Az?rbaycan Milli Elml?r Akademiyasi by yH3oXX

VIEWS: 66 PAGES: 27

									   AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
          İQTİSADİYYAT İNSTİTUTU


                                            Əlyazması hüququnda




          AYTƏN BƏXTİYAR qızı QULİYEVA


  SOSİAL XİDMƏTLƏR SFERASINDA SAHİBKARLIQ
 FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİNİN
     TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
              (səhiyyənin timsalında)


             İxtisas: 08.00.05 – Xalq təsərrüfatının iqtisadiyyatı
                          və idarə edilməsi (komplekslərin,
                          sahələrin və müəssisələrin iqtisadiyyatı,
                          təşkili və idarə edilməsi)


İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim
                     edilmiş dissertasiyanın


                  AVTOREFERATI




                       BAKI – 2010

                              1
      Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat
İnstitutunda yerinə yetirilmişdir.


    Elmi rəhbər:                       İqtisad elmləri doktoru,
                                       professor    T.N.ƏLİYEV

    Rəsmi opponentlər:                 İqtisad elmləri doktoru,
                                       professor S.Q.CÜMŞÜDOV

                                       İqtisad elmləri namizədi,
                                       dosent        Y.X.NƏBİYEV

    Aparıcı təşkilat:                  Azərbaycan Respublikası
                                       Əmək və Əhalinin Sosial Mü-
                                       dafiəsi Nazirliyinin Əmək və
                                       Sosial Problemlər üzrə Elmi
                                       Tədqiqat və Tədris Mərkəzi


    Müdafiə “____” ___________ 2010-cu il tarixində saat ___-da
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu
nəzdindəki D.01.181. Dissertasiya Şurasının iclasında olacaqdır.

     Ünvan: AZ 1143, Bakı şəhəri, Hüseyn Cavid prospekti 31, AMEA
İqtisadiyyat İnstitutu.

     Dissertasiya işi ilə Azərbaycan        Milli Elmlər Akademiyası
İqtisadiyyat İnstitutunun kitabxanasında tanış olmaq olar.


    Avtoreferat    “____”   _____________      2010-cu    il   tarixində
göndərilmişdir.


D.01.181.Dissertasiya
Şurasının Elmi katibi
İqtisad elmləri namizədi                             G.S.HACIYEVA

                                  2
               İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

     Mövzunun aktuallığı. Azərbaycan iqtisadiyyatı özünün müasir
inkişaf mərhələsində mürəkkəb bazar münasibətləri, artan rəqabət və
dünya maliyyə-iqtisad sisteminə inteqrasiya olunmaq kimi cəhətlərlə
xarakterizə olunur. Bu gün ölkə iqtisadiyyatı qarşısında duran ən mü-
hüm vəzifə sahibkarlığın inkişafına nail olmaq üçün onun fəaliyyətinin
təşkili və idarə edilməsini təkmilləşdirməkdir. Azərbaycan Respublika-
sının Konstitusiyasında sahibkarlıq fəaliyyəti vətəndaşların hüquqları-
nın tərkib hissəsi kimi təsbit olunmuş, sahibkarlıq fəaliyyətinin qa-
nunvericilik bazası formalaşmışdır. Son 10 ildə sahibkarlıq fəaliyyətini
tənzimləyən, onun iqtisadi fəaliyyət sahələrində və regionlarda inkişa-
fına təkan verən 140-a yaxın normativ-hüquqi akt qəbul edilmişdir.
     Ölkə iqtisadiyyatında özəl sektorun inkişafını sürətləndirmək məq-
sədilə bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsində, kiçik
və orta sahibkarlığa dövlət köməyinin səmərəliliyinin artırılmasında,
kiçik və orta sahibkarlığın inkişafının dövlət proqramının həyata keçi-
rilməsində, sahibkarlığa kömək tədbirlərinin maliyyələşdirilməsi mexa-
nizminin təkmilləşdirilməsində, bəzi sahibkarlıq fəaliyyəti növlərinin
lisenziyalaşdırılmasında, sahibkarlığın inkişafına mane olan əsassız
müdaxilələrin qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata
keçirilmişdir. Nəticədə ölkədə ÜDM-in adambaşına düşən məbləği
1998-ci ildə 520,3 ABŞ dollardan 2009-cu ildə 4874 ABŞ dollara
çatmışdır. İndi Azərbaycan Cənubi Qafqaz regionunda ən qüdrətli və
sürətlə inkişaf etməkdə olan dövlətdir. 2008-ci ildə ÜDM-də özəl sek-
torun payı 84,5%, 2009-cu ildə isə – 87,7% təşkil etmişdir. Bu nai-
liyyətlərin əldə edilməsində əhaliyə pullu xidmət göstərən kiçik və orta
sahibkarlıq subyektlərinin müstəsna rolu vardır. 2009-cu ildə ölkədə
ümumi Daxili Məhsulun 28,3%-i xidmət sahələrinin payına düşmüşdür.
Onun həcmi 2008-ci illə müqayisədə 109,1% artmışdır. Bütünlükdə,
2000-2009-cu illər ərzində əhaliyə göstərilən pullu xidmətin 8,6 dəfə
artaraq 4088,2 mln. manata çatmışdır. Həmin illər ərzində adambaşına
düşən pullu xidmətin həcmi – 7,4 dəfə artaraq, 445 manat olmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlər içərisində səhiyyə və sosial xidmət-
lərin xüsusi çəkisi və həcmi ildən-ilə artmaqdadır. 2009-cu ildə həmin
xidmətlərin xüsusi çəkisi 4,5%-ə çatmışdır ki, bu da 2000-ci illə müqa-
yisədə 2,7% çoxdur. 2010-cu ilin əvvəlində respublikamızda qeydə
alınan 1350 müəssisə əhaliyə səhiyyə və sosial xidmətlər göstərmişlər.

                                    3
Onların içərisində 25-dən çox xarici və müştərək müəssisə vardır. Hə-
min xidmət sferasında səhiyyə sistemi müstəsna rol oynayır. Suverenlik
illərində səhiyyə sisteminin yenidən təşkili, əhalinin sağlamlığının
etibarlı təminatına imkan verən müasir tibb infrastrukturlarının yara-
dılması müstəqil Azərbaycanda həyata keçirilən genişmiqyaslı, sosial-
yönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. 2005-2009-cu
illərdə Dövlət büdcəsindən həmin sosial sahəyə ayrılan vəsaitin həcmi 5
dəfə artaraq 520 mln manata çatmışdır. Son beş ildə ölkəmizin müxtəlif
bölgələrində yüzlərlə tibb ocağı tikilmişdir. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramlarına uyğun Bakı, Naxçıvan, Lənkəran, Şirvan
şəhərlərində, Şahbuz və Siyəzən rayonlarında tikilib istifadəyə verilən,
dünya standartlarına cavab verən, innovasiya meylli texnika ilə təchiz
edilmiş müalicə-diaqnostika mərkəzləri əhalinin istifadəsinə verilmiş-
dir. Bu gün Azərbaycanda 50-yə yaxın beynəlxalq standartlara uyğun
xidmət göstərən özəl tibb mərkəzləri əhaliyə yüksək səviyyədə və geniş
şaxəli tibbi xidmət göstərirlər.
      Lakin əhaliyə göstərilən pullu xidmətin, o cümlədən səhiyyə və
sosial xidmətlərin adambaşına düşən həcmi bir sıra MDB ölkələri ilə
müqayisədə, xeyli aşağıdır. Azərbaycan əhalinin hər 10 min nəfərinə
düşən həkimlərin və orta tibb işçilərinin sayına görə, bir sıra MDB
ölkələrindən geridədir.
      Bütün yuxarıda qeyd edilənlər dissertasiya işinin mövzusunun
aktuallığını şərtləndirmişdir.
      Problemin öyrənilmə səviyyəsi. Bazar iqtisadiyyatına keçidlə
əlaqədar son 15 ildə qeyri-neft sektorunda sahibkarlıq fəaliyyətinin təş-
kili, onların investisiya təminatı, vergi yükünün azaldılması, yerləşdiril-
məsi, kadr təminatı və s. məsələlər respublikamızın və xarici ölkə
alimlərinin tədqiqat obyektinə çevrilmiş və önəmli tövsiyələr işlənil-
mişdir. Səhiyyə və sosial xidmət sferasında sahibkarlığın təşkili, risk-
menecment məsələləri, biznes-prosesin tənzimlənməsi, tibbi sığortalan-
manın sosial-iqtisadi nəticələri, tibb fəaliyyətinin dövlət tənzimlənməsi,
səhiyyənin iqtisadiyyatı və idarə edilməsi, riskin idarə edilməsi məsə-
lələri xarici ölkə alimlərindən K.V.Baldin, S.N.Vorobyov, J.Y.Bıkov,
A.İ.Volkov, V.V.Qrişin, Y.P.Lisitsin, M.Q.Lapusta, V.P.Korçagin,
V.N.Naumov,          Y.B.Rubin,       L.N.Tepman,       R.A.Tleptserışşev,
V.M.Prkdnikov, L.N.Sazonova, V.S.Stupakov, Q.V.Çernova və başqa-
larının əsərlərində müxtəlif səpkidə şərh edilmişdir.


                                    4
      Sahibkarlıq fəaliyyətinin təşkili və idarə edilməsinin təşkilati,
sosial-iqtisadi, hüquqi aspektləri A.A.Nadirovun, Z.Ə.Səmədzadənin,
Ə.X.Nuriyevin, İ.H.Alıyevin, M.C.Atakişiyevin, A.A.Abbasovun,
A.F.Musayevin, Ş.M.Muradovun, T.Ə.Quliyevin, A.Ş.Şəkərəliyevin,
V.T.Novruzovun, K.A.Şahbazovun, T.N.Əliyevin, Ş.S.Qafarovun,
Ə.Q.Əlirzayevin, M.A.Əhmədovun, M.Ə.Məmmədovun, Q.S.Süley-
manovun, Q.Ə.Səfərovun, R.P.Sultanovanın, G.Z.Yüzbaşiyevanın,
T.H.Hüseynovun, T.Q.Əliyevin, F.H.Qasımovun, Ş.Ə.Səmədzadənin,
A.H.Tağıyevin və başqalarının əsərlərində tədqiq olunmuşdur.
      Pullu xidmət sferasında sahibkarlığın təşkili və idarə edilməsi
S.Q.Cümşüdovun, A.İ.Şirəliyevin, K.İ.Vəkilovanın və başqalarının
əsərlərində şərh edilmişdir. Toxunulan problemlər respublika və bey-
nəlxalq miqyaslı konfranslarda müzakirə obyektinə çevrilmişdir. Apa-
rılan tədqiqatların əhəmiyyətini yüksək qiymətləndirməklə yanaşı, qeyd
etmək vacibdir ki, sosial xidmətlər sferasında sahibkarlıq fəaliyyətinin
təşkili və idarə edilməsi, onun bazar mexanizmində və pullu xidmətlər
bazarında münasibətlərinin formalaşması məsələləri nəzəri-metodiki və
praktiki cəhətdən kifayət qədər tədqiq edilməmiş və ölkəmizin iqtisad-
çılarının tədqiqat obyekti kimi çıxış etməmişdir. Bütün bunlar disser-
tasiya işinin mövzusunun aktuallığını və seçilməsini şərtləndirmişdir.
      Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi Azərbay-
canda əhaliyə pulu xidmət göstərən müəssisələrdə sahibkarlıq fəaliyyə-
tinin təşkili və idarə edilməsinin nəzəri-metodoloji əsasının və mövcud
vəziyyətinin öyrənilib, qiymətləndirilməsi əsasında onun təkmilləşdiril-
məsi üzrə elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işləyib
hazırlamaqdan ibarətdir.
      Məqsədə uyğun olaraq qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
      Respublika və xarici ölkə alimlərinin əsərlərinin öyrənilib ümu-
         miləşdirilməsi əsasında müasir sahibkarlığın dayanıqlı inkişa-
         fının formalaşmasının qanunauyğunluqları, pullu xidmətlər sfe-
         rasında bazar mexanizminin və sahibkarlıq münasibətlərinin
         nəzəri-metodoloji aspektlərinin araşdırılması;
      Respublikamızda pullu xidmət bazarının formalaşmasının möv-
         cud durumunun tədqiqi;
      Əhalinin sağlamlığının mühafizəsinin və səhiyyə-sosial xid-
         mətlər sferasında sahibkarlığın təşkilinin mövcud vəziyyətinin
         təhlil edilməsi və ehtiyat imkanlarının aşkara çıxarılması;


                                   5
      Səhiyyə və sosial xidmətlər göstərən kiçik, xarici və müştərək,
         eləcə də özəl müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi;
      Səhiyyə və sosial xidmətlər sferasında məqsədli inkişaf proq-
         ramının həyata keçirilməsi, müəssisələrin dayanıqlı inkişaf mo-
         delinin formalaşması və tibbi sığortalanma sistemində əmək-
         daşlığın genişləndirilməsi hesabına sahibkarlıq fəaliyyətinin
         inkişafının başlıca istiqamətlərinin müəyyən edilməsi.
      Tədqiqatın obyektini Azərbaycanın pullu xidmətlər bazarında
formalaşan səhiyyə sferası təşkil edir.
      Tədqiqatın predmetini səhiyyə sferasında sahibkarlıq fəaliyyəti-
nin təşkili və idarə edilməsinin inkişaf istiqamətlərinin tədqiqi təşkil
edir.
      Tədqiqatın nəzəri-metodoloji əsasını Azərbaycan və xarici ölkə
alimlərinin əsərləri, problemlə bağlı mövcud ideya və nəzəriyyələr,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Milli
Məclisin qəbul etdiyi qanunlar, Respublika Nazirlər Kabinetinin qə-
rarları, Respublika Səhiyyə Nazirliyinin Əsasnaməsi əmrləri, normativ-
hüquqi sənədləri, sahibkarlığın və səhiyyə sisteminin inkişafı üzrə
Dövlət və Sahə Proqramları təşkil edir.
      Tədqiqat işinin informasiya bazasını Azərbaycan Respublikası
Statistika Komitəsinin, İqtisadi İnkişaf və Səhiyyə Nazirliklərinin məlu-
matları, kütləvi informasiya vasitələrində səhiyyə və sosial xidmətlər
sferasının təşkili və inkişafına dair dərc edilən məqalələr təşkil etmişdir.
      Tədqiqat üsulu. Tədqiqat zamanı qruplaşdırma, müqayisə, məq-
sədli proqram, analitik təhlil, məntiqi təfəkkür üsullarından istifadə
edilmişdir.
      Dissertasiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
      Əhaliyə pullu xidmət göstərən və onun üzvi tərkib hissəsi kimi
         çıxış edən səhiyyə və sosial xidmətlər sferasında sahibkarlıq
         fəaliyyətinin təşkili və idarə edilməsinin nəzəri-metodoloji və
         praktiki aspektləri ilk dəfə kompleks şəkildə tədqiq edilmişdir;
      Sahibkarlığın dayanıqlı inkişafının formalaşmasının qanunauy-
         ğunluqları tədqiq edilmiş, onun meyarları müəyyən olunmuş,
         inkişafının alqoritm sxemi təklif edilmişdir;
      Səhiyyə və sosial xidmətlər göstərən müəssisələrin istehsal
         resurslarının təsnifatı, onların maliyyələşdirilməsi mənbələrini
         özündə əks etdirən sxem işlənib hazırlanmışdır;


                                     6
      Tibb xidməti müəssisələrinin iqtisadi xüsusiyyətlərinin qarşı-
         lıqlı asılılığını əks etdirən təsnifat verilmişdir;
      Əhalinin sağlamlığına təsir edən şərait və amillər, eləcə də
         sağlamlıq balansını əks etdirən sxem təklif olunmuşdur;
      Səhiyyə sistemi ilə könüllü tibbi sığortalanma arasında əmək-
         daşlığın prioritet istiqamətləri müəyyən edilmiş və əsaslandırıl-
         mışdır;
      Səhiyyə və sosial xidmətlər göstərən müəssisələrin fəaliyyəti-
         nin strateji inkişaf və biznes-planlar əsasında qurulmasının zə-
         ruriliyi sübuta yetirilmişdir;
      Əhaliyə pullu xidmət göstərən müəssisələrdə sahibkarlıq fəa-
         liyyətinin səmərəli təşkili və idarə edilməsi üzrə əməli təklif və
         tövsiyələr işlənib hazırlanmışdır.
      Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat işinin nəticə-
ləri əhaliyə pullu xidmət göstərən kiçik və orta firmalarda, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə,
səhiyyə və sosial xidmətlər göstərən xarici və müştərək, eləcə də özəl
müəssisələrdə sahibkarlığın təşkili və idarə edilməsi, bazar mexanizmi-
nin və sahibkarlıq münasibətlərinin formalaşmasında məqsədli İnkişaf
Proqramının və dayanıqlı inkişaf modelinin işlənib hazırlanmasında,
risklərin qiymətləndirilməsində, elmi-tədqiqat işlərinin aparılmasında,
strateji inkişaf və biznes-planların tərtib edilməsində, lokal və qlobal
xarakterli investisiya layihələrinin, lizinq əməliyyatlarının həyata keçi-
rilməsində, onların sosial-iqtisadi səmərəliliyinin qiymətləndirilməsin-
də, müvafiq tədris-metodiki vəsaitlərin hazırlanmasında istifadə edilə
bilər.
      İşin aprobasiyası və nəticələrinin tətbiqi. Tədqiqat işinin nəti-
cələri müəllif tərəfindən AMEA-nın Elmi İnnovasiyalar mərkəzi tərə-
findən «Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyaların rolu»
mövzusunda keçirdiyi III Beynəlxalq Elmi-Praktiki Konfransında
(Bakı, 2009), AMEA İqtisadiyyat İnstitutunun akademik Z.Ə.Səmədza-
dənin 70 illik yubileyinə həsr edilmiş Elmi-Praktiki Konfransda (Bakı,
2010) məruzə edilmişdir. Tədqiqatın nəticələri, işlənib hazırlanmış
təklif və tövsiyələr “İdeal” Tibb Şirkətinə təqdim edilmiş və istifadə
haqqında müvafiq arayış alınmışdır (Arayış №1, «12» may 2010-cu il).
      Dərc olunmuş məqalələr. Dissertasiya işinin əsas müddəaları 8
məqalə (onlardan 2-si xaricdə) və 2 konfrans materialında dərc olun-
muşdur.

                                    7
     İşin quruluşu və həcmi. Dissertasiya işi girişdən, üç fəsildən, 10
yarımbölmədən, nəticə və təkliflərdən, istifadə edilmiş ədəbiyyat siya-
hısından ibarət olmaqla 166 səhifədən ibarətdir. İşdə 18 sxem və şəkil,
32 cədvəl verilmişdir.

                 TƏDQİQATIN ƏSAS MƏZMUNU

     Dissertasiya işinin girişində mövzunun aktuallığı, problemin öy-
rənilmə səviyyəsi, tədqiqatın məqsədi və vəzifələri, obyekti, predmeti,
nəzəri-metodoloji əsasları, üsulları, informasiya bazası, nəzəri və təc-
rübəvi əhəmiyyəti, işin elmi yeniliyi, aprobasiyası və nəticələrinin tət-
biqi göstərilir.
     İşin «Pullu xidmətlər sferasında sahibkarlıq fəaliyyətinin təş-
kili və idarə edilməsinin nəzəri-metodoloji aspektləri» adlı birinci
fəslində respublikamızın və xarici ölkə alimlərinin mövzuya dair əsər-
lərinin öyrənilib ümumiləşdirilməsi əsasında müasir sahibkarlığın inki-
şafının formalaşması qanunauyğunluqları, pullu xidmət sferasında ba-
zar mexanizminin formalaşmasının nəzəri-metodoloji aspektləri, eləcə
də pullu xidmət bazarında sahibkarlıq münasibətlərinin formalaşması-
nın nəzəri əsasları tədqiq edilir.
     Qeyd edilir ki, müasir qlobal iqtisadi inkişaf müxtəlif iqtisadi sis-
temlərin inteqrasiyası və rəqabəti ilə müəyyən olunur. Bu isə, ilk
növbədə iqtisadi təhlükəsizliyin təmin edilməsi şəraitində mümkündür.
Sonuncunu şərtləndirən amillərdən biri sahibkarlığın formalaşması və
dinamik inkişafıdır.
     Sahibkarlıq anlayışı XVIII əsrin əvvəllərində leksikona fransız
iqtisadçısı R.Kantilan tərəfindən gətirilmişdir. Sahibkarlıq müasir elmi
yanaşma ilə yalnız bazar iqtisadiyyatının komponenti, onun ən mühüm
elementi və mərkəzi halqasıdır. Sahibkarlıq fəaliyyətinin mahiyyəti
Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmişdir.
Sahibkarlıq – daha çox mənfəət və ya gəlir əldə edilməsi məqsədilə
əmtəələrin istehsalı, satışı və xidmətlər göstərilməsi sferasında müstə-
qil təşəbbüskarlıq fəaliyyətidir. Digər tərəfdən, sahibkarlığı risklə, in-
vestisiya ilə sıx əlaqədə olan cəmiyyəti, müəssisənin və sahibkarın
özünün iqtisadi fəaliyyəti kimi də adlandırmaq olar. Ümumi halda
sahibkarlıq subyekti kimi fiziki və hüquqi şəxslər çıxış edir. Mövcud
ölkə qanunvericiliyində onlar kommersiya və qeyri-kommersiya təşki-


                                    8
latlarına bölünürlər. Lakin bütün hallarda onlar təsərrüfat fəaliyyəti ilə
məşğul olur və xidmət göstərirlər.
      İşdə sahibkarlıq strukturunun dayanıqlığının nəzəri-metodoloji
aspektləri respublikamızın və xarici ölkə alimlərinin əsərlərinin ümumi-
ləşdirilməsi əsasında şərh edilir və onun əsasında müəllifin əlavələri ilə
müasir sahibkarlığın dayanıqlı iqtisadi inkişafının: qiymət, idarəetmə,
maliyyə və işgüzar meyarları fərqləndirilir. Qeyd edilir ki, yeni iqtisadi
şəraitdə göstərilən meyarlarla kifayətlənmək olmaz. Odur ki, işdə hə-
min təsnifata bazar, istehsal, insan kapitalının inkişafı və ictimai-siyasi
dayanıqlıq kimi meyarları da əlavə etməklə, sahibkarlığın iqtisadi daya-
nıqlığının alqoritmi təklif edilmişdir. İşdə sahibkarlığın təşkilinin möv-
cud vəziyyəti qiymətləndirilərkən müəyyən edilmişdir ki, xidmət sfera-
sında fəaliyyət göstərən kiçik və orta müəssisələrin böyük əksəriyyəti
zərərlə və ya aşağı rentabelli işləyirlər. Odur ki, sahibkarlıq struktur-
larının iqtisadi dayanıqlığının xarakteristikasını təsnifləşdirmək vacib-
dir. Onlara sahibkarlıq institutlarının rəqabət qabiliyyətliyi, sahibkarlıq
strukturlarının fəaliyyətinin etibarlılığının təmin edilməsi, xarici mühit-
də sahibkarlıq strukturlarının elastikliyi və uyğunlaşması, riskin idarə
edilməsi, sahibkarlıq strukturlarının iqtisadi təhlükəsizliyi daxil edil-
mişdir.
      Göstərilir ki, iqtisadi dayanıqlıq dərəcəsindən asılı olaraq, sahib-
karlıq yüksək, orta, aşağı, böhranlı və müflisləşmə kimi iqtisadi daya-
nıqlığa malik strukturlar kimi çıxış etməlidir. İşdə sahibkar firmaların
iqtisadi dayanıqlığına təsir göstərən amillərin təsnifatı verilmişdir.
Müasir sahibkarlıq strukturlarında qərarların qəbul edilməsi üçün infor-
masiya bazasının təkmilləşdirilməsi aşağıdakı istiqamətlər üzrə həyata
keçirilməlidir: uçotla təhlilin üzvi əlaqəsi və onun xidmət müəssisəsinin
idarəetmə aparatına birbaşa çıxışının təmin edilməsi; xidmət müəssi-
səsinin sərbəst inkişafı üçün uçotun aktiv rolunun yüksəldilməsi; uço-
tun elastik dinamik sistem kimi formalaşması; vahid məlumat informa-
siya bazasının yaradılması və uçot prosesinin metodoloji təminatı; xid-
mət prosesində əldə edilən yeni informasiya ilə vahid informasiya ba-
zasının genişləndirilməsi; ayrı-ayrı xidmət növlərinin (xəstəliklərin, pa-
siyentlərin) xüsusiyyətləri nəzərə alınmaqla, uçot-hesabat məlumatları-
nın işlənilməsi sisteminin yaradılması.
      Belə informasiya sisteminin idarəetmə uçotu əsasında yaradılması
məqsədəuyğundur. Tibb xidməti göstərən müəssisələrdə yeni dərman
preparatlarının xassələri üzrə informasiya bazasının yaradılması və

                                    9
onun müvafiq xarici informasiya sisteminə çıxışının təmin edilməsi də
xidmətin həcmi, keyfiyyəti və formasının genişlənməsinə zəmin yarat-
mış olar. Sahibkarlığın iqtisadi dayanıqlığının qiymətləndirilməsi za-
manı aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:
      Bazarın və cəmiyyətin göstərilən xidmətə olan tələbatın müəy-
         yən edilməsi və onun sahibkarlıq strukturunun göstərdiyi xid-
         mətlə müqayisə olunması;
      Qiymətləndirilən sahibkarlıq subyektinin işinə mənfi və müsbət
         təsir edən amillərin aşkar edilməsi;
      İqtisadi dayanıqlığın yüksəldilməsi üçün istehsal, əmək və ma-
         liyyə ehtiyatlarının müəyyən olunması;
      İqtisadi dayanıqlığın yüksəldilməsi üzrə müvafiq planın işlənib
         hazırlanması.
      Pullu xidmət göstərən müəssisələrdə apardığımız müşahidələr və
gündəlik təcrübədə rastlaşdığımız faktlar göstərir ki, tibb təyinatlı sa-
hibkarlıq strukturlarının qeyri-dayanıqlı vəziyyətinin səbəbləri ilk növ-
bədə onların daxilindədir. Odur ki, həmin sahibkarlıq strukturlarının
dayanıqlı inkişafına zəmanət vermək üçün aşağıdakı tədbirlərin fasilə-
siz icrası təmin edilməlidir:
      xidmət bazarına və rəqabətçilərə yönümün təmin olunması;
      pullu xidmət göstərən tibb müəssisələrinin təşkilati strukturu-
         nun elastikliyinin və asan idarə edilməsinin mümkünlüyü;
      risklərin azaldılması mexanizminin formalaşması;
      tibb sferasında baş verən dəyişikliklərin (yeni diaqnostik cihaz-
         ların yaranması, laborator analizlərinin aparılması üçün yenilik-
         lərin tezliyi və s.) intensivliyini nəzərə alaraq, pullu xidmət
         göstərən müəssisələrdə investisiya və innovasiya aktivliyinin
         yüksəldilməsi;
      Pullu xidmət göstərən tibb müəssisələrində xərclərin azaldılması
və yaxud onlardan səmərəli istifadə etmək hesabına gəlirliliyin təmin
edilməsi və s. Pullu xidmət göstərən tibb müəssisələrinin rasional idarə
edilməsi, dayanıqlı inkişafı üçün istifadə edilən alətlərdən biri – moni-
torinqin keçirilməsidir. İşdə belə sahibkarlıq strukturlarının fəaliyyə-
tində monitorinq aparılmasının funksiyaları və vəzifələri açıqlanmışdır.
Pullu xidmət müəssisələrinin fəaliyyətinin fasiləsizliyinin və iqtisadi
dayanıqlığının təmin edilməsində idarəetmənin kontrollinq marketinq,
logistika funksiyalarının əhəmiyyəti qeyd edilərək, onların tibb sfera-
sında təşkilinin xüsusiyyətləri açıqlanmışdır. Hazırda tibb fəaliyyəti

                                   10
bazarında üç qrup subyekt mövcuddur: tibb xidməti göstərən müəssisə-
lər və işçilər (istehsalçılar); pasiyent (sağlam və xəstə) – alıcı; müxtəlif
mülkiyyət növləri üzrə iş təklif edən, diller kompaniyası, tibbi sığorta
təşkilatı.
     Yeni iqtisadi şəraitdə, mülkiyyət formasından asılı olmayaraq,
bütün müalicə-profilaktika təşkilatları, tibb fəaliyyətinin növləri və
bütün tibb işçiləri marketinq prinsiplərinə dərindən bələd olmalı və öz
fəaliyyətlərində mövcud prinsipləri rəhbər tutmalıdır.
     Tibb xidməti bazarı – rəqabət mühiti şəraitində tibb texnologiya-
sının, məmulatlarının, tibbi texnikasının, tibb fəaliyyətinin təşkili me-
todlarının və əczaçılıq vasitələrinin məcmusunun satışı kimi başa dü-
şülür. Səhiyyə sistemində bazar münasibətləri elementlərinin inkişafı
ilə əlaqədar tibb subyektləri məfhumu formalaşmış və tibb xidməti-
nin istehsalçısı kimi çıxış edir. Bütünlükdə tibb xidməti bazarının quru-
luşunu aşağıdakı kimi təsvir etmək olar (şəkil 1).

                             Səhiyyə xidməti


   Tibb işçilərinin                                     Tibb texnikası və
   əməyinin təşkili                                        avadanlığı

                                 Bazarın
      Elmi-tibbi                 quruluşu
      işləmələr                                         Qiymətli kağızlar



                        Müalicə üçün dərmanlar

               Şəkil 1. Tibb xidməti bazarının quruluşu

     İşdə tibb müəssisələrinin istehsal resurslarının təsnifatı, onların
maliyyələşdirilməsi resurslarının prinsipial sxemləri, maliyyələşdirmə-
nin başlıca istiqamətləri göstərilmişdir. Hazırda dünyanın 30-dan çox
ölkəsi tibbi sığorta istifadə etməklə səhiyyə təşkilatı sisteminə daxil
edilmişdir. Dünya təcrübəsində sağlamlığın sığortalanmasının müxtəlif
sistemləri mövcuddur.


                                    11
      Əksər ölkələrdə tibbi sığortalanma qarışıq sisteminə üstünlük veri-
lir ki, onlar da müxtəlif mənbələrdən maliyyələşdirilir. İşdə tibbi sığor-
tadan istifadə üzrə müxtəlif ölkələrin iş təcrübəsi, orada tətbiq edilən
modellər, Qərbi Avropa ölkələrində sığorta ödənişinin maliyyələşdiril-
məsi mənbələri və səviyyələri göstərilmiş və həmin təcrübənin ölkə-
mizin səhiyyə və sosial xidmətlər sferasında tətbiqinin mümkünlüyü
əsaslandırılmış, mütərəqqi idarəetmə forması kimi tibb müəssisələrində
lizinq əməliyyatlarının həyata keçirilməsinin üstünlükləri göstərilmiş-
dir. Tədqiqat işinin bu fəslində bazar mexanizminin mühüm əlamətlə-
rindən biri hesab edilən və pullu xidmətlər göstərən müəssisələrdə
müstəsna rol oynayan qiymətin əmələ gəlməsi və ona təsir edən amillər
fərqləndirilmiş, tibbi xidmətin iqtisadi xüsusiyyətləri açıqlanmışdır.
      Tibbi xidmətin iqtisadi xüsusiyyətini aşağıdakı üç qrupda təsnifləş-
dirmək olar:
   1.     Səhiyyə xidmətinin xüsusiyyəti insanların peşə fəaliyyətinin
          nəticələrindən asılı olaraq formalaşır.
   2.     Səhiyyə xidmətinin digər xüsusiyyəti onun dəyərinin kəmiyyət-
          cə xarakterizə olunması ilə əlaqədardır.
   3.     Həmin xidmətin göstərilməsi prosesinin formalaşması ilə şərt-
          ləşir (böyük sayda investorların olması; təsərrüfat əlaqələrinin
          müxtəlifliyi; xidmətin yerli təbii iqlim şəraitinin asılılığı;
          «həkim-pasiyent» əlaqəsinin aktivliyi; ərazi dəyişikliyinin
          mövcudluğu; xidmətin növü və s.).
      Səhiyyə xidmətinin iqtisadi xüsusiyyətlərini qiymətləndirərkən,
səhiyyənin səmərəliliyinin aşağıdakı növlərini fərqləndirmək vacibdir:
       tibbi səmərəlilik – müalicə, diaqnostika, profilaktika və
           reabilitasiya sferalarında qarşıya qoyulmuş məsələlərin həllinə
           nail olmaq dərəcəsidir;
       sosial səmərəlilik – əhalinin sağlamlığının yaxşılaşmasının
           qiymətləndirilməsidir;
       iqtisadi səmərəlilik – əhalinin sağlamlığını xarakterizə edən
           göstəricilərin yaxşılaşdırılması hesabına səhiyyənin birbaşa və
           dolayı göstəricilərinin təsiri ilə ölkə iqtisadiyyatının sağlam-
           laşdırılmasıdır.
      İşdə əhalinin sağlamlıq vəziyyəti, ona təsir edən şərtlər və amillər
sxem şəklində təklif edilmiş, müxtəlif xəstəliklərin yaranmasına təsir
edən sahələr, amillər və xəstəliklərin qarşılıqlı əlaqəsini özündə əks
etdirən məlumatlar cədvəl şəklində ümumiləşdirilmiş, sağlam həyat

                                    12
tərzinin formalaşması prosesi göstərilmiş, sağlamlığın balans sxeminin
və onu şərtləndirən meyarların ölkəmizin səhiyyə və sosial xidmətlər
sferasında istifadəsinin mümkünlüyü əsaslandırılmışdır .
      Tədqiqatın «Əhaliyə pullu xidmət göstərən səhiyyə və sosial
xidmətlər sferasında sahibkarlıq fəaliyyətinin təşkilinin mövcud
vəziyyətinin təhlili və qiymətləndirilməsi» adlı ikinci fəslində çoxillik
statistik, ilkin uçot və hesabat sənədlərinin məlumatlarının toplanması,
işlənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması əsasında pullu xid-
mət bazarının formalaşmasının mövcud vəziyyəti tədqiq edilmiş, Azər-
baycanda əhalinin sağlamlığının mühafizəsini və səhiyyə –sosial xid-
mətlər sferasında sahibkarlığın təşkilini xarakterizə edən göstəricilər,
eləcə də kiçik, xarici və müştərək, özəl tibb müəssisələrinin fəaliyyəti
ətraflı təhlil edilib qiymətləndirilmişdir. Qeyd edilir ki, 1995-2008-ci
illər ərzində pullu xidmətin həcmi 167,5 mln. manatdan 3393,0 mln.
manata çatmış və yaxud 20,2 dəfə çoxalmışdır. 2000-ci illə müqayisədə
pullu xidmətin həcmi 7,1 dəfə, o cümlədən hüquqi şəxslər üzrə 8,6 dəfə
artmışdır. Qeyd edilən illər ərzində adambaşına düşən pullu xidmətin
həcmi ölkə üzrə 22,1 manatdan 396,4 manata çatmış və ya 18 dəfə
çoxalmışdır. İşdə pullu xidmətlərin makro-strukturuna qiymət verilmiş,
əhaliyə göstərilən pullu xidmətlərin strukturu fiziki həcm indeksi,
iqtisadi fəaliyyət sahələri, regional və mülkiyyət formaları üzrə təhlil
olunmuş, ölkə əhalisinə göstərilən pullu xidmətlərin adambaşına düşən
həcmi xidmət növləri üzrə təhlil edilərək MDB ölkələri ilə müqayisəsi
göstərilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, pullu xidmətin
adambaşına düşən həcminə görə Azərbaycan 2008-ci ildə Rusiya
Federasiyası üzrə səviyyədən 2,5 dəfə, Belarusdan – 30,4% aşağı
olduğu halda, Moldovadan 32,5%, Tacikistandan 2,9 dəfə; Özbəkis-
tandan 5,5 dəfə yüksək olmuşdur. Azərbaycanda adambaşına düşən
pullu xidmətin həcmi 464 dollar olduğu halda, Rusiyada həmin
göstərici 1158 dollar, Belarusda – 605 dollar, Moldovada – 350 dollar,
Tacikistanda – 161 dollar, Özbəkistanda isə – 85 dollar olmuşdur .
      Ölkəmizdə sahibkarlıq fəaliyyəti üzrə əldə edilən yüksək nailiy-
yətlərin əldə edilməsində kiçik sahibkarlıq subyektləri müstəsna rol
oynayır. Kiçik sahibkarlıq subyektlərinin tərkibində səhiyyə və sosial
xidmətlər göstərən müəssisələrin rolu və əhəmiyyəti ildən-ilə artmaq-
dadır. Pullu xidmət göstərən müəssisələr içərisində adı çəkilən sferanın
rolu əsaslı şəkildə dəyişmişdir. (cədvəl 1.)


                                   13
                                                          Cədvəl 1.
   Azərbaycanda səhiyyə və sosial xidmətlər göstərən sahibkarlıq
                 subyektlərinin sayı və tərkibi *)

                                   İllər                       Artım tempi (%-lə)
 Sahibkarlıq                                                2005-ci ildə   2009-cu
 subyektləri    2000 2005 2006 2007 2008 2009               2000-ci ilə ildə 2005-ci
                                                             nisbətən    ilə nisbətən
Ölkə üzrə
qeydə alınmış
                1298 1400 1521 1623 1656 1350                  110,2           94,4
müəssisələrin
sayı
O cümlədən:
Kiçik            890 746 838 952 961 856                        83,8          114,7
müəssisələr
Hüquqi şəxs
yaratmadan
fəaliyyət
                 793 1352 1445 1547 1655 1327                  170,5           98,2
göstərən fərdi
sahibkarların
sayı
Xarici və
müştərək
                  4     14      12    12       22     x       3,5 dəfə          X
müəssisələrin
sayı
*)
   Cədvəl Azərbaycanın Statistik Göstəriciləri. Bakı, «səda», 2009, s.112-121 və 660-
677, eləcə də AR DSK-nın sosial, iqtisadi inkişaf № 12, aylıq statistik məcmuəsi. Bakı,
DSK, 2009, s.79-90 məcmuələrinin məlumatları əsasında müəllif tərəfindən tərtib
edilmiş və hesablanmışdır

     İşdə ölkəmizdə səhiyyə və sosial xidmətlər göstərən kiçik, xarici
və müştərək müəssisələrin xüsusiyyətləri, idarəedilməsinin prinsipləri,
investisiya cəlbediciliyinin xüsusiyyətlərini xarakterizə edən göstərici-
lər ətraflı təhlil edilmiş, bu sahədə mövcud olan nöqsanlar aşkara çı-
xarılmış və onların aradan qaldırılması yolları göstərilmişdir. Tədqiqat
işində ölkəmizdə fəaliyyət göstərən özəl tibb müəssisələrinin işinin
nəticələrinə qiymət verilmiş, onların göstəricilər sistemi ətraflı təhlil
olunmuşdur.
     Özəl tibb müalicə müəssisələrinin fəaliyyətinin təhlili göstərir ki,
2008-ci ilin əvvəlində respublikamızda 713 çarpayısı olan 34 özəl tibb
xəstəxanası fəaliyyət göstərmişdir. Qeyd edilən illər ərzində özəl do-
ğum evlərinin sayı – 2,5 dəfə, oradakı çarpayıların sayı isə – 80,8%
çoxalmışdır. Təhlilin əhatə etdiyi dövrdə özəl ambulator-poliklinik
                                           14
müəssisələrin sayı 16,5% artaraq, 113 vahidə çatmış, onların bir növbə-
dəki gücü 38,6% çoxalaraq 1793 nəfər təşkil etmişdir. Ölkəmizdə özəl
qadın məsləhətxanalarının sayı da ildən-ilə artmaqdadır. 2006-2008-ci
illərdə təcili tibbi yardım stansiyalarının sayı 2,5 dəfə; onların yerinə
yetirdiyi çağırışların sayı 18,9 dəfə, həmin stansiyaların ambulator və
çağırış zamanı yardım göstərdikləri şəxslərin sayı isə – 160,4 dəfə
artmışdır.
      Əgər 2006-cı ildə özəl təcili tibbi yardım stansiyaları tərəfindən
126 şəxsə yardım göstərilmişdirsə, 2007-ci ildə 17,9 min nəfər; 2008-
ci ildə isə – 20,2 min nəfər olmuşdur.
                                                                    Cədvəl 2.
     Azərbaycanda özəl tibb müalicə-profilaktika müəssisələrinin fəaliyyətini
                 xarakterizə edən göstəricilərin dinamikası*)
                                                         İllər                       Artım
        Göstəricilərin adları                                                        tempi
                                          2006          2007           2008
                                                                                     (%-lə)
                                     Stasionar xidməti
Xəstəxanaların sayı                        25          28               34            136,0
Onlarda çarpayıların sayı
                                          443            475           713            161,0
            o cümlədən:
Doğum evlərinin sayı                      2             2               5            2,5 dəfə
Onlarda çarpayıların sayı                26            36               47            180,8
                                Ambulator-poliklinik xidməti
Ambulator-poliklinik
                                           97            109           113            116,5
müəssisələrin sayı
Onların bir növbədəki gücü
                                          1265          1412           1793           138,6
(gələnlərin sayı)
Qadın məsləhətxanalarının sayı             11            8              12            109,1
                                    Təcili tibbi yardım
Stansiyaların sayı                          2            3              5            2,5 dəfə
Yerinə yetirilmiş çağırışların sayı       126          3276            2391         18,9 dəfə
Ambulator və çağırış zamanı
                                          126         17924           20210         160,4 dəfə
yardım göstərilən şəxslərin sayı
                                    Stomatoloji xidmət
Müstəqil stomatoloji
                                         40             46              48            120,0
poliklinikaların sayı
                                       Tibb işçiləri
Bütün ixtisaslardan olan
                                         1160          1412            1572           135,5
həkimlərin sayı, nəfər
onlardan: qadınlar                        602           733             820           136,2
Orta tibb işçilərinin sayı, nəfər         683           801            1045           153,0
onlardan: qadınlar                        640           746             965           150,8
*)
  Cədvəl Azərbaycan Respublikası DSK-nin rəsmi məlumatları əsasında tərtib edilib
hesablanmışdır

                                             15
      Təhlil dövründə əhaliyə stomatoloji xidmət göstərən müstəqil
(özəl) poliklinikaların sayı 20% artaraq, 48 vahidə çatmışdır. 2008-ci
ilin məlumatına görə ölkəmizin özəl tibb müəssisələrində 1572 nəfər
həkim (onların 52,2%-i qadınlardır) və 1045 nəfər – orta tibb işçisi
(onların 92,3%-i qadınlardır) çalışır.
      Təhlil göstərir ki, həmin müəssisələrdə terapevtik çarpayıların
sayı 2006-2008-ci illərdə 4,87 dəfə, otolorinqoloji çarpayıların sayı 2,5
dəfə, hamilə və zahı qadınlar üçün çarpayılar 61,5%; ümumi təyinatlı
çarpayıların sayı – 2,4 dəfə; nevroloji çarpayılar 33,3%; cərrahi
çarpayılar isə – 6,5% artmışdır.
      Təhlil dövründə özəl tibb müəssisələrində onkoloji xarakterli
çarpayıların sayı – 37; vərəm – 8; infeksion – 10; oftalmoloji – 2; dəri-
zöhrəvi – 16; psixi – 18; narkoloji – 8 çarpayı təşkil etmişdir. Əgər
2006-cı ildə özəl-müalicə profilaktika müəssisələrində 8 təyinatda
çarpayılar mövcud olmuşdursa, 2007-ci ildə onların sayı – 10 çarpayı,
2008-ci ildə isə – 16 təyinatlı çarpayıya çatmışdır. 2008-ci ildə ölkə
ərazisində mövcud olan 34 özəl tibb xəstəxanalarının 13 və ya 38,2%-i,
həmin xəstəxanalarda yaradılan 713 çarpayının 300 və ya 42,1%-i,
ambulator-poliklinik müəssisələrinin 75,2%-i; qadın məsləhətxanaları-
nın 58,3%-i; müstəqil stomatoloji poliklinikaların 87,5%-i; təcili tibbi
yardım stansiyalarının 40%-i, özəl stasionar xəstəxanalarda, ambulator-
poliklinik müəssisələrdə çalışan həkimlərin 81,8%-i və orta tibb işçi-
lərinin 71,3%-i Bakı şəhərinin Nərimanov, Nəsimi, Nizami, Yasamal,
Binəqədi və Xətai rayonlarının ərazisində yerləşir. Müstəqil stomatoloji
poliklinikaların 68,2%-i də həmin rayonlar üçün xarakterikdir. Özəl
tibb müəssisələri Əzizbəyov, Qaradağ və Suraxanı rayonu ərazisində
azlıq təşkil edirlər. Bu faktlar özəl tibb müəssisələrinin Bakı şəhərinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində daha rasional yer-
ləşdirilməsi və inkişafı istiqamətində daha təsirli tədbirlərin həyata ke-
çirilməsini tələb edir. Belə müəssisələrin Bakı şəhərinin kənar rayon-
larında yaradılması uşaqların, qadın və qocaların, o cümlədən təqaüdçü-
lərin tibbi xidmətinin yaxşılaşmasına, onların asudə vaxtlarından səmə-
rəli istifadə etməklərinə təminat yaratmış olardı. Eyni zamanda özəl
tibb infrastrukturlarının Əzizbəyov, Qaradağ, Sabunçu və Suraxanı ra-
yonlarında genişləndirilməsi işsiz tibbi kadrların, eləcə də yerli əhalinin
müvafiq işlə təmin olunmalarına imkan yaradardı.
      İşin «Səhiyyə və sosial xidmətlər sferasında sahibkarlıq fəaliy-
yətinin genişləndirilməsi istiqamətləri» adlı üçüncü fəslində tədqiqat

                                    16
obyekti seçilən sferada məqsədli inkişaf proqramının tərtib edilməsi və
həyata keçirilməsi prosesinin təşkili; sahibkarlıq subyektlərinin daya-
nıqlı inkişaf modelinin işlənilməsi və formalaşması, eləcə də tibbi sı-
ğortalanma sistemində sahibkarlıq strukturlarının əməkdaşlığının
geniş-ləndirilməsi perspektivləri müəyyən edilmişdir.
     Qeyd edilir ki, səhiyyə və sosial xidmətlər sferası üzrə Məqsədli
Milli Kompleks Proqramın tərtib edilməsi zərurəti yaranmışdır. Müəlli-
fin fikrincə, həmin məqsədli proqramın strateji istiqamətlər üzrə işlə-
nilməsi və onun maliyyə-material resursları ilə təminatına dövlət zəma-
nəti verilməsi dövlət siyasəti sisteminin vacib elementinə çevrilməlidir.
     İşdə Məqsədli Milli Səhiyyə Proqramının strateji məqsədinin alt-
məqsədləri müəyyən edilmiş, həmin proqramın «məqsədlər ağacı»
sistemi təklif edilmişdir (şəkil 2).
     Dissertasiya işində səhiyyə və sosial xidmətlər sferasında tətbiq
edilməsi vacib olan Regional məqsədli Proqramın işlənilməsinin və tət-
biqinin vacibliyi əsaslandırılmış və həmin proqramın istiqamətləri
müəyyən edilmişdir. Səhiyyə və sosial xidmətlər sferasında tərtib edil-
məsi vacib olan regional məqsədli proqramlar özündə aşağıdakı istiqa-
mətləri cəmləşdirməlidir:
    Büdcə qanunvericiliyində müvafiq dəyişikliklər aparmaqla regio-
       nal məqsədli inkişaf proqramının yeni maliyyələşdirmə mənbələ-
       ri müəyyən edilməlidir. Maliyyə mənbəyi kimi, bölgələrdə fəa-
       liyyət bərpa ediləcək və yeni istifadəyə verilən müəssisələrin
       mənfəətindən ayırmalar, beynəlxalq ictimai təşkilatların birdəfə-
       lik vəsaitləri, Dövlət neft Fondunun vəsaiti, ölkəmizdə uzun
       müddət fəaliyyət göstərən xarici və müştərək müəssisələrin ayır-
       maları, sığorta şirkətlərinin, iri bankların, səhmdar cəmiyyətlə-
       rinin və s. vəsaitləri çıxış edə bilər;
    Səhiyyə sferası üçün əvvəllər qəbul edilmiş məqsədli proq-
       ramların diaqnostikası (inventarizasiyası) əsasında icra edilmə-
       miş tədbirlərin müəyyən edilməsi və onların alt-proqram kimi
       tərtib edilərək yeni maliyyələşmə mənbəyini və icraçılarını
       müəyyən etmək;
    Səhiyyə və sosial xidmətlər sferası üzrə qəbul edilmiş məqsədli
       proqramların (Regionların Sosial-İqtisadi İnkişafı Proqramı
       2009-2013-cü illər) sıx əlaqəsinin təmin edilməsi məqsədi ilə
       onlarda müəyyən dəyişikliklərin aparılması;


                                   17
                                       Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və ondan bərabər istifadə şəraitinin
                                       yaradılması eləcə də ölkədə səhiyyənin strateji xarakterli sosial-iqtisadi inkişaf
                                         problemlərinin həllinə yönəldilən bütün növ resurslardan səmərəli istifadə
                                                                         olunması

                                                                                                                             Alt-sistemlər
 Əhali arasında ölümün azaldılması və                                                                                                                         Sahənin səmərəli idarə edilməsi və onun
     onların ömrünün uzadılması                                                                                                                              inkişafına ayrılan vəsaitlərin məqsədyönlü
                                                                                                                                                                             xərclənməsi

                                                                                                              Həll ediləcək məsələlər




                                                                                                                                                                    edilməsi. Səhiyyə və sosial xidmətlər
 Pulsuz tibb xidmətin zəmanətliliyi.




                                                                               Uşaq xəstəliklərinin profilaktikası




                                                                                                                                                                      pulu bazarının genişləndirilməsi
                                                                                                                                                                      İstehlak hüquqlarının real təmin
                                           xəstəliklərin profilaktikası üzrə




                                                                                                                                                                                                                                           İlkin tibbi yardımın inkişafının
                                                                                                                        Dərman vasitəlri ilə təminata




                                                                                                                                                                                                            Səhiyyənin səmərəli iqtisadi
                                             Sağlamlığın qorunması və




                                                                                                                                                                                                               modelinin qurulması
                                                                                                                              zəmanətlilik
                                                     cavabdehlik




                                                                                                                                                                                                                                                      prioritetliyi
                                                                                                                     Yerinə Yetirilən layihələr

                                  Vətəndaşların «Elektron-sağlamlıq kartı»-nın əhalinin bütün təbəqəsinə şamil edilməsi və
                                  tətbiqinin sürətləndirilməsi» «sağlam uşaq», «sosial-iqtisadi xəstələrlə mübarizə», «tibbi
                                   kadrların hazırlanması» xəstəxanadaxili infeksiyaların profilaktikası; səhiyyə və sosial
                                    xidmətlər sferasında regional məqsədli proqram «Əhaliyə pulsuz tibbi köməyin təmin
                                    edilməsinə zəmanət Dövlət Proqramı» və s. sahə lokal və qlobal layihələrinin həyata
                                                                         keçirilməsi

                                          Şəkil 2. Azərbaycanda səhiyyə sisteminin Milli Kompleks
                                                      Proqramının «Məqsədlər ağacı»

   Səhiyyə sferasında konsaltinq xidməti mexanizmini reallaşdır-
      maq üçün büdcə qanunvericiliyində müvafiq dəyişikliyin aparıl-
      masına ehtiyac duyulur.
     Məlumdur ki, səhiyyə sferasına qəbul edilən hər hansı proqram
dövlət tənzimlənməsinin elementi kimi çıxış edir. Odur ki, fikrimizcə,
regional və bələdiyyələr səviyyəsində həyata keçirilən proqramların

                                                                                                                                                        18
maliyyələşdirilməsi prioritet sayılmalı və sahənin sosial – iqtisadi
vəziyyətinə müsbət təsir edən vasitə rolunu oynamalıdır.
     İşdə tədqiq edilən sferada sosial-iqtisadi siyasətin modernləşdiril-
məsinin (şəkil 3) səhiyyənin inkişafı üzrə dövlət proqramlarının həyata
keçirilməsində icra orqanları, subyektlərin fəaliyyətinin səmərəliliyini
əks etdirən göstəricilərin növləri və məzmunu, həmin sahədə sosial-
iqtisadi siyasətin səmərəliliyinin yüksəldilməsinə yönəldilən kompleks
idarəetmə tədbirlərinin sxemi təklif edilmişdir. İşdə sahibkarlıq sub-
yektlərinin dayanıqlı inkişaf modelinin tərkib hissəsi hesab edilən riskin
idarə edilməsi məsələləri metodiki cəhətdən araşdırılmış, səhiyyə və
sosial xidmətlər göstərən firmalarla birbaşa və eyniləşdirilən risk
amillərinin təsnifatı sxem şəklində təklif edilmiş və onun elementlərinin
məzmunu, onlara təsir edən amillər fərqləndirilmişdir.
      Firmalarda riskin idarə edilməsi prosesinə xidmət edən
informasiya sisteminin prinsipial sxemi risk səviyyələrinə görə,
aktivlərin təsnifatı və onların likvidliyi, ödəniş qabilliyinin itkiləri üzrə
riskin qiymətləndirilməsi metodikasının prinsipial strukturu təklif
edilmiş, onları əhatə edən blokların istiqamətləri göstərilmiş,
sahibkarlıq strukturunun iqtisadi risk səviyyəsinin müəyyən edilməsinin
mərhələlərini özündə əks etdirən sxemi təklif edilmişdir.
     Dissertasiya işində könüllü və məcburi tibbi sığorta sistemlərinin
ölkəmizdə geniş tətbiqinin məqsədəuyğunluğu əsaslandırılmış, onların
perspektiv istiqamətləri müəyyənləşdirilmişdir.
     Qeyd edilir ki, könüllü tibbi sığorta ilə səhiyyə sistemi arasındakı
əməkdaşlıq tibbi xidmətlər bazarında sığorta təşkilatlarının
fəaliyyətinin genişləndirilməsi; sığorta kompaniyalarının regional
məqsədli investisiya proqramlarının maliyyələşdiriməsindəki iştirakı;
tibb sferası üzrə elm tutumlu digər müştərək proqramların həyata
keçirilməsi və s. istiqamətlərdə təmin edilməlidir.
     Dissertasiya işinin sonunda tədqiqatın nəticələri ümumiləşdirilmiş,
pullu xidmətlər bazarında özünəməxsus yer tutan səhiyyə və sosial
xidmətlər sferasının səmərəli təşkili və idarə edilməsi istiqamətində
əməli xarakterli kompleks təklif və tövsiyələr irəli sürülmüşdür:
      Tibb kadrlarının keyfiyyətli hazırlanmasına diqqətin artırılması;
      Özəl tibb müəssisələrinin yaradılması və inkişafına dövlət
         dəstəyinin gücləndirilməsi;
      Bir çox xəstəliklərin intensivləşməsini nəzərə alaraq ölkə
         ərazisində ətraf mühitin qorunması və təhlükəsizlik texnikası

                                     19
                                                                                                                                           Səhiyyə və sosial xidmətlər göstərən                    Səhiyyə və sosial xidmətlər sferasının
                                                                                                                                         dövlət və özəl idarə orqanları ilə yerli və                    idarə edilməsi, orqanlarının
                                                                                                                                            regional hakimiyyət orqanlarının                          təkmilləşdirilməsi, sahələrarası
                                                                                                                                          qarşılıqlı əlaqələrinin gücləndirilməsi                   koordinasiya mexanizminin tətbiq
                                                                                                                                                                                                                  edilməsi.
                                                                                                                                                                                                                                                                                                                                         keçirilməsi;




                                                                                                                                              Daha təsirli tədbirlərin aşkara
                                                                                                                                            çıxarılması onların sosial-iqtisadi
                                                                                                                                            siyasətə istiqamətləndirilməsi və                         Lokal eksperimentlər (layihələr
                                                                                                                                              maliyyə resurslarının optimal                            çərçivəsində səhiyyə və sosial
                                                                                                                                                     bölüşdürülməsi                                xidmətlər sferasında səmərəli məqsədli
                                                                                                                                                                                                     proqramların işlənilməsi və həyata
                                                                                                                                                                                                                keçirilməsi).




20
                                                                                                                                                                                       Nəticələr
                                                                                                                                             İdarəetmənin operativliyinin və                           Mövcud idarəetmə sisteminin
                                                                                                                                              səmərəliyinin təmin edilməsi.                                təkmilləşdirilməsi
                                                                                                                                                                                                                                                                                     iqtisadi siyasətin modernləşdirilməsi




                                                                                       siyasətin modernləşdirilməsi
                                                                                                                                                                                                                                            Modernləşmənin istiqamətləri




                                                                                                                                             Sosial-iqtisadi siyasətin həyata                       Həyata keçiriləcək lokal və qlobal
                                                                                                                                           keçirilməsi prosesində dəyişikliklər                       proqramların səmərəliliyinin
                                                                                                                                                                                                                                                                           Azərbaycanda səhiyyə və sosial xidmətlər sferasında sosial-




                                                                                                                                           aparmaq məqsədi ilə informasiya və                      monitorinq sisteminin və onların baza
                                                                                                                                               innovasiya menecmentinin                               məlumatlarının formalaşması.
                                                                                                                                                   təkmilləşdirilməsi




                                                                       Şəkil 3. Səhiyyə və sosial xidmətlər sferasında sosial-iqtisadi




       müalicə-profilaktika mərkəzlərinin yaradılmasının vacibliyi;
                                                                                                                                                                                                                                                                                                                                         istiqamətində daha təsirli və kompleks tədbirlərin həyata




      İqtisadi cəhətdən inkişaf etmiş və səhiyyə sahəsində yüksək
       nəticələr əldə etmiş ölkələrin Azərbaycanda müştərək regionla
     Tibbi yardım üzrə ictimai proqramların işlənilməsi, maliy-
         yələşdirilməsi və həyata keçirilməsi istiqamətində dövlətin
         imkanlarından istifadə olunması;
     Səhiyyə sahəsində aparılacaq islahatların tərkib hissəsi kimi
         məcburi və könüllü sığortanın inkişafı, sosial sığorta prinsip-
         lərindən geniş istifadə edilməsi imtiyazlı əhalinin tibbi sığor-
         talanma ilə təmin edilməsi;
     Tibb sferası üzrə elm tutumlu müştərək proqramların həyata
         keçirilməsi;
     Səhiyyə və sosial xidmətlər göstərən müəssisələrin fəaliyyə-
         tinin strateji inkişaf və biznes –planlar əsasında genişlən-
         dirilməsi;
     Dövlət Neft Fondunun vəsaiti hesabına regional diaqnostik
         mərkəzlərin tikilməsi və təcili yardım maşınları parkının ge-
         nişlənməsi;
     Tibb müəssisələrində innovasiya menecmentinin, informasiya-
         kommunikasiya texnologiyalarının genişmiqyaslı tətbiqinin
         təmin edilməsi;
     Bölgələrin ali və orta ixtisas təhsilli tibb kadrları ilə təmin
         edilməsi üçün stimullaşdırıcı və güzəştli sosial-iqtisadi təd-
         birlərin həyata keçirilməsi;
     Ölkə əhalisinin bütün təbəqələrinə «elektron-sağlamlıq kartı»
         sisteminin şamil edilməsi və həmin sistemin özəl tibb müəssi-
         sələrində tətbiqi məsələləri ön plana çəkilməsi məqsədəuy-
         ğundur.
     Dissertasiya işinin əsas müddəaları və işlənib hazırlanan əməli
xarakterli tövsiyələr dərc olunmuş aşağıdakı elmi əsərlərdə öz əksini
tapmışdır:
  1. Quliyeva A.B. Azərbaycanda səhiyyə və sosial xidmətlər sfera-
     sının genişləndirilməsində kiçik və müştərək müəssisələrin rolu. //
     AMEA-nın İqtisadiyyat İnstitutu «Milli iqtisadiyyatın problemləri
     (məqalələr toplusu) II buraxılış. Bakı, «Elm», 2008, s.334-340.
  2. Quliyeva A.B. Azərbaycanın tibb xidmətləri sferasında sahibkar-
     lıq. // AMEA-nın «Xəbərləri», «İqtisadiyyat elmləri» seriyası №1.
     Bakı, «Elm», 2009, s.160-163.
  3. Quliyeva A.B. Azərbaycanda səhiyyə xidmətinin təşkilinin sosial-
     iqtisadi aspektləri. // AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi


                                   21
   «Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyaların rolu» III
   Beynəlxalq EPK-nın materialları. Bakı, «Elm», 2009, s.60-64.
4. Quliyeva A.B. Azərbaycanda özəl tibb müəssisələrinin fəaliyyəti-
   nin təhlili və qiymətləndirilməsi. // İqtisadiyyat və audit №12,
   Bakı, 2009, s.47-49.
5. Quliyeva A.B. Səhiyyə xidmətində bazar mexanizminin forma-
   laşmasının nəzəri-metodiki aspektləri. // AMEA-nın Xəbərləri.
   İqtisadiyyat elmləri seriyası, №3. Bakı, «Elm», 2009, s.260-263.
6. Quliyeva A.B. Bazar münasibətlərinin formalaşdığı şəraitdə özəl
   səhiyyə sisteminin aktual sosial-iqtisadi və idarəetmə problemləri.
   // AMEA-nın Xəbərləri. İqtisadiyyat elmləri seriyası №4, Bakı,
   «Elm», 2009, s.265-268.
7. Əliyev T.N., Quliyeva A.B. Azərbaycanda əhalinin sağlamlığının
   mühafizəsinin təşkilinin müasir vəziyyəti. //İqtisadiyyat və audit,
   №6, Bakı, 2009, s.33-36.
8. Кулиева А.Б. Состояние и перспективы развития предпри-
   нимательства в социальной сфере и здравоохранении Азер-
   байджана. // Вопросы экономических наук (R) №5 İSSN 1728-
   8878. Москва, 2009, с.37-43.
9. Кулиева А.Б. Организация предпринимательской деятельнос-
   ти на предприятиях, оказывающих платные услуги населению
   Азербайджана. // Economist. Ukrainian journal, №5. Kiev, 2010,
   с.73-77.
10. Quliyeva A.B. Əhaliyə pullu xidmət göstərən özəl tibb müəssi-
   sələrində     sahibkarlıq      fəaliyyətinin   təşkili   Akademik
   Z.Səmədzadənin 70 illik Yubileyinə həsr edilmiş «Keçid dövrünün
   iqtisadiyyatı, onun qanunauyğunluqları və xüsusiyyətləri. Milli
   inkişaf modelinin formalaşması problemləri» mövzusunda ERK-
   nın materialları. Bakı, «Elm», 2010, s. 445.




                                22
                                    Кулиева Айтан Бахтияр кызы

    Пути совершенствования организации и управления
предпринимательской деятельности в сфере социальных услуг
              (на примере здравоохранения)

                           РЕЗЮМЕ

    Работа состоит из введения, трех глав, выводов и списка
использованной литературы.
    Во введении обоснована актуальность темы, указана степень ее
изученности, сформулированы цель и задачи методологическая и
информационная базы, объект и предмет исследования, указана
научная новизна и практическая ценность.
    В первой главе «Теоретико-методологические аспекты органи-
зации и управления предпринимательской деятельности в сфере
платных услуг» на основе изучения и обобщения отечественной и
зарубежной литературы, раскрываются закономерности формирова-
ния устойчивого развития современного предпринимательства,
теоретические аспекты формирования рыночного механизма, а также
предпринимательских отношений на рынке платных услуг.
    Во второй главе «Анализ и оценка современного состояния
организации предпринимательской деятельности, оказывающей плат-
ные услуги населению, в сфере здравоохранения и социальных услуг»
на основе сбора и обобщения многолетних статистических и отчет-
ных данных исследуется формирование рынка платных услуг, анали-
зируется состояние организации предпринимательства в сфере здра-
воохранения и социальных услуг, а также оценивается состояние
охраны здоровья населения республики; деятельности малых,
иностранных, совместных и частных предприятий, оказывающих
населению медицинские услуги.
    В третьей главе «Пути развития предпринимательской дея-
тельности в сфере здравоохранения и социальных услуг» исследуется
организация процесса осуществления Целевой Программы Развития;
формирование модели устойчивого развития предпринимательских
субъектов, а также пути расширения их отношений в системе
медицинского страхования.
    В заключительной части работы даны выводы и рекомендации,
сформированные в результате проведенного исследования.


                               23
                                           Kuliyeva Aytan Bahtiyar qizi

     The ways of perfection of the organizing and management
      entrepreneurship activity in the sphere of social services
                  (on the example of health care)

                               SUMMARY

      The work consists of introduction, three chapters, conclusion and
recommendations and the list of the used literature.
      In introduction the actuality of the theme is proved, the degree of its
level of scrutiny is specified, the purpose, scientific novelty and practical
value of the problem is formulated, methodological and information bases,
the object of research is determined.
      In the first chapter “Theoretical-methodological aspects of the
organizing and management of entrepreneurship activity in the paid
services sphere” on the basis of studying and generalizations of the native
and foreign literature, devoted theme of the dissertation, reveal laws of
formation of steady development of modern business, the theoretical-
methodical aspects of formation of the market mechanism, and theoretical
bases of entrepreneurship attitudes in the sphere and in the market of paid
services.
      In the second chapter “The analyze and estimation of the modern
condition of the organizing of the entrepreneurship activity rendering
paid services to the population, in the sphere of health care and social
services” on the basis of gathering and generalization of long-term
statistical and accounting data is investigated formation of the market of
paid services, the condition of the organizing of business in sphere of
health care and social services is analyzed, and also the condition of health
care of republic; activity small foreign, joint and the private enterprises
rendering to the population medical services are estimated.
      In the third chapter “The improvement ways of the
entrepreneurship activity in the sphere of health care and social
services” the organization of process of realization of the Target Program
of Development is underlined to the way of development of
entrepreneurship activity; formation of model of steady development of
enterprises, and also the ways of expansion of their attitudes to system of
medical insurance.
      In the final part of work, the conclusion and recommendations
generated as a result of carried out research are given.

                                     24
      Kağız formatı 60x84, 1/16
        Fiziki çap vərəqi 1,4
              Tiraj 100

AMEA-nın mətbəəsində çap olunmuşdur.

                 25
26
 НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА
           ИНСТИТУТ ЭКОНОМИКИ


                                           На правах рукописи




            АЙТАН БАХТИЯР кызы КУЛИЕВА


   ПУТИ СОВЕРШЕНСТВОВАНИЯ ОРГАНИЗАЦИИ И
      УПРАВЛЕНИЯ ПРЕДПРИНИМАТЕЛЬСКОЙ
   ДЕЯТЕЛЬНОСТИ В СФЕРЕ СОЦИАЛЬНЫХ УСЛУГ
           (на примере здравоохранения)


Специальность: 08.00.05 – Экономика и управление народным
                          хозяйством (экономика, организация
                          и управление комплексами, отрасля-
                          ми и предприятиями)


                   АВТОРЕФЕРАТ

  диссертации на соискание ученой степени доктора философии
                        по экономике




                        БАКУ – 2010

                             27

								
To top