                              11




                   Sahələr üzrə ÜDM-nin artım dərəcəsi, 2002-05 (faiz)


                                               Faktiki          Hesablanmış Proqnozlaşdırılmış
Sahə                                    2002             2003      2004           2005

ÜDM                                      10               11        10              26
Qeyri-neft ÜDM-                          12               16        13              8
Sənaye                                   4                6          4              57
Kənd təsərrüfatı                         6                6          5              8
Tikinti                                  82               48        41              2
Ticarət                                  6                9          9              10
Nəqliyyat                                                           4.5            11.5
Rabitə                                   10               11        36              36
Digər xidmətlər                          8                12        11              11
                                               12

                                    Ədəbiyyat siyahısı:
1. N. Süleymanov «İqtisadi tarix» Bakı -1999


2. A.Eren “ Makro iktisad” Bursa 1992


3. «Ekonomika»     A.S. Bulatova. Moskva – 1997.


4. “İqtisadi nəzəriyyə” T.S. Vəliyev Ə.P.Babayev M.X.Meybullayev 2001


5. ”İqtisadi nəzəriyyə” Teymur Süleyman oğlu Vəliyev Bakı 2002


                                    Həmçinin internet saytları:

       1. http//www.azstat.org

       2. http//www.referat.firststeps.az

       3. http//www.economy.gov.az

       4. http//www.deyerler.org

       5. http//www.wikipedia.org

				
DOCUMENT INFO
Shared By:
Categories:
Stats:
views:179
posted:1/2/2011
language:Azerbaijani
pages:12