d word kurs ekono 1231 by VII9jovw

VIEWS: 0 PAGES: 24

									           AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
           AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


Kafedra:            “ Bank işi”.


Fakültə:            Maliyyə.




                           KURS İŞİ.


Mövzu;              “ Bank sistemi “


Kurs;               II


Qrup;               602


Tələbə;


Elmi rəhbər;        Əsgərova Tahirə




                           Bakı-2009

                                       1
Plan:


Giriş
1. Bank sisteminin yaranması və əhəmiyyət
2. Mərkəzi Bankın funksiyaları və əhəmiyyəti
3. Kommersiya bankları və qeyri – kredit təşkilatları
Nəticə
Ədəbiyyat siyahısı




                                         2
                                                         Giriş

    Cəmiyyətin inkişafının müasir mərhələsində bankların rolu çox böyükdür.
Ümumiyyətlə, bank sistemi dedikdə, ayrı-ayrı bank və bank institutlarının məcmusu başa
düşülür. Bank isə p u l v ə s a i t l ə r i n i n t o p l a n m a s ı , k r e d i t l ə r i n v e r i l m ə s i , p u l l a
hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif
qiymətli kağızların buraxılması və s. funksiyasısiyalarını yerinə
yetirən iqtisadi təşkilatlardır. Banklar iqtisadiyyatın pul və kredit
ehtiyacını ödəyən qurumlardır. Bankların əsas vəzifəsi kreditorlardan
borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində
v a s i t ə ç i l i k e t m ə k d i r . Həqiqətən, banklar hər şeydən öncə kredit alış-verişinin əsası
olan girovu saxlayan qurumlardır. Toplum içində pulu olub, borc verməyə hazır kimsələr
və kredit axtaranların sayı sonsuzdur. Ancaq bunların arasında bir kredit alış-verişinin
meydana gəlməsi üçün borc alana etibar əsas şərtdir. Bank kredit almaq istəyində
olanın kreditlərini olçmək və verdiyi krediti zəmanət altına almaq üçün gərəkli texniki
alətlərə malikdir. Banklar kiçik, orta, böyük borc verə bilən fondları toplayaraq, böyük
fondların yığımına xidmət edərlər. Bununla müasir böyük şirkətlərin və dövlətin kredit
tələblərini ödəmək imkanlarına sahibdirlər. əgər banklar olmasa idi, müasir iri şirkətlərin
və dövlətin böyük həcmdəki kredit tələblərini ödəyə bilmək üçün yüzlərlə əmanət
sahibinə müraciət edilməsi lazım gələrdi. Banklar bir qayda olaraq iqtisadiyyatda pulla
bağlı əməliyyatları yerinə yetirirlər. Onlar fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərini
cəlb edir, kreditlər verir, müxtəlif məqsədlə nəğd və nəğdsiz hesablaşmalar aparırlar.
Iqtisadi anlamda bank anlayışı, iqtisadiyyata ( banknot və qeydiyyatlı pul kimi ) ödəmə
vasitələri saxlayan, nağd sərmayə və sərmayə təmsil edən xalqlarla ( daşınan dəyərlərlə
bağlı ticarət əlaqələrini ) davamlı olaraq aparan qurumlardır. Buna görə də ölkə
iqtiasdiyyatında əmtəə-pul münasibətlərinin, istehsal və ticarətin inkişaf səviyyəsi, pul
döriyyəsinin vəziyyəti bank sisteminin fəaliyyətinə əsaslı surətdə təsir edir, onun
mənasını müəyyənləşdirir. Bank sistemi bazar iqtisadiyyatının ən vacib və ayrılmaz
tərkib hissəsidir. Bununla əlaqədar pul dövriyyəsində və onun hərəkətində hər hansı
zəiflik və dayanma cəmiyyətin böhran vəziyyətinə düşməsinə gətirib çıxara bilər. Buna
görə də bu sistem elə qurulmalıdır ki, iqtisadiyyatın bütün sahələrində maliyyə və natural
məhsul axınını təmin etsin, onların tarazlığına şərait yaratsın.




    1. Bank sisteminin yaranması və əhəmiyyəti.

    Qədim zamanlardan bank haqqında fikirlər insanları cox düşündürmüşdür, buna görə
də tarixin müxtəlif inkişaf mərhələlərində bankın mahiyyəti haqda müxtəlif nəzəriyyələr,
fikirlər mövcud olmuşdur. Lakin bununla yanaşı bankların nə zaman yarandığı, onların
                                                            3
hansı əməliyyatlar yerinə yetirdiyi, onların təkamülündə hərəkətverici qüvvənin məhz
nəyin olduğu haqda dolğun məlumat yoxdur. Müasir iqtisadi tarix qədim pul dövranı
haqda yetərincə təsdiqi materiallar toplasa da, bu pul dövranında sadə kredit
qurumlarının, yəni bankların rolunun nədən ibarət olmasına cavab tapa bilməmişdir.
Hətta iqtisadi ədəbiyyatlarda da bankaların yaranma mərhələsi belə tam müəyyən
olunmamışdır. Bu heç də o demək deyildir ki, bankların yaranması haqda heç bir
məlumat yoxdur, var, sadəcə olaraq o qədər dolğun və geniş deyil. Iqtisadi elmində
bankların yaranması və inkişafına dair bir çox alimlərin tədqiqatlarına rast gəlmək olar.
Bu tədqiqatlarda hələ əqədim dövrlərdən, bizim eradan əvvəldən başlamış son dövrlərə
kimi pulun, kreditin, emissiyanın, bankaların, bank sistemlərinin meydana gəlməsi
şəraiti, onları doğuran tarixi, ictimai, iqtisadi zərurət, həmçinin onların inkişaf mərhələləri
və bu kimi digər məsələlər öz əksini tapmışdır. Bu nəzəriyyələrə, alimlərin
tədqiqatlarına, müxtəlif məlumatlara nəzər saldıqda bu qədər müxtəlif fikirlərin
mövcudluğunun səbəbini bankın təsərrüfat fəaliyyəti ilə sıx bağlı olmasında görmək
olar. Tədqiqatlar göstərir ki, bankların meydana gəlməsi və sistem kimi formalaşması
çox uzun bir tarixi dövrü əhatə edir. Hələ qədim zamanlardan xalq dilində bank pul
saxlanan bir anbar kimi təsəvvür edilirdi. Lakin bu cür yanaşma bankın tam mənasını,
həmçinin təsərüfatçılıqda onun tam fəaliyyətini izah etməkdə çətinlik yaradır. Bir sıra
alimlərin fikrincə ilk banklar XIV və XV əsrlərdə kapitalizmin manufaktura mərhələsində,
ilk növbədə ayrı-ayrı italyan şəhərlərində ( Venesiya , Genuya ) yaranmışdır. Onların
fikrincə bank, əmtəə təsərrüfatçılığının xüsusi institutu kimi deyil, məhz pul tədavülünü
tənzimləyən və daha geniş həcmli kredit əməliyyatlarını yerinə yetirən təşkilatdır. Bank
kreditin elə bir inkişaf mərhələsində yaranmışdır ki, onun köməyi olmadan kapitalist
müəssisələrinin geniş fəaliyyətindən söhbət gedə bilməzdi. Məhz bu səbəbdən də bank
kapitalist təsərrüfatçılığının yaranması ilə xarakterizə olunur.
    Digər mütəxəsislər isə elə hesab edirlər ki, banklar daha erkən mərhələdə -
feodalizm mərhələsində yaranmışdır. Onların fikrincə, hələ antik və feodal təsərrüfatı
dövründə bankın ödəmələrdəki vasitəçilik funksiyasısiyasına ehtiyac var idi. Beləliklə,
demək olar ki, bankların yaranması haqqınında mütəxəsislərin fikir ayrılığı bir deyil,
təxminən iki minlik arasında oynayır. Deməli ilk banklar haqqında sualın istiqaməti, hər
hansı bir dəqiq dövrün müəyyən olunmasından çox, hansı qurumun bütün kredit və pul
münasibətlərini həyata keçirməsi və hansı formada və ardıcıllıqla yerinə yetirilməsinin
müəyyən olunmasına yönəlir.
    Bildiyimiz kimi bank sözü italyan sözü olan “ banko “ sözündən götürülüb, masa
mənasını verir. Bu masa-banklar orta əsrlərdə malların gur ticarəti baş verən
meydanlarda qurulurdu. Məlumdur ki, həmin dövrdə vahid pul sistemi olmadığından
alqi-satqı zamanı müxtəlif növ pullardan istifadə olunurdu. Və bu qarışıqlıqdan baş
çıxarmaq üçün xüsusi peşəkarlara ehtiyac duyulurdu. Həmin şəxslərin öz vəzifələrini
yerinə yetirmək üçün ticarət yerlərində xüsusi masaları olurdu. Əgər nəzərə aldsaq ki, X
əsrdə İtaliya dünyanın ticarət mərkəzi hesab olunurdu, o zaman ticarət əməliyyatlarında
bankirlərin iştirakının vacibliyini və onların masa-banklarının daha geniş yayılmasının
səbəbini başa düşmək o qədər də çətin olmaz.
    Qədim Yunanıstanda isə belə ticarət məsləhətçilərinə trapezidlər deyilirdi. Onlar da
İtaliyada olduğu kumi müxtəlif pul mübadiləsi əməliyyatlarını xüsusi masalarda həyata
keçirirdilər. Yunan dilində trapeza “ masa “ deməkdir. Qədim Şərqdə isə pul
                                               4
mübadiləsinin yerinə yetirildiyi yer “ ticarət evləri “ adlanırdı. Ticarət evlərində müxtəlif
pul əməliyyatları ilə yanaşı, həmçinin, pul sikkələrin kəsilməsi ilə də məşğul olunurdu.
Belə çıxır ki, ilk banklar ticarət meydanlarında müxtəlif pulların mübadiləsi üçün nəzərdə
tutulmuş mübadilə masaları əsasında yaranmıışlar.
   Tarixçilərin fikrincə bank əməliyyatları həm ayrı-ayrı şəxslər tərəfindən, həm də
müxtəlif kilsələr tərəfdən həyata keçirilirdi. Məbədlər müxtəlif qiymətli əşyaların
saxlanılması üçün ideal yer hesab olunurdu. Hətta oğrular da məbədlərdən nəsə
oğurlamağa curət etmirdilər. Dinə etimad kredit qoyuluşlarının toxunulmazlığı bir sıra
yunan kilsələrini çox məşhur edərək, onları özünəməxsus bank təşkilatlarına çevirmiş
oldu.
   Çox keçmədi ki, ilk bankirlər başa düşdülər ki, hərəkətsiz qalan iri həcmli pul
vəsaitlərinin yığımı səmərəli deyil. Belə ki, onları müvəqqəti olaraq istifadə etmək və ya
başqasına borc şəklində verib, əvəzində faiz almaqla müəyyən gəlir əldə etmək olar. Bu
zaman girov kimi müxtəlif qiymətli əşyalardan,əsasən, gəmilər, evlər, hətta insanlardan
da istifadə edilirdi. Amma bütün bunlarla yanaşı normal bank sisteminin yaranması XVIII
əsrə təsadüf edir. Dövlətdən banknot buraxmaq hüququnu alan ilk səhmdar bank
( Bank of English ) 1964-ci ildə İngiltərədə təsis edilmişdir.
   Iqtisadiyyatın inkişafı və hesablaşmaların artması, həmçinin mürəkkəbləşməsi ilə
əlaqədar banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları artırmış və
təKommersiya bankinləşdirmişlər. Sənayenin inkişafı bankların qısamüddətli
kreditləşmə əməliyyatlarının inkişafına gətirdi, sonralar əməliyyat sahəsi genişləndikcə
kredit müddətlərinin artması kimi fəaliyyətin inkişafına, universal fəaliyyətə gətirib
çıxardı, bu da bankların daha çoxşaxəli əməliyyatlar aparmasına, ixtisaslaşmasına və
nəhayət iqtisadiyyatı tənzimləyən və həmçinin ondan asılı olan bir quruma çevrilməsinə
təkan verdi. Beləliklə , köləliyin inkişaf etməsi və ayrı-ayrı dövlətlər, məbədlər, ticarət
evləri çərçivəsində pulların saxlanması, kassa, uçot, hesablaşma,mübadilə, kredit,
depozit əməliyyatlarının kölələrə həvalə edilməsi tədiyyə əməliyyatlarında vasitəçiliyin
təKommersiya bankinləşməsini təmin etmiş, pul yığımının artmasına və
təmərküzləşməsinə stimul yaratmış, bankların yaranmasının təməlinə çevrilmişdir.
   Əsrimizin 80-ci illərində amerika qanunvericiliyinə görə tələb olunanadək depozitlər
qəbul edən və kommersiya, istehsalat müəssisələrinə kredit verən istənilən təsisat bank
adlanırdı. Qeyri- bank bankları qanundan yan keçərək ya depozit, ya da kredit
əməliyyatlarının aparılmasını bank anlayışından kənar saydılar . böyük mübarizələrdən
sonra onlar bank sferasına daxil olmalarını məhdudlaşdırmaq istəyən FES-i
məhkəmədə udaraq yeni bank xidmətlərini göstərməyə müvəffəq oldular . Beləliklə,
ABŞ qanunvericiliyinə əsasən müəssisə göstərdiyi xidmətlərə görə deyil, depozitlərini
hansı dövlət təşkilatı sığortalanmasından asılı olraq bank adlanır. Amma geniş kütlə
bankı müştərilərə göstərdiyi xidmətlər prizmasından araşdırır. Bank ən əsas kredit
əmanət və ödənişlərə aid geniş xidmətlər spektrini təklif edən və iqtisadiyyatda istənilən
müəssisəyə müxtəlif maliyyə xidmətlərini göstərən maliyyə institudur.
   1996-ci il 14 iyun tarixli növbəti qanunda “ bank – fiziki və hüquqi şəxsələrin pul
vəsaitlərini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq
şərtilə öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxlərin hesabını açmaq və aparmaq
əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit
təşkilatıdır “.
                                              5
   Bütün bu fikirləri ümumləşdirsək deyə bilərik ki, bank –finans xidmətlərini göstərən
cəmiyyətin pul resurslarını profesionallıqla idarə edən və cəmiyyətdə bir sıra
funksiyasısiya daşıyan təşkilatdır. Çoxları bank fəaliyyətinin yalnız əmanət cəlb etmək
və kredit verilməsi ilə məhdudlaşdığını fikirləşir. Lakin bu heç də belə deyil. Bugün
inteqrasiya əlaqələrinin genişləndiyi,azad iqtisadiyyat prinsiplərinin həyata keçdiyi bir
şəraitdə rəqabət qabiliyyətin saxlamaq və ictimai tələbatı ödəmək üçün banklar yeni
rolları mənimsəməlidirlər.
   Bazar iqtisadiyyatında iqtisadiyyatın idarə olunması mexanizmində bank sisteminin
rolunun dəyişdirilməsinə ehtiyac var idi.Bu proseslər XX əsrin 80-90 illərindən həyata
keçirilməyə başlanmışdır.Bu zaman bank sisteminin təşkilati strukturunun dəyişdirilməsi,
bankların rolunun, onların iqtisadiyyatın inkişafında təsir gücünün artırılması,kreditin
təsir edici ünsürə çevrilməsi başlıca məqsədlərdən idi.Bu zaman aşağıdakı 3 mexanizm
irəli sürüldü :
1 İkipilləli bank sisteminin yaradılması (Mərkəzi emissiya bankı və iqtisadiyyata xidmət
edən ixtisaslaşdırılmış dövlət bankları)
2 İxtisaslaşdırılmış bankların bütövlükdə təsərrüfat hesabına və özünümaliyyələşdirmə
mexanizminə keçməsi
3 Təsərrüfatın ayrı –ayrı sahələri üzrə müəssisələrin kredit münasibətlərinin müxtəlif
forma və metodlarının təkminlləşdirilməsi
Azərbaycan Respublikasında bank sisteminin formalaşması çox da uzaq dövrə təsadüf
etmir, onun tarixi böyük deyil.
Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanda da bütün SSRİ-də olduğu kimi
mərkəzləşdirilmiş və birpilləli sovet bank sistemi fəaliyyət göstərirdi. 1990-cı ildə SSRİ
Dövlət Bankı və bank fəaliyyəti haqqında qanun qəbul olundu. Bu qanunla ikipilləli bank
sisteminə keçid reallaşdı. Azərbaycan Respublikasında hazırda ikipilləli bank sistemi
tətbiq olunur.
Azərbaycan Respublikasının bank sistemi Mərkəzi Bankdan və Respublikanın kredit
təşkilatlarından ibarətdir. Bank sisteminin ən mühüm tərkib hissəsi isə, Azərbaycan
Respublikası Mərkəzi Bankıdır. Mərkəzi Bank respublikanın mərkəzi bankı
statusundadır. O, mərkəzi bankın vəzifələrini yerinə yetirir.
        Kredit sistemində əsas mövqe mərkəzi bankındır.Onun əvvəllər yerinə yetirdiyi
müəssisə və təşkilatların kreditləşdirilməsi və onlar arasındakı hesablaşmaların
aparılması funksiyası müvafiq ixtisaslaşdırılmış banklara verildi.Burada əsas məqsəd
emissiya fəaliyyətini yerinə yetirən bankı iqtisadiyyatın kreditləşdirilməsi fəaliyyətini
yerinə yetirən banklardan ayırmaq idi.
        Kredit sahəsində iqtisadi münasibətlər sisteminin kompleks şəkildə yenidən
qurulması əsas məsələlərdən biri idi.Bu proses 1988-ci ildən ilk Kommersiya banklarının
yaradıldığı dövrdən həyata keçirilməyə başlanmışdır ki, bu da öz növbəsində müasir
kredit sistemində bazar münasibətlərinin formalaşması və strukturunun təməli hesab
olunur.Ümumiyyətlə kredit sisteminin əsas hissəsi olan bank sistemində əhəmiyyətli
dəyişiklik ikipilləli bank sisteminin yaradılması ilə nəticələndi.Onun birinci pilləsində
Mərkəzi bank, ikinci pilləsində isə Kommersiya bankları və ayrı-ayrı bank əməliyyatlarını
həyata keçirən digər maliyyə-kredit qurumları dururdu.Beləliklə bank sistemi özündə
Dövlət bankını ,Kommersiya banklarını ,xarici bankların filialları və nümayəndəlikləri


                                            6
,bank olmayan kredit təşkilatlarını ,kredit təşkilatları assosiasiyaları və ittifaqları ,bank
qrupları və holdinqləri cəmləşdirir.
    Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını Mərkəzi
banklar təşkil edir.Mərkəzi bank yuxarıda qeyd etdiyimiz kimi ikipilləli bank sisteminin ilk
pilləsində mövqe tutur.Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında
vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit
axınını tənzimləyən bir təşkilatdır.Kredit sisteminə daxil olan 2-ci qurum Kommersiya
banklarıdır .Kommersiya bankları –bank qanunvericiliyinin imkan verdiyi bütün
əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol
Kommersiya banklarına məxsusdur.Belə ki ,məhz Kommersiya bankları ölkədə kredit
resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit
xidmətlərinin bütöv kompleksini təqdim edir.Bu gün Kommersiya bankları müştərilərə
200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya
bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək
vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır.
    Bankların fəaliyyəti o qədər çoxşaxəlidir ki, onun mahiyyətinin açılması və iqtisadi
baxımdan tam izah edilməsi heç də asan məsələ deyildir. Banklar həm iqtisadi
idarəetmə orqanı kimi, həm vasitəçi təşkilat kimi, həm də kredit təşkilatı kimi xarakterizə
edilir. Tarixi inkişaf bankların tədricən kredit mərkəzlərinə çevrilməsinə şərait yaratdı.
Lakin bu heç də bankın kreditlə qarışması, birləşməsi deyil. Çünki bank və kredit
anlayışları eyni anlayış deyillər.
        Kredit – borc kapitalının hərəkət formasıdır. Bu, kreditorla borcalan arasındakı
borc dəyərinin qayıtması hərəkəti üzrə münasibətdir. Kredit münasibətlərində bir qayda
olaraq tərəflərdən biri kreditor, digəri borcalan olur.
        Kreditdən fərqli olaraq bank bu münasibətlərin bir tərəfidir. Bankı və krediti
müqayisə edərkən həm də onların tarixi köklərinə də nəzər salınmalıdır. Bank pul
yarandıqdan sonar meydana gəlmişdirsə, kredit isə pul yaranana qədər fəaliyyət
göstərirdi. Bank kreditin inkişafının nəticəsidir. Kredit bankın yaranmasının təməlini
təşkil edir.
        Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlərinə görə
digər sistemlərdən fərqlənir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bank sistemi onun
elementlərinin təsadüfi məcmusundan ibarət deyidir. Bu sistemin özünəməxsusluğu
onun tərkibinə daxil olan elementlərin və onların qarşılıqlı münasibəti ilə
müəyyənləşdirilir. Bank sistemi bir məqsədə xidmət edən müxtəlif hissələrin,
elementlərin vəhdəti kimi təsəvvür etmək lazımdır. əgər hər hansı səbəbdən banklardan
biri bağlanarsa və ya ləğv edilərsə, sistem öz fəaliyyətini dayandırmır. Onun
funksiyasısiyalarını digər banklar yerinə yetirir, zərurət olduqda isə təzəsi yaranır.
Beləliklə, sistemin bütövlüyü pozulmur.
        Bank sistemi özünü təşkil edən və özünütənzimləyən bir sistemdir. Belə ki
ölkənin iqtisadiyyatında və iqtisadi siyasətində, eləcə də siyasi aləmdə baş verən
dəyişikliklər bank siyasətinin dəyişilməsinə gətirib çıxara bilər. əgər ölkədə qeyri-sabitlik
yaranarsa, iqtisadi böhran baş verərsə, banklar istehsala uzunmüddətli investisiyaları
məhdudlaşdırır, kreditləşmənin müddəti qısalır, bəzən də tam dayandırılır. Iqtisadi
stabillik yaranan kimi banklar yenidən öz ənənəvi fəaliyyətlərini bərpa edirlər.
Hadisələrin belə dəyişməsi anında düzgün qərar qəbul edən banklar öz fəaliyyətlərini
                                              7
davam etdirir, düzgün qərar qəbul edə bilməyənlər isə güclü maliyyə itkilərinə məruz
qalaraq iflasa uğrayırlar.
        Şərh olunanlar əsasında belə bir nəticəyə gəlmək olar ki, bank sisteminin
aşağıdakı özünəməxsus əlamətləri var:
             Bank sistemi eyni məqsədə xidmət edən elementlər məcmusudur
             Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir
             Bank sistemi elementlərin qarşılıqlı dəyişdirilməsi iqtidarındadır
             Bank sistemi dinamik sistemdir
             Bank sistemi qapalı sistemdir
             Bank sistemi idarəedilən sistemdir
             Bank sistemi xarici şəraitə uyğun fəaliyyət göstərir.
         Banklar pul vəsaitlərinin toplanılması, kreditin verilməsi, pulla hesablaşmaların
həyata keçirilməsi, dövriyyə üçün kredit vəsaitlərinin emissiyası, müxtəlif qiymətli
kağızların buraxılması və s. funksiyasısiyalarını yerinə yetirən xüsusi iqtisadi
institiutlardır. Kredit idarələri sistemində əsas yer müəssisə və təşkilatların kreditləşməsi
qaydalarını müəyyən edən banklara məxsusdur. Artıq məlumdur ki, iqtisadiyyatın
maliyyə vəsaitlərinin çatışmazlığını hiss edən bütün subyektlərə kreditləşməni məhz
banklar verir. Banklar kredit əməliyyatları həyata keçirmək üçün təkcə özünəməxsus
kapitaldan deyil, eyni zamanda, cəlb edilmiş vəsaitlərdən də istifadə edir.
    Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və
kommersiya, verilən kreditlərin xarakte rinə görə uzunmüddətli və
qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar,
koopertiv, bələdiyyə və qarışıq, fəaliyyət çərçivəsinə görə iri, orta,
kiçik, xidmət göstərdikləri ərazilərə görə yerli, regional,
Mərkəzi,beynəlxalq, xidmət göstərdikləri sahələrə görə universal və
ixtisaslaşdırılmış banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin
mərkəzləşməsini və onların borc kapitalına çevrilm əsini tənzimləyir.
Bank sisteminə daxil olan digər qurumları nəzərdən keçirək:
Xarici bankın filialı - Azərbaycan Respublikasında Mərkəzi Bankın lisenziyası ilə ona
icazə verilmiş bank əməliyyatlarını həyata keçirmək hüququ olan xarici bankın ayrıca
bölməsidir.
Kredit təşkilatı – Mərkəzi Bankın lisenziyası əsasında Qanunda nəzərdə tutulmuş bank
əməliyyatlarını həyata keçirən qurumdur
Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan və
fəaliyyəti Mərkəzi Banklar tərəfindən tənzimlənən şirkətdir.
Bankın filialı – bankın baş ofisinin yerləşdiyi yerdən kənarda yerləşən, öhdəlikləri üçün
əsas bankın özü qədər məsuliyyət daşıdığı və banka icazə verilmiş bank fəaliyyətinin
hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
Bank olmayan kredit təşkilatı- öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər
istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
Indi isə bank sisteminə aid olan bəzi terminlər ilə tanış olaq.
Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə
(müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə,
təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

                                              8
Depozit –banka saxlamaq üçün köçürülən, müəyyən olunmuş şərtlər daxilində və
müddəti çatdıqda qaytarılmalı olunan pul vəsaitləridir. Qaytarılmaya depozitin məbləği
və qabaqcadan depozit müqaviləsinə əsasən müəyyən olunmuş faiz dərəcəsi aiddir.
Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox
faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının
qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla
sahiblikdir.
Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və
ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə
yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis
öhdəliyə çevrilməsi prosesidir.
Prudensial- bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş
normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış,
idarəetmə və nəzarət üsuludur.
Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə
olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I
dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin)
cəmi və onlardan tutulmaların fərqidir
       Bankın uğurlu fəaliyyətinin təmin olunmasında aşağıdakı strateji vəzifələrin yerinə
yetirilməsi və həmçinin onların bəzilərinin gələcəkdə icrası üçün möhkəm zəmin
yaradılması mühüm rol oynamışdır:
       - müştərilərə və müxbir banklara bank xidmətlərinin yüksək səviyyədə və operativ
şəkildə göstərilməsini təmin etmək və bu əsasda onların Beynəlxalq Banka olan inamını
daha da möhkəmləndirmək. Bütün keyfiyyət və kəmiyyət göstəriciləri üzrə ölkə bankları
arasında liderlik mövqeyini saxlamaq;
       - kredit əməliyyatlarının həcmini genişləndirmək. Kredit portfelinin keyfiyyətinin
artırılması və diversifikasiyasını təmin etmək. Kredit risklərinin minimuma endirilməsinə
zəmin yaradan standartların tətbiqi və onlara əməl olunması;
       - beynəlxalq maliyyə institutları və dünyanın tanınmış kredit təşkilatları ilə əlaqələri
möhkəmlətmək və onların maliyyə resurslarını yeni yaranmış çoxsaylı özəl
müəssisələrin fəaliyyətinin təşkili və inkişafı ilə bağlı layihələrə yönəltmək;
       - yeni və səmərəli layihələrdə iştirak vasitəsilə, investisiya fəaliyyətini
gücləndirmək, II Özəlləşdirmə Proqramı çərçivəsində ABB-nin özəlləşdirmə
proseslərində iştirakının istiqamətlərini müəyyənləşdirmək;
       - ABB-ni beynəlxalq prktikada qəbul olunmuş bütün bank xidmətlərinin yüksək
keyfiyyətlə və geniş spektrdə göstərmək imkanına malik olan universal banka çevirmək;
       - müştərilərə yeni bank xidmətlərinin, o cümlədən internet-bankinq üzrə xidmətlərin
göstərilməsi;
       - kredit kartları ilə əməliyyatların həcminin genişləndirilməsi.
       - bank fəaliyyətinin nəticələrinə aid olan gəlirlərə görə vergi ödənilməsi;


     Banklar-iqtisadiyyatın xüsusi sektoru olmaqla aşağıdakıları həyata keçirir:
      - lisenziyalaşdırma;
      - valyuta nəzarəti;
                                              9
        - təşkilatlararası hesabların təmin olunması;
        - təşkilatlar və fiziki şəxslərin vəsaitlərinin cəlb olunması və hərəkəti;
      Bunlar - maliyə-təsərrüfat münasibətlərinin əvəzedilməz subyektləridir.
      Belə ki:
      - Büdcənin xəzinə yerinə yetirilməsini həyata keçirirlər;
      - Kapitalın konsentrasiya mərkəzi olduğu üçün kapital bazarında demək olar ki,
yeganə real investor və əksər vaxtlarda «diktatorlardır».
      - Başqa vergi ödəyiciləri ilə müqayisədə yüksək öhdəlikləri hesabına vergi
agentlərinin funksiyasısiyalarını həyata keçirirlər (gəlir vergisinin, nəqd xarici valyuta
alarkən verginin və başqa vergilərin, yığım və ödənişlərin tutulması və büdcəyə
keçirilməsi).
        Bank sisteminin inkişafına bir sıra makroiqtisadi və siyasi amilllər təsir edir. Bu
amillərə aşağıdakıları aid etmək olar:
    əmtəə-pul münasibətlərinin inkişaf səviyyəsi
    ictimai-iqtisadi amillər
    qanunvericilik bazası
    iqtisadiyyatda bankların rolu və fəaliyyəti haqda ümmumi təsəvvürlər
    siyasi amillər
    ölkənin iqtisadi vəziyyətindəki dəyişikliklər, həmçinin iqtisadiyyatın inkişaf
        səviyyəsi
    ölkədə mövcud bankların rəqabət səviyyəsi
    mövcud vergi siyasəti

   2. Mərkəzi Bankın funksiyasısiyaları və əməliyyatları

       Mərkəzi banklar kredit sisteminin mərkəzi olub, yalnız pul-kredit sisteminin
   tənzimlənməsi ilə məşğul olur. O, banklar arasında əsas yer tutur, « banklar bankı »
   adlanır. Mərkəzi bank banklar üçün koordinasiya rolu oynayır və onların işini yalnız
   iqtisadi tənzimləmə metodları ilə nizamlayır. Mərkəzi bank ölkənipn bank sistemi
   üzərində nəzarəti həyata keçirir. O, yalnız banklara və hökümətə xidmət edir. Buna
   görə də, mərkəzi bank dövlətin bankiri adlanır. Onlar dövlət büdcəsinin emissiya-
   kassa fəaliyyətinin həyata keçiirlməsində əsas rol oynayırlar. Mərkəzi bankların
   yeritdikləri pul-kredit siyasəti nəticəsində bir neçə gün ərzində qiymətləri həm sabit
   saxlamaq, həm də milli valyuta kurslarını əhəmiyyətli dərəcədə dəyişmək olar.
   Mərkəzi banklar istehsalı dayandırmaq, sürətlə artırmaq, həmçinin işsizliyi artırmaq
   və ya aradan qaldırmaq imkanına malikdir. Buna görə də, mərkəzi banklar hər bir
   ölkədə başlıca diqqət mərkəzindədir.
       Sərmayə quruluşuna görə mərkəzi bankları 3 başlıq altında toplaya bilərik:
     - Sərmayenin hamısı dövlətə aid olan mərkəzi banklar
           - Sərmayeləri Kommersiya bankları tərəfindən qurulan mərkəzi banklar
           - Sərmayelərinin bir hissəsi dövlətə, bir hissəsi də özəl sektora aid olan
               mərkəzi banklar
       Bütün ölkərin bank sistemlərinin əsas hissəsini mərkəzi banklar təşkil edir. Ayrı-
ayrı ölkələrdə isə bu banklar müxtəlif cür adlandırılır: Mərkəzi Bank, Xalq Bankı, Dövlət
Bankı, Ehtiyat Bankı, Emissiya Bankı, Federal Ehtiyat Sistemi. Bəzi ölkələrdə isə
                                              10
sadəcə ölkələrin adı ilə bağlı olaraq , məsələn, İtalya Bankı, Yaponiya Bankı və.s.
adlandırılır.
Müxtəlif ölkələrdə mərkəzi banklar müxtəlif illərdə yaranmışdır. Ümumilikdə, onlardan ən
birincisi təqribən üç əsr əvvəl İsveçrədə 1668-ci ildə yaranmışdır. Azərbaycan Mərkəzi
Bankı 1992-ci ildə yaranmışdır. Yarandığı ildən 2009-cu ilə qədər mərkəzi bank
Azərbaycan Mərkəzi Bankı adlanırdı. 2009-cu il 18 martda kecirilən referendumda
azərbaycan xalqı Mərkəzi Bankın adının Mərkəzi Bankla əvəz olunmasını səs çoxluğu
ilə qəbul etdi. Çünki dünya iqtisadiyyatında bir çox sınaqlardan keçmiş əksər İEÖ-də
adlandırma məhz bu cürdür. Belə əvəzlənmə qloballaşan dünyamızda atılan düzgün
addımlardan biridir.
        Mərkəzi bankların hansı ölkədə fəaliyyət göstərməsindən aslı olmayaraq onlar
üçün xarakterik və ümumi olan funksiyasısiya və vəzifələr mövcuddur. Eyni zamanda
hər bir ölkənin bank sisteminin funksiyasısiya və vəzifələri vardır. Bu funksiyasısiya və
vəzifələr öz əksini həmin ölkənin bank qanunvericiliyində tapır.
        Əvvəlcə mərkəzi bankların ümumi xarakter daşıyan vəzifə və funksiyasısiyalarını
nəzərdən keçirək:
     ölkənin emissiya mərkəzidir, buna görə də banknotlar buraxmaq üçün inhisarçı
        hüququ vardır;
     o ölkənin digər bankları ilə əməliyyat aparır, onlara kredit verir və onların
        fəaliyyətinə nəzarət edir;
     kredit sistemində peşəkarlığın və standartlaşmanın səviyyəsini qoruyub saxlayır
     hökümətin bankiridir, ehtiyac yarandıqda dövlətə kredit verir.
     dövlətin qızıl-valyuta ehtiyatlarını saxlayır.
     ölkənin baş hesablaşma mərkəzidir, ölkənin digər bankları arasında nağdsız
        hesablaşmaları yerinə yetirilməsində vasitəçi rolunu oynayır;
     pul – kredit metodları vasitəsiylə iqtisadiyyatı tənzimləyən orqandır; və s.
    Mərkəzi banklar yuxarıdakı vəzifələri icara edərkən aşağıdakı 3 funksiyasısiyanı
    yerinə yetirir:
        1. nəzarət
        2. tənzimlənmə
        3. məlumat – tədqiqat
    Ölkə iqtisaidyyatının əsasını təşkil edən kommersiya və digər kredit təşkilatlarının
    işinə nəzarəti Mərkəzi Bank yerinə yetirir. Nəzarətin özü qanunvericilikdə nəzərdə
    tutulmuş çərçivədə aparılır və kənarlaşmalara yol verilmir. Banklara nəzarət edərkən
    onların tənzimlənməsi prosesi də həyata keçirilir. Bank sistemini tənzimləyərkən
    tənzimləmə aləti olaraq disknot və girov siyasəti, deposit siyasəti, valyuta siyasəti və
    s. kimi alətlərdən istifadə edilir. Həm nəzarət, həm də tənzimlənmə
    funksiyasısiyalarını yerinə yetirərkən bank sistemi haqqında məlumatların
    düzgünlüyü, təcrübəvi məlumatların vaxtında aparılması, düzgün statistik
    məlumatların toplanılması, bütün bunlar məlumat-tədqiqat funksiyasında cəmlənir
    Indi isə bəzi İEÖ-in mərkezi bank sistemləri haqda qısa məlumat verək.
      Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir.Məsələn, ABŞ da
Federal Ehtiyat Bankları, B.Britaniyada İngiltərə bankı, Almanyada Almaniya Federal
Bankı,Azərbaycanda isə Milli Bank.İEÖ-in çoxunda mərkəzi bankların əsas məqsədləri
və fəaliyyət dairəsi öz əkzini ya konstitusiyalarda, ya da Mərkəzi Bank və bank fəaliyyəti
                                              11
haqda qanunda tapmışdır. Avopa ölkələrində Fransa və İtaliyanın Mərkəzi bankkları
digərlərinə nisbətən pul-kredit siyasətini həyata keçirilməsində dövlət orqanlarından az
bir səviyyədə asılıdırlar. Bu ölkələrdə Mərkəzi Bankın işinə müdaxilə hüququnun
istiqamətləri qanunvericiliklə hökümətə həvalə edilib. Mərkəzi Bank məsləhətçi rolunda
çıxış edir və fəaliyyətində hökümətin qərarlarını rəhbər tutmağa borcludur. Böyük
Britaniyanın, Hollandiyanın, İsveçin və Yaponiyanın qanunvericiliyində dövlət
orqanlarının Mərkəzi Bankın işinə müdaxilə, onu təlimatlandırmaq, onun qərarını ləğv
etmək imkanları tam müəyyənləşdirilmişdir. Böyük Britaniyanın bank sisteminin
özünəməxsus xüsusiyyətləri var. Bu ölkənin Mərkəzi Bankı ( İngiltərə Bankı ) bank
sistemi ilə əlaqəni ixtisaslaşdırılmış kredit insitutları qrupu olan diskont evləri vasitəsilə
həyata keçirir. Diskont evləri İngiltərə Bankı ilə bank sistemi arasında vasitəçi rolunda
fəaliyyət göstərir və Mərkəzi Bank onlara birbaşa təsir edə bilmir. Disknot evləri İngiltərə
bankının özünəməxsusluğudur və bu ölkədə pul-kredit siyasətinin həyata keçirilməsində
əsaslı rol oynayır. Bu ölkədə Mərkəzi Bank mütəmadi olaraq pul-kredit siyasətinin əsas
istiqamətlərini izah etmək və ölkədə həyata keçirilən antiinflyasiya, sabitləşdirmə
tədbirlərini birgə işlənib hazırlanması üxrə kredit-maliyyə institutlarının nümayəndələri ilə
kompleks iş aparmalıdır. Beləliklə İngiltərə bank sisteminin əsas xüsusiyyətlərinə
aşağıdakıları əlavə etmək olar:
         İngiltərə bankı kommersiyya banklarını birbaşa deyil, uçot və diskont evləri
            şəklində vasitəçilər tərəfindən kreditləşdirir
         Digər ölkələrin bank sistemlərindən fərqli olaraq Böyük Britaniyada
            kommersiya və investisiya bankları ayrı-ayrılıqda fəaliyyət göstərir
         İngiltərədə nizamnamə kapitalına pullar təsisçilər tərəfdən həmişəlik olaraq
            həmişəlik köçürülür, daha dəqiq desək bu pullar bankın pulları olur
     Avstriya və Danimarkada Mərkəzi Banklar müstəqiliyyin daha yüksək
səviyyəsindədirlər. Bu ölklərin qanunvericiliyində dövlət orqanlarının Mərkəzi Bankın
pul-kredit siyasətinə müdaxiləsinin formal hüququ barədə heç nə əks olunmur. Sadəcə
olaraq Mərkəzi Bank öz fəaliyyətini hökümətin siyasəti ilə uyğunlaşdırmalıdır. Almaniya
( Almaniya Federal Bankı) və İsveçrənin Mərkəzi Bankları daha müstəqildir. Bu ölkələrin
qanunvericiliyində Məkəzi Bankın pul-kredit siyasətinə dövlətin müdaxiləsinə yol verən
bir maddə belə yoxdur. Isveçrə bank sisteminin fərqləndirici cəhəti bank və investisiya
kompaniyalarının fəaliyyətinə ciddi nəzarətdən ibarətdir. Burada banklara nəzarət
üçpilləli sistemə malikdir və federalbank komissiyası, Mərkəzi bank və İsveçrə bank
assosiasiyası tərəfindən həyata keçirilir. Isveçrə bank sistemini daha bir fərqləndirici
cəhəti bank sirridir. Əmanətlərin sirri İsveçrədə çox etibarla cinayət kodeksi və mülkü
hüququ vəziyyətə uyğun qorunur. Bank informasiyası hakimiyyət orqanı tərəfindən
yalnız müştərinin cinayətlə əlaqədar olduğunun sübuta yetirilməsi zamanı açıla bilər.
Onu da qeyd etmək lazımdır ki, İsveçrə qanunlarına görə vergilərdən yayınma və digər
ölkələrin valyuta tənzimlənməsinin pozulması cinayət hesab olunmur.
     ABŞ-da bankların fəaliyyətinə nəzarət edən merkəzi bank Federal Ehtiyat Sistemi
adlanır. FES-ə yerləşdiyi ərazilərdə mərkəzi hesab olunan 12 Federal ehtiyat bankları
daxildir. Bundan başqa 6000 yaxın Kommersiya bankları FES-in üzvləridir. Qeyd etmək
lazimdır ki, bütün depozitlərin 70%-ə qədəri bu bankların payına düşür. FES-ə üzv
banklar daha iri xüsusi banklar hesab olunur. Onlar eyni zamanda həm səhmdarlar,
həm də FES-in müştəriləri hesab olunurlar və öz səhmdar kapitallarına görə 6% divident
                                             12
əldə edirlər. “ Banklar bankı “ hesab edilən FES ona üzv bankların hərtərəfli xidmətində
durur. O, maliyyə baxımından sərbəstdir. FES-in bu sərbəstliyi onunla izah olunur ki,
ABŞ-ın prezidenti FES-ə hər hansı bir əmr verə bilməz və ya onun idarəedicilərini
dəyişdirə biməz. Öz strukturuna görə FES olduqca qəliz bir orqanizmdir. Burada vacib
rol 3 əsas sahənin üzərinə düşür:
        Vaşinqtondakı FES-in idarəedici şurası
        Federal ehtiyat bankları
        Üzv banklar
Bu sistemə üzv olmayan banklar kassalarının doldurulması üçün özlərinin müxbirlərinin,
yəni FES-ə üzv bankların xidmətindən istifadə edirlər. Onu da nəzərə almaq lazımdır ki,
ABŞ-da bank fəaliyyətinin tənzimlənməsinin vahid dövlət siyasəti yoxdur. Tənzimlənmə
baxımından bütün amerikan banklarını 4 qrupa ayırmaq olar:
    1. Mərkəzi banklar
    2. Ştat bankları – FES-ə üzv banklar
    3. Depozitlərin sığortalanmasının federal koorporasiyasına daxil olan FES-ə üzv
       olmayan banklar
    4. Depozitlərin sığortalanmasının federal koorporasiyasında sığortalanmayan FES-
       ə üzv olmayan banklar
Buna görə də, mərkəzi banklar hər bir ölkədə başlıca diqqət mərkəzindədir. Onlar hər
yerdə dövlətin göstərişi ilə idarə olunur və eyni zamanda nisbətən müstəqildirlər. Onların
işində müdaxiləyə yol verilmir. Bütün ölkələrdə onlar eyni vəzifələri icra edir. Bununla
bərabər, mərkəzi bankların qurulmasında, idarə edilməsində, sərbəstlik səviyyəsində və
s. bəzi spesifik xüsusiyyətlər var.

Dünya miqyasında mərkəzi bankların işinin səmərəsi onların sərbəstliyindən çox asılıdır.
Mərkəzi bankların bilavasitə hökümətin təsiri altında olması hökümətin borclarını
ödəmək üçün emissiyanı artırmağı, bazarda pul təklifini çoxaltmağa və uyğun olaraq
qiymətləri artırmağa, infilyasiyanı yüksəltməyə gətirib çıxarır. Ona görə də mərkəzi
banklar və həmçinin kommersiya bankları tədricən nisbətən sərbəstləşdirilir və
hökümətin buxovundan azad edilir.

Mərkəzi bankların sərbəstlik dərəcəsi adətən onların iqtisadiyyatlarının idarə olunmasına
və tənzimlənməsinə müdaxiləsi ilə müəəyyən olunur. Belə müdaxilə ayrı-ayrı ölkələrdə
müxtəlifdir.




Mərkəzi bankların sərbəstlik dərəcəsi.




                                           13
                         Valyuta faizini           Valyuta bazarına         İnfilyasiya dərəcəsini
Ölkələr                  müəyyən edə               müdaxilə edə             və pul parametrlərini
                         bilərmi?                  bilərmi?                 müəəyyən edə
                                                                            bilərmi?

İngiltərə Bankı          Yox                       Hə                       Hə
ABŞ Federal Ehtiyat
Bankı                    Hə                        Hə                       Hə


Fransa Bankı             Hə                        Hə                       Hə
Yeni Zellandiya
Ehtiyat Bankı            Hə                        Hə                       Yox

İtaliya Bankı            Hə                        Hə                       Hə

İsveç Bankı              Hə                        Hə                       Hə

Yaponiya Bankı           Hə                        Hə                       Hə
Azərbaycan Milli
Bankı                    Hə                        Hə                       Yox


Mərkəzi bankların sərbəstliyi iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edir.
Təcrübə göstərir ki, mərkəzi bankların tam sərbəst olduğu ölkələrdə siyasi və iqtisadi
sabitlik, aşağı səviyyəli infilyasiya və yüksək iqtisadi artım mövcuddur. Bunun əksinə
olaraq, mərkəzi banklar tam sərbəst olmayan ölkələrdə isə yüksək infilyasiya səviyyəsi
qeyri- sabitlik müşahidə olunur.

     Indi isə Azərbaycan Respublikasının Mərkəzi Bankının qanunla təsdiqlənən
fəaliyyətini, yeritdiyi pul-kredit siyasətinin əsaslarını, ölkə iqtisadiyyatının inkişafı naminə
yerinə yetirdiyi funksiyasısiyaları, iqtisadi və hüquqi statusunu izah eləməyə çalışaq.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda bank sistemi Mərkəzi Bank və ölkənin
kredit təşkilatlarından ibarətdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı prezidentin
11 fevral 1992-ci il tarixli fərmanı ilə keçmiş SSRİ Dövlət Bankı, Sənaye – Tikinti Bankı,
Aqrarar – Sənaye Bankı və Azərbaycan Respublikasının bankları əsasında
yaradılmışdır. 7 avqust 1992-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən “ Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında “ və “ Azərbaycan
Respublikasında banklar və bank fəaliyyəti haqqında “ qəbul edilmiş qanunların
qüvvəyə minməsi ilə əlaqədar Aqrar – Sənaye bankı və Sənaye – Tikinti bankı onun
tərkibindən çıxarılaraq respublika səhmdar-Kommersiya banklarına çevrilmişdir.
Mərkəzi Bankın bütün səlahiyyətləri, vəzifə və funksiyasısiyaları Azərbyacan
Respublikasının konstitusiyasının 19-cu maddəsinin II bolməsində əks olunub.
        Konstitusiya və qanunlarla müəyyən edilmiş funksiyasısiya və səlahiyyətlərini
həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman onun fəaliyyətinə qanuna zidd
təsir və müdaxilə edilə bilməz. Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir.
Mərkəzi Bankın fəaliyyəti haqqında müvafiq dövlət orqanına hesabatın təqdim edilməsi,
                                              14
həmçinin həyata keçirilən siyasət və fəaliyyətinin nəticələri haqqında ictimaiyyətə
məlumatların açıqlanması tələbi onun fəaliyyətinin şəffaflığını təmin edir. Mərkəzi Bank
öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikasının Prezidentinə hesabat
verir.Mərkəzi Bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir,
qanunda istisna olunan hallardan başqa onun razılığı olmadan kapitalının və digər
əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Mərkəzi Bankın nizamnamə kapitalı 50
milyard manatdır. Mərkəzi Bank müflis elan oluna bilməz. Həmçinin Mərkəzi Bank
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, vergi güzəştlərinə
malikdir,dövlət rüsumu və yığımlarının bütün növlərinin ödənilməsindən azaddır.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinə əsasən Mərkəzi Bankın funksiyasısiyalarına aşağıdakılar
aiddir:

    Pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyasəti yeridir;
    nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və
     tədavüldən çıxarılmasını həyata keçirir;
    manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir
     və elan edir;
    qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
    qiymətli kağızlar bazarında, habelə xarici valyutanın alqı-satqısı sahəsində
     əməliyyatlar aparır
    sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
    bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş
     qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
    bank sistemini inkişaf etdirmək və möhkəmlətmək üçün zəruri tədbirlər görür
    ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların
     üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

    Qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin, bunlara nail
olmaq yollarının müəyyənləşdirilməsi
    İnflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcminin
və strukturunun tənzimlənməsi
    Daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatların minimum
səviyyəsinin təmin olunması tədbirləri
    Ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün
valyuta ehtiyatlarının zəruri səviyyəsinin müəyyənləşdirilməsi
    Həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təKommersiya
bankinləşdirilməsi tədbirləri

    "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan
     Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş başqa
     funksiyasısiyaları həyata keçirir.

   Mərkəzi Banka geniş səlahiyyətlərin verilməsinə baxmayaraq müəyyən sahələrin
fəaliyyətində qadağalara malikdir . Məsələn, qanunda nəzərdə tutulmuş şəxslərdən
                                            15
başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq; istehsal, ticarət,
sığorta və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti
ilə məşğul olmaq.
    2008-ci ildə dünyada dərinləşən qlobal iqtisadi böhrana baxmayaraq, Mərkəzi
Bankın yeritdiyi pul siyasəti nəticəsində ölkə iqtisadiyyatının artımı davam
etmiş,yaradılmış iqtisadi potensial sayəsində iqtisadiyyatın maliyyə dayanıqlığı təmin
olunmuş, makroiqtisadi sabitlik qorunmuşdur və dəyişkən qlobal situasiyaya çevik
reaksiya verərək iqtisadiyyatda zəruri likvidlik səviyyəsinin saxlanmasını təmin etmişdir.
Bütün bu tədbirlər bank sektorunun sabitliyinin yüksəlməsinə xidmət etmişdir. 2008-ci
ildə iri məbləğdə xarici öhdəliklərini icra etməsinə baxmayaraq, banklar kreditləşməni
davam etdirmişdir. Təkcə sentyabr-noyabr aylarında verilən yeni kreditlərin həcmi 1.9
mlrd.manat olmuşdur.
         Beynəlxalq təşkilatların proqnozuna görə 2009-cu ildə qlobal iqtisadi böhranın
davam edəcəyi gözlənilir. Qlobal iqtisadi artımın əvvəlki illə müqayisədə əhəmiyyətli
azalacağı və qlobal sərmayə axınlarının iki dəfə aşağı düşəcəyi proqnozlaşdırılır. Qlobal
iqtisadi böhranın kəskinləməsi neft ölkələri də daxil olmaqla bütün inkişaf etməkdə olan
ölkələr, o cümlədən Azərbaycan üçün bir sıra riskləri yarada bilər. Belə ki, dünya
maliyyə sistemində likvidlik böhranı şəraitində iqtisadiyyata xarici maliyyə axınları
məhdudlaşa bilər. Qlobal tələbatın azalması ilə əlaqədar neftin qiymətinin aşağı
düşməsi növbəti ildə də davam edə bilər. Bu şəraitdə qlobal tənəzzülə qarşı mübarizədə
beynəlxalq təşkilatlar makroiqtisadi siyasətin, o cümlədən fiskal və pul siyasətinin
əhəmiyyətli yumşaldılmasını tövsiyyə edirlər. 2008-ci ilin noyabr ayında Vaşinqton
şəhərində böyük 20-lərin keçirilən toplantısında da bu tövsiyyə rəsmən bəyan
olunmuşdur. Bu baxımdan 2009-cu ildə Mərkəzi Bankın pul siyasəti daha aktiv olaraq
makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına və eyni zamanda bank
sistemində maliyyə sabitliyinin qorunmasına istiqamətlənəcəkdir. Mərkəzi Bank
iqtisadiyyatda zəruri likvidlik səviyyəsinin təmin olunması üçün pul siyasəti alətlərinin
çevikliyini daha da artıracaqdır. 2009-cu ildə qlobal risqlərin artması şəraitində bank
sistemində maliyyə sabitliyinin qorunması diqqətdə saxlanacaqdır. Mərkəzi Bankın
siyasəti bank sisteminə etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank
sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönələcəkdir.
AMB rəsmiləri hesab edirlər ki, bank sistemində likvidlik səviyyəsinin məqbul həddə
saxlanması bankların kredit fəaliyyətinin davamlılığını təmin edir və bununla qeyri-neft
sektorunda iqtisadi artım dinamikasının qorunmasında mühüm rol oynayır.
Qeyd edək ki, mərkəzi bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit
siyasətinin yumşaldılmasına istiqamətlənir. Beləliklə, AMB banklar üçün maliyyə
vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank
sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaradır.
Bununla yanaşı qeyd olunmalıdır ki, hazırda Kommersiya banklarının xarici borcu tarixi
maksimuma çatıb (2 mlrd. manat), bu da dünya maliyyə böhranı, iri maliyyə
qurumlarının müflisləşmə təhlükəsi ilə üzləşməsi baxımından Mərkəzi Bank sistemi
üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, bankların xarici borcunun yüksək səviyyədə
olması şəraitində bank təşkilatları üçün ehtiyat normalarının ləğv edilməsi qərarı uçot
dərəcəsinin azaldılmasından daha faydalı ola bilər. Ümumilikdə, AMB tərəfindən uçot


                                           16
dərəcəsinin aşağı salınmasından sonra mərkəzləşdirilmiş kredit bazarının fəallaşacağını
gözləmək olar.
Ümumiyyətlə götürsək, Mərkəzi Bankın Azərbaycan iqtisadiyyatının inkişafında çox
böyük rolu vardır. Belə ki, Mərkəzi Bank iqtisadiyyatın inkişafının əsasını təşkil edən
Mərkəzi valyutanın sabitliyini təmin edir və onun alıcılıq qabiliyyətini tənzimləyir. Mərkəzi
Bank normal pul-kredit siyasəti keçirməklə istehsalın inkişafına təkan verə, infilasiyanın
səviyyəsini aşağı sala, işsizliyi nisbətən aradan qaldıra bilər. Bundan başqa Mərkəzi
Bank respublikada pul dövriyyəsini tənzimləyir, dövriyyədəki pulların banklara cəlb
edilməsini təşkil edir. Mərkəzi Bank, o cümlədən Azərbaycan Respublikası ərazisində
nəğd pul emissiyasını həyata keçirən yeganə kredit təşkilatıdır.Mərkəzi Bank
Kommersiya banklarının işinə nəzarət edir, onların fəaliyyətini tənzimləyir
         Bununla yanaşı Mərkəzi Bankın fəaliyyətinin səmərəliliyini artırmaq üçün bir sıra
təkliflər irəli sürmək olar:
              banklarda əmanətlərin qoyulması və kreditin verilməsi barədə əhali
                 arasında maarifləndirmə işlərinin aparılması
              kreditin daha sadə və sərfəli şərtlərlə verilməsi
              pul qıtlığının aradan qaldırılması və pul dövriyyəsinin sürətliliyini təmin
                 etmək üçün səmərəli pul-kredit siyasətinin həyata keçirilməsi
              əmanətin etibarlılığının təmin edilməsi
              plastik kart ödənişləri, elektron bank xidmətləri, sənədli əməliyyatların
                 daha da təKommersiya bankinləşdirilməsi və s.

        Bank qanunvericiliyi sahəsində bu günə qədər Mərkəzi Bank tərəfindən görülmüş
işlər nə qədər geniş olsa da, hələ bundan sonra yeni-yeni layihələr üzərində işlər
plandadır, bəzi yeni layihələr isə artıq tamamlanma üzrədir. Məqsəd, bütövlükdə
Azərbaycanda maliyyə-bank sisteminin yaxşılaşdırılması, beynəlxalq standartlara
uyğun müasir və rəqabətə dözümlü maliyyə-bank xidmətləri bazarının inkişaf etdirilməsi
üçün münbit hüquqi bazanın yaradılmasıdır. Bu isə danılmaz bir faktdır ki, iqtisadi
siyasətdə pul siyasətinin yeri və rolu artıqca, pul siyasətini həyata keçirən qurumun da,
yəni Mərkəzi Bankın da iqtisadiyyatda gücü və önəmi artmaqdadır

          3. Kommersiya bankları və qeyri – kredit təşkilatlar

        Banklar əsas iqtisadi institutlardır. Banklar haqqında yazarkən ilk növbədə onu
qeyd etmək lazımdır ki, hələ ilk banklar orta əsrlərdə yaranmışdır. Uzun müddət ərzində
bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir. Lakin sonralar bir
sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi
bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır. Beləliklə, ikipilləli bank sistemi
yaradılmışdır. Bu sistemdə birinci pilləyə mərkəzi banklar, ikinci pilləyə isə, Kommersiya
bankları və digər kredit institutları daxildir.
        Dünya bank sistemində ikinci pilləli banklar kimi Kommersiya bankları mühüm yer
tutur. Əgər mərkəzi banklar bankların bankı olaraq banklara və hökümətə xidmət edirsə,
Kommersiya bankları bilavasitə müştərilərə xidmət edir, onlarla işləyir. Ümumiyyətlə,
Kommersiya bankları anlayışı bank işinin ilk yarandığı dövrlərdən istifadə olunmağa
başlanmışdır. Əslində, “komimersiya” sözü “commerce” sözündən götürülüb, mənası
                                             17
«ticarət» deməkdir. Kommersiya bankları anlayışı Azərbaycan dilinə «ticari» banklar
kimi tərcümə olunur. Hazırda ayrı-ayrı ölkələrdə Kommersiya banklarına müxtəlif çeşidli
maliyyə-kredit institutları aid edilir. Onların ən başlıca fərqi isə, pul-emissiyası
hüquqlarının olmamasıdır. Kommersiya bankları – sənaye və ticarət qurumlarına qısa
müddətli kredit açmaq üzrə pul bazarında fəaliyyət göstərən banklardır. Kommersiya
bankı--konkret fiziki və hüquqi şəxslərdən vəsaitlərin qaytarmaq və ödəmək şərti ilə cəlb
edilməsi və yerləşdirilməsi üçün yaradılmış,həmçinin digər çoxlu bank əməliyyatlarını
həyata keçirən universal kredit təşkilatıdır. Bütün Kommersiya banklarının bəlli 2
funksiyası vardır: borc almaq və borc vermək. Borc almaq çox zaman əmanət şəklində,
borc vermək isə kredit şəklində ortaya çıxır. məhz kommersiya bankları ölkədə kredit
resurslarının əsas hissəsinin toplanmasına xidmıt göstərir və müştərilərə maliyyə-kredit
xidmətlərinin bütöv kompleksini təqdim edir.
     Kommersiya banklarının fəaliyyəti ikili səciyyə daşıyır.Onlar kommersiya təşkilatı
olmaqla yanaşı,həm də cəmiyyətin ictimai təsisatları kimi çıxış edir.Kommersiya təşkilatı
kimi onlar maksimal mənfəət əldə etmək istiqamətində fəaliyyət göstərir.İctimai təsisat
kimi onlar maliyyə infrastrukturunun əsas qanadı kimi çıxış edir,büdcə sistemi ilə yanaşı
ölkənin sabit iqtisadi inkişafının təmin edilməsinə və əhalinin yaşayış səviyyəsinin
yüksəlməsinə xidmət edir.

Kommersiya bankları əsasən 2 yerə bölünür: universal banklar, ixtisaslaşmış banklar.
Universal banklar adətən bütün bank xidmətlərini yerinə yetirmək hüququna malikdir.
Hazırda universal Kommersiya bankları dünya miqyasında müştərilərə 200-ə yaxın
bank məhsulu buraxmaq və bank xidməti göstərmək imkanına malikdir.
İxtisaslaşmış banklar isə, bu, çoxsaylı bank xidmətlərinin biri və ya bir qrupu üzrə
fəaliyyətini qurur. Mülkiyyət formasından asılı olmayaraq kommersiya bankları
iqtisadiyyatın müstəqil subyektləridir.Onlar paylar-səhmlər əsasında təşkil
edilirlər,dövlət,səhmdar,kooperativ,qarışıq və s. formalarda olurlar.Onların fəaliyyətində
əsas məqsəd mümkün dərəcədə maksimum mənfəət əldə etməkdir.

Beləliklə, kommersiya bankı bank kredit sisteminin borc kapitalının gəlir əldə etmək
məqsədi ilə hərəkətini təşkil edən institutudur.
Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da
Kommersiya bankları ikipilləli bank sisteminii ikinci pilləsini təşkil edir. Azərbaycan
Respublikasında fəaliyyət göstərən kommersiya banklarının apardığı bank əməliyyatları
<<Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında>> Qanunun 27-ci
maddəsində öz əksini tapmışdır.
 Müstəqil Kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanır. Onların
nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsusdur. Bunlara
aşağıdakılar aiddir:
1. Azərbaycan Respublikası Aqrar Sənaye Səhmdar Kommersiya bankı.
2. Azərbaycan Respublikası Sənaye İnvestisiya Səhmdar Kommersiya bankı.
3. Azərbaycan Respublikası Əmanət Kommersiya bankı.
4. Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya bankı.
Ölkədə bir çox özəl səhmdar Kommersiya bankları mövcuddur. Hazırda fəaliyyət
göstərən Kommersiya banklarının digər qismi sahə banklarından ibarətdir.
                                         18
       Kommersiya banklarının fəaliyyəti hər bir ölkənin bank qanunvericiliyi ilə
tənzimlənir. Bəzi ölkələrdə onların fəaliyyəti daha məhdud çərçivədə, bəzi ölkələrdə bir
qədər geniş çərçivədə imkan verilir. Kommersiya banklarının maliyyə vasitəçiliyi İEÖ-
lərdə, ocümlədən ABŞ maliyyə aktivlərinin 37%-ə qədərinə sahibdirlər. Kommersiya
bankları əsasən pul bazarı qurumlarıdır. Kommersiya bankların aşağıdakı
funksiyasısiyaları var.
1.əmanət funksiyası. Kommersiya banklarının bu funksiyasının köməyi ilə hüquqi və
fiziki şəxslərin müvəqqəti sərbəst qalan pul vəsaitlərinin bir yerdə, yəni kredit
təşkilatlarında cəmlənməsi və onların kapitala çəvrilməsi baş verir. Hər bir bank aktiv
əməliyyatları həyata keçirmək üçün öz kapitalı ilə yanaşı passivlərin – öhdəliklərin əsas
hissəsini təşkil edən əmanət cəlbi ilə də məşğul olur. Geniş mənada əmanətə
müştərilərin banka müəyyən müddətə daha yüksək faizlə qoyduqları pul vəsaitləri ilə
yanaşı fiziki və hüquqi şəxslərin cari hesablarında olan resurslar da aiddir. Banklar ciddi
cəhdlərlə daha yüksək faizlər, daha əlverişli şərtlər: əhalinin sıx məskunlaşdığı yerlərdə
şöbələr, hesablaşmaları asanlaşdıran plastik kartlar vasitəsilə sərbəst pul vəsaitlərini
toplayıb əmanət bazasını genişləndirir.
2.kredit funksiyası. Bankalar yığdıqları vəsaitə görə müəyyən haqq verir və ya məsrəflər
ödəyir. Bu xərcləri üstələmək və ya mənfəət qazanmaq üçün banklar istehsal, ticarət
sahələrinə kredit verir. Əmanət və kredit funksiyası ilə banklar iqtisadiyyatda vasitəçi
rolunu oynayaraq qənaətli təsərrüfatdan defisitli təsərrüfata pulu öz zəmanıti ilə ötürür.
3.köçürmə və hesablaşmalar funksiyası. Hər bir müəssisənin bank hesabı var. Onun
vasitəsilə o, ödənişlərini aparır və başqa subyektlərdən ödənişləri qəbul edir. Bu
əməliyyatlar banklardan kənarda mümkün olmadığı üçün vacib funksiyası.dir.
5.sığorta funksiyası. Banklar həyatın ,mülkiyyətin, kreditlərin, valyuta risklərinin
sığortalanması ilə məşğul olur. Azərbaycan qanunvericiliy əvvəllər banklara kredit və
valyuta risklərinin sığortalanmasına icazə verirdisə, indi bu qadağandır.
6.trast funksiyası. Banklar müəyyən həddə şəxslərin ( personal trast xidmətləri ) və
müəssisələrin mülkiyyəti ( kommersiya və qeyri-kommersiya trast xidmətləri ) və maliyyə
resurslarını idarə edir.
8.broker funksiyası. Banklar müştərilərinə broker xidmətini göstərərək dillerlərə müraciət
etmədən səhm, istiqraz və s. qiymətli kağızları almaq imkanını verir. Banklar daşınmaz
əmlaka broker əməliyyatlarını apararaq yaşayış və kommersiya tikililərini satıb sonradan
onları maliyyələşdirir. Banklar broker firmaları ilə müqavilə bağlayaraq öz təşkilatlarında
broker büroları yaradır. Bununla brokerlər bank müştərilərinə, banklar isə brokerlərin
biznes dairəsinə yaxınlaşır.
9.investisiya planlaşdırma funksiyası. Banklar müştəriləri üçün investisiya layihələrini
planlaşdırır. Banklar daim iqtisadi cəmiyyətdə gedən prosesləri təhlil obyrktində
saxlamalı və güclü maliyyə-hüquqi ekspertlər ilə müştərilərinə profesional planlaşdırma
xidməti göstərməlidirlər.
10 kredit pullarının emissiyası. Bankalrı digər maliyyə institutlarından fərqləndirən
spesifik fuksiyadır. Banklar depozit – kredit emisiyasını həyata keçirərək dövriyyədəki
pul kütləsini artırır. Kredit verərkən pul kütləsi artır, qayıdarkən aazalır. Müştəriyə
verilmiş kredit onun tələb edilənəfdək hesabına yazılaraq bankın öhdəliyini artırır.
Hesabın sahibi vəsaiti nağdlaşdıraraq dövriyyədəki nağd pul kütləsini artıra bilər.


                                            19
11.məsləhət xidməti. Ənənəvi olaraq müştərilər bankalra müraciət edərək kreditin,
əmanətin, investisiyaların optimal istifadəsini onlarla müzakirə edir. Banklar vergi
deklarasiyalarını və biznes planları tərtib etməkdən tutmuş daxili və xarici bazarlarda
marketinq araşdırmaları, mal və xidməıtlərin bazarda irəliləməsi barədə məsləhətlər
verir.
12.qiymətlərin saxlanması. Qədimdən bankların əsas xidmət növlərindən biri kimi
qiymətlərin saxlanması bugündə aktualdır. Zinət əşyaları, sənətlər və s.şəxsi
ləvazimatlar yanmayan seyflətdə qorunur. Bankın mühafizəsi müştərilərin rahat yatma
ehtimalını artırır.
13.valyuta mübadiləsi. Bu xidmət növü də bank təkamülündə əhəmiyyətli rol
oynamışıdır. Bugün dünya maliyyə bazarının riskli olması bu əməliyyatların geniş
mənada iri banklar tərəfindən aparılmasına gətirib çıxarıb. Buna səbəb vəsaitin likvidliyi
problemi və zəngin təcrübənin vacibliyidir. Geniş mənada aparılan bu əmələyyatlar
dilinq adlandırılır.
14. lizinq xidməti. ( lease-icarə,ingilis sözü ) Bankar müştərilərinə avadanlıq almaq üçün
kredit əvəzinə lizinq təklif edir. Yəni öz bank vəsaiti olaraq onu icarəyə verir. Lizinq
ödənişləri tam ödənildikdən sonra ya bankın, ya da müştərinin sərəncamında qalır.
15.pensiya təminatı. Bankalar pensiya fondlarının maraq dairəsinə daxil olraq
vətəndaşların qocalığının təmini ilə məşğul olur. Bu, bilavasitə şəxslərlə, ya da
müəssisələrlə bağlanan müqavilə əsasında olur. Daxil olan vəsait akumulasiya edilərək
investisiyalara yönəldilir. Vətəndaşlar təqaüd yaşına çatdıqda və ya əmək qabiliyyətini
itirdikdə ödənişlər başlanır. Bu resusrslar uzunmüddətli vəsait kimi bankların investisiya
fəaliyyətində mühüm rol oynayır.
16.vençur kapitalının təklifi (venture-risk etmək, ingilis sözü ). Banklar getdikcə riskli
sahələrin maliyyələşməsinə vəsait ayırır. Bunlara yüksək texnologiya siyahısına aid
layihələdir ki, hansılar ki iflasa uğramaq ehtimalı çox,yüksək gəlir gətirmək imkanı
çoxdur.
17.Vasitəçilik.Kommesiya banklarının ən vacib funksiyalarından biridə vasitəçilik
funksiyasıdır. Bu funksiyanı onlar dövriyyə prosesi nəticəsində müvəqqəti sərbəst qalan
xüsusı şəxslərin pul gəlirləri və müəssisələrin fondları olan pul vəsaitlarinin yenidən
bölüşdürülməsi nətiasındə həyata keçirirlər. Kommersiya banklarının vasitəçilik
funksiyasının bazar iqtisadiyyatının uğurlu inkişafı üçün əhəmiyyəti ondan ibarətdirki,
banklar bu funksiyanın köməkliyi ilə iqtisadi sistemdəki risqi və qeyri – müəyyənliyi
aradan götürmüş olurlar. Belə ki, vəsaitləri kreditordan borcalana vasitəçi tərəf
olmadanda keçə bilər. Həmçinin kreditor və borcalanlar bir-birlərinin kredit qabiliyyətli
olub-olmamalarından xəbərsiz, borc vəsaitlərinə olan tələblə təklif isə bir-biri ilə üst-üstə
düşmür. Kommersiya bankları isə müştərilərin bu sadalanan problemlərlə
üzləşməmələrinə imkan yaratmış olur.
18.Depozit funksiyası. Tədiyyə vasitələrinin yaranması bank müştərilərinin
kreditləşməsininin depozit funksiyası ilə sıx şəkildə bağlıdır. Kommersiya banklarının
depozitləri və pul kütləsinin artırıb azaltmaq qabiliyyətini ölkənin mərkəzi bankı kreditin
dinamikliyini istiqamətləndirmək məqsədi ilə istifadə edir. Bunun üçün mərkəzi bank
özünün pul kredit siyasəti alətlərindən olan məcburi ehtiyyat normalarından istifadə edir.
Beləliklə, bu funksiya bankın çeklər, plastik kartlar və elektron pulların köməyi ilə bank
depozitləri formasında kredit pulların yaranması üzrə bankların xüsusi funksiyasıdır.
                                             20
Kommersiya bankları əvvəla pulun bir növdən (banknot) başqasına (depozit) keçməsi
ilə öz müştərilərindən nağd pullar qəbul edərək depozitlər yaradırlar.
İkincisi, bank depozitləri müştərilərdən qiymətli kağız xarici valyuta və qızıl qəbil etməsi
nəticəsində bank kreditləri verməklə yaranır. Bu halda pulun əks hərəkəti baş verir.
Yəni, nağdsız formadan nağd formaya keçir.
19.Pul ödəmələri və hesablaşma funksiyaları. Bazar iqtisadiyyatlı bütün ölkələrdə
banklar iqtisadiyyatın tədiyyə mexanizmində çox vacib yer tuturlar. Beləliklə banklar
təsərufatda əmtəə tədavülü və hesablaşmaların təşkil edilməsi üçün istifadə olunan
tədiyyə vasitələri yaratmaq qabilliyyətinə malikdir. Burada söhbət nağdsız hesablaşma
əməliyyatlarının aparılmasına xidmət edən çek və başqa hesabların açılmasından gedir.
Təsərrüfat mükəmməl təşkil olunmuş nağdsız pul tədavülü olmadan fəaliyyət göstərib
inkişaf edə bilməz. Buradan bankın bu hesablaşmaların təşkilatçısı kimi mühüm
əhəmiyyəti ortaya çıxır.Təsərüfatda hesablaşma münasibətlərinin mükəmməlləşməsi
ona gətirib çıxarır ki, inkişaf etmiş ölkələrin əksəriyyətində hüquqi şəxslər arasındakı
hesablaşmaların əsas hissəsi nağdsız formada həyata keçirilir.Burada da komissiya
bankları təşkilatçı və vasitəçi kimi çıxış edir. Bu banklar müştərilərin tapşırığına əsasən
ödəmələri həyata keçirir, hesablara pul qəbul edir və müştərilərin bütün pul daxil
olmalarının və köçürmələrin uçotunu aparırlar.
    Kommersiya bankları ölkə iqtisadiyyatında mühüm əhəmiyyət daşıyan,özünəməxsus
xüsusiyyətə malik olan iqtisadi təşkilatlardır.Onlar dövlət hakimiyyət və idarəetmə
strukturlarından asılı olmayan müstəqil qurumlardır.Kommersiya bankları öz
fəaliyyətlərini aşağıdakı prinsiplər əsasında qururlar:
     - kredit təşkilatlarının bütün fəaliyyət istiqamətlərində və idarəetmə strukturunda
           müstəqilliyi;
     - müştərilərin sərbəst,azad surətdə,qarşılıqlı anlaşma şəraitində seçilməsi;
     - xüsusi və cəlb olunmuş vəsaitlərin, gəlirlərin mövcud qanunvericilik əsasında
           müstəqil bölüşdürülməsi;
     - bankın sərəncamında olan faktiki resurslar həddində sərbəst kreditləşdirilməsi;
     - öz fəaliyyətinin nəticələrinə görə tam maddi məsuliyyət daşıması;
     - Əmanətlər və borcalanlarla qarşılıqlı razılaşma şərtləri daxilində pul vəsaitlərinin
           cəlb olunması və yerləşdirilməsi üzrə əməliyyatların aparılması;
     - Qanunla müəyyənləşmiş qaydada,öz əmanətçilərinin,borcalanların,qiymətli
           kağız sahiblərinin və öz səhmdar və payçılarının qarşısında öhdəliklərin yerinə
           yetirilməsi;
     - minimuma,mənfəətin maksimuma çatdırılması əməliyyatlarının yerinə yetirilməsi;
       - Kommersiya banklarının fəaliyyətini tənzimləyən,dövlətin ali hakimiyyət
           orqanlarının qanunlarına,normativ və qaydalara,mövcud təlimatlara mütləq
           riayət olunması.
    Qeyd olunanlarla yanaşı kommersiya bankları Mərkəzi bankların göstərişi əsasında
    ölkə büdcəsinin icrasını yerinə yetirirlər. Kommersiya bankları müqavilə əsasında biri
    digərindən depozitlər,kreditlər şəklində vəsaitlər cəlb edə bilər,yerləşdirər və
    həmçinin nizamnamədə nəzərdə tutulan digər qarşılıqlı əməliyyatları apara
    bilərlər.Müştərilərə kredit vermək üçün onların tələbatlarına uyğun olaraq vəsait
    çatışmadıqda,həmçinin digər öhdəlikləri icra etmək üçün kommersiya bankları
    Mərkəzi banklardan kredit almaq hüququna malikdirlər.
                                            21
        Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olur ki,hal-hazırda
     kommersiya bankları müxtəlif hüquqi və fiziki şəxslərə geniş əhatəli xidmətlər
     göstərir,əməliyyatlar aparırlar.
        Ümumiyyətlə,kommersiya banklarının apardığı əməliyyatlar öz xarakterinə görə 3
     qrupa bölünürlər:
        - Passiv əməliyyatlar (vəsaitlərin cəlbi);
        - Aktiv əməliyyatlar (vəsaitlərin yerləşdirilməsi);
        - Aktiv-passiv əməliyyatlar (vasitəçilik trast və b.)
     Bundan əlavə qeyd etmək lazımdır ki,kommersiya bankları tərəfindən həm aktiv,həm
     passiv,həm də vasitəçilik əməliyyatlarının aparılması xüsusi quruluşa malikdir.
Qeyd etdiyimiz kimi banklar universal və ixtisaslaşmış banklara bölünür. Ixtisaslaşmış
banklar univarsal banklardan fərqli olaraq müəyyən sahədə fəaliyyət göstərir, yəni hər
hansı bir sahə üzrə ixtisaslaşır.
     Xüsusiləşmiş maliyyə-kredit institutların inkişafına 3 əsas səbəb təsir göstərir:
    - Inkişaf etmiş ölkələrdə əhalinin gəlirinin artması;
    - Qiymətli kağız bazarının aktiv inkişafı;
    - Bu institutların kommersiya və xüsusiləşmiş bankların təqdim edə bilmədiyi
        xüsusiləşmiş xidmətlərin göstərilməsi
İxtisaslaşmış maliyyə-kredit inustutlarına investitsiya bankları, əmanət idarələri, təqaüd
fondları, siğorta və investitsiya şirkətləri daxildir.
         İnvestitsiya bankları . Onlar əsasən investisiya əməliyyatları ilə məşğul olur və
fond birjasındakı kimi qiymətli kağızların alış və satışını həyata keçirir. Onların
Kommersiya banklarından əsas fərqi odur ki, onlar depozit qəbul etmir, hesablaşma
əməliyyatları aparmır və qısamüddətli borclar vermir. Onlar həmçinin emissiya –
təsisçilik fəaliyyəti ilə , yəni qiymətli kağızların buraxılması və yerləşdirilməsi
əməliyyatları ilə məşğul olurlar. Onlar kapitalı öz səhmlərini satmaqla və ya kommersiya
banklarının krediti hesabına cəlb edirlər.
         Əmanət idarələri Onlar əhalidən pul formasında əmanətlər qəbul edir, onlarla
müəyyən əməliyyatlar aparırlar
         Siğorta şirkətləri – həyatın , əmlakın və mülki cavabdehliyin siğortası vasitəsiylə
əhalinin vəsaitlərini cəmləşdirir və iqtisadiyyatın uzunmüddətli maliyyələşdirilməsində
istifadə edir. Siğorta şirkətləri əsasən sənaye, nəqliyyat və ticarət sahəsində iri
korporosiyaların maliyyələşdirilməsinə daha çox diqqət yetirirlər.
         Təqaüd fondlarınin da siğorta şirkətləri kimi geniş təkrar istehsal prosesində rolu,
gündən-günə atan iqtisadiyyatın siğorta fondunu fəal sürətdə formalaşdırılır. Təqaüd
fondları , yığılmış pul ehtiyyatlarına dövlətin və xüsusi şirkətlərin istiqraz və səhmlərini
alaraq , bir qayda olaraq , onu dövlətin və iqtisadiyyatın uzunmüddət
maliyyələşdirilməsinə sərf edirlər.
         İnvestitsiya şırkətləri fərdi pul kapitalları ilə qeyri-maliyyə sferalarında fəaliyyət
göstərən korporosiyalar arasında aralıq halqa rolunu oynayırlar. İnvestitsiya şirkətləri
qiymətli kağızların kursundan asılı olaraq fərqləndirirlər. Şirkətə məxsus səhmlərin
qiymətinin qalxması onların xüsusi səhmlərinin kursunun qalxmasına gətirib çıxarır.
İnvestitsiya şirkətləri öz kapitallarını əsasən korporosiyaların səhmlərinə qoyurlar.
       Maliyyə şirkətləri – xüsusi təyinatlı qeyri bank institutudur.Maliyyə şirkətləri öz
varlıq və borclarına əsaslanıb qiymətli kağızlar ixrac etməklə və topladıqları fondları
                                              22
birbaşa olaraq nağd kredit istəyən istehlakçılara və ya istehlak mallarının finansmanı
üçün şirkətlərə qısa və uzunmüddətli kredit təklif edən finans qurumlarıdır.
       Kredit ittifaqları. Kredit ittifaqları və həmkarlar ittifaqı,müəyyən maddi maraqların
birləşdirdiyi bir qrup fiziki şəxslər tərəfindən təşkil olunmuş kooperativ əmanət
institutlarıdır


                                Nəticə

Banklar əsasən kredit vermək və kassa-hesablaşma xidmətləri göstərilməsi ilə
məşğuldur. Onlar pul alveri ilə məşğuldur. Banklar öz vəsaitlərini həm müştərilərə, həm
də digər banklara satırlar.
 Azərbaycanda da bank sisteminin xidmət səviyyəsindən dünya bank sisteminin xidmət
səviyyəsinə çatdırılması vacibdir.
Azərbaycan Respublikasında bank sisteminin işinin təkmilləşdirilməsi əsas məsələ kimi
ortaya çıxır. Bank sisteminin işində meydana gələn bu hallar Mərkəzi Bankın apardığı
pul-kredit siyasəti ilə bağlıdır. Buna görə ilk növbədə Milli Bankın işi təkmilləşdirilməlidir.
Bankların müstəqilliyinin artırılması ilə yanaşı, onlara ciddi nəzarət sisteminin
yaradılması zəruri və vacibdir. Belə bir sistem inkişaf etmiş ölkələrin hamısında
yaradılmışdır və mərkəz banklarına, həmçinin bütün digər banklara nəzarət hökümət
tərəfindən həyata keçirilir. Buna görə də Azərbaycanda Milli Bank və bütövlükdə bank
sisteminə dövlət nəzarət sisteminin yaradılması zəruridir. Lakin, bu həddən artıq
olmamalıdır.
Yəni Azərbaycanda milli bank sisteminin formalaşdırılması, inkişaf etdirilməsi üçün ona
kömək və himayədarlıq lazımdır. Göstərdiyimiz bütün bu yollar Milli Bankın işinin
təkmilləşdirilməsi üçün vacibdir. Lakin, bank sisteminin işini bütövlükdə
sağlamlaşdırmaq üçün kommersiya banklarının da işi təkmilləşdirilməlidir. Kommersiya
banklarının işinin təkmilləşməsi isə Milli Bank tərəfindən həyata keçirilir. Bunun üçün
Milli Bank ilk növbədə banklararası rəqabəti gücləndirməli, daxili maliyə bazarının
inkişafını və bank sisteminin inteqrasiyasını genişləndirməlidir. Banklar üzərində nəzarət
sistemini təmin etmək və risk dərəcəsini endirmək üçün bankların məsuliyyətini öz
üzərinə götürən Mərkəzi Bank banklar üzərində lazımi daxili nəzarət sistemi
yaratmalıdır.
Yuxarıdakı üsullardan istifadə etməklə Azərbaycan Respublikasında Milli Bankın və
kommersiya banklarının işini təkmilləşdirmək, onların fəaliyyətində daha perspektivli
yollar açmaq mümkündür. Bu üsullardan istifadə etməklə Milli Bank və kommersiya
bankları həm öz fəaliyyətlərini sağlamlaşdıra və həmçinin iqtisadiyyatın inkişafını
stimullaşdıra bilər ki, bu da xalqın rifah halının yaxşılaşmasına xidmət edir.




                                              23
                 Ədəbiyyat siyahısı

1.   Reyhan Əsgərova “ Pul, kredit və banklar “
2.   Mübariz Bağırov “ Bank və bank əməliyyatları “
3.   Zahid Məmmədov “ Pul, kredit və banklar “
4.   Q. Menkyü “ Ekonomiksin əsasları “
5.   Banklar haqqında Azərbaycan Respublikasının qanunu, Bakı – 2008
6.   www.nba.az
7.   www.economy.gov.az




                                      24

								
To top