Embargoed for 9 December 2004, xxx GMT
Document Sample


Dünya uşaqlarının vəziyyəti 2004-05-06
Uşaqlıq dövrü təhlükə altında
Uşaqlıq dövrü dünya uşaqlarının yarısı üçün qəddar təcrübədir, UNICEF belə qeyd edir.
Yoxsulluq, münaqişə və GİÇS tərəfindən məhv olunmuş qəddar illər.
“Uşaqlar getdiyi kimi, millətlər də gedir”.
London, 9 dekabr, 2004-cü il – Uşaqlıq dövrünün müdafiəsi ilə bağlı standartların dünya
tərəfindən qəbul olunmasına baxmayaraq, yeni UNICEF hesabatı göstərir ki, dünya
uşaqlarının yarıdan çoxu yoxsulluq, müharibə və HİV/QİÇS şərtlərdən ciddi əziyyət çəkirlər
və bu şərait uşaqları səmərəli uşaqlıq dövründən məhrum edir və millətlərin inkişafını
zəiflədir. Dünya uşaqlarının vəziyyəti ilə bağlı özünün 10-cu illik hesabatına dair, UNICEF
İcraedici Direktoru Karol Bellami qeyd edir ki, 1 milyard uşaq bütün dünyanın geniş şəkildə
qəbul etdiyi insan hüquqları sazişi olan 1989-cu ilin uşaq haqları Konvensiyasının vəd etdiyi
sağlam və müdafiə olunmuş tərbiyədən məhrum olublar. Hesabat bir daha dövlətlərin
Konvensiyanın standartlarını həyata keçirməkdə müvəffəqiyyətsizliyə uğraması uşaqlara
daimi zərər vurur və bu da öz növbəsində insan hüquqları və iqtisadi irəliləyişə doğru inkişafı
ləngidir.
Bellami London İqtisadi Məktəbindəki hesabatının təqdimatı zamanı qeyd etdi ki, «bir çox
dövlətlər uşaqlıq dövrünə zərər verə biləcək məlumatlandırılmış seçimləri qəbul edirlər».
Yoxsulluq heç nədən yaranmır; müharibə heç nədən başlamır; GİCS özü-özünə yayılmır.
Bunların hamısı bizim öz seçimimizdir.
«Dünya uşaqlarının yarısının ac və qeyri-sağlam böyüməsi, məktəblərin hədəfə çevrilməsi və
bütün kəndlərin GİCS üzündən boşalması o deməkdir ki, biz uşaqlıq dövrü ilə bağlı vədimizi
yerinə yetirə bilmədik», Bellami dedi.
«Uşaqlıq dövrü təhlükə altında» adlı hesabat – müasir uşaqlıq dövrünə yayılmış təhlükə
yaradan 3 əsas faktorları nəzərdən keçirir: HİV/QİÇS, münaqişə və yoxsulluq.
Yeddi ciddi məhrumedici faktorlar
Hesabat göstərir ki, uşaqlar yoxsulluqdan böyüklərdən fərqli olaraq əziyyət çəkirlər və
ənənəvi gəlir və tədbirlərin istifadəsi yoxsulluğun uşaqlıq dövrünə olan real təsirini əhatə
etmir.
Bu hesabat əksinə uşaqların hiss etdiyi və onların gələcəyinə təsir edən yeddi başlıca
«məhrumedici faktorların» təhlilini təqdim edir. London İqtisadi məktəbi və Bristol
Universitetində tədqiqatçılarla iş zamanı, UNICEF belə nəticəyə gəlir ki, inkişaf edən
dünyadakı uşaqların yarıdan çoxu uşaqlıq dövrü üçün mühüm hesab olunan bir və ya bir neçə
məhsul və xidmətlərdən məhrumdurlar.
640 milyon uşağın adekvat sığınacağı yoxdur;
500 milyon uşaq sanitar xidmətlərindən istifadə edə bilmir;
400 milyon uşaq təhlükəsiz sudan istifadə edə bilmir;
300 milyon uşaq məlumatdan (televizor, radio və ya qəzet) istifadə etməkdən
məhrumdur;
270 milyon uşaq tibbi xidmətlərdən istifadə edə bilmirlər;
böyük hissəsini qızlar təşkil edən 140 milyon uşaq, heç bir zaman məktəbə
getməyiblər;
90 milyon uşaq ciddi şəkildə qidadan məhrumdur.
Hesabat qeyd edir ki, ciddi fakt da ondan ibarətdir ki, heç olmasa 700 milyon uşaq iki və ya
daha çox məhrumedici faktorlardan əziyyət çəkirlər.
Hesabat həmçiinin aydın şəkildə göstərir ki, yoxsulluq inkişaf edən ölkələrə istisna olunmur.
Müqayisəli məlumatı olan 15 sənayeləşdirilmiş ölkənin 11-də son on il ərzində aşağı gəlirlə
yaşayan uşaqların sayı artıb.
Uşaqlıq dövrünə müharibənin təsiri
Pis idarəçiliklə bağlı, ciddi yoxsulluq xüsusilə ölkələrarası daxil olmaqla münaqişənin
yaranmasında mərkəzi elementlər arasında və silahlı faktorlar və pis idarə olunan milli
resurslarda özünü göstərir. Hesabat qeyd edir ki, 1990-cı ildən 2003-cü ilə qədər müddət
ərzində 59 silahlı münaqişədən 55-i ölkələr arasında olduğundan çox ölkə daxilində
müharibəni cəlb edir.
Uşaqlara olan təsir çox böyükdür; hesabata görə 1990-cı ildən bəri müharibədə öldürülən 3.6
milyon adamın yarıya yaxını uşaqlardır. Və uşaqlar hədəf kimi seçilmədən qorunmayıblar,
xüsusilə 2004-cü ilin sentyabr ayında Rusiya Federasiyasının, Beslan şəhərində məktəblilərə
edilən hücum qeyd olunmalıdır.
Hesabat, 1995-ci ildə ilk dəfə UNICEF tərəfindən təyin olunan uşaqların münaqişədən
müdafiə olunması üçün on müddəalı gündəlik işləyib hazırlayıb. Bu sənəd, uşaq əsgərlərin,
zorlamanın müharibənin silahı olması, uşaqlara qarşı müharibə cinayətləri, digər məsələlərlə
birgə sanksiyaların nəticələnəcəyi zərəri nəzərdən keçirir və qeyd edir ki, əldə olunan
nailiyyətlərə baxmayaraq, bu nailiyyətlər müharibənin uşaq həyatlarına olan təsiri kifayət
qədər deyildir.
Məsələn, yüz minlərlə uşaqlar hələ də əsgər kimi istifadə olunur, cinsi zorakılığa məruz qalır,
yer minalarının qurbanlarına çevrilir, zorakılığın şahidi olmaq məcburiyyətində qalır,
öldürülür və tez-tez zorakılıq nəticəsində yetim qalırlar. 1990-cı illərdə, 20 milyona qədər
uşaq münaqişə nəticəsində yaşadıqları yerləri tərk etməli olmuşlar.
Münaqişənin həmçinin ümumi sağlamlıq şərtlərinə də ciddi təsiri var.
Adi beş illik müharibədə, hesabat qeyd etdiki kimi 5 yaşına qədər uşaqların ölüm halı 13%
artmışdır.
Və münaqişə mövcud yoxsulluğu kəskinləşdirir, hesabat daha böyük qlobal diqqətə olan
ehtiyacı və inkişafa tam və sabit keçidlə təmin etmək məqsədilə post-munaqişə
vəziyyətlərində sərmayəni vurğulayır.
Böyüklər ölməyə davam etdiyi zaman
Böyüklər ölməyə davam etdiyi zaman HİV/QİÇS-in uşaqlara olan təsiri kəskin şəkildə GİÇS
yetimlərinin dalğasında görünür və bu say bütün dünyada 15 milyona çatıb. Valideynin
ölümü, hesabatın qeyd etdiyi kimi, uşaq həyatının hər bir aspektinə, emosional durumdan
fiziki təhlükəsizlik, əqli inkişaf və ümumi sağlamlığa təsir göstərir. Lakin uşaqlar HİV/QİÇS
dəhşətli təsirindən yetim olmamışdan çox-çox əvvəl əziyyət çəkirlər. Qayğılarına qalan
şəxslərin xəstəliyi nəticəsində yaranmış maliyyə təzyiqləri üzündən, HİV/QİÇS təsiri altında
qalan ailələrin uşaqları, xüsusilə qızlar işləmək və ya öz ailələrinə qulluq etmək məqsədilə
məktəbi atırlar. Bu zaman onlar qorxulu əmək və ya istismar olunmaq riski ilə üzləşmək
təhlükəsi ilə rastlaşırlar.
HİV/QİÇS təkcə valideynləri öldürmür, həmçinin uşaqların həyatındakı böyüklərin
mühafizəli şəbəkəsini məhv edir. Xəstələnənlərin və ölənlərin əksəriyyəti uşaqların etibar
etdiyi müəllimlər, səhiyyə işçiləri və digər şəxslərdir. Və GİÇS-in aradan qaldırılması
artdıqca, böyüklər öldükdən sonra uşaqların icmada xilas olmasına böyük təkan verir.
HİV infeksiyası və GİÇS-dən ölüm arasındakı zaman ərzində, krizis növbəti on il ərzində
kəskinləşəcək, baxmayaraq ki, bəzən yeni infeksiyalar dərhal sabitləşməli və ya başlamalıdır.
Hesabat həmçinin göstərir ki, ölkələr GİÇS-in yayılmasının aradan qaldırılması, HİV ilə
yaşayan adamları saxlamaq və artıq yetim qalmış uşaqlara qayğının təqdim olunması üçün
tədbirlər görür.
Uşaqların birinci yerdə gəlməsi
Dünya uşaqlarının vəziyyəti göstərir ki, dünya uşaqlarının yarısının təcrübədən keçirdiyi ideal
uşaqlıq dövrü və reallıq arasındakı çatışmamazlıq seçimdən çox asılıdır. Bu aşağıdakıları
tələb edir:
sosial və iqtisadi inkişaf üçün və xüsusilə bir zəif uşaqlara çatmağı vurğulamaq şərtilə
insan hüquqları əsaslı yanaşmanın qəbul olunması.
Uşaqları xüsusilə nəzərdə tutan inkişafın bütün sahələrini əhatə edən sosial cəhətdən
məsul siyasətlərin qəbul olunması.
Milli büccələrin idarəolunması və onların uşaqlara olan təsirinin təhlili cəhətdən,
donorlar və dövlətlər tərəfindən uşaqlara qoyulan sərmayənin artırılması.
Uşaqların həyatının yaxşılaşdırılması, uşaq haqlarının irəli sürülməsi və müdafiəsi
mənbələrindən istifadə etmək prosesində fərdilərin, ailələrin, bizneslərin və icmaların
öhdəlikləri.
Bellami qeyd etdi ki, Uşaq haqları barədə Konvensiyanın qəbul olunması qlobal bir aydınlıq
anı idi və göstərir ki, insan inkişafı yalnız o zaman baş verə bilər ki, hər bir uşaq sağlamdır və
müdafiə olunmuş uşaqlıq dövrünə malikdir.
Lakin uşaq həyatının keyfiyyəti gündəlik həyatımızda, icmalarda və dövlət strukturlarında
qəbul olunan qərarlardan asılıdır. Biz bu seçimləri diqqətlə etməli və uşaqların maraqlarını
nəzərimizdən qaçırmamalıyıq. Əgər biz uşaqların təhlükəsizliyini təmin edə bilməsək, biz
insan haqları və iqtisadi inkişaf üçün qoyulmuş qlobal məqsədlərimizə çata bilməyəcəyik.
Uşaqlar getdikcə, millətlər gedir. Bu çox sadədir».
******
DUV-ni tam oxu, video və audio materiallardan istifadə et və əlavə məlumata bu səhifədə
bax: www.UNICEF.org
Ətraflı məlumat və müsahibələr üçün, aşağıdakılarla əlaqə saxlayın:
UNICEF Media, Nyu York: (+1 212) 326-7261
Alfred Ayronsayd, UNICEF Media, Londonda missiyada (+1 646) 247-2975
Cehane Sedky-Lavandero, UNICEF Media, Londonda missiyada (+1 917) 660-5307
Vivina Belmonte, UNICEF Media, Cenevrə (+41 22) 909-5712
Keyt Donovan, UNICEF Media, Nyu York (+1 212) 326-7452
Related docs
Get documents about "