518_Kənd təsərrüfatının dayanıqlı inkişafına vergi tətillərinin və kredit güzəştlərinin təsiri by cuiliqing

VIEWS: 16 PAGES: 5

									              Kənd təsərrüfatının dayanıqlı inkişafına vergi tətillərinin və kredit
                                        güzəştlərinin təsiri
                                                                     İ.e.d. Məhərrəm Hüseynov
                                                                        İ.e.n. Həsən Həsənov
                                                      Azərbaycan Dövlət Aqrar Universiteti
       Açar sözlər: vergi tətili, kredit güzəşti, maliyyə təminatı, kredit faizi, dayanıqlı inkişaf,
kommersiya bankları, kredit resursları, kredit kooperativləri, kredit ittifaqları.
       “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında qeyri-neft sektorunun
inkişafında prioritet istiqamətlərdən biri, daha dəqiq desək əsasını ölkədə kənd təsərrüfatının
inkişafını nəzərdə tutulur. Digər tərəfdən dünya ərzaq bazarlarında müşahidə olunan qeyri
sabitlik Azərbaycanda da kənd təsərrüfatı məhsullarının qiymətinə öz təsirini göstərir. Yaranmış
mövcud vəziyyət daxili kənd təsərrüfatı məhsulları bazarının idxaldan asılılığının maksimum
azaldılması və kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələsinə kompleks yanaşma
tələb edir.
       Son dövrlər dünyanın bütün inkişaf etmiş ölkələrinin inkişaf istiqamətinə uyğun olaraq
respublikamızın kənd təsərrüfatında innovasiyalı texnika və texnoloji proseslərin tətbiqi və bazar
iqtisadiyyatının tələblərindən irəli gələn iqtisadi tənzimləmə vasitələrindən istifadə etməklə
müəyyən nailiyyətlər əldə olunmuşdur. Belə ki, kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü
siyasətin nəticəsi olaraq 2000-ci ilə nisbətən 2010-cu ildə taxıl istehsalı 1,3 dəfə, kartof istehsalı
2 dəfə, meyvə-tərəvəz istehsalı 1,5 dəfə, bostan məhsullarının istehsalı 1,7 dəfə, üzüm istehsalı
1,7 dəfə, şəkər çuğunduru istehsalı 5,4 dəfə, ət istehsalı 2,3 dəfə, süd istehsalı 1,5 dəfə, qaramalın
baş sayı 1,3 dəfə, davarların baş sayı isə 1,4 dəfə artmışdır. Hesab edirik ki, kənd təsərrüfatı
məhsulları istehsalının həcmində göstərdiyimiz nəzərə çarpan artımda Ümummilli liderimiz
Heydər Əliyevin imzaladığı 22 mart 1999-cu il tarixli “Aqrar sahədə islahatların
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” məlum fərmanı xüsusi rol oynamışdır.
Xüsusilə də möhtərəm prezidentimiz İlham Əliyev cənablarının kənd təsərrüfatına tətbiq edilən
vergi tətilləri haqqında fərmanın qüvvədə olma müddətinin 2014-cü ilə qədər artırılması
nəticəsində kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə və məhsul
bolluğunun yaranmasına səbəb olmuşdur. Son 5 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına
tətbiq olunan vergi güzəştlərinin məbləği artmaqdadır. Belə ki, kənd təsərrüfatı məhsullarına
2007-ci ildə 114 mln. manat, 2008-ci ildə 128 mln. manat, 2009-cu ildə 142 mln. manat, 2010-cu
ildə isə 164,1 mln. manat vergi güzəştləri tətbiq edilmişdir. Ekspert hesablamasına görə nəticədə
kənd təsərrüfatında xərclərin 10 %-dək azalmasına şərait yaranmışdır. [ 2 ]
       Qeyd etdiyimiz kimi, respublikamızda kənd təsərrüfatının inkişafı sahəsində həyata
keçirilmiş müvəffəqiyyətli iqtisadi siyasət sahəsində əhəmiyyətli nəticələrə nail olunmuşdur.
Lakin, kənd təsərrüfatı məhsulları istehsalı sahəsində nail olduğumuz faktiki nəticələr inkişaf
etmiş ölkələrdə həm bitkiçilik, həm də heyvandarlıq sahəsində əldə olunan nəticələrdən dəfələrlə
geri qalır.
       Məlum olduğu kimi kənd təsərrüfatının inkişafında qarşıda duran başlıca vəzifələrin
layiqincə yerinə yetirilməsi digər tədbirlərlə yanaşı kənd təsərrüfatı məhsulları istehsalçılarının
maliyyə təminatının möhkəmləndirilməsini tələb edir. Kənd təsərrüfatında maliyyə təminatı
təsərrüfatların xüsusi vəsaitləri, dövlətin bilavasitə və dolayı subsidiyası və kredit hesabına
formalaşdırılır. [ 3 ]
        Kənd təsərrüfatı istehsalı mövsümü olduğuna görə ilin bütün dövrlərində maliyyə
resurslarına tələbat xüsusi mənbələrdən ödənilmir. Ona görə də mövsümü tələbatın ödənilməsi
və maliyyə çətinliyinin aradan qaldırılmasında kreditin böyük rolu vardır. Aqrar bölmədə kredit
dövriyyə vəsaitlərinin formalaşdırılmasının əsas mənbələrindən biri kimi çıxış edir, məhsul
istehsalına lazım olan materialların satın alınması, məhsulların satışı mərhələsində isə satış
əməliyyatlarını sürətləndirir. Bundan başqa kredit istehsal sferasında vəsaitlərdən daha səmərəli
istifadə edilməsinə kömək edir və onların hərəkətini sürətləndirir. [ 5 ]
        Araşdırmalardan aydın olur ki, aqrar bölmədə mövcud kredit münasibətləri sahibkarlıq
fəaliyyətinin tələbatını təmin etmir. Kreditləşdirmədə olan sərt qaydalar təsərrüfat subyektlərinin
                                                                                                    1
kreditə marağını azaldır və kreditə tələbatın ödənilməsini çətinləşdirir. Bunun da nəticəsində
kənd təsərrüfatı müəssisələrinin kreditə tələbatı ödənilmir.
        Statistik məlumatların tədqiqindən aydın olur ki, son 10 ildə ölkəmizin iqtisadiyyatına
kredit qoyuluşu əhəmiyyətli qədər artmışdır. Lakin iqtisadiyyatın digər sahələrinə nisbətən kənd
təsərrüfatı və emal sahələrinə kredit qoyuluşu tələbatdan çox az olmuşdur. Buna aşağıdakı
cədvəlin məlumatlarından görmək olar.
                                                                                         Cədvəl 1
                          Kredit qoyuluşunun sahələr üzrə quruluşu
                                       ( ilin axırına, mln. manat)
 İllər Cəmi        Ticarət və          Energetika,      Kənd            İnşaat və        Sənaye
                   xidmət                 kimya         təsərrüfatı      əmlak          istehsalı
                                      və təbii emal və emal
                   Məbləğ      % Məbləğ           % Məbləğ % Məblə              % Məbləğ %
                                                                      ğ
   1         2        3        4         5         6       7        8    9      10      11      12
 2000 466,5          76,5     16,4     16,4       3,4     36,9    7,9 12,9 2,8         15,7     3,4
 2001 486,2         85,6     17,6     33,8     7,0      14,6    3,0     9,0    1,9     15,7    3,2
 2002   520,2       102,2    19,7      44,1     8,5     19,9    3,8     14,9   2,9     15,7    3,0
 2003   670,3       112,5    16,8      38,9     5,8     30,2    4,5     30,3   4,5     43,6    6,5
 2004   989,5       217,6    22,0      24,4     2,5     56,2    5,7     46,4   4,7     65,7    6,6
 2005   1441,0      361,0    25,1     181,4    12,6     97,6    6,8     82,2   5,7     83,3    5,8
 2006   2362,7      647,2    27,4      92,2     3,9    136,5    5,8    152,5   6,5    192,6    8,2
 2007   4681,8     1194,0    25,5     302,0     6,5    197,2    4,2    312,3   6,7    308,0    6,6
 2008   6166,5     1501,3    24,3     899,3    14,6    242,5    3,9    456,0   7,4    365,0    5,9
 2009   8407,5     1834,0    21,8    1522,0    18,1    394,8    4,7    576,5   6,9    526,9    6,4
 2010   9163,4     2206,8    24,1      984     10,7    441,3    4,8    660,6   7,2    682,4    7,4

        Aqrar sahədə fəaliyyət göstərən müxtəlif təsərrüfat subyektlərinin ehtiyaclarının
ödənilməsində həlledici əhəmiyyət daşıyan qurumlardan biri də kommersiya banklarıdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, heç də kommersiya banklarının hamısı kənd
təsərrüfatının maliyyələşdirilməsində iştirak etmirlər. Bunun əsas səbəblərindən biri kommersiya
banklarının regionlarda filiallarının azlıq təşkil etməsidir. Bundan başqa kommersiya banklarının
kreditləri üzrə faizlərin yüksək olması kreditə marağı azaldır. Fiziki şəxslərə verilən kreditlər
üzrə faiz dərəcələri bir sıra BOKT-larda 36%-dək yüksəlir. [ 3 ]
        Bundan başqa əsas məsələlərdən biri də bölgələr üzrə faiz dərəcələrinin düzgün müəyyən
edilməsidir. Araşdırmalardan aydın olur ki, respublikamızın regionları üzrə kredit qoyuluşunun
faiz dərəcələrində kəskin fərq vardır. Bunu aşağıdakı cədvəlin məlumatlarından görmək olar.
                                                                                        Cədvəl 2
                                    Regionlar üzrə kredit qoyuluşları
                                        (01.10.2011) (min manat)
                                                 Cəmi                       O cümlədən
            Regionun adı                                          Qısamüddətli      Uzunmüddətli
                                            Məbləğ        %
                                                                  Məbləğ      %     Məbləğ       %
Azərbaycan Respublikası                   6019669,9 16,3 1926093,6 18.1 4093576.3 15.4
O cümlədən:
Bakı şəhəri                               4964095,9 15,8 1552468.2 17.2 3411627.7 15.3
Abşeron iqtisadi rayonu                    256761,2      16,4    141630.2 15.7 115737.0 17.3
Aran iqtisadi rayonu                       210219,2      19,9     85047.3    25.3 125171.8 16.2
Dağlıq Şirvan iqtisadi rayonu               24458,5      17,8      6741.2    28.8   17717.3     13.7

                                                                                                2
Gəncə-Qazax iqtisadi rayonu             188502,7      20,1     57604.8     27.2     130897.9    17.0
Quba-Xaçmaz iqtisadi rayonu              65944,8      19,5     17376.2     25.2      48568.6    17.4
Lənkəran iqtisadi rayonu                 87216,8      22,9     23420.6     31.1      63796.2    19.9
Şəki-Zaqatala iqtisadi rayonu           149963,8      16,4     32722.7     21.9    1172111.1    14.9
Yuxarı Qarabağ iqtisadi rayonu            8953,1      18,4      3430.7     25.6       5522.4    14.0
Kəlbəcər-Laçın iqtisadi rayonu            1962,2      16,6       545.9     26.4       1416.3    12.8
Naxçıvan iqtisadi rayonu                 61591,6      10,0      5105.8     19.4      56485.9     9.2

         Dünya təcrübəsindən məlum olduğu kimi aqrar sahənin dayanıqlı inkişafı üçün həm
güzəştli kreditlər verən fondların, həm kommersiya banklarının , həm də kredit ittifaqlarının
fəaliyyətində müəyyən təkmilləşdirmələrə ehtiyac vardır. Xüsusilə də onların kredit şərtləri ilə
aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin imkanları arasında əksər hallarda kəskin
fərqlər mövcuddur.
         Tələb-təklif nisbətlərinin səviyyəsindən asılı olmadan həmişə kredit faizinin səviyyəsi
mənfəət normasından aşağı olmalıdır. Onsuz kredit almaq iqtisadi mənasını itirmiş olar. Kredit
faizinin orta mənfəət normasından nə dərəcədə aşağı olması, tələblə təklif arasındakı nisbətdən
asılı olaraq formalaşır.
         Respublikamızda bank kreditinə faizin səviyyəsi (15-20 faiz) iqtisadiyyatın bir sıra
sahələrində orta mənfəət normasını üstələyir. Bu vəziyyət kreditdən istifadə etməklə əldə edilən
gəlirin, habelə yaranan mənfəətin özünün də kredit faizini və digər icbari ödənişlərin
ödənilməsində gecikmələr ilə nəticələnə bilər. Deməli, belə kreditləri almaqla nəinki qazanc
əldə etmək, hətta istehsal xərclərini və vergiləri də ödəmək mümkün deyil. Təsərrüfatlar bu cür
kreditləri almaqla özlərinin maliyyə-təsərrüfat fəaliyyətini daha da ağırlaşdıra bilərlər.
       Bankların iqtisadiyyata kredit qoyuluşunun ÜDM-ə nisbəti onların iqtisadi inkişafda roluna
meyar hesab oluna bilər. Dünya ölkələrində iqtisadiyyata kredit qoyuluşunun ÜDM-ə nisbəti 80-
100 faiz və daha yüksək olduğu halda, respublikamızda o 13-14 faiz təşkil edir. İqtisadiyyata
kredit qoyuluşunun regionlarda yaranan ÜDM-ə nisbəti isə 3 faizdən də aşağıdır.
       Belə ki, respublikamızda kənd təsərrüfatında müxtəlif mənbələrdən verilən kreditin cəmi
qalığı 2000-2011-ci illərdə 970 mln. manat olmuşdur. O cümlədən Sahibkarlığa Kömək Milli
Fondundan 350 mln.manat, Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı kreditləri üzrə
dövlət agentliyindən 54 mln. manat, Dünya bankından 150 mln. manat, BOKT-lardan 70 mln.
manat və Azərbaycan Respublikası Kommersiya banklarından 326 mln.manat verilmiş
kreditlərin qalığı təşkil etmişdir.
       Hesab edirik ki, 2015-ci ildən etibarən kənd təsərrüfatında tətbiq edilən vergi tətillərini
dayandırmaqla, kənd təsərrüfatına verilən kreditlərin faizini dövlət büdcəsinin vəsaiti hesabına
minimum 10 bənd aşağı salmaq olar. Qeyd etdiyimiz kimi kənd təsərrüfatına tətbiq edilən vergi
tətilləri hesabına yalnız 2010-cu ildə büdcəyə çatası məbləğ 164,1 mln. manat yayındırılmışdır.
Bu barədə düşünməyə dəyər!
       Həmçinin Respublikamızda MMUS və MHBS-na keçidlə əlaqədar məqsədyönlü tədbirlər
həyata keçirildiyi vaxtda kənd təsərrüfatında vergi tətillərinin ləğvi, kənd təsərrüfatında
mühasibat uçotunun aparılmasının kütləvi hal almasına, nəticədə kənd təsərrüfatında mühasibat
uçotunun dəqiqliyinin və şəffaflığının təmin edilməsi ilə, təsərrüfatdaxili düzgün və səmərəli
qərarların qəbul edilməsinə, sahənin investisiya cəlbediciliyinin yüksəldilməsinə və beynəlxalq
kapital bazarından istifadə imkanlarının genişlənməsinə şərait yaranar.
       İqtisadiyyata kredit qoyuluşunun tələbatdan az olmasının səbəbləri çoxdur. Onların
başlıcası, fikrimizcə, (1) kreditlərin verilməsində bürokratik əngəllərin çox olması və (2) kredit
şərtlərinin ağır, faiz dərəcəsinin yüksək olmasıdır.
         Şübhə yoxdur ki, aqrar sahədə kredit mexanizminin inkişafı əmtəə istehsalçılarının
əksəriyyətinin tədiyə qabiliyyətli olmasından, inflyasiyanın səviyyəsindən, Azərbaycan
Respublikası mərkəzi Bankın tətbiq etdiyi təkrar maliyyələşdirmə dərəcəsindən buna müvafiq
olaraq ölkənin bank sistemindən, bu sistemin inkişaf səviyyəsindən, eləcə də kredit sisteminin
formalaşmasında dövlətin rolundan əhəmiyyətli dərəcədə asılıdır.
                                                                                                3
        Xarici ölkələrdə geniş yayılmış kredit kooperativləri və ya ssuda-əmanət kassaları aqrar
sahədə kredit mexanizminin inkişafında mühüm rol oynayan dürüst təşkil edilmiş bir sistemdir.
Kooperativ banklarında kredit üzrə faiz dərəcələri kommersiya banklarından olduğundan 2–3
dəfə aşağı, yəni ildə 4-6%-dən çox deyildir. Belə hesab edilir ki, Azərbaycanda kredit
kooperativlərinin aşağıdakı tiplərinin yaradılması məqsədəuyğun olar:
         Yalnız qeyri-bank əməliyyatlarını həyata keçirən ilkin kredit kooperativləri;
         Bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirmək imkanına malik olan
             rayon qeyri-bank kredit təşkilatları;
         Bank əməliyyatlarının bütün növlərini həyata keçirmək imkanına malik olan regional
             və mərkəzi kooperativ banklar.
        Regional və rayon səviyyəli kredit kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsi
istiqamətində mühüm rol oynamalıdır. [ 4 ]
        Kənd təsərrüfatı məhsulları istehsalçılarının kreditləşdirilməsi problemlərinin həllinin
perspektivli üsullarından biri kredit ittifaqları formasında kredit kooperasiyası sisteminin
yaradılmasıdır. Kredit ittifaqları bir çox ölkələrdə geniş yayılmışdır və onlar müstəqil bazar
strukturu kimi bank-kommersiya qurumlarından köklü şəkildə fərqlənirlər. [ 4 ]
        Kredit ittifaqı münasib faizlərlə kreditləşdirmə üçün üzvlərin şəxsi vəsaitlərini yığmaqla
öz üzvlərinə yardım göstərən və bəzi lazımi xidmətləri yerinə yetirən qeyri-kommersiya kredit
təşkilatıdır. Kredit ittifaqının fəaliyyətinin əsasında birgə kommersiya məsələlərini həll etmək
üçün öz şəxsi maliyyə ehtiyatlarını birləşdirən kənd təsərrüfatı istehsalçıları qrupunun istəyi
durur.
        Müqayisəli xarakteristikadan görünür ki, kredit ittifaqları həmrəy məsuliyyətlə birləşmiş
kiçik bir qrup adamların mənafeyinə çalışan sadə təşkilat formasıdır. Kredit ittifaqının fəaliyyəti
iştirakçıların özləri tərəfindən həyata keçirilir. Kredit ittifaqlarının fəaliyyətinin genişləndirilməsi
məqsədəuyğundur.
        Mühüm məsələlərdən biri də kreditə tələbatın düzgün hesablanması, kreditlərdən təyinatı
üzrə və səmərəli istifadə edilməsidir. Kredit resursları əsasən daha sərfəli bitki növlərinin əkilib-
becərməsinə, strateji cəhətdən böyük əhəmiyyət kəsb edən sahələrin inkişafına, təsərrüfatların
maliyyə möhkəmliyinin təmin edilməsinə, dövlətin ixrac potensialının artırılmasına
istiqamətləndirilməlidir.
        Kreditlərin verilməsinə diferensional yanaşılmalıdır. Belə ki, yüksək dağlıq və dağətəyi,
sərhəd bölgələrində dövlət krediti, istərsə də özəl kreditlər üzrə faiz dərəcələri əsaslı sürətdə
aşağı salınmalıdır. Hansı ki, 2-ci cədvəldə verildiyi kimi bu münasibət hələ ki, tərsinədir. [ 3 ]
        Vacib məsələlərdən biri də müəssisənin kredit siyasətinin hazırlanmasıdır. Bundan ötrü
müəssisənin balansının passivinin strukturu təhlil edilir, xüsusi dövriyyə vəsaitlərinin payı,
onların nisbəti təhlil edilir, xüsusi dövriyyə vəsaitlərinin çatışmazlığı müəyyən olunur.
Hesablama əsasında borc vəsaitinə tələbat müəyyən edilir.
        Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün aşağıdakı tədbirlərin də həyata keçirilməsini
məqsədəuyğun hesab edirik:
     1. Kənd təsərrüfatında mühasibat uçotunun aparılmasının kütləviliyini təmin etmək və
        sahəyə verilən güzəştli kreditlərin xüsusi çəkisini artırmaq məqsədilə 2015-ci ildən
        etibarən, kənd təsərrüfatına tətbiq edilən vergi tətilinin dayandırılmasını;
     2. Kreditləşdirmə mexanizmi, onun şərtləri sadələşdirilməli, çox pilləli bürokratik əngəllər
        aradan götürülməli, əsassız sənədləşdirmələr ləğv edilməli, girov qoyma şərtləri
        yumşaldılmalı və aqrar bölmə sahibkarlarına güzəştli kreditlər verilməli;
     3. Respublikamızda kommersiya banklarının kənd təsərrüfatına verdikləri kreditlərin faizi
        ən azı 10 bənd aşağı salınmalı;
     4. Kredit verilməsində dağlıq və dağətəyi bölgələrdə yerləşən təsərrüfatlara diferensial
        yanaşmalar olmalı;
     5. Uzunmüddətli kreditlərə üstünlük verilməli;
     6. Güzəştli kredit resursları əsasən daha zəruri bitki növlərinin əkilib becərilməsinə, strateji
        cəhətdən böyük əhəmiyyət kəsb edən sahələrin inkişafına, təsərrüfatların maliyyə
                                                                                                      4
      möhkəmliyinin       təmin    olunmasına,       dövlətin     ixrac potensialının artırılmasına
      istiqamətləndirilməli;
   7. Kredit kooperativlərinin və kredit ittifaqlarının fəaliyyəti genişləndirilməli;
   8. Kənd təsərrüfatı istehsalının mövsümü olmasını nəzərə alaraq Sahibkarlığa Kömək Milli
      Fondunun verdiyi kreditlər kompaniya xarakterli olmamalı.



                                          ƏDƏBİYYAT

   1. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları etibarlı
      təminatına dair Dövlət Proqramı”.
   2. Aqrar sahədə islahatların sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan
      Respublikası Prezidentinin 22 mart 1999-cu il tarixli fərmanı.
   3. M.C.Hüseynov Aqrar bölmənin dayanıqlı inkişaf problemləri. Bakı, 2006. səh. 310
   4. M.M.Sadıqov Maliyyə potensialı: formalaşma və aqrar sahənin prioritetliyi. Bakı, 2009.
      səh.294
   5. M.M.Sadıqov, M.C.Hüseynov, H.H.Həsənov. Kənd təsərrüfatının maliyyəsi. Gəncə,
      2012. səh. 403.

          Влияние налоговых скидок и льготных кредитов на устойчивое развитие
                                 сельского хозяйства
                                             Доктор экономических наук М.Д .Гусейнов
                                             Кандидат экономических наук Г. Г.Гасанов
                    Азербайджанский Государственный Аграрный Университет
                                         РЕЗЮМЕ
      Ключевые слова: устойчивые, финансовое обеспечение, кредит, бюджет, коммерческие
банки, налоговые скидки, кооперация, кредитные ресурсы, регион, льготы.

     На основе широкого экономического анализа были исследованы действующее состояние
финансового обеспечения устойчивого развития сельского хозяйства, раскрыта роль налоговых
скидок и льготных кредитов в его укреплении, были обоснованы увеличения удельного веса
льготных кредитов за счет ликвидации налоговых скидок, а также даны соответствующие
предложения для совершенствования деятельности в этой отрасли.

                      The impact of tax holidays and credit discounts to
                         the sustainable development of agricutlure

                                                   Professor of Economic Sciences M.J.Huseinov
                                                   Candidate of Economic Sciences H.H.Hasanov
                                                            Azerbaijan State Agrarian University

                                             Summary
        Key words: sustainable, financial guarantee, loan, budget, commercial banks, tax
holidays, co-operative, credit resources, region, compromise.
        On the base of contacted broad economic analysis the current situation of financial
guarantees of sustainable development of agriculture was studied, on the strengthening of it the
role of the tax holidays and soft loans has been disclosed, the necessity of increasing the share of
soft loans by suspension of tax holidays in the future, moreover, by disclosing the present
problems appropriate proposals for the development in this field were offered.
                                                                                                  5

								
To top