IS AXTARAN G?NCL?R ���N YADDAS KITAB�ASI

Document Sample
IS AXTARAN G?NCL?R ���N YADDAS KITAB�ASI Powered By Docstoc
					        Azərbaycan Respublikasının Prezidenti yanında
       Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası




İŞ AXTARAN GƏNCLƏR
         ÜÇÜN
ƏL (YADDAŞ) KİTABÇASI



       Bakı 2009
                                                       1
                       Azərbaycan Respublikasının Prezidenti yanında

                     Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası




   İŞ AXTARAN GƏNCLƏR
                       ÜÇÜN
 ƏL (YADDAŞ) KİTABÇASI

Bu kitabça Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının
(ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə həyata keçirdiyi “Gənclər üçün Məşğulluq və
Karyera Quruculuğu: Gənclər üçün bərabər məşğulluq
imkanlarının yaradılması” layihəsi çərçivəsində çap
olunmuşdur.

                                                                     2
                                        Mündəricat
İş axtarma necə
aprılmalı..........................................................................................
....

Rezumenin hazırlanma
texnologiyası...........................................................................

Müsahibə zamanı buraxılan 10
səhv.............................................................................

Internetlə iş axtarmaq qaydaları
.................................................................................

Məşğulluq sahəsində aktiv olan faydalı internet
səhifələri..........................................

İşgüzar
lüğət.............................................................................................




                                                                                                     3
                    İş axtarma necə aprılmalı

Hər bir iş axtaran gənc həyatda ən azı 1 dəfə belə suallar qarşısında
dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara
yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş
tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə
yanaşma və planlaşdırmaya eytiyac var.

Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və
uyğun heç nə olmasın), sabah isə “boş gün” əmələ gəlsin. Əgər hər
hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı
ən azı bir tədbir planlaşdırın.

Məsələ, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet
saytlarında      axtarış,     Rezumenizin        hazırlanması      və
təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı
təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik
və qrammatik səhvlərə yol verilməsin, başadüşülməyən ixtisarlar və
ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın -
siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi
sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə
dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır.

Mütəxəssislər işaxtarma prosesini dənizə tor atma ilə müqayisə
etmək olar: nə qədər suyun üzü geniş əhatə olunsa bir o qədər çox
ovlamaq şansı əmələ gələcək. Axtarışın səmərəliliyi işə salınmış
kanalların sayından asılıdır. Vasıtə və alətlər hə il dəyişməz olaraq
qalır: yaxın dost-tanış, kadr agentlikləri, İnternet, vakansiya
yarmarkaları, qəzet elanları. Dəyişən yalnız namizədlərin bu və ya
digər məlumat ötürücüsünə cıxış imkanlarıdır.

Bəzən hər hansı bir işə sizin namizəd kimi dəvət etməkdın əvvəl
telefonla qısa söhbət də ola bilər. Bu halda təklif olunan işlə bağlı
müəyyən məlumat verilə bilər və siz onun müsbət və mənfi


                                                                    4
tərəflərini təhlil etməlisiniz ki, lüzumsuz yerə vaxt və enerji itkisinə
yol verməyəsiniz.

Çünki, əqər təklif olunan işdə sizi qane eməyən məqamların sayı
çoxdursa (əmək haqqı, iş qrafiki, yerləşmə ərazisi və s.) və bu qədər
itki sizin xeyrinizə olmayacaq. Bu halda nəzakətlə sizi müsahibəyə
dəvət edən şəxsə təşəkkür etməyi unutmayın – nə bilmək olar
həyatda nə ola bilər.

Sizin iş axtarmağınızın uğurlu olması və uzun vaxt aparmaması
üçün göndəlik fəaliyyət planı tərtib edin və ona riayyət etməyə
çalışın.

Yaxşı işçini müəyyən edən kriteriyalar:

    1. Edə bilər. Namizəd göstərilən işi müvəffərqiyyətlə yerinə
       yetirə bilər. Bunlara onun təhsili, biliyi, təcrübəsi,
       sağlamlığı, psixoloji keyfiyyətləri, ailə vəziyyəti və b.
       uyğundur.
    2. İstəyir. Göstərilən işə obyektiv və subyektiv maraqlıdır.
    3. İdarə olunandır. Namizəd deyilənlərin mahiyyətini və
       təfərrüatını yaxşı başa düşür. Öz nitqini idarə edir. Özünə
       tənqidi yanaşır, öz səhvlərini dərk edir və onlardan faydalı
       təcrübə əldə edir. Stressli vəviyyətdə soyuqqanlılığını
       saxlayır, aqressiv olmur.
    4. Uyğunlaşa biləndir. Namizəd xeyirxahdır, ətrafındakılarla
       asanlıqla ünsiyyət qurur və ünsiyyət qurmaq texnikasına
       malikdir. Namizədə xas olan davranış və iş modeli əsasən
       kollektivdə qəbul olunmuş normalara uyğundur.
    5. Təhlükəsizdir. Namizəd işəgötürənə qarşı (loyalen), açıqdır
       ancaq söhbətçil deyil, aldatmağa və satqınçılığa meylli
       deyil.




                                                                      5
İş axtarma haqqında məsləhətlər

Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız
məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər
namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam
layiqli qiymət verilməsinə diqqət yetirin.

Dostlar və tanışlar

Gənc tələbə və ya məzun iş axtardığı barədə məlumatı ilk öncə
dostlar və tanışlara çatdırmalıdır. Belə görünə bilər ki, bu ən rahat
və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və
peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq
həmişə mümkün olmür. İstənilən halda CV-ni yazmaq və
müsahibədın keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr
şöbələrində olan indormasiya çoxluğu və şəxsi zəmanətin
əhəmiyyəti dərəcədə məsuliyyətli oldüğündan bu şansdan da
faydalanmaq məsləhətdir.

Kadr agentlikləri və İşədüzəltmə şirkətləri ilə əməkdaşlıq hansı
hallarda əlverişlidir?

İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə
şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə
elektron poçt vasitəsilə müracıət etmələri məqsədəuyğun hesab
olunur. Uyğun gələn vakansiya olduqda işədüsəltmə agentləri
dərhal özlrəri Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox
uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan
şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə
şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşıq edirlər ki,
perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır.


                                                                    6
Həmin agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan
xəbərdar olmamaq riskini artırmış olursunuz.

Hansı şirkəti seçmək lazımdır - yerli yaxud xarici?

Xarici şirkət menecerə malın satış strategiyası üzrə yeni biliklər
verir. Yerli şirkət isə, menecerin vadar edir ki, özü bu strategiyanı
qursun və satış sistemində özü qərar versin. Bununla bərabər
insanların və layihələrin idarəolunmasında təcrübə qazanaraq,
həmçinin karyera quruluşunda biznes məsələlərinin həllində iştrak
edərək, yüskək peşəkarlıq səviyyəli idarəedən mütəxəssis pilləsinə
qalxmağa zəmin yaranır. Bütün çətinliklərə müqavimət göstərmək
və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin
əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici
mütəxəssislərin yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra
bərabərdir. Lakin əks istiqamətdə axın daha da çoxalır.

İş axtarışının qaydaları

Sadəcə telefon qarşısında zəng gözləyrək yaxşı iş tapmaq olmur.
Şirkətlər bir çox oxşar tərcümeyi-halları qebul edir, lakin hamisina
nəzər sala bilmirlər.Şirkətin işə qəbul prossesində məsul əməkdaşı
ilə şəxsi əlaqə yaratmaq - bu iş axtarışının əsas amilidir. Buna görə,
ən yaxşı üsul - tərcümeyi-halı göndərib və zəng etmək.

Əksər vakansiyalar reklam olunmurlar. İnternet saytlardaki və
qəzetlərdəki vakansiya elanlarına nəzər Sizin iş axtarışı prossesinin
bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə tərcümeyi-halı
göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu
halda       iş     tapmaq        şansını      artırmış       olursuz.
İş axtarışı tərcümeyi - halın kütləvi göndərilməsi ilə
çərçivələnməməlidir. Əsas güc ona yönəlməlidir ki, özünüzə
perspektivli hesab etdiyiniz şirkələrlə mütəmadi əlaqə saxlamaq
olmalıdır.

Kütləvi İnformasiya Vasitələri
                                                                    7
Vakant iş yerləri haqqında elanlarla zəngin olan qəzetlər ilk
növbədə rahatlığı ilə seçilirlər, maraqlı məlumatı rəngli qələmlə
işarələmək mümkündür. Belə qəzetlərin əksəriyyətinin internet
səyəfələri də var və bu halda evdən çəxıb xüsusi olaraq bu qəzetləri
almağın mənası olmur. Bu qəzetlər – “Birja”, “Birja+”,
“SuperMarket”, ixtisaslaşmış iş elanları ilə bərabər diğər
kateqoriyadan olan elanları (alqı-satqı, kirayə, xidmətlər və s.) da
dərc edirlər.



Universitetlər Nəzdində Karyera Mərkəzləri

Məzun və tələbələr üçün məşğulluq xidməti əksər Universitet və
Ali Təhsil Müəssisələr nəzdində fəaliyyət göstərirlər. Müxtəlif kadr
agentliklərin təklif etdikləri çoxsaylı vakansiya elanlarına baş
vurmaqdan öncə doğma təhsil ocağının təklifləri ilə tanış olmağa
dəyər. Çünki bu halda sizə geniş məlumat veriləcək. Adətən belə
təkliflər “kənar şəxlər” üçün nəzərdə tutulmur. Bu halda sizin ən
qısa yolla uğurlu iş tapmaq şansınız 50/50 nisbətdə hesablanacaq.
Bəzi Kareyra Mərkəzləri digər Universitet tələbə və məzunları üçün
də məlumatları açıqdir. Azərbaycan Universitetləri Nəzdində
Karyera Mərkəzlərinin siyahısı əlavə olunur.

Bir-başa müraciət

Əgər siz bir-başa şirkət, idarə, dövlət qurumlarına iş axtarışı ilə
bağlı müraciət etmək qərarına gəlmisiniz onda siz araşdırmalısınız
ki bu qurumlar tələbə və ya məzunlara maraq göstərirlər, ya yox.

Aldanma...

Bəzi şirkətlərin cəlbedici iş elanları arxasında sadəcə fırıldaq
mexanizmləri quraraq namizədlərə gənclərə anket doldurmaq təklif
edirlər – təbii ki, müəyyən pul müqabilində (10-50 AZN). Onlar
hətta rəsmi qeydiyyatdan keçən şirkət olsalar belə insanların
                                                                  8
sadəlövlüyündən yararlanmaq kimi çirkin niyyətlər güdürlər. Öz
Rezumenizi şəxsi elektron poçt və şəxsi kompyuterinizdən
göndərməyiniz məsləhətdir ki, kənar şəxslərin əlinə keçməsin. Yeni
iş tapandan sonra da internetdən öz Rezumenizi götürməyi
unutmayın ki, narahat eləməsinlər.

İş axtaran üçün mühüm qeydlər:

      Dini, irqi və cinsi fərq qoymadan bütün işəgötürənlərə eyni
       rəğbər bəsləməlidir;
      İşəgötürənə özü haqda doğru olmayan informasiyanı
       verməmək;
      İşəgötürən       tərəfindən     alınmış     informasiyanın
       konfedisseallığını qorumaq, bunu işəgötürənin professional
       və şəxsi mənafeyinə zərər vurmadan istifadə etmək;
      İşəgötürənin professional və şəxsi keyfiyyətlərinin
       öyrənilməsi metodlarından müvafiq qaydada istifadə etmək;
      İşədüzəlmə prossesinin bütün etaplarında işəgötürənlə
       daima kontaktda olmaq

Beləliklə, yuxarıdakıları ümumiləşdirərək bunlara xüsusi diqqət
yetirin:

   1. İlk növbədə aydınlıq gətirilməlidir: sən kimsən, sənin
      maraqların nədir, hansı dəyərlərin daşıyıcısısan.
   2. Ən effektli başlanğıc üsulu tacrübə keçmə (stajirovka)
      hesab olunur – bu sizə lazım olan əlaqələrin qurulması,
      praktiki iş təcrübəsi qazandıra bilər.
   3. Səviyyəli Rezume hazırlamağın qayğısına qalın və sonra
      onu şirkət və kadr agentliklrinə göndərin.
   4. Təcrübə keçmə zamanı əmək kollektivi ilə tanış olmaqda
      təşəbbüskar olun ki kənarda qalmayasanız
   5. Kollektivdə qalmaq üçün qətiyyətlə qeyri-ənənəvi qərarlar
      qəbul edin ki, yaradıcı yanaşma və zəka sahibi olduğunuz
      gözə dəysin.


                                                                9
   6. Əsas odur ki, iş prosesi zamanı əmək haqqı və statusdan
      daha çox sizi perspektivdə məqsədəçatmaq üçün meydan
      əldə edəsiniz
   7. Digər insanlarıla təmas qurmağı, onların emosional
      vəziyyətini və reaksiyalarını öyrənməyi bacarın.



Rezumenin hazırlanma texnologiyası

Rezume necə yazılmalıdır?

Rezume və ya CV (ingilis dilində tərcümeyi-halın xülasəsi) iş
axtarışında olan iddiaçı haqqında yığcam halda şəxsi mlumat,
təhsili, tutduğu vəzifələrin xülasəsidir. Rezume - sizin mövcud
işəgötürən qarşısında səlahiyyətli nümayəndənizdir. Məhz buna
görə də səliqəli yazılmış tərcümeyi-hal uğurun 50%-ni təşkil edir.
Rezume elə yazılmalıdır ki, işəgötürən bu sənədi oxuduqdan sonra
Sizi müsahibəyə dəvət edib şəxsən görüşmək istəsin. Bununla
əlaqədar olaraq rezumenin yazılışında Sizi digər namizədlərdən
fərqləndirəcək bir çox psixoloji amilləri də nəzərə almaq lazımdır.

İşəgötürənlər adamın nə edə biləcəyinə görə yox, sadəcə nə istehsal
edəcəyinə, yəni hazır məhsula görə pul verirlər. Buna görə də artıq
əldə olunmuş bilik və bacarıqlarınızı açıq göstərmək çox vacibdir,
hansılar ki, keçmiş iş yerlərinizdə uğurlar gətirmişdir. Rezume
yazarkən iş yerlərinizdə qazanmış və biləvasitə işinisə xeyir
gətirmiş nailiyyətləri qeyd etmək tam məqsədəuyğun hesab olunur.

Bir çox Rezumelərdə şəkil yerləşdirmək ən-ənə halını alıb. Belə
olduqda şəkil dokument xarakterli, rəngli və ya ağ-qara olmalıdır.
Bu        Sizin      ciddiliyinizdən         xəbər       verəcək.

Rezumenin əsas məqsədi potensial işəgötürənin diqqətini cəlb
etmək olduğuna görə, o aşağıdakı şərtlərə yaxın olmalıdır:


                                                                10
      Qısa (bir səhifədən çox olmamalı, ən uzağı iki);
      Kompyuterdə səliqəli hazırlanaraq keyfiyyətli printerdə ağ
       kağızda çap olunmalı;
      Oxumaq üçün rahat olmalı (müxtəlif şriftlər tətbiq olunmalı,
       müasir dizayna malik olmalı, və s.)

Hər bir Rezumeni nəzərdən keçirmık üçün sərf olunan vaxt 2-3
dəqiqədən çox olmur, və əgər CV-nin diqqəti cəlb etmədisə, deməli
Rezumenin təqdimatı baş tutmadı.

Rezumenin hazırlanması bu prinsiplərə arxalanmalıdır:

      Seçim (rezumenin məqsədinə uyğun gələn informasiyanı
       müəyyənləşdirmək);
      Dürüstlük (hər bir informasiyanı dəqiqləşdirmək və
       yoxlamaq mümkündür);
      Aktivlik (aktivliyə işarə edən fel istifadə edin: rəhbərlik
       edirdim, təlim keçirdim, layihələşdirirdim, planlaşdırırdım
       və s.)

Əgər tərtib etdiyiniz Rezume bu tələblərə cavab verərs, fəaliyyət
sahənizdən asılı olmayaraq sizin haqqınızda bir çox şeyi deyə bilər.

Beləliklə, Rezume özündə aşağıdakı məlumatları əks etdiəlidir:

      Şəxsi məlumat: Ad, Soyad və Atanızın adı mətnin ön
       hissəsində, nisbətən böyük və yağlı şriftlə yazılmalıdır.
       Ardınca doğum tarixinizi və ailə vəziyyətinizi, əlaqə
       vasitələrini qeyd edin.
      Təhsil /ali təhsilə/ daxilolma və bitirmə tarixləri qeyd
       olunmaqla oxuduğunuz ali və ya orta-ixtisas məktəblərini,
       iştirak etdiyiniz ixtisasartırma kursları barədə məlumatları
       sadalamaq lazımdır. Bunların ardıcıllığı ya əks xronologiya
       üzrə, ya da əhəmiyyət dərəcəsi üzrə yazıla bilər. Təhsil
       müddətdən nə qədər çox vaxt keçibdirsə, bu bölmə bir o
       qədər az vaxt tutmalıdır. Yeni məzunlar üçün bu bölmə

                                                                 11
    daha yuxarıda qeyd olunur, çünki hətta təcrübə varsa belə
    bu daha az önəmli olur. Təhsildə əldə etdiyiniz mükafatları
    qeyd etmək olar, öyrəndiyiniz fənn və bilikləri sadalamaq
    olar, əgər onlar iddialı oldüğünüz vəzifəyə aidiyyatı varsa.
    Hətta diplom (buraxılış) işinin mövzusunu da qeyd etmək
    yerinə düşə bilər. Siz hətta ixtisas artırma kursları belə
    ayrıca bənddə göstərə bilərsiniz ki, peşəkarlığınız diqqəti
    çəksin.
   İş təcrübəsi və sahib olduğunuz bacarıq. Bu mühüm bir
    hissədə iş təcrübəsi xronoloji ardıcıllıqla geriyə qaydası ilə
    (son iş yeri göstərməklə) göstərilir. İşə başlama və bitirmə
    tarixini göstərmək lazımdır, təşkilatda (idarə, şirkət) və
    tutduğunuz vəzifəni göstərmək şərti ilə (onların sayı çox
    ola bilər, əgər karyeranız uğurlu olubsa), vəzifə
    öydəliklərinizin təsviri və əldə etdiyiniz nailiyyətləri
    hərəkət və dinamikanı ifadə edən sözlərdən faydalanın,
    məs.“artırdım”, “qənaət elədim”, “nail oldum”, və s.
    Həmçinin əvvəlki iş yerlərinizdən çıxmaq barədə məlumatı
    da qeyd edə bilərsiniz.


o Rezumenizdə bacarıq və qabiliyyətiniz barədə məlumatları
  qeyd edin. Bu bölməni iki hissəyə ayırmaq olar: Dil bilikləri
  və Kompüter bilikləri. Siz bu bölmələrdə uyğun olaraq dil
  bilikləriniz və kompüter bilikləriniz və bu bliklərin
  səviyyəsi barədə yazmalısınız. Dil biliyinizin səviyyəsini
  yazarkən oxuma, fikirlərinizi ifadə etmə, həmin dildə
  sənədlərlə işləmə səviyyənizi göstərməyiniz məqsədəuyğun
  olardı.
o
  Əlavə məlumatlar bölməsində isə özünüz haqqında
  işəgötürəni maraqlandıra biləcək məlumatları, yerləşdirin.
  Məsələn, diqqətli, məsuliyyətli, təmkinli, yenilikləri tez
  öyrənən, komandada işləmək bacarığı, sərbəst ünsiyyət
  qurmaq bacarığı və s. ola bilər. Sonda planlarınızla bağlı bir


                                                               12
       neçə söz və işləmək istədiyiniz faliyyət sahəsini də qeyd
       edə bilərsiniz.


   o Digər fəaliyyət ayrıca bənd kimi o halda göstərilə bilər
     əgər əsas təcrübəniz kifayət etmirsə, və ya əvvəlki iş
     müddəti ilə paralel qaydada əldə olunub, və ya işdən
     kənar şəraitdə, və s. Adətən bunlar tələbə və ya
     məzunlar, dövlət idarələrində çalışanlar üçün, və ya
     uzun müddətli ödənişsiz məzuniyyətdə olanlara aiddir.
     Qadınlar üçün bu tarixin göstərilməsi azyaşlı uçaqların
     böyüdülməsinə aid oluna bilər. Bu halda göstərilən vaxt
     ərzində əlavə təhsil, və ya bilik əldə olunmasının
     göstərilməsi yaxşı hal hesab olunur.

   o Əlavə məlumat: - xarici dilin biliyi (səviyyə göstərilməli:
     “mükəmməl”, “sərbəst”, “yaxşı”, “danışıq” və s.),
     kompyuter bacarıqları, proqramlaşdırma dilləri sürücülük
     vəsiqəsi, avtomobilin olması, peşəkar ictimai təşkilatlarda
     üzvlük və s. Xobbi hissəsini yalnız o halda göstərmək
     olarki,əgər bunun arzuladığınız işəaidiyyatı varsa. Siz hətta
     öış müsbət keyfiyyətləriniz göstərə ilərsini əgər bunlar
     sizin arzuladığınız işə yaxşı yerinə yetirməyə kifayət eləsə.
   o Əgər sizin əlavə zəmanət məktubu təqdim etmək
     imkanınız varsa mütləq onu geyd edin.
   o Şəxsi keyfiyyətlər. Məs. Ünsiyyət qurmaq bacarığı,
     zəhmətsevərlik, məsuliyyətli, dəqiqlik, kollektivdə işlımık
     bacarığı, aktivlik, analitik düşüncə qabiliyyəti, öhdliklərə
     məsuliyyətli yanaşma, təşəbbüskarlıq, dinamizm.
   o Rezumeni yazarkən dürüst olmağa çalışın, çünki, doğru
     olmayan informasiya müsahibə zamanı ortaya çıxacaq.



Tərcümeyi - halda istədiyiniz məvacibi qeyd etmək lazımdır?


                                                               13
Gözlədiyiniz məvacibi tərcümeyihalda qeyd etmək lazım deyil,
lakin mövcud əmək bazarında qiymətinizin bilinməyi vacibdir. Bu
amil işin və işəgötürənin seçilməsində əsas zamindir.
Əgər Siz tərcümeyihalınıza dəqiq və konkret təklif alacağınıza
əminsinizsə və özünüzün məqsədyönlü olmayan təkliflərdən azad
etmək istəyirsinizsə məvacib göstərilməsə tam yerinə düşərdi.
Məvacibi qeyd etməməklə, Siz iş axtarışı ilə bərabər real əmək
bazarının təhlilinin aparılması imkana malik olursunuz.

Əgər Rezyumenizdə məvacibin qeyd olunmasını istəyirsinizsə,
onda ən aşağı məbləğ həddini qeyd edin, yəni bu məbləğdən aşağı
məbləğli təkliflərə nəzər yetirməyəcəksiz. Lakin, belə hallar daha
çox xaricdə tətbiq olunur, və sizin buna əməl etməyiniz sərt
şərtlərin ortaya qoyulması kimi də qiymətləndirilə bilər.

Siz öz rezumenizi istəyinizə görə tərtib edə bilərsiniz. Unutmayın,
yaxşı hazırlanmış rezume böyük karyera yolununda mühüm
addımınızdır!




Müsahibə zamanı buraxılan 10 səhv

Müsahibədə davranış qaydaları barədə çox kitablar və məqalələr
yazılmasına baxayaraq namizəd üçün ilk müsahibə çox vaxt
axırıncı olur. Bu nəticədən belə çıxır ki, namizəd 10 ən geniş
yayılmış səhvlərdən birini edib. Buna görə də işaxtaran üçün
"təhlükəli anları" bilmək işəgötürənlə asan dil tapmağa və işi
qazanmağa kömək edəcək.

İşə qəbul olmamağın səbəbləri ola bilər:

      15 dəqiqədən çox gecikmə olarsa;
      Şirkətin geyim tərzinə uyğunsuzluq olarsa;

                                                                14
      Tanış olmayan insanlarla yol verilməyən davranış tərzi;
      Fikir və tələffüz qarışıqlığı: namizəd özü haqda danışmaq
       barədə menecerin xahişinə cavab vermək iqtidarında deyil;
      Yersiz utancaqlıq: müsahibə iki və daha artıq insanın
       söhbətini tələb etməsinə baxmayaraq işaxtaran heç bir sual
       vermir, daha doğrusu, vakansiya və şirkət haqqında
       maraqlanmır.
      Həyata pessimist baxışı: namizəd bütün uğursuzluqlarında
       "vəziyyəti" günahlandırır.

İndi isə müsahibələrdə namizədlər tərəfindən edilən ən çox 10 səhv
və bu səhvləri vaxtında düzəltmək üçün məsləhətlər haqqında
danışacağıq.

   1. İşaxtaran müsahibəyə gecikir.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd dəqiq
       deyil, o, başqa insanların vaxtına hörmət etmir, onun üçün
       bu işi əldə etmək o qədər də maraqlı deyil.

DOĞRU DAVRANIŞ:

      Müsahibə təyin olunmuş vaxtdan 10 dəqiqə tez gəlin ki,
       həm fikirlərinizi toplayasınız, həm də yaxşı təsurat
       yaradasınız. Buna əlavə olaraq Siz ofisin mühitinə nəzər
       sala bilər, potensial əməkdaşlarınızın rəftarını və davranış
       tərzini izləyə bilər,və ya sadəcə ətrafa göz gəzdirə
       bilərsiniz.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

      Əgər Siz təyin olunmuş müsahibəyə hər hansısa bir
       səbəbdən gecikəcəyinizi bilirsinizsə, bu haqda işəgötürənə
       zəng vurub bildirməniz məsləhətdir. Əgər mümkündürsə,
       müsahibəni bir neçə saatlıq təxirə salmağı və ya başqa bir
       günə təyin etməyi işəgötürənə seçim yolu kimi göstərə
                                                                15
       bilərsiniz. Yadda saxlayın ki, müsahibə Sizə görə baş
       tutmamışdır və ona görə də vaxtın təyin olunmasında
       güzəştə gedin.

2. Namizəd qəbul otağında olarkən işgüzar söhbətdən çəkinir.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd
       təmkinli deyil,onunla ünsiyyət qurmaq çətindir, bəlkə də
       kollektivdə konflikt yarada bilər.

DOĞRU DAVRANIŞ:

      Gülümsəyin! Səmimi və gülərüz olun. Əgər həmsöhbətiniz
       gecikərsə və Sizin onu gözləməyə vaxtınız yoxdursa
       resepsiona yaxınlaşaraq vəziyyəti başa sala bilər, Sizinlə
       daha sonra əlaqə saxlamaları üçün öz əlaqə vasitələrinizi
       saxlaya bilərsiniz.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

- Ümumi qəbul olunmuş üsulla - üzr istəmək. Ola bilsin ki, bu
neqativ hadisə Sizin potensial əməkdaşlarınızın yadından çıxmasın,
ancaq bu, sizin öz səhvinizi qəbul etməyə hazır olduğunuzu göstərə
bilər.Ancaq günahınızı yüngülləşdirmək üçün, hər hansı bəhanə
gətirməyin.

3. İşəgötürənin namizədə özü haqqında danışmaq xahişinə "Siz
nə haqqında öyrənmək istərdiniz?" cavabı.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd
       professional sahədə özünü və nailiyyətlərini layiqincə
       təqdim edə bilmir.

DOĞRU DAVRANIŞ:



                                                               16
      Verilmiş sual Sizin üçün danışığı özünüzün üstün
       cəhətlərinizi göstərmək istiqamətinə yönəltmək üçün şans
       ola bilər. Lakin, söhbət harda və nə vaxt anadan olduğunuz
       barədə deyil, keryeranız barədə olsa daha məqsədəuyğun
       olardı.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

- Müsahibəyə özünüzlə iki nüsxədə rezume gətirməlisiniz (biri
həmsöhbətiniz üçün, diəgəri isə özünüz üçün). Yaxşı olardı ki,
namizəd olduğunuz vakansiya haqqında geniş məlumat da
götürəsiniz.

4. Namizəd təklif olunan vakansiyanın təfərrüatı ilə bağlı suallar
vermir.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd məhz
       bu vəzifədə işləmək istəmir, o, şirkət haqqında heç nə
       bilmir, onun üçün hansıı vəzifədə işləmək fərq etmir.

DOĞRU DAVRANIŞ:

      Müsahibə - hər şeydən əvvəl ikitərəfli əlaqədir. Onun
       gedişatında Sizin şirkətə və şirkətin Sizə uyğunluğu
       müəyyən olunur. Məhz buna görə də bu görüşlərdə
       mümkün gələcək iş yeriniz barədə maksimum məlumat
       yığmaq lazımdır.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

      Əgər "mənim sualım yoxdur" cavabını artıq vermisinizsə və
       həmsöhbətinizin gözündə təəccüb gördünüzsə, vəziyyəti
       birinci görüş üŞün lazımlı məlumatı aldığınızı bildirərək
       düzəldə bilərsiniz. Aldığınız məlumat barəsində düşünmək
       zərurətini bildirməlisiniz.

                                                               17
5. Namizəd işəgötürənin suallarına qeyri-professional cavab verir.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd
       işəgötürənlə müsahibə barədə səthi biliyə malikdir.

DOĞRU DAVRANIŞ:

      Müsahibə zamanı işəgötürənlər tərəfindən sıx rast gəlinən
       suallara kreativ cavab vermək üçün aşağıdakıları nəzərə
       alaraq əvvəlcədən məşq edin:
      Rezumenizdə yazılan məlumatı dəqiqliyi ilə təkrar etməyin;
      Sırf bioqrafik istiqamətə yönəlməkdənsə, daha yaxşı olardı
       ki, karyeranızdakı nailiyyətləriniz, əldə etdiyiniz bilikləriniz
       və toplanmış bu biliklərinizi yeni işə necə tətbiq edəcəyiniz
       barədə danışasınız.
      Yeni iş yerinizdən nə gözlədiyinizi bildirə bilərsiniz.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

      Ən sadə üsul - yumor hissinizi köməyə çağırmaqdır.
       Həmsöhbətinizə Sizin profesionallığınızı sübut edə biləcək
       işlədiyiniz müddətdə başınıza gəlmiş hansısa bir hadisəni
       əyləncəli şəkildə danışa bilərsiniz.

6. Namizədin nitqi profesional terminlərə əsaslanmır, jarqon
ifadələrdən çox istifadə edilir.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd öz
       işində professional deyil, ixtisaslı mütəxəssis olmağınız
       şübhə altındadır.

DOĞRU DAVRANIŞ:

      Hətta nadir hallarda danışığınızda istifadə etdiyiniz ifadələri
       müsahibə zamanı istifadə etməyiniz yersiz olardı. Sizin

                                                                    18
       özünüzü professionallıqla təqdim etməyiniz işəgötürənin
       diqqətindən qaçmayacaq.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

      Təəssüf ki, belə rəftar müsahibə zamanı namizədlər
       tərəfindən buraxılan bağışlanılmaz səhvlərdən biridir.
       Vəziyyəti öz həmsöhbətinizə ünvanlayacağınız səhvsiz,
       qrammatik cəhətdən savadlı yazılmış məktubla düzəldə
       bilərsiniz. Bu, səhvinizi anladığınızı və onu düzəltmək
       istəyinizi göstərəcəkdir.

7. Namizəd köhnə rəhbəri haqqında xoşagəlməyən sözlər danışır.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Belə namizəd
       üçün şirkətdaxili məlumat anlayışı yoxdur. Bundan əlavə o,
       komandada işləmək bacarığı olmayan konfliktli şəxsdir.

DOĞRU DAVRANIŞ:

      Əgər Siz köhnə iş yerinizdən istədiyiniz kimi
       ayrılmamısınızsa, buna görə söhbətinizə mənfi emosiyaları
       qatmaq məsləhət deyil. Yaxşı olardı ki, müsahibənin axırına
       qədər pozitiv əhval-ruhiyədə qalın.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

- Artıq səhv edilibsə onda, bu səhvi düzəltmək lazımdır.
Həmsöhbətinizi münaqişənin şəxsi xarakter daşıdığına və bu
vəziyyətin heç cür Sizin işinizə və kollektivlə münasibətlərinizə
mənfi təsir göstərmədiyinə inandırmağa çalışın. Bunun üçün sübut
əvvəlki iş yerinizdən Sizə zəmanət məktubu ola bilər.

8. Namizəd zəmanət vermir və əvvəlki iş yeri ilə əlaqə yaratmaq
istəmir.

                                                               19
- İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd nəyisə
gizlədir!

DOĞRU DAVRANIŞ:

      Əgər hansısa bir səbəbdən rəhbərliklə münasibətiniz yaxşı
       səviyyədə deyilsə, Sizin üçün zəmanət verə bilən şəxs kimi
       haqqınızda müsbət rəy bildirəcək iş partnyorlarınızla əlaqə
       qurmasını həmsöhbətinizdən xahiş edə bilərsiniz.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

      Əgər Siz son iş yerinizdən haqqınızda mənfi rəy alınacağını
       ehtimal edirsinizsə işlədiyiniz son 3-4 iş yerlərinizin
       rəhbərləri, əməkdaşları ilə əlaqə saxlamalarını xahiş edə
       bilərsiniz. Bir neçə müsbət rəy namizəd üçün həlledici ola
       bilər.

9. Namizəd öz nailiyyətlərini şişirdir.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Əgər namizəd
       öz professionallıq səviyyəsini şişirdir və yalan danışırsa
       onda o yetərincə yaxşı deyil.

DOĞRU DAVRANIŞ:

      Təcrübəli işəgötürən belə yalanları çox asanlıqla müəyyən
       edə bilər. Ona görə də işəgötürənə öz bilik və bacarıqlarınız
       barədə doğru məlumat verməlisiniz. Sizin mükəmməl insan
       olmağınıza ehtiyac yoxdur, sadəcə, vəzifənin tələblərinə
       uyğun gəlməniz yetərlidir.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:




                                                                 20
      Daha doğrusu heç cür. Kadrlar üzrə mütəxəssislər müsahibə
       zamanı özünüz haqda yalan məlumatlar verməməyinizi
       israrla tövsiyyə edirlər.

10. Namizəd iş əxlaqına riayət etmir: ətrafdakılarla mehriban
deyil, öz həmsöhbətinə təşəkkür etmir.

      İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd ya pis
       tərbiyə olunub, ya da həyəcandan doğru rəftar qaydalarının
       hamısını birdən unudub.

DOĞRU DAVRANIŞ:

      Müsahibənin sonunda mütləq həmsöhbətinizə Sizə ayırdığı
       vaxta və xoş söhbətə görə minnətdarlığınızı bildirməlisiniz.



Müsahibə zamanı ən çox verilən suallar təxmini belə olur:

       o «Niyə sizi bu iş maraqlandırır?»
       o «Niyə biz bu işə məhz sizə təklif etməliyik?»
       o «Necə düşünürsünüz, bu işdə siz hansı çətinliklərlə
         üzləşə bilərsiniz?»
       o «Siz hansı etdiyiniz səhv addımmları qələcəkdə təkrar
         olmamasına çalışaqsınız?»
       o «Sizin üçün ideal karyera anlayışını təsvir edin.»
       o «Əvvəlki işinizdə karyera qurabilməməməyinizin əsas
         səbəbini neçə izah edə bilərsiniz?»
       o «Siz hansı üsünlüklərinizi qeyd edə bilərsiniz?»

Xüsui qeyd etmək istərdik ki, iş axtarmaq sahəsində heç vaxt
pessimizmə qapılmayıın, hətta əgər hər hansı uğur əldə edə
bilməsəniz belə. Gc tez siz onu tapa biləəcəksiniz. Digər tərəfdən
müxtəlif axtarış və müsahibələr zamanı siz əmək bazarında öz

                                                                21
əməyinizin real qiymətini müəyyənləşdirə biləcəksiniz, və onun
real dəyərini artırmaq üçün nə etməli oldüğunuzu, ,daha dəqiq
bilıcəksinz.

Və nəhayət, Unutmayın ki, müsahibələr bir neçə mərhələdə keçirilə
bilər və buna hörmətlə yanaşmaq lazımdır.


Internetlə iş axtarmaq qaydaları

İş axtarışı prosesində müasir texnologiyalarından hesab olunan
internet vasitəsi eyni zamanda həm yüngüldür, həm də çətindir. Ən
böyük çətinlik ondan ibarətdir ki, internetə qoşulmuş kompyuter və
onunla işləmək bacarığı tələb olunur. Bundan əlavə kompyuter
istifadəçisindən internetdən xüsusən də Azərbaycanı əhatə edən
virtual məkanında işədüzəlmə sahəsini əhatə edən hadisə və
informasiyaları izləmək tələb olunur.

İnternetin ustunluklərinə nəyi aid etmək olar? İlk növbədə savadlı
hazırlanmış Rezyume (qısa tərcümeyi-hal, və yaxud CV) düzgün
müəyyənləşdirilmiş və seçilmiş saytda yerləşdirilə bilər. Sizdən
həmçinin tələb olunacaq ki, çoxsaylı cəlbedici və şübhəli görünən
müxtəlif təkliflərini kənara atasınız. Bu sıraya ilk baxışdan yüngül
və böyük qazanc vəd olunan işlər aiddir. Bu kimi işlərin əsas
xüsusiyyəti ondan ibartdir ki işləmək tələb olunmur, sadəcə
kimlərisə ya şəbəkəyə cəlb etmək lazım ya da ki hansısa “xüsusi”
məhsul satmaq lazımdır. Azərbaycanda belə şəbəkə bizneslər sabun
kopüyü kimi vaxtaşırı partlayır və nəticədə minlərlə sadə insanlar
böyük vəsailər itirir, məs. (Golden Key şəbəkə biznesi, Herbalayf
dərman satışı və s.)

Internet vasitəsi ilə iş axtarmaq əksər hallarda müsbət nəticələnir
lakin, bu hər kəsə uyğun gəlməyə bilər. Daha çox internet vasitəsi
ilə gənclər bu vakansiyalar üzrə axtarış aparırlar – mühasib, satıcı,
kompyuter mühəndisi, sürücü, marketing mütəxəssisi, tərcüməçi,
menecer. İnternetdə yerləşdirilən vakant yerlər bir növ ticarət
                                                                  22
mərkəzini xatırlayır. Lakin bu bazarda təklif və tələbat predmeti
kimi bir tərəfdən iş yeri, digər tərəfdən əmək qabiliyyəti çıxış edir

Bəzi mütəxəssislərin fikrincə, internet vasitəsilə yerləşdirilən iş
elanlarında 1-3 il iş təcrübəsi olan gənclərin şansları daha çoxdur.
Orta səviyyəli menecment təcrübəsinə malik və ya belə vəzifəyə
iddialı olanlar da iş tapa bilırlər. Yüksək peşəkarlar nadir hallarda
internetə müraciət edirlər, çünki onları “göydə tuturlar”. Adətən
yüksək peşəkar kadrlar bir işdə çalışa-çalışa digər təkliflər alırlar və
əğər daha əlverişli və perspektivlı imkanlar təklif olunursa onda
yeni təklifi qəbul etmək şansı yüksək olur. Lakin bu məqam
mövzumuza bir-başa aidiyyatı olmadığından biz iş axtarmaq
texnologiyanın diğər tərəflərinə toxunmaq istəyirik.

İnternet şəbəkənin günbəgün genişlənməsi (hətta mobil telefonlarda
belə imkanlar var), internet istifadəsi üçün tariflərin düşməsi bu
vasitənin iş axtaranlar üçün faydası artmaqdadır.

Burada iş axtaran namizədlər öz rezyumelərini yerləşdirə bilərlər,
qarşı tərəfin nə istədiyini görərək vakansiya üçün müraciət edə
bilər. İnternetdə yerləşən resurlar həmçinin sizi əhəmiyyətli
məlumatlarla tahçiz edə bilər. Əgər siz xəbərlər və elanlara abunə
olsanız onda məlumatlar hətta birbaşa sizin müəyyənləşdirdiyiniz
elektron ünvana daxil olacaq. Hesab edirik ki, siz internetdə iş
axtarmaq prosesinin zəruri hissəsi kimi elektron ünvanın olmasını
dərk etdiniz. Yəni, sizin e-mail ünvanınız olmalıdır.

Internetdə vacant iş yeri axtarmaq yollarından biri də rezyume
yerləşdirməkdir. Bu halda əməkdaş və mütəxəssis axtaran şirkət,
idarə, təşkilatın kadr mütəsəssisi özü sizə çıxış tapıb müsahibəyə
dəvət edəcək. Bununla yanaşı, siz mütəmadi olaraq (hətta gündəlik)
internetdə olan kadr agentliklərinin internet səhifələrinə baş
çəkməlisiniz. Çünki onların çalışdığı çoxsaylı şirkət və ya dövlət
qurumları mütamadi olaraq kadr axtarışına bulunurlar. Hər iki
üsulda iş axtarmaq prosesi paralel davam etdirmək sizin şanslarınızı
artıra bilər.

                                                                     23
Yüxarıda qeyd olunanlara bərabər İnternetlə iş axtararkən
tövsiyyə olunur ki,

   1) Rezyumeni şirkətlərin birbaşa ünvanlarına göndərəsiniz;
   2) Təklif olunan əmək haqqına diqqət yetirəsiniz, əgər əmək
      haqqı həddindən artıq yüksəkdirsə onda sayıq olmaq
      lazımdır;
   3) Nəzərə alın namizədə qarşı irəli sürülən tələblər nə dərəcədə
      dəqiq və anlaşıqlıdır;
   4) Bir daha dəqiqləşdirin ki, təklif olunan vakansiya həqiqətən
      də qüvvədədir (yəni kohnəlməyib);
   5) Müraciət etdiyiniz təqdirdə mütləq iddialı oldüğunuz
      vəzifənin adını göstərin;
   6) Sizinlə əlaqə yaratmaq üçün kontaktları (ünvan, telefon)
      göstərməyi unutmayın.

Məşğulluq sahəsində aktiv olan faydalı İnternet səhifələr

Rekrutinq Agentlikləri
          o www.boss.az

          o www.prc.az

          o www.jobsearch.az

          o www.job.az

          o www.kadr.az

          o www.azerweb.com

          o www.job-az.com

Özəl Şirkətlər
           o www.azercell.com


                                                                24
              o www.accessbank.az

              o www.bank.az

              o www.ibar.az


    Dövlət orqanları
              o Baş Məşğulluq İdarəsi
                  http://bmi.mlspp.gov.az/

              o Azərbaycan Respublikasının Prezidenti yanında
                Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
                http://www.csc.gov.az

              o Tələbə    qəbulu    üzrə     Dövlət      Komissiyası
                http://www.tqdk.gov.az/

              o Xarici               İşlər                  Nazirliyi
                http://www.mfa.gov.az

              o Təhsil                                      Nazirliyi
                http://www.edu.gov.az

              o Gəncələr        və           İdman          Nazirliyi
                http://www.myst.gov.az

              o Mədəniyyət            və             Turizm Nazirliyi
                http://www.mct.gov.az




LÜĞƏT TERMİNİ


                                                                  25
ABSENTEİZM ƏMSALI – işə çıxmama günlərinin sayının ay, il ərzində
iş    günlərinin ümumi         sayına        olan         nisbəti.

ADAM-SAAT – iş vaxtının ölçü vahididir. O, bir adamın bir saat faktik
işinə                       uyğun                               olur.

ADAPTASİYA (UYĞUNLAŞMAQ) – (latınca uyğunlaşma mənasını
verən adaptatio sözündən) – iqtisadi sistemin və onun ayrı-ayrı
subyektlərinin, işçilə¬rinin dəyişkən xarici mühitin şəraitinə, istehsal,
əmək, mübadilə və həyat şə¬raitin¬də uyğunlaşması. Məsələn,
mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisa¬diyyatına keçid dövründə
müəssisələr və onların işçiləri bazar mühitinə və bazar münasibətlərinə
adaptasiya                                                   etməlidirlər.

AQENDA (ing. aqenda – gündəlik) – işgüzar görüşlərdə, iclaslarda
müzakirə edil-məli məsələlərin siyahısı; iştirakçılara əvvəlcədən göndərilir,
çatdırılır.

ATTESTASİYA – 1) işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin
tut¬duğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən
edilməsi; işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının
müəyyən edil¬məsi; 2) işçilərin işgüzar keyfiyyətləri və bilikləri barədə
rəy.

AVROPA SOSİAL FONDU - məşğulluq problemlərinin həllində iştirak
edən Avropa Birliyi fondu. 1959-cu ildə təsis edilmişdir, 1971-ci ilin
islahatı nəticəsində, onun fəaliyyətinin daha dəqiq prioritetləri
müəyyənləşdirilmişdir. Fond peşə təhsilinin inkişafı üçün, məşğulluğun
artırılması proqramlarının maliy¬yə¬ləşdirilməsi üçün, zəif inkişaf edən
sahələrin inkişafı, immiqrantlara və qa¬dın¬lara işə düzəltməkdə kömək
etmək üçün subsidiyalar verir. Xüsusilə 25 yaşa qə¬dər gənclərin işə
düzəltməsi üzrə proqramların maliyyələşdirilməsinə böyük diqqət yetirilir.

BAŞ DİREKTOR – böyük, çoxprofilli firmanın direktoru, onun
müavinləri firmanın ayrı-ayrı bölmələrinin, yaxud fəaliyyət istiqamətlərinin


                                                                          26
direktorları,         rəhbərləri            rolunda         çıxış         edirlər.

BƏYƏNİLMİŞ ŞƏXS - firmanın işçisi olmayan, lakin onu nəzarətdə
saxlayan şəxs. Məsələn, şirkətin, korporasiyanın, bircanın, bankın idarə
heyətinin kənardan cəlb edilmiş üzvü.

BONUS (latın bonus sözündəndir, mərhəmətli, yaxşı deməkdir) – əlavə
mükafat,        həvəsləndirmə,        ödəmələrə            əlavələr.

BOSS        (ing.boss)       –      işin,      təşkilatın    sahibi,      rəhbər.

BRİQADA (briqade fransız sözündən) – sexin, şöbənin müəssisə və
təşki¬la¬tın, kənd təsərrüfatı kooperativlərinin, fermer təsərrüfatlarının
istehsal kollektivinin bir hissəsi, işçilər qrupu. Briqada istehsalat zərurəti ilə
əlaqədar olaraq ya daimi, ya da müvəqqəti dövr üçün istehsal işçilərinin bir
qrupu kimi yaradılır. Müxtəlif sahələrə aid olan inşaatçılar, təmirçilər,
mexanizatorlar, neftçilər, pambıqçılar və s. briqadalar məlumdur.

BRİQADA PODRATI – əməyin, iş proseslərinin, pul hesablaşmalarının,
əməyin ödənilməsinin təşkilinin bir sistemidir. Bu sistemə əsasən briqadaya
iş cəbhəsi verilir, qazanılmış pul vəsaitləri briqadanın sərəncamına daxil
olur və hər bir işçinin əmək xidmətinə görə (əməkdə iştirak əmsalına görə)
briqada üzvləri arasında bölüşdürülür.

VAKANSIYA - işəgötürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeridir;

ÇIXARIŞ – sənədin bir hissəsinin əks etdirilməsi, məsələn, müştərinin
bank hesabından çıxarışı müəyyən hesabın tarixi vəziyyətini göstərir.

ÇOX ZƏRURİ TƏLƏBATLAR – insanların çox vacib, lazımlı tələbatları
və ehtiyaclarıdır, onlar ödənilmədən insanlar ötüşə bilməzlər.

ÇOXTƏRƏFLİ MÜQAVİLƏ – iki tərəfdən çox tərəflər arasında
bağlanan                                    müqavilədir.



                                                                               27
DANIŞIQ TAKTİKASI – danışıqların baxılan məsələlərin əvvəlcədən
hazırlanmış ardıcıllıqla və onların arzu edilən qaydada təqdim edilməsi
şəklində konkret məqsədə nail olmaqdan ötrü keçirilməsi sxemi.

DEPARTAMENT (fransız departement sözündəndir) – 1) inzibati-ərazi
va¬hi¬di; 2) ali inzibati orqanlar aparatında bölmə, idarə, şöbə; 3)
nazirliyin,                    müəs¬sisənin                      adı.

DİREKTOR – müəssisənin, təşkilatın, firmanın birinci, əsas rəhbəri.

DİREKTORLAR ŞURASI - səhmdar cəmiyyətinin, korporasiyanın
səhmdarlar tərəfindən seçilən icraedici orqanı. Ümumi iclaslar arasındakı
dövr ər¬zində səhmdar cəmiyyətinin idarə edilməsinin prinsipial
məsələlərini həll edir və cəmiyyətin fəaliyyətinə operativ rəhbərlik üçün
idarə                           heyətini                          yaradır.

DOSYE (fransız dossier sözündəndir) - müəyən məsələyə, işə, şəxsə aid
olan sənədlər komplekti, həmçinin bu sənədlər saxlanan qovluqdur.

DUNKANIN FƏRQLƏR İNDEKSİ - peşə əlamətinə görə müəyyən
edilmiş qruplarda kişilərin və qadınların sayını bərabərləşdirməkdən ötrü
peşəsini dəyişməli olan kişilərin və qadınların faizini müəyyən edən əmsal.

EKSPERT (lat.experus-təcrübəli) – müəyyən edilmiş proqnoz vəzifəsi
üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi,
qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan
müəyyən           sahənin        təcrübəli        ixtisaslı      mütəxəssisi.

EKSPERT QRUPU – müəyyən edilmiş proqnoz vəzifəsinin həlli üçün
bəlli qaydalar üzrə təşkil  edilmiş   ekspertlər    kollektivi.

ETİKET – 1) ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə
olduqda davranış qaydaları; 2) malın adını və qiymətini, onun digər
parametrlərini   göstərməklə    malı     müşayiət     edən      yarlık.



                                                                          28
EV İŞÇİSİ – işi, əmək fəaliyyətini müəssisə ilə bağladığı müqaviləyə
əsasən evdə yerinə yetirən şəxs. Adətən bu cür fəaliyyət müəssisə
tərəfindən ayrılmış və satın alınmış istehsal vasitələrindən istifadə
edilməklə görünür. Evdə görülən əməyin nəticəsi olan məhsul müəssisəyə
təhvil     verilir   və     haqqı     onun       tərəfindən   ödənilir.

EZAMİYYƏT – xidməti tapşırıqların daimi iş yerindən kənarda yerinə
yetirilməsindən ötrü işçilərin göndərilməsi. Bununla bağlı edilən xərclər
ezamiyyət xərcləri adlanır. Ezam edilmiş işçinin özü tərəfindən edilmiş
xərclərin əvəzi onu göndərmiş, yaxud dəvət etmiş təşkilat tərəfindən
ödənilir.

ÖZÜNÜMƏŞĞULLUQ - əmək qabiliyyətli şəxslərin müstəqil surətdə
özünü        işlə             təmin                etməsidir;

ƏMƏK – insanın, insanların dərk edilmiş, enercitutumlu, hamı tərəfindən
məqsədəuyğun sayılan, səylərin göstərilməsini, işin görülməsini tələb edən
fəaliyyəti,      istehsalın         dörd           amilindən           biri.

ƏMƏK BAZARI – işçi qüvvəsinə tələb və təklifin formalaşdığı sfera.
Əmək bazarı yalnız o vaxt mümkün ola bilər ki, fəhlə özünün əmək
qabiliyyətinin sahibi olsun. Əmək bazarı vasitəsilə işçi qüvvəsinin müəyyən
müddətə satışı baş verir.

ƏMƏK BIRJASI - (məşğulluq xidməti) – müəyyən ərazidə əhalinin
məşğuluğunun təminatını həyata keçirən və işsizliyi aradan qaldırmağa
yönələn dövlət təşkilatıdır. Bu qurumlar yeni iş yerləri və vakant vəzifələr
haqqında məlumatları toplayaraq müxtəlif formalarda (KİV-də elanlar,
məlumat lövhələri, sərgilər və s.) əhaliyə çatdırırlar. Əhatə etdiyi bölgənin
spesifik tələbatlarını nəzərə alaraq ixtisasartırma, ixtisasdəyişmə və hazırlıq
kurslarınin təşkili, işsizlərin qeydiyyatı və tələbatın öyrənilməsi əsas
vəzifələrindən hesab olunur.

ƏMƏK BÖLGÜSÜ – 1) beynəlxalq əmək bölgüsü, yəni ayrı-ayrı növ
əmtəələrin istehsalının coğrafi mövqe, iqlim və təbii sərvətlər, əmək
resursları və kapital baxımından iqtisadi cəhətdən sərfəli olduğu ölkələrdə

                                                                            29
cəmləşməsi. İsteh¬salın bu cür bölgüsü sonrakı əmtəə mübadiləsi
nəticəsində onda iştirak edən ölkələr üçün sərfəli olur və tələbatların daha
yaxşı ödənilməsinə, məşğullu¬ğunu artırılmasına, lakin eyni zamanda
qarşılıqlı asılılığın güclənməsinə xidmət edir; 2) əmək fəaliyyətinin onun
ayrı-ayrı növlərinin fərqləndirilməsinə və həyata keçirilməsinə gətirən
ixtisaslaşması. Şaquli əmək bölgüsündə bölgü səviyyələr üzrə keçirilir,
məsələn, istehsal istehsalın idarə edilməsindən ayrılır. Üfüqi əmək
bölgüsündə isə eyni səviyyə daxilində fəaliyyət növlərinin bölgüsü baş
verir. Məsələn, məmulatın hissələrinin hazırlanması, emalı və onlardan
məmulatın                        yığılması                     fərqləndirilir.

ƏMƏK HAQQI – görülmüş işlərə, göstərilmiş xidmətlərə görə verilən
haqdır, əməyə görə pul mükafatı, əməyin yaratdığı məhsulun dəyərinin bir
hissəsidir, onun satışından olan gəlirdir, işçiyə onun işlədiyi müəssisə,
idarə, yaxud başqa icarədar tərəfindən verilir. Əmək haqqının miqdarı ya
vəzifə maaşı şəklində, ya tarif şəbəkəsi ilə, ya da müqaviləyə müvafiq
olaraq təyin edilir. Onun həddi qanunla müəyyən edilmiş minimal əmək
haqqının səviyyəsindən aşağı ola bilməz. Bazar tipli iqtisadiyyat şəraitində
əmək haqqının yuxarı həddi adətən məhdudlaşdırılmır. Onun müxtəlif
formaları vardır: vaxmamuzd, işəmuzd, vaxtamuzd mükafatı.

ƏMƏK HAQQI FONDU – müəssisənin, təşkilatın öz işçilərinə əmək
haqqını ödəmək üçün nəzərdə tutduğu pul vəsaitləri fondudur.

ƏMƏK HAQQI İNDEKSİ – müəyyən dövr ərzində fəhlə və qulluqçuların
orta aylıq əmək haqqının dinamikasının, artması və ya azalmasının
göstəricisi.

ƏMƏK HAQQINDAN TUTULMUŞ MƏBLƏĞLƏR – işçinin əmək
haqqından tutulan bütün növ pullar, vergilər, cərimələr, alimentlər, kredit
ödəmələri, eləcə də qanunla, hakimiyyət orqanlarının qərarları ilə nəzərdə
tutulmuş              hallarda             edilən              tutulmalar.

ƏMƏK QABİLİYYƏTİ – insanın əmək əməliyyatlarının yerinə yteirmək,
əmək fəaliyyətində iştirak etmək qabiliyyəti. İnsanın yaşı və səhhətinin


                                                                           30
vəziyyəti                ilə                müəyyən                   edilir.

ƏMƏK QABİLİYYƏTSİZLİYİ – adamdan asılı olmayan səbəblər
üzündən əmək fəaliyyətini həyata keçirməyin mümkünsüzlüyüdür. Əmək
qabiliyyətini itirmə yaşla və sağlamlığın vəziyyəti ilə əlaqədar ola bilər.
Əmək qabiliyyət¬sizliyinin müvəqqəti, qismən, tam formalarını
fərqləndirirlər.

ƏMƏK MƏHSULDARLIĞI – əmək resurslarının, əmək amilinin
istifadəsi səmərəliliyinin göstəricisi. Bir işçinin müəyyən vaxt (saat, gün,
ay, il) ərzində istehsal etdiyi məhsulun natural, yaxud pul ifadəsində
miqdarı                                ilə                          ölçülür.

ƏMƏK MÜBAHİSƏLƏRİ – müəssisələrin işçiləri ilə müdriyyət
arasındakı əmək haqqı, əmək şəraiti, məzuniyyətin müddəti, işə götürülmə
və     işdən    çıxarılma    ilə      bağlı    olan    fikir     ayrılığı.

ƏMƏK MÜQAVİLƏSİ – işə götürənlə muzdlu işçi arasında yazılı
formada, müəyyən müddətə, yaxud konkret işin görülməsi (podrat)
müddətinə bağlanan onun işinin xarakteri, şərtləri və ödənişi haqqında
razılaşmadır, müqavilədir. Belə müqavilə sınaq müddətinə, işin yerinə
yetirilmə müddətinə, müəyyən və qeyri-müəyyən (ömürlük) müddətə
bağlana bilər. Əmək müqaviləsini, həmçinin əmək kontraktı da
adlandırırlar. Tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti, əməyin
ödənilməsi şərtləri və təşkil edilməsi müqavilə iştirakçıları tərəfindən
sər¬bəst müəyyən edilir. Kontraktın müddəti bitəndən sonra, tərəflərdən
heç biri əmək münasibətlərinin ləğv edilməsini tələb etmədikdə onun vaxtı
avto¬matik       qaydada       qeyri-müəyyən        müddətə      uzadılır.

ƏMƏK POTENSİALI – ölkənin, regionun hal-hazırda və yaxın gələcəkdə
malik olduğu, əmək qabiliyyətli əhalinin sayı, onun peşəkar və təhsil
səviyyəsi, digər keyfiyyət əlamətləri ilə səciyyələnən əmək imkanları.

ƏMƏK RESURSLARI – iqtisadi fəal, əmək qabiliyyətli əhali, əhalinin
əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü fiziki və mənəvi qabiliyyətlərə


                                                                         31
malik                                                                hissəsi.

ƏMƏK ŞƏRAİTİ – işçinin əmək qabiliyyətinə və səhhətinə təsir edən
amillərin cəmi, məsələn, istehsal – texniki, sanitariya – gigiyena, məişət
amilləri.

ƏMƏK TUTUMU – məhsul vahidinin istehsalına sərf edilən əmək
məs¬rəf¬ləri, iş vaxtı. Əmək tutumu bir işçiyə düşən əmək
məhsuldarlığının             tərs               göstəricisidir.

FİZİKİ ŞƏXS – iqtisadi fəaliyyətdə iştirak edən, bu fəaliyyətin tam
hüquqlu subyekti kimi çıxış edən vətəndaş, adam. Fiziki şəxslərə hazırki
ölkənin vətən¬daş¬ları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər aid
edilir. Onlar iqtisa¬diyyatda müstəqil fiqur kimi hərəkət edən, şəxsən
müəyyən təsərrüfat əmə¬liy¬yatları aparan, başqa şəxslərlə və təşkilatlarla
iqtisadi münasibətləri tənzim¬ləyən, hüquqi şəxslərlə əlaqəyə girmək
hüququna malik şəxslərdir. Fiziki şəxs öz adın¬dan hərəkət edir, hüquqi
şəxslərə zəruri olan firma, müəssisə yaratmağa və qeyd etdirməyə onun
ehtiyacı                                                            yoxdur.

HƏMKARLAR İTTİFAQI – öz hüquqlarının müdafiəsi və
vəziyyətlərinin yaxşılaşdırılması üçün birləşən çoxsaylı işçilər qrupu.
Qrupun əsas vahid marağı əmək haqqının artıroması, iş vaxtının
azaldılması, əmək şəraitinin yaxşılaşdırıl¬masıdır. Şirkətlərin təşəbbüsü ilə
yaradılan həmkarlar ittifaqları administra¬siyanın tam nəzarəti altında olur.
Bütün sahənin işçilərini əhatə edən həmkarlar ittifaqı sahə miqyaslı
təşkilatdır. Kiçik miqyaslı həmkarlar ittifaqları da olur, məsələn, sex
miqyasında.

İCRAÇI DİREKTOR – inzibatçı direktor – rəhbər inzibatçı, operativ
idarəetmə       məsələlərini             həll              edən.

İDARƏ HEYƏTİ - hər hansı bir idarənin, təşkilatın və s.-nin başında
duran                     seçkili                            orqan.



                                                                          32
İDARƏETMƏ – sudyektlər, orqanlar tərəfindən adamlara və iqtisadi
ob¬yekt¬lərə şüurlu, məqsədyönlü təsiretmədir. Onların hərəkətlərini
istiqamət¬ləndirmək və istənilən nəticələri almaq məqsədilə həyata
keçirilir.

İXTİSAS DƏRƏCƏSİ - işçinin peşə səviyyəsini müəyyən edən və onun
əmək haqqına təsir göstərən sıra rəqəm şəklindəki göstərici. İxtisas
attestasiya    komissiyası       tərəfindən      təyin        edilir.

İXTİSASLAŞMA – 1) fəaliyyətin nisbətən məhdud, xüsusi istiqamətlər,
ayrı-ayrı texnoloci əməliyyatlar, yaxud məhsul növləri üzrə cəmlənməsi; 2)
müəy¬yən sahədə xüsusi biliklərin və bacarığın əldə ediləmsi; 3) əməyin
növlərə,               formalara               görə               bölgüsü.

İQTİSADİ İNSAN – öz planlarını və hərəkətlərini maksimal mənfəət əldə
etmək almaq prinsipi üzərində quran, ağıllı düşünən subyekt kimi insan
haqqında               ümumi                 şərti             anlayış.

İLK DƏFƏ IŞ AXTARANLAR - əmək fəaliyyətinə ilk dəfə başlamaq
istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslərdir.

İMİC (ing.image) – 1) işgüzar şəxs haqqında ətrafdakıların təsəvvürü,
fikri; 2) firmanın (əmtəələrin, xidmətlərin) onun bazardakı mövqeyini,
alıcının    firma   markasına     sadiqliyini   təmin   edən   siması.

İMMİQRASİYA (lat.immigrare-daxil olmaq) – xarici ölkə vətəndaşlarının
müəyyən ölkənin ərazisinə müvəqqəti və ya daimi yaşamaqdan ötrü
gəlməsi.

İŞ – 1) insanın əmək fəaliyyətinin növü və yeri; 2) əmək fəaliyyətinin
həyata keçirilməsi, əməkdə iştirak, insan, kollektiv tərəfindən müəyyən
tapşırıqların yerinə yetirilməsi; 3) məşğuliyyət dairəsi, bilik, bacarıq, peşə
sahəsi; 4) hər hansı bir fakt, hadisə üzrə inzibati və ya məhkəmə
araşdırması; 5) fakta, suala, şəxsə aid olan sənədlərlə dolu qoyluq.



                                                                           33
İŞ BURAXMA (proqul) - işçinin üzürsüz səbəblərdən bütün iş günü
ərzində, yaxud iş yerində icazəsiz 3 saat ərzində olmaması.

İŞ DÖVRÜ – Fond bircasında ticarət sessiyasının aparılması dövrü.

İŞ QÜVVƏSİ – 1) insanın əmək qabiliyyətini, onun əmək imkanlarını
bildi¬rən marksist siyasi iqtisad termini. Müasir iqtisad elmində iqtisadi
fəal, əmək qabiliyyətli əhali kimi terminlərdən daha çox istifadə edilir; 2)
16 yaşından baş¬layaraq ölkədə təqaüdə çıxıldığı yaşa qədər olan iş
qabiliyyətli, işləyən və işsiz (iş bacarığı olmayanlar istisna edilməklə)
olanların ümumi sayı. Hərbi zidmətdə olan şəxsləri daxil etməklə ümumi
işsi qüvvəsini və həqiqi hərbi xidmətdə olan¬ları çıxmaqla mülki işçi
qüvvəsini                                                   fərqləndirirlər.

İŞ STAJI – əmək fəaliyyətinin təqaüd almağa, əmək haqqının
artırılmasına, güzəştlərin verilməsinə hüquq verən müddəti.

İŞ VAXTI – vaxt, dövr, zaman – onun ərzində işçi işdə olmalı və xidməti
vəzifələrini yerinə yetirməlidir; işin icrasına sərf edilən, yaxud işdə birbaşa
xidməti vəzifələrin yerinə yetirilməsinə sərf edilən vaxt. Real olaraq, iş
yerində olma vaxtının qeydi sənədində göstərilən vaxt iş vaxtı hesab edilir.

İŞ VAXTI BALANSI - müəssisə və təşkilatların işçilərinin iş vaxtı
resursunu və onun müxtəlif növ işlərə sərf olunmasını xarakterizə edən
balansdır. Bu balans iş vaxtının iş növləri üzrə bölgüsü göstəricilərini əks
etdirən cədvəl şəklində tərtib olunur. Onun əsasında iş vaxtından istifadənin
üsulları və onun kifayətliliyi haqqında mühakimə yürütmək mümkündür.

İŞ VAXTINDAN ARTIQ İŞ - iş vaxtı müddətindən sonra yerinə yetirilən
iş. Bir qayda olaraq buna icazə verilmir. Əmək qanunvericiliyində iş
vaxtından artıq işlərə icazə verildiyi müstəsna hallar göstərilir. Başqa
hallarda buna icazə verilmir. İş vaxtından artıq işlər yüksək həcmdə
ödənilir. Qanuni əsaslarda və müəyyən edilmiş qaydalarda tətbiq edilən iş
vaxtından artıq görülməli olan işdən işçinin üzürsüz səbəbdən imtina etməsi
əmək       qanunvericiliyinin     pozulması       kimi     qiymətləndirilir.


                                                                            34
İŞ VAXTINDAN İSTİFADƏNİN ÇEVİK QRAFİKİ - iş vaxtının
istifadə edilməsi üsuludur. Bu halda iş vaxtının yalnız uzunluğu qeyd edilir,
halbuki işçinin öz istəyi və imkanlarından asılı olaraq iş vaxtı öz şəklini
dəyişə bilər. Məsələn, sex 10 saatlıq qrafiklə işləyir, yəni gündə 10 saat,
lakin açılma, bağlanma, nahar saatı həftənin günündən, yaxud mövsümdər
asılı olaraq təyin edilir. İkinci misal – fəhlə gündə 8 saat işləməlidir, ancaq
işin başlanma və qurtarma vaxtı, işçi yaxud onun rəhbəri tərəfindən dəyişilə
bilər. Çevik qrafiki həm də çevik recimli iş vaxtı adlandırırlar.

İŞ YERİ- müəyyən peşə sahibi olan bir işçinin əmək funksiyalarının icrası
üçün uyğunlaşdırılmış yer və işlərin görülməsi üçün oradakı istehsal
vasitələri, əmək alətləri. Müəssisədəki iş yerlərinin sayı, iş qrafiki və
növbəliyi, məzuniyyətlər nəzərə alınmaqla onda işləyən işçilərin sayına
bərabər                                                         olmalıdır.

İŞ, ƏMƏLİYYAT KARTI – kart və yaxud formulyardır, işçi onun
üzərində yerinə yetirəcəyi konkret detallarını və bu iş üçün sərf edəcək
vaxtı                                                            göstərir.

İŞÇİ –     işi   yerinə   yetirən, müəssisədə, təşkilatda işləyən şəxs.

İŞDƏN AZAD EDİLMƏ – müdriyyətin təşəbbüsü ilə işçi ilə əmək
müqaviləsinin                                dayandırılması.

İŞDƏN ÇIXARILMA MÜAVİNƏTİ – işdən öz günahları olmadan azad
edilmiş        şəxslərə         pul               ödəmələri.

İŞƏ BƏRPA EDİLMƏ – işdən qeyri-qanuni azad edilmə halında, işçinin
əvvəlki   işə   və       əvvəlki      vəzifəyə       qaytırılması.

İŞƏMUZD ƏMƏK HAQQI – əmək haqqının işçinin təyin edilmiş
key¬fiyyətlə istehsal etdiyi məhsulun miqdarından asılı olaraq müəyyən
edildiyi əmə¬yin ödəniş forması. Bu zaman hər məhsul vahidinə görə
müəyyən pul məbləği ödənilir. Əməyin ödənilməsinin bu formasının
inkişaf etdirilməsi çox vaxt məh¬sulun miqdarı müəyyən həddən artıq
olduqda hər bir məhsul vahidinin qiy¬mətinin qaldırılmasından ibarətdir ki,

                                                                            35
bu       da       işəmuzd-proqressiv         əmək         haqqı        adlanır.

İŞLƏR – işin yerinə yetirilməsinin əsas sayıldığı və haqqının işlərin
həc¬mindən, görülməsi müddətindən asılı olaraq ödənildiyi fəaliyyət
növləri. Məsələn,   tikinti,  quraşdırma,    torpaq,  təmir    işləri.

İŞSİZ – əmək qabiliyyətli vəziyyətdə və yaşda olan, işləmək bacarığı və
həvəsi, arzusu olan, lakin ondan asılı olmayan səbəblərdən işləməyən,
gəlirli                       olmayan                          şəxsdir.

İŞSIZ VƏTƏNDAŞ - işi və qazancı olmayan, işə başlamağa hazır olub,
müvafiq icra hakimiyyəti orqanında* işaxtaran kimi qeydiyyata alınan,
əmək    qabiliyyətli  yaşda    olan    əmək     qabiliyyətli şəxsdir;

İŞSİZLİK – əmək qabiliyyətli, aktiv əhalinin bir hissəsinin iş tapa
bilmədiyi, işlə təmin olunmadığı sosial-iqtisadi vəziyyətdir. Bu halda öz
ixtisası, peşəsi üzrə iş axtaran əmək qabiliyyətli, aktiv əhalinin sayı ölkədə
mövcud olan iş yerlərinin sayından artıq olur. Əhalinin əmək qabiliyyətli, iş
axtaran, öz təhsilinə, peşəsinə, sənətinə uyğun olaraq real iş yeri tapmayan,
əmək bircasında qeydiyyatda duran hissəsi işsiz sayılır. Müasir dünyamızın
bir çox ölkələrində işsizlik nəzərə çarpır. Onun səviyyəsi məşğul əhalinin
5%-i qədərdir. İşsizliyin bir çox formaları vardır: mövsümi, friksion,
struktur,                  silsiləvi              və                  regional.

İŞSİZLİK SƏVİYYƏSİ - işsizliyin sayının fəal əhalinin ümumi sayına
nisbəti.

İŞSİZLİYİN       DAVAMLILIĞI           –    insanın   işsiz   olduğu     dövr.

KADR AGENTLIYI - işçi heyyətin tapılması və və məlumat bazasının
formalaşdırılması xidmətini göstərən agentlik

KARYERA (fran. carriere) – 1) hər hansı bir fəaliyyət sahəsində
müvəffəqiyyətli irəliləyiş; 2) fəaliyyət,  iş    növü,    peşə.



                                                                            36
KVOTA - müvafiq icra hakimiyyəti orqanları** tərəfindən işəgötürənlərə
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən
şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin)
minimum                                                         sayıdır;

KOLLEKTİV (lat.collektivus – tooplu, toplanmış) – eyni müəssisədə,
təşki¬latda çalışan insanlar qrupu, toplusu. Daha geniş mənada, ümumi
ideya, maraq¬lar ətrafında birləşən insanlar. Eyni müəssisənin işçi
kollektivini       bəzən        əmək         kollektivi   adlandırırlar.

MƏŞĞULLUQ - Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və
əcnəbilərin (bundan sonra vətəndaşların) Azərbaycan Respublikasının
qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir)
gətirən hər hansı fəaliyyətidir;

MÜVƏQQƏTI MƏŞĞULLUQ - vətəndaşların müəyyən müddət ərzində
ictimai-səmərəli                              fəaliyyətidir;

REKRUTINQ – işçi heyyətin tapılması və və məlumat bazasının
formalaşdırılması prosesi


*Məşğulluq         xidməti        orqanları         nəzərdə     tutulur.
**Yerli İcra Hakimiyyəti orqanları nəzərdə tutulur.




                                                                     37
                   ƏDƏBİYYAT


1. _______________________________________
2._______________________________________
3._______________________________________
4._______________________________________
5._______________________________________




                                             38

				
DOCUMENT INFO
Shared By:
Categories:
Tags:
Stats:
views:23
posted:6/15/2012
language:
pages:38