FAMIL MEHDI: by CGsE1jm

VIEWS: 150 PAGES: 123

									FAMİL MEHDİ: ТƏRCÜMEYİ-HALIM (sәnәdli roman-xatirә)

Azәrbaycan Respublikası Elmlәr Akademiyası Nizami adına Ədәbiyyat İnstitutu adından başqa
qәlәm yoldaşlarım kimi mәnә dә tәrcümeyi-halımı yazmağım, hәm dә standartçılıqdan uzaq,
mühitim, yaradıcılığımla әlaqәli bir tәrzdә yazmağım tәklif olunub. Nә vaxtdır fikirlәşirәm: nә
yazım? Haradan başlayım, harada qurtarım? Hәm dә hәyat vә yaradıcılığımda qeyri-adi nә olub
ki? Mәnim hәyatım yaşıdlarımın keçdiyi yoldan elә bir şeylә fәrqlәnirmi?! Əgәr fәrqlәnmirsә,
bunun kimә xeyri ola bilәr?

Bu suallar әtrafında düşündükcә müxtәlif illәrdә yazdığım şeir vә poemadan misralar yadıma
düşür:

Deyimmi әn uca dağda qar olar,
Yox, yox, mәn nә dağam, nә saçlarım qar.
Əksinә, dondurub bәzәn qar mәni,
Sadә bir peşәdir mәnim peşәm ki.
Deyimmi әmәyim yaşadar mәni,
Axı bu dünyada neylәmişәm ki?
Nә şәhәr salmışam, nә dә bağça-bağ,
Adi bir medal da almamışam mәn.
Dünyada tәsәllim budur ki, ancaq
Bir gün dә zәhmәtsiz olmamışam mәn.
Qәlbim hәr baxışda bir mәna duyub,
Evsizә otaq da tikmişәm bәzәn.
Evdә uşağımın dәrdini qoyub
Dünyanın dәrdini çәkmişәm bәzәn.

“Deyirlәr saçların ağarır yaman”

Vә ya:

Xeyir dә bilmәrik, şәr dә bilmәrik,
Gecәli-gündüzlü axtarış-fikir.
Bәlkә dә doyunca deyib-gülmәrik,
Kimi başa düşür, kimi düşmәyir.

Ölәn söz yerinә әlәkdәn dә keç,
Qorxma, silkәlәnib uçmaz dağımız.
Bәzәn özümüz dә bilmәyirik heç
Nәdir bu dünyada axtardığımız.

Axtara-axtara ad çıxarırıq,
Köksümüzdә yanır, üşüyür ürәk.
Axtara-axtara saç ağardırıq
Hamar yollarda da töyşüyür ürәk.

İlham әmr elәyir,
durub qul kimi.
Əmrini yerinә yetiririk biz.
Axtara-axtara salıb pul kimi
Bir ömrü yollarda itiririk biz.


                                               1
“Axtara – axtara...”

Yaxud:

Mәnimçün aprelin biridir hәr gün,
Mәnimçün aldatma günüdür hәr gün.
...Gah Bakı külәyi aldadır mәni,
Gah Şәki dәllәyi aldadır mәni.
Bir molla aldadır moizәsilә,
Bir “kәllә” aldadır mәruzәsilә.
Hәqiqәt әmr edir: susma, üzә dur,
Uyma bu dünyanın hәr avazına.
Ümid uşaq kimi konfet uzadır,
Almaq istәyirәm qoyur ağzına.
Belәcә zamanla gәlib döş-döşә,
Belәcә talelә verib baş-başa
Aldana-aldana yaşayıram mәn,
Aldada-aldada yaşayıram mәn.
Bircә sevinirәm ki,
Bircә öyünürәm ki,
Mәnimlә içimdә yaşayır inam.

“Mәnimçün aprelin biridir hәr gün...”

Bu misralar da yadıma düşür:

Özüm dә özümә deyirәm: “Əhsәn!”
Nә olsun, dünyada öyrәncәliyik.
Bu da bir hünәrdir: mәrd-mәrdanә sәn
Oynayıb,
içindә özündәn böyük
Dәrd oynadasan,
Dәrd oynadasan.
“Bitәrәf zona”
Hәmçinin dә:

Nә var kәmәr qurşamağa,
Özü üçün yaşamağa.
Doğuldum dәrd daşımağa
Ürәkdә dәrd ölәrәm.

Mәrd söylәdik namәrdә biz,
Allah, dözdük bu dәrdә biz.
Bir gözümdә ana Тәbriz
Birindә Dәrbәnd ölәrәm.

Köçüb getdi çox yaşıdım,
Mәn dә әllini aşıdım.
Bu dünyada mәrd yaşadım
Ölәndә dә mәrd ölәrәm.



                                        2
Bu misralar arasında bütün keçdiyim yol, sevincli-kәdәrli, iztirablı, sarsıntılı günlәrim gәlib göz
önümdәn keçdi. Bir daha hiss etdim ki, şeirlәrim mәnim tәrcümeyi-halımdır. İnamımdır,
mübarizәmdir, mәğrurluğumdur, hünәrimdir, canıyananlığımdır, hәm dә qorxaqlığımdır,
zәifliyimdir, arxasızlığımdır, kimsәsizliyimdir. Elә buna görә dә belә qәrara gәldim ki,
tәrcümeyi-halımı yazım. Qoy onlarca müasirim-dostlarım, tanışlarım, qәlәm yoldaşlarım
yazdıqlarımın sәmimiliyinә, yaxud qeyri-sәmimiliyinә şahid olsunlar, yalanım varsa, açıq
desinlәr, mәni mәzәmmәt etsinlәr, lap sәnәtin müttәhimlәr kürsüsünә çәksinlәr. Mәn hәqiqәti
yazacağam. Əgәr bәzi sözlәrim özünütәrif kimi sәslәnsә, qeyri-tәvazökarlıq kimi görünsә, bәri
başdan üzr istәyirәm. Ömrüm boyu gәldiyim nәticәlәrdәn biri dә budur: qeyri-tәvazökarlıq pis
sifәtdir, ancaq hәddәn artıq tәvazökarlıq da bir şey deyilmiş?

Nә isә, keçәk әsl mәtlәbә.

1934-cü ildә Ağdamın Sarıhacılı kәndindә doğulmuşam. Sarıhacılı kәndi Ağdamın yuxarı qapısı
hesab olunur. Şuşaya gedәn yolun üstündә yerlәşir. Artıq şәhәrә bitişmәkdәdir. Bir otaqdan
ibarәt ata evimizin baş pәncәrәsi düz Qarabağ dağlarına baxır. İsti yay gecәsindә pәncәrәni
açanda yorğansız yatmaq olmur. Hәm dә külәk, sәrin meh dağların, yamacların, bağların gül-
çiçәyinin әtrini evimizә doldurur. Kәndimizi bölüb axan Kötәl çayı da hәmin dağlardan başlayıb
gәlir. Son vaxtlar bәdxah qonşular çayın suyunu nasoslarla göllәrә qaldırdığından, demәk olar,
quruyub. Bununla da kәndin sanki bütün gözәlliyi itib. Doqulduğum gün kәnd kitabında qeyd
olunmayıb. Anam da dәqiq bilmir. Onun yadında qalan “doğum günümü” sonralar şeirimdә belә
ifadә etmişәm:

Haçan doğulmuşam?
Bilmirәm hәrdәn
Anam belә deyir söhbәt düşәndә:
Yaxşı yadımdadır, doğulmusan sәn
Gilas sovulanda, tut yetişәndә.

Hәr halda doğulduğum tarix belә qәbul olunub: 25 dekabr 1934-cü il.

Atam Ağalar Mehdi hәmin kәnddәndir. Keçәn әsrin axırlarında anadan olub. Тәxminәn yetmiş
beş il yaşayıb. Mehdi babamın at ilxısı bütün Qarabağda adla deyilib. Bir az zoru da olub.

Ağsaqqallardan eşitdiklәrimdәn: 20-ci illәrin söhbәtidir. Mehdi kişi bazara çıxıbmış. Görür
hökumәtin on-on iki rusu düşüb yerli adamların üstünә döyür. Mehdi bunu görәn kimi
hövsәlәdәn çıxır. Sırıqlısını çıxarır sol qoluna dolayıb bәlgә elәyir: “Ə, köpәk oğlunun urusu,
gәlib burda hәlә bir qoçuluq da elәyәcәksәn”- deyә tüpürüb çomağa, cumur urusa- nә yemisәn
turşulu aş. Başı yarılan kim, qolu sınan kim. Hamısını şil-şikәst elәyir. Тökülüb rusu onun
әlindәn güclә alırlar. Ancaq kişini dә tutub aparırlar. Uzun çәk-çevirdәn sonra birtәhәr
qurtarırlar, qoymurlar tutub sürgün elәyәlәr.

Atamın anası Əziz Hüseynbәy qızı qonşu Seyidli kәndindәndir. Yazıçı Süleyman Sani Axundov,
Kәrbәlayı Qasım uşağı nәslindәndir. Mәn Süleyman Sani Axundovun haqqında da ilk dәfә
atamdan eşitmişәm. Hәr iki kәndin әhalisinin әksәriyyәti qohum-әqrәbadır. Mәn gözümü
açandan ilk diqqәtimi cәlb elәyәn ağsaqqallar, ağbirçәklәr olub. Allahverәn babamı, Mәşәdi
Mәmmәd, Alı babaları, mәn görmәmişdim. Ancaq eşitdiyimә görә Qarabağda sayıb-sayılan
kişilәrdәn olublar. Mәnim gördüklәrim içәrisindә Əliş bәy, Əsgәr әmim hәqiqәtәn el ağsaqqaları
idilәr. Bir sözlәri iki olmazdı. Onların hәr sözü yazılmamış qanun idi.

Atam savadsız idi. Adını belә yaza bilmirdi. Ancaq camaat arasında hörmәti vardı. Elә buna görә
dә uzun müddәt kolxoz sәdrinin müavini, briqadir vәzifәlәrindә işlәmişdir. Haqq-hesabını çox

                                                 3
vaxt evdә böyük qardaşım Fikrәt vә mәn aparırdıq. Kimin nә hәcmdә iş gördüyünü yadında
saxlayırdı. Sülh adamı idi. Qan düşәndә çağrılanlardan biri dә atam olardı... Küsülülәri
barışdırardı. Atamın sözü ilә adamlar daha çox hesablaşır, işә can yandırırdılar. Atam onları
qәddar adamlardan, insafsız başçılardan qoruyurdu. Dәhşәtli dәrәcәdә qanunpәrәst idi. Kolxoz
bağından bir salxım üzüm gәtirmәyimizә razı olmazdı.

Maarifә böyük marağı vardı. “Dana-buzov dalına düşdük, vaxtında oxumadıq”, deyirdi. Bizi
mәcbur edirdi ki, dәrsә fikir verәk vә müntәzәm qәzet oxuyaq. Hәr gün qәzet aldırıb gәtirdәr,
bütün yazıları bizә oxudar, özü dә diqqәtlә qulaq asardı. Başa düşmәdiyi yerlәri tәkrar
oxutdurardı. Hökumәtdәn narazı idi. “Var-dövlәtimizi әlimizdәn alıb bizi lüt qoydu” deyirdi. 37-
dә qohum-әqrәbadan günahsız tutulanlar gözünün odunu qırmışdı. Hәmin illәrdә bir müddәt
Əliabad rayonunda işlәyәn qohumunun yanında daldalanmışdı. Evimizdә radio yox idi. Stalinin
ölümünü gәlib ona xәbәr verәndә tutuldu vә yavaşcadan dedi: “Bala, heç harda danışma, birdәn
yalan olar bizi dolaşdırarlar.”

Atam cavanlıqda möhkәm atbaz olub. Özü nağıl edir: - Dünyanın yaraşığı bir atımız vardı. Bir
gün İldırımbәy (atamın ana tәrәfdәn qohumu, M.C.Bağırovun yaxın dostlarından biri) sifariş
göndәrdi ki, Mir Cәfәr Bağırov Ağdama gәlir. Atı gәtir. Hәm sevindim, hәm dә bәrk qanım
qaraldı. Eşitmişdim ki, Bağırov da atbazdır. Dedim o, atı görsә, xoşu gәlәcәk, geri
qaytarmayacaq. Ancaq İldırım bәyin dә sözündәn çıxmaq olmazdı. Atı aparıb verdim, amma yarı
canım onun yanında qaldı. İki-üç gündәn sonra İldırım bәy xәbәr göndәrdi ki, gәlsin atı aparsın.
Öyrәndim ki, at Bağırovun çox xoşuna gәlib. Amma deyib ki, qaytarmamaq kişilikdәn olmazdı.

Ailәdә 6 nәfәr olmuşuq: atam, anam, dörd uşaq. Böyük çәtinliklәrlә qarşılaşmışıq. Xüsusilә
müharibә illәrindә. Hәmin illәrdә Karyaginin (Füzulinin) taxılı olmasa, bәlkә bütün Qarabağ
camaatı batardı. Hәftәdә, on gündә bir adamlar atlanıb Karyaginә gedәr, olan qızıl-ğümüşünü,
paltar-palazını, gәbәsini buğdaya, arpaya dәyişib gәtirәrdi. Bizdә dә belә idi. Hәm dә kasıb
qohum-әqrәbaya, kәnd adamlarına әl tutmaq lazım gәlirdi. Adamlar pencәr yemәkdәn şiş әmәlә
gәtirmişdilәr. Əziz nәnәm bizimlә bir yerdә qalırdı. Onun da inәyi, camışı sağılırdı. Sәhәr-sәhәr
sağıb növbәyә dayanan әlsiz-ayaqsızlara verir, aparıb südә bir az un çalır, yaxud pencәr töküb
pörtlәdir vә yeyirdilәr.

Kәnddә bir ailә vardı. Vaxtilә rayonda rәhbәr işlәrdә işlәyirdilәr. Obadan aralı gözәl daş ev
tikdirmişdilәr. Darvazalarının başına qızıl ulduz vurulmuşdu. İşә faytonla gedib-gәlәrdilәr.
Camaata o qәdәr qaynayıb-qarışmazdılar. Müharibә vaxtı kişilәr cәbhәyә getdi. Ailә üzvlәri hara
isә köçdü. Yalnız bir qadın üç uşağı ilә qalmışdı. Evdә nә vardısa satmışdılar, dilәnçi kökünә
düşmüşdülәr. Biz obadan aralı, camaatdan uzaq, hәmin evin yanında qoyun-quzu otaranda bәzәn
uşaqlar çıxıb yanımıza gәlәrdilәr. Cibimizdәki әl boyda çörәyi onlarla bölüb yeyәrdik. Bir neçә
gün uşaqlar görünmәdi. Gedib pәncәrәdәn baxdıq gördük ki, ana da, uşaqlar da yan-yana
uzanıblar. Çağırdıq cavab vermәdilәr. İçәri keçdik. Mәlum oldu ki, uşaqların üçü dә acından-
xәstәlikdәn ölüb. Ana isә sağdır. Qaçıb kәnd qocalarına xәbәr verdik. Üçünü dә arabaya qoyub
yaxın tәpәnin döşündә bir yerdә basdırdılar. Belә bir vaxtda atam bәzәn öz gödәkçәsini, hәtta
ayağımıza iri olan çarığını bizә geyindirir, dәrsdәn qalmağa qoymurdu... Boğazının yeganә isti
şәrfini açıb mәnә vermişdi ki, apar mәktәbdә qızıl orduya yardıma yazdır. Mәn dә aparıb
yazdırmışdım.

Elәdiklәrini heç vaxt üzümüzә vurmazdı. Yalnız bir söz deyәrdi: “Ata olarsınız, özünüz
bilәrsiniz ki, ata nә demәkdir.” Hәrdәn axşam bizi oturdub öyüd-nәsihәt verәrdi vә mәcbur
edәrdi ki, dәftәrә yazıb әzbәrlәyәk. Hәmin nәsihәtlәrdәn: “Hәr adamla dostluq elәmәyin.
Elәyәndә axıra kimi elәyin. Əlinizdәki bir tikә çörәyin kәsib çoxunu dostunuza verin, azını
özünüz götürün.” “Bir yerә qonaq gedәndә özünüzü qaydaya salın ki, gecә yarı demәyәsiniz:
“İtinizin qabağına durun, su başına gedim”.

                                                4
Çox istәyirdi ki, kәnddә hamımızın ayrıca evimiz, qapı-bacamız olsun. Etirazımızı belә bir
misalla dәf etdi: “Külәk әsәcәk alma ağacından alma yerә düşәcәk. Uşaqlarınız bu bir almanın
üstündә dalaşacaq. Sonra arvadlarınız dalaşacaq. Sonra özünüzün aranız sәrinlәyәcәk.” Mәnә
torpaq sahәsi götürdü. Son vaxtlar göz xәstәliyinә tutulmasına, pis görmәsinә baxmayaraq gözәl
bir bağ saldı. Ölüm ayağında iki şey arzuladı. Birincisi dedi ki, öz suyumuzdan (Kötәl çayının
suyunu nәzәrdә tuturdu. Axır vaxtlar daha çox mineral su içirdi) içmәk istәyirәm. İkincisi dedi
ki, mәn hәlә bağ salacaqdım, ağac әkәcәkdim. Kötәlin suyundan içmәsi ilә dünyasını dәyişmәsi
bir oldu. Mәn sonralar onun xatirәsinә vә nәvәlәrinin torpağa bağlanması üçün orada ev
tikdirdim. Atamın son sözlәri dә ürәyimdә şeirә çevrildi:

Yorub yollar gәldim qışın qarında,
Öpüb qucaqladım üzünә baxdım.
Titrәdi son sözü dodaqlarında:
“Ağac әkәcәkdim, bağ salacaqdım...”
Böyüdü Qarabağ,
uzandı bağlar,
Sularda güzgütәk özümә baxdım.
Sanki pıçıldadı mәnә dalğalar:
“Ağac әkәcәkdim, bağ salacaqdım...”
“Ağac әkәcәkdim, bağ salacaqdım...”

Son vaxtlar öz-özünә şeir deyirdi. Şeirdә Şuşanın, Meydanın, Qırxqızın, Dәlidağın, İsa
bulağının, Kirs dağının adını çәkirdi. “Sәn yaylaqlarımızdan, dağlarımızdan yazmırsan, ona görә
mәn yazıram...”- deyә zarafat edirdi. Bir dә bu misraları tez-tez xatırlayırdı:

Ömür keçdi, gün keçdi,
Cavan olmaram bir dә mәn.

Kitablarımdan birinin adını “Ömür keçdi, gün keçdi” qoydum. İstәdim ki, ilk vәrәqindә yazım
ki, “Atamın әziz xatirәsinә.” Tәәssüf ki, qoymadılar. Pozdular. Atam haqqında yazdığım şeirin
dә uzun illәr çapına icazә verilmәdi:

Əlimdә gül dәstәsi,
Gözlәrimdә dünyanın
Dәrdi-qәmi, qüssәsi...
Mәzarın da adidir,
Sәnin özünә oxşar.
Nә mәrmәrdәn başdaşın,
Nә dә bir abidәn var...
...Düşünürәm: dünyada
Bәzәn su da insanın
Canına od salarmış
Bir insan hәyatının
Adiliyi dә bәzәn
hәtta bir nәslin belә
Faciәsi olarmış!

Niyә rәis olmadın,
Niyә nazir olmadın?
Niyә böyüklәrlә sәn
Oturmadın, durmadın?
...Sәn niyә vәzifәdәn

                                               5
Vәzifәyә keçmәdin?
Özünә dost-tanışlar,
Arxadaşlar seçmәdin?
Nahaq seçmәdin, nahaq?.
Mәgәr bilmәdin bәzәn
Vәzifәylә ölçülür
İnsanlıq vә kişilik,
Mәrifәt vә qanacaq...

Atamın ömrünün son vaxtları mәnim aspirantura illәrimә, onun mәslәhәti ilә ailә qurduğum vә
ilk uşağın- Şamilin dünyaya gәldiyi günlәrә, әn başlıcası isә müdafiә etdikdәn sonra ağır
xәstәliyim vaxtına düşür. Ona görә dә heç bir kömәklik göstәrә bilmәdim. Yeri gәlmişkәn,
hәmin ağır günlәr haqqında, namizәdlik müdafiәsi әrәfәsindә, qışın qarlı-şaxtalı bir günündә
xәbәr gәldi ki, kişinin vәziyyәti çox ağırdır. Yolları qar basdığından avtobuslar işlәmirdi.
Birtәhәr Şamaxıya gәldim. Raykomun birinci katibi işlәyәn qohumum Rәşidin maşınını alıb yola
düşdüm. Dәfndә iştirak etdim. Bir neçә gün qalıb geri qayıtdım.

Müdafiәyә bir hәftә qalmış ürәyimdә şiddәtli ağrı başladı. Azәrbaycanda hamının “Loğman”
deyә çağırdığı yazıçıların hәkimi Veyisov gәldi. Baxdı, dәrman yazdı vә dedi: “Tәrpәnmәk
olmaz. Sakit uzanmalısan...” Hәr gün dә gәlib baş çәkirdi.

Vaxt yaxınlaşırdı. Universitetdәn zәng edir, gәlir, әhvalımdan xәbәr tuturdular. Müdafiәni başqa
vaxta keçirmәk istәyirdilәr, qoymadım. Müdafiә günü dedim paltarımı verin, geyinirәm. Dedilәr
olmaz. Rayondan gәlmiş qohumların, evdә ailә üzvlәrinin heç kimin sözünә baxmadım.
Geyindim, mәni taksiyә oturdub universitetә gәtirdilәr. Pillәkәnlәri necә çıxdım, allah bilir. Elmi
şura üzvlәri dilxor idilәr. Sәdr professor Əlövsәt Abdullayev (allah rәhmәt elәsin) başqa
mәsәlәlәri dayandırıb müdafiәyә başladı. Ürәk döyüntüsü nәfәs almağa belә aman vermirdi.

Elmi şura üzvlәrinin razılığı ilә çıxışımın mәtnini şair Xәlil Rza oxudu. Xәstә olduğum günlәrdә
tez-tez yanıma gәlirdi. Hәtta çıxışımın mәtninin hazırlanmasına da kömәk etmişdi. Müdafiә bir
tәhәr keçdi. Evә qayıtdım. Deyirlәr Veyisov eşidәndә ki, mәn ayağa qalxmışam iki әli ilә başını
tutub: “Evә salamat qayıtmayacaq.” Amma allahın kömәkliyi ilә qayıtdım.

Ancaq sәhәr Veyisovun tәkidi ilә mәni xәrәyә qoyub xәstәxanaya apardılar. Tәxminәn beş ay
xәstәxanada qaldım. Daha dәrmanın heç bir kömәyi olmadı. Ürәk döyünmәsini hәtta saymaq
belә mümkün olmurdu. Professor Cahangir Abdullayev bir dәfә Mәrdәkanda xәstәxanada mәnә
baxandan sonra dedi: “Köpәk oğlunun cavanlığı gör nә demәkdir ey. Yaşlı adam olsaydı, bu
döyüntüynәn ürәk çoxdan partlayardı...

 Bu uzun әhvalatdır. Tәfsilata varmaq istәmirәm. Ancaq onu deyirәm ki, beş ay xәstәxana
hәyatından sonra Veyisov mәnә dedi: “Famil, sәnin dәrdinin dәrmanı vәtәnin havasıdır. Dәrman
sәnә kar elәmir. Gәl sәn xәstәxanadan çıx, get әvvәl Ağdama, bir neçә gün qalandan sonra çıx
Şuşaya. Hәr şey düzәlәcәk. İstәyirsәn dilimdәn kağız verim.” Tәәccüblәndim: necә yәni Şuşa?
Ürәk xәstәliyi hara, Şuşa yüksәkliyi hara? Ancaq o mәni inandırdı. Hәqiqәtәn Şuşada iki ay
әrzindә hәr şey qaydasına düşdü. İndi bu cümlәlәri yazıram, yenidәn ürәyim ağrıyır. Axı bu gün
Ağdam da, Şuşa da düşmәn әlindәdir...

Belә bir vaxtda, açığını deyim ki, uşağa süd almağa belә pulumuz olmadığı bir zamanda mәn
ata-anaya necә kömәk edә bilәrdim? Hәlә o günlәrdә bu dәrdimin üstünә dәrd gәtirirdi. Bir az
babatlaşandan sonra ünvanı yazıb cibimә qoyurdum (hәr ehtimala qarşı bir şey olsa, bilsinlәr
kimәm) vә universitetә gedib-gәlirdim. Burada bir gün üzümә açıq dedilәr: “Sәnә işlәmәk
olmaz. Tәqaüd düzәltmәk lazımdır.” Bu söz mәni yenidәn dәrdә saldı. Ancaq özümdә cәsarәt

                                                 6
tapdım. Özümü sağaltdım. Universitetin rektoru Mehdi Əliyev (allah rәhmәt elәsin, ideal insan
idi) bütün 1965-ci ili işsiz qaldığımı eşidib mәni yanına çağırdı. Jurnalistika kafedrasına baş
laborant vәzifәsinә işә götürdü. Az sonra müәllim, baş müәllim... Doktorluq dissertasiyası da
yazdım. Şeir kitabları da çap etdirdim...

Mәn bu cümlәlәri atam qarşısında günahımı yumaq üçün yox, keçdiyim yolun bu dәhşәtli
günlәrini xatırlatmağı lazım bildim. Sonradan keçirdiyim iztirablar hamısı ürәyimdә misraya
çevrildi. Bir dә demәk istәyirәm: iradә yaman şeydir. İnsan prinsipiallıq göstәrsә, özündә cәsarәt
tapsa, hәtta ölümә dә qalib gәlә bilәr.

Anam haqqında. Anam Şövkәt Hәşim qızı Ağdamın Sarıhacılı ilә qonşu Əhmәdavar
kәndindәndir. Hacı Sadıq oğlu Hәşimin qızıdır. Babam dövlәtli olub. Su dәyirmanları bu son
vaxtlara kimi Kötәl çayı üstündә işlәyirdi. Kәnddә әn yaxşı ev babamgilin evi olub. İkimәrtәbәli.
Sütunlar üstündә. Dörd tәrәfi açıq eyvan. Binanın iki tәrәfindәn yuxarı qalxmağa daş pillәkanlar.

Hacı Sadıq babam da maarifpәrvәr adam olub. Oğlu Rüstәm Avropa tәhsili alıb. Hәşim babam
isә tәsәrrüfatla mәşğul olub. Rüstәmbәy çox savadlı imiş. Neçә xarici dil bilirmiş. hәtta deyilәnә
görә 20-ci ildә rus qoşunları Ağdama gәlib camaata ultimatum verәndә әhali adından irәli
sürülәn sәrt tәlәbәlәrlә Rüstәmbәy çıxış edib. Oğlanları Müzәffәr vә Kәrişә dә kәnarda tәhsil
aldırmışdır.

Sovet hökumәti gәlәndәn sonra babamın bütün var-dövlәtini, dәyirmanlarını әlindәn alırlar.
Anam o illәri belә xatırlayır: hökumәt adamları evimizi mühasirәyә aldılar. Əli silahlı otaqlara
doldular. Evdә nә vardısa әlәk-vәlәk elәdilәr. Yorğan-döşәklәri, yastıqları, mütәkkәlәri söküb
yununu, tükünü yerә tökdülәr. Qızıl axtarırdılar. Divarların bәzi yerlәrini dә uçurub yerә
tökdülәr. Evdә qiymәtli nә vardısa, hamısını arabalara doldurub apardılar. Atamı mәcbur etdilәr
ki, pambıq әksin. Necә eksin? Atı, malı, öküzü, kotanı, arabanı-hamısını әlindәn almışdılar. İş
görәnlәr dә qaçıb dağılmışdı. Etiraz elәdi, әkmәdi. Tutdular, iş kәsdilәr. Ştaba (Xan kәndi)
göndәrdilәr. Amma çox çәkmәdi ki, buraxdılar.

O vaxt Nәriman (böyük dayım) artıq Bakıda oxuyurdu. Ağdama gәldi. Ailәni yığıb Bakıya
apardı. Dedi “burda sizә gün-dirilik vermәyәcәklәr. Gözdәn uzaq olmaq lazımdır.” Bir neçә
ildәn sonra babam Bakıda vәfat edib. Öz vәsiyyәti ilә Ağdamda Qarağacı qәbiristanlığında dәfn
olunub.

Babamın evi o vaxtdan mәktәb olub. Yeri gәlmişkәn, deyim ki, mәn dә yeddinci sinfi babamın
evindә- hәmin mәktәbdә bitirmişәm. Uşaq olsam da o illәrdә, hәmin mәktәbә dәrsә gedib-
gәlәndә nәlәr çәkmişәm, allah bilir. Üstәlik, hiss edirdim ki, mәnә tәnә ilә baxanlar da var.
Bütün bunlar ürәyimdә qәzәb vә nifrәtә çevrilirdi. Hәtta bir dәfә dalaşdığımı bәhanә edib mәni
mәktәbdәn dә qovdular. Anamın işә qarışmağı ilә yenidәn bәrpa etdilәr.

Anam da atam kimi savadsız olub. Sәhhәti imkan verdikcә kolxozda işlәyib. Xәstә olanda
kolxozda onun әvәzinә biz işlәmişik: arx çәkmişik, xәndәk qazmışıq, ağac dibi bellәmişik, alaq
elәmişik vә s. Görünür, ata yurdunun dağıdılması ona bәrk tәsir etmişdi. Bunu tez-tez xatırlayır,
hәyәcanlanır, kövrәlirdi. Üstәlik dә Bakıda tәhsilli qardaşı çox cavanikәn vәfat etdi. Digәr
qardaşı Mәhәmmәd müharibә başlanan günü, hәlә 18 yaşı tamam olmamış könüllü orduya gedib.
Yalnız bircә mәktubu gәlib...

Anam lap bu son illәrә kimi qardaşlarının sәliqә ilә tәmiz ağa büküb sandıqda saxladığı
paltarlarını açıb qarşısına qoyar ağlayar, bayatı çağırar, ağı deyәr, özündәn gedәrdi. Daşlaşmış
әllәrini, barmaqlarını açıb, üz-gözünә, sinәsinә su sәpib güclә ayıldardılar. Çağırdığı
bayatılardan:

                                                 7
Şirvanın yastı yolu,
Sel gәldi, basdı yolu.
Gәlirdim sәni görәm, ay qardaş,
Əzrayıl kәsdi yolu.

Çәpәrә çәpәr oldu, gәl,
Çәpәrә quşlar doldu, gәl.
Beş aylıq gedәn, ay qardaş,
Beş ilin tamam oldu, gәl.

Anamla bağlı bu faktlar sonradan “Sәni gözlәyirәm” poemamın yaranmasına sәbәb oldu. Əri
cәbhәdә hәlak olmuş, ömrü boyu yol gözlәyәn Azәrbaycan qadınının sәdaqәt vә mәhәbbәti
burada әsas yer tutur:

Deyirәm çәpәrә çәpәr oldu, gәl,
Deyirәm çәpәrә quşlar doldu, gәl.
Üç aylıq sәfәrә ay gedәn oğlan,
Üç ilin, beş ilin tamam oldu, gәl.

Külәklәr bezikib izlәmәsә dә,
Gecәli-gündüzlü izlәrәm sәni.
Yarpaqlar tökülüb gözlәmәsә dә,
Gecәli-gündüzlü gözlәrәm sәni.

...Dәrdimi, sirrimi deyib dağlara,
Gözlәrәm sәni.
Saçlarım әlimdә baxıb yollara,
Gözlәrәm sәni.
Birini ağ hörüb, birini qara,
Gözlәrәm sәni.

Oxumağımızda anamın haqqı-sayı daha çoxdur. Hәr gün ağacı alıb әlinә, başımızın üstünü
kәsdirir: “Oxuyun” deyirdi. Müharibәnin ağır günlәrindә kәndin bütün uşaqları mәktәbdәn
çәkindilәr. Ancaq anam bizi qoymadı bir gün dә dәrsdәn qalaq. Hәtta tikә-tikә bölünәn çörәyin
özünә düşәnini bәzәn yemir, sәhәr heybәmizә qoyurdu ki, sinifdә çörәk yeyәnin әlinә baxmayaq.

Bu haqda mәn “Bәs o gün nә yedin sәn?” adlı şeirdә yazmışam. Atamın köhnә paltarlarını söküb
xalam Mәlәklә birlikdә bizә paltar tikirdi. Bizim tәhsilimizdә, xüsusәn ali tәhsilimizdә xalam
Mәlәk Hәşim qızının böyük haqqı olub. Allah ona min rәhmәt elәsin. Biz qardaşlar, hәtta
qohumlar tәlәbә vaxtı onun Mirzә Fәtәli döngәsi 7 nömrәli hәyәtdә darkeş otağında yaşayıb
oxumuşuq. Onun әn ucuz qiymәtә aldığı әtdәn bişirdiyi supu, küftә-bozbaşı yeyib yaşamışıq,
oxumuşuq.

Mәn bu cümlәlәri yaza-yaza qonşu otaqda anamın “ay allah”, “öldüm, allah”, “ah-uf” fәryadını
eşidirәm. Bir yandan yaş, bir yandan da xәstәlik. Heç nә ona kömәk etmir: nә hәkimin mәslәhәti,
nә gәlini Ofelya Qara qızının, nәvәlәri Yeganә vә Nәrimanın yastığının yanında dayanmaları, nә
dә mәnim tәskinlikverici sözlәrim. Tez-tez Qarabağı xatırlayır. Nә demәk istәdiyini başa
düşürәm. Ağır dәrddir: ana ağır xәstә, vәtәn, qәbiristanlığımız düşmәn әlindә.

Əslindә yuxarıda yazdıqlarım ata-anamdan çox özümә aiddir. Mәnim kimliyim, nә karәliyim
haqqında çox söz deyir. Şeirimin mayasının haradan gәldiyini, fikir vә duyğularımın, hisslәrimin

                                               8
necә yaranıb-formalaşdığını müәyyәn dәrәcәdә açıb göstәrir. İndi dә özüm vә mühitimin
tәrәflәri haqqında bir qәdәr әtraflı danışmaq istәyirәm.

Yuxarıda qeyd etdiyim kimi yeddinci sinfi Əhmәdavar kәnd mәktәbindә bitirib Ağdam Pedaqoji
Mәktәbinә daxil oldum. Bu mәktәbdә aldığım tәhsil, savad, bilik, mәlumat mәnim taleyimdә
hәlledici rol oynadı. Oradakı polad intizamı, pedaqoji qayda-qanunu sonralar heç yerdә
görmәdim. Kәnd mәktәbindә Müzәffәr Kәrimovun ciddiliyi, prinsipiallığı, tәlәbkarlığı çox
xoşuma gәlirdi.

Yadımdadır, bir dәfә tarix dәrsinә hazırlaşa bilmәmişdim. Neft olmadığından lampamız
yanmadı, işıqsız qalmışdıq. Sәhәr mәktәbә gedәndә evin taxtapüştünә çıxdım. Yekә bir şirin nar
götürdüm. Heybәmә qoyub mәktәbә apardım. Müzәffәr müәllim sinfә girәn kimi aparıb stolun
üstünә qoydum. Gözlәdiyimin tam әksi oldu. Jurnalda adları oxuyan kimi mәnә üz tutdu:- gәl
dәrsi danış,- dedi. Ayağa qalxıb başımı aşağı saldım:- Bilmirәm.- dedim. Qapını açıb narı
kolların arasına fırqıtdı... Maraqlı insan idi. İndi dә yaşayır.

Pedaqoji mәktәbdә isә әsl ziyalı, tәlәbәlәrlә sәmimi ünsiyyәt yaradan alicәnab müәllimlәrә rast
gәldim. Ağsaqqallar İdris Əlimirzәyev, Kәrrar Mikayılov, Hacı Hacızadә, Əmir Əmirli, İsmayıl
Ağayev, Süleyman Mәmmәdov, daha sonra Nәriman Qәhrәmanov, Hüseyn Əliyev, Əbdülәhәd
müәllim, Alı vә Nuriyyә Rәhimovlar, Mahmud Çolakov. Bunlar hәqiqәtәn ziyalı idi. Bütün
tәlәbәlәrә öz övladları kimi baxırdılar.

Onların sırasında Kübra Əliyevanı ayrıca qeyd etmәk istәyirәm. Kübra müәllimә onlara nisbәtәn
çox cavan idi. Sözün hәqiqi mәnasında mәnә analıq, bacılıq edibdir. Allah, necә dә nәcib,
hәssas, qayğıkeş insan idi. Azәrbaycan dilindәn dәrs deyirdi. Tәdris hissә müdiri idi. Mәni dә
yanında işә götürmüşdü. Yadımdadır, bir dәfә bir dәstә bәnövşә yığdım. Sәhәr-sәhәr üstünә әtir
çilәyib mәktәbә gәtirdim, sevimli müәllimimә verdim. Tәşәkkür etdi, iylәyәn kimi dedi:
“Unutma ki, Qarabağ bәnövşәlәrinin iyi dünyanın әn gözәl әtrinin iyindәn dә gözәldir.”

Bir dәfә xәstәlәnmişdi. Evlәrinә baş çәkmәyә getdim. Evlәrindә mәndәn soruşdular: “Bacın
varmı?” Dedim: “Yox.” Cavabımı eşidib pәrt oldu vә dedi: “Bunu sәnә heç bağışlamıram.”
Demәk istәyirdi ki, bәs mәn kimәm, bacın deyilәm? Mәlum oldu ki, çaynikdә cәmi bir stәkan
çay var. Əlavә stәkan gәtirtdi, yarı bölüb mәnә verdi. Etiraz etdim. “Sәn içmәsәn, mәn dә
içmәyәcәyәm” dedi. Əfsus ki, belә insanlar dünyada az-az olur.

Mәndә әdәbiyyata, sәnәtә marağa qol-qanad verәn dә әziz Kübra müәllimim oldu. İlk şeirlәrimi
ona oxuyurdum. Rayon qәzetinin redaktoru Rasim Quliyevә zәng etdi. Gedib tanış oldum. İlk
şeirimi qәzetdә dәrc etdi. Sәn demә Kübra müәllimә o vaxt çox savadlı, mәdәniyyәtli ziyalı
Rasim Quliyevlә tәzәcә-tәzәcә sevişirmişlәr. Kübra müәllim sonralar bunu mәnә necә dә abırlı-
hәyalı bir şәkildә, dolayısı yollarla bildirmişdi. Allah onlara rәhmәt elәsin. Dünyadan tez
köçdülәr. Ancaq çox yaxşı övladları var...

Pedaqoji mәktәbdә komsomol-komitәsinin katibi seçildim. Rayonun ictimai hәyatında iştirak
etdim. Kommunist Partiyası sıralarına qәbul olundum. O vaxt partiyaya çox böyük inamım vardı.
Stalinin ölümü bütün dünyanı sarsıtmışdı. Rayon yas tutub ağlayırdı. Qәzetlәrdәn oxuyurdum ki,
bütün dünya Stalinә yas saxlayır. Hәtta Yunanıstanlı bir ana öz körpәsinin venasını kәsib qanını
köynәyinә boyayıb Moskvaya göndәrmişdi ki, Stalinә sonsuz mәhәbbәt nümunәsi kimi muzeydә
saxlasınlar. Hәlә o vaxt pәrәstişin, filanın nә olduğunu bilmirdim. Pedaqoji texnikumu fәrqlәnmә
diplomu ilә bitirib 1953-cü ildә Azәrbaycan Dövlәt Universiteti filologiya fakültәsinin
jurnalistika şöbәsinә daxil oldum.



                                               9
Universitet illәrindә demәk olar ki, tamam başqa bir mühitә düşdüm. Əvvәla, universitetin
qaynar hәyatı, tәdris, mәdәni-kütlәvi tәdbirlәr, görüşlәr çox maraqlı idi. Orta mәktәbdә
dәrsliklәrini, kitablarını, hәmçinin bәdii әsәrlәrini, әdәbi-tәnqidi mәqalәlәrini oxuduğumuz Mir
Cәlal, Hәmid Araslı, Cәfәr Xәndan, Əli Sultanlı, Mәmmәd Arif, Muxtar Hüseynzadә, Cәfәr
Cәfәrov, Hadi Mirzәzadә, Sәlim Cәfәrov, Feyzulla Qasımzadә, Pәnah Xәlilov vә başqaları elә
ilk günlәrdәn bizә dәrs dedilәr. Dәrslәrimiz bәzәn istәr-istәmәz şeir-sәnәt haqda söhbәtlәrә,
müzakirәlәrә çevrilirdi.

Onlar bizә “Kitabi Dәdә Qorqud”u, Nizamini, Füzulini, M.F.Axundovu, Vaqifi, Zakiri,
Şirvanini, dünya klassiklәrini öyrәdirdilәr. Bizi özümüz dә hiss etmәdәn müasir әdәbi proseslә
qaynayıb-qarışdırırdılar. Bәxtiyar Vahabzadә Yusif Şirvanla birlikdә әdәbiyyat dәrnәyimizә
rәhbәrlik edirdilәr. İlk şeirlәr, hekayәlәr burada oxunur, sonra bir çoxu qәzet vә jurnallarda dәrc
edilirdi. Mәnim dә ikinci kursda oxuyarkәn “Düymә” şeirim “Azәrbaycan pioneri” vә “ana”
şeirim “Ədәbiyyat vә incәsәnәt” qәzetlәrindә dәrc olundu. Bir gün anamın anası Ağça nәnәm
evdә asәbilәşdi, “Daha göz dә qalmayıb”- dedi,- al bu iynәni sapla.” Alıb iynәni sapladım.
Üzündә bir işıq hiss etdim. Dәrhal “Ana” şeirinin mövzusu mәndә yarandı. Elә hәmin gün da
yazdım:

Saplaya bilmәdi iynәni ana,
Kәdәrsiz qәlbindәn bir kәdәr keçdi.
Sanki qocalığı o heç bir zaman
Əsla indikitәk hiss etmәmişdi.

Çağırıb saplatdı onu oğluna,
Bir şadlıq yarandı yenә üzündә.
Çünki itirdiyi işığı ana
Doğma balasının tapdı gözündә.

Bu şeiri tribunadan ilk tәriflәyәn “Ədәbiyyat” qәzetinin baş redaktoru Süleyman Rüstәm oldu.
Sәmәd Vurğun da onu müdafiә etdi. Sonralar gәnc yazıçıların respublika müşavirәsindә
mәruzәsindә yazıçı Mir Cәlal bu şeiri böyük bir poemaya bәrabәr әsәr adlandırdı.
Bu şeirlә bağlı maraqlı bir faktı da qeyd etmәk istәyirәm: Şeirin qonorarını almağa utanırdım.
Gәnc şair Arif Cәfәrә bu haqda fikrimi bildirәndә dedi:- Vәkalәtnamә yaz, dekanlıqda tәsdiq
elәtdir, mәn gedib alım. Amma bir şәrtlә: nә qәdәr qonorar alacağını mәnә de. Alıb gәtirib
verim. Artığına gedib pivә içәk. Fikirlәşdim ki, 8 misralıq şeirә lap çox yazılsa 100 manat
yazılar. Elә o qәdәr dә dedim. Yazıçılar İttifaqına yollandıq. Mәn küçәdә gözlәdim, Arif gedib
pulu aldı vә qayıtdı. Gülә-gülә dedi:

- Bax, sözümüz sözdü ha.

Dedim: - Sözümün üstündә dururam.

Dedi 240 manat yazıblar. Mәn tәәccüb qaldım: 8 misra şeirә 240 manat! Şәrtimizә әmәl etdim.
Sonra Süleyman Rüstәm şeiri tribunadan tәriflәyәndә bu faktı da qeyd etdi ki, şeir çox xoşuma
gәldiyindәn ona hәlә heç kimә yazılmayan yüksәk qonorar yazdım.

Universitetdә tez-tez maraqlı görüşlәr, disputlar, müzakirәlәr keçirilirdi. Bu tәdbirlәrdә biz ilk
dәfә Sәmәd Vurğun, Süleyman Rüstәm, Rәsul Rza, Mәmmәd Rahim, Süleyman Rәhimov, Əli
Vәliyev, İlyas Əfәndiyev, Nazim Hikmәt, Aleksandr Fadeyev, Mirzә Tursunzadә vә başqaları ilә
görüşdük. Onları dinlәdik. Qarşılarında çıxış edib şeirlәrimizi oxuduq.



                                                 10
1955-ci ildә “Uşaqgәncnәşr” “Gәncliyin sәsi” adlı şeir vә hekayәlәrdәn ibarәt әsәrlәrimizi nәşr
etdi. Bir az sonra 1957-ci ildә universitetin nәşriyyatında Bәxtiyar Vahabzadә vә Yusif Şirvanın
redaktorluğu ilә “Gәncliknәğmәlәri” almanaxımız nәşr olundu. Hәqiqәt naminә deyim ki, bu şeir
vә hekayәlәri toplamaq yükü mәnim boynuma düşmüşdü.

Şeirlәrim müntәzәm olaraq qәzet-jurnallarda dәrc edilir, haqqında xoş sözlәr eşidirdim.
Qәlәmimi poema janrında sınamağa başladım. “Gәnclik eşqi” poemam “Azәrbaycan” jurnalında
dәrc olundu. Redaktor Əli Vәliyev idi. Redkollegiyada oxudum, bәyәnildi. Dәrc edildi. Yaradıcı
gәnclәrin birinci festivalı әrәfәsindә konkurs keçirildi. Konkursa gizli imza ilә üç şeir
göndәrdim. Bir gün küçәmizdә şair Zeynal Cabbarzadәyә rast gәldim. Mәni tәbrik edib dedi ki,
şeir üzrә festivalın laureatı sәn oldun. Bu barәdә qәzetlәrdә mәlumat verildi.

Sonra “Sәni gözlәyirәm” poemam çap olundu. Mәni әn çox tanıdan bu poema oldu. Ancaq
asanlıqla çap olunmadı. “Azәrbaycan” jurnalında poemanı jurnalın redaksiya heyәti üzvü
Bәxtiyar Vahabzadәyә rәyә vermişlәrmiş; oxuyub әla rәy yazıb. Sonra mәni görüb tәbrik etdi.
Hәlә çap olunmamışdan hәr yerdә poemadan danışdı. Ancaq ikinci rәyçi hörmәtli bir şair mәnfi
rәy yazmışdı. Əsas iradı da bu idi ki, “qadın niyә uzun illәr oturub әrinin yolunu gözlәyir? Niyә
әrә getmir? Niyә yollara göz dikә-dikә saçlarını ağardır?” Əlbәttә, şair öz fikrindә tәk qaldı heç,
kim onu müdafiә etmәdi. Əksinә, dedilәr ki, poema qәhrәmanı olan bu sәdaqәtli qadına heykәl
ucaltmaq lazımdır.

Tәlәbәlik illәrimizdә baş verәn böyük bir hadisәni xüsusilә qeyd etmәk istәyirәm. Bu şәxsiyyәtә
pәrәstişin tәnqididir. Mәn şәxsiyyәtә pәrәstişin dәhşәtlәrini Bakı mühitindә daha tez dәrk etdim.
Tәlәbә yoldaşım Cәfәr Cabbarlı nәslindәn olan yazıçı Gündüzlә ilk gündәn dostlaşmışdıq. Atası
nәcib insan Şәmsәddin Abbasov yazıçılıqla yanaşı hәm dә Opera Teatrının direktoru olmuş,

“Azәrnәşr”dә mәsul işdә işlәmişdir. Müşfiq tutularkәn (onlar hәm dә qohum idilәr) çapa
hazırlanan “Duyğular” kitabını redaktә olunmuş formada götürüb gizlәtmişdi. Tez-tez hәmin
şeirlәrdәn bizә oxuyur, Hüseyn Cavidin, Müşfiqin, Seyid Hüseynin, Əhmәd Cavadın vә
başqalarının günahsız güllәlәnmәsindәn danışırdı. Mәn indi başa düşürdüm ki, atam yalnız
keçmişdә var-dövlәt sahibi olduqlarına görә yox, azad fikrin, düşüncәnin olmamasından,
haqsızlıqdan, әdalәtsizlikdәn qorxurmuş. Günahsız güllәlәnәnlәrdәn qorxurmuş, yaxın
qohumlarından da tutulanlar vardı.

Bir hadisә heç yadımdan çıxmır. Ağdam rayon komsomol komitәsi bürosunun iclası gedirdi.
Mәktәblilәri komsomola keçirmәyә gәtirmişdilәr. Arıq bir qızın otağa girmәsi ilә pıçıltıların
başlanması bir oldu. Qız isә dayanıb hamıya göz qoyurdu. Qәribә gәrginlik yaranmışdı. Nә qıza
sual verәn vardı, nә dә qәbul olunması haqqında fikir deyәn. Qız birdәn titrәyib әsdi. Ağladı, nә
ağladı: “Bilirәm niyә mәni komsomola keçirmirsiniz- dedi. Ona görә ki, mәnim atam xalq
düşmәni olub. Mәn atama nifrәt edirәm.” Dedi vә yıxılıb ürәyi getdi. Güclә ayağa qaldırdılar...

Belә bir mühitdә adamların haqsız tutulmasına o qәdәr dә inanmırdıq. Ancaq Bakı mühitindә
hadisәlәrlә yaxından tanışlıq bizdә, o cümlәdәn mәndә heç bir şәkk-şübhә yeri qoymadı. Hәtta
Bakıda maraqlanıb öyrәndim ki, hәmin o qızın atası da vәtәnә, xalqa çox sәdaqәtli insan imiş.
Günahsız repressiyalar qurbanı olub. Ona görә dә şәxsiyyәtә pәrәstişin tәnqidi ürәyimizdәn oldu.
Doğrudur, Stalini birdәn-birә ürәkdәn çıxarmaq da çәtin, bәlkә heç mümkün dә deyildi. Ancaq
hiss edirdik ki, zülmün buzu qırılıb. Qara buludlar dağılır, özümüz-özümüzlә vuruşurduq. Stalini
müdafiә edir, hәm dә qәrara ürәkdәn tәrәfdar olurduq, yeni-yeni faktlar üzә çıxdıqca qәrarı tam
müdafiә etmәyә başladıq.

Bu vә daha digәr sәbәblәrә görә o vaxt biz orqanların diqqәt mәrkәzindә idik. Tez-tez bizi,
xüsusilә mәni komsomol komitәsinә, partkoma çağırıb “başıma ağıl qoyurdular.” Salam

                                                 11
Qәdirzadәnin “Gәnclik” povestinin universitetdә müzakirәsi zamanı rus yazıçılarını süni surәtdә
tәriflәyәnlәrin әleyhinә çıxış etdim. Ümumiyyәtlә, hәr şeydә Rusiyanı nümunә göstәrmәyin
zәrәrini göstәrdim. Bu mövzuda sәrt fikirlәrimi bildirdim. Sәhәrisi günü komsomol komitәsinә
çağrıldım. Hiss etdim ki, onların dediklәri iradlar öz sözlәri deyil. Yaxud indiki Şәhriyar
klubunda S.Rüstәmin yubileyindә çıxış etdim. Şeir oxumazdan qabaq bir-iki kәlmә danışmağı
vacib bildim. Sәhәri gün komsomolun katibi Elmira Qafarova (allah rәhmәt elәsin, yaxşı insan-
vәtәndaş idi) mәni çağırtdırıb, öz sözüylә desәk, bir qardaş kimi bәzi mәslәhәtlәrini bildirdi.
Şәxsiyyәtә pәrәstişin tәnqidi günlәrindә fәlsәfә dәrsindә müәllim Əlizadә Xruşşovun adını
çәkәndә otaqda bәrk gülüş qopdu. Müәllim partkoma şikayәt etdi. Ziyançıların
cәzalandırılmasını tәlәb etdi. Mәni partkoma, sonra isә Bakı şәhәr partiya komitәsinә çağırdılar.
Gülәnlәrin kimliyi ilә maraqlandılar. Mәn bu siyasi ittihamları rәdd etdim. Dedim tәlәbәlәr
müәllimin sәsinin tonuna, savadsızlığına gülüblәr. Müәllimin özünü universitetdәn çıxartdılar.

Bir dәfә dәnizkәnarı bulvarda ona rast gәldim. Tәk-tәnha gәzirdi. Salam verdim. Salamımı alıb
istehza ilә üzümә baxdı: “Hәqiqәt axtarıram” dedi. Tәlәbә yoldaşlarım indi görkәmli
әdәbiyyatşünas alimlәr, yazıçılar, jurnalistlәr Yaşar Qarayev, Tofiq Hacıyev, Hüseyn Kürdoğlu,
Tofiq Rüstәmov, Şamil Salmanov vә başqaları şahiddirlәr ki, biz o vaxt çox fәal idik,
universitetin siyasi hәyatına demokratik ton verirdik. Geniş oxucu gәnclәr arasında müәyyәn
hörmәtimiz vardı. Görüşlәrdә şeir vә poemalarımızı әzbәr deyirdilәr. Fikirlәrimizә,
ideyalarımıza tam tәrәfdar çıxırdılar.

Şәxsiyyәtә pәrәstişin tәnqidindәn sonra cәmiyyәtdә qәribә bir azadlıq külәyi әsmәyә başladı.
Əsmәyi ilә qarşısının alınması bir oldu. Bir qәdәr qeyri-tәvazökarlıq olsa da demәliyәm ki, bu
mövzuya “Ala dana”, “Qızıl gül olmayaydı” müәllifi Rәsul Rzadan sonra (bәlkә dә eyni vaxtda,
ancaq gec üzә çıxara bildim) mәn girişdim. “Ömür tәzәlәnir” adlı poemamı yazdım. Bu
poemanın da yazılma tarixi real faktla bağlıdır.

Bir gün dәrsdәn evә gәlәndә üz-gözünü tük basmış, gözlәri çuxura düşmüş, saçları xeyli ağarmış
bir kişinin nәnәmlә, xalamla üzbәüz oturub uşaq kimi ağladığını gördüm. Mәlum oldu ki, bu kişi
mәnim anamın әmisi oğlu Kәrişdir. Vaxtilә Bәrdәdәn әsgәr gedib. Vuruşub, әsir düşüb.
Əsirlikdәn qayıdandan sonra ona heç yerdә iş vermәyiblәr. “Əsir olmusan” deyә Sibirә sürgün
ediblәr. Neçә il İrkutskidәn xeyli aralı qızıl mәdәnlәrindә işlәdiblәr. Min bir mәşәqqәtlә mәşhur
qәrardan sonra Bakıya qayıdıb. Söhbәt әsnasında o da mәlum oldu ki, Kәriş dayım әsirlikdә
Yuqoslaviyada, İtaliyada müqavimәt hәrәkatında iştirak edib. Ancaq nә faydası! İkinci dәfә dә
vәtәn onu soyuq qarşılayıb. Yenә dә süründürmәçilik. Get-gәl. “İş yoxdur”lar. İndi qәrara gәlib
ki, vәtәni әbәdi tәrk etsin, Sibirә qayıtsın. Bu hadisә mәni sarsıtdı. Onu aylarla unuda bilmәdim.

Nәhayәt, “Ömür tәzәlәnir” poemamı yazmağa başladım. Göz yaşlarımla yazdığım bu әsәri
tәxminәn bir ilә başa çatdırdım. Kimә oxudumsa dedilәr qatla qoy sandığa. Mәnsә sandığa
qoymadım, apardım verdim “Azәrbaycan” jurnalına. İki-üç aydan sonra gedib soruşdum. Dedilәr
poema itib. Yenidәn yazdırıb apardım. 4-5 aydan sonra yenә dedilәr itibdir. Yenidәn yazdırıb
apardım. Yazıçılar mәni başa saldılar ki, qәsdәn “itiriblәr.” Orqanlara göndәriblәr. Bu minvalla
poema redaksiyada iki il “itdi.”

Hәmin әrәfәdә Moskvada gәnc yazıçıların yaradıcılıqında nә bilim, nә “izm” әleyhinә bir qәrar
çıxdı. Bu qәrar Mehdi Hüseynin rәhbәrliyi altında Azәrbaycan Yazıçılar İttifaqında müzakirә
olunarkәn jurnalın mәsul әmәkdaşlarından biri çıxış edib mәni hәmin “izm”dә tәqsirlәndirdi.
Hәtta belә bir ifadә dә işlәtdi ki, Famil Mehdi fahişә qadınlar haqqında poema yazıb, bizim
tәnqidimizlә heç cür razılaşmır. Mәn çox әsәbi çıxış etdim. Hәmin şәxsin layiqli cavabını
verdim. Mәnim çıxışımdan sonra mәsәlәnin tündlәşmәsinә yol verilmәdi. Ancaq poemanı geri
götürmәdim. Əksinә, çap olunmasını tәlәb etdim. Bu minvalla bir neçә ay da gәlib keçdi. Bir gün
“Bakı” qәzetindә iş yerimdә oturmuşdum. Telefon zәng çaldı, götürdüm. Danışan iş yoldaşım

                                                12
şair Cabir Novruz idi. Dedi: Famil indicә “Nizami” kinoteatrında bir tәzә filmә baxıb çıxıram.
Adı “Çistoye nebo”dur. Sәnin poemanın mövzusundadır. Yәqin bundan sonra poemanı heç cür
çap etmәyәcәklәr. Deyәcәklәr ki, hәmin filmi tәkrar etmisәn. İstәdim gedib hәmin filmә baxım.
Ancaq getmәdim. Bu günә qәdәr dә onu görmәmişәm. Hәm sevindim, hәm yenidәn dilxor
oldum. Qanım qaraldı.

Bu әrәfәdә yazıçı Əbülhәsәni “Azәrbaycan” jurnalına redaktor qoydular. İndi dә ona müraciәt
etmәyә başladım. Söz verdi ki, poemanı oxuyaram, sonra fikrimi deyәrәm. Bir neçә gündәn
sonra çağırıb dedi: “Əzizim, poemanı çap edә bilmәyәcәyik. Fahişә arvadlar indi yoxdur,
qabaqlar vardı. Olsa da onların haqqında poema yazmazlar”.

Mәn dәrhal hiss etdim ki, Əbülhәsәn poemanı oxumayıb. Başqasının dediklәrini, artıq eşitdiyim
fikirlәri olduğu kimi tәkrar edir. Dedim: “Əbülhәsәn müәllim, Sizi o ağ saqqalınıza
bağışlayıram. Ağsaqqala hörmәtsizlik mәnim tәbiәtimә yaddır. Olmazdımı ki, poemanı oxuyub
öz fikrinizi deyәydiniz. Başqasının qәrәzli fikirlәrini tәkrar etmәyәydiniz?” Tutuldu, pis
vәziyyәtdә qaldı vә dedi: “Yaxşı mәnә üç-dörd gün vaxt ver, poemanı oxuyum.” Sonra
danışarıq.

Üç-dörd gündәn sonra özü mәni çağırtdırdı: “Əzizim, keçәn dәfә dediklәrimin üstündәn xәtt
çәkirәm. Əsәr xoşuma gәlib. Yaxşı, cәsarәtli poemadır. Amma dil qüsurları var. Sәmәd Vurğun
dili korlayıb, şeirә lazımsız “da”, “dә” gәtirib. Sәn dә o yolla getmisәn. “Hәsәn dә, Mәmmәd dә
sıramızdadır” demәk lazım deyil. Demәk lazımdır ki, Hәsәn, Mәmmәd sıramızdadır.”” Qәribә
fikir idi. Ancaq bir söz demәdim. Əlyazmamı götürdüm. “Çalışaram qeydlәrinizi düzәldim”
dedim.

Belәliklә, jurnalda poema çap olundu, yaxşı rәy doğurdu. Mehdi Hüseyndәn mәktub aldım.
Poemanın radioda sәhnәlәşdirilmiş formasına qulaq asmış vә bәyәndiyini bildirmiş, xoş sözlәr
söylәmişdi: “Əzizim Famil! Bu yay günündә Buzovna qayaları üstündә oturub möhtәrәm
aktyorumuz Əlәsgәr Əlәkbәrovla balıq tutarkәn radioqәbuledicini işә saldıq. Sәhnәlәşdirilmiş
poeziya әsәri verilirdi. Elә ilk dәqiqәdәn diqqәtimizi cәlb etdi. Görәsәn kimin әsәridir? Hәrәmiz
bir neçә şairin adını çәkdik. Hәm dә güman etdiyimiz görkәmli şairlәrin. Lakin diqqәtlә qulaq
asıb axıra kimi gözlәmәli olduq. Axırda bilәndә ki, poema görkәmli şairlәrin deyil, sәnin – cavan
bir şairin qәlәmindәn çıxmışdır, ikiqat sevindik. Hәr ikimiz sәni alqışladıq... Hörmәtlә, Mehdi
Hüseyn”.

Poemalar haqqında müşavirәdә hörmәt bәslәdiyim tәnqidçilәrdәn biri dә poemanı çox
tәriflәmişdi. Başqa görkәmli müәlliflәrin poemaları haqqında isә xeyli tәnqidi qeydlәrini
bildirmişdi. Mәruzә sonralar ixtisarla “Ulduz” jurnalında dәrc olunanda gözlәrimә inanmadım.
Tribunada tәnqid etdiklәri poemaları tәriflәyirdi. Mәnim poemam haqda da tәrifli sözlәri qalırdı.
Ancaq bәzi tәnqidi qeydlәr dә söylәmişdi. Halbuki bunlar mәruzәdә deyilmәmişdi. Oxudum.
Gözlәrimә inanmadım. Dilxor olsam da, fikir vermәdim.

Bir gün tәnqidçi qarşıma çıxdı. Heç ağzımı açmağa qoymadı. Dedi: “Famil, sәndәn üzr
istәyirәm. Pula ehtiyacım vardı. Mәruzәni çap etdirmәk istәdim. Redaktor dedi ki, o adamların
haqqında tәnqidi çıxarmalısan. Mәn onların qabağında dayana bilmәrәm. Ancaq elә et ki, mәqalә
tәrifdәn dә ibarәt olmasın. Fikirlәşdim: bәs kimi tәnqid edim? Gücüm sәnә çatdı. Bunu ehtiyac
üzündәn elәmişәm. Mәni bağışla”.

Sәmimi etirafı xoşuma gәldi. “Canın sağ olsun” dedim. Belә şeylәr yaradıcılıq alәmindә tez-tez
olub vә olur.



                                               13
Hәlә bundan bir neçә hәftә әvvәl şair Osman Sarıvәlli mәnә Yazıçılar İttifaqında dedi ki, sәni
Mehdi Hüseyn görmәk istәyir. Gedәk Mehdinin otağına. Getdik. Mehdi Hüseyn dedi ki, “Drujba
narodov” jurnalı bir cavan azәrbaycanlı şairin şeirini dәrc etmәk istәyir. Osman da, mәn dә sәni
mәslәhәt bilmişik. Tez get dörd-beş şeirini götür gәl. Gedib gәtirdim. Tәcili tәrcümә etdirib
Moskvaya göndәrdilәr. Bir neçә hәftәdәn sonra görkәmli rus şairi Yaroslav Smelyakovdan
teleqram aldım: “Tәbrik edirәm, şeirlәriniz bәyәnildi. Vladimir Sokolovun tәrcümәsindә
jurnalımızın dördüncü nömrәsindә dәrc edilәcәkdir.” Doğrudan da dәrc edildi. Belәliklә
şeirlәrim başqa dillәrә dә tәrcümә olunmağa başladı.

“Sevәndәn bәri” adlı ilk kitabım çox kiçik hәcmdә 1961-cı ildә “Uşaqgәncnәşr” tәrәfindәn nәşr
edildi. Bu haqda mәn nәşriyyata müraciәt etmәmişdim. Bir gün Nizami muzeyinin yanında
nәşriyyatın baş redaktoru tәrcümәçi-jurnalist Hacı Hacıyevә rast gәldim. Mәnә dedi:- Bәs sәn
hardasan, gәlib çıxmırsan, il qurtarır?” Cavab verdim: “Hara gәlmәliyәm, nә üçün gәlmәliyәm?”
Dedi: “Bәs bilmirsәn ki, sәnin ilk kitabını özünün әrizәn olmadan plana salmışıq?” Tәşәkkür
edib bildirdim ki, birinci dәfәdir ki eşidirәm. Şeirlәrimi toplayıb gәtirәrәm. Apardım. Redaksiya
heyәtinin iclasını çağırdılar. Şeirlәri oxumağa başladım. 3-4-nü oxumuşdum ki, dedilәr bәsdir.
Mirvarid Dilbazi, Mikayıl Rzaquluzadә, Hacı Hacıyev şeirlәri tәriflәdilәr. Qәrar qәbul etdilәr ki,
kitab nәşr olunsun. Belәliklә dә ilk kitabım nәşr edildi.

İlk kitabı nә ilә müqayisә etmәk olar? İlk mәhәbbәtlәmi? İlk körpәnin dünyaya gәlmәsi, yaxud
ilk böyük qәlәbә ilәmi? Deyә bilmәrәm. Ancaq mәnim sevincimin ömrü çox qısa oldu. Kitabı
alıb vәrәqlәyәndә elә bil mәni ildırım vurdu. Ən çox sevdiyim, demәk olar ki, jurnalda dәrc
olunandan sonra çoxlarının әzbәrlәdiyi “Sәni gözlәyirәm” poemam kitabda fәsillәri bir-birinә
qarışıb, baş-ayaq düşmüş şәkildә getmişdi. Qanı qara vәziyyәtdә nәşriyyata gәldim. Orda da
dilxor oldular. Dedilәr ki, mütlәq düzәldilib yenidәn nәşr olunmalı, tәqsirkar cәzalandırılmalıdır.
Ancaq bu vәd yerinә yetirilmәdi. İlk kitab qüsurlu şәkildә nәşr olundu.

Sonrakı illәrdә vaxtaşırı aşağıdakı kitablarım nәşr edildi: “Sadә sәtirlәr” (1961), “Mәnim
ulduzlarım” (1964), “Ünvanım dәyişir” (1966), “Ömürdәn sәhifәlәr” (1970), “Qarabağ şikәstәsi”
(1970), “Prostıye stroki” (Moskva, 1972), “İllәr vә talelәr” (1974), “İnsan unudulmur” (1976),
“Sәni gözlәyirәm” (1978), “Anam elә bilir” (1979), “Sedmoy kontinent” (Moskva, 1979),
“Tәbriz xalısı” (1981), “Ömür keçir, gün keçir” (1983), “Borc” (1984), “Çelovek ne zabıt”
(Moskva, 1984), “Əyilmә, dünyam” (1985), “Поиск истины” (1987), “Seçilmiş әsәrlәr” (1989),
“Əllidәn sonra” (1993).

Mәnim bütün şeir vә poemalarımın mövzusu real hәyatdan, şәxsәn görüb duyduğum, iştirakçısı
olduğum fakt vә hadisәlәrdәn gәlir. Heç bir uydurma hadisәni qәlәmә almamışam. Buna görә dә
hәtta yuxarılarda çoxları özlәrini o şeirlәrdә, poemalarda görürdülәr. Ciddi müqavimәtlәrә rast
gәlmәyimin әsas sәbәblәrindәn biri dә budur. “Şair ürәkli qәhrәman”, “Ağ xalatlı gecә”, “İllәr vә
talelәr”, “Xatın harayı”, “İndira Qandi, bakılı qız vә kukla”, “Əbәdiyyәt qarı” poemalarımın da
әsasında real hәyati faktlar dayanır. Bunları necә obrazlaşdıra, ümumilәşdirә bilmişәm, bu başqa
mәsәlәdir.

Özümü müdafiә etmәk, sığortalamaq, iz itirmәk mәqsәdilә yazdığım şeirlәr (belә şeirlәri
barmaqla saymaq olar) istisna olmaqla bütün şeir vә poemalarım böyük müqavimәtlәrә rast
gәlib. Bu mәnada yaşıdlarım içindә bәlkә dә mәnim qәdәr әzab-әziyyәt çәkәn, mәnәvi zәrbәlәr
görәn ikinci bir müәllif olmayıb. Bu, ayrıca bir söhbәtin mövzusudur. Ancaq hәlәlik onu
demәklә kifayәtlәnirәm ki, şeirlәrim dәrc olunarkәn әn yaxşı misralarım, mәni hәmin şeirlәri
yazmağa mәcbur edәn misralarım ixtisar olunub, dәyişdirilib. Bәzәn bir neçәsini dava-dalaşla
mәtbәәdә bәrpa etdirmişәm. Çoxu isә mәndәn xәbәrsiz ixtisar edilib. Sonrakı narazılıqlar isә bir
fayda vermәyib. Bütün mәsuliyyәti ilә deyirәm: yuxarılarda әdәbiyyata, incәsәnәtә rәhbәrlik
edәn adamlar mәnә bәlkә dә düşmәn gözü ilә baxıb. Öz vәzifәlәrinin qorxusundan yaxud

                                                14
özlәrindәn böyüklәrә yaltaqlanmaq, “molodes” qazanmaq üçün hәmişә mәni, mәnim kimi
fikirlәrini açıq deyәnlәri bu vә ya digәr yollarla vurdurublar, әzdiriblәr. Aşağıda bu haqda
konkret misallar gәtirәcәyәm. Hәlәlik isә on il hücumlara, tәhqirlәrә mәruz qaldığım “İnsan
unudulmur” poemamla әlaqәdar başıma gәlәnlәri qısaca qeyd etmәyi vacib sayıram.

Hәyatda dәfәlәrlә belә faktlara rast gәlirdim: bir insan uzun illәr vәzifәdә olanda tәriflәnir,
mükafatlandırılır. Orden vә medallarla tәltif olunur. Deputat seçilir. Hәtta bәzәn Sosialist Əmәyi
Qәhrәmanı adına layiq görülür. Elә ki, onun haqqında lap yuxarılarda bir adamın fikri dәyişir,
balaca, yaxud lap elә qeyri-balaca bir sәhvә yol verir, vurulub sıradan çıxarılır. İfşa, yaxud dönә-
dönә tәnqid edilir. Gözdәn salınır. Şәrәf vә lәyaqәtli ayaqlar altına salınır. Mәn bunu cәmiyyәtin
әn iyrәnc, biabırçı bir halı hesab edirdim. Bu, insana, insanlığa qarşı qanunilәşmiş,
standartlaşmış bir cinayәt idi. Böyük vәzifәlәrdәn çıxarılan adam xidmәtlәrindәn asılı olmayaraq
mütlәq ifşa olunub çıxarılmalı, uzun illәr tәnqid hәdәfinә çevrilmәli idi. Halbuki deyilәn qüsurlar
doğrudan da vardısa, onu vaxtında deyib-düzәltmәk olardı. Bu isә heç mümkün deyildi. Yüksәk
vәzifәli adamı yuxarıda onun haqqında fikir dәyişәn günә qәdәr heç kim tәnqid edә bilmәzdi.
Cәmiyyәtdә tәnqidedilmәzlәr sinfi formalaşmışdı. İfşaetmә üsulu yaranmışdı. Bu qatı
diktaturanın bilavasitә nәticәsi idi.

Mәn bu adamları gördükcә özü-özümә düşünürdüm: nә gözәl mövzudur! Ancaq onu yazmaq
özünü qәssabxana bıçağı ağzına atmaq olardı. Ancaq yazmamaq da mümkün deyildi. Mövzu
ürәyimi deşirdi. Bu haqda yaxın adamlarımdan bir neçәsinә danışmışdım. İlk sözlәri bu
olmuşdu: adını “İnsan unudulur” yox, “İnsan unudulmur” qoy. Çalış ki, fikirlәrini üstüörtülü
deyәsәn. Yoxsa üzә çıxmağa qoymayacaqlar. Özün dә zәrbә qarşısında qalacaqsan”.

Necә yәni “İnsan unudulmur?” Elә bu adı dәyişmәyin özü yazmamağa bәrabәr idi. Mәnim
hәyatda gәldiyim nәticә, ifadә etmәk istәdiyim ideya budur ki, hәyatda insan öz layiqli xidmәtini
almır. Tez-gec vurulub sıradan çıxarılır. Belәliklә dә unudulur, artıq adama çevrilir. Mәnә isә
bәri başdan diqtә edirlәr: çalış insan unudulmasın. Bәzilәri dә deyirdi ki, bu cәmiyyәt üçün
xarakterik deyil. Ancaq “yaz, mütlәq yaz” deyәnlәr, mәnә ürәk-dirәk verәnlәr dә vardı.

Bu zaman baş verәn bir hadisә mәni stol arxasına keçib yazmağa mәcbur etdi. Allah sәnә rәhmәt
elәsin Rәşid Zülfüqaroğlu! Necә gözәl, cazibәdar, böyüyün-kiçiyin yerini bilәn, әdәbiyyatı,
sәnәti sevәn, sәnәtkara hörmәt etmәyi, qeydinә qalmağı bacaran gözәl insan idi. İxtisasca
aqronom, әla üzümçülük mütәxәssisi idi. Uzun müddәt sovxoz direktoru işlәmişdi. 60-cı illәrdә
demokratiya külәyi әsәn vaxtlarda onu rayonlardan birinә birinci katib qoydular. Cәmi 33-34
yaşı vardı. Ancaq çox gәncikәn müdriklәşmişdi. Kasıb-kusubun dostu idi. “Mәnәm-mәnәm”
deyәnlәri görmәyә gözü yox idi. Katib seçilәn ilk gündәn tәsәrrüfat sahәsindә böyük işlәr gördü.

Arxalıları, özündәnrazıları vәzifәdәn uzaqlaşdırdı. Bәlkә bu işdә sәhvlәri dә olurdu. Ancaq rayon
camaatı onu hәqiqәtәn alqışlayırdı. Yuxarıların xahişlәrini rәdd edirdi. Yazıq elә bilirdi ki,
dünyanı düzәldәcәk, “sağ ol” qazanacaq. Mәn şahidәm ki, Mәrkәzi Komitәnin kadr işlәrinә
baxan şöbә müdirinin qohumlarını da işdәn çıxarıb qovdu. Mәn hәyatda ideal adam
görmәmişәm. Yaxşı-pis müqayisәdә ortaya çıxıb. Rәşidin dә rüşvәt almamasını iddia etmirәm.
Ancaq görünür müqayisәdә çox fәrqlәnirdi. İş üçün, insan üçün özünü öldürürdü. Əvvәl işlәdiyi
yerlәrdә incidilәnlәr hamıdan qabaq onun yanına gәlirdilәr. Hamıya kömәklik etmәyә çalışırdı.

Bir az tәrsliyi dә vardı, elә onun da qurbanı oldu. İncitdiyi adamların lap yuxarıdakı qohumları
onun işini burdu. Xruşşov dövrünün hәrc-mәrcliyindәn istifadә edәrәk bir qrup adamı da onun
әleyhinә qaldırtdılar. Ağlasığmaz böhtanlar atdılar. Hәtta eybәcәr, heç bir kişinin tamah
salmayacaqı rus qadınını-tәsәrrüfat başçısını öyrәdib әn gözәl xanımların belә gizlin-gizlin
baxdığı Rәşidin üzünә dayadılar. Belәliklә, vәzifәdәn uzaqlaşdırdılar. Tәnqidә, hәtta tәhqirlәrә


                                                 15
mәruz qaldı. Uzun müddәt hәqiqәtәn artıq adama çevrildi. Ağır xәstәliyә tutuldu. Sonralar ürәk
iflicindәn öldü.

Mәn bu hadisә ilә rastlaşdıqdan sonra poemanı yazmağa başladım. Şәrti olaraq qәhrәmanı da
raykom katibi seçdim. Əlbәttә, bu tamamilә şәrti idi. O nazir dә ola bilәrdi, ispolkom sәdri dә.
Mәqsәd cәmiyyәtdә insana münasibәti göstәrmәk idi. Hәm dә qәhrәmanı raykom katibi seçmәk
fikrimin daha dәqiq ifadәsinә kömәk edә bilәrdi. Hәm dә fikrimi müәyyәn mәnada ört-basdır
etmәk, pәrdәlәmәk üçün bu mәnә lazım idi. Yәni lazım gәlәndә özümü müdafiә edәrdim:
“raykom katibi haqqında poema yazıram”.

Ancaq mәqsәdim qәtiyyәn bu deyildi. Ola da bilmәzdi. Çünki raykom katiblәrinin yerlәrdә
allahlığını çox görmüşdüm. Onların bәzәn kәsdiyi başın sorğu-sualı yox idi. Bir rayon
camaatının, tәxminәn 100-150 min adamın әvәzinә o düşünmәli, danışmalı, nәticә çıxarmalı idi.
Mәn bu vәzifәdә hәr şeydәn әvvәl insan obrazı yaratmaq istәdim ki, fikrim qabarıq canlansın.
Yәni bu partiya, onun vәzifәsi әn müqәddәs insanları da axırda mәhv edir. Ancaq, tәkrar edirәm,
bu ideyanı vermәk o vaxt çox çәtin idi. Heç mümkün dә deyildi. Bu fikrә, necә deyәrlәr, don
geyindirmәk lazım idi.

Mәn gündәlik formasını seçdim. Katibin 30-40 illik fәaliyyәtini canlandırmağa çalışdım. Mәnim
tәsvirimdә o tikir, qurur, yaradır, tәşәbbüslәr qaldırır. Xalqın dәrd-sәrinә qalır. Rüşvәtxorluğa,
yerlibazlığa, dәstәbazlığa, digәr qeyri-ınsani sifәtlәrә qarşı amansızcasına mübarizә aparır. Hәm
dә özü özüylә mübarizә aparır. Ancaq vә ancaq xalq, vәtәn, millәt haqqında düşünür. Möhkәm
inanır ki, dünyanı düzәldәcәk. Ancaq xırda bir sәhv üstündә vurulub sıradan çıxarılır.
Xidmәtlәrinin üstündәn qara xәtt çәkilir. Evdә telefonu susur. “Dostların” salamı kәsilir. Ürәk
xәstәliyinә tutulur. Radioda “İnsan unudulmur, insan unudulmur” nәqaratlı mahnını dinlәdikcә
ürәyinin ağrıları daha da artır. Başı daşdan-daşa dәyәndәn sonra ayılır:

Bir dә gәlsәm dünyaya
Bu dünyada hәr şeyi
Yenidәn başlayardım
- deyir.

60-cı ildәn etibarәn haqqında fikirlәşdiyim poemanı fasilәlәrlә tәxminәn on ilә yazdım. Tez dә
yaza bilәrdim. Çapı haqqında fikirlәşәndә әlim soyuyurdu. 70-ci ilin әvvәllәrindә respublikada
iqlimin müәyyәn dәrәcәdә dәyişmәsi, “kiçik allahların” bir neçәsinin cәzalandırılması mәni
mәcbur etdi ki, poemanı tamamlayıb üzә çıxaram.

Nәhayәt, 1972-ci ilin martında Yazıçılar İttifaqında Mirzә İbrahimovun sәdrliyi ilә poemanın
oxunuşu vә müzakirәsi oldu. Birinci Zeynal Xәlil danışdı. Onun sözünü olduğu kimi yazıram:
“Bu poema zәmanәnin üzünә çırpılan çox sәrt bir şapalaqdır.” Bu söz bәzilәrini xoflandırdı.
Hәtta “bu әhvalat Mirzә müәllimin öz başına da gәlib” deyәnlәr dә oldu. Mirzә İbrahimov,
Mәmmәd Rahim, Zeynal Xәlil, Adil Babayev, Novruz Gәncәli, Əliağa Kürçaylı, İslam Sәfәrli,
Cabir Novruz, Nәriman Hәsәnzadә çıxış etdilәr. Uğurlarını vә bәzi nöqsanlarını qeyd etdilәr.

“Ədәbiyyat vә incәsәnәt” qәzetinin 1 aprel 1972-ci il tarixli nәmrәsindә “Yazıçılar İttifaqında”
sәrlövhәli xәbәrdә deyilirdi: “Çıxış edәnlәr göstәrdilәr ki, poema dövrün aktual mәsәlәlәrinә
hәsr olunmuşdur. Şair real, hәyati faktlara әsaslanmış, rast gәldiyi, şahidi olduğu hadisәlәri bütün
ziddiyyәtlәri ilә birlikdә ümumilәşdirib göstәrmәyә sәy etmişdir. Poemanın oxunaqlı, maraqlı
formada yazılması, dilinin sәlis vә emosional olması xüsusilә qeyd olunmuşdur. Ümumiyyәtlә,
müzakirә iştirakçıları poemanın gәlәcәkdә çap olunmasını mәqsәdәuyğun saymışlar”.



                                                 16
Bir neçә hәftәdәn sonra poema “Azәrbaycan” jurnalında dәrc olunmaq üçün mәtbәәyә
göndәrildi. Ancaq bir müddәtdәn sonra xәbәr tutdum ki, Mәrkәzi Komitәnin göstәrişi ilә
poemanın nәşri dayandırılıb. Poema әtrafında böyük söz-söhbәt qalxıb yayıldı. Mәni müdafiә
edәnlәr dә vardı, uzaq qaçanlar da. Bu sarsıntılar, әsәb gәrginliyi, tezliklә aradan qalxmadı.
Əksinә, xәbәr gәldi ki, poemanın yığım metalını (naboru) dağıdıb tәzәdәn qazana töküb
әridiblәr. Bu, poemanın nәşri ümidlәrimi alt-üst etdi. Mәnә münasibәt tamam dәyişmişdi. Hәtta
“telefonda artıq-әskik danışma” deyәnlәr dә vardı.

Bu әrәfәdә qәribә bir tәsadüf baş verdi: Mәrkәzi Komitәnin birinci katibi Heydәr Əliyev
qurultayqabağı bir neçә yazıçını qәbul etdi. Söhbәt әsnasında şair Qabil deyir: “Heydәr Əliyeviç,
bizә imkan vermirlәr yazıb-yaradaq. Bizi boğurlar. Yaxşı әsәrlәrimizin çapına icazә vermirlәr.
İncidirlәr. Əzab-әziyyәtә salırlar”.

Birinci katib soruşur: “Faktınız varmı?” Qabil cavab verir: “Var. Famil Mehdinin poemasının
jurnalda çapını dayandırıblar. Oxumuşuq, bәyәnmişik. Çox yaxşı әsәrdir.” Birinci katib qeyd
edir, “mәşğul olaram” deyir. Bir neçә gündәn sonra yazıçıların әmәk tәbliqatçılar evinin akt
zalında keçirilәn qurultayında fasilә zamanı ideoloji işlәr üzrә Mәrkәzi Komitә katibi Ramiz
Mәmmәdzadәyә yaxınlaşdım. Dedi poema mәndәdir. Görürsünüz, Azәrbaycan dilini yaxşı
bilirәm. Ədәbiyyatı da sevirәm. Sabah Tbilisiyә gedirәm. Bir hәftәdәn sonra mәnә zәng edin.
Diqqәtlә oxuyacağam. Fikrimi deyәrәm. Tәxminәn 10 gündәn sonra zәng etdim.

Bir nәfәr cavab verdi, dedi Ramizәm. Mәlum oldu ki, Ramiz Mehdiyevdir. Universitetin filosof
müәllimi. MK-ya işә keçib. İki gündәn sonra zәng etmәyimi xahiş etdi. Dedi sizi Ramiz
Mәmmәdzadә ilә görüşdürәrәm. Elә katib özü dә sizi görmәk istәyir. Müәyyәn olunmuş vaxtda
MK-ya getdim. Ramiz müәllim dedi ki, vacib iş düşdü Mәmmәdzadә getdi. Dedi onun
әvәzindәn sizә çatdırım ki, poema haqda fikri müsbәtdir. Göstәriş verәcәk nәşr etsinlәr. Poemanı
da mәnә qaytardı.

MK binasından hәlә çıxmamış ürәyim durmadı, vәrәqlәrә baxdım. İlahi, bu nә idi. Demәk olar
ki, hәr sәhifәnin qabağında bir sual işarәsi qoyulmuşdu. Vәrәqlәrin yanında nәsә hey yazılmış,
sonradan pozulmuşdu. Oxumaq olmurdu. Yәqin ki, sualların izahı idi. Doğrusu, mәәttәl qaldım:
“Doğrudanmı bu qәdәr sualdan sonra MK poemanın çapına icazә verir?” Evdә pozulanları güc-
bәla ilә oxumağa çalışdım. Burada nәlәr yox idi. “Bu hәyatı açıq-açığına tәhrifdir”, “Cәmiyyәtә
böhtandır”, “Bu әdәbi nöqsan yox, siyasi savadsızlıqdır”, “Hәr şey tәrsinә tәsvir edilir”, “Burada
tәsvir olunan laqeydlik, süründürmәçilik hәyatımıza yaddır”, “Şairin mövqei tәәccüb doğurur”
vә s. vә i.a. Qәribәdir, özlәri yazdıqlarını özlәri dә pozmuşdu. Görәsәn, bunu kim elәmişdi?

Siyasi qul-gәda. Vәzifә ölüsü. Kürsü xatirinә var-yoxunu da qurban vermәyә hazır olan adamcıq.
Yaltaqlıqla, tanış-bilişliklә Mәrkәzi Komitәyә soxulmuş yaramaz. Alçaq. Satqın. Belәlәrinә nә
sifәt desәn yaraşır. Bunlar 37-dә Cavidi, Müşfiqi, Çәmәnәzәminlini vә başqalarını satıb
güllәlәdәn biqeyrәtlәrin, şәrәfsizlәrin kökü üstündә boy atan müasir satqınlardır. Başqa zaman
olsaydı o rәylәrә görә yәqin mәni dә güllәlәyәrdilәr. Belәliklә 1972-ci ilin әvvәlindә çapa
mәslәhәt görülәn poema 1975-ci ildә işıq üzü gördü. Əlbәttә, bәzi misralar sual işarәsi ilә
birlikdә pozulmaq şәrti ilә.

Ürәklәnib, bir az da dәrәsgә düşüb poemanın “Günәş hәmişә sәmadadır” adlanan ikinci hissәsini
yazmağa başladım. Çox sürәtlә işlәdim. Tamamlayıb “Azәrbaycan” jurnalına tәqdim etdim.
Redaksiya heyәti üzvlәri Nәbi Xәzri, Süleyman Vәliyev, Qabil, hәmçinin İmran Qasımov, Mirzә
İbrahimov, Bәxtiyar Vahabzadә, Sabir Əhmәdli, İshaq İbrahimov, Cabir Novruz, Mәstan Əliyev
vә başqaları oxuyub müsbәt rәy yazmış, yaxud fikirlәrini şifahi surәtdә bildirmişdilәr. Poema
mәtbәәyә göndәrildi. Yığıldı, redaktә olundu. Ancaq yenә xәbәr çıxdı ki, onun çapını dayandırıb
vә yığılmış metalları yenidәn qazana töküb әridiblәr.

                                                17
Yenidәn әsәbi günlәr, hәyәcanlar, sual-cavablar, şübhәli atmacalar başlandı. Mәnә eşitdirdilәr ki,
poemanı Mәrkәzi Komitәdә götürtdürüb gәrәkli bir adama verib mәnfi rәy yazdırıblar. Hәm dә
deyirdilәr ki, deyәsәn, tәnqidçi alimdir. Ay allah, görәsәn bu kim idi? Düzü bu haqda mәn o
qәdәr dә fikirlәşmirdim. Axı, bunun nә mәnası vardı? Fakt bu idi ki, yazmışdı. Fәrz edәk ki,
bildim kimliyini, nә edәcәkdim? Ancaq çoxları bununla maraqlanırdı. Süleyman Rüstәm
soruşurdu: “Bir şey öyrәnә bilmәdin?” Bәxtiyar Vahabzadә xәbәr alırdı: “Öyrәndinmi ki, daşı
sәnә hansı yandan atıblar?” Hәmyaşıdlarım deyirdi: “Axı ilin-günün bu vaxtında bu Mәrkәzi
Komitә fitvasına uyan kimdir, görәsәn?”

Daha çox maraqlananlardan biri Süleyman Vәliyev idi: “Bәs bu namәrdliyi edәn kimdir?” Bu
rәyi yazanın kimliyi ilә çoxları maraqlanırdı. Bu zәnglәr-sorğular bәzәn mәnim dә marağımı
artırırdı: Bәlkә Pәnah Xәlilovdur? Yox, Pәnah müәllim heç vaxt elә iş görmәzdi. Bәlkә Qulu
Xәlilov idi? Xeyir, Qulunun nәyi var üzdәdir. 0, arxada namәrdlik etmәz. Bәlkә Kamal
Talıbzadә? Əsla ola bilmәzdi. Bәlkә Qasım Qasımzadә? Dünyasında Qasım müәllim mәnә
xәyanәt etmәzdi. Hәm dә Mәrkәzi Komitә fitvasına uymazdı.

Mәn bu suallara cavab axtarmaqdan daha çox iki başlıca işlә mәşğul idim: birincisi, poemanın
“Gәlimli-gedimli dünya” adlanan üçüncü hissәsini yazırdım. İkincisi, özümü, poemamı müdafiә
mәqsәdilә görkәmli adamlardan tutarlı sitatlar axtarıb tapırdım. Özümü çox vaxt müttәhimlәr
kürsüsündә hesab edir, poema ilә әlaqәdar ittihamlara, suallara cavab verir, ittihamedici nitqlәr
edirdim.

Mәni narahat edәn bir dә poemanın Moskvada “Sovetski pisatel” nәşriyyatındakı taleyi idi.
Burada poemalar haqda mәlumat vardı. Birinci poemanı “Novıy mir” jurnalına tәqdim etmişdim.
Bәyәnmişdilәr. Bәdii tәrcümә üçün Rimma Kazakovaya vermişdilәr. O da çox bәyәnmişdi.
Hәtta “Sovetskiy pisatel”dә dә bu haqda danışmışdı. Marağı vardı ki, jurnaldan sonra kitabda da
çıxsın. Ancaq tәrcümәni çox yubatdı. Hәr halda tәrcümә etdi. Nәşriyyata isә ikisini tәqdim
etmişdim. Üçüncünü dә vәd etmişdim. Moskvada onun nәşri üçün mütlәq Azәrbaycan dilindә
çıxması vacib idi. Demişdim ki, ikisi dә çıxıb. Halbuki ikinci çıxmamışdı. Düşünürdüm ki,
çıxacaq. Birdәn-birә belә bir vәziyyәt yarandı. Demәli, bu Moskvadakı kitaba da mane olacaqdı.

Bir gün keçmiş Kommunist, indiki İstiqlal küçәsi ilә gedirdim. Qәfildәn qara “Volqa” saxladı.
Mәnim sevimli müәllimlәrimdәn biri, mәşhur tәnqidçi-alim maşından düşdü. Binaya getmәk
istәyirdi. Qәfildәn mәni gördü dayandı. Salamlaşdıq, dedi: “Bәs sәnin poemanı da yuxarılardan
mәnә rәyә vermişdilәr. Mәn dә yazdım. Gәl bir mәnim yanıma...”

Allah, mıxlanıb yerimdә qaldım. Elә bil huşum başımdan çıxdı. Bircә onu deyә bildim:
“...demәli, Siz yazmısınız...” Elә bil ki, dediyinә peşman oldu. Bәlkә dә elә bilirmiş ki, mәn
bilirәm. Tez içәri keçdi. Bir müddәt küçәdә dayandım. Hara gedim, necә gedim? - bilmәdim.

Keçib bağdakı skamyada oturdum: “Allah, dünyanın sonumu çatıb? Mәnim peyğәmbәr bildiyim
insan yuxarının sifarişi ilә mәnә xәyanәt edib?” Açıq-aşkar yazsaydı heç bu qәdәr tәsir etmәzdi.
Deyәrdim tәnqidçidir, şәxsi fikridir. Ancaq bu açıq-aydın qәsd idi. Ancaq bir tәskinlik dә
tapdım: “Gәl bir mәnim yanıma?” İnsandır dә, nә etmәk olar. Yәqin peşman olub. Şübhәsiz
kömәk edәcәk. Sözü keçәndi. Yuxarılara da yaxındır... Evә gәldim, heç kimә heç nә demәdim.
Əlim gәlmәdi ki, kitablarını kitab rәfindәn, gözümün qabağından götürüb dalda bir yerә qoyum.
Hәmin gecә nәlәr çәkdiklәrimi ancaq özüm bilirәm...

Qarşıdan yazıçıların yeni qurultayı gәlirdi. Bundan 2-3 gün qabaq Şüvәlanda yazıçıların
yaradıcılıq evinin açılışı oldu. Buna qәdәr Mәrkәzi Komitәyә, I katibә vurduğum teleqramlara da
heç bir cavab verilmәmişdi. Fikirlәşdim ki, yaxşı girәvәdir, çıxış edәrәm. Bunu görkәmli
yazıçılardan birinә dedim. Qәti etiraz etdi. “Kişinin acığı tutar.” Açılışda işgüzar şәrait vardı.

                                                18
Çıxış etdim. Çıxışım pis qarşılanmadı. Qәribә vәziyyәt yarandı: birinci Qabil, sonra Mübariz
Əlizadә tribunaya qalxdı. Mәni müdafiә etdi. Sonra Qulu Xәlilov söz aldı. Özünәmәxsus
kәskinliklә danışdı: “Mәn bilmirәm niyә Famil Mehdini infarkt elәyirlәr. Famil әsәr yazıb,
cinayәt elәmәyib ki?”

 Quyruq bulayan Mәrkәzi Komitә işçilәri (onların içindә böyüklәri dә vardı) dәrhal әl-ayağa
düşdülәr. Yәqin elә güman etdilәr ki, bu çıxışlar tәşkil odunub. Allaha and içirәm ki, qәtiyyәn
belә şey yox idi. Kortәbii alındı. Sәhnәdәn barmaqlarını uzadıb zalda oturan çox görkәmli,
mәnim peyğәmbәr sandığım alim-tәnqidçiyә hamının gözü qabağında açıq-aşkar işarә etdilәr ki,
çıxış etsin. O ağır-ağır xitabәt kürsüsünә çıxdı. Dedi ki, Famil Mehdinin poemasının mәtbәә
nüsxәsini mәn dә oxumuşam. Əsәrdә ciddi qüsurlar (adәtәn uzun illәr “ciddi qüsur” deyilәndә
siyasi qüsur, nöqsan nәzәrdә tutulurdu) var. Onu çap etmәk olmaz.

Quruyub yerimdә qaldım. “Mәnim peyğәmbәrim” sәnә dә qar yağarmış! Sәn dә bu yola
gedәrmişsәn?! Sәn dә Mәrkәzi Komitә fitvasına uyarmışsan?! Ancaq bir az da özümdәn
şübhәlәndim: “Əgәr peyğәmbәrin bu fikirdәdirsә, demәli doğrudan da qüsurlar var?” Əgәr belә
isә bәs niyә 10-15 yazıçı bu haqda mәnә heç nә demәyib, rәylәrindә yazmayıblar. Əksinә hamısı
deyirdi ki, çox sәrt yazılmış әsәrdir! Hәtta bir dәfә gecә saat bir olardı. Bәxtiyar Vahabzadә zәng
etdi. Dedi yatmışdın? Dedim: “Xeyir.” Dedi: “Axşamdan professor Nurәddin Rzayevlә oturub
sәnin poemanı oxuyuruq. Jurnaldan mәnә rәyә veriblәr. Öpürәm sәni. Nurәddin müәllim dә sәni
alqışlayır.” Sonra Bәxtiyar Vahabzadә әn azı 8-10 parçasını telefonda mәnә oxudu: “Gözәl
әsәrdi, tәbrik edirәm.” Belә sözlәri çox eşitmişdim. Birdәn-birә ... “çap etmәk olmaz...”

Ancaq Mәrkәzi Komitәnin I katibi Heydәr Əliyev mәclisi yekunlaşdıranda soruşdu: “Əsәr pis
әsәrdir?” Yerdәn xorla cavab verdilәr: “Yox.” Soruşdu: “Müәllifi düşmәndi?” Dedilәr: “Xeyir.
Tәrbiyәli bir adamdır.” Əsәbilәşdi: “Bәs niyә bu әsәri çap etmirsiniz?” Bayıra çıxanda hamı
mәni tәbrik etdi: “İşin düzәldi...”

Ancaq sәn demә, әn böyük hәngamә qabaqda imiş. İki gündәn sonra indiki Şәhriyar klubunda
yazıçıların qurultayı açılırdı. Çoxlu qonaqlar da gәlmişdi. Hәlә qulultayın başlanmasına yarım
saatdan çox vaxt vardı. Klubun qabağında dayanmışdım. Bir dә gördüm maşın dayandı. Mәnim
peyğәmbәrim maşından düşdü. Yanında da yuxarılara, böyüklәrә çox meyl edәn bir cavan
tәnqidçi. Yanımdan keçәndә salam verdim. Amma etiraf edim ki, sәbirsizlik, hövsәlәsizlik
etdim. Bu içimdәki fırtınanın son 2 gündәki hadisәlәrdәn sonra tüğyan etmәsinin nәticәsi idi. Hәr
halda gәrәk özümü әlә alaydım. Ala bilmәdim.

Dedim: “Hörmәtli müәllimim! Siz iki gün әvvәl Kommunist küçәsindә mәnә dediniz ki, gәl bir
yanıma. Şüvәlanda isә yenidәn mәnim poemamı pislәdiniz. İndi bundan sonra mәn sizin
yanınıza gәlim ya gәlmәyim?” Tәrs-tәrs üzümә baxdı: “Yalan deyirsәn, mәn sәnә elә söz
demәmişәm.” Dedim “Hörmәtli müәllimim, demisiniz axı? Hәmişә sakit gördüyüm adam
әsәbilәşdi: “Utanmırsan, yalan danışırsan?” Daha sәbr kasam daşdı: “Kürәyimә xәncәri soxan
Siz, mәn utanım? Sizin yerinizә mәn utanmalıyam?” Mәn bu cavabıma görә indi dә peşman
deyilәm. Daha susmaq olmazdı. Ancaq daxilimdә bir hiss dә mәni sakit buraxmır: “Gәrәk
susaydın.”..

İclasarası fasilәdә ona yaxınlaşdım. Müәllimlik-tәlәbәlik, böyük-kiçiklik hissi mәni buna vadar
etdi. Üzr istәdim. O mәni, mәn dә onu qucaqladım. Barışdıq... Mәn belә başa düşdüm.

Birinci günün iclasından sonra gecә yazıçı Hüseyn Abbaszadә mәnә zәng vurdu. Dedi: “Bu gün
neylәmisiniz? Mәrkәzi Komitә rәhbәrlәrinin yanında sәnin haqqında xoşagәlmәyәn söhbәt getdi.
Hәr halda gәrәk belә olmayaydı. Sabah iclasdan әvvәl prezidium otağının qabağına gәl. Görәk
neylәyә bilirik.” Mәn hadisәni olduğu kimi danışdım. Dedim gәlәrәm. Ancaq prezidium otağının

                                                19
qabağına getmәdim. Ölsәm dә getmәzdim. Birincisi, bu müәllim xasiyyәtimә zidd idi. İkincisi
neylәmişdim ki, gedib böyüklәr qabağında...

Çıxışlar qurtardı. Çıxış edәnlәrdәn biri dә yuxarılara xoş getsin deyә mәni qәzetdәki bir
mәqalәmә görә haqsız tәnqid etdi. Kamal Talıbzadә zaldan hamının eşidәcәyi bir tәrzdә replika
verdi: “Düz demirsiniz.” Ancaq әsl mәrәkә gecә saat 11.30-da son iclasda Yazıçılar İttifaqı
Plenum üzvlәri namizәdlәrinin müzakirәsi zamanı qopdu. Sәdrliyi edәn kәs yuxarılara bağlı idi.
Şairlik istedadı yox idi. Ancaq yaxşı tәrcümәçiydi. Könlündәn Yazıçılar İttifaqı sәdrliyi keçirdi.
Nәdәnsә bu ümiddә idi. Hәtta әvvәlcәdәn onu tәbrik edәnlәr dә vardı.

Sәsvermәyә buraxılacaq namizәdlәrin siyahısını dalbadal oxudu. Mәnim adımı oxuyanda sәsinin
yoğun yerinә saldı: “Yoldaşlar prezidiuma mәktub daxil olmuşdur ki, Famil Mehdi hörmәtli
filankәs müәllimi tәhqir edib. Ona görә dә onun mәsәlәsi fәrdi müzakirә edilmәlidir”. Zalda
canlanma әmәlә gәldi. Hәtta mәndәn qabaqda oturanlar bir-birindәn soruşdular: “Bu nә oyundu
bunlar açırlar? Bu kimә, nәyә lazımdır?” Yanındakı cavab verdi: “Şüvәlandakının әvәzini
çıxırlar...”

Bu sözlәri eşidәndә artıq mәn ayaqüstә idim. Tribunaya çağırıldım. Əsәblәrimi boğmağa
çalışdım. Ancaq içәridәn alışırdım: “Namәrdlәr gör nә priyomlara әl atdılar. Mәni yaramaz,
tәrbiyәsiz bir adam kimi lәkәlәyib plenum üzvlәri siyahısından, bәlkә dә Yazıçılar İttifaqı
üzvlüyündәn çıxarmaq istәyirlәr. Belәliklә dә yuxarılara açıq yaltaqlanırlar. Yerlәrini
möhkәmlәtmәk, yeni kresloya sahib olmaq istәyirlәr?” Bu priyomları çox görmüşdüm. Bir neçә
il әvvәl şair Davud Ordubadlı ona qarşı haqsızlığa görә İttifaq rәhbәrinin otağına girdi vә dedi:
“Nә qәdәr ki, siz burdasınız, İttifaqda haqq-әdalәt olmayacaq. Ona görә dә sizin rәhbәrlik
etdiyiniz İttifaqın üzvü olmaq istәmirәm”. Çıxarıb üzvlük kitabçasını stolun üstünә atdı.

Eşitdiyimә görә, onun әleyhinә tәrtib olunan sәnәdә hәmin mәnim müәllimim dә qol çәkmişdir.
Guya Davud Ordubadlı kimi isә söymüşdür. Halbuki hadisә olan vaxt mәn dә o otaqda idim.
Yuxarıda dediyimdәn özgә heç bir söhbәt olmamışdı. İndi dә bu oyunu mәnim başıma açırlar.
Mәn xitabәt kürsüsünә qalxıb dedim: “- Bizim aramızda yaradıcılıq söhbәti olub. Tәnqidçi-alim
bunu pis qәbul edib. Mәn onun üzünә hәqiqәti demişәm. Əgәr hәqiqәti demәk tәhqir isә üzr
istәyә bilәrәm”. Zaldakıların hamısı nümayişkaranә şәkildә mәni müdafiә etdilәr. Belәliklә
sәdrin mәni plenum üzvlüyündәn çıxarması cәhdi baş tutmadı.

Hәftәlәr, aylar gәlib keçdi. Poemanın çapı ilә bağlı heç bir tәdbir görülmәdi. Mәn bir neçә dәfә
yuxarılara teleqram göndәrdim. Heç bir cavab verәn olmadı. Telefon zәnglәrim dә cavabsız
qaldı. Ömrümdә ilk dәfә Mәrkәzi Komitә binasının qәbul otağına gedib ideoloji katibin qәbuluna
yazılmaq istәdim. Qәbula bir ay qabaqdan yazırdılar. Adımı siyahıya yazdılar. Amma bildirdilәr
ki, qәbul günündәn 2-3 gün qabaq gәlib öyrәnim ki, mәni qәbul edәcәklәr ya yox. İyirmi beş
gündәn sonra hәmin qәbul otağında mәnә cavab verdilәr: “Sizi qәbul etmәyәcәklәr.” Allah, necә
tәzadlı mühitdә yaşayırdıq. Kömәk etmәk istәyәnin böyür-başındakılar sәni hәtta qәbul belә
etmәk istәmirdilәr! Bunu necә başa düşmәk olardı?

Bu әrәfәdә jurnalın redaktoru mәni çağırıb dedi ki, razısansa poemadan parçalar verәk. Mәn
razılaşmadım. Bu günlәrdә Yazıçılar İttifaqının birinci katibi İmran Qasımov vәfat etdi.
Rәhmәtlik çox istәyirdi ki, poema çap olunsun. Hәtta otağında poemanı ona ikilikdә
oxumuşdum. Düzü qorxurdum ki, sәrtliyinә vә başqa sәbәblәrinә görә әsәri rәdd edә. Əksinә,
dedi: “Bir az da tündlәşdirmәk lazımdır. Filan rayonun katibini infarkt ediblәr, telefonla rayonu
idarә edir. Yazdıqlarının hamısı hәqiqәtdir. Ölüm ayağında yuxarılara zәng edir, mәnim
poemamın çapına icazә verilmәsini xahiş edirdi. Hәtta mәnә tapşırmışdı ki, tez-tez yanına gәlim.



                                                20
Bir dәfә zәng etdim. Hәyat yoldaşı dedi ki, gәlin yanına. Getdim. Qapının zәngini basdım.
Evinin xanımı qapını açanda içәridәn İmran müәllimin fәryad sәsini eşitdim: “Ay allah, öldüm”.

Geri qayıtmaq istәdim. Evin xanımı işarә etdi ki, yan otağa keçin. Keçdim, oturdum. Stolun
üstündә Elçin haqqında yazdığı yarımçıq mәqalәnin әlyazması vardı. Bir azdan yanına dәvәt
olundum. Divanda yorğana bürünüb oturmuşdu. Yaman arıqlamışdı. Ağrıdan güclә danışırdı:
“Ay Famil, bu qәdәr dә duzlaşma ağrısı olar? Ölürәm. Bircә arzum var, ağrı kәssin, sonra ölüm”.
Bir az da yoldaşlarından umu-küsü etdi: “Yanıma gәlmirlәr. Mәn heç kimә pis olmamışam”. Elә
o vәziyyәtdә xahiş etdi ki, әlimi ortadakı balaca süfrәyә uzadım. Çox tәkidindәn sonra bir tikә
kәsdim, boğazımdan keçmәdi... Ölümündәn sonra İmran müәllimin evindә stolüstü tәqvimindәki
qeydlәrlә әlaqәdar qәzetdә yazı verilmişdi. Orada bu qeyd dә vardı “poemanın çapına nail
olmaq”. Şübhәsiz, mәnim poemam nәzәrdә tutulurdu.

Bundan hәlә bir neçә hәftә әvvәl Yazıçılar İttifaqının sәdri Mirzә İbrahimov mәni yanına çağırıb
dedi: “Get o poemanın ikisini dә mәnә gәtir.” Mәn cavab verdim: “Axı birinci çap olunub.
Mübahisә ikincinin üstündәdir.” Dedi “Eybi yoxdur, ikisini dә oxumaq istәyirәm. Bәri başdan
şәrt kәsirәm: bәyәnsәm, mütlәq yuxarılarla danışıb çap etdirәcәyәm. Bәyәnmәsәm, gәrәk mәni
bağışlayasan.” Razılaşdım. Vә dediyi kimi dә etdim. Hәftәlәr keçdi, Mirzә müәllimdәn bir xәbәr
çıxmadı. Bir dәfә Moskvada “Moskva” mehmanxanasında Mirzә müәllimә rast gәldim.

Gülümsündü: “Poemalarını oxuya bilmәdiyimә görә sәndәn qaçırdım. Moskvada rast gәldin.
Dedi ki, qovluğu özümlә gәtirmişәm. İki-üç günә oxuyacağam. Zәnglәşәrik. Doğrudan da
üçüncü günü zәng etdi. Mәni otağına çağırdı, hörmәtlә qarşıladı. Bir konyak butulkası da gәtirib
açdı. Dedi ki, ürәyin buz kimi olsun, poemaların xoşuma gәlib. Xırda qeydlәrim var,
düzәldәrsәn. Gәl bir әlli-әlli konyak vuraq.

“Əlli-әlli vuraq” deyәndә Mirzә müәllimlә bağlı bir lәtifә yadıma düşdü. Bunu Süleyman
Rüstәm danışmışdı. Mәşhur şair Mixayıl Svetlov, Süleyman Rüstәm vә Mirzә İbrahimov
qәlyanaltıya girirlәr. Mixayıl Svetlov deyir: “Mne s.p. (yeni sto pyatdesyat qram vodki),
Süleyman Rüstәm irәli keçir: “Mne s. (yәni sto qram). Mirzә müәllim yaxınlaşır: özünәmәxsus
mülayim sәslә sözlәri uzada-uzada deyir: “Mne p. (yәni pyatdesyat qram). İndi dә mәni “p”-yә,
yәni әlli qrama qonaq edirdi. Sonra qeyd etdi ki, gәlәrsәn Bakıya poemanın çapı mәsәlәsini hәll
edәrik. Doğrusu son illәr sevinmәkdәn dә qorxurdum. Ona görә dә sadәcә olaraq tәşәkkür etdim.
Şәrtlәşdik ki, ayın axırında Bakıda görüşәk.

Mәn Moskvada “Sovetskiy pisatel”dә plana salınan hәmin poemaların tәrcümәsi ilә bağlı işlәri
yarımçıq qoyub Bakıya gәldim. Bir neçә gündәn sonra Mirzә müәllimlә görüşdüm. O mәnә
mәslәhәt gördü ki, poemaları aparıb vaxtilә haqqında mәnfi rәy yazmış tәnqidçi-alimә verim. Bir
dә oxusun. Mәn etiraz etdim: “Mirzә müәllim, axı biz belә danışmamışdıq...” O, üz vurdu.

Sözündәn çıxmadım. Aparıb verdim. Çünki Mirzә müәllimlә aramızda çox yaxşı münasibәtimiz
vardı. Mәnim hәm namizәdlik, hәm dә doktorluq dissertasiyalarımın rәhbәri olmuşdu. Ali
Sovetin Rәyasәt heyәtinin sәdri vәzifәsindәn haqsız ittiham olunub çıxarılanda, çoxları ondan üz
döndәrәndә mәni evindә qәbul edir, saatlarla buraxmırdı. Söhbәt dissertasiya işindәn xeyli
kәnara çıxırdı. Hörmәtli Sara xanımla birlikdә toyumda da iştirak etmiş vә qısa mәclisimizin
masabәyisi olmuşdu. Müdafiәdәn sonra bizim köhnә mәnzilimizdә olarkәn demişdi ki, Famili
evlәndirdik. Doktorluq müdafiә etdi. Bir arzumuz qalır ki, onu bu köhnә mәnzildәn çıxaraq.

İş elә gәtirdi ki, bu söhbәtdәn heç bir ay keçmәmiş Mirzә müәllim Yazıçılar İttifaqının sәdri
seçildi. Hәmin söhbәti eşidәn qohumlar, dostlar mәni tәbrik etdi ki, mәnzil mәsәlәn hәll
olunacaq. Ancaq 6-7 il keçdi. Mirzә müәllimdәn xәbәr çıxmadı. Mәn dә vaxtilә dediyi sözlәri-


                                               21
arzusunu yadına salmadım. Dedim deyәcәk bir sözdür, ağzımdan çıxıb, indi gәlib başıma qaxır.
Ona görә dә yoldaşlarımdan tәxminәn on il sonra mәnzil ala bildim.

Mirzә İbrahimov böyük şәxsiyyәt idi. Azәrbaycan xalqı tarixindә onun özünәmәxsus yeri vardır.
İmperiyanın qüvvәtli vaxtında Azәrbaycan dilinin dövlәt dili kimi işlәdilmәsi haqqında fәrman
verdi. Böyük mәnәvi zәrbәlәrә mәruz qaldı. Mirzә İbrahimov vәzifәdәn götürülәn Mәrkәzi
Komitә plenumu öz işini qurtaranda tәsadüfәn mәn o vaxtkı Dzerjinski klubunun yanından
keçirdim. Adamlar içәridәn çıxırdı. Gördüm Mirzә müәllim tәk çıxdı. Heç kim ona yaxın gәlib
ötürmәk istәmәdi. Uzun illәr mәtbuat işindә fәdakarlıqla çalışmış Nәsir İmanquliyevdәn başqa.
O, Mirzә müәllimin qoluna girib evinә gәtirdi. Sonrakı günlәrdә mәn o evә gedәndә telefonun
elә hey susduğunun şahidi olurdum.

...Bәli, özümü yenidәn tәhqir olunmuş hesab etsәm dә tәnqidçi-alimin yanına üçüncü dәfә
getdim. Poemanı mәnә qaytardı. Dedi ki, “ indi yaxşıdır. İşlәyib düzәltmisәn. Get mәnim
adımdan de, çap elәsinlәr.” Halbuki poemanın bir sözünü dә dәyişmәmişdim. Ancaq bu dәfә
tәriflәyirdi. Hәm öz adımdan, hәm dә Mirzә müәllimin adından xahiş etdim ki, fikrini yazılı
surәtdә bildirsin. Etiraz etdi, yazmadı. Gәlib Mirzә müәllimә deyәndә başını buladı...

Mirzә müәllimin son tәklifi mәnim üçün gözlәnilmәz oldu: “Gәlsәnә razılıq verәsәn jurnalda
poemadan parçalar versinlәr?” Mәn razılaşmayıb otaqdan çıxdım. Axşam Mirzә müәllim
evimizә zәng etdi: “Mәn sәhәr tezdәn Moskvaya uçuram. Sәndәn xahiş edirәm, apar parçaları
ver, qoy çap elәsinlәr.” Mәn dedim ki, parçaları elә әvvәldәn çap etmәk istәyirdilәr dә. Əgәr
belәydisә daha bu qәdör әzab-әziyyәt, sarsıntılar, süründürmәçiliklәr, vәdlәr nәyә lazım idi?

Mirzә müәllimdәn bir az sonra İsmayıl Şıxlı zәng etdi. Onun da xahişi Mirzә müәllimin xahişi
ilә eyni idi. Mәn xeyli fikirlәşmәli oldum. Moskvada poemaların plandan çıxarılması tәhlükәsini
nәzәrә alaraq parçaların çapına razılıq verdim. Üçüncü poema isә qәzet vә jurnallarda yerli-dibli
çap olunmadı. Respublikada yaradıcılıq atmosferinin bir qәdәr dәyişmәsi ilә әlaqәdar olaraq
“Dövlәtnәşrkom”un sәdri Nazim İbrahimovun vә “Yazıçı” nәşriyyatının direktoru Əjdәr
Xanbabayevin kömәyi ilә hәr üç poemanı özündә birlәşdirәn “Göyü çiynindә saxlayan adam”
poema-trilogiya 1983-cü ildә “Ömür keçir, gün keçir” kitabımda bir sıra ixtisarlarla nәşr edildi.

Sonra “Sovetski pisatel” nәşriyyatında çapdan çıxdı. Ancaq Moskvada da zәrbә aldım. Poema-
trilogiyanın tәxminәn 1,5 çap vәrәqi hәcmindә hissәsi mәtbuata siyasi nәzarәt edәn idarә işçilәri
tәrәfindәn çıxarıldı. Çıxarılan hissәlәri indi dә özümdә saxlayıram. Bakıda çıxan kitaba
Süleyman Rüstәm “Qarabağ oğlu-Azәrbaycan şairi” adlı әtraflı müqәddimә yazmış, mәnimlә,
yaradıcılığımla bağlı fikirlәrini bildirmişdir. Burada poemalarla әlaqәdar hadisәlәrә xüsusi yer
verilmişdir.

Burada bir cәhәtә dә toxunmaq istәyirәm. Poemalar eyni ciddi müqavimәtә rast gәldikcә bәzәn
tәnqidçilәr, şairlәr, hәtta görkәmli әmәk adamları mәni müdafiә mәqsәdilә mәqalәlәr yazırdılar.
Sübut etmәk istәyirdilәr ki, burada kommunist obrazı, raykom katibi obrazı yaradılıb. Buna görә
dә qiymәtlidir, müdafiә olunmalıdır. Hәtta mükafata layiq görülmәlidir. Ancaq gözәgәrünmәyәn,
bәzәn isә görünәn qüvvәlәr o qәdәr dә avam deyildi. Ağı qaradan seçmәyi yaxşı bacarırdılar.
Bilirdilәr ki, bunların bәzilәri mәni müdafiә mәqsәdilә tәşkil olunub. Poemalar iki dәfә
Azәrbaycan Dövlәt Mükafatına tәqdim olundu. Xeyli tәbliğat işi getdi. Yuxarıların fikri bәlli
olduğuna görә yaxın qoymadılar. Babalı deyәnlәrin boynuna: birinci dәfә mәnim poemam
kifayәt qәdәr sәs dә toplayıbmış. Axır mәqamda yuxarılarda barmaqlarını başqa şairin adının
üstünә qoyublar. Bütün bunlar bәlkә dә mәnim qәlәbәm imiş.

Mәn bu poema-trilogiya üzәrindә niyә әtraflı dayandım. Əvvәla, onlar mәnim tәxminәn 15-20
illik әzab-әziyyәtlәrimin, iztirablarımın nәticәsidir. Onları özümün әn yaxşı әsәrlәrim hesab

                                                22
edirәm. İkincisi, qoy oxucu özü görsün vә nәticә çıxarsın ki, biz necә dәhşәtli dövrlәrdә
yaşamışıq, dәhşәtli müqavimәtlәrә, süni maneәlәrә, haqsız hücumlara mәruz qalmışıq. Yazmaq
axtarışlarından çox özümüzü müdafiә haqqında fikirlәşmişik. Mәn özümlә bağlı bu vә buna
bәnzәr daha onlarca dәhşәtli fakt gәtirә bilәrәm. Keçmiş SSRİ-dә, o cümlәdәn Azәrbaycanda
Qlavlit-mәtbuata Baş Nәzarәt İdarәsi deyilәn bir tәşkilat mövcud olub. Elә indi dә var. Bu,
bildiyimә görә, Dövlәt Tәhlükәsizliyi Komitәsinin idarәsidir. Azәrbaycan әdәbiyyatının,
mәdәniyyәtinin, o cümlәdәn mәtbuatının başında turp әkәn dә Mәrkәzi Komitәdәn sonra mәhz
bu idarә, onun әmәkdaşları olub. Bir dә vәzifәsindәn qorxan, kürsü ölüsü redaktorlar, mәsul
qәzet әmәkdaşları.

Qәribә burasındadır ki, mәtbuata siyasi nәzarәt işçilәri özlәri gözә görünmürlәr, dәrc olunma
prosesindә әsәrlәrә әmmanı qoyurlar, ixtisar etdirirlәr, yaxud qәzet, jurnal sәhifәlәrindәn tamam
çıxarırlar. Redaktorlara da tapşırırlar ki, bizim adımız olmasın. Bunu daha çox idarәnin yerli
şöbәlәrinin zırrama işçilәri edirdilәr.

Bir neçә xarakterik misal. Yuxarıda adı çәkilәn poemadan bir parçanı “Azәrbaycan gәnclәri”
qәzetinә verdim. Oxudular, bәyәndilәr. Zәng etdilәr ki, sәhәr qәzeti alarsan. Hәmin gün Nәbi
Xәzri ilә rayonlara getmәli idik. Xahiş etdim ki, bir az gec çıxaq. Qәzeti alım, sonra yola düşәk.
Sәhәr tezdәn qәzeti aldım. Poemadan parça yox idi. Sәbәbini öyrәnmәk mümkün deyildi. Yola
düşdük. Necә gedib-gәldim, allah bilir. Qayıdan kimi redaktor, tәlәbә yoldaşım Şamil
Fәrzәliyevә zәng vurdum. Dedi ki, Qlavlit çıxartdı. Özü dә tapşırdı ki, müәllif bilmәsin. Mәn dә
bildirdim ki, müәllifә demәliyәm.

 İndiki “Azәrbaycan” nәşriyyatının 1-ci mәrtәbәsindә hәmin müvәkkilin otağına getdim. Mәni
görәn kimi ayağa qalxdı. Salamlaşdıq. Parçanın çıxarılmasının sәbәbini soruşdum. Yaltaqcasına
gülümsünüb dedi xәbәrim yoxdur. Dedim gözünün içinә kimi yalan deyirsәn. Ya sәbәbini de, ya
sәni buradan salamat buraxmayacağam. Stulu götürüb göyә qaldırdım. Div boyda qara zırpı kişi
stolun altına pәrçimlәnmәk istәdi. And-aman elәdi ki, idarәnin rәisi çıxarıb, xәbәrim yoxdur.

Telefonu çәkib idarәnin rәisi Cahangir İldırımzadәyә zәng etdim. Mәlum oldu ki, xәbәri yoxdur.
Bizi yanına çağırdı. Parçanı oxuduq. Burada atası günahsız tutulan vә ölüm hökmü maddәsi ilә
ittiham olunan qızcığaz tәsvir olunurdu. O, milis rәisini ittiham edirdi ki, çiynindә beşguşә ulduz
gәzdirirsәn. Ancaq vicdanını itirmisәn. Adam öldürәn kәnarda gәzir, kef çәkir. Günahsızı
güllәlәnmә altında yatırdırsan.

İldırımzadә öz müvәkkilinә dedi: “Yalandır? Belә faktlar azdır? Niyә çıxarmısan bu parçanı?
Hәlә utanmaz-utanmaz mәnim üstümә yıxırsan?” Yeri gәlmişkәn deyim ki, üzdә qaraqabaq
görünәn İldırımzadәnin belә kişiliklәrini çox görmüşәm. Əgәr o olmasaydı heç mәnim poema-
trilogiyam da kitabda tam nәşr olunmazdı. Onun müavini İdris Qasımov hәdsiz dәrәcәdә
nәzakәtli insan idi. Mәtbuatda saç ağartmışdı. Hәr şeyi yaxşı başa düşürdü. Çox şeyә göz
yumurdu.

Ancaq görünür, Qlavlitlәrin dә qlavlitlәri vardı ki, onlar qәtiyyәn gözә görünmürdülәr. Bir dә
әsas zәrbәni aşağı mәrhәlәlәrdә, bilavasitә mәtbuata baxanlar edirdilәr. Poemamda belә bir misra
vardı: “Qozbeli qәbir dә düzәldәn deyil.” Müvәkkil dedi ki, Siz “Qozbel” deyәndә Sovet
hökumәtini nәzәrdә tutursunuz. “Sabunçu” vağzalının qabağında hamilә qadını dilәnәn görәndәn
sonra “Dilәnәn körpә” (yәni anasının qarnında dilәnәn körpә) haqqında şeir yazdım. Qlavlit
mәcbur etdi, hadisәni Əlcәzairә köçürüm. Banladığına görә başı kәsilәn toyuqla bağlı şeirimin
sәrlövhәsinin altında güclә yazdırdılar: “Bir Azad dünya ölkәsindә”.

“Bağlar” adlı şeirim dәfәlәrlә qәzet sәhifәlәrindәn çıxarıldı. Belә faktlar istәnilәn qәdәrdir,
hansını deyәsәn?

                                                 23
Əslindә redaktorların çoxu Qlavlitdәn dә bәdtәr idi. Onların әn çox işlәtdiyi sözlәr bu idi:
“İstәyirsiniz mәni partiyadan çıxarsınlar?” “Sәnә görә mәn özümü güllә qabağında qoya
bilmәrәm.” “Mәn o şeiri çap etsәm sabah dәrimә saman tәpәrlәr.” Vaxtilә bir şeir yazmışdım.
Şeir belә adlanırdı: “Lazımammı mәn sizә?”

Neftçi qardaş,
Bәnna dost,
lazımammı mәn sizә?
Desәm dә, demәsәm dә
Bilirsiniz bağlıyam
candan, ürәkdәn sizә.
hazıram sübhә kimi
Buruqlar arasında
növbә çәkәm, tәk duram.
Neçә evә, hörgüyә
Kran nәdir? Hazıram
çiynimdә daş qaldıram.
Şeirin axırında deyilirdi:
...Deyin mәnim bu halım
hәr bir yerdә duyulsun.
Sabah lazım olmasam
Elә bu gün razıyam
Ömrümün axırına
bircә nöqtә qoyulsun.

Bunu redaktor belә yozdu: “Sәn demәk istәyirsәn ki, sovet cәmiyyәti, elә pis cәmiyyәtdir ki,
orada iş tapmaq mümkün deyil. Hәtta sәn elmlәr namizәdi olduğun halda işsiz qalmısan. Ona
görә daş daşıyıb, ev tikmәyә, buruqlar arasında növbә çәkmәyә dә hazırsan. Buna görә dә
yaşamaqdan bezmisәn, ölmәk istәyirsәn.” Mәn susub redaktorun üzünә baxdım, susdum. Dedi:”-
Düz demirәm, niyә danışmırsan?” Cavab verdim: ”Mәn bu saata, bu dәqiqәyә qәdәr heç cür dәrk
edә bilmirdim ki, Müşfiqi, Cavidi necә olub ki, xalq düşmәni çıxarıb öldürüblәr. Ancaq indi Sizi
dinlәdikdәn sonra hәr şey mәnә aydın oldu.” Redaktor özünü itirdi:”- Yox, elә deyil. Sәn
cavansan. Elә onların özlәrinin dә nöqsanları vardı” dedi.

Bunlar yaradıcı adamların çoxunun başına gәlәn hadisәlәrdir. Eşitdiklәri sözlәrdir. Ona görә dә
tәfәrrüata varmağa ehtiyac yoxdur. Bu, bizim ümumi milli faciәmiz idi. Ancaq ünvanımıza
deyilәn iradın, çapına icazә verilmәyәn hәr әsәrimizin arxasında müәlliflәrin taleyi dayanırdı.
Davranışları, addımları izlәnirdi. Bütün yazıları bir-bir iylәnirdi. Nәyinsә iyi axtarılırdı. Telefon
danışıqlarına qulaq asılırdı. Özü dә hiss etmәdәn ağır zәrbәlәrә mәruz qalırdı. Adı siyahılardan
pozulurdu. Ancaq biz dә mübarizәmizi davam etdirirdik:

Ehey,
gizlin
saman altdan su axıdan,
Girәvәdir,
Gizlin-aşkar
sil adımı
neçә-neçә siyahıdan.
Dürt ağzını
bir bәdxahın qulağına
Bir yalan da
at yalanlar qulağına.

                                                  24
Mükafatlar,
Fәxri adlar,
Tәşәkkürlәr,
Qәşәng güllәr,
Fәrqlәnmәlәr,
Daha nәlәr,
nәlәr,
nәlәr
Siyahısından pozun mәni.
Min bir sәmtә
dartın mәni,
yozun mәni.
Ancaq bircә xahişim var:
Yalnız bir yol kişi olun
Dar gündә and içәnlәrin
Öz canından keçәnlәrin
arasında,
sırasında
lap birinci yazın mәni.

Bәzәn dә mübarizә açıq şәkil alırdı. Belә qәrara gәldim ki Lenin haqqında şeirlәr yazım.
Ürәyimi deşәn, açıq demәyә qoymadıqları fikirlәri Leninin dili ilә verim. Birinci şeirim “Görüş”
oldu. Guya Mavzoleydә Leninlә görüş üçün növbәyә dayanmışam:

Düşünürәm, Lenini
doyunca tәriflәyim,
Dahisәn, qәhrәmansan,
böyüksәn, böyük deyim.
...Fikrimi üz-gözümdәn
sanki duyur adamlar,
Elә bil qulağıma
pıçıldayır adamlar:
Tәlәsmә, çox tәlәsmә,
ehtiyatlı ol bir az,
Əzizim, Lenin sәnin
yer üzündә gördüyün
bir sıra rәhbәrlәrә,
başçılara oxşamaz
Tәrifi, mәddahlığı,
әsla, әsla xoşlamaz!

Tәrifin, mәddahlığın tarixdә görünmәmiş bir tәrzdә baş alıb getdiyi bir vaxtda bәdbәxt redaktor
neylәsin? Redaktorlardan eşitdiyim sözlәr: “Kimlәri nәzәrdә tutduğun mәlumdur. Dәrc edә
bilmәrik.” “Sәn allah, mәni qan-xataya salma.” “Famil, başına mövzu qәhәtdir?” “Əşi, qoy
dolanaq da...”

Yaxud “Lenin kimi” şeirimi aşağıdakı misralara görә yazmışdım:

Mәn Lenindәn oyrәnirәm
bәzәn qansız bir nadanı qandırmağı,
Bir nankorun, bir dönüyün
atasını yandırmağı.

                                               25
Sözündәki misri qılınc
kәsәrini xoşlayıram,
Sözlәrini nizә kimi
bir rüşvәtxor ürәyinә tuşlayıram.
Lenin mәnә gәrәk olur
Bir alimә bir kütbeyin gülәn zaman,
Bir torpağı bәzәn biri
Şәhәr-şәhәr, oymaq-oymaq bölәn zaman.

Bu şeir qәzetdә dәrc olunanda axşam mәtbәәyә getdim. Gördüm şeir sәhifәdәdir. Ancaq
yuxarıdakı misraların heç biri yoxdur. Redaktor müavininә qәti etirazımı bildirdim. Tәlәb etdim
ki, şeiri sәhifәdәn çıxarsınlar. Razılaşmadı: “Gәrәk sәhifә sökülsün. Ora ayrı yazı salınsın”. Bu,
qәzetin gecikmәsi, qrafikin pozulması, redaksiyanın cәrimәlәnmәsi demәkdir. Mәn tәkid etdim.

Redaktorun evinә zәng etdilәr. O da razılaşmadı. Mәnimlә telefonda danışdı. Gah dil tökdü, gah
sәrt danışdı. Mәn dediyimin üstündә durdum. Axırda mәcbur oldular yuxarıdakı misraların bir
neçәsini bәrpa etdilәr. Bir az da mәn güzәştә getdim. Nәticәdә hәmin redaksayanın qapısını uzun
müddәt üzümә bağladılar. Oxucu, әdәbiyyat, sәnәt tәdqiqatçıları bunları bilmәlidir.

Mәn bunları demәklә әsla zәif, hissiz, hәyәcansız, günün keçici mövzularına hәsr etdiyim
şeirlәrimә bәraәt qazandırmaq istәmirәm. Vaxtilә inanıb vә ya başqa sәbәblәr üzündәn partiya
haqqında da, dostluq, beynәlmilәlçilik, Sovet әsgәri, qәlәbәlәr, zәfәrlәr haqqında şeir yazmışam.
Yuxarıda qeyd etdiyim kimi bunların sayı barmaqla sayılacaq dәrәcәdә azdır. Dolanışıq üçün
qәzetlәrә mәqalә, korrespondensiya, mәktub vә s. yazmışam. Ancaq әksәr şeirlәrimi ürәyimin
hökmü ilә yazmışam. Orden, medal, “molodes” xatirinә, dolanışıq naminә, vәzifә, şan-şöhrәt,
kimә isә yarınmaq xatirinә şeir yazmamışam. İz itirmәk, vәziyyәtdәn çıxmaq mәqsәdilә tәk-tük
halda şeir yazmışam.

Mәsәlәn, yuxarıda qeyd etdiyim “Ömür tәzәlәnir” poemam “Azәrbaycan” jurnalında dәfәlәrlә
“itәn” zaman redaktor mәni çağırıb müәmmalı bir tәrzdә dedi: “SSRİ-nin yaranmasının
ildönümü yaxınlaşır. Gәl sәn Vәtәn haqqında (yәni SSRİ haqqında) bir şeir yaz. Jurnalımızın
nömrәsini, sәnin şeirinlә açaq. Poema haqda sonra bir dә fikirlәşәrik.” İki il redaktorla,
әmәkdaşlarla vuruşan müәllif nә etmәli idi? Poemanın çapı xatirinә razılıq verdim. Şeir dә
yazdım. Ancaq redaktor vәdinә әmәl etmәdi. Hәmin vәzifәdәn gedәnә kimi poemanı “itir”mәklә
mәşğul oldu.

Başqa bir misal. Poema-trilogiyamın naborunun iki dәfә dalbadal dağıdıldığı, adımın qara
siyahılara düşdüyü, telefonuma qulaq asıldığı, açıqca izlәnildiyim, onsuz da xәstә olan ürәyimin
döyüntülәrinin gecәlәr sinәmi deşdiyi vaxtlarda, heç bir sifariş-filan olmadan “Yeri iri
addımlarla, Azәrbaycan” adlı çox ritorik bir şeir yazdım. Qәzetlәr mәmnuniyyәtlә dәrc etdilәr.
Aradan bir az vaxt keçmiş rәhbәr partiya jurnalının әmәkdaşı jurnalist O.M. mәnә rast gәldi:
“Mәrkәzi Komitәdәn filankәs müәllim (indi Milli Mәclisin üzvüdür) zәng edib nәsә sizinlә
maraqlanırdı” dedi. Bu sözlәri çox şübhәli-şübhәli dedi vә әlavә etdi: “Hәr halda Sizin adınız
yuxarılarda xeyirliyә çәkilmir. Görünür, Sizinlә yenә nәsә maraqlanırlar.”

Mәn nisbәtәn cavan jurnalistin yanında özümü sındırmadım. Bir qәdәr sonra sәrt vә kobud
şәkildә dedim: “Qәlәt elәyirlәr. Heç nә edә bilmәzlәr. Xain xoflu olar. Mәn neylәmişәm ki?
Başımı aşağı salıb şeirimi yazıram. Neylәyim ki, şeirlәrim kimlәrәsә toxunur. Elә elәsinlәr
toxunmasın. Sifәtlәri pis isә daha güzgünü niyә sındırırlar?”

Ancaq bunu da әlavә etdim: “Hәr halda o zәng olunan adamdan al dillә öyrәn görәk ki, nә
mәsәlәdir.” İki-üç gündәn sonra yanıma gәlib dedi: “Yox, bu dәfә hәmin adam Sizi xeyirliyә

                                                26
axtarırmış. Sizin “Yeri iri addımlarla, Azәrbaycan” şeirinizi soruşurmuş. Sonra gördüm ki,
hәmin şeiri Bakıya gәlmәsi ilә әlaqәdar Brejnev haqqında tәcili buraxdıqları qırmızı rәngli kitaba
salıblar, hәtta dörd misrasını kitabın üz qabığına çıxarıblar. Oxudum, bir tәrәfdәn fikirlәşdim ki,
daha mәndәn әl çәkәrlәr. Digәr tәrәfdәn isә xәcalәt çәkdim. Doğrudan da yaradıcılığım üçün
xarakterik olmayan o şeir üstündә oxuculardan xeyli danlaq eşitdim.

Belә hallar, әlbәttә, müvәqqәti olaraq diqqәti yayındırırdı. Ancaq fikri dәyişmirdi. Elә bunun
nәticәsi idi ki, bir dәfә dә olsun yuxarıların qәbuluna gedәn yazıçıların siyahısında adım
olmayıb. Uzun illәr әrzindә respublika rәhbәrlәrinin zalında keçirilәn “hörmәtli” tәdbirlәrdә,
qonaqlıqlarda, banketlәrdә, söhbәtlәrdә bir dәfә dә iştirak etmәyә dәvәt olunmamışam. Hәr halda
çoxları tәsdiqlәyәr ki, bu yaradıcılığımın sәviyyәsi ilә bağlı olmayıbdır. Yuxarılardakı
qulbeçәlәrin, yaltaqların, yan tumarlayanların, ikiüzlülәrin münasibәti ilә әlaqәdar olubdur.

Tәәssüf ki, belәlәri bәzәn uzun illәr Yazıçılar İttifaqında da yuva sala biliblәr, yuxarılara xidmәt
göstәrmәklә mәşğul olublar. İşlәri-güclәri yuxarılara xәbәr aparıb-gәtirmәk, onların fitnәlәrinin
yerinә yetirilmәsinә kömәklik göstәrmәk olubdur. Bunun müqabilindә layiq olmadıqları halda
mükafat da alıblar, orden, medal da, fәxri ad da. Belәlәri Famil Mehdi kimi az-çox özünә hörmәt
edәnlәri, dilini dinc qoymayanları, başqasının bostanına daş atanları necә müdafiә edә bilәrdilәr?
Axı, onun belә misralarını hәr oxuyandan sonra redaksiyalara zәng edib soruşurdular: “Bu
misralarda o kimi nәzәrdә tutur?”

Dünya onunçün bazar,
Sahibi bazarbaşı.
Yanından keçsә azar
Bәlkә әzәr başını.
Ya bir gәlmәk gәlәr ki,
Azar yolunu, azar.
De, gәl dolan ay kasıb.
Sahibi köhnә qoçu,
Keçisi mәrdimazar.
Doyunca basıb yesә
Lәpәni ya kişmişi
Deyәrsәn cәhәnnәmә!
Yüngül gәlsin çәkisi.
Ürәyimizi yeyir
Qoçu Nәcәfqulunun keçisi.
“Qoçu Nәcәfqulunun keçisi” şeirindәn,
Yaxud:
Görәsәn qüdrәtilә
Öyünürmü pәlәnglәr?
Kimә meydan oxuyur
Pәlәngdәki bilәklәr?
Görәsәn öz dilini
Unudan quş varmı heç?
Özgә dildә danışan
Bir quş tapılarmı heç?
Görәsәn meşәlәrin
Gәzib sahibi kimi
Bir çaqqal, bir çaqqala
Haralısan deyirmi?
Tәkbuynuz tәkә necә
Neçә fәnd qura-qura,

                                                 27
Görәsәn qoyunları
Qurban verirmi qurda?
Başına qoyub ayı,
Papağını tәrsinә,
Çağırırmı ceyranı
Mәdәniyyәt dәrsinә?
Görәsәn bağlanırmı
Tülkülәrin bazarı,
Neçә tülkü öldürüb
Bu yaltaqlıq azarı?
“Görәsәn” şeirindәn.
Vә ya:
Bәzәn bir şәrәfsiz dәrs verir bizә,
Tәsdiq elәyirik nә desә biz dә.
Lap kül dә üfürür gözlәrimizә,
Çatmır danışmağa cürәtimiz dә.
“Bu gün dil açırsan...” şeirindәn.

Bu şeirlәrin hәr birinin üstündә başım çox ağrayıb...

Yazıçılar Birliyindә uzun illәr belә bir әnәnә olub: yazıçı vә şairlәrin, hәtta texniki işçilәrin әlli,
altmış, 70 illiyi müxtәlif formalarda qeyd olunur: “Ədәbiyyat vә incәsәnәt” qәzetindә Yazıçılar
Birliyinin tәbriki verilir. Fәxri fәrmanla tәltif olunur. Yazıçılar fәxri adlara, orden vә medallara
tәqdim edilirdi. Yaşıdlarım sırasında bunların heç birinә, hәtta adi tәbrikә layiq görülmәyәn bircә
nәfәr var ki, o da mәnәm. Halbuki ancaq “Literaturnaya qazeta” keçmiş SSRİ Yazıçılar
İttifaqının mәnә ünvanlanan geniş sәmimi tәbrikini vә şәklimi vermişdi. Bunun iki sәbәbi vardı:
әsas sәbәbi MK-da mәdәniyyәtә rәhbәrlik edәnlәrin qәrәzli, kinli münasibәti. İkinci sәbәbi,
Yazıçılar Birliyindә daxili hәlә camaata yaxşı mәlum olmayan; özünü ağsaqqal kimi qәlәmә
verәn, ancaq yuxarılara açıq-açığına qulluq göstәrmәklә çox rütbәlәrә nail olan bir cәnabın adi
insani tәlәbimә cavab әvәzinә mәndәn aldığı intiqam idi. Ancaq mәn fәxr edirәm ki, onların heç
birinә layiq görülmәmişәm. Bu haqda şeirim dә var. Mükafat alanlardan başqa çoxlarının xoşuna
gәlib:

Nә yaxşı mükafat almadım, allah!
Mükafat alanlar susur, lallaşır.
Mükafat alanlar liberallaşır,
Qәfil ürәklәrin odumu sönür,
Mükafat alanlar quzuya dönür.
Yamandır, insanın quzulaşması,
Özündәn qaçması, uzaqlaşması.

Nә yaxşı mükafat almadım, allah,
Dilin bir söz deyir, ürәyin bir söz.
Tәlәsmә, bacara bilirsәnsә döz.
Mükafat alanlar qurulaşırlar,
Sellәr daşanda da durulaşırlar.
Tәzә köynәk kimi ütülәnirlәr,
Hәr zaman irәli itәlәnirlәr.

Nә yaxşı mükafat almadım, allah,
Mükafat alanlar sonra pis yazır.
Əsәbsiz, qәzәbsiz, ürәksiz yazır.

                                                  28
Mükafat alanlar özündәn razı,
Ocağa tamarzı, külә tamarzı.
Hәr zaman hardasa çıxışdadırlar,
Ucuz tәriflәrdә, alqışdadırlar.

Nә yaxşı mükafat almadım, allah,
Versәlәr alardım,
ay verdilәr ha?.

Əlli yaşım tamam olanda baş verәn hadisәlәr bir daha sübut etdi ki, bu, yaradıcılıq sәviyyәmlә
әlaqәdar deyil. Ancaq buna 1984-cü il dekabrın 24-25-dә çıxan bir çox respublika qәzetlәri
(“Kommunist”, “Vışka”, “Bakı”, “Baku”, “Azәrbaycan gәnclәri”, “Azәrbaycan müәllimi” vә s.)
mәnim haqqımda xoş sözlәrini vә yeni şeirlәrimi dәrc etdilәr. Bu, yuxarılarda bomba kimi
partladı. Mәrkәzi Komitәdә hәmin gün ideoloji katibin yanında qәzet redaktorlarının tәcili
müşavirәsi keçirildi: “Sizә kim icazә verib ki, MK-nın qәrarı olmadan Famil Mehdiyә yubiley
keçirmisiniz?” Cavab belә oldu: “Əvvәla, bu yubiley deyil, mәtbuatda ad gününü qeyd etmәyin
әn tәvazökar formasıdır. Digәr tәrәfdәn, Famil Mehdi buna tamamilә layiqdir.” Ancaq bu cavab
şübhәsiz ki, özündәn razıları razı salmayıb. Acığını “Azәrbaycan gәnclәri” qәzetinin redaktorunu
әvәz edәn Əlirza Balayevdәn, şöbә müdiri Tofiq Mütәllibovdan çıxıblar. Yuxarının göstәrişi ilә
onlara töhmәt verilibdir. Əlirzanı işdәn çıxarırmışlar. Yaxşı ki...

Niyә mәhz “Azәrbaycan gәnclәri” qәzeti? Çünki orada dәrc odunan “Mәnim yubileyim” şeirim
yuxarıları daha çox qәzәblәndirmişdir. Əslindә şeir çox yaxşı bir niyyәtlә yazılmışdır. Ancaq
vәzifә ölülәri onu pis yerә yozmuşlar.

Zәrdabi daş kimi susub yatıbdır,
Kollar arasında itib-batıbdır.
Yanında milyonçu birinә ancaq
Abidә qoyulub-günümә bir bax!
...Əlәnib keçirәm söz әlәyindәn,
Nә vaxt susdurmuşam, hansı dәrvişi
Bәlkә dә yubiley xәstәliyindәn,
Bir az şeirimizin tökülüb dişi.
Bir az da qanında mәddahlıq artıb,
Bir az da yolunda bәdxahlıq artıb...

Atalar yaxşı deyir: “Sәn ağacını götür, suçlu suçluğunu bildirәcәk.” Yazıq redaktor müavininә
verilәn suallardan sonra fәxri xiyabana gedib axtarmışam görüm mәnim fikrimi hara yozublar.
Mәddahların rәhbәr olduğu bir mühitdә “mәddahlıq artıb” demәk dә, görünür şübhәsiz ki,
yuxarıların xoşuna gәlmәzdi.

Mәnim şeirlәrim publisistik tәbiәtlidir. Yәni fikirlәrimi açıq demәyә, güllәmi düz hәdәfә
vurmağa çalışmışam. Ezop üsulu, fikri örtülü, dolayısı yollarla demәk mәni tәmin etmәyib. Bunu
bәzәn mәnim şeirlәrimә nöqsan sayırlar. Ola bilsin ki, ayrı-ayrı şeirlәrdә bu “duz” artıq olur.

Amma mәnә elә gәlir ki, publisistik keyfiyyәt poeziyaya çox lazımdır. Xüsusilә dә kәskin
mübarizә illәrindә. Amma şübhәsiz ki, ölçü daxilindә. Mәn heç vaxt nәzmlә felyeton
yazmamışam. Amma publisistik keyfiyyәt mәnim şeirimә mübariz tәnqidi ruh gәtirib. Bu tәnqid
çox-çox hallarda hәdәfini tapıb. Güllәm hәdәfinә dәyib. Ona görә dә bir çox halda şeirlәrim çap
olandan sonra hәmin “hәdәf-cәnabların” açıq-gizli hücumları başlanırdı. Yadımdadır, “Ulduz”
jurnalı şeirlәrimi vermişdi. Sәhv etmirәmsә biri “Sәn mәni ayırma öz orbitimdәn” şeiri idi:


                                               29
Sәn mәni ayırma öz orbitimdәn,
Halal zәhmәtimdәn, tәbiәtimdәn.
Qoyma öz-özümә tövbә edim mәn,
Qoy necә varamsa, elә yaşayım,
Lalamsa, karamsa., elә yaşayım.
Dalğınam, qәmginәm, qorxma bu qәmdәn,
Birdir sevincin dә, qәmin dә yaşı.
Televiziya diktoru deyilәm ki, mәn
Baxıb gülümsәyim hәr addımbaşı.
Eşqin nә avandı, eşqin nә tәrsi,
Bәsdir, az versәnә mәnә bu dәrsi...

Bәlkә “Arvadından qorxan Orxan” şeiri dә dәrc olunmuşdu:

Çox çәtindir bu dünyada
Olmasa bir möhkәm arxan.
Buna görә düşüb oda
Arvadından qorxan Orxan.
...Bu nә dәrddir-bu nә sirdir?
Nә qәhrdir sәni boğan.
Böyük komitә sәdridir
Arvadından qorxan Orxan.

Bәlkә “Hacı Zeynalabdin Tağıyevin qızı” şeirim dә verilmişdi o nömrәdә:

Qınamayın qadını
Dünya hәqiqәtinmiş.
Hәqiqәtsiz yaşamaq
Görünür çox çәtinmiş.

Bir neçә gündәn sonra redaksiyaya getdim ki, redaktora, әmәkdaşlara tәşәkkürümü bildirim.
Jurnalın baş redaktoru aramızda sәmimi münasibәt olan Yusif Sәmәdoğlu dedi:”- Famil,
srağagün Mәrkәzi Komitәdә idim. Sәnin şeirlәrinlә әlaqәdar ciddi söhbәt oldu. Mәni möhkәm
mәzәmmәt elәdilәr. Şeirlәrә bilavasitә mәsul olan Vaqif Cәbrayılzadәnin dә ünvınına iradlar
yağdırdılar. Əlbәttә, mәn cavablarını verdim. Ancaq düzünü deyim ki, onların sәnin haqqında bu
dәrәcәdә pis fikirdә olmalarını bilmirdim”.

Bu söhbәtlәri eşitdikcә dilxor olurdum, qanım qaralırdı. Açığı bәzәn xoflanırdım da. Ancaq
bunlar mәni әsla ruhdan salmırdı. Daha hәvәslә, gәrgin, әsәbi yazıb-yaratmağıma kömәk edirdi.
Çünki, bәzәn bunun әksinә olan xәbәrlәr dә eşidirdim. Mәsәlәn, bir gün Bәxtiyar Vahabzadә
mәnә zәng vurub xәbәr verdi: - Dünәn Mәrkәzi Komitәdә Hәsәn Hәsәnovun yanında idim.
Söhbәt sәndәn düşdü. Hәsәn müәllim dedi ki, Familin “Günәş hәmişә sәmadadır” poemasını
diqqәtlә oxudum. Çox xoşuma gәldi. Görünür yazığı nahaqdan incidirmişik. Hәsәn müәllim
gülümsünüb bunu da әlavә etdi: - Əşi, görünür, Familin özündә dә tәqsir var. Bu politbüronun
ünvanına iki misra yazaydı dә. Başına bu oyunu açmayaydılar...

Mәn, düzü, Hәsәn müәllimdәn dә narazı idim. Axı o, savadlı ziyalıdır. Xalq adamıdır.
Ədәbiyyatı, sәnәti sevәndir, qiymәtlәndirәndir. Ancaq nәdәnsә mәnim poemamı müdafiә etmәdi.
Yadımdadır, Yazıçılar İttifaqının katibi İshaq İbrahimov mәnim yanımda Hәsәn müәllimә zәng
etdi. Poemanı tәriflәdi, çapına kömәk etmәsini xahiş etdi. Hәsәn müәllim çox konkret cavab
verdi: “Mәndәn әvvәl olan işdir (Hәsәn müәllim tәzәcә ideoloji katib seçilmişdi). Mәni ora
qatmayın!” Hәtta yuxarıda qeyd etdiyim kimi 25 gün gözlәyәndәn sonra MK-nın qәbul

                                              30
otağından mәnә dedilәr ki, Hәsәn müәllim sәni qәbul etmәyәcәkdir. Bu cümlәlәri yazıram, ancaq
indi dә inana bilmirәm ki, Hәsәn müәllim mәni qәbul etmәkdәn imtina edәydi. Bәlkә dә
şöbәdәkilәrin özlәri tәrәfindәn, yaxud yuxarı mәrtәbәlәrdә kimin isә mәslәhәti ilә mәnә rәdd
cavabı verilmişdi.

Ancaq onu da qeyd etmәyi vә birinci dәfә burada açıb demәyi özümә borc bilirәm ki, 50
illiyimlә әlaqәdar Mәrkәzi Komitәdә mәnim әleyhimә sәrt tәbliğat aparıldığı günlәrdә Hәsәn
Hәsәnov evimizә zәng vurdu. Qәzetlәrdә çıxan şeirlәrimi, xüsusilә “Azәrbaycan gәnclәri”ndәki
“Mәnim yubileyim” şeirimi çox tәriflәdi. Hәr halda Hәsәn müәllim oradakıların tayı deyildi...
Görünür, elә şeylәr vardı ki, sadәcә olaraq ya gücü çatmır, ya da münaqişәyә qoşulmaq
istәmirdi.

Demәli, Mәrkәzi Komitәdә işlәyәnlәrin içәrisindә yaxşılar, lәyaqәtlilәr dә vardı. Onların
ürәyindә vәtәn, millәt hissi qaynayırdı. Ancaq ümumi ab-hava elә idi ki, onlar bunu açıq ifadә
edә bilmirdilәr. İkilikdә, dar mәclislәrdә ürәklәrini açırdılar bizә. Aydın olurdu ki, eyni hisslәrlә
yaşayırıq. Ancaq yazıqlar qәribә vәziyyәtә düşmüşdülәr. Ümumiyyәtlә, partiya aparatında
anlaşılmaz bir qayda hökm sürürdü. Heç kәs xasiyyәtdә, davranışda, münasibәtdә bir-birindәn
fәrqlәnmәmәlidir. Hamı rәsmi, quru, qaşqabaqlı olmalıdır. Fikirli görünmәlidir. Hәtta yayın
cırcıramasında, göydәn od yağanda belә kostyum geyib qalstuk bağlamalıdır. Ayrı-ayrı partiya
işçilәrinin bu qaydaları pozması bir növ partiya sisteminә, partiya yoldaşlarına xәyanәt idi. Bir
sözlә, heç kim bir-birindәn fәrqlәnmәmәli idi. Fәrqlәnmәk istәyәnlәr riskә getmәkdәn
qorxurdular.

Çoxunun isә fәrqlәnmәk qanlarında yox idi. Allah onları elә bil kölә, qul yaratmışdı. Mәn
belәlәrinә tәәccüb qalırdım: bәzәn savad da var, qabiliyyәt dә. Ancaq kölә olmaq, böyüklәr
qabağında ikiqat әyilmәk, açıq-açığına yarınıb xidmәt göstәrmәk onlara lәzzәt verirdi.
Tәәssüf ki, belәlәri uzun illәr mәdәniyyәtә, әdәbiyyat vә incәsәnәtә dә rәhbәrlik edirdilәr vә indi
dә hәmin yuxarı dairilәrdә bizә rәhbәrlik edirlәr. Bunlardan ikisini xüsusilә qeyd etmәk
istәyirәm. Biri üzdә özünü sakit, hәtta bir qәdәr yazıq göstәrirdi. Hәqiqәtdә isә saman altdan su
yeridәn idi. MK-da “Azәrbaycan dilini bilәn mütәxәssis” hesab edilirdi. Şübhәli şeylәri, vurmaq
istәdiklәri adamların әsәrlәrini ona oxudurdular. O isә misraları iylәmәyi, hәr sözә zәrrәbinlә
baxmağı vә istәdiyi yerә yozmağı yaxşı bacarırdı.

Mәnim poemamın vәrәqlәrinin böyür-başına böhtan sözlәri yazan da, çox güman ki, o idi. Özü
yazmasa da, yazdırmasına heç bir şübhә ola bilmәz. Yazıçılar İttifaqına gәlәndә quzuya dönürdü.
Hәr birimizlә әl tutub halımızı soruşurdu. özünü bizә yaxın göstәrmәk istәyirdi. Ancaq daldada
pambıqla baş kәsirdi. Buna görә dә MK-da iyirmi ildәn çox idi ki, eyni otaqda, eyni stulda
otururdu. Onu görәndә hәm dilxor olur, hәm dә ona yazığım gәlirdi. halımı soruşanda özümü
boğur, nәzakәtlә cavab verirdim. Hәtta hәrdәn evimizә dә zәng vurardı.

Mәnә növbәti zәrbәni tәşkil etdiyi günlәrin birindә evimizә yenә zәng etdi. Guya sәhhәtim ilә
maraqlanırdı. Daha özümü saxlaya bilmәdim, dedim: “- Bir dә mәnә zәng etmәyi sәnә qadağan
edirәm. Əl çәk bu iblislikdәn. Əl çәk bu pambıqla baş kәsmәkdәn vә kәsdirmәkdәn. Çıxart
üzündәn maskanı. Qoy camaat görsün ki, sәnin min sifәtin var.” Tәbii ki, daha zәng vurmadı.
Rast gәlәndә başı ilә salam verib keçirdi. Sonra başqa vәzifәyә göndәrildi. Orda işә başladığı ilk
gündә vurub başını yardılar vә vәzifәdәn qovdular. Ancaq neylәyәsәn ki, hәlә dә yuxarılardadı...
Yeri gәlәndә demokratların adından çıxış edir. Yeri gәlәndә partokratları müdafiәyә qalxır.
Bәzәn dә ağzına su alıb oturur. Haqqın yolunu yaxşıca tapıbdır...

İkincisi daha tәhlükәli idi. Çünki savadlı idi. Neçә dil bilirdi. Azәrbaycan dilindә isә çox pis
danışırdı. İnanmıram ki, özü Azәrbaycan dilindә әsәr oxuyub bütün tәfәrrüatına qәdәr başa düşә
bilәydi. Neçә katib yola salmışdı. Neçәsini qarşılamışdı. Hamısı ilә dә dil tapa bilmişdi.

                                                  31
Bәli, o daha tәhlükәli idi. Çünki böyüklәrlә bilavasitә tәmasda idi. Böyüklәrә bütün
informasiyanı o çatdırırdı. Vә hәr şeyi bu informasiyalar hәll edirdi. Bu vaxt obyektivlikdәn çox
mәnafelәr әsas tutulurdu: kimi qorumaq, qoltuq altda saxlamaq, başını sığallamaq, kimi gözdәn
salmaq, pisikdirmәk, incitmәk, mәnәvi әzab-әziyyәt vermәk, uzaqlaşdırmaq- bunun hamısını o
yerinә yetirirdi. Bir qayda olaraq yuxarıların adamlarını, onlara “bәli”, “bәli” deyәnlәri müdafiә
etmәk, mükafatlandırmaq, açıq-açığına qorumaq onun gördüyü işin әsas mәğzini tәşkil edirdi.
Hansı әsәrin çapını dayandırmaq, hansı müәllifi sıxmaq, incitmәk, hansı şairә, yazıçıya fәxri ad
vermәk, orden-medal vermәk lazımdır, bunların hamısını ilk mәrhәlәdә bilavasitә o hәll edir,
sonrakı mәrhәlәlәrdә dә fikir yaradırdı. Yuxarılara yaltaqlanan adamlar tapanda yәtin ki, o gecә
sevincindәn yata bilmirdi. Çünki onlardan istifadә edirdi.

Əlbәttә, belәlәri çox bic olur. Özünü mәdәni, sadә göstәrmәyә çalışır. Zahirdә etik normalara
tam әmәl edir. Guya ki, böyük-kiçik hörmәti gözlәyir. Nәzakәtlilik nümunәsi göstәrir. Özü
bilavasitә konfliktә qoşulmur. Cavabı özü vermir. Tәlimatı verir, kәnarda dayanırdı. İlanı
Seyidәhmәd әli ilә tuturdu. Bir dәfә mәcbur etdim ki, poemam haqqında fikir desin. İmtina etdi:
“Deyilәn fikirlәrlә (yәni ciddi ittihamlarla) mәn dә şәrikәm”.

Əl çәkmәdim: “Mәn poema haqda şәxsәn sizin dilinizdәn eşitmәk istәyirәm. Mәcbur etdim.
Razılaşdıq. Bir neçә hәftәdәn sonra MK-da, otağında görüşdük. İlahi, bu dәhşәt idi. Əvvәla, açıq
hiss olunurdu ki, oxuduqlarının çoxunu başa düşmәyib. İkincisi dә tamamilә hansı sәnәtә zidd
tәlәblәrlә çıxış edirdi: “Bilirsiniz, respublikanın indiki iri addımlarla irәlilәdiyi bir dövrdә
tәnqidә nә ehtiyac var?! Siz raykom katibinin öz dili ilә özümüzü biabır edirsiniz. Bunu uşaq da
başa düşür ki, siz nailiyyәtlәri yox, nöqsanları göstәrmәyә daha çox tәşәbbüs edirsiniz. Belә çıxır
ki, raykom katiblәrinin qazancı yalnız ürәk ağrısı olur. Bәs bu planları, öhdәliklәri kim tәşkil
edir? Onun tәşkilatçısı kimdir? Bәs әmәyi qiymәtlәndirilәn, Qızıl Ulduz alan insanları, rәhbәr
işçilәri niyә görmürsünüz?

Ümumiyyәtlә, hadisәlәrә Sizın mövqeyiniz partiyalı mövqe deyildir, Siz hәtta qazanılan
nailiyyәtlәrdәn danışanda da söhbәti elә yerә gәtirib çıxarırsınız ki, görülәn işlәr iki qәpiklik
olur. Siz rüşvәtxorluğu, yaltaqlığı, yerlibazlığı tez-tez ön plana çәkirsiniz. Axı, insaf da yaxşı
şeydir. İndi onlar bizdә yoxdur. Kökü kәsilib. Olanı da tәsadüfi xarakterdәdir. Bu günümüz üçün
xarakterik deyildir. Sizә partiya sәnәdlәrini oxumağı, MK plenumlarının materiallarını diqqәtlә
öyrәnmәyi mәslәhәt görәrdim...” Hәm dә bu sözlәri elә deyirdi ki, elә bilirdin rus azәrbaycanca
danışır. Sözlәr tәhrif olunur, cümlәlәr baş-ayaq qurulurdu. Ayağa qalxanda dedim: “Nә qәdәr ki,
sizin kimilәr Azәrbaycan әdәbiyyatına, mәdәniyyәtinә başçılıq, rәhbәrlik edir, vay bizim
halımıza...” Dedim vә otaqdan çıxdım.

Bir neçә gündәn sonra Yazıçılar İttifaqında plenum keçirilirdi. Rәyasәt heyәtindә qırtmışdı.
Hәyәcanlı olduğu hiss edilirdi. Sir-sifәti daha da qızarmış heç bir rәngә oxşamayan bir rәngә
düşmüşdü. Tez-tez eynәyini çıxarıb tәmizlәyirdi. Yanılmamışdı. Mәn Yazıçılar İttifaqının
iclaslarında 15-20 ildә iki, ya üç dәfә çıxış etmişdim. Söz aldım, kürsüyә çıxdım. Müzakirә
olunan mәsәlә ilә bağlı qısa danışıb sinәmi deşәn mәsәlәlәrә keçdim. Sözümә belә başladım:
“Mәn bir neçә gün әvvәl MK-da filankәsovun yanında olmuşam. Ona ikilikdә dediyim sözlәri
bir daha tәkrar edirәm: Yoldaş filankәs yaxşı olar ki, özünüzdә kişilik tapasınız. Ərizә yazıb
vәzifәdәn gedәsiniz. Axı, ora sizin yeriniz deyil. Axı siz doğma ana dilinizi çox pis bilirsiniz.
Rusca düşünüb azәrbaycanca danışırsınız. MK ilә Yazıçılar İttifaqı arasında elә bir hasara
çevrilmisiniz ki, aşıb keçmәk mümkün deyil. Sizin sәnәtә münasibәtiniz partiya işçisinin
mәruzәsinә münasibәtdәn heç nә fәrqlәnmir. Sizin sifәtiniz mәlum deyil. İşiniz-gücünüz haqqı-
әdalәti boğmaqdır. Vәzifәniz naminә nәyә deyәsiniz gedәrsiniz. Yaxşı olar ki, könüllü çıxıb
gedәsiniz. Bәsdir әdәbiyyatın, mәdәniyyәtin, onun nümayәndәlәrinin başında turp әkdiyiniz.”
Keçib yerimdә oturdum. Adәtәn belә yığıncaqlarda MK işçisinin, yuxarıdan gәlәn


                                                32
nümayәndәnin ünvanına kiçik bir nöqsan deyilәn kimi ya rәhbәrlikdәn olanlar, ya da sıravi
yaltaqlar dәrhal müdafiәyә qalxırdılar.

Nәdәnsә bu dәfә belә olmadı. Görünür çoxunun ürәyindәn tikan çıxarmışdım. Ancaq özü özünü
müdafiә etmәli oldu. Çıxışımın sәmәrәsini, tәsirini azaltmaq üçün şәxsi motivlәri artdı ortaya:
“Sizin poemanızın çapına mane olmamışam.” Ancaq özünümüdafiә sәmәrә vermәdi. Çünki artıq
bu neçә ildә hansı yuvanın quşu olduğunu hamı yaxşı bilirdi. İş elә gәtirdi ki, doğrudan da bir
neçә gündәn sonra çıxıb getdi. Ancaq üzü üzlәr görmüş bu adam yeni rәhbәrliklә birlikdә
yenidәn gәldi. İndi dә rәhbәr vәzifәdәdir...

Ümumiyyәtlә, uzun illәrin hәyat tәcrübәsindә belә bir qәti qәnaәtә gәlmişәm: Hәyatda
yaltaqlara, ikiüzlülәrә, simasızlara, satqınlara, nadanlara, dәlәduzlara, yerlipәrәstlәrә,
dәstәbazlara, rüşvәtxorlara qarşı mübarizә aparmaq çәtindir, bәlkә dә heç mümkün deyildir.
Belәlәri çox qüvvәtli olur. Dәrhal müdafiәçilәri tapılır. Yazıq düzlәr vә tәmizlәr. Mübarizәdә
hәmişә tәk qalırlar. Bir çox halda hәlә borclu da çıxarırlar.

Bunların içәrisindә әn qorxulusu vә dәhşәtlisi yerlipәrәstlikdir. Mәn qәti әminәm ki,
Azәrbaycanı nә ermәni basqını, nә rus tәcavüzü, nә qeyri hücum yıxa bilmәz. Onu yıxsa ancaq
vә ancaq Azәrbaycana mәxsus xüsusi yerlipәrәstlik yıxacaqdır. Əgәr Azәrbaycan müstәqil bir
dövlәt kimi yaşamaq istәyirsә bu xәstәlikdәn birdәfәlik tәmizlәnmәyә çalışmalıdır.
Hәyatda rast gәldiyim әn böyük hәqiqәt Molla Pәnah Vaqifin vaxtilә gәldiyi nәticә ilә eynidir:
Mәn cahan mülkündә mütlәq doğru halәt görmәdim!

Bu sözlәri bu gün iri hәrflәrlә yazıb altından da imza atıram.
Hәmin nәticәni bu yaxınlarda yazdığım bir şeirimdә ifadә etmәyә çalışmışam:

Bәzәn biri dәli dedi bir ağıllıya,
Hamı dönüb dәli dedi qәlbi dağlıya.
Az qaldı ki, gözlәrimdә dünya ağlaya,
Baxma haqqı bu nahaqqa mәn dәyişmәdim,
Ölüb getdim bu dünyanı başa düşmәdim.
Cinayәtkar cinayәti söydü, “pis” dedi,
Xәyanәtkar xәyanәti saydı, pislәdi.
Ədalәti için-için didib hirs yedi.
Əl uzatdım, bir doyunca mәn görüşmәdim,
Ölüb getdim, bu dünyanı başa düşmәdim.

...Kimsә aslan qiyafәli bir qoyun imiş,
Kimsә qoyun libasında Firon imiş.
Dünya ki, var o özü dә bir oyun imiş,
Mәnsә bir can odlamadım, qәlb üşütmәdim,
Ölüb getdim, bu dünyanı başa düşmәdim.

Kommunist Partiyasının üzvü olmuşam. Gәnclik illәrimdә ürәkdәn inanıb bu partiyanın
üzvlüyünә qәbul edilmişәm. Mәn o vaxt partiyalığı fәallıq, nümunәvilik, ictimai mühitә çıxmaq,
kütlәlәrlә sıx әlaqәdә olmaq, xalqa kömәk etmәk, әliәyriliyә, mәnsәbpәrәstliyә, tәhqirә, tәzyiqә
qarşı amansız mübarizә aparmaq üçün imkanlılıq mәnasında başa düşürdüm. Düzünü deyim ki,
işin siyasi tәrәfi mәni o qәdәr dә düşündürmürdü. Bu inam mәndә bir müddәt yaşadı. Ancaq
özümdә başqaları kimi mübarizәlәrdә zәrbә aldıqca, mühiti laqeyd gördükcә bu inam mәndә
soyumağa başlayırdı. Xüsusilә cәmiyyәtin keçdiyi real yolu diqqәtlә öyrәndikcә, partiyanın,
dövlәtin әli ilә törәdilәn cinayәtlәrlә, faciә vә xәyanәtlәrlә yaxından tanış olduqca hәmin inam
ölüb gedirdi.

                                                33
Sonra elә vәziyyәt yarandı ki, partiyaya çörәk ağacı kimi baxıldı. Partiyaya rüşvәtlә adam qәbul
edilirdi. Bu vaxtlar partiya mәnim üçün ancaq cansız bir kitabçadan-biletdәn ibarәt idi.
Universitetin jurnalistika fakültәsindә partiya tәşkilat katibi seçilmişәm. Dedi-qodunun,
özbaşınalığın qabağını almışam. Universitet partiya bürosuna üzv seçilmişәm, haqsızlığa,
әdalәtsizliyә, yerlibazlığa, dәstәbazlığa qarşı mübarizә aparmışam, demokratik fikrә yol
açılmasına çalışmışam. Bu haqda çoxlu misallar gәtirә bilәrәm. Cavan bir qızın partiyaya üzv
namizәdliyi vaxtı özünü doğrultmayıb, “Partiya tarixi”ndәn “iki” alıb deyә namizәdlikdәn
çıxarırlar. Qızın üz-gözündәn yazıqlıq, kimsәsizlik, kasıblıq yağır. Rayonludur. Yaşlı
professorlar vә digәr büro üzvlәri hamısı hәmin tәklifin tәrәfdarıdır.

 Mәn söz alıram: “Hörmәtli yoldaşlar, siz düzgün qәrar qәbul etmirsiniz. Mәn bunun tamamilә
әleyhinәyәm. Bu qız partiya namizәdliyi vaxtı özünü çox yaxşı doğruldub. O, kolxozda beli,
kәtmәni yerә qoyub universitet kimi bir ali mәktәbә qәbul olunub. Özünü bundan yaxşı
doğrultmaq olar? İkincisi, doğrudanmı “Partiya tarixi” müәllimi heç bir xahişә qulaq asmayıb,
obyektiv imtahan götürüb. Bir qrupda elә bircә bu qız zәif olub, “iki” alıb? Mәn buna da
inanmıram. Ancaq ona inanıram ki, bütün tapşırılanlar qiymәt alıb, bu yazıq qızı isә tapşıran
olmayıb”.

Etiraz sәslәri eşitdim: “Düz demirsiniz. O qız savadsız olduğu üçün “iki” alıb. Bu kommunistә
yaraşmaz.” Qızın xeyrinә bircә mәn sәs verirәm. Hamı әleyhinә sәs verir. Ancaq raykomda
vicdanlılar tapılır. Partkomun qәrarı lәğv edilir. Hamı mәni istehza ilә tәbrik edir: “Sәn bizdәn
düz fikirlәşirmişsәn!” Yaxud bir nәfәr tәlәbә qızı partiya sıralarına qәbul edirlәr. Hәlә otağa
çağrılmamışdan xahiş olunur ki, sual verilmәsin. Gedib ailәsinә çata bilәr. Hamı razılaşır. Qız
otağa çağrılır. Elә-belә, xala xәtrin qalmasın, danışdırırlar. Azәrbaycan dilindә danışa bilmir.
Partiyaya qәbul olunması haqqında tәklifi formal olaraq sәsә qoymaq istәyirlәr.

Mәn әlimi qaldırıb: “Sualım var” deyirәm. Bütün tәәccüblü baxışlar mәnә zillәnir. Başını
bulayanlar da olur. Əhәmiyyәt vermәyib soruşuram:

- Siz Azәrbaycan yazıçılarından kimlәri tanıyırsınız?

Tutulub, çox çәtinliklә dillәnir:

- Men azbeycança kitab oxumuram.

Yenә sual verirәm:

- Yaxşı, Nizaminin rusca hansı әsәrini oxumusunuz?

Cavab verir:

- Nizami heç bir eser oxumadım.

Otaqda böyük bir pәrtlik yaranır. Əlbәttә, qız mәmnuniyyәtlә partiya sıralarına qәbul edilir.
Qızın otaqdan çıxması ilә töhmәtlәrin, tәnәlәrin üstümә yağması bir olur:

- Sizdәn xahiş etmәdik ki, sual vermәyin? İndi gedib atasına deyәcәk...

Mәn cavab verirәm:



                                                34
- Xahiş edirәm narahat olmayın. Əvvәla, sualı mәn vermişәm, siz yox. İkincisi, elә sualı ona
görә verirәm ki, gedib evdә atasına desin. Axı bir hәftә bundan әvvәl onun atası böyük bir
yığıncaqda akademiklәrә, professorlara, yazıçı vә şairlәrә Azәrbaycan dilindәn dәrs deyirdi.
“Dilimizi yaxşı öyrәnin” deyirdi. Mahnıdakı “Şirindir, şirindir, ana dilim şirindir” misralarını
tәkrar edirdi. Bәs o hara, bu hara? Qoy qız getsin atasına desin vә başqasına dәrs verәn ata bilsin
ki, hәrә özündәn, öz ailәsindәn başlamalıdır.

Vә yaxud 1969-cu ilin avqustundan bir neçә hәftә sonra universitetin akt zalında partiya
konfransı keçirilir. Camaat durub tәlәb edir ki, iclas dayandırılsın. Əliyev konfransa gәlsin.
Camaatın tәlәbinә mәhәl qoymaq istәmirlәr.

Nәhayәt, mәn dә söz alıram:

- Nә vaxta qәdәr camaatın ağzını yumacaqsınız? Sәsini batıracaqsınız? Tәklifә әmәl etmәk
lazımdır.

Mәnim çıxışımdan sonra zal daha da qızışır. İclas başqa vaxta keçirilir. Sәhәri gün Bakı Şәhәr
Partiya Komitәsi bürosunun qәrarını universitetdә elan edirlәr: “Partiya nizamnamәsini
kobudcasına pozduqlarına, partiya konfransını dağıtdıqlarına görә, filankәslәrә, o cümlәdәn
Famil Ağalar oğlu Mehdiyә şiddәtli töhmәt verilsin”. Bir neçә gündәn sonra haqsız qәrar lәğv
etdirilir.

Mәn partiyada hәr şeyin qara rәngdә olduqunu desәm, qeyri-sәmimi sәslәnәr. Haqq-әdalәt
tәrәfdarına, vicdanlı partiya işçilәrinә dә rast gәlmişәm. Amma mәnim ağlım kәsәn illәrdә ayrı-
ayrı istisnalar nәzәrә alınmaqla, rәhbәr partiya-sovet işçilәri, hüquq mühafizә orqanı işçilәri
hamısı bu vә ya digәr dәrәcәdә rüşvәtxor odublar. Bәzәn onları cәmiyyәt, mühit özü buna
mәcbur edib.

70-ci illәrin axırlarına yaxın belә tәmizlәrdәn biri mәni Mәrkәzi Komitәyә çağırdı. Xeyli söhbәt
etdik. Söhbәt әsnasında bildirdi ki, respublikada sәn bilavasitә jurnalistika ixtisası sahәsindә
yeganә elmlәr doktoru, professorsan. Ona görә dә bizә lazımsan. Sәni Mәrkәzi Komitәyә mәsul
işә gәtirmәk istәyirik. Birinci ilә dә razılaşmışıq. Qәbuluna getmәliyik. Bәri başdan deyim ki,
şәhәrin mәrkәzindә ev alacaqsan. Mәrkәzi Komitәnin üzvü olacaqsan. Respublika Ali Sovetinә
deputat seçilәcәksәn. Bağ evi, sanatoriya, xüsusi mağaza-bunlar da hamısı olacaqdır. Mәn
vәzifәnin adını demәyә imkan vermәdim. Dedim fikirlәşәr ki, bәlkә böyük-kiçikliyinә görә...
Qәti etiraz etdim. Tәşәkkürümü bildirdim: “Mәn partiya işindә işlәmәk istәmirәm”.

Onu da xatırlatdım ki, hәlә rayonda texnikumu qurtaranda mәni Ağdam rayon komsomol
komitәsinә birinci katib qoymaq istәyirdilәr. Raykomun birinci katibi özü mәni qәbul edib,
mәslәhәt bilmişdi. Sәhәrisi günü katibin qohumu Gülxar xalanı (allah rәhmәt elәsin) katibin
yanına xahişә göndәrtdim ki, mәni rayonda vәzifәdә saxlamasın, oxumağa getmәk istәyirәm.
Aradan bir neçә il keçәndәn sonra katib Bakıda bir mәclisdә mәni gördü. Adamlara bildirdi ki,
30 il katiblik dövrümdә hamı vәzifәyә gәlmәk üçün yanıma adam göndәrib. Vәzifәyә qoymamaq
üçün yalnız bircә xahiş olub ki, o da Famil Mehdinin xahişi. Mәsul şәxs gülümsündü. Qayğı ilә
bildirdi ki, indi daha o dövr deyil. Mәn mәslәhәt bilәrdim. Hәr halda pis olmazdı. Bir daha
tәşәkkür edib otaqdan çıxdım.

İki gündәn sonra dedilәr universitetin rektoru, professor Faiq Bağırzadә sәni axtarır. Getdim
yanına. Qәribәliklәri olsa da, pis adam deyildi. Mәrkәzi Komitәyә işә dәvәt olunmağım barәdә
söz saldı. Dedim fikrimi bildirmişәm. Dedi fikrini bildirsәn dә, onlar sәndәn әllәrini üzmәyiblәr.
Sәni iki vәzifәdәn birinә qoymaq istәyirlәr. Biri MK ideologiya şöbәsinin müdirinin birinci
müavini. İkincisi isә “Azәrbaycan kommunisti” jurnalının baş redaktoru. Mәnә dә tapşırıblar ki,

                                                 35
sәni razı salım. Amma mәn sәnin xәtrini istәyib deyirәm: getmә. Gedib şöbәdә ona-buna mәruzә
yazmayacaqsan ki... Bir dә nә bilmәk olar sabah MK-ya kim gәlәcәk. İşdir, gedәsi olsan, jurnal
redaktorluğuna get. Müstәqil işdir. Sözgәlişi deyim ki, bir müddәtdәn sonra Faiq Bağırzadәnin
öz qardaşı Kamran Bağırov MK-nın birinci katibi oldu. Ancaq mәn Faiq müәllimә dә bildirdim
ki, mәn partiya işindә işlәmәk, ümumiyyәtlә, vәzifәdә olmaq istәmirәm. Kafedra müdirliyim
bәsimdir. Yaradıcılıqla mәşğul olmaq istәyirәm. Bu tәklif mәnә o vaxt olurdu ki, uzun
sıxıntılardan sonra şәhәrin uzaq bir kәnarında ev almışdım. Ancaq çox sıxlıq idi. Hәtta quru
yerdә yatırdım...

Mәn bu misallarla bir dә onu demәk istәyirәm ki, partiya biletindәn heç bir vәzifә, var-dövlәt,
şöhrәt üçün istifadә etmәmişәm. Mәnim fikrimcә, 30-cu illәr istisna olmaqla kommunistlik
Azәrbaycanda möhkәm inam vә әqidә ilә bağlı olmayıb. Bir partiyaya ki, adamları faiz ilә qәbul
edәlәr (90-95 faiz fәhlә, kәndli, 5-3 faiz ziyalı) orada hansı әqidәdәn, mәslәkdәn söhbәt gedә
bilәr?!

Mәnim fikrimcә, az bir faizini çıxdıqdan sonra yüksәk vәzifәlәrdә olanlara qara partokrat demәk
olar. Yerdә qalan 80-90 faizin partokratiyaya heç bir dәxli yoxdur. Əlinin qabarı ilә güclә baş
girlәyәnlәr, ailә dolandıranlar, yüzlәrә, minlәrә partokrat damğası vurmaq insafsızlıq yox, hәm
dә günahdır. Bu sözlәr tamamilә ziyalılara da aiddir. Orden, medal, vәzifәpәrәstlәri çıxdıqdan
sonra ziyalı hәmişә demokratik fikirli olub, bәşәri ideyalarla yaşayıbdır. Ona görә dә
ümumiyyәtlә, ziyalının ünvanına yerli-yersiz deyilәn sözlәri, ittihamları rәdd edirәm. Vә bunu әn
böyük nadanlıq sayıram. Azәrbaycanda әlli il әvvәl dә, iyirmi, otuz il qabaq da, beş-on il öncә
dә, әn böyük zәrbә ziyalıya dәyib, bu gün dә dәyir... Ona görә ki, o ziyalıdır.


Mәnim şeirlәrimdә “Allah” sözü çox işlәnibdir. Bunları tәsadüfi hal saymıram. Ürәyimdә hәmişә
allaha inam olub. Nәnәlәrimin hәr ikisi (Əziz vә Ağca nәnәlәrim) namaz qılıb, oruc tutan olub.
Uşaq vaxtı oturdub kәlmeyi-şәhadәti bizә öyrәdәrdilәr. Oruc tutdurardılar. Ancaq çox vaxt
xәlvәtdә yemәk yeyәrdik, özümüzü elә aparardıq ki, acıq. Nәnәlәrimiz üzümüzә baxan kimi
әsәbilәşәrdilәr: - Yalan deyirsiniz, yemisiniz. Gözlәrinizә baxan kimi hiss olunur. Atam-anam da
hәmişә allahla ürәyimizin düz olmasını tövsiyyә edirdilәr. Novruz bayramını öz qaydası ilә
keçirirdik. Axır çilәdә anam sәhәr sübh tezdәn bizi oyadır, gedib axar suyun, eyni zamanda
Novruz qabağı çәrşәnbә axşamı tonqalın üstündәn hoppanır, “ağırlığım-uğurluğum, ağrı-acım
burda qalsın” deyirdik. Qonşuların gizlincә ağzını dinşәyir, bunu müxtәlif yerlәrә yozurduq.

Yeri gәlmişkәn deyim ki, uşaq yaşlarımdan bәdnәzәrin, göz dәymәyin mövcudluğuna
inanmışam. Körpәlәrin qoluna bağlanan, paltarlarına sancaqlanan göz muncuğunda nәsә bir sirr
görmüşәm. Yalnız üzәrliyin özünә möcüzә kimi yox, hәm dә onu yandırıb başımıza dolandıran,
“üzәrliklәr çırtlasın”, “yaman gözlәr pırtlasın” deyәn nәnәmi, anamı da möcüzә yaradanlar,
möcüzә yaşadanlar kimi qәbul etmişәm. Gözdәymәyә aid faktlara hәddәn çox rast gәldiyimә
görә hәmin hadisәlәri tәsadüf hesab etmirәm. Kәndimizdә bir kişi yaşayırdı. Gözündә vardı. Bir
dәfә heyvanlar örüşdәn qayıdanda yelini paçasına sığmayan inәyә baxdı: “ Vay dәdә, vay, nә iri
yelini var, ә” dedi.

İki gündәn sonra eşitdik ki, inәyin yelini çirk elәyib, süd әvәzinә qan gәlir. İkinci misal. Çox
yorğa gedәn bir qulanımız vardı. Tәzә öyrәdilmişdi. Qolları getdikcә açılırdı. Bir dәfә qardaşım
Fikrәt qulanı yorğalada-yorğalada gәlirdi. Bizim yanımızdan keçәndә hәmin kişi diqqәtlә baxdı
vә içini çәkdi: “- Hiy, çәr dәymәmiş nә qәşәng yorğalayır, lap turac kimi sәkir.” Heç on beş,
iyirmi metr getmәmiş qulan hamar kәnd yolunda sәrpib bәrk yıxıldı. Qardaşım aşıb xәndәyә
yumarlandı. Mәn bunları tәsadüf hesab etmirәm.



                                               36
Falçılara inanmamışam. Görünür, bunun sәbәbi dediklәrinin yalan çıxması olub. Keçәn
müharibәnin ağır illәri idi. Qapımızda hәm dә beş-on qoyunumuz vardı. Bir neçәsi sağılırdı.
Buna görә dә çox korluq çәkmirdik. Bir gecә qoyunları tövlәmizdәn çıxarıb oğurladılar. Qonşu
kәnddә Mirzә Hәbib adlı bir kişi yaşayırdı. Mollalıq edir, dua yazır, fala baxırdı. Bir günün çörәk
pulunu boğazımızdan kәsib anam Mirzә Hәbibә aparıb verdi. Fala baxdırdı. Mәn dә getmişdim.
Mirzә Hәbib dedi ki, arxayın evinizә gedin. Qoyunları gәtirib evinizin yaxınlığındakı örüşә
ötürәcәklәr. Hәr gün çıxıb örüşә baxırdıq. Qoyun nә gәzirdi. hәlә dә gәtirib ötürürlәr, yenә dә...
Belә yalanları çox eşitmişәm. Ona görә dә falabaxan haqda şeirim dә yaranıb:

Canlı bir sәdd çәkib yoluma mәnim,
Baxır falabaxan falıma mәnim:
- Bәh, bәh, bәxtә bir bax, taleyә bir bax,
Qoru, bәdnәzәrdәn, pis gözdәn uzaq.
Böyük bir sәadәt izlәyir sәni,
Böyük bir xoşbәxtlik gözlәyir sәni.
Ağlını, huşunu alıb başından,
Bir gözәl sevәcәk sәni bir zaman.
Sevәcәk, әbәdi sәnin olacaq,
Süsәnin olacaq, sәnin olacaq.
Başından yağacaq dövlәt dә, var da,
Baxıb mat qalacaq qaynanalar da.
Ən әla yerdә dә ev alacaqsan,
Halal zәhmәtinlә ucalacaqsan.
...Yel vurur, ağ saçım daranır şan-şan,
Haçan olacaqdır, bәs bunlar, haçan?
Qımışır, gözünü gah açır, yumur,
Hәlә muştuluq da, xәlәt dә umur.
Uğunub gedirәm: “Kefimdir, ay can...”
Sәnin mәzәn olsun, ay falabaxan.
(“Falabaxan”)

Ancaq ekstrasenslәrә, müasir “falabaxan”lara inanıram. İnsan fikirlәrini oxuyanlara, onunla bağlı
hadisәlәri, faktları, qeyd edәnlәrә, bәzәn gәlәcәyi görәnlәrә ürәyimdә heç bir şәkk-şübhә yoxdur.
Maraq üçün bir-ikisinin yanında olmuşam.

Xüsusәn, Mәlahәt xanımın sözlәri hәqiqәtlә daha çox sәslәnib. Mәndәn soruşdu:- Yusif müәllim
kimdir?

Dedim:- Nә çox Yusif müәllim, nә bilim hansını soruşursunuz.

Dedi:- Yox ey, Yusif müәllimi deyirәm. Yol gәlir. Sabah görüşmәlisiniz.

Hәmin axşam Yusif müәllim zәng vurdu. Dedi Yevlaxdan zәng edirәm. Bakıya gәlirәm. Sabah
mәni gözlә.

İş yoldaşlarımdan biri mәnimlә bağlı bir qәbahәtә yol vermişdi. Özü dә sonra boynuna alıb,
üzrxahlıq etmişdi. Mәlahәt xanım hәmin faktı da, şәxsin adını da dedi. Buna necә inanmayasan?
Uşaq vaxtı nәnәmә yalvarıb-yaxarıb mәscidә dә getmişәm. Gәnclik illәrimdә isә Bakıda,
gizlincә olmuşam mәsciddә: “Ocaq”larda nәzir vermәyi sevәrdim. İndi dә nәzir verirәm.
Ağdamda mәscidә getmәyin (sadәcә olaraq mәscidin binasına girmәyin, onu görmәyin)
dәrdindәn mәscidin rәhbәrlәri ilә dostluq edirdim. Onlara yaxınlaşmağa çalışırdım. Bir çox


                                                37
mәscidlәrin muzey, ambar olması, qanımı qaraldırdı. Yeri gәldikcә bu haqda açıq danışır,
narazılıq edir vә imkan olduqca yazırdıq.

Şuşa mәscidi muzey olanda nәdәnsә ürәyimdә sevincvari bir hiss baş qaldırdı: “Heç olmazsa,
muzey adı ilә mәscidin binasına gedә bilirik. Qarabağın görkәmli ziyalılarından olan, başı
daşdan-daşa dәymiş Yusif bәydәn (Əhmәdov) bu sahәdә çox şey öyrәnirdim. O, Qarabağ
şairlәrinin şeirlәrindә, dini motivlәri mәnә izah edirdi. Yusif bәy şәrq vә rus poeziyasını, o
cümlәdәn Nizamini, Sәdini, Hafizi, Füzulini, Puşkini, Lermontovu әzbәr bilirdi. Şәrq poeziyası,
Azәrbaycan poeziyası onun çörәyi, havası, suyu idi. Qarabağ şairlәrinin haqqında tam biliyi,
mәlumatı vardı. Çox zәngin kitabxana yaratmışdı. Böyük alim-şair Mir Möhsün Nәvvabın tәrtib
etdiyi şeir kitablarını ilk dәfә Yusif müәllimdә görmüşәm vә hәmin şeirlәri bir-bir mәnә oxuyub.
Yusif bәyin özünün dә şeirlәri vardı. Ortaya çıxarmırdı. “Baba bәy Şakir mәnim babamdır”
deyirdi. Mәşhur şair-aşıq Valehә marağı da ilk dәfә mәndә o yaratdı. Valehi mәnә kәşf etdi.
Sonralar Gülablı Aşıq Xaspolad Mirzәliyevlә birlikdә ilk dәfә Aşıq Valehin şeirlәrini toplayıb
“Alçaqlı, ucalı dağlar...” adı altında “Gәnclik” nәşriyyatında nәşr etdirdik.
Poeziyaya ilk marağım, әlbәttә, anamın çağırdığı bayatılardan, ağılardan, sonra bu izә düşüb
tapdığım bayatılardan, aşıq şeirlәrindәn, hәmçinin kitablarda oxuduğum şeirlәrdәn gәlirdi.
Xanәndәlәrin muğamat üstündә oxuduğu qәzәllәr, xalq mahnılarının sözlәri mәndә xüsusi maraq
yaradırdı:

Asta yeri, kәmәr düşәr belindәn...
Yaxud Bülbülün ifasında:
Mәn aşıq qaş qara,
Qaş qara, göz dә qara.
Yolunu gözlәmәkdәn
Qalmadı gözdә qara.

Vә ya Mütәllim Mütәllimovun ifasında:
Gedin deyin Xançobana,
Gәlmәsin bu il Muğana.
Muğan batıb qızıl qana,
Apardı sellәr Saranı,
Bir qaragözlü balanı.

Elәcә dә Xan Şuşinskinin ifasında:
Şuşanın dağlarının başı dumandı,
Qırmızı qoftalı, yaşıl tumandı.
Dәrdindәn ölürәm, ay qız, amandı,
Ay qız o nә qaş-göz, o nә tel,
Ölürәm dәrdindәn onu bil,
Danışmasan da balam, barı gül.

Xan Şuşinskinin ifasında “Qarabağ şikәstәsi”ni, qәhrәmanlıq mahnılarını, pәhlәvanların gülәşi
vaxtı çalınan “Cәngi”ni eşidәndә hәddәn artıq hәyәcanlanır vә kövrәlirdim:

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın sәsi,
Qarabağın şikәstәsi.



                                               38
Xanın ifasında “Qaçaq Nәbi” mahnısı mәni dәli elәyәrdi. Xüsusilә әvvәldә Xanın özünün
әlavәsi, vurduğu boğaz. Sonra isә:

Boz at sәni sәr tövlәdә bağlaram,
Qızıldan, ğümüşdәn sәni nallaram.
And içәrәm sәni mәxmәr çullaram,
Qoy sәnә desinlәr ay nadan Nәbi,
Tüfәngi havada oynadan Nәbi.

Nәbinin bığları eşmә-eşmәdi,
Papağı güllәdәn deşmә-deşmәdi.
Nәbinin atını bir at keçmәdi,
Qoy sәnә desinlәr, ay qaçaq Nәbi,
Hәcәri özündәn ay qoçaq Nәbi.

Muğamat uşaqlıqdan qanıma hopub. Çox vaxt başa düşmәsәm dә, qanımı coşdururdu. Görünür,
elә qanın coşması başa düşmәk әlamәtidir. O vaxtkı xanәndәlәr sözlәri elә gözәl deyir, tәlәffüz
edirdilәr ki, musiqinin içindә itib batmırdı, dil-dodaqda dolaşıb başqa formaya düşmürdü. Biz dә
o sözlәri asanlıqla tuta bilir, әzbәrlәyirdik.
O vaxt xanәndәlәrdәn eşidib uşaq hafizәmә, yaddaşıma hәkk olunmuş aşağıdakı misralar indi dә
qulaqlarımda sәslәnir:

Füzulidәn:

Ol pәrivәş kim, mәlahәt mülkünün sultanıdır,
Hökm onun hökmüdür, fәrman onun fәrmanıdır.
Sürdü Mәcnun novbәtin, indi mәnәm rüsvayi-eşq,
Doğru derlәr hәr zaman bir aşiqin dövranıdır.
...Ey Füzuli ola kim rәhm edә yar әfqanına,
Ağlagil zar, onca kim, yar ağlamaq imkanıdır.

Xurşudbanu Natәvandan:

Varımdı sinәmdә dәrdü qәmi-nihan, ölürәm,
Fәda olum sәnә, gәl eylә imtahan, ölürәm.
Fәraqından gecәlәr yatmaram sabaha kimi,
Xәyali-zülfünә bağlı gedibdi can, ölürәm...

Əliağa Vahiddәn:

Nә qәdәr eşqimiz ey gül, belә pünhan olacaq,
Aşikar eylәmәyincә ürәyim qan olacaq.
Nә qәdәr gül üzünün hәsrәtin aşiq çәksin,
Nә zaman vәslinә bәs yetmәyә imkan olacaq?
...Hәlә Vahid, meyә meyl eylәmә, qoy yar gәlsin,
Yarsız yerdә mey içmәk bizә nöqsan olacaq.

O vaxt çox böyük tamaşaçı hörmәti qazanmış Ağdam Dram Teatrı zalında, yay klubunda tez-tez
muğamat konsertlәri tәşkil olunurdu. Bakıdan gәlәn Seyid Şuşinski, Xan Şuşinski, Şövkәt
Əlәkbәrova, Sara Qәdimova vә başqaları ilә yanaşı yerli xanәndәlәr dә çıxış edirdilәr. Biz
uşaqları konsertә buraxmırdılar. Ancaq konsert başlanandan sonra qapıda dayananlara pul,


                                               39
üstәlik konfet, meyvә-zad verib içәri keçirdik. Ayaq üstә dayananlar da olurdu. Ona görә dә çox
vaxt oxuyanların üzünü görә bilmәzdik.

Yeri gәlmişkәn qeyd etmәk istәyirәm ki, o vaxt Ağdam Dram Teatrında qoyulan әsәrlәrdә dә
muğam xeyli yer tuturdu. Ən yaxşı xanәndәlәr bәzәn hәm dә aktyorluq edir, böyük rәğbәt
qazanırdılar. Mәsәlәn, mәn Bәylәr kişini, Simuzәr xanımı ilk dәfә teatr sәhnәsindә dinlәmişәm.
“Leyli-Mәcnun”, “Əsli-Kәrәm”, “Arşın mal alan”, “Mәşәdi İbad”, “Pәri-cadu”, sonralar
“Durna”, “Gözün aydın” kimi әsәrlәr, musiqili komediyalar gedәndә camaat zalı dağıdırdı.
Biletlәr әvvәlcәdәn satılırdı. Tamaşalara baxmaq istәyәnlәr isә hәddәn artıq olurdu. Biz uşaqlar
bu tamaşalara “rüşvәt” verib baxa bilirdik. Teatra kişilәr bir çox halda xanımları ilә birlikdә
gәlirdilәr.

Mәnim özümün mikromuğamat mühitim dә vardı. Kәndimizdә yaşda mәndәn böyük, yaxud
kiçik olan, elәcә dә hәmyaşıdlarım arasında qәşәng muğamat oxuyanlar vardı: Arif Babayev,
Xosrov İsmayılov, Haqverdi Quliyev, qonşu kәndlәrdә Barat Fәrhadov, Aydın Mәmmәdov,
Aydın Niftalı oğlu, Qaraxan Behbudov. Hәlә Qәdir Rüstәmovu demirәm. Ümumiyyәtlә, hәr
tәrәfdә hәr beş-on nәfәrdәn birinin sәsi vardı. Çoxu oxumurdu. Bәzәn toylarda möcüzә baş
verirdi. Bir dә görürdün ki, bir uşağı, cavanı, lap elә yaşlı adamı güclә oxudurdular. Bir sәs
çıxırdı. Hamı ovsunlanırdı. Mәәttәl qalırdın.

Bu hadisәni mәnә xüsusi hörmәt bәslәdiyim Qәrvәnd Xosrov danışmışdı:- Ağdamlı
yoldaşlarımdan birinin oğlunun Bakıda toyu idi. Qız Bakıdan, çox köklü-budaqlı, qohum-
әqrәbalı ailәdәn idi. Çoxu da professorlar, akademiklәr, hәkimlәr, müәllimlәr, mühәndislәr. Biz
oğlan tәrәfdәn, Ağdamdan gedәn dörd-beş nәfәr idik. Çünki Ağdamda da toy olacaqdı. Bir
tәrәfdә oturmuşduq. İlk dәqiqәlәr nәzәrә alınmazsa, demәk olar ki, unudulub yaddan çıxdıq.
Ayağa qalxan qız evindәn danışır, onların şәrәfinә sağlıq deyirdi. Dilxor olmuşduq. Muxtar
Əliyev dedi darıxmayın. Bu saat burada tufan qoparacağam. Muxtar Əliyev Ağdamın sayılan
kişilәrindәn idi. Əllidәn yuxarı yaşı vardı. Eşitmişdim ki, sәsi var, amma oxumağını
eşitmәmişdim. Söz alıb ayağa qalxdı. Çox gözәl bir nitq söylәdi. Hamının ağzı ayrıla qaldı.
Mәclisdәkilәri mәdәni surәtdә başa saldı ki, çox döşünüzә döymәyin. Papaq altda oğullar yatır
ki... Sonra musiqiçilәrә işarә elәdi. Zildә bir oxumaq oxudu, zәngulәlәr vurdu, gedişlәr elәdi.
Yalan olmasın, pәncәrәlәrin şüşәlәri cingildәdi. Adamlar quruyub yerindә qaldı. Musiqiçilәr
dәhşәtә gәldi. Tarzәnin, kamançaçının zildә qalxmadıqları guşә qalmadı. İlahi, Muxtar Əliyevdә
bu sәs niyә üzә çıxmamışdı? Niyә bu böyük mәnәvi nemәti bizdәn әsirgәmişdi? Oxuyub
qurtaranda 300-400 adamın hamısı ayağa qalxdı. Alqış-alqışa qarışdı. Mәclis tamam dәyişdi.
Bundan sonra danışanların ilk vә son sözü Muxtar Əliyev idi. Oğlan evi idi.

Bәli, bu hәm dә mәnim doğulub, boya-başa çatdığım, dünyanın enişini-yoxuşunu gördüyüm,
acısını-şirinini daddığım, dәrinini-dayazını dәrk etdiyim mühitim idi.

Qarabağ toylarının gözәlliyi, әzәmәti, tәmizliyi ömrüm boyu yadımdan çıxmaz. Mağar qurular,
toy başlanardı. Bir tәrәfdә kişilәr, o biri tәrәfdә qadınlar oturardı. Mağarın tәxminәn orta
hissәsindә musiqiçilәrә yer ayrılardı. Toylarda daha çox tar, qaval, qarmon, kamança olardı. Bu
alәtlәrin birlikdә çıxartdıqı tәbii ilahi sәslәr heç vaxt qulağımdan getmir. Musiqiçilәr xüsusi bir
kişi әdası ilә oturub çalar-oxuyardılar. Özlәrini son dәrәcә tәrbiyәli aparırdılar. Toyları xüsusi
adamlar – “padişahlar” vә onların kömәkçilәri – “fәrraşlar” idarә edәrdilәr. Toyu idarә edәn
hәrdәn yumoristik mәqamlar yaradardı. Mәsәlәn, birini oynatmaq istәyәndә onu ortalığa
çәkdirәr, guya oynayanlara әl çalmayıb, yaxud toya gec gәlib deyә onu cәrimәlәdәr vә oyun
havasını çaldırıb oynadardı. Hәr ortaya çәkdirdiyi adama xas olan әsasәn yaxşı, bәzәn dә
nöqsanları qabardardı. Bu da müәyyәn әhval-ruhiyyә yaradırdı. Ancaq qәtiyyәn tәhqir-filan
olmazdı. Bәzәn dә “padişah” fәrraşa әmr edirdi ki, filankәsi çәk ortaya, ona üç çubuq çәk.
Sәbәbi budur ki, dünәn dәhnә basmağa camaat hova gedәndә o, gecikmişdi. Qoy bu çubuqlardan

                                                40
ibrәt dәrsi alsın. Fәrrac çubuğu әsasәn yalandan vururdu. İşdir, әgәr o şәxsdәn bir balaca
yanıqlığı vardısa, çubuğu bәrkdәn vururdu-hәmin şәxs, necә deyәrlәr, çubuğun ağrısından
ufuldayırdı. Ancaq qayıdıb heç nә demirdi. Bunu tәbii qәbul edirdi.

Toyda qadın da, kişi dә oynayırdı. Bәzәn birlikdә oynayırdılar. Kişi ya oğlan ayağa qalxır, bir
balaca dövrә vurur, gәlib oynatmaq istәdiyi qadının, yaxud qızın qarşısında dayanır, sağ әlini
sinәsinә tәrәf aparır, bir azca başını qabağa әyir, belәliklә dә hәmin xanımı oyuna dәvәt edirdi.
Xanım oynayıb çıxanda kişi, yaxud oğlan “sağ ol” deyә razılığını bildirir, onu yerinә oturdurdu.
Sonra özü keçib otururdu. Zәrrә qәdәr dә artıq-әksik hәrәkәt, yüngüllük olmazdı. Hәr şey xalq
etikası daxilindә olurdu. Kәnd toylarına bir nәfәr dә olsun içib gәlmәzdi. Ümumiyyәtlә, mәnim
uşaqlıq çağımda, camaatın din-ınamlı vaxtında (adamlar sonradan pozuldular) kәnd yerlәrindә nә
içki, nә dә içәn olmazdı.

Bu fikri sübut üçün gәtirәcәyim misal, danışacağım hadisә çox xarakterikdir: uşaq vaxtı gedib
bağlardan, çöllәrdәn, düzlәrdәn kol (daha çox qaratikan kolu) qırıb gәtirir, qapı-bacanı
çәpәrlәyәrdik. Bu mәqsәdlә kәnddә dәb düşdü: yeniyetmәlәrin bir çoxu meyvә-zad satıb
topladıqları pulla eşşәk aldılar. Araba düzәltdirdilәr ki, kol daşımaq, dәyirmana dәn aparmaq vә
s. asan olsun. Mәn dә ata-anamdan xәlvәt gedib bazardan bir uzunqulaq aldım. Gәtirdim
qapımıza. Anam bәrk acıqlandı, ancaq hirsi tez soyudu. Əslindә atımız vardı. Heç bu uzunqulağa
ehtiyac yox idi. Bir gün uzunqulaq xәstәlәndi. Ayağını ayağının üstündәn götürmәdi. Başını
aşağı әyib elә hey dayandı. Nә ot yedi, nә su içdi. İki-üç günün içindә xeyli arıqladı. Dilxor
oldum. Atama dedim, fikir vermәdi. Gecә-gündüz işdә olurdu. Gedib böyük әmimә-dәdәmә
dedim.

Biz bütün әmi uşaqları Əvәz әmimә Dәdә, onun hәyat yoldaşı Ağcaya isә mama, yәni Nәnә
deyirdik. Əvvәla, qardaşların böyüyü idi. İkincisi, yayda bizi dağa-yaylağa onlar aparırdı. Atam,
Hәşim әmim tәsәrrüfatla, kolxoz işlәri ilә mәşğul olurdular. Bizi öz balası hesab edirdi. Hәm dә
görünür, bizdәn yaşca böyük olan Şöhlәt, Qәrәnfil, Nuru, elәcә dә Validә ona Dәdә dediyindәn,
biz dә Dәdә demişik. Bir qәdar sonralar Hәşim әmim, sonra hәyat yoldaşı Gülkәz bibim xeyli
cavan yaşlarında vәfat etdilәr. Uşaqları (böyüyünün 10-12, kiçiyinin tәxminәn bir yaşı vardı)
Ülkәr, Qabil, Pәnah, Müslәddin başsız qaldılar. Böyük әmimgillә birlikdә baba evimizdә
olurdular. Əvәz әmimin onlara Dәdәlik rolu daha da artdı.

Nәysә, gedib Dәdәmi gәtirdim. Baxan kimi gülümsündü vә dedi:- Famil bәy, eşşәyinin işi
xarabdı. Bәrk soyuqlayıb. Görün hardan bir az spirt tapa bilәrsiniz. Özü dә әlavә etdi:- Nahaq
yerә axtarmayın. Ancaq filankәsin üstünә gedin.

Filankәs dediyi adam kәnddә yeganә açıqda-gizlindә içki içәn adam idi. Uşaqlarla birlikdә
Filankәsin qapısına getdik. Tәxminәn bir stәkanlıq araq verdi. Gәtirdik verdik Dәdәmә. Dәdәm
uzunqulağın ağzını ayırıb arağı onun boğazına tökdü. Üç gündәn bәri başını qaldırmayan
uzunqulaq atılıb-düşdü. Kәndarası yola çıxıb üzüyuxarı götürüldü. Biz uşaqlar da tökülüşdük
onun dalınca. O qәdәr qaçdıq ki, bağrımız yarıldı. Ancaq әziyyәtimiz әlimizdә qalmadı.

Uzunqulağı tutub qapıya gәtirdik. Tamam sağaldı. Yәni böyük bir kәnddә ancaq bir adamda araq
tapıldı. İşdir, tәsadüfәn toya içib gәlәn olsaydı, bir adam üzünә baxmazdı. Oynayanda heç kim
ona şabaş vermәzdi. Bәzәn dә mağara buraxmazdılar.

Tәәssüf ki, şәhәrdә olduğu kimi kәnd yerlәrindә dә içәnlәrin sayı gündәn-günә artmağa başladı.
İçmәk nәdir, hәtta şüşәsinә girәnlәr dә tapılırdı. Bununla da Qarabağ toylarının gözәlliyi itdi,
xeyir-bәrәkәti qaçdı. Kәndimizdә iki keçmiş cәbhәçi vardı. Hәr ikisi ayağından ağır yara alıb
qayıtmışdı. Çәliklә gәzirdilәr. İkisi dә yaxşı insan idi. Görünür әsgәrlikdә hәm dә içmәyi
öyrәnmişdilәr. Sonralar da davam etdirirdilәr. Hәr ikisi әla içәn idi. Ancaq özlәrini yaxşı

                                               41
aparmağı bacarırdılar. Birinin adı Balış, o birisinin adı isә Əşrәf idi. Biri digәrindәn çox içmәsi
ilә öyünürdülәr.

Bir dәfә uşaqlar Balışdan soruşdular- Əşrәf çox içәr, ya sәn?

Cavab verdi:- Mәn çox içәrәm.

Uşaqlar etiraz etdi:- Yox, Əşrәf zor içәndi.

Bu söz elә bil Balışa toxundu:- Yox, başınız haqqı mәn çox içәrәm, onu içkidә ötәrәm. Yox, ötә
bilmәsәm dә atqulağı gedәrik. Sonradan bu söz (atqulağı, yәni bәrabәr) uşaqların ağzına düşdü.
Əmioğlum Qabil dә oğluna toyu yayda elәdi ki, içki az içilsin. Xәrc az çıxsın. Mәlum oldu ki,
toyda payız toylarından da çox araq içilib. Hәmişә bunu yarı zarafat, yarı ciddi yana-yana
xatırlayırdı.

Tәsadüfmi, ya nә idisә o vaxt qohumlarımızdan birinin evindә Əliağa Vahidin üz qabıqları
cırılmış, latın әlifbası ilә nәşr edilmiş kitabını gördüm. Adını hәrdәnbir xanәndәlәrin dilindәn
eşitmişdim. Mәn latın әlifbasını oxuya bilmirdim. Bir neçә qәzәli oxutdurub qulaq asdım. Çox
xoşum gәldi. Kitabı bir neçә günlüyә aldım. Ancaq xeyli vaxt özümdә saxladım. Vahidi oxuya-
oxuya latın әlifbasını öyrәndim. Latın әlifbasını öyrәnә-öyrәnә Vahidi oxudum.

Qarabağ mollalarının yas yerlәrindә Quran oxuması, anaların ritmik havalar üstündә ağı demәsi,
bayatılar çağırıb ağlaması xoşuma gәlirdi. Doğrudur, uşaqlar yas olan otaqlara buraxılmazdı.
Ancaq mәn qapıdan, pәncәrәdәn Mollaya qulaq asardım vә qәribә hisslәr keçirәrdim. Deyәsәn
Mollanın Quran oxuması mәnә xanәndәnin oxuduğu muğamdan da artıq tәsir edirdi. Başa
düşürdüm ki, Mollalar Quranı daha çox muğam üstdә oxuyurlar. İndiki dillә desәk, muğamla
Quran oxumanın sintezi yaranırdı. Tәbii ki, daha çox әrәbcә oxuyurdular. Deyirdilәr Quran
tәrcümә olunmaz. Ancaq hәrdәn haşiyәyә çıxıb azәrbaycanca dini ruhlu qәzәllәr dә oxuyurdular.

Bu, dinә, mollalara olan rәqbәtimi daha da artırırdı. Dinin, dini ayinlәrin qadağan edilmәsi,
adamların hәtta bәzәn xәlvәt namaz qılıb, oruc tutması mәndә qәribә, hәm dә dәhşәtli hisslәr
oyadırdı. Axı mәn görür vә eşidirdim ki, adamlar Allahdan, İmamdan, Peyğәmbәrdәn qorxur,
çәkinirdilәr. Daha çox isә Allaha inanırdılar. Buna görә dә düz idilәr, tәmiz idilәr. Oğurluqdan,
insafsızlıqdan, başqasına zülm etmәkdәn çәkinirdilәr. Allahın bәlasına gәlmәkdәn ehtiyat
edirdilәr. Birinin qapısına hardansa azıb, böyәlәklәnib bir inәk, ya dana gәlib çıxanda qonşu
obalara, kәndlәrә sifariş göndәrir, bir-birinә xәbәr verirdilәr ki, qapıya bir mal gәlib çıxıb,
axtaran olsa, deyin burdadır. Gәlib aparsınlar. El-obada müәyyәn iş, ehtiyac ucundan bir kişinin
qapısına getmәk lazım gәlәndә onu tanıyan-bilәn ağsaqqallardan biri öz tәsbehini, bıçağını vә ya
satılını verirdi ki, aparıb hәmin adama göstәrsin, inanıb etibar etsin ki, arada mәn varam. Belә dә
edirdilәr. Hәr iş rahatca düzәlirdi. Allahla ürәyin düzlüyü insanlarda bir-birinә böyük inam
yaratmışdı. İnsanlar arasında böyük sәdaqәt, etibar vardı. İndi möhürlәnmiş etibarnamәlәrlә dә
insanlar bir-birinә inanmırlar. Yaxud az inanırlar.

Mәn bütün bunları görür vә çalışırdım ki, gizlindә dә olsa Allahla ürәyim düz olsun. Elә iş
görmәyim ki, Allahın qәzәbinә düçar olam. Bu sahәdә ata-ana, qohum-әqrәba, xüsusilә
mәclislәrdә ağsaqqal mәslәhәtlәri çox böyük rol oynayırdı.

Bununla yanaşı, kәnd uşaqlarının, xüsusilә Oqtayın, Şöhlәtin, Bәndalının, Mirinin, Cavadın vә
başqalarının dini “özfәaliyyәt dәstәsi” üzvlәrinin müәyyәn mәrasimlәrlә bağlı tәşkil etdiklәri,
göstәrdiklәri sәhnәciklәrdә, tamaşalarda mәn dә iştirak edirdim. Bunlardan әn çox yadımda
qalanı Aşura ilә әlaqәdar tәdbirlәrdir. Mәhәrrәm ayının 10-da kәnd meydançasına toplaşıb İmam
Hüseynin öldürülmәsi gününü qeyd edirdik. Müxtәlif şәbihlәr çıxarırdıq. Əvvәlcәdәn

                                                 42
hazırladığımız sәhnәciklәri göstәrirdik. Faciәnin dәhşәtini adamlara çatdırmaq istәyirdik.
Müxtәlif rәvayәtlәrdәn istifadә edirdik. Dini şeirlәri әzbәr deyirdik. Hüseynin vә onun qardaşı
Hәsәnin faciәsinә ağlaşırdıq. Belә vaxtlarda meydançaya toplaşan kişilәr, qadınlar, uşaqlar da
bizә qoşulub bәrkdәn hönkürüb-ağlaşırdılar. Belәliklә dә mәclis getdikcә qızışır “şaxsey-vaxsey”
mәrhәlәsi başlayırdı. Bәzәn “şaxsey” hissәsini biz, “vaxsey” hissәsini camaat deyirdi. Sonra
hamımız birlikdә bir neçә dәqiqә tәkrar edirdik. Sinәmizә vururduq. Başına, gözünә döyәnlәr dә
olurdu. Sinәsini, üz-gözünü qızardıb qana batıran da tapılırdı. Burada sözlәri ucadan, ehtirasla,
ağlaya-ağlaya deyib adamları kövrәltmәk, ağlatmaq böyük ustalıq hesab olunurdu. Bunu az-az
uşaqlar bacarırdı. Bәzәn o qәdәr “şaxsey-vaxsey”, “ya Hüseyn”, “ya Əli” deyirdik ki, tәxminәn
bir hәftә, on gün sәsimiz batır, evdә, mәktәbdә, bağ-bağçada, yol-rizdә bir-birimizlә danışa
bilmirdik. Belә tәdbirlәrdәn sonra camaat arasında hörmәtimiz artırdı. Bizә xüsusi qayğı
göstәrilirdi...

Yeri gәlmişkәn bir faktı da qeyd etmәk istәyirәm. Biz ailә quran vaxt ağsaqqalımız Əliş bәy
mәslәhәt gördü ki, molla vasitәsi ilә kәbin kәsdirilsin. Ağsaqqalın mәslәhәti sözsüz yerinә
yetirildi. Mәscidә gedib molla vasitәsilә dә nigahımızı qeyd etdirdilәr. Hәmin kәbin kağızımızı
indi dә saxlayıram.

Qarabağ, xüsusilә Ağdam mollaları ilә yaxın ünsiyyәtim sonrakı illәrdә xüsusilә möhkәmlәndi.
Molla Əli, Molla Rәşid, Mirzәdli vә s. Ağdam mәscidinin rәhbәrlәri ilә hәmişә sıx әlaqәm olub.
Hәtta Qarabağdan kәnarda da görkәmli din xadimlәri ilә dostluq әlaqәlәrim var. Mәsәlәn, Quba
mәscidinin rәhbәri Molla Hacı Tağı kişi buna әn yaxşı misaldır. 30 ildәn çoxdur ki, tanışlıq,
dostluq edirik. Oğlu tәlәbә yoldaşım alim-jurnalist Tofiq Rüstәmovun vasitәsilә tanış olmuşduq.
Köhnә ziyalılardandır. Klassik poeziyanı әla bilir. Camaat Quranı evindә gizlәdәndә Hacı Tağı
kişi onu evinin girәcәyindә, qapısının başından asmışdı. Evә gәlib-gedәnlәr Quran altdan
keçәrdilәr. El ağsaqqalıdır. Kiçik bir haşiyә: yoldaşlarımdan biri mәnә müraciәt etdi ki, hadisә
baş verib, qohumum tәsadüfәn maşınla adam vurub öldürüb. Şikayәt ediblәr. Heç cür yaxın düşә
bilmirik. Qubadandı. Bir tanış lazımdır.

Quba adı çәkilәndә hәmişә Hacı Tağı kişi yadıma düşür. Bu dәfә dә belә oldu. Xәstә idim, gedә
bilmәzdim. Hacı Tağı kişiyә kiçicik bir mәktub yazdım. Aparıb getdilәr, iki gündәn sonra
qayıtdılar vә dedilәr: Hacı Tağı kişi mәktubu oxuyub çox xoşhal oldu. Bizi böyük hörmәtlә
qarşıladı. Namaz qılana qәdәr gözlәmәyi xahiş etdi. Yolları qar basmasına baxmayaraq maşına
oturdu vә bizimlә hәmin ucqar kәndә getdi. Hüzr sahiblәri Hacı Tağı kişini görçәk ayağa
qalxdılar. Yuxarı başa keçirdilәr. Mәsәlә ilә әlaqәdar söhbәt açılanda hüzr sahibi bircә söz dedi:
“Hacı, madam ki, siz gәlmisiniz, daha başqa söhbәt ola bilmәz.” Belә müdrik kişilәrlә dostluğu
özümә böyük fәxr hesab edirәm.

Mәclislәrdә yersiz sual verib, mollanın pәrt edilmәsini, dolanmasını sevmәzdim. Hәtta öz
babasını tanımayıb, sataşmaq mәqsәdilә molladan peyğәmbәrlәrin adını soruşan birisinә cavab
olaraq şeir dә yazmışdım:

Bu gün bığıburma bir cavan oğlan,
Mәclisdә yanaşıb sordu molladan:
- Neçә peyğәmbәr var?
- Yüz iyirmi dörd min.
- Saya bilәrsәnmi?
- Sayaram yәqin.
Bu ki, asan şeydir, bәli, çox asan,
Sayaram bir şәrtlә, sәn öz doğmaca
Babanın artıq yox, beşini saysan.
Susdu, nә yaxşıca yumuldu ağzı,

                                                43
Baxışlar altında döndü cücәyә.
Biz ki, tanımırkәn öz babamızı,
Özgәyә peyğәmbәr saydıraq niyә?
“Niyә?”

Əlbәttә, gündüz Allah yoluna çağıran, gecәlәr araq, şәrab içәn yalançı “molla”ları da tanıyırdım.
Belәlәri dini hörmәtdәn salırdı. Hәmin “molla”lar haqqında da şeirim vardır:

Molla qadağandır söylәdi içki,
Haram buyurubdur allahın özü.
Ancaq içirsәnsә, elәsin iç ki,
Sәni yox, özgәni yandırsın közü.

And verdi: bu söhbәt öz aramızda,
And içdim: qәbrәdәk...güldü bir az da:
- Şәraba verilәn,- dedi- hayıfdı,
İndi şәrablarda dad qalmayıbdır.

“Etiraf”

Azәrbaycanın böyük Allah adamı, Qarabağın peyğәmbәri Seyid Lazım Ağa ilә oturub-durmasam
da xatirini dünyalar qәdәr istәyirdim. Ağdama hәr yolum düşәndә ehtiramla qarşısında baş
әyirdim. Hal-әhvalını soruşurdum. Şәklini otağımdan vә maşınımdan asmışdım. Əfsuslar ki,
Ağdam düşmәn әlinә keçәndәn sonra dözmәyib dünyasını dәyişdi. Mingәçevirdә dәfn etmәk
istәdilәr. Deyirlәr iki dәfә qәbir qazıblar, daşa çıxıb. Üçüncü qәbir rahat qazılıb. Ancaq dәfn
mәrasimindәn bir az әvvәl uçub, sәn demә, Ağanın ruhu öz kәnd torpağını istәyirmiş. Kәnd dә
düşmәn әlindә.

Bir möcüzә haqqında isә “Əliağa Vahidin son günlәri” mәqalәmdә yazmışam. Burada tәkrar
qeyd etmәyi vacib sayıram: 1965-ci ilin martında namizәdlik dissertasiyası müdafiә әrәfәsindә
xәstәlәnib xәstәxanada yatmalı oldum. Bir müddәtdәn sonra Mәrdakandakı bir nömrәli
xәstәxana-sanatoriyaya göndәrildim. Üç-dörd aylıq müalicә heç bir nәticә vermәdi. Bir gün
yazıçı Əlfi Qasımov, şair Qabil vә onların dostu Xan müәllim yanıma gәldilәr. Mәni ayağa
qaldırıb güclә geyindirdilәr. Ürәyim hәlә dә bәrk döyünür vә ağrı verirdi. Mәni bir tәhәr çıxarıb
maşına oturtdular. Ətağanın qәbri üstünә apardılar. Əyilib qәbir daşından öpdük. Nәzir verdik.
Sonra geri qayıtdıq. Ayrılanda Qabil dedi:- Mütlәq sağalmalısan. Doğrudan da bu mәnim
xәstәlik aylarımda dönüş günü oldu. Sonra Şuşanın havası mәni bәladan qurtardı. Allahla
ürәyimin düzlüyü 1993-cü ildә mәni aparıb Mәşhәdә dә çıxartdı. İndi adımın qabağında bir söz
dә yazılır “Mәşәdi Famil Mehdi. ”

Bütün bu misallardan sonra bir dә әvvәlki söhbәtimin üstünә qayıdıram. Mәnim şeirlәrimdә tez-
tez rast gәlinәn “Allah” sözü tәsadüfәn işlәnmәyib, daxili inamımla sıx bağlıdır. Ancaq Allah
qәnim olmuş bir sıra qәzet, radio-televiziya işçilәri, mәtbuata siyasi nәzarәt әmәkdaşları şeir vә
poemalarımda “allah” sözünü görәn kimi dәrhal pozurdular. Onlar pozurdu, mәn yazırdım.
Axırda heç olmazsa, beş-üç şeirdә, misrada Allah adı qala bilirdi. Mәni zorla inandırmağa
çalışırdılar ki, burada “Allah” sözü yerinә düşmür, yaxud yaxşı sәslәnmir. Mәn isә sübut etmәk
istәyirdim: “Allah” sözü hәr yerdә yerinә düşür. Onun heç pis sәslәnәn mәqamı olmayıbdır.
Söhbәt ciddilәşәndә deyirdim: “Ehtiyatlı olun. Allah sizә qәnim olar...” “Allah” sözünü pozmaq
hәlә işin yarısı idi. Bәzәn mәni (bizi) ittiham da edirdilәr. Xarakterik bir misal. 60-cı illәrin
ortalarında “Mәnim qoca anam Allahsız deyil” adlı şeir yazmışdım. Şeir belәdir:

Mәnim qoca anam Allahsız deyil,

                                                44
Tanıyır allahı, peyğәmbәri dә.
Deyir söz düşәndә: bunu yaxşı bil,
Allahdır yaradan göyü, yeri dә.
Mәn cavab verirәm: düz deyir anam,
Qızıldan qiymәtli söz deyir anam.
Söylәyir Allahsız nә var dünyada,
Deyir ki, onunla qәlbin düz olsun.
Bir işi tutanda onu sal yada,
Allah da üstündә sәnin göz olsun.
Deyirәm bәlәdsәn oğluna sәn ki,
Yaxşı mәslәhәtdir, nә deyәsәn ki...
Bәli, sevinirәm anamtәk mәn dә.
Anam deyәnlәri mәn dә deyirәm.
Hәr onun yanına yolum düşәndә
Allahı o ki, var tәriflәyirәm.
Bu necә әyyamdır, gündür, bilmirәm,
Demә ki, taleh dә, bәxt dә yalandır.
Anamın allahı kimdir, bilmirәm,
Mәnimsә allahım elә anamdır.

Bu mәnim real hәyatdan gәlәn, buna görә dә tәbii sәslәnәn şeirlәrimdәn biri idi. Heyf ki, ilk
variantlarında şikәst etdilәr. Hara getdim, hansı redaksiyaya apardımsa geri qaytardılar. Nәhayәt
onun çapı xatirinә növbәti yaradıcılıq xәyanәtinә razılıq verdim. Şeirin üzәrindә aşağıdakı
cәrrahiyyә әmәliyyatları aparıldı:
“Bәli, sevinirәm anamtәk mәn dә” misrası aşağıdakı ilә әvәz olundu:
“Özümü vururam bicliyә mәn dә.”

Axırdakı dörd misra tamam ixtisar edildi vә ondan әvvәlkilәr isә aşağıdakı biabırçı şәklә salındı:

“Nә Allah, nә filan... fәqәt boş yerә.”
Bu hisslәr keçmәyir mәnim qәlbimdәn.
Əgәr lazım gәlsә anama görә,
Sevәrәm allahın özünü dә mәn.
Uşaqlar Allahdan söz-söhbәt salır,
Qopur mübahisә, durub baxıram,
Hamı bir tәrәfә, anam tәk qalır,
Tak qalan anama qәhmәr çıxıram.
Mәhәrrәmlik günü olur ki, hәrdәn
Qurub radionu oxudur biri.
Hirsindәn anamın dolur gözlәri,
O saat sıçrayıb söndürürәm mәn.
Yayılır canıma “sağ ol” sözlәri,
Anama xoş gәlir bu sidqim yaman.
Üzündәn silinib gedir qüssә-qәm,
Qonşu qadınları söz salan zaman
Deyir: uşaqlarımdan
Famili hamıdan çox istәyirәm.
Əlinә qәşәng bir alma keçәndә
Götürüb gizlincә gәlir yanıma.
Tökür sәhәr-sәhәr biz çay içәndә
Südün qaymağını stәkanıma.
Açıqca üz görür, üz görür mәnә,

                                                45
Mәnә hamıdan çox qaynayır qanı.
Onların nә gәldi atır üstünә,
Mәnimsә üstümә güllü yorğanı.
Dayanıb baxsam da ...fәqәt boş yerә
Bu hisslәr keçmәyir mәnim qәlbimdәn.
Bәlkә dә, bәlkә dә anama görә
Sevirәm Allahın özünü dә mәn.

Əlbәttә, mәn gәrәk şeirin bu kökә düşmәsinә razı olmayaydım. Şeir dә çap edilmәyәydi. Bәs
sonra? Axı, belә hallarla biz müәlliflәr redaksiyalarda, nәşriyyatlarda, demәk olar ki, hәr gün
rastlaşırdıq. Əgәr hamısına etiraz etsәydik, gәrәk ümumiyyәtlә mәtbuatda çıxış etmәkdәn
birdәfәlik imtina edәydik. Bu da yaradıcı adam üçün ikinci faciәdir.

Çap olunmadan şeir yazmağı davam etdirmәk qeyri-mümkündür vә ya bunu hәr adam bacarmaz.
Mәlumat üçün bildirirәm ki, mәnim redaksiyalardan qayıdan, bu gün dә mәtbuatda dәrc
edilmәyәn xeyli şeirim vardır. Hәmin şeirlәrin bir hissәsi vә böyük ixtisarla çap olunanları 1993-
cü ildә “Yazıçı” nәşriyyatında “Əllidәn sonra” (“Azәrbaycan” nәşriyyatı mәtbәәsinin sexlәrindә
beş il atılıb qalandan sonra) kitabımda toplanmışdır. Buna görә dә “Sovet dövründә şairlәr,
yazıçılar na yazıbsa hamısı çap olunub (yәni heç bir müqavimәtә rast gәlmәyiblәr) hökmlәrini
әsassız vә havaya sovrulan böhtan hesab edirәm. Hәm dә yaxşı olardı ki, әsәrlәr hamısı çap
olunub yox, necә çap olunub әtrafında söhbәt gedәydi. Bu daha obyektiv vә xeyirli olardı. Bu
әmәliyyatlara razılıq verәrkәn bir tәskinliyimiz olurdu ki, elә ixtisar olunan halda da ağıllı oxucu
şeirlәrdә nә demәk istәdiyimizi başa düşәcәk. Doğrudan da bir çox halda başa düşürdülәr.

“Mәnim qoca anam Allahsız deyil” şeirimlә әlaqәdar әsl hәngamә Gәncәdә qopdu. Sabir poeziya
günlәrindә iştirak etmәk üçün Yazıçılar İttifaqından Cabir Novruz, Mәmmәd İsmayıl, Abbas
Abdulla vә mәn Gәncәyә ezam edildik. Gәncә şәhәr rәhbәrliyinin tәrtib etdiyi ssenari әsasında
Nizaminin şәhәrdәki abidәsi qarşısında, pedaqoji institutda çıxış edib, Sabir yaradıcılığından
danışdıq, şeir oxuduq. Axşam saat 6 vә ya 7-dә isә şәhәr üzrә tәntәnәli gecә başlanacaqdır. Hәlә
günorta idi. Abbas Abdulla mehmanxanada mәnim otağıma gәlib bildirdi ki, yarım saatdan sonra
onun burda işlәyәn yerlilәri gәlәcәk, bizi Göygölә aparacaqlar.

Bu xәbәr ürәyimdәn idi. Çünki indiyә kimi Göygölü görmәmişdim. Söhbәt düşәndә utanırdım vә
yalandan deyirdim ki, Göygölü nәinki görmüşәm, hәtta çimmişәm dә. İndi әlimә yaxşı girәvә
düşmüşdü. Ancaq saat 14-dә aşağıda Cabir Novruz getmәyәcәyini bildirdi. Mәmmәd İsmayıl da
gedәsi olmadı. Abbas Abdulla pәrt halda mәnim üzümә baxdı. Dedim mәn gedirәm. Yolda
köhnә maşınımız xarab oldu. Üç-dörd kilometr getmiş bir dә dayandı. Düşüb üzü yoxuşa maşını
xeyli itәlәyәsi olduq. Yorulub әldәn düşdük. Ancaq üzә vurmadıq. Göygölә bir az gec çatdıq.
Göygöl nә Göygöl! Nә ilahi gözәllik! Nә ecazkar, tәkrarolunmaz mәnzәrә! Doyunca baxdıq. Saf,
tәmiz havanı ciyәrlәrimizә çәkdik. Əl-üzümüzü yuduq. Yüngülvari yemәk sifariş verdik.

Elә tәzәcә yemәyә başlamışdıq vә әlli-әlli vurmuşduq ki, bayaqdan yaxınlıqda uzun stol
arxasında oturan, yeyib-içәn, çalıb-oynayan ermәnilәrin qәribә söhbәtlәrini eşitdik. Bunlar çox
vaxt rusca danışır, әn әdәbsiz, tәrbiyәsiz sözlәr işlәdir vә bunları bizim adi sözlәrimiz kimi, faşist
sözlәri kimi qәlәmә verirdilәr. Bu mövzuda söhbәt getdikcә qızışırdı. Abbas Abdullaya dedim ki,
bu saat onların bişmiş aşına su qataçağam. Yeyib-içdiklәrini zәhәr edәcәyәm.

Ayağa qalxdım vә ucadan dedim: - Bir dәqiqәliyә mәnә qulaq asın. Sizә deyilәsi sözüm var. Siz
çox mәdәniyyәtsiz vә tәrbiyәsiz adamlarsınız. Siz nankor vә çörәk tapdalayanlarsınız.
Onlar oturduqları yerdә donub qalmışdılar. Bәlkә dә qulaqlarına inanmırdılar. Sonra bir neçәsi
ayağa qalxmaq, xoruzlanmaq istәdi.


                                                 46
Mәn onların stoluna yaxınlaşdım vә daha ucadan sözümü davam etdirdim:- Siz görün nә qәdәr
vicdansızsınız ki, Azәrbaycan süfrәsinin başında oturub onu mundarlayırsınız. Siz
azәrbaycanlıları faşistlarlә eynilәşdirirsiniz. Süfrә üstü olsa da, mәn sizә tüpürürәm. Sizin
zatınızı, kökünüzü lәnәtlәyirәm ki, onlardan da sizin kimi nadanlar törәyiblәr.

Qırmızı heyvәrәsifәtin biri sәndәlәyә-sәndәlәyә qabağa yeridi, mәnә yaxınlaşdı, azәrbaycanca
dedi:- Siz nә haqla bizi tәhqir edirsiniz? Heç bilirsiniz bu süfrәdә kimlәr oturub? O başda oturan
ermәni xalqının böyük professoru Antonyandır. O birisi dә... bu birisi dә...

Mәn onun sözünü yarımçıq kәsdim:- O Antonyana Bakının çörәyi haram olsun. Bakıda
böyüyüb. Bakıda tәhsil alıb. Bakıda professor olub. İndi Yerevana qaçıb gedib. Burada onun
yanında azәrbaycanlıların әleyhinә belә tәrbiyәsiz sözlәr danışılır. O da susub diqqәtlә qulaq
asır, lәzzәt alır.

Mәn bu sözlәri deyәndә Abbas Abdulla artıq sağ tәrәfimdә dayanmışdı. Əlini kürәyimә vurub,
yәni “molodes” demәk istәyirdi, dillәndi:- Sizin qarşınızda dayanan isә Azәrbaycan şairi Famil
Mehdidir. Mәn dә şair Abbas Abdullayam. Famil müәllimin sözünә bir şeyi әlavә edirәm:- O
çörәk sizә haram olsun. Siz özünüz faşistsiniz vә faşistdәn әmәlә gәlmәsiniz.

Burada, bu dәqiqәdә iki şey ola bilәrdi. Ya bu on beş-iyirmi adam ayağa qalxıb biz dörd nәfәri
boğub mәhv edә bilәrdi. Ən böyük ehtimal bu idi. Ya da ki... Lakin elә bil qurbağanın gölünә
daş atdın. Yaltaqlana-yaltaqlana irәli yeridilәr:- Bağışlayın, spirtin tәsirindәndir. Qanmayıblar.
Bir az da siz düz başa düşmәmisiniz. Biz tarixi dostlarıq.

Biz bu saxta sözlәrdәn imtina etdik. Lakin әl çәkmәdilәr. Zorla stolumuzu götürüb stollarına
birlәşdirdilәr. Tez badәlәri doldurub sağlığımıza tost dedilәr. Adama bir-iki qurtum da biz içdik.
Nә qәdәr etdilәr, oturmadıq. Çünki yığıncağın vaxtına az qalırdı. Hamısı ayağa qalxdı. Klarnet
çaldılar, böyür-başımızda oynaya-oynaya bizi maşına oturtdular...

Biz Gәncәyә, yay kinoteatrına çatanda tәntәnәli gecә lap yenicә başlanmışdı. Yerli yazıçı Altay
Mәmmәdov sözә başlamışdı. İlk cümlәlәrini deyirdi. Bizi rәyasәt heyәtinә çağırdılar. Keçib
ikinci sırada oturduq. Qarşımızda şәhәr partiya komitәsinin gecәni idarә edәn ikinci katibi vә
onun da yanında üçüncü katib – milliyyәtcә ermәni olan qadın әylәşmişdi.

Biz oturan kimi ikinci katib geriyә qanrılıb әsәbi halda dedi: - Niyә gecikirsiniz?

Mәn üzr istәdim: - Maşınımız yolda xarab oldu.

Aradan 5-10 dәqiqә keçmiş bir dә bizә tәrәf çöndü:- Yaxşı hәrәkәt elәmirsiniz. İntizamı
pozursunuz.

Mәn yenә üzrxahlıq etdim vә onu da dedim ki, çox da gecikmәmişik: bir-iki dәqiqә. Bu cavabım
onun xoşuna gәlmәdi. Bundan bir qәdәr sonra yenә üzünü bizә çevirib әmr formasında dedi:- İki
şeirdәn artıq oxumayın...

Onun bizimlә sәrt danışmağının tәk gecikmәk yox, başqa sәbәbi dә vardı. Birincisi, tәzә gәlәndә,
biz şәhәr partiya komitәsi binasında çox qәribә bir faktın şahidi olduq. Binanın birinci vә ikinci
mәrtәbәsindә sağ dirsәyi stula söykәnmiş iki ayaqüstü şәkil vardı. Bәdәn eyni idi. Baş müxtәlif.
Əslinda ikisi dә Leninin şәkli idi. İkinci şәkildә başı götürüb yerinә N.Nәrimanovun başını
qoymuşdular, yәni çәkmişdilәr. Ancaq simmetriyanın pozulduğu dәrhal nәzәrә çarpırdı: bәdәn
balaca, baş iri. Mәn ilk tanışlıqdan sonra dözmәyib bunu ikinci katibә dedim. Hәm dә rәhbәrlәrin


                                                 47
adәt etdiyi formada yox, bir az ütüsüz dedim. Xoşuna gәlmәdi. Heç üzümә dә baxmadan “onu
biz dә bilirik. Vәsait ucundandır” dedi.

Sonra tәlimatçıya deyәndә ki, Bağır müәllimi tap, mәnә bir balaca çıxış yazsın, dilim dinc
durmadı: - Mirzә Əlәkbәr Sabir haqqında beş-üç kәlmә söz demәk nә çәtin şeydir ki, ona görә
Bağır müәllimi çağırtdırırsınız,- dedim. Düz deyirdim, ancaq yersiz deyirdim. Bunu dәrhal özüm
dә başa düşdüm. Özümü sındırmadım. İstәyirsiniz mәn yazım - dedim.

Çox sağ ol, dedi., Siz zәhmәt çәkmәyin. Şeirinizi yazarsınız.

Bununla da bu söhbәtlәr qurtardı. Gәncә pedaqoji institutunda görüş qabağı iclas zalının açarı
tapılmadı. Çox әllәşdilәr, aça bilmәdilәr. Axırı balta gәtirdilәr, qapını qırıb açdılar. Mәn
çıxışımda balta mәsәlәsini xatırlatdım vә dedim ki, görünür, Sabir bu gün dә bizә çox lazımdır.
Camaat gülüşdü. Bu söz dә katibә çatmamış olmazdı...

Görünür, katibin qәzәbi daha çox gündüzki bu söhbәtlәrlә bağlı idi.
Nәhayәt, çıxış etmәk üçün sözü mәnә verdi. Biz hәlә gündüzdәn belә qәrara gәlmişdik ki, әvvәl
Sabirdәn bir şeir oxuyaq, sonra öz şeirlәrimizi. Ona görә dә әvvәl Sabirin “Daş qәlbli insanları
neylәrdin, ilahi?” şeirini oxudum.

Daş qәlbli insanları neylәrdin, ilahi?!
Bizdә bu soyuq qanları neylәrdin, ilahi?!
Artdıqca hәyasızlıq olur el mütәhәmmil,
Hәr zülmә dözәn canları neylәrdin, ilahi?!
Qeyrәtli danosbazlarımız iş bacarırkәn,-
Tәnbәl, dәli şeytanları neylәrdin, ilahi?!

Özüm dә hiss etdim ki, bir azca artıq avazla oxuyuram. Görünür hәm yüz qramın, hәm dә
içimdәki narazılığın tәsirindәndi. Şeir alqışlarla qarşılandı. Sonra özümün başıbәlalı “Mәnim
qoca anam Allahsız deyil” şeirimi oxudum. Əl çalmalarına baxmayaraq keçib oturmaq
istәyirdim. Oturduğum yerә çatar-çatmaz üç nәfәr mәktәbli qızın әllәrindә gül dәstәsi sәhnәyә
çıxdığını gördüm.

Mәnә müraciәt etdilәr: - Xahiş edirik ana haqqında bir şeir dә oxuyasınız- dedilәr. Tәzәdәn
kürsüyә yaxınlaşıb sәhv etmirәmsә “Harda ana görürәm” şeirimi oxudum:

Harda ana görürәm...
Deyin ananın tayı,
Bәrabәri varmı heç?
Ananın da dünyada
Pisi tapılarmı heç?
Ana qәlbindәn mәnim
Qәlbim yaxşı halıdır.
Qanun mәcәllәsinin
Ən birinci maddәsi
Ananı dananların
Haqqında olmalıdır.

Keçib yerimdә oturmamış katib әyilib dedi:- Çox uzatdınız. Demişdim iki şeir oxuyun.
Daha özümü saxlaya bilmәdim:- Əvvәla, özünüz gördünüz ki, mәn otururdum. Mәktәblilәr xahiş
etdi, sözlәrini sındırmadım. İkincisi dә bura televiziya ekranı deyil ki? İki dәqiqә artıq vaxt
gedәndә nә olar ki? Bir dә mәn başa düşә bilmirәm ki, axı siz nә demәk istәyirsiniz?

                                               48
- Yaxşı sonra danışarıq.- Üzünü camaata çevirdi.
Elә bu vaxt milliyyәtcә ermәni olan katib qadın geriyә çevrildi:- Yoldaş Famil Mehdi müәllim, o
allah şeirinizi mәnә verә bilәrsinizmi? Xahiş edirәm.

Cavab verdim:- Vermәyә verәrәm. Ancaq mәnim Allah haqda şeirim yoxdur, ana haqda şeirim
var!

- Elә onu istәyirәm,- dedi.

- Buyurun- şeiri ona uzatdım. Ancaq arxayın olun, şeir KQB-nin nәzarәtindәn keçib. Qәzetdә dә
dәrc olunub. Kitabda da çıxıb.

- Hәr halda mәnә lazımdır,- dedi vә qatlayıb sumkasına qoydu.

Onsuz da bayaqdan o birisinin әlindәn cilov gәmirirdim. İndi isә dişim bağırsağımı kәsdi:- Kül
bizim başımıza, gör nә günә qalmışıq ki, ermәni qadın da bizә KQB-lik elәyir?!
Görüş qurtarar-qurtarmaz, katib bir tәlimatçını qızışdırıb Abbas Abdullanın üstünә saldı. Hәtta
hәmin partiya işçisi Abbasa söyüş söydü. Abbas Abdulla әsәbilәşib irәli cumdu:- Köpәk oğlu,
sәn öl ağzına bir şapalaq çәkәrәm. Qoduğun danışdığı sözә bir bax!

Partiya işçisi vәziyyәtin tündlәşdiyini, mәnim dә mәsәlәyә daha geniş (qızım sәnә deyirәm,
gәlinim, sәn eşit) müdaxilә etdiyimi görüb küçüklәndi:- Ə, Abbas, nә özündәn çıxırsan. Biz
yerliyik. Mәn dә Gürcüstandanam. Mәn sәnә әrk elәyirәm.

Abbas yenә dillәndi:- Tüpürüm sәnin kimi mәdәniyyәtsiz yerlinin üzünә. Çox nahaq yerә
elәyirsәn. Sәnin evdә arvadına әrkin çata bilәr, mәnә yox!

Dramatik gәrkinlik bununla da soyudu. Mehmanxanaya, oradan da qatara tәlәsdik. Aradan bir
hәftә keçmәmiş eşitdik ki, Mәrkәzi Komitәdәn Mirzә İbrahimova zәng vurublar. Deyiblәr ki,
Gәncә şәhәr partiya Komitәsindәn şikayәt mәktubu var. Yazırlar ki, şairlәr gәlib burada
sәrxoşluqla mәşğul olublar, Sabir gecәsini pozublar. “Antipartiyni” (o vaxt әn dәbdә olan söz
idi) şeirlәr oxuyublar.

Mirzә müәllim soruşub:- Mәktubda kimlәrdәn şikayәt olunur?
Cavab veriblәr Famil Mehdi, Cabir Novruz (yazıq Cabir heç Göygölә dә getmәmişdi, gündüz bir
qram da dilinә vurmamışdı).
Mirzә müәllim telefonda danışanın sözünü ağzında qoyur:- Mәn mәclislәrdә onlara yüz qram
konyak içirdә bilmirәm. Onlardan sәrxoşluq elәyәn olmaz. O ki, qaldı “antipartiyni” şeir
mәsәlәsinә, qardaş, daha bәsdir, qurtarın bu söhbәtlәri... Əl çәkin bu cavanlardan...

Mәn “Allah”la başlanan, bir qәdәr sәmtini dәyişәn bu söhbәtlәrlә mühit haqqında, dövr haqqında
mәnzәrәni bir az da açıqlamaq istәdim. 37-ci illәrdәn qalma dәhşәtlәr hәlә dә başqa formalarda
davam edirdi. Gözәl ziyalımız Yusif bәyin danışdığı bir әhvalat heç yadımdan çıxmır.
Kommunistlәr 30-cu illәrdә Qarabağda mәşhur tarzәn Abasqulu ağanı çağırıb deyirlәr ki, get
mәhәrrәmlik günlәrindә mәsciddә tar çal. Abasqulu ağa dәhşәtә gәlir:- “Nә danışırsınız?
Mәsciddә tar çalmaq? Özü dә mәhәrrәmlikdә? Xeyir, mәn bunu bacarmaram. Çala bilmәrәm.”
Abasqulu ağanı hәbs edirlәr. Sürgünә göndәrilәn günü xahiş edir ki, faytonu Ağdam mәscidinin
qarşısından sürsünlәr. Sürürlәr, fikirlәşirlәr ki, bәlkә sәhvini başa düşәcәk, tapşırığın yerinә
yetirilmәsinә razı olacaqdır. Fayton mәscidin qabağından keçәndә Abasqudu ağa ayağa qalxır,
әlini mәscidә sarı uzadır vә deyir: “- Ey Allahın evi, sәnin zibilinә düşüb gedirәm.” Deyir vә
faytonçuya baxır: “- Di, sür gedәk...”


                                               49
Bәli, uzun illәr әrzindә mәscidә getmәk üstündә nә qәdәr adam partiyadan çıxarılmış, hәbs
olunmuşdur. Hәtta bir neçә il bundan әvvәl mәşhur bir akademikin vә görkәmli bәstәkarın adları
mәscidә getmәk üstündә ciddi partiya sәnәdlәrinә düşmüş, onlar kәskin tәnqidә mәruz qalmışlar.
Sonra da mәlum oldu ki, heç o yazıqlar әslindә ibadәt mәqsәdi ilә mәscidә getmәyiblәr.

Akademik avropalı qonaqlara Gәncә mәscidinin binasını göstәrirmiş. Qonaqlar onlara
yaxınlaşan yetim uşaqlara da qәpik-quruş pul veriblәr. Akademik dә әlini cibinә salıb.
Bәstәkar isә özü tәyyarәdә mәnә nәql etdi:- Biz Mirzә Fәtәli Axundov küçәsindә oluruq.
Bibimgilin evi Mustafa Sübhi küçәsindәdir. Hәmin günlәrdә әmim rәhmәtә getmişdi. Biz adәtәn
әmimgilә gedәndә mәscidin hәyәtindәn (hәqiqәtәn mәscidin hәyәtindәn düşәn cığır iki küçәni
birlәşdirirdi vә camaat oradan gәlib-gedirdi) keçirik. Hüzr yerinә keçib gedәndә gördüm ki,
kişilәr “şaxsey-vaxsey” deyә-deyә sinәlәrinә, başlarına döyürlәr. Neçә il Leninqradda
oxuduğumdan, yaşadığımdan belә şeylәri görmәmişdim. Dayanıb bir az baxdım. Sonra әmimgilә
getdim. Aradan bir az keçmiş eşitdim ki, adım MK plenumunda mәruzәdә çәkilib. Sәn demә,
keqebeşniklәr şәklimi çәkibmişlәr. Maraqlı burasındadır ki, mәscidә gedib yetim-yesir
sevindirәnlәri partiyadan çıxaranlar, hәbsә aldıranlar indi özlәri mәscidә gedib ibadәtlә mәşğul
olurlar. Belә yerdә mahnının sözlәri yada düşür: Ey hәyat, sәn nә qәribәsәn?!

Mәn dinә münasibәtim, dindarlarla hörmәtimlә bağlı fikirlәrimi yazarkәn qohumum, sәmimi vә
mehriban insan, allah adamı Füzuli Yusif oğlu evimizә gәldi. Qaçqın camaatımızın, qohum-
әqrabanın vәziyyәti, gәlәcәk taleyi haqqında söhbәt etdik. Dünyanın keçmişindәn-gәlәcәyindәn
danışdıq. 1993-cü ilin iyununda birlikdә getdiyimiz Mәşhәd sәfәrimizi xatırladıq. Sözarası bu
kitabımın çap taleyi ilә bağlı fikrini bilmәk istәdim. Füzuli müqәddәs “Quran”ı vәrәqlәdi, baxdı
vә dedi:- Bu kitabınızın nәşri bütün kitablarınızdan asan, әziyyәtsiz başa gәlәcәk. Sәbәbi,
birincisi, allahla ürәyinizin düzlüyü, ikincisi xeyirxah adamların bu kitabın nәşrindә xüsusi
marağı. Füzuli bunu da dedi ki, bu kitabın üzәrindә sizә heç bir maddi kömәyә ehtiyac
olmayacaq. İşdir, әgәr bir çәtinlik olsa, onun sponsorluğunu mәn özüm dә üzәrimә götürә
bilәrәm. Ancaq tәkrar edirәm: kitab asanlıqla işıq üzü görәcәk.

Allah ağzından eşitsin,-dedim,-Füzuli. Bu kitab mәnim o biri kitablarımdan deyil, ürәk
ağrılarımdan, göz yaşlarımdan yaranıb. Qarabağımızın, camaatımızın tarixdә görünmәmiş
faciәsinin qanlı-iztirablı sәhifәlәridir.

İçki ilә aram olmayıb. Qaydasında içәnlәrә rәğbәt bәslәmişәm. Çox içәnlәrә, sәrxoşlarla
mәnimki qәtiyyәn tutmayıb. İçki mәclislәrinin uzanması mәni hәmişә darıxdırıb. Hәtta mәnimlә
bağlı mәclislәrin uzanmasını istәmәmişәm. Qohumlarım Süleyman hәkim, Elxan hәkim mәni
hәr dәfә Şuşaya aparanda xahiş edirdim ki, hәtta yemәyә dә Şuşada vaxt sәrf etmәyәk. Onun
әvәzinә şәhәrdә gәzәk. Cıdır düzünә çıxaq. Topxana meşәsinә baxaq. Dağların tәmiz havasını
udaq. Qatarda, tramvayda, küçәdә, piyada gedәndә, uşaq üçün süd almaq növbәsindә dayananda,
bir sıra iclaslarda, yığıncaqlarda olduğu kimi, tәntәnәli mәclislәrdә dә bir çox halda şeir haqda
düşünmüşәm. Ancaq bunu hamıdan gizlәtmişәm. Düşünmüşәm ki, bir cür baxarlar, mәni başa
düşmәzlәr. Xüsusilә mәclislәrdә deyilәn boğazdan yuxarı, yalan tәriflәr mәddahlıq әsәblәrimi
yerindәn oynadıb. Kәsdiyim bir tikә çörәyi zәhәrә döndәrib. Bәzәn dözmәyib narazılığımı
bildirmişәm, özümә “düşmәn” qazanmışam. Bu haqda şeirim dә var:

Vay-vay,
Yenә mәclis, yenә da sağlıq!
Ürәyim, yaxşı ki, dözürük, sağıq.
Bir qorxaq az qala pәhlәvan olur,
Bir yaltaq az qala qәhraman olur.
Ağsaqqal adlanır lovğanın biri,
Dargözün, xәbisin, darğanın biri.

                                               50
Üç yol bir sağlığa
Necә içim mәn?
Gәzir pıçıltılar qapı dalında:
Ömründә kişilik nәdir bilmәyәn,
Oturub kişilәr pyedestalında.
Əfsus!
Mәclisә bax, sağlıqlara bax!
Neylәyim, qaldırıb dolu badәni
içirәm,
bәlkә dә bununçün araq
Yerimdә od vurub odlayır mәni.
“Sağlıq” şeiri.

Bu şeirin tarixi haqqında danışmazdan әvvәl onu deyim ki, tanış-bilişlәrin, dostların, qohumların,
hәtta tanımadığım adamların övladlarının toy mәclislәrinә çox dәvәt olunmuşam. Olduğum
toylardakı bәy vә gәlinin şәkillәrindәn ibarәt bir albom da düzәltmişәm. Fikirlәşmişәm ki, nә
vaxt isә maraqlı foto-albom nәşr etdirmәk olar. Mәclislәrin bir çoxunda toyu idarә etmәyimi
xahiş ediblәr. Ürәyimcә, tәbiәtimcә olmasa da sözlәrini sındırmamışam. Ancaq çalışmışam ki, şit
tәriflәrә, lüzumsuz şişirtmәlәrә yol vermәyim. Hәtta mәclis sahiblәrinin xahişini belә nәzәrә
almayıb әksәr hallarda fәrdi sağlıqlar demәkdәn qaçmışam. Adәtәn bәzәn әnәnәni qırıb bәylә
gәlindәn dә qabaq Azәrbaycan xalqının, millәtimizin sağlığına badә qaldırılmasını tәklif
etmişәm. Hәtta toylardan belә yaltaqlanaraq kiminsә ünvanına çoxmәrtәbәli tәriflәr deyәrәk xal
qazanmaq istәyәnlәrә nifrәt bәslәmişәm. Hәtta son vaxtlar yazdığım mәqalәlәrin birindә tәklif
etmişәm ki, bütün mәclislәrdә ilk sağlıq torpaqlarımızı qoruyan, vәtәn yolunda canından keçәn
әsgәrlәrimizin-Azәrbaycan әsgәrinin adı ilә bağlı olsun.

Bir hadisәdәn sonra ümumiyyәtlә, “masabәyi”lik mәsәlәsi ilә üzülüşdüm. Sanatoriyada yaşlı bir
hәkimlә tanış olmuşdum. Müharibә iştirakçısı idi. Qıçının birini itirmişdi. İnsanlığı, sadәliyi,
mәdәni davranışı xoşuma gәlirdi. Ona görә dә arabir zәnglәşir, hal-әhval tuturduq. Mәni oğlunun
toyuna çağırdı. Üstәlik dә, mәclisi idarә etmәyimi xahiş etdi. Razılıq vermәdim. Hәm dә
tanımadığım adamlar... Ancaq әl çәkmәdi, şikәst adam idi. Yazığım gәldi...Razılaşdım...

Mәclisin gedişindә mәnә bildirdilәr ki, gәlinin atası vәfat edib, ancaq әmisi toyda iştirak edir.
Adını da dedilәr. Mәn hörmәt vә ehtiramla әminin haqqında sağlıq dedim vә onu mikrofona
dәvәt etdim. Qalxıb ayağa bildirdi ki, danışmaq istәmir. İncidiyini hiss etdim. İstәmәdim ki,
toydan qanıqara getsin. Könlünü almaq istәdim. Bir azdan yenә xoş sözlәrlә söhbәti әminin
üstünә gәtirib çıxardım. Ayağa qalxıb nümayişkaranә bildirdi ki, çıxış etmәk istәmir. Sәbәbini
bәyin atasından, tanışım hәkimdәn soruşdum, o da bilmәdi. Mәcbur olub gәlinin tanıdığım
qohumundan xәbәr aldım. O da çiynini çәkdi. Belәliklә dә pәrtlik axıra qәdәr davam etdi.
Aradan dörd-beş il keçәndәn sonra mәn bu faktı bir yerdә danışdım. Hәmin әmini yaxından
tanıyan, ona hәlә qohumluğu da çatan hәmsöhbәtim gülümsündü vә dedi:- Hә, onun elә xasiyyәti
var. Siz onun haqqında sağlıq deyәndә gәrәk bütün xidmәtlәrini-elmi dәrәcәsini, rütbәsini,
vәzifәsini, әsәrlәrinin adını, xüsusilә, cәbhәdә olmasını, әsir düşmәsini, neçә orden-medal
almasını, şәhәr partiya bürosu üzvü, veteranlar şurası sәdri olmasını, daha nәlәri, nәlәri demәli
idiniz ki, o razı qalsın vә qalxıb söz desin.

Qeyri-ixtiyari olaraq әlimi әlimә vurdum:- Vay dәdәm, vay! Yox, yaxşısı budur ki, üzüsuluykәn
bu masabәyilik işindan uzaqlaşım. Uzaqlaşdım da...

İndi dә yuxarıdakı şeirin konkret yaranma sәbәbi haqqında. Günlәrin bir günündә yazıçı dostum
rәhmәtlik Fәrman Kәrimzadә ilә rayona getmişdik. Kolxoz sәdri rayon partiya komitәsinin katibi
Fәrman vә mәn günorta bir yerdә nahar edәsi olduq. Cavan sәdr ilk sağlığı katibin şәrәfinә dedi.

                                               51
İçdik. İkinci badәni bizim sağlığımıza içmәyi tәklif etdi. Yenә içdik. Üçüncü sağlıq yenә dә
katiblә bağlı oldu. Tәriflәr yağdı başına, hamı içdi. Mәn dirәndim, bir stakana baxdım, bir katibә.
Güclә bir-iki qurtum aldım. Dördüncü badә sәdrin sağlığına qaldırıldı. Etika xatirinә yenә bir-iki
qurtum içdim. Başım gicәllәndi. Ancaq sağlıqlar davam edir... Mәn stәkanı yalandan dodağıma
vurub yerә qoydum. Tıncıxmışam. Ayağa qalxmaq istәyirәm. Ancaq düşünürәm ki, yaxşı
çıxmaz. Bir tәhәr dözürәm. Bu vaxt cavan sәdr yenә ayağa qalxır. Bir daha katibin sağlığına
badә qaldırmağı tәklif edir. Bu dәfә tәrifin hәddi-hüdudu olmur. Daha tab gәtirә bilmirәm.
Partlayıram:- Qardaş, katibin sağlığına neçә dәfә içәrlәr? Öldük, qırıldıq axı! Heç sәnin insafın
yoxdur?

Süfrәdә pәrtlik yarandı. Fәrmanın zarafatı da bu pәrtliyi aradan qaldıra bilmәdi. Süfrә
sahiblәrinin elә bil başlarına qaynar qazan tökmüşdülәr. Hәlә dә bişirdilәr.
Yenә özüm gәrginliyi azaltmaq istәdim:- Gәlin hamımızın birlikdә sağlığımıza içәk.
Zәhmәtinizә görә sağ olun.

Ayağa qalxdıq. Ağızucu xudahafizlәşib ayrıldıq. Yolda Fәrman mәni әrkyana danladı:- Bir az
pis çıxdı. Sonra nә fikirlәşdisә әlavә etdi:- Əşi, bir yana baxanda lap yaxşı elәdiniz. Ə, bu qәdәr
dә yaltaqlıq olar? Zalım uşağının әlinә girәvә keçәn kimi xoda düşürlәr. Tormozları da tutmur.
Hәmin sәfәrdәn sonra aramızda zarafat üçün iki mövzu qalmışdı. Birincisi bu mәclis. İkincisi isә
hәlә rayona gәlmәmişdәn әvvәl baş verdi. Cibimizdәki ancaq göndәriş pulu idi. Fәrman Bakıda
mәslәhәt bildi ki, qatarla gedәk. Sonra düşәk qohumumla görüşәk. İmkanı böyükdür, bizi
maşınla yola sala bilәr. Qatardan düşәn kimi qohumunu tapdıq. Görüşdük. Qohumlar bir-
birindәn hal-әhval tutdular. Haqqüçünә bizi çaya dәvәt etdi. Tәşәkkürümüzü bildirdik. Fәrman
dedi ki, bizi yola salsın.

Dedi:- Baş üstә! Əlini qaldırdı. Tabeliyindә olan taksi maşınlarının biri saxladı. Tapşırdı ki, bizi
filan rayona aparsın. Sürücü:- Baş üstә, deyib, bizә maşına oturmağı işarә etdi. Fәrman qatarda
olduğu kimi maşında da qohumunu tәriflәdi:- Əla oğlandır!
Maşınımız rayon mәrkәzinә çatdı. Fәrman özündәn razı halda maşından düşdü vә xeyli
uzaqlaşdı. Mәn isә elә-belә etika xatirinә әyilib sürücüdәn soruşdum:- Nә qәdәr vermәliyik?
Çәkinib elәmәdәn mızıldandı:- Əlli manat.

Vur-tut cibimdә olan әlli manatı sürücüyә uzatdım:- Sağ olun! Halbuki hörmәti ilә birlikdә 20-25
manat edәrdi.

Maşın uzaqlaşandan sonra Fәrman soruşdu:- Sürücü ilә nә haqda söhbәt edirdiniz? Dedim heç
nә, pulunu verirdim.

Yuxudan ayılmış kimi soruşdu:- Nә pul?

Dedim:- Yol haqqı! Əllicә manat

Fәrman quruyub yerindә qaldı. Sonra әlini-әlinә vurub bәrkdәn güldü: -Vay Allah!
Hәmişә telefonda danışanda hansımız qabağa düşüb “nә var, nә yox?”- deyә sual verdikdә dәrhal
cavab verәrdik:- Taksimiz dә müftә, tәriflәrimiz dә... Daha nә dәrdimiz var!
Bәli, içki ilә aram yox idi, bacarmırdım. Amma ara-sıra içki mәclislәrindә olurdum. Bir tәnqidçi
dostum vardı. Onunla bir mәclisә düşәndә mәnә deyirdi:- Niyә içmirsәn, müsbәt qәhrәman
olmaq istәyirsәn?

Müşahidәlәrimdәn belә nәticәyә gәlmişәm ki, içki yıxan evi, Allah da yıxa bilmәz. Bakıda
istedadlı bir jurnalist vardı. Biz tәlәbә olanda onun yanında tәcrübә keçmişdik. Tez-tez yazıları


                                                 52
qәzetdә dәrc olunar, yaxşı rәy yaradardı. İçkiyә qurşandı. Üz-gözünü tük basdı. Gözlәrinin altı
tuluğlandı. Gündәn-günә arıqladı. Yazıları qәzet sәhifәlәrindәn yoxa çıxdı.
Universitetdә tәzәcә müәllim düzәlәn vaxtım idi. Şәhәr tezdәn mühazirәm vardı. Birdәn
auditoriyanın qapısı döyüldü. Hәmin jurnalist idi. Elә bil bu bir neçә ayda iyirmi-otuz il
qocalmışdı. Gözlәri çuxura düşmüşdü.

Yavaşcadan dillәndi: - Evinizә getmişdim. Dedilәr dәrsdәsiniz. Anam ağır xәstәdir, dәrman
almağa pul yoxdur. Kömәk elә.

Elә bil dünya başıma fırlandı. İndi dә anasının adından istifadә edib içir. Özümü әlә aldım.
Cibimdә beşcә manat pulum vardı. O vaxt bu böyük mәblәğ idi. Çıxarıb verdim. “Sağ ol” deyib
getdi. Əhvalım da pozuldu, dәrsim dә. Bir neçә aydan sonra ağır xәstәlәndi, öldü.

Bir qәlәm sahibi dә vardı. Vaxtilә yaxşı әsәrlәr yazırdı. Son vaxtlar müntәzәm içirdi. İçdikcә dә
arıqlayıb, әldәn düşürdü. Dәfәlәrlә qabağımı kәsmişdi. Hәr dәfә dә әlimi cibimә salmışdım. Bir
dәfә dә rastlaşdıq. Dedi çörәk almağa pul yoxdur. Uşaqlar evdә acdır.
Qolundan tutub maqazinә tәrәf çәkdim. Soruşdu ki, mәni hara aparırsan? Dedim gedәk sәnә beş-
altı çörәk alım, apar evә.

Qolunu elimdәn çәkdi vә sәrt bir tәrzdә dedi:- Pulun da özünün olsun, çörәyin dә. Dedi vә
uzaqlaşdı. O da uzun yaşamadı...

Başqa bir misal. Tәzәcә ailә qurmuşduq. Köhnә mәhlәdә yaşayırdıq. Bir axşam qapı döyüldü.
Açıb gördüm qәlәm yoldaşlarımdan biri. Əli, ayağı, üstü, başı qandır. Mәni dәhşәt bürüdü. İçәri
dәvәt etdim. Mәlum oldu ki, növbәti dәfә yenә dә möhkәm içib evә gәlib. Evdә dava-dalaş
qopub. Qadının qohumları tökülüb onu evdәn çıxarmaq istәyiblәr. Nәticәdә әli qapının arasında
qalıb, әzilib...

- Dәdә,-dedi, (mәnә hörmәt әlamәti olaraq “dәdә” deyirdi) sәnә pәnah gәtirmişәm.
Dәrhal әl-üzünü yuyub tәmizlәdik. Yarasını sarıdıq. Cırılmış köynәyini dәyişdik. Bir qәdәr
dincәldi, çay içdi. Özünә gәldi. Bir tin yuxarıda lap balaca bir otaqda kirayәnişin qalan әmim
nәvәsi tәlәbә Hüseyni çağırdım. Tanış etdim. Dedim müvәqqәti bir yerdә qalacaqsınız. Yemәyi
isә gәlib bizdә yeyәrsiniz. Tәxminәn bir aya yaxın elә dә etdilәr. Sonra ailәdә barışdılar. Ancaq o
da cavankәn dünyasını dәyişdi.

Bir tәrcümәçi yoldaşım da vardı. Son dәrәcә savadlı, bilikliydi. O da bәrk içәn idi. Qıçının birini
cәbhәdә mәrmi aparmışdı. Süni ayaq düzәltmişdilәr. Bir dәfә şair Yusif Hәsәnbәyli ilә tәxminәn
axşam saat 10-da keçmiş “Novaya Yevropada”da qәlyanaltıya girdik. Gördük oturub, bәrkdәn
danışır. İçәndә bәrkdәn danışırdı. Hәtta bir dәfә “İnturist” mehmanxanasının restoranında
möhkәm içir. Göz gәzdirib görür ki, oturanların çoxu rusdur. Rus imperiyasının acığını onlardan
almaq istәyir. Ayağa qalxıb onlara üz tutur vә ucadan deyir: “Uvajayemıye baranı, proşu vas
nemedlenno pokinut Azerbaydjan! Yesli po sobstvennomu jelaniyu ne poyedete, toqda ya vas
vıqonyu.” İndi isә stol yoldaşı ilә danışırdı. Dәrhal gözü bizi aldı vә yanına çağırdı. Keçib
oturduq. Dedi araq alın, içәk. Aldıq. Bir stәkan içdi. Bir balaca da biz içdik. Durub getmәk
istәdik, buraxmadı. Dedi ki, bax, poeman mәndәdir. “Literaturnı Azerbaydjan”dan götürmüşәm
tәrcümә etmәyә. Bizi qoymadı ayağa durmağa. Artıq gec idi.

Üçümüz dә birlikdә küçәyә çıxdıq. Qüvvәtli xәzri әsirdi. Nә qәdәr axtardıq, maşın tapmadıq.
Piyada gedәsi olduq. Tәrcümәçinin düzәltmә ayağı çıxıb yerә düşdü. Yusif kişini dalına aldı.
Mәn “qıçı” götürdüm. Xeyli getdik. Yolda arabir dәyişirdik. Mәn onu, Yusif ayağını götürürdü.
Poemanı da әlindәn buraxmırdı..Bir müsibәtlә evinin yaxınlığına qәdәr getdik. Binanın yanında
Yusif onu yerә qoyanda külәk әlindәn poemanı aldı. Əlli-altmış vәrәq ağ göyәrçin kimi dövrә

                                                53
vurub uçdu. Vәrәqlәrin dalınca qaçdıq. On beş, iyirmisini tuta bildik. Qalanını külәk apardı.
Əlimizi üzüb geri qayıtdıq. Gördük ki, özü yoxdu, ayağı orda qalıb. Nә qәdәr axtardıq tapa
bilmәdik. Mәnzilinin nomrәsini dә bilmirdik. Ona görә dә süni ayağını aparıb bloklardan birinin
qabağına qoyduq vә çıxıb getdik. Bir neçә gündәn sonra gördük, ayağı da üstündә idi. Arada
poema getdi...

Mәn bunları tәbәssüm xatirinә yazmıram. Doğrudan da içki adamın başına oyunlar, bәlalar
gәtirir. İçki ilә әlaqәdar qәribә әhvalatların hәm şahidi olmuşam, hәm dә şahidi olanlardan çox
eşitmişәm. Bu hadisә Yazıçılar İttifaqında olur. Cavan şairlәrdәn biri içib qatarda dava salır. Bu
faktla bağlı Yazıçılar İttifaqına mәktub göndәrilir. Mәktubun müzakirәsi zamanı Əli Vәliyev
ayağa qalxıb başqa bir şairin dә adını çәkir vә deyir:- Mәn tәklif edirәm hәr ikisi Yazıçılar
İttifaqı üzvlüyündәn çıxarılsın.

Hamı mәәttәl qalır:- Əli müәllim, filankәsin bura nә dәxli var?

Əli Vәliyev deyir:- Dәxli var, özü dә çox böyük dәxli var. Filankәs orda olsa, şübhәsiz o da içib
dava salardı.

Moskvada olmuş aşağıdakı әhvalatı isә Əli Kәrim özünәmәxsus bir yumorla danışırdı:- Bir gün
filankәs (Moskvada oxuyan şair yoldaşlarından biri) gәldi ki, bir rus qızı ilә tanış olmuşam,
yaman sevirәm onu. Onsuz dözә bilmirәm. Elçi gedib o qızı mәnә alın. Biz bunu qeyri-ciddi
qәbul elәdik. Özümüzü güclә dolandırırdıq. Arvadı necә saxlayacaqdı o? Ancaq әl çәkmәdi. Bir
hәftә İbrahim Kәbirliyә vә mәnә yalvardı ki, elçi gedәk. Bakıdan pul da göndәrmişdilәr. Gedib
bir yeşik araq vә pivә aldı. Moskvanın bәrk qarlı-şaxtalı axşamlarından biri idi. Dolu yeşiyi
götürüb düzәldi yola. Biz dә düşdük onun yanına. Gәlib bir binanın mәnzilinin qabağında
dayandıq. Evlәnmәk istәyәn şair dedi ki, mәn utanıram. İçәri getmәyәcәyәm. Düşüb sizi binanın
hәyәtindә gözlәyәcәyәm. Qapının zәngini basdıq. Bir rus kişisi qapını açdı. Araq, pivә dolu
yeşiyi görәndә kişinin gözlәrinә işıq gәldi. Bizi böyük mәmnuniyyәtlә otağa dәvәt etdi. Keçib
әylәşdik. Heç tanış olmamışdan arağlar, pivәlәr stolun üstünә düzüldü. Badәlәr doldu.

Tanışlığımız sağlığına içdik. Sonra sağlıqlar bir-birinә calandı. İçdikcә ala dağdan, qara dağdan,
daha nә bilim hardan, nәdәn danışdıq. Bir vaxt xәbәr tutduq ki, gecәdәn keçir. Durub
xudahafizlәşib, öpüşüb otaqdan çıxdıq. Hәyәtә çıxanda paltosunun boğazını qaldırıb ayağının
birini götürüb, o birini qoyan, yerindә atılıb düşәn, әlini ovxalayıb ağzına soxan, kipriklәri dә
donan filankәsi hәyәtdә üstümüzә yüyürәn gördük. Soruşdu ki, nә oldu? Başa düşmәdik nәyi
soruşur. Gah İbrahimin, gah mәnim qabağımı kәsib әyilir hey soruşurdu:- Nә oldu?,-nә oldu?
Biz isә öz alәmimizdә idik. Uzun sorğu-sualdan sonra başa düşmüşük ki, o bizi elçi göndәribmiş.
Sәn demә içki başımızı qatıb, getmәyimizin mәqsәdi yadımızdan çıxıb. Yoldaşımız bir müddәt
bizi danışdırmadı. Sonra barışdıq. Moskvada evlәnmәk söhbәti dә soyuyub getdi...

Bu hadisәni isә Əli Vәliyev özü mәnә danışıb. Mәn eşitmişdim ki, Əli Vәliyev ömründә yalnız
bir yol içib, o da Bağırovun tәkidi ilә. Kәlbәcәrin İsti-su kurortunda Əli müәllimlә tәxminәn
iyirmi gün bir otaqda qaldıq. Allah rәhmәt elәsin. Olduqca maraqlı şәxsiyyәt idi. Mәhәbbәti dә
dәhşәtli idi, nifrәti dә. Hәm dә bir uşaq tәmizliyi vardı kişidә. Hәmin hadisәnin hәqiqәt olub-
olmaması haqqında soruşdum.

Əli Vәliyev dedi:“- İkinci dünya müharibәsi dövrü idi. Xәbәr gәlmişdi ki, Naxçıvan zonasında
Azәrbaycan әsgәrlәrinә pis baxılır. Hәtta onları bit basıb. Mir Cәfәr Bağırov mәni çağırıb dedi
ki, tez Naxçıvana get, bu faktı yoxla, mәn dә gәlirәm. Gedib gördüm yazılanların hamısı
doğrudur. Tez göstәriş verdim. Əsgәrlәri hamama apardılar. Saçlarını qırxdırdılar. Paltarlarını
dәyişdilәr. Yataqlarını tәzәlәdilәr. Bir sözlә, hәr şey qaydasına düşdü.


                                                54
Bağırov gәlib çıxdı. Vәziyyәtin düzәldiyini gördü. Mәnә dedi otur maşına, oturdum. Gәlib dәmir
yolda Bağırovun xüsusi vaqonunun yanına çıxdıq. Özü maşından düşdü. Mәnә dә düş dedi.

Düşdüm. Vaqona qalxdıq. Yemәk stolu hazır idi. Oturduq. Araq şüşәsini qaldırıb böyük stәkanı
doldurdu, öz qabağına qoydu. İkincisini dә limhalim elәyib mәnә uzatdı.

Dedim:- Yoldaş Bağırov, mәn ömrümdә içmәmişәm.

Rusca dedi:- Molçi. Əlavә etdi:- İndi mәn bir sağlıq deyәcәyәm, hünәrin var içmә. Davay
vıpyem za zdorovye İosifa Vissarionoviça Stalina.
Qulaqlarıma inanmadım. Götürüb stәkanı başıma çәkdim. Gözlәrimin qabağında qığılcımlar
oynaşdı. Götürüb boşqabıma әlavә yemәk qoydu:

- Ye,- dedi.

Bir az yemişdik ki, araq şüşәsini götürüb stәkanımı dolduranda yenә etiraz etdim:- Yoldaş
Bağırov, axı...

Sözümü yarımçıq kәsdi:- Molçi. İndi dә başqa bir sağlıq deyәcәyәm. Özünüz bilin, içmirsiniz,
içmәyin: A teper davayte vıpyem za zdorovye tovarişa Mir Djafara Baqirova.
Bu sözdәn sonra necә içmәyәydim? Lap zәhәr dә olsa, içmәli idim. İçdim. Düz üç gündәn sonra
gözümü açıb soruşdum:- Bura haradı, mәn hardayam? Cavab verdilәr ki, Naxçıvan
xәstәxanasındasınız. Mәnim üçün әvvәlinci vә axırıncı olan içmәyimin tarixi belәdir. Odu-budu
dilimә vurmuram.

Ancaq Əli Vәliyev dә yaxşı mәclislәrdәn xoşlanardı. Ağıllı içәnlәrә söz atar, zarafatla sataşardı.
Elә ki, mәclisdә biri içib sәrxoş olardı, Əli müәllim ayağa qalxardı:- Vay, mәn getdim!

Nәhayәt, içkiyә münasibәtimi vә onun dәhşәtli zәrәrini uşaqlıqda eşitdiyim bir müdrik әhvalatla
tamamlamaq istәyirәm: Deyirlәr, padişah sәrxoşluq xәstәliyinә tutulubmuş. Nә qәdәr
çalışırmışsa, tәrgidә bilmirmiş. Elan verib bildirir ki, kim bu vәrdişi mәnә tәrgitsә, onu dünyanın
naz-nemәtinә tutacağam. Padişaha xәbәr çatır ki, bir çoban bu çәtin işi öz öhdәsinә götürmәyi
vәd edir. Çobanı tapıb padişahın hüzuruna gәtirirlәr. Çoban deyir ki, bunun üçün ilk şәrtim
belәdir: qırx gün, qırx gecә sәn nә yeyib-içsәn mәn dә ondan yeyib-içmәliyәm. Sonra mәn içkini
sәnә tәrgitmәliyәm. Belә dә olur.

Otuz doqquz gün tamam olanda padişah çobanı çağırtdırır:- Sabah qırx gün tamam olur. Hәlәlik
özümdә bir dәyişiklik hiss etmirәm.
Çoban deyir:- Padişah sağ olsun, bu mәnim әlimdә çox asan bir işdir. Ancaq bu qırx gündә mәn
bir şeyi özüm üçün aydınlaşdıra bilmәmişәm.
Padişah soruşur:- O nәdir elә?
Çoban deyir:- Padişah sağ olsun, mәn bilmirәm siz hansı cinsdәnsiniz: kişi ya qadın?
Padişah bәrk әsәbilәşir:- Çoban, bu nә demәkdir? Mәgәr sәn bilmirsәn ki, mәn kişiyәm.
Çoban sakit-sakit cavab verir:- Padişah sağ olsun, siz hәqiqәtәn kişisinizsә, kişinin sözü bir olar.
Bir dәfәlik özünüzә söz verin ki, içmәyәcәyәm vә kişi kimi dә sözünüzün üstdә dayanın.
Bu söz padişaha çox tәsir edir. Özünә söz verir. Sözünün üstdә möhkәm durur. Sәrxoşluğun
bәlasından da birdәfәlik canı qurtarır.

İçki düşkünlәrinә bircә sözüm var: kişi kimi özünüzә söz verin vә sözünüzün üstündә möhkәm
durun. Özünüzü dә, ailәnizi, övladlarınızı da bu faciәdәn qurtarın.
Yuxarıda deyilәnlәrdәn elә nәticә çıxmasın ki, mәnim hәmişә cibim dolu olub. Hәr kim müraciәt
etsә, dәrhal, necә deyәrlәr, başına pul yağdırmışam. Xeyir, әvvәla bәdxәrc olmamışam, papiros

                                                 55
çәkmәmişәm. Hәmişә cibimdә qәpik-quruşum olub. Borcu boğazımdan kәsib vermişәm. İkincisi
dә pulum olanda yalan danışa bilmәmişәm. Heç vaxt da qaytarıb geri almamışam. Özümün
borcum olanda isә onu qaytarana kimi rahat olmamışam.

Bir neçә maraqlı misal. Şair Tofiq Bayramın toyu idi. Xәlil Rza, Vladimir Qafarov, Mәmmәd
Araz vә mәn şәrtlәşdik ki, toya gedәk. Adama yüz manat da pul salaq toya. Tәlәbәliyin ehtiyac
yükü hәlә dә çiynimdә idi. Yetmiş manat pulum vardı. Şәhәrә çıxdım ki, uşaqlardan birindәn
otuz manat da borc tapıb alım. Nizami muzeyinin yanında Naxçıvan tәrәfdәn olan qәlәm
yoldaşlarımdan biri, yanında da iki nәfәr (çox güman, rayondan gәlmiş qohumlardan, yerlilәrdәn
idi) uzaqdan mәni salamladı. Yoldaşlarını orda qoyub özü mәnә yaxınlaşdı.
Ərkyana dedi:- Famil, cibindә beş manat da varsa mәnimdi, yüz manat da...
Bu sәmimi әrkyana müraciәtin qabağında neçә “yox” deyәydin? Əlimi cibimә saldım. Yetmiş
manatı çıxarıb yavaşca mәndәn bir az böyük qәlәm dostuma verdim. Özüm isә düşüb otuz yox,
yüz manat axtarası oldum. Tapdım vә toya getdik.

Tofiq imkanlı ailәdәn idi. Əmircanda böyük hәyәtli rahat evlәri vardı. Hәyәtdә mağar
qurulmuşdu. Mağarın bir tәrәfindәn Xan Şuşinskinin, digәr tәrәfindә isә mәşhur klarnet çalan
Şәmsi İmanovun dәstәsi әylәşmişdi. Sәn demә, Bakı toylarında belә adәt varmış: bir tәrәfdә
xanәndә dәstәsi, digәr tәrәfdә dә ayrıca oyun havaları çalanlar. Yaxşı adәtdir, musiqiçilәrә,
xüsusilә xanәndәlәrә, muğamata hörmәt әlamәtidir. Gözәl toy idi. Bir balaca hallanmışdıq.
Axırıncı elektrik qatarında şәhәrә qayıtdıq. Bizdәn başqa vaqonda heç kim yox idi. Xәlillә mәn
bir olduq, Volodya ilә Mәmmәd dә bir. Vaqonda gülәşib-süpürüşmәyә başladıq.

Ayaqqabılarımız da palçıq idi, vaqon da. Şәhәrә qәdәr gülәşmәyimiz davam etdi. Düşәndә
mәlum oldu ki, Xәlilin köynәyi, mәnim ayaqqabımın bir tayı, Mәmmәdin kepkası, Volodyanın
nә bilim nәyi vaqonun pәncәrәsindәn yerә tullanılıb. Yarılüt vәziyyәtdә, ayaqyalın hәm dә üz-
gözümüz palçıq yerә düşdük. Yaxşı ki, küçәdә bizdәn başqa heç kim yox idi...

...Uzun illәr Dövlәt Tәhlükәsizliyi Komitәsindә rәhbәr işdә çalışan biri ilә tәqaüdә çıxandan
sonra iş yoldaşı olmuşduq. Mәnә çox yaxınlaşır, mehribanlıq göstәrirdi. Mәn belәlәrinә hәm
insan gözü ilә baxır, hәm dә nәdәnsә onlardan uzaq qaçmağa çalışırdım. Onların haqqında qәribә
şeylәr eşitmişdim. Deyirdilәr hәtta atalarını da...

Necә deyәrlәr, bunu qoyum, ona gedim. Müәllim yoldaşlarımın birinin evindә mәclis
qurulmuşdu. Mәclisin әsas tәşkilatçısı (maddi tәrәfdәn) görünür mәclis yiyәsinin yaxın qohumu
tәhlükәsizlik orqanı işçisi idi. Ayaq üstdә dayanmışdı, oturmurdu. Süfrәyә nәzarәt edirdi ki,
çatışmamazlıq olmasın. Mәclisin masabәyi yenә mәn idim. Görünür, çәnәm bәrk qızışmış imiş,
“ağzıma nә gәldi” danışırmışam. Ev yiyәsi arada nәsә mәnә him elәdi. Bir şey başa düşmәdim.
Bir azdan-yenә tәkrar etdi. Ancaq gәrginliyini bir dәfә açıq hiss etdim. Hәrәkәtindәn nә demәk
istәdiyini başa düşdüm. Bir neçә gündәn sonra mәnә dedi ki, mәclisdә yaman qızışmışdın.
Danışığını ölçüb-biçmirdin. Ha him elәyirdim başa düşmürdün. Bәs sәn bilmirdin ki, ayaq üstә
dayanan o tәrәfin işçisi idi?

Dedim:- Əşi, bәs demirdin ki, yaxın qohumdur. Bütün xeyir-şәrimi o yola verir?
Gülümsündü:- Nә olsun ki? Onun mәsәlәyә dәxli yoxdur. Onların öz iş prinsiplәri var?!
Görәsәn mәnim iş yoldaşımın da “öz iş prinsipi” vardımı? Bu haqda heç nә bilmirdim. Ancaq elә
hey yaxınlıq göstәrirdi. Bir dәfә dә mәndәn iki yüz manat pul istәdi. Evdә üç-dörd yüz manat
istiqrazımız vardı. Gәtirib iki yüz manatını verdim vә dedim ki, pul yoxdur. Borc mәsәlәsi mәni
bir az da şübhәlәndirdi: necә ola bilәr ki, uzun illәr Dövlәt Tәhlükәsizliyi Komitәsindә, hәtta
rәhbәr işdә işlәyәn adam ola, pulu olmaya? Mәnim istiqrazıma ehtiyacı ola? Mәcbur olub
yanında hökumәti, rәhbәrlәri tәriflәdim. Bilmirdim ki, xoşu gәlir, yoxsa ürәyindә mәnim


                                               56
artistliyimә gülür. Öz-özümә fikirlәşirdim: necә ola bilәr, hәm mәndәn pul ala, hәm dә mәni
sata?! Müәllim yoldaşımın sözü yadıma düşürdü: “Onların öz iş prinsipi var...”
Onu da eşitmişdim ki, tәhlükәsizlik orqanlarında işlәyәnlәr, tәqaüdә çıxdıqdan, o işdәn
getdikdәn sonra da hәmin orqanla әlaqәdә olurlar.

Hәr mәni görәndә dönә-dönә üzrxahlıq edirdi:- Darıxma, imkan olan kimi borcu qaytaracağam.
Bәzәn bir gündә iki dәfә eyni sözlәri tәkrarlayırdı. Axırda bir dәfә dedim:- Bilirsiniz, siz o sözü
hәr dәfә tәkrar edәndә mәn özümü pis hiss elәyirәm. Elә hesab edin ki, nә mәn sizә pul
vermişәm, nә dә siz borcu qaytarmalısınız.

Fikrimin әsas hissәsini isә ürәyimdә saxladım: “Borcu da qaytarmayın, mәnim artıq-әskik
danışığımı da heç yerә çatdırmayın...” Bununla da borc söhbәti qurtardı. Ancaq müәllim
yoldaşımın sözü hey qulaqlarımda sәslәnirdi: “Onların öz iş prinsipi var...”

Cibimdәki qәpik-quruşumu borc verdiyim adamlardan biri aspirant yoldaşım idi. Özümün çox
böyük ehtiyac içindә yaşadığım vaxtlar idi. Aspirantlıqdan qurtarmışdım. İşsiz idim. Üstәlik dә
xәstәlik! O, müdafiәyә hazırlaşırdı. Keçmişdә yaxşı mәktәb direktoru olmuşdu. Direktorluğu atıb
aspiranturaya gәlmiş, bizim günümüzә düşmüşdü. Dedi dissertasiyanı makinәyә yazılmağa
vermişәm. Pulum yoxdur ki, gedib alım. Yaman gün üçün saxladığım әlli manatı ona verdim. O
günlәr özümә pul lazım oldu. Bir nәfәrdәn yüz manat borc aldım. Cibimdә pul olanda hәmin
şәxsi tapa bilmirdim. Pulum olmayanda hәr gün qarşılaşırdıq. Bu dәfә qәti qәrara gәldim ki,
hәmin adamı tapıb borcunu qurtarmayınca evә qayıtmayacağam. Birdәn yadıma düşdü ki,
mәndәn әlli manat borc alan aspirant yoldaşımın dissertasiya müdafiәsidir. Müdafiәyә getdim.
Müdafiә qurtardı. O qәdәr gül gәtirmişdilәr ki... Aspirant yoldaşımı tәbrik etdim. Böyük bir
dәstә gülü güclә qucağıma basdı: - Xahiş edirәm evә apar,- dedi. Daha deyә bilmәdim ki, evә
getmirәm. Borc aldığım adamı axtarıram. Əlacsız qalıb planımı dәyişdim. Gül dәstәsini götürüb
evә qayıdası oldum. “Azәrnәşr”in yanında avtobusa mindim. Avtobus adamla dolu idi. Nәfәs
almaq mümkün deyildi. Adamların arasında sıxıla-sıxıla qalmışdım. Üstәlik qucağımda da gül.
Avtobusdan düşüb evә gәldim. Gülü evin gәnc xanımına verdim. Əlimi cibimә saldım, gördüm
yüz manat yoxdur. Sәn demә, avtobusda basa-bas da cibimdәn çıxarıblar. Öz ürәyimdә dedim:
“Ay mәnә әlli manat borclu olan zalım oğlu! Bu gülü neylәyirdim ki, mәnim ikinci dәfә yüz
manat borca düşmәyimә bais oldun...” Üstündәn iyirmi il keçәndәn sonra çörәk aldığım zaman
mәnә rast gәldi: yalvardı ki, borcumu götürmәdiniz, barı qoyun çörәyin iki manat pulunu mәn
verim. Razılaşdım...

Mәndәn qәpik-quruş borc alanlar, qaytaranda götürmәdiklәrim adamlar heç olmazsa hәrәkәtlәri
ilә, dolayısı yolla razılıqlarını hiss etdirirdilәr. Yalnız borclulardan birinin hәrәkәti mәni
yandırıb-yaxdı: qәzetdә bir yerdә işlәyirdik. Əmәk haqqı almağa getmişdik. Növbәm yetişdi.
Qәlәmi götürüb pul siyahısına qol çәkdiyim anda arxada çiynimdәn qüvvәtli bir әl yapışdı.
Qәlәm әlimdәn düşdü. Jurnalist idi. Bәrk içmişdi. Mәni kәnara itәlәdi. Sonra mәlum oldu ki,
mәnә qәdәr bu darkeş dalanda çoxlarını itәlәyib, qadınlara hörmәtsizlik göstәrib, indi dә növbә
mәnә çatıb.

Çevrilib onu geriyә itәlәdim:- Mәni niyә vurursan Mәn sәnә neylәmişәm?
Jurnalistlәr dәrhal onu sürüyüb kәnara çıxardılar. Əmәk haqqımı alıb redaksiyaya gәldim.
Redaktor mәni otağına çağırdı:- Sәnә yaraşarmı ki, gedib bir o qәdәr jurnalistlәrin içindә dava
salırsan?

Tәәccüb qaldım. Borcunu qaytararkәn almadığım hәmin iş yoldaşım qabağa düşüb hәr şeyi
tәrsinә qәlәmә vermişdi. Sonra redaktor hәqiqәti bildikdәn sonra mәndәn üzr istәdi. Eşitdiyimә
görә, onu da çağırıb yalan informasiya verdiyinә görә möhkәm danlamışdır. Mәndәn asılı
olmayaraq ürәyimdә dedim:- Mәndәn alıb qaytarmadığın borc haramın olsun...

                                                 57
Madam ki, borcdan söhbәt düşüb maraqlı bir hadisә haqqında danışmağı özümә borc bilirәm.
Şirmәmmәd Hüseynov, alim-jurnalist Əliş Nәbili vә mәn işdәn çıxıb Bakı Soveti metrosu
stansiyasına tәrәf gәlirdik. Gördük universitetin Azәrbaycan әdәbiyyatı tarixi kafedrasının
müdiri, professor-tәnqidçi, gözәl sәmimi insan Firidun Hüseynov dayanıb.

Dayanmasının sәbәbini soruşduqda dedi:- Qulu Xәlilovu gözlәyirәm. Ona yüz manat borcluyam.
Cibimdә pulum da var. Zәng elәmişәm, gәlsin, borcunu qaytarım. İmkanım olmayıb, çox
gecikdirmişәm.

Fikirlәşdik ki, bir kәlәk işlәdәk hamımızın sevdiyimiz Qulu Xәlilovu xәrcә salaq. Firidun
Hüseynova dedik ki, Qulu gәlәndә pulu vermәyә tәlәsmәsin. Görәk nә fikirlәşirik. Elә bu vaxt
Qulu Xәlilov göründü.

Hәlә uzaqda ikәn dinlәndi:- Nә isә bic-bic danışırsınız. Kimdәn danışırsınız, nә danışırsınız?
Cavab verdik ki, şübhәli bir şey yoxdur. Elә-belә söhbәt elәyirdik.
Üzümüzә baxıb gülümsündü:- Düz demirsiniz, nәsә üz-gözünüzdәn bir biclik oxunur.

Dәnizkәnarı parka tәrәf gәldik. Söhbәt edә-edә üzüaşağı endik. Hökumәt evinin yanına çatanda
şüşәbәndli yemәkxanada tabakanın iyi bizi vurdu. O vaxt hәmin yerdә bişirilәn tabaka Bakıda
adnan deyilirdi. Gәlib açıq havada oturduq. Firidun beş tabaka, bir araq, göy-köyәrti, turşu,
limon, çay sifariş verdi. Tabaka nә tabaka! Dәrhal әn әla qızardılmışını götürüb Qulu müәllimin
qabağına qoyduq. “Çox sağ olun”- dedi. Bu hәlә, necә deyәrlәr, Qulu müәllimә xidmәtin
müqәddimәsi idi.

İlk badәlәr doldu, ilk sağlığı da mәn dedim:- Qulu Xәlilov deyәndә hәr şeydәn әvvәl
nәzәrimizdә qorxmaz, cәngavәr bir şәxsiyyәt canlanır. Otuz ildәn çoxdur ki, Qulu Xәlilov yazıçı,
tәnqidçi, publisist, vәtәndaş qәlәmi ilә vuruşur, çarpışır. Ona görә dә tәklif edirәm Qulu
Xәlilovun sağlığına badә qaldıraq.
Qulu müәllim razılığını bildirdi:- Çox sağ olun.
Özü dә bizim kimi bir-iki damcı içdi. Hәtta heç vaxt içmәyәn Şirmәmmәd Hüseynov da әlindә
bokal tutmuşdu vә Qulu müәllimin sağlığına “içirdi.”
Sonrakı sağlıq Şirmәmmәd müәllimin haqqında oldu. Tәrifsiz-filansız. Müәllimimiz kimi. Haqq-
әdalәt tәrәfdarı bir insan kimi. Nәhayәt, dost, yoldaş kimi. Üçüncü sağlığı Firudin Hüseynov
dedi. Qulu müәllimin adını çәkәn kimi dәrhal dillәndi:- Nәdi, elә bu gün mәnim sağlığıma
içәcәksiniz. Burada mәndәn başqa adam yoxdur?
Qulunun iradına әhәmiyyәt vermәdi Firidun müәllim. Sözünә davam etdi:- Azәrbaycan әdәbi
tәnqidini Qulu müәllimsiz tәsәvvür etmәk olmaz. O heç vaxt Mehdi Hüseyn, Mәmmәd Cәfәr,
Mәmmәd Arif kimi nәhәnglәrlә qarşılaşmaqdan çәkinmәyib. Öz sözünü axıracan deyib. Qulu
müәllimin tәlәbәlәri onu çox sevir. Mühazirәlәri tәlәbәlәri yerindәn oynadır. Sağ ol, Qulu
müәllim. Sәnin sağlığına.
Hamı bu sözü tәkrar etdi:Qulu müәllimin sağlığına.
Hәlәlik ssenari yaxşı gedirdi. Bircә dilxorçuluq Bakı külәyindәn idi: külәk getdikcә şiddәtlәnirdi.
Qulu müәllimi “tәlәyә” sala bilmişdik.
Əliş müәllimin, Firidun Hüseynovun sağlığı yüngülvari qeyd olunandan sonra Şirmәmmәd
müәllim söz aldı:- Qulu müәllimin sağlığına nә qәdәr söz desәk, içsәk yenә azdır.
Qulu müәllim bu dәfә xoflandı:- Mәn başa düşmürәm. Niyә mәni bu günkü sağlıqların
mәrkәzinә çәkmisiniz?
Şirmәmmәd müәllim hazırcavablığını burada da bildirdi:- Hәrәnin öz çәkisi var. Biz Qulu
Xәlilovun yerini, mövqeyini yaxşı bilirik.
Qulu Xәlilov Şirmәmmәd müәllimin sözündәn sonra öz ünvanına tәriflәrә daha qanunauyğun hal
kimi baxırdı. Ona görә dә daha dillәnmәdi. Kim isә mәnim dә haqqımda nәsә dedi, yenә “içildi.”
Boşqabların әriyib boşalan vaxtı idi.

                                                58
Ona görә dә yekun sağlığı dedim:- Mәn hamınızın sağlığına badә qaldırmaq istәyirәm. Sağ olun.
Xoşbәxt olun. Ancaq incimәsәniz Qulu Xәlilovu xüsusilә qeyd etmәk istәyәrdim.
Qulu müәllim deyәsәn bu dәfә bir azca şübhәlәndi. Hamının üzünә baxdı. Ancaq mәnә daha
diqqәtlә nәzәr saldı:- Famil, sәn yaxşı oğlansan. (Demәk istәyirdi ki, mәni hamıdan yaxşı
tәriflәyirsәn). Amma bir adamın sağlığına neçә dәfә içәrlәr?
Mәn cavab verdim:- Baxır hansı adamın, kimin?
O, daha dinmәdi. Mәn dә uzatmadım:- Qulu Xәlilov öz әsәrinin baş qәhrәmanıdır. Özgәlәrin
әsәrlәrinin baş qәhrәmanı olmağa da layiqdir. Belәliklә axırıncı badәlәri dә Qulu Xәlilovun
sağlığına “içdik.”
Firidun Hüseynov xidmәtçi rus qadınını çağırdı:- Pulunuzu alın.
Bәli, ssenaridә hadisәlәr sona çatırdı. Ancaq o, gözlәnilmәz sonluqla da qurtara bilәrdi...
Xidmәtçi qadın stola yaxınlaşdı:- Sorok sem rubley.
Firidun müәllim onluqları çıxarıb beşini qadına verdi, beşini qoydu cibinә. Qadın üç manatı
qaytaranda mәn dillәndim:- ne nado. Qadın üçlüyü dә cibinә qoydu “spasibo” deyib getdi.
Biz qalxıb әlimizi yuduq, quruladıq. Bulvarda ağır-ağır üzü geri qayıtdıq. Elә on, on beş metr
getmişdik ki, dayandıq. Firidun cibindәn qırmızı onluqları çıxarıb Qulu müәllimә uzatdı. Qulu o
saat hiss etdi ki, onluq on dәnә deyil, yәqin ki, beşi üstündәn götürülüb xidmәtçiyә verilәn
onluqlardı.
- Bu nәdi ә?- deyib Firidunun әlinin üstündәn vurdu. Onluqlar әlindәn çıxıb hәrәsi bir tәrәfә
uçdu. Hәrәmiz birinin dalınca qaçdıq. Tutub gәtirdik.
Qulu hövsәlәdәn çıxmışdı:- Firidun, mәn sәnә әlli manat vermişdim, yoxsa yüz manat? Firidun
hamımız kimi qımışır, gülmәkdәn özünü güclә saxlayırdı:
- Qulu müәllim, әlli manatına bizә qonaqlıq verdin dә. Bu saat yüz manatını verәrәm.
Qulu cin atına mindi:- Niyә, nә olub? Yetim- yesir doyurmaq mәnә qalıb? Deyirәm axı necә
iştahla eşirdilәr.
Ürәyimizdә gülür, amma üzdә özümüzü incik kimi göstәrirdik. Başımızı aşağı salıb dinmәz-
söylәmәz gedirdik. Sükutu yenә Qulu pozdu:
- Sәn hәlә bu Famil Mehdiyә bax ey. Arvad üç manatı qaytarır, bu deyir “ne nado.” Guya
dәdәsinin puludur. Elә mәni әsas yandıran onun bu sözü oldu. Yoxsa heç üstünü vurmazdım.
Mәn özümü Qulu müәllimә daha çox әrki çatan hesab etdim, vә dedim:
- Qulu Xәlilov, sәn hәlә bizә beş yüz manat borclusan.
Qulu bir az da sәrt görkәm aldı:- O niyә elә olur? Hardandı sizә o borcum?
- Dedim sәni beş yüz manatlıqdan da çox tәriflәmişik.
Qulu müәllim üzümә baxdı:- Demәli mәn tәrifә layiq deyilәm? Demәli yalandan tәriflәmisiniz,
hә? Nә olar, çox sağ olun. Başa düşdüm.
Biz özümüzü daha çox incik kimi göstәrdik. Hamı susurdu. Yalandan “ah”-“uf” elәyәn dә vardı.
Yәni bәrk dilxorduq. Bir qәdәr getdikdәn sonra Qulu müәllim bir sağa baxdı, bir sola. Gördü heç
kәs başını qaldırıb onun üzünә baxmaq istәmir. Dayandı. Yumşaldı:
- Ə, nә oldu, niyә danışmırsınız? Müftә tabaka qarnınızı ağrıdır?
Bu sözü guya tәhqir kimi qәbul edib әlimizi cibimizә saldıq. Hәrә bir tәrәfdәn Qulu müәllimә
pul uzatdıq:- Buyur, sәnin puluna qalmamışıq ki?
Bu mәqamda elә bil bulud dağıldı. Günәş göründü. Birinci Qulu müәllim özü güldü:- Ə, bu nә
kәlәkdi mәnim başıma açırsınız? Elә deyәydiniz qonaqlığınızı özüm verәrdim dә.
Hamımız eyni vaxtda dillәndik:- Qonaqlıq verәn deyilsәn axı. Ona görә bu yola әl atdıq.
Qulu müәllim öz formasına düşdü:- Halalınız olsun. Amma, sәn öl, kim fikirlәşibsә, yaman yaxşı
fikirlәşib. Bu Familin işi olar?! Əyә, deyirәm axı, bunlar niyә mәni bir belә tәriflәyirlәr?
Qurbandı, gәlin gedәk o әlli manatı da sizә xәrclәyim.
Bu minvalla gәlib metro stansiyasına. çatdıq. Bir-birimizdәn gülә-gülә ayrıldıq. Görürsünüzmü,
borc vermәk pis şey deyil, hәtta bәzәn qәşәng yumoristik bir hekayәnin meydana gәlmәsinә
mövzu da verә bilir...



                                              59
Bir neçә kәlmә ailә üzvlәrim haqqında. Ailәliyәm. Üç uşağımız var. İmkansızlıq ucundan bir
qәdәr gec ailә qurmuşam. Hәyat yoldaşım Mehdiyeva Ofeliya Qara qızı Ağdamda anadan olub.
Atası Əliyev Qara Əbdülhüseyn oğlu da, anası Əliyeva Fatma Sәfәr qızı da qarabağlıdırlar. Hәr
ikisi vәfat edib. Xüsusilә Qara Əbdülhüseyn oğlu Ağdamda sayılıb-seçilәn kişilәrdәn olub. Ömrü
boyu mühasibat işindә çalışıb. Bu sahәnin әn yaxşı bilicisi hesab edilirdi. Hәtta hәrdәn zarafata
salıb deyirdi ki, mәn dә dissertasiya yazmışam. Ancaq özüm üçün yox, raykomun katibi üçün.
Sәn demә, katibin xahişi ilә onun dissertasiyasının bütün iqtisadiyyatla bağlı göstәricilәrini,
qrafik vә cәdvәllәrini o hazırlamış imiş. Olduqca savadlı adam idi. Azәrbaycan yazıçılarının
әsәrlәri ilә yanaşı dilimizә tәrcümә edilmiş bütün roman vә povestlәri oxumuşdu. Onunla
әdәbiyyatdan danışmaqdan çәkinirdim. Ailәdә ciddi intizam sevәn idi. Uşaqların tam milli ruhda
tәrbiyәlәnmәsinin, xüsusilә evdarlıq tәrbiyәsinin möhkәm tәrәfdarı idi.

Bunu mәn öz ailәmizin timsalında ilk gündәn daha yaxından duyub hiss etdim. Xüsusilә ailә
qurduğumuz ilk illәrdә çox böyük maddi vә mәnәvi çәtinliklәrlә üzlәşdik. Bu daha çox mәnim
uzunmüddәtli xәstәliyim, fasilәsiz ürәk ağrılarımla әlaqәdar oldu. Dissertasiya müdafiәsindәn
sonra işә düzәlib işlәyә bilmәdim. İlk körpәmiz dünyaya gәldikdәn sonra hәtta bәzәn süd almağa
belә imkanımız olmayıbdır. Ancaq bu çәtinliklәr bir dәfә dә olsun mәnim üzümә vurulmayıb.
Əksinә o mәnә hәmişә tәskinlik verib, mәnәvi kömәklik göstәrib. Belәliklә çәtinliklәri birlikdә
dәf etmişik. Üstәlik Ofeliya Qara qızı özü dә qiyabi yolla ali tәhsil alıb. Universitetin filologiya
fakültәsini bitirib. Ancaq kömәksizlik ucundan işlәyә bilmәyib. Uşaqların tәrbiyәsi ilә mәşğul
olub.

Bütün ailәmizin xeyir-şәr işinin ağırlığı onun çiyninә düşüb. Böyük qardaşım Fikrәt vaxtilә
bizim oxumağımıza yaxından kömәk edib. Bizә ata әvәzi olub. Hәmişә cüzi әmәk haqqına
işlәyib. Qırx il kәnd sovetindә katib işlәyib. Hәtta ali hüquq tәhsili aldıqdan sonra belә yenә
onun haqqında fikirlәşәn olmayıb. Xahişimiz keçmәyib, rüşvәt vermәyә dә pulu olmayıbdır.
Ümumiyyәtlә, hәyatda әsl dayağımız olub. Biz dә öz növbәsindә әlimizdәn gәlәni etmәyә
çalışmışıq. Uşaqları Bakıda tәhsil alıb. Çox vaxt bizim evimizdә qalıblar. Onların qayğıları da
Ofeliya Qara qızının üstünә düşüb. Oğlanların evlәnmәsindә, qızların әrә verilmәsindә ağırlığın
çox böyük bir hissәsini dә o çәkib.

Qardaşım Zakir Ağalar oğlu Leninqradda aspirant olub, qayıdıb politexniki institutunda işlәyib.
Onun da, digәr qardaşım Sabirin dә ailә qurmalarının әsas işlәrini o tәşkil edib. Elә bir qohum-
әqrәba olmayıb ki, xeyir işindә Ofeliya Qara qızı qolunu çırmayıb iştirak etmәsin. Xәstәxanaya
düşәnlәrinin yanına getmәsin. Evimizә gәlәnlәrinin qarşısında süfrә açmasın. Gedәnlәrinin
sumkasına nәsә qoymasın. Xüsusilә camaatımızın bu dәhşәtli qaçqınlıq günlәrindә
boğazımızdan kәsib onlara verir. Əyninin paltarlarını әyinlәrinә geyindirir. Uşaqlarının üst-
başını tәzәlәyir. Ümumiyyәtlә, mәn bu keşmәkeşli hәyatımda az-çox nә nailiyyәt әldә
etmişәmsә, bunlara görә birinci növbәdә hәyat yoldaşım, silahdaşım, mübarizә yoldaşım, mәnim
tәnsifimi hәr şeydәn uca saxlayan Ofeliya Qara qızına borcluyam.

Böyük oğlum Şamil orta mәktәbi qızıl medalla bitirib. Moskva Dövlәt Universitetinin tarix
fakültәsindә tәhsil alıb. İnşaat mühәndislәri institutunda müәllim işlәyib. Universitetin әyani
aspiranturasını bitirib. Hәmin il universiteti bitirәn aspirantlar sırasında tәkcә o olub ki,
universitetdә iş tapılmayıb, kәnarda qalıb. Əsas sәbәb rektor seçkisindә mәnim prinsipial
mövqeyim olub. Sәn demә, nәinki rektor seçilәnә sәs vermәk, hәtta başqalarına da sәs vermәk
üçün tәsir göstәrmәk lazım imiş. Belә şeylәr isә әvvәldәn mәnim tәbiәtimә zidd olub. Belәliklә
dә hәyatda ilk müstәqil addımlarını atarkәn aldığı zәrbә onu ümumiyyәtlә tәhsil sistemindәn
uzaqlaşmağa mәcbur etdi. Ekolokiya ilә bağlı çox qiymәtli dissertasiyasını da müdafiә etmәdi.

Hәyat yoldaşı Kәmalә Rafiq qızı elmlәr namizәdidir. Neft Akademiyasında işlәyir. İki övladı
var: Nicat vә Nihad. Gәlinimizin atası Əliyev Rafiq Əziz oğlu yüksәk intellektual sәviyyәli

                                                 60
ziyalıdır. Hesablama nәzәriyyәsi vә tәcrübәsi sahәsindә dünya miqyasında tanınan alimdir.
Respublika Elmlәr Akademiyasının müxbir üzvü, Tәbriz vә Zigen Universitetlәrinin
professorudur. Amerikada, Rusiyada, Almaniyada vә başqa ölkәlәrdә nәşr edilmiş onlarca
kitabın müәllifidir. Hәyat yoldaşı Aidә xanım hәkimdir.

Digәr oğlum Nәriman universitetin şәrqşünaslıq fakültәsinin әrәb şöbәsini fәrqlәnmә diplomu ilә
bitiribdir. Ürәyindәn keçәn iş yerlәri üçün külli miqdarda rüşvәt tәlәb olunur. Belә bir imkanımız
isә yoxdur. Hәlәlik özünә münasib iş tapa bilmәyibdir.

Qızım Yeganә universitetin filologiya fakültәsini fәrqlәnmә diplomu ilә bitirib. Hazırda
universitetin Azәrbaycan dilinin tәdrisi vә metodikası kafedrasının müәllimidir.

Yuxarıda qeyd olunduğu kimi mәn hәm dә elmi-pedaqoji işlә mәşğul oluram. 1973-cü ildәn
universitetin jurnalistikanın nәzәriyyәsi vә tәcrübәsi kafedrasının müdiriyәm. “Alovlu publisist
Sәmәd Vurğun”, “Azәrbaycan bәdii publisistikasının sәnәtkarlıq problemlәri”, “Bәdii
publisistika”, “Mәtbuatda, publisistika” kimi monoqrafiyaların müәllifiyәm. İki cildlik
“Jurnalistika mәsәlәlәri”nin müәlliflәri sırasında mәn dә varam. “Mәtbuat janrları” dәrsliyini
yazmışam. Publisistikanın sәnәtkarlıq problemlәri ilә bağlı onlarla mәqalәm jurnallarda dәrc
olunubdur. Fakültәdә ixtisas fәnlәri vә ixtisas kursları üzrә mühazirәlәr oxuyuram.

Dostlarım varmı? Varsa kimdir? Yoxsa, niyә yoxdur? Mәsәl var: dostlarının kim olduqlarını de,
deyim ki, sәn kimsәn. Mәn hәmişә öz-özümә düşünmüşәm: görәsәn hәyatda hәqiqi dostluq
varmı? Bu sualı özümә tәsadüfi vermәmişәm. Çünki o qәdәr bir-birinә dost deyәn, can deyib,
can eşidәn adamlar olub ki, sonralar bir-birindәn uzaqlaşıb, araları soyuyub. Hәtta bir-birinә
qәnim kәsilibdir. Yaxud adamlar görmüşәm ki, aralarında ünsiyyәt olub, biri digәrinә dost
sözünü işlәtmәyib. Ancaq dar ayaqda bir-birinә әsl fәdakarlıq nümunәsi göstәriblәr. Ona görә dә
dostluqla, yoldaşlığın, insanlıq ünsiyyәtinin sәrhәdlәri mәnә o qәdәr aydın olmayıb. Bәli, mәn
kitablarda, roman vә povestlәrdә, nağıl vә dastanlarda dostluq haqqında, dost haqqında çox
oxumuşam. Müdriklәrdәn, ağıllı adamlardan bu haqda çox eşitmişәm. Amma etiraf edim ki,
yaşadığım zamanda, mühitdә bunun hәqiqi nümunәsini çox az, nadir hallarda görmüşәm. Ola
bilsin ki, bu mәnim nöqsanımdır. Hәtta, yuxarıda atamın bizә verdiyi nәsihәtlәr arasında
dostluqla bağlı misallar da gәtirmişәm. Çoxlu söhbәtlәr dә eşitmişәm. Hәtta “Atamın dostları”
adlı şeir dә yazmışam. Bu mövzuda başqa şeirlәrim dә vardır:

Çıxıblar hәyatın min sınağından,
Mis kimi qaralıb biri yanıbdır.
Birinin çiynini әyibdir zaman,
Biri palıd kimi şax dayanıbdır.
Biri çox qalxıbdır, çox yüksәlibdir,
Nә qohum danıbdır, nә dost atıbdır.
On beş il Sibirdә yatıb gәlibdir,
İndi dә bilmәyir niyә yatıbdır.
Biri zarafatla bәyәnmir bizi,
Deyir ki, yamanca dәyişib zaman,
O tәnqid eylәyir gәncliyimizi,
Söz açır cavanlıq yoldaşlarından.
Dostlar qazanıblar, dostlar görüblәr,
Hәr biri düşmәn dә qazanıb şәksiz.
Dünyada nә qәdәr ömür sürüblәr,
Hәm dә yubileysiz, gülsüz, çiçәksiz.
Doğmadır hәr biri mәnә elә bil,
Çoşub hәyәcandan әsir bәdәnim.

                                                61
Atamın düşmәni düşmәnim deyil,
Atamın dostları dostumdur mәnim.

Bәli, belә adamlar hәqiqәtәn olub. Atam “dost” sözünü işlәtmәsә dә onları hәmişә hörmәtlә yad
edib, xatırlayıb. Mәn onları şeirimdә dost gözü ilә görmәyә çalışmışam. Uzun illәr xoş
ünsiyyәtdә olduğum, duz-çörәk kәsdiyimiz adamlarda da “dost”a xas keyfiyyәtlәri görmәyә,
hәtta bunları şeirlәrimdә daha da qabartmağa cәhd göstәrmişәm:

Mәni qardaş yolunda
İmtahana çәkmәyin,
Onu tәbiәt verib.
Ürәyimә hәrarәt,
qoluma qüvvәt verib.
Mәni qohum yolunda,
imtahana çәkmәyin,
Bu ki, lap ağ olardı.
Axı mәn olmamışdan
qohumlar hәlә vardı.
Mәni dostlar yolunda
imtahana çәkin ki,
Çox alışıb yanmışam,
Dostları bu dünyada
mәn özüm qazanmışam.

Mәn hәyatda “dost” sözünü son dәrәcә xәsisliklә, yüz dәfә ölçüb, bir dәfә biçә-biçә işlәtmişәm.
Bu bir az da tәhsil-tәrbiyәmdәn gәlir. Yadımdadır, tәzәcә mәktәbә gedәn zamanlarda “Ana dili”
dәrsliyindә meşәyә gedәn iki uşağın dostluğu haqqında hekayә vardı. Ayı gәlәndә biri qaçıb
gizlәnir. İkincisi uzanıb, nәfәsini içinә çәkir. Ayı gәlib onu iylәyir, ölmüş bilib gedir. Ayı
gedәndәn sonra yoldaşı gәlib soruşur ki, ayı sәnin qulağına nә dedi? Uşaq cavab verir: Ayı dedi
ki, sәni darda qoyub qaçan qorxaq vә etibarsızlarla yoldaşlıq, dostluq etmә. Bu, bәlkә dә uşaq
psixologiyası, fantaziyası üçün xarakterik idi. Ancaq sonralar bu dostluğun hüdudu genişlәndi.
Tarix boyu qanımıza yeriklәyәn ermәni dә, qanlı süngüsü ilә bizә “azadlıq” gәtirәn rus da, hәlә
üzünü görmәdiyimiz, sәsini eşitmәdiyimiz çex dә, rumın da bizә dost oldu. Hәlә sonralar qardaşa
çevrildilәr. Hәtta böyük qardaş da tapıldı. Dostluq pәrdәsi altında nәlәr görürdük? Doğma ana
dilimizin әlimizdәn alınması, sәrvәtlәrimizin daşınıb aparılması, qanı qanımızdan, canı
canımızdan olan qardaşlarımızla aramızda tikanlı mәftillәrdәn sәrhәd çәkilmәsi. Şәhәrlәrimizdә
әn gözәl mәnzillәrin, әn hörmәtli vәzifәlәrin әlimizdәn alınması, ağsaqqallarımızın,
ağbirçәklәrimizin mәscidlәrә hәsrәt qalması, bu dostluğa, qardaşlığa şübhә ilә baxanların
ömürlük Sibirә sürgün edilmәsi vә ya güllәlәnmәsi, Novruz bayramımızın, gözәl adәt-
әnәnәlәrimizin, din-imanımızın әldәn getmәsi vә s. vә i.a...

Ən böyük, müqәddәs mәnәvi keyfiyyәt olan dostluq da uzun illәr yalan, elmi әsası olmayan,
bayağı siyasәt üstündә qәrar tutmuşdur. Hәtta K.Marksla F.Engelsin dostluğu bütün sosializm
dünyasına nümunә göstәrilirdi. Hәr şeydә dostluq tәrәzi ilә çәkilmәli, metrlә ölçülmәli idi. Mәn
Azәrbaycan yazıçılarının qurultaylarında Mәrkәzi Komitәnin birinci katiblәrinin dilindәn
eşitmişәm ki, bәdii әsәrlәrdә obrazlar yaradılarkәn onların milliyyәt müxtәlifliyinә fikir
verilmәlidir. Respublikada elә vәzifәlәr vardı ki, orada mütlәq rus vә başqa millәtlәrdәn olanlar
oturmalıydılar. Deputat seçkilәrindә, hara isә nümayәndәlәr göndәrilmәsindә, partiya sıralarına
qәbulda bunlar mütlәq nәzәrdә tutulurdu. Bunlar tәbii surәtdә olsaydı bәlkә dә çoxlarının
ürәyindәn xәbәr verәrdi. Bәla burasındadır ki, bu “dostluqlar” süni surәtdә yaradılırdı. Beşillik
plan kimi dostluq da planlaşdırılırdı. Əsl dostlara, qardaşlara zәrbәlәr, şapalaqlar hesabına
olurdu. Özümüzün tәhqir edilmәyimiz, alçaldılmağımız hesabına olurdu. Azәrbaycanda yüksәk

                                                62
vәzifә tutmuş, milli mәdәniyyәtә, әdәbiyyat vә incәsәnәtә ağır zәrbәlәr vurmuş, onu
“beynәlmilәllәşdirmiş” Kirovun heykәli dağ başına qaldırılır, bütün sapıntılarına, sәhvlәrinә,
aldanışlarına baxmayaraq millәtin, xalqın bağrından qopub ayrılan, onun yolunda ürәyini
partladan Nәriman Nәrimanovun adı xalq düşmәni siyahısına salınırdı. Mәmmәd Əmin
Rәsulzadә, Əlibәy Hüseynzadә, Əhmәdbәy Ağayev kimi millәtsevәrlәrin adlarının tariximizdәn
silinmәsinә cәhd göstәrilirdi.

...Şaxtalı bir qış günü idi. Üçüncü ya dördüncü sinifdә oxuyurdum. Heybә kürәyimdә әsә-әsә
qonşu kәndә mәktәbә gedirdim. Kәnd yolunda donmuş palçığın üstündә şaxtadan bәrkiyib donan
tәhәr olmuş şәkilli bir kitab vәrәqi gördüm. Latın әlifbası ilә olduğuna görә oxuya bilmәdim.
Şәklin atama oxşaması marağımı daha da artırdı. Vәrәqi qatlayıb heybәmә qoydum, mәktәbә
gәldim. Sinif otağında peç yanırdı. Müәllim sinfә gәlәnә qәdәr әl-ayağımı qızdırdım. Vәrәqi dә
çıxarıb peçin istisinә tutdum. “Donu” açıldı. Müәllim otağa gәlәndә vәrәği ona göstәrdim.
Müәllimin şәklә baxıb, aşağısındakı sözlәri oxuması ilә mәnә şapalaq ilişdirmәsi bir oldu:-
Küçüyün biri, küçük. Bu ki, xalq düşmәni Nәrimanovun şәklidir. O sәnin heybәndә nә gәzir?
Mәn o vaxt bәlkә heç Nәriman Nәrimanovun adını da eşitmәmişdim. Ona görә dә müәllimә
cavab qaytarmaq istәdim. Vәrәqi cırıb peçә atdı vә tәzәdәn üstümә qışqırdı:- Onun üstündә
nәslini, kökünü mәhv elәyәrlәr. Üstәlik mәni dә zibilә salarsınız...
Mәn başımı aşağı salıb ağladım.

Daha sәsimi çıxarmağa cürәt etmәdim. Yeri gәlmişkәn bildirmәk istәyirәm ki, aradan bir müddәt
keçәndәn sonra sinfimizdә böyük uşaqların davasını bәhanә edәrәk direktor mәni otağına salıb
möhkәm döydü. Görünür mәndәn nәsә yanıqlı imiş. Dәrs hissә müdiri Tahir müәllim olmasaydı
bәlkә dә salamat yerimi qoymayacaqdı. Sonra da әmr verib mәni mәktәbdәn qovdu. İndiyә qәdәr
dә sәbәbini tapa bilmirәm. Axı, mәktәbdә hamı bilirdi ki,Ş mәn dava elәyәn deyilәm. İndi
fikirlәşirәm ki, bәlkә elә sәbәb “Nәrimanov bәhanәsi”ymiş. Anam işә qarışandan, bir sıra
müәllimlәr mәni müdafiә edәndәn sonra yenidәn mәktәbә bәrpa olundum.

Sonralar Nәrimanov, necә deyәrlәr, tәmizә çıxandan sonra bu haqda şeir yazdım. Ancaq ab-
havanın dәyişmәsinә baxmayaraq yenә uzun müddәt dәrc etmәdilәr. hәmin “Şapalaq” şeirindәn:

Bu gün mәn aram-aram,
Nәrimanı oxuyuram.
Elә bil bağrımda, damarlarımda,
Öz qızıl qanımı qoxulayıram.
Nәdir qulağımın dibindәki bәs,
Qәfil alışan bu sәs?
Hardasa tapança açıldı, bәlkә,
Bir qәlbә güllәlәr sancıldı, bәlkә.
Yox, şapalaq sәsi, şapalaq dәrsi,
Bitib qulağımın bitәn dәrisi...
Tüpürdü:- Qoduqda hünәrә bir bax,
Bu ki, Nәrimanovdur, xalq düşmәnidir!
Dörd bölüb vәrәqi fırqıtdı peçә,
“Çәtin ki, bir daha әlinә keçә...”
Bilsәlәr basarlar sәni, mәni dә,
Bәlkә yeddi arxa dönәnini dә.
Mәnimsә gözümü yaş yandırırdı,
Qarsıb kipriyimi qaşındırırdı...
...Yaxşı ki, üzümdә bitmәyib әlim,
Qalxmışam- çox yoxuş, eniş görmüşәm.
Ancaq söz düşәndә hәmin müәllim

                                              63
Deyir Famili mәn yetişdirmişәm.
Bağışla müәllim, bağışla mәni,
Bağışla dünәnki bir tәlәbәni.
Daha yad yüklәri götürmәz sinәm,
Mәn o şapalağın yetirmәsiyәm.

Bir ölkәdә ki, adamları şapalaq yetişdirә, onlar ümumiyyәtlә, dünyada hәqiqi dostluğun,
sәmimiyyәtin mövcudluğuna inana bilәrmi? Kim necә fikirlәşir fikirlәşsin, mәn bu suala “yox”
cavabı verirәm.

Mәn söhbәtimә daha çox “siyasi” dostluqdan başladım. Bu da sәbәbsiz deyil. Biz nә qәdәr
özümüzü tәmizә çıxarsağ da hamımız bu vә ya digәr dәrәcәdә siyasәt qurbanlarıyıq. Bizim bütün
mәnәvi keyfiyyәtlәrimiz uzun illәr hakim kәsilmiş cәmiyyәtin, quruluşun siyasәti fonunda
formalaşmışdır. Elm- siyasәt. Ədәbiyyat- siyasәt. İncәsәnәt- siyasәt. Xalq maarifi- siyasәt. Hәtta
mәdәni- mәişәt- siyasәt. Mәnәviyyat- siyasәt. Daha hansı hәqiqi dostluqdan, sәmimiyyәtdәn,
vәtәnpәrvәrlikdәn, fәdakarlıqdan söhbәt gedә bilәr?! Buna görә dә onların heç birinin tamlığına,
bütövlüyünә, sözün hәqiqi mәnasında tәbiiliyinә inanmaq mümkün deyildir. Bu sözlәr hәqiqi,
tәbii dostluğa da aiddir. Əlbәttә, mәn bu nemәtin mövcudluğuna qәtiyyәn şәkk-şübhә etmirәm.
Ancaq bu, zamanın, mühitin dostluğudur. Başqa cür dә ola bilmәz. Allahı danan, peyğәmbәrә
inanmayan, “Quran”dan xәbәrsiz olan, әsl kökünü, ulu keçmişini tanıyıb-bilmәyәn, ayda bir
dәyişә-dәyişә ölkәsinin, xalqının tarixi yazılan insandan hәqiqi, klassik mәnada dostlut gözlәmәk
olmaz. Allah elәsin, mәn sәhv etmiş olum.

Yaşadığım mühitdә ayrı-ayrı insanlar, ailәlәr, nәsillәr arasında әsl insani münasibәtlәrә
әsaslanan, uzun müddәt davam edәn mehribanlığı, qarşılıqlı hörmәt vә ehtiramı sübut edәn çoxlu
misallar gәtirә bilәrәm. Bunu mәnә jurnalist hәmkarım Çingiz Əlәkbәrov danışmışdı: Nәsrulla
Nәsrullayev (o, müxtәlif rәhbәr vәzifәlәrdә, o cümlәdәn respublikanın rabitә naziri olmuşdur)
mәnim xalam oğlu ilә uşaqlıqdan mehriban olublar. Xalam oğlu cәbhәyә gedib, hәlak olub.
Nәsrulla müәllim uzun illәr xalamgillә, onun oğlunun ailәsi ilә әlaqәsini kәsmәdi. Xüsusilә
xalaoğlunun anadan olduğu gündә bir qayda olaraq ailәsi ilә birlikdә onlara gәlәr, gәnclik
yoldaşının, dostunun xatirәsini onlarla birlikdә qeyd edәrdilәr. Belә misallar, әlbәttә, çoxdur.
Ancaq bunun әksinә olan dәhşәtli faktlar da az deyildir. Xüsusilә son bir neçә onillikdә dostluq
sözü çox ucuzlaşmışdır. Dostluq bir çox halda әlbir olub dövlәtdәn, xalqdan nәsә qoparmaq,
dәstәlәr, qruplar yaradıb imkanlı vәzifәlәri, stolları әlә keçirmәk, cürbә-cür fırıldaqlarla mәşğul
olmaq simvoluna çevrilmişdir. Bu hәlә harasıdır? Rüşvәt verәnlәrlә rüşvәt alanların, vәzifәli
şәxslә onların әllәrinin altında işlәyәnlәrin, hәtta bir-birinin ailә namusunu lәkәlәyәnlәrin, bir-
birinin var-dövlәtini oğurlayanların, bir-birini “dolandıranların” vә başqalarının qәribә
dostluqları yaranmışdır. Qurdla quzunun, tülkü ilә toyuğun, pişiklә siçanın, fillә pәlәngin
dostluğuna heç cür inana bilmirәm. Tәәssüf ki, bu sayaq dostluq bu günkü hәyatımızda da
mövcuddur.

Mәn dost, yoldaş seçәrkәn hәmişә atamın nәsihәtlәrinә әmәl etmişәm. Onun vaxtilә dediyi
sözlәri sırğa elәyib qulaqlarımdan asmışam. Əsl-nәsilli adamlarla ünsiyyәtdә olmağı üstün
tutmuşam. Bir adamla çörәk kәsmәzdәn әvvәl yaxşı-yaxşı ölçüb-biçmişәm. Götür-qoy etmişәm
ki, görüm onunla mәnimki tutar, ya yox. Hәr şeydәn әvvәl aramızda mәslәk, әqidә, insanlıq,
allahsevәrlik yaxınlığına fikir vermişәm. Əslindә dost, yoldaş seçmәyi heç vaxt qarşıma mәqsәd
qoymamışam. Bu, bir növ, necә deyәrlәr, әlaqәlәr, ünsiyyәtlәr prosesindә yaranıb. Mini, on mini
gedib, biri ürәyimdә yurd-yuva salıb. Madam ki, tәbii şәkildә ürәyimdә yuva salıb, çalışmışam
ki, hәmişә ürәyimdә qalsın. Onlarda heç vaxt nöqsan axtarmamışam. Əksinә, güzәştә getmәyә
sәy göstәrmişәm. Güzәştimiz qarşılıqlı olub. Tәmәnnalı әlaqәlәrә nifrәt etmişәm. Xoşbәxtlikdәn
qismәtimә çıxan adamlar da mәni başa düşüblәr. Eyiblәrimi heç vaxt üzümә vurmayıblar. Yaş
fәrqimizdәn, tәhsil vә savadımızdan, rütbәmizdәn, maddi imkanımızdan, sәnәtimizdәn,

                                                64
peşәmizdәn asılı olmayaraq bir-birimizi başa düşmüşük. Aramızda pәrdә olub. Açıq-saçıq
zarafatlar elәmәmişik. Rәsmi böyük-kiçiklik olmasa da, mәn bunu gözlәmәyә çalışmışam.
Bu dediyim sözlәr Rәşid Babayev vә Əli Abbasova daha çox aiddir. Bu insanlarla әlaqәlәrimin
mәnәvi köklәri olub. Ata-babadan arada yaxınlıq olub. Sonralar onların hәr ikisi böyük qardaşım
Fikrәtlә yaxın dostluq, qardaşlıq ünsiyyәtindә olublar. Bu hisslәr tәbii şәkildә mәnim dә qanıma
keçibdir. Rәşid ixtisasca üzümçü aqronom idi. Bu onun institutda aldığı ixtisas idi. Ancaq
candan gәlmә ixtisası insanpәrvәrlik, canıyananlıq, xeyirxahlıq idi. Rәşid uzun illәr sovxoz
direktoru işlәmişdi. Arada bir Xruşşovun vaxtında kәnd tәsәrrüfatı mütәxәssislәri irәli çәkilәn
zaman Rәşid Zülfüqar oğlu da bir neçә il raykom katibi seçildi. Tәsәrrüfatın, mәdәniyyәtin
inkişafı üçün özünü öldürürdü. Olduqca sәliqә-sәhman sevirdi. Onun rәhbәrliyi altında basdırılan
üzüm dirәklәrinin mininin içindә biri o birilәrdәn beş-üç santimetr sağa ya sola çıxmış olsaydı,
mütlәq çıxartdırıb yenidәn basdırardı. Rәşidin tikdirdiyi binada güşә daşları zәrrә qәdәr dә olsun
çıxıntısı olmamalı idi. Sovxoz bağlarında, idarә binası hәyәtindә, öz qapılarında ağacların bir
dәnә dә olsun quru budağını, yaxud әyri-üyrü yöndәmsiz qol-qanadını görmәk mümkün deyildi.
Gül kolları gül kimi tәmiz olardı. Bu sәliqә-sәhman onun tabeliyindә olan adamlara da sirayәt
edәrdi. Bir nәfәri saqqalı, üz-gözünü tük basmış, yaxud ayaqqabısı tozlu, üst-başı sәliqәsiz işә
gәlmәzdi. Dövlәtlinin dövlәtli, kasıbın kasıb sәliqәsi dәrhal nәzәrә çarpırdı.

Rәşid iş vaxtı çox ciddi, prinsipial idi. Adamlara möhkәm tәlәbkarlıqla yanaşırdı. Ancaq
onlardan qayğısını da әsirgәmirdi. Onun yanına gәlәn işçilәr heç vaxt naümid geri qayıtmazdı.
Açıq, sәmimi adamlardan xoşu gәlirdi. Tәnbәli, araqarışdıranı, әlsiz-ayaqsızlara dirsәk
göstәrәnlәri görmöyә gözü yox idi.

Rәşid yoldaşlıqda, dostluqda son dәrәcә sәmimi idi. Onda allah vergisi vardı. Bir dәfә Rәşidi
görәn bir dә görüm deyәr, uzun illәr unutmazdı. Tanıdığı, tanımadığı adamların hamısı ilә
nәzakәtli davranırdı. Əyilmәk, qulluq göstәrmәk, yarınmaq kimi halları qәtiyyәn bacarmazdı.
Süfrәsi hәmişә qonaq-qara üzünә açıq olardı. Əminә xanımın açdığı süfrәlәr dә özünün
rәngarәngliyi ilә yanaşı hәm dә sәliqә-sahmanı ilә fәrqlәnirdi.

Rәşidin çox erkәn böyrәklәri xәstәlәnmişdi. Akademik Mirmәmmәd Cavadzadә Moskvadan
Bakıya tәzә gәlәndә ilk dәfә böyrәyindә cәrrahiyyә әmәliyyatı aparanlardan biri dә Rәşiddir. O
vaxtdan Cavadzadә ilә dostlaşmışdılar. Hәr iki böyrәyi daşla dolu olan Rәşidi Allahdan sonra
onun özünün qeyri-adi hәyat eşqi, dözümü, inamı, bir dә Cavadzadә yaşatmışdır. Rәşid zahirәn
çox gözәl oğlan idi. Ölәnә qәdәr gözәlliyini itirmәdi. Heç kәs ona xәstәdir demәzdi. Hәtta bir
dәfә Moskvada böyük bir professorun qәbulunda olurlar. Professor onların üzünә baxır vә
soruşur:- Xәstә sizin hansınızsınız? Rәşid deyәndә ki, mәnәm, professor tәәccüb qalır:- Axı, bu
sir-sifәtdә, gözdә xәstәliyin әlamәti hiss olunmur.

Ancaq bir ayın tәxminәn on beş, iyirmi gününü yorğan-döşәkdә olurdu. Mәnzilindә otaqlardan
biri aptekә oxşayırdı. Hәyat yoldaşı Əminә xanım o qәdәr Rәşidin dava-dәrmanları ilә mәşğul
olmuşdu ki, hәmin sahәdә az qala bir mütәxәssis qәdәr biliyә, mәlumata malik idi. Bununla belә
Rәşid heç vaxt xәstәlikdәn danışmazdı. Yoldaşlarının yanında deyib- gülәrdi. Qonaqlara,
yoldaşlarına süfrә açdırmağı, mәclisin şәn keçmәsini, xoş zarafatlarla isinmәsini çox sevәrdi.
Rәşidin alimlәr, yazıçılar, şairlәr, bәstәkarlar arasında da çoxlu dostu vardı. Onlardan biri dә şair
Qabil idi. Qabilin sadәliyi, sәmimiliyi, yumoru, hәm dә cәsarәtli şeirlәri Rәşidin çox xoşuna
gәlirdi. Rәşid Bakıya gәlәn kimi birlikdә görüşәrdik. Hәrdәn Ağdama da gedәrdik. Qabilin hәr
Ağdama gәlmәsi Rәşid üçün toy-bayram olardı.

Oxucuda әhval-ruhiyyә yaradan, hәm dә Rәşidin vә Qabilin xarakterinin müәyyәn tәrәflәrini
açan bir neçә maraqlı hadisәni xatırlatmaq istәyirәm. Professor Cavadzadә Moskvadan tәzәcә
gәlәrәk İnşaatçılar prospektindәki xәstәxanada professor Abiyevin şöbәsindә işlәdiyi zaman
Rәşiddә ilk dәfә cәrrahiyyә әmәliyyatı apardı. Ona ayrıca bir otaq ayırmışdılar. Balaca televizor

                                                 65
da qoyulmuşdu. Axşamtәrәfi yaxın dostlar, yoldaşlar Rәşidin yanına gәlirdilәr. Rәşid elә o
balaca otaqda süfrә düzәltdirir, hәkimlәrdәn xәlvәt araq, konyak da gәtirtdirirdi. Belә
mәclislәrdә içki bәhanә idi. Rәşid xoş әhval-ruhiyyә üçün mikromühit yaranmasına çalışırdı.
Hamımız kimi Qabil dә az-maz içirdi. Bir balaca kefi kök vәziyyәtdә Qabil xәstәxanadan evә
gәlәndә hәyat yoldaşı Bәyim bacı soruşur:
- Qabil, harda içmisәn, niyә içmisәn?
Qabil cavab verir:
- Bәyim xanım, Rәşid xәstәlәnib. Üzәrindә cәrrahiyә әmәliyyatı aparılıb. Elә onun yanında bir
balaca vurduq.
Bәyim bacı qiyabi dә olsa Rәşidi tanıyırdı. Onun xәstәlәndiyini eşidib tәәssüflәnir. Ancaq öz-
özünә fikirlәşir: “Bәlkә Qabil mәni aldadır. Axı xәstәxana hara, içki hara?” Ancaq açıb-
ağartmaq istәmir. İkinci dәfә dә Rәşidin xahişi ilә bir balaca vurub evә gәlәndә Bәyim bacı yenә
soruşur:
- Qabil deyәsәn içmisәn?
Qabil cavab verir:
- Bәli, Bәyim xanım, xәstәxanada Rәşid mәcbur etdi. Sözündәn çıxmadıq. Famil Mehdi, Nadir
Şıxlı, Ağәmi Hacıyev, mәn... Adama bir az...
Bәyim bacı bu dәfә dillәnir:
- Qabil, birinci dәfә üstünü vurmadım. Balam, xәstәxanada araq içәrlәr? Niyә mәni aldadırsan?
Düzünü desәn nә olar ki?.
Rәşid xәstәxanada tәxminәn bir ay qaldı vә bu bir ayda “içki” mәclisi bir neçә dәfә tәkrar
olundu. Növbәti dәfәlәrin birindә Qabil evә gәlәndә Bәyim xanım yenә soruşur:
- Qabil, az da olsa, çox da olsa, axı sәnә içmәk olmaz? Niyә belә hәrәkәt elәyirsәn?
Qabil yenә cavab verir:
- Bilirsәn, xәstәxanadır dә. Adam baxır boy-buxunlu Rәşidә, dilxor olur. Elә gözәl oğlan axı
niyә belә xәstәlәnsin? Onun xәstәxanada yatan vaxtıdır? Ona görә dә adam dilxor olur. Başa
düşürsәn, Rәşidin xahişindәn dә çıxmaq mümkün olmur. İş nә yerdәdir ki, içmәyәn Famil dә
qoşulur bizә. Mümkün deyil...
Bәyim bacı bu dәfә daha dözә bilmәyib bәrk әsәbilәşir:
- Qabil, vallah özümә qәsd elәyәrәm. Ay canım, ay gözüm, Rәşidin adından bir dәfә istifadә
elәdin, dinmәdim. İki dәfә, üç dәfә, dörd dәfә istifadә elәdin yenә dә dözdüm. Axı, sәni nә vadar
elәyir ki, yalan danışırsan? Axı xәstәxanada da içki olar?
Bu dәfә evdә böyük bir mәrәkә qopur. Qabil and-aman elәyib Bәyim xanımı inandırır ki,
hәqiqәtәn belәdir. Rәşid kimi oğlana hәr şey olar... Bәyim bacı inanıb daha danışmır.
İkinci hadisә dә Ağdam sәfәrimizlә әlaqәdardır. Yay idi. Qatarda üz-üzә oturduq. İsti olmasına
baxmayaraq hәr ehtimala qarşı kostyum geyinmişdim. Qalstuk da bağlamışdım. Qatar tәrpәnәr-
tәrpәnmәz gördüm Qabil diqqәtlә üzümә baxır. Dәrhal xüsusi bir әda ilә soruşdu:
- Necәsiniz?
Dedim:
- Qabil, başa düşdüm.
Dedi:
- Nәyi başa düşdün?
Dedim:
- Elә sәn nә fikirlәşirsәnsә, onu da başa düşdüm.
Dedi:
- Əgәr başa düşmüsәnsә de, görüm fikrimdәn keçәn nә idi?
Dedim:
- Qabil, sәn fikirlәşirsәn görәsәn bu kostyum geyib, qalstuk bağlayan Famil Mehdi ilә mәnimki
tutacaq ya yox?
Qabil әlini-әlinә şappıldayıb bәrkdәn güldü:
- Pah atonnan. Necә düz bilmisәn ey?!
Sonra әlavә etdi:

                                               66
- Madam ki, belәdir, sәndәn bir xahişim var. Ağdam sәnin vәtәnindir, mәnim dә dostlarımın
vәtәnidir. Rәşidin vәtәnidir. Ona görә dә bir gündә bizi on yerә qonaq çağırsalar da sәn
dinlәnmә. Əşi, bir dә görürsәn ki, bir yoldaşla bir yerә gedirsәn. Qonaq aparmaq istәyirlәr, deyir
lazım deyil. Süfrә açmaq istәyirlәr, dәrhal cavab verir ki, ehtiyac yoxdur. Deyәn yoxdur ki,
qәdeş, danışma dә. Sәn yemәk istәmirsәn, yemә. İçmәk istәmirsәn, içmә. Daha qabağa düşüb,
başqalarının adından nöş danışırsan?!
Qabilә söz verdim ki, xahişinә tamamilә әmәl edәcәyәm, arxayın ola bilәrsәn.
Sәhәr-sәhәr qatardan düşüb bir baş qayınatam Qara Əbdülhüseyn oğlu gilә getdik. Gәlişimizә
çox sevindilәr. Evin xanımı Fatma Sәfәr qızı dәrhal süfrә açdı. Süfrәyә neçә cür naz-nemәt
düzüldü. Ortaya hәtta boyat dovğa da qoyuldu. Əlbәttә, araq, konyak öz yerini çoxdan tutmuşdu.
Qayınatam qonaq-qara sevәn adam idi. Süfrәsindә hәmişә içki dә olardı.
Qabil sәhәr yemiyinә dovğadan başladı:
- Bәh, bәh, әcәb dovğadır. Çox sevdiyim nemәtdir.
“Xoş gәlmisiniz”dәn sonra fәrdi sağlıqlar deyildi. Çox az vaxtda bişirilәn cürbәcür yemәklәr
süfrәdә bir-birini әvәz etdi. Nәhayәt Qabil sәhәr yemәyini dovğa ilә dә başa çatdırdı.
Rәşidin iş yerinә getdik. Gәlmәyimizi әvvәlcәdәn bildirmәk istәmirdik ki, qәfildәn otağına
girәrik. Elә dә oldu. Rәşid hәlә sәhәr işә başlamamış katibәyә dedi ki, mәnim bugünkü iş vaxtım
başa çatdı. Ayağa qalxdı:
- Getdik.
Qabil dedi:
- Əşi, bir otur görәk, hara qalxırsan ayağa?
Rәşid gülümsündü:
- Qabil müәllim, bura Ağdamdır. Bu o demәkdir ki, keçdiniz mәnim ixtiyarıma. Hara qalxıram,
nәyә qalxıram, hara gedirik, nәyә gedirik-özüm bilәrәm. Qalxın ayağa, qurtardı.
Biz ayağa qalxana qәdәr Yaqub Əhmәdov da, İslam Əliyev dә gәldi. Dәstәmiz böyüdü. O ayağa
qalxan bir dә bir hәftә sonra qatarda oturduq. Qatara oturan kimi dә Qabilә dedim:
- Özümü necә apardım, razı qaldın?
Qabil yenә dә xüsusi bir tәrzdә dedi:
- Əla! Əlayi- Nur!

Ancağ әsl mәtlәbim, sözümün canı hәlә qabaqdadır. Biz Bakıya gәlәndә Rәşid hәrәmizә beş-altı
yarım litrlik şüşәni doldurtdurub spirt vermişdi. Demişdi ki, xalis spirtdir. Hәr yarım litrә yarım
litr dә dağ su qatarsınız, olar xalis araq. Mәn şüşәlәri gәtirib evә qoydum. Bir-ikisini “hәdiyyә”
verdim. Qonaq gәlәndәn-gәlәnә bir-ikisini dә arağa çevirib içdik. Axırıncı şüşә havalar nisbәtәn
soyuyana qәdәr qaldı. Bir gün xәstәlәnmişdim, mәnә bәrk soyuq dәymişdi. Kürәyimә banka
qoydurmaq istәdim. Spirt tapılmadı. Birdәn yadıma düşdü ki, Ağdamdan gәtirdiyim spirt
şüşәsinin birini gizlәdib saxlamışam ki, lazım olar. Qalxıb tapdım vә gәtirib verdim evin
xanımına. Spirtli pambığa alışqanı vurmaq ilә alovun göyә qalxması bir oldu. Hәmin günlәrdә
tәnqidçi yoldaşlarımızdan biri vәfat etmişdi. Dәfninә mәn dә getmişdim. Bәrk yağış yağırdı.
Qışa hәlә xeyli vaxt qalsa da hava birdәn-birә soyumuşdu. Dәfn mәrasiminin qızğın vaxtında
çoxlu adam arasında gözüm Qabili aldı. O da dәrhal mәni gördü. Bir-birimizә yaxınlaşdıq.
Soyuqdan büzüşәntәhәr olmuşdu. Mәnә yaxınlaşan kimi qulağıma pıçıldadı:
- Rәşid verәn spirtlәr nә oldu?
Dedim:
- Yaxşı oldu.
Dedi necә yәni yaxşı oldu? Dedim bir-ikisini yoldaşlara bağışladım. Bir-ikisini araq düzәldib
qonaqlar gәlәndәn-gәlәnә içdik. Biri qalmışdı ki, o da...
Qabil zәndlә üzümә baxıb soruşdu:
- Hә, nә o da... Bәs o nә oldu?
Dedim:



                                                67
- Qabil, doğrudan da әla spirt imiş. Qәribә spirt imiş. Tayı-bәrabәri tapılmazmış. Dünәn banka
qoyduranda axırıncı şüşәdәn istifadә etdik. Alışqan vurulanda spirtin alovu otağın tavanına
qalxdı.
Qabil mat-mәәttәl mәnә tamaşa elәyib dillәndi:
- Çox eyib olsun sәnә ki, gül kimi spirti bankәyә sәrf elәmisәn! Əlә, mәnә zәng edәydin, sәnә
benzin gәtirәydim, neft gәtirәydim. Ay insafsız, adam da elә spirti bankә qoydurmağa sәrf edәr?
Sonralar bunları Rәşidә danışırdım. Gülmәkdәn gözlәri yaşarırdı:- Vay, sәnin mәzәn olsun,
Qabil,- deyirdi.

Rәşid iyirmi-iyirmi beş il böyrәklәrin әzab-әziyyәtinә dözdü. Ağrı-acını vecinә almadı. Ancaq
Moskvada kardioloji mәrkәzdә ürәk iflicindәn vәfat etdi. Deyirlәr ölәndә dә “uf” demәdi. Ölümü
özünәmәxsus mәğrurluqla qarşıladı. Son nәfәsi ağzından çıxana kimi üzündәn tәbәssüm әksik
olmadı. Mәn Rәşid vә onun kimilәrә ancaq qardaş gözü ilә baxmışam. Ona qohum demәk, dost
demәk çox az olardı. Mәn Rәşiddәn işdә ciddiliyi, prinsipiallığı, ailәdә sәmimiliyi, әlsiz-
ayaqsızlara canıyananlığı, qayğı göstәrmәyi, yoldaşa, dosta sәdaqәti, mәhәbbәti, hәtta zahiri
sәliqә-sahmanı, tәmizliyi eyni zamanda yaramazlara, dәlәduzlara nifrәt vә qәzәbi öyrәnmәyә
çalışırdım.

Yaxın ünsiyyәtdә olduğum adamlar sırasında dost sözü hәm dә Əli Abbasova çox yaraşır. Əli
ata-babadan yerli-yataqlı adamlardır. Qarabağın mәşhur Kәbirli camaatının böyük bir hissәsi
onların qohum-әqrәbasıdır. Otuzuncu illәrdә bir günün içindә Əlinin atası Pәnah kişini,
qardaşlarını, әmisi uşaqlarını, әmisi nәvәlәrini, tәxminәn on beş-iyirmi nәfәri bir hәftәnin içindә
haqsız yerә tutub güllәlәyiblәr. Bir neçә ay bundan әvvәl 30-cu illәrdә güllәlәnib indi bәraәt
alanların qәzetlәrdә siyahısı verilmişdir. Tәxminәn iyirmi nәfәrә qәdәr Pәnahov familli (Əlinin
atası, әmilәri vә qohumları) verilmişdi. Dәhşәtә gәldim. Hökumәt vaxtilә Qarabağda adı, hörmәti
olan böyük bir nәsli tamam mәhv etmәk istәyib. Qadınları, uşaqları didәrgin salıblar. Əli ata-
babasının yolu ilә gedib, qoyunçu olub. Otuz ildәn çoxdur ki, nәinki Qarabağda, bütün
Azәrbaycanda Əli Abbasov qoyunçuluğun professoru sayılır. Mütәxәssis professorlar da,
akademiklәr dә, respublikada bu işә rәhbәrlik edәnlәr dә, adi çobanlar da onun yanına mәslәhәtә
gәlir. Qarabağda әn әtli, әn yunlu, әn çox bala verәn dә, zahiri cәhәtdәn gözәl qoyunlar Əlinin
fermasında olub. Əli Ağdamda Natәvan adına sovxozda uzun illәrdir ki, qoyunçuluq briqadiridir.
Hәmin o sovxoz ki, Rәşid Babayev ona rәhbәrlik edib. Yeri gәlmişkәn demәk istәyirәm ki,
tәbiәtcә tünd olan Rәşid, hәmyaşıd olmalarına baxmayaraq Əlinin yanında özünü uşaq kimi
aparırdı. Əli onun bәlkә dә әn çox hörmәt etdiyi adamlardan idi. Əli öz yüksәk mәdәniyyәti,
başqalarına qayğısı, Allahını tanıması, insafı-mürvәti, işgüzarlığı, böyük-kiçiyin yerini bilmәsi,
abır-hәyası, böyük sadәliyi, hәm dә müdrikliyi ilә әsl keçmiş kişilәrin yadigarıdır. Mәn hәmişә
ondan ata-babaların, keçmiş Qarabağ ağsaqqallarının iyini almışam. Ondan sadәlik, sәmimiyyәt
öyrәnmişәm. Kişilik, dostluq, sәdaqәt dәrsi almağa çalışmışam. Əli haqqında fikirlәrimi onun
haqqında vaxtilә yazdığım “Qan işığı” oçerkindә vermәyә çalışmışam. Oçerkdә Əlinin
xarakterinin açılmasına kömәk edәn maraqlı bir detal var. İsti-sudan qalxıb Dәlidağ yaylaqlarına
gedәrkәn, böyük bir uçurumun yanında maşını saxlatdırıb, hәmin hadisәni Əli Pәnah oğlu özü
mәnә danışıbdır: maşınla bir neçә il әvvәl burdan gәlib keçirmişlәr. Maşında Əli, qardaşı Saday,
dostunun beş-altı yaşlı uşağı imiş. Hәmin bu uçurumun başlanğıcında maşın yoldan çıxır, dәrәyә
tәrәf sürüşür. Əli atılıb canını qurtara bilәrdi. Bәs dostunun uşağı?

Özü belә deyir:
- Uşağı qucaqlayıb bәrk-bәrk qucağıma sıxdım. Maşın dәrәnin dibinә yumarlandı. Maşın
yumarlandıqca bizi içәridә ora-bura çırpırdı. Mәn uşağı daha bәrk sinәmә sıxır, çalışırdım ki,
әlimdәn çıxmasın. Maşın dәrәnin dibinә çatdı. Yaxınlıqda qoyun otaran çobanlar tökülüb
gәldilәr. Maşının qapısını sındırdılar. Əvvәl Sadayı çıxartdılar. Elә o dәqiqәlәrdә uşağın üzünә
baxdım. Yaş mәni boğdu. Quzu kimi qucağıma qısılıb üzümә baxırdı. Dinib-danışmırdı.
Deyәsәn başa düşüb bәrk qorxmuşdu. Rәngi ağappaq ağarmışdı. Əlimin altında ürәyi sürәtlә

                                                68
döyünürdü. Qaldırıb üzündәn öpdüm:- Qorxma,- dedim,- indi gedәrik. Uşaq isә elә hey susub
üzümә tamaşa edirdi. Nәhayәt bizi dә dartıb çıxartdılar. Mәn başımdan, qol-qıçımdan zәdә
almışdım. Xoşbәxtlikdәn uşağa heç nә olmamışdı. Öz uşağım olsa, heç o qәdәr hәyәcan
keçirmәzdim. Axı, amanat idi, dost uşağı idi!

Əli ilә bağlı bir әhvalatı da xatırlayıram. Söz vaxtına çәkәr deyәrlәr. Görünür, söz hәm dә yerinә
çәkәr. Bir dәfә Əli öz bacısının әri çoban Bahadurla qardaşım Fikrәti vә mәni Dәlidağdan İsti-
suya ötürmәyә gәtirirdilәr. Bax, hәmin o maşın uçan yerdәn bir qәdәr aşağıda Sultan-Heydәr
bulağının üstündә çörәk yeyәsi olduq. Atdan düşdük. El ağbirçәyi Tamaşa nәnә (Əlinin anası)
bir bağlama yemәk qoymuşdu. Süfrә açdıq. Biz bulağın yanına çatanda şәhәr geyimindә bir tanış
hәmyaşıdıma rast gәldik. Əsli Ağdamdandı, amma Bakıda yaşayırdılar. Deyәsәn biz tәlәbә olan
vaxt şuluqluq üstündә onu istitutdan qovmuşdular. Adı Ramiz idi. Ramiz yüz-yüz әlli metrlikdәn
alaçıqları göstәrdi. Xahiş etdi ki, qonaq olaq. Biz tәşәkkürümüzü bildirdik. Ramiz süfrә
açdığımızı görüb on-on iki yaşlı uşağı çağırdı. Dedi ki, qaç get alaçıqda yarımlitrlik şüşәni gәtir.

Uşaq qaçıb gedәndә arxadan sәslәndi:- o yarısından aşağı olan butılkanı gәtir. Uşaq yarımlitrlik
şüşә qabı gәtirib verdi Ramizә. Stәkanlar da gәtirmişdi. Ramiz dedi ki, madam qonağımız
olmadınız, barı gәlin adama bir az araq içәk. Əli xalis allah adamı idi. İçәn deyildi. Ancaq
süfrәsindә içki olmasını da xoşlardı.

Bacısının әri Bahadurdan soruşdu:- Yәqin sәn dә içәcәksәn? (Bәlkә dә eyhamla demәk istәdi ki,
içmә, qonaq aparırıq yola salmağa).
Bahadur cavab verdi:- Sәn bilirsәn ki, mәn içәnәm.
Soyutma quzu әti, yağ, pendir. Tamaşa nәnәnin vә ya gәlini Hәcәr bacının bişirdiyi qәşәng nazik
yuxa. Daha nә bilim nәlәr... Ramiz sağlıq dedi- yәni bizim sağlığımıza. Mәnim stәkanımda әlli
qram ancaq olardı. İçdik. Dağlar, qayalar gözlәrimdә yerindәn oynadı. Sonra gözlәrim önündә
ulduzlar sayrışan kimi bir şey oldu. Ancaq özümü o yerә qoymadım. Durub bulağın buz kimi
suyundan bir-iki qurtum içdim. O birilәr dә içdi. Ancaq mәnim kimi sonra bulaq suyuna
ehtiyacları olmadı. Bircә Bahadur “Əyә köpәk oğlu (yәni Ramizi nәzәrda tuturdu) qırdı bizi”
deyib uzandı vә enişә yumalandı. Elә yumalana- yumalana tәkrar edirdi: “Köpәk oğlu qırdı bizi”,
“Köpәk oğlu qırdı bizi...” Əli pәrt oldu. Ramizin qulağı eşidә-eşidә Bahadurun söymәsi onu
әsәbilәşdirdi:
- Ə, bacarmırsan, içmә dayna. Bәs bu kişilәr niyә qırılmadı?
Bahaduru ayağa qaldırdıq. Üz-gözünә su vurduq. Gözün açanda yenә dillәndi:
- Ə, yox, sәn öl, mәn içәnәm. Amma köpәk oğlu qırdı bizi. Köpәk oğlu isә (Ramiz isә) bizdәn dә
çox uğunub getdi. Bir az da peşman oldu: “Birdәn kişiyә bir şey-zad olar?” Elә bu vaxt
Bahadurun atı da yüyәni ilişdirilәn daşdan açılıb ağzı geri götürüldü. O biri atları minib dalından
döşәndilәr. Xeyli vaxtdan sonra tutub gәtirdilәr. Bir tәhәr gәlib İsti-suya. çıxdıq. İsti-suya qәdәr
Bahadur azı yüz dәfә tәkrar etdi: “Köpәk oğlu qırdı bizi...” Aradan üç-dörd il keçәndәn sonra
Ramizi Bakıda gördüm. Əl elәyib mәni yolumdan saxladı: hal-ahvaldan sonra gülümsünüb dedi:
- Famil, yadındadı Dәlidağda bulağın üstündә süfrә açanda mәn uşağa dedim ki, butulkanın
içindә az olanını gәtirsin. O isә gedib butulkanı dolaşıq salıb, içindә 96 faiz spirt olanı gәtirib.
Ona görә o kişiyә elә tәsir elәdi.
Mәn dә gülümsünüb dedim:
- Elә kişi doğru deyirmiş dә:”Köpәk oğlu qırdı bizi...”
İkimiz dә güldük.
O vaxt “Hardasan, ay Dәlidağ?” adlı bir şeir dә yazmışam. Əliyә ithaf etmişdim:

Bir quş olsam, sәsim gәlsә qürbәtdәn,
Qürbәt eldә qoşa yansaq xiffәtdәn,
Qanadımda qaldıraram sәni mәn
Vәtәn şirin, sәn ixtiyar, mәn uşaq,

                                                 69
Kövrәlәrәm: hardasan, ay Dәlidağ?

Gәl Vurğunu xәbәr alma, amandı,
Allah ölәr, şair ölmәz, yalandı.
“Biz gedәrik, qoca dünya qalandı”
Ömür gödәk, mәnzil qısa, yol uzaq,
Gәl görüşәk, hardasan, ay Dәlidağ?

Mәn qorxmadım nә qarda, nә ayazda,
Qorxa-qorxa dәrd axıtdım Arazda.
Xalq dәrindә, mәnsә batdım dayazda,
Heç olmasa gәl uzaqdan boylanaq,
Aldat mәni, hardasan, ay Dәlidağ?

Bir şeh olsam, çiçәyinә qonaram,
Qırov olsam, kipriyindә donaram.
Eşqә düşsәm, bulağında yanaram,
“Yan-yan” deyәr Mollabulaq, Buzbulaq,
Pıçıldayar: “hardasan, ay Dәlidağ?”

Dәrdә düşsәm, bir gün üzüm gülmәsә,
Bu dәrdimә Loğman çarә bilmәsә,
İncimәrәm qohum-qardaş gәlmәsә,
Son nәfәsdә dirsәklәnib qalxaraq,
Haraylaram: hardasan, ay Dәlidağ?

Əli Abbasovla dostluğumuz ailәlәrimizin, uşaqlarımızın da dostluğuna çevrilib: Elman,
Nurәddin, Zirәddin, İsmayıl... bunlar, hamısı mәnә doğma vә әzizdir.
Dәlidağla bağlı o qәdәr deyilәsi, yazılası xatirәlәr var ki!..

Bir dәfә Kәlbәcәrli şair oğlu, hamımızın hörmәt bәslәdiyimiz Şamil Əsgәrov Əli Vәliyevi,
Bayram Bayramovu, bir neçә başqa yoldaşı Gәlin qayasından xeyli yuxarıdakı bulağın üstünә
qonaq aparmışdı. Sifariş elәmişdilәr, mәn dә Dәlidağdan, Əli ilә birlikdә gәlmişdim. Özümüzlә
xeyli yemәk-içmәk dә gәtirmişdik. Mәclisin bir mәqamında qadınlar (süfrә başındakı hәyat
yoldaşları) qalxıb QAZ-69 maşında әylәşdilәr. O vaxt Əli müәllimdә (Vәliyev) xәstәlik
başlamışdı. Onu sidik qovurdu. Əli müәllim birdәn qalxıb maşının o tәrәfinә keçdi. Şarha-şar
pәşovlamağa başladı. Mәn tez qalxıb ona yaxınlaşdım. İşarә elәdim ki, maşında qadın var.
Əhәmiyyәt vermәyib bir az da açıq-saçıq pәşovlamaqda davam etdi. Mәn bir dә işarә elәyәndә
Əli müәllim bәrkdәn dedi:
- Ə, qoymayacaqsan işәyәk. Maşında qadın olanda nә olar ki?
Hamı gülüşdü. Əli müәllim özü dә güldü.
Bir dәfә dә Şamil Əsgәrov gәlib sevimli bәstәkarımız Fikrәt Əmirovu, hәyat yoldaşını, akademik
Hәsәn Abdullayevin arvad-uşağını, professor Tofiq Hacıyevi vә mәni meşә tәrәfә qonaq apardı.
Qayıdanbaş maşın xarab olub gur axan Tәrtәr çayının tәn ortasında qaldı. Xeyli orda qaldıq.
İkinci bir maşın tapıb gәtirdilәr. Maşın çayda bizә yaxınlaşdı. Əvvәl bir tәhәr qadınları çıxara
bildik. Sonra özümüz maşının üstünә çıxıb o biri maşına hoppandıq.
Bir dәfә yenә Şamil, Bayram Bayramov, ailәlikcә üstüaçıq maşında Ceyran bulağına gedirdik.
Yamacda xotuqlar analarının yanında atılıb-düşürdülәr. Birdәn 3-4 yaşlı oğlum Şamil (onun
adını Bayram müәllim qoyub) qışqırdı:
- Ata, ata, gör ceyran balaları necә oynayırlar?
Hamı gülüşdü. Bayram müәllim dedi:


                                               70
- Sağ ol, xalq şairi (zarafatla deyirdi, xalqın içindә çox olmağıma işarә edirdi). Oğlun eşşәyin
balası ilә ceyran balasını dolaşıq salır.
Bu söz mәnә müәyyәn dәrәcәdә dәrs oldu, mәni ayıltdı: “Uşaqları torpağa daha çox bağlamaq
lazımdır.” Elә bu mәqsәdlә dә Ağdamda, ata yurdumuzda tikdirәcәyim evi xeyli sürәtlәndirdim.
Ağakişi Mehdiyevlә tanışlığımız daha erkәn olub. O, Şakir Kәrimovla birlikdә Ağdam bir
nömrәli orta mәktәbindә, mәn isә pedaqoji texnikumda oxuyurduq. Bir-iki dәfә Şakirlә bir yerdә
görüşmüşdüm. Əmәlli-başlı tanımırdım. Başqa bir yoldaşı ilә aramızda kiçicik bir gәnclik söz-
söhbәti olmuşdu. Bir gün xәstәlәnmişdim. Hәrarәtim vardı. Əlimdә kiçik cib bıçağı ilә nazik
çubuğu yona-yona hәkimdәn qayıdırdım. Gördüm Ağakişi hәmin o yoldaşı ilә dalımca gәlirlәr.
Hiss etdim ki, mәni izlәyirlәr. Sakit bir küçәdә keçib qabağımı kәsdilәr. Ağakişi üstümә cocudu:
- Ə, ey mәnim bu yoldaşımnan nә işin var? Onu tәk görmüsәn? Bilirsәn adama neylәyәrәm?
Mәni qeyri-ixtiyari gülmәk tutdu:
- Yoldaşıyın dili-ağzı yoxdu, niyә özü danışmır? Sәn әlәkçinin qıl verәnisәn?
Ağakişi bir az da qabağa yeridi:
- Bura bax, özünü yığışdır. Yoxsa sәnin üçün pis olar.
Mәn әlimlә daha dalda küçәlәri göstәrib dedim:
- Buyurun, hara deyirsiniz gedәk?
Tәrpәnmәdiklәrini görüb daha da ürәklәndim:
- Bәs niyә dayanmısınız, gәlin gedәk dә! Bәs mәni döymәyә gәlmәmisiniz? Niyә dayanmısınız?
Bu suallarım qabağında Ağakişi tütәyin dilini geri çәkdi:
- Ə, yeri, yeri, çox da özünә arxayın olma. Döşünә döymә.
Bu sözlәri deyib geri çәkildi. Yoldaşının qolundan tutub:
- Gedәk,- dedi.
Açıqca qorxub qaçdılar. Sonra Şakir bizi yaxından tanış etdi, barışdırdı. Belәliklә dә
dostluğumuzun bünövrәsi qoyuldu... Sonralar Ağakişi bu hadisәni xatırlayıb gülürdü:
- Ə, bu hәlә qızdırmalıymış elә danışırdı, gör qızdırmasız necә danışardı? Fikirlәşdim ki, yәqin
Famil dә kәndlәrinin uşaqları kimi davakardı. Bizi döyәr. Ona görә dә dzırıqquluya dәn verdik...
Mәn dә o vaxt keçirdiyim hisslәri açıb deyirdim:
- Siz iki, mәn tәk. Dedim tәklәyib mәni döyәrsiniz. Qorxumdan sizә xoxugәldin elәyirdim...
Bakıda tәhsil illәrimizdә başqa-başqa ali mәktәblәrdә (o neft-kimya institutunda, mәn
universitetdә) oxumağımıza baxmayaraq çox vaxt bir yerdә olurduq. Hәtta pionerlәr bağında
sübh tezdәn görüşüb imtahanlara da bir yerdә hazırlaşırdıq. Çoxları elә bilirdi ki, eyni institutda
oxuyuruq. Hәtta Hәsәnoğlunun:

Ayırdı qәlbimi bir xoş qәmәr üz, canfәza dilbәr,
Nә dilbәr, dilbәri-badә, nә badә badeyi-qül-qül
- misraları başlanan mәşhur şeirini әzbәrlәmәk üçün hәmin bağda Ağakişinin yanında o qәdәr
oxumuşdum ki, şeiri o da әzbәrlәmişdi. Görüşlәrimiz zamanı şeiri hәrdәn әzbәr deyirdi. Ailәvi
get-gәlimiz yarandı. Bir sözlә, qaynayıb-qarışdıq. Ağakişinin dolanışığı mәnimkindәn xeyli
yaxşı idi. Atası Camal әmi gah kolxozda baş mühasib, gah kolxoz sәdri işlәyirdi. Ağakişi tez-tez
mәni özü bişirdiyi yemәklәrә dәvәt edirdi. Bәrk acanda qayğanaq bişirib yeyәrdik. Ailәlәri
yayda yaylaqlarda olurdu. Bir dәfә mәni Dәlidağda dincәlmәyә dәvәt etdi. Ailәlәri Dәlidağda
idi. İsti-suya at gәtirdilәr. On beş-iyirmi kilometr yolu atla getdik. Fermaların, alaçıqların
yanından keçdikcә itlәr tökülüşüb gәlirdi. Biz atı çapıb gözdәn itirdik. Dәlidağa axşamdan bir az
keçmiş çatdıq. O vaxtacan Diladağa yaxşı bәlәd deyildim. Ona görә dә yay paltarımda, ağ
şalvarda gәlmişdim. İsti-suya hәmin ağ şalvar әynimdә dәvәyә minib şәkil dә çәkdirdim. İndi dә
xatirә kimi qalır o şәkillәr. Bir az çörәk yedik. İkimiz bir yerdә yatdıq. Sәhәr sübh tezdәn
oyandıq. Sabun, mәhrәba verib dedilәr ki, gedib çayda әl-üzümüzü yuyaq. Çay alaçıqlardan üç
yüz-dörd yüz metr aralıda idi. Çayın hәr iki tәrәfi qarla örtülmüşdü. Ağakişi dedi, gәl, soyunub
çimәk. Ağlım öz “isti” dağlarımıza, çaylarımıza getdi. Razılaşdım. Mәn soyunanda o artıq çayın
ortasında idi. Su dizinә qәdәr çıxmışdı. Ancaq suya uzanmırdı. Mәn ondan qabaq özümü suya
atdım. Su bәdәnimi bıçaq kimi kәsdi. Ağakişi dә suya girmәyi ilә çıxmağı bir oldu: “Ə, su nә

                                                71
yaman soyuqdu.” Biz soyunanda alaçıq tәrәfdәn bizә nәsә dedilәr, ancaq başa düşmәdik. Sonra
bildik ki, “çimmәyin, sәtәlcәm olarsınız” demәk istәyirlәrmiş. Ancaq eşitmәdik, çimdik. Alaçığa
gәlәndә bizi danladılar:
- Uşaqlıq elәdiniz. Dәlidağda bu saat çimmәk olar? Doğrudan da ikimizә dә bәrk soyuq dәydi.
Nә qәdәr banka qoydularsa, bir şey çıxmadı. Tәrlәmәdik ki, tәrlәmәdik. Bizi İsti-suya gәtirdilәr.
Orada hava isti idi. Tәzәdәn bankaları döşәdilәr kürәyimizә. Üstümüzü basdırdılar. Moruğ
mürәbbәsi ilә çay verib tәrlәtdilәr. Dörd gündәn sonra özümüzә gәldik. Daha Dәlidağa
qayıtmadıq.

Tәxminәn otuz ildә bir-birimizdәn zәrrә qәdәr incimәdik. Əlli yaşına bir hәftә qalmış ürәk
iflicindәn vәfat etdi. Ölümündәn bir neçә gün әvvәl evlәrinә getdim. İlk dәfә dilindәn giley
eşitdim:- Adam yıxılıb ölәr, xәbәrin olmaz.
Onun bu gileyi mәnә qәribә gәldi. Xәstәlikdәn qorxan idi. Yadımdadır, bir neçә il әvvәl mәndә
cәrrahiyyә әmәliyyatı aparılanda qapının ağzında dayanmışdı. Sonralar mәnә deyirdi:
- Ə, sәndә ürәk var ey, o cәrrahiyyә otağına nә tәhәr getdin?
İndi dә o, giley edәndә fikirlәşdim ki, adi xәstәlikdir. Hay-küy elәyir. Gec gәlmәyimin sәbәbini
demәk istәmәdim. Bu, dәhşәtli bir hadisәylә bağlı idi: Bakıda әn pis tufanlardan birindә
politexnikumda dәrsdәn çıxan әmim nәvәsi, müәllim Oruc Hәbib oğlu öz “jiquli”sinin rulu
arxasında oturur. Tufanın dәhşәtini, yağışın, külәyin qeyri-adiliyini nәzәrә almır. Patamdar
qәsәbәsindәn keçib Bayıl tәrәfә enmәk istәyir. Yağış irәlini yaxşı görmәyә mane olur. Maşın
dәrәyә uçur, od alır. Özü dә maşının içindә yanıb külә dönür, külünü, tәk-tük sümüklәrini
ovcumuzla yığıb qutuya qoyduq. Ağdama apardıq. Dәfndәn dә sonra bir neçә gün orada qaldım.
Mәcburiyyәt qarşısında qalıb hadisәni Ağakişiyә danışmalı oldum. Dedi dur gedәk evlәrinә,
uşaqlarına başsağlığı verәk. Razı olmadım. Dedim bir az da babatlaş, gәlәrәm gedәrik. Aradan
bir gün keçmiş qalxıb işә gedir. İş otağına çatan kimi yıxılır, bununla da gözlәrini әbәdi yumur.
İş yoldaşları bilirdi ki, Ağakişinin әn yaxın adamları Şakir Kәrimovla mәnәm. Birinci Şakirә
zәng edib, xәbәr verirlәr. Şakir dә mәnә zәng etdi. Bәli, bizim hәr üçümüzü (xasiyyәtimizdә
müәyyәn fәrq olsa da) bir çox xüsusiyyәtlәr birlәşdirirdi. Şakir Ağakişi ilә hәm orta mәktәbdә,
hәm dә indiki Neft Akademiyasında bir yerdә oxumuşdular. Şakir yüksәk vәzifәlәrdә olanda
ondan bir az uzaq qaçmışam. Başqa vaxtlarda üçümüzün dә ürәyimiz bir olub. Vә tәsadüfi
deyildi ki, Ağakişinin ölümünü birinci Şakirә xәbәr vermişdilәr. Bu dostluğumuz haqqında
şeirim vardır- “Dostların yanında”:

Kim qüvvәtlidir, kim?
Tәk qaldığım vaxt
Cavab tapmayıram, sıxır mәni qәm.
Dostların yanında sanıram ancaq,
Dünyada hamıdan mәn qüvvәtliyәm.

Kim dövlәtlidir, kim?
Düşünürәm tәk.
Cavab tapmayıram, susuram bәzәn.
Dostların yanında inanır ürәk
Hamıdan dövlәtli elә mәnәm, mәn.
Kimdәdir, әn böyük el cәsarәti,
Susuram,
elә bil aciz uşağam.
Dostların yanında deyirәm qәti
Ən uzaq ulduza mәn uçacağam.
Kimi çox sevәçәk gözәllәr?
Nә qәm,
Mәni sevmәsәlәr yanmaram dәrddәn.

                                                72
Dostların yanında gözәllәşirәm,
Sanıram әbәdi sevilәrәm mәn.

Mәn ki, köklәnmişәm
Kaman, tar kimi,
Çalınmaq istәrәm hәr axşam-sәhәr,
Xoşbәxtәm, dostlarım ulduzlar kimi
Bütün yer üzünә sәpәlәniblәr.

Hәr biri gözümdә bәnzәr bir dağa,
Onlarçün yanaram işıq yerinә.
Palıdlar kök atar ana torpağa,
Mәn isә dostların ürәklәrinә.

Ağakişinin Solmaz xanımla ilk tanışlığının da şahidiyәm. Tәlәbәydik, hәlә aşağı kursda
oxuyurduq. Bir gün Ağakişi sifariş göndәrmişdi ki, axşamüstü Nizami kinoteatrının yanına.
gәlsin. Universitetdәn çıxıb trolleybusa oturdum. Keçmiş 26-lar bağının yanında trolleybus
dayananda trolleybusa minәnlәr arasında vaxtilә qatarda sadәcә olaraq tanış olduğum qıza rast
gәldim. Şәkidәn idi. Pedaqoji institutda oxuyurdu. O vaxt dalınca gәlәcәyimә, axtarıb
tapacağıma söz vermişdim. Düzünü deyim kd, heç bir başqa niyyәtlә yox, tәmiz ürәklә
görüşmәk istәyirdim. Bu mәqsәdlә bir-iki dәfә institutun qabağına da getmişdim. Görә
bilmәmişdim. Mәni görcәk gülümsündü:
- Ha indi hardasan, ay etibarsız? Bәs demişdin gәlәcәyәm?
Mәn “Gәlәcәm” deyib trolleybus tәrpәn-hatәrpәndә özümü yerә atdım, halbuki növbәti
dayanacaqda düşmәli idim. Bәs göydә axtardığımı yerdә tapdığım halda niyә trolleybusdan tez
düşdüm? Sәbәbi budur: cibimdә vur-tut beş qәpiyim vardı. Onu da verib bilet almışdım. Qızın
yanında pәrt olmamaq üçün yerә atıldım. Yolun qalanını piyada getdim. Ağakişiyә әhvalatı
danışdım. O qәdәr güldü ki... Dedi:
- Gedәk tibb institutunun yataqxanasına. Dedim xeyir ola. Dedi xeyirdi. Bir Ağdamlı qız var,
onu görmәk istәyirәm. Getdik. Qaranlıq düşmüşdü. Ağakişi qızı çağırtdırdı. Qız gәldi. Ağakişi
onu mәnimlә dә tanış etdi. Bu Solmaz idi. Sonralar ailә qurdular. Gözәl oğul-qız sahibi oldular.
Atalar yaxşı deyir ki, әrlә arvadın torpağı bir yerdәn götürülür. Hәqiqәtәn dә belә idi. Solmaz
xanım mehriban, qayğıkeş insandır. Uzun illәrdir ki, indiki Sabunçu rayonunda hәkim işlәyir.
Onlar bir-birinә necә dә mehriban idilәr! Solmaz xanımdan üzr istәyib, dostumun әziz xatirәsini
ölümündәn bir-iki il әvvәl başına gәlmiş bir әhvalatı xatırlatmaqla yad etmәk istәyirәm.
Əvvәla, Ağakişi mәnәviyyatca çox pak vә tәmiz insan idi. Mәn and içәrәm ki, o Solmaz xanıma
bir dәfә dә olsun xәyanәt etmәmişdi. Elә başına gәlәn әhvalat da ürәyinin tәmizliyindәn, biclik-
filan bilmәmәsindәn gәlmişdir. Axşam üstü idi. Zәng etdi ki, başıma yaman bir iş gәlib.
Elә bil ürәyimә damdı nәsә, zarafatla dedim:
- Allahıma qurban olum, yәqin Solmazın yanında biabır olmusan?
Telefonda tutuldu:
- Bıy, sәn bunu hardan bilirsәn?
- Dedim onu bilmәyә nә var? Danış görüm nә olub?
Dedi:- yox, telefon söhbәti deyil. Evdә ol, gәlirәm.
Gәldi, hәyәcanlı idi. Üzünә baxan kimi uğunub getdim.
Dedi:
- Nәyә gülürsәn? Mәn biabır olmuşam, sәn dә...
Əslindә heç nә bilmirdim. Elә qara-qorxuya düşmәyindәn ürәyimә dammışdı ki, nәsә bir iş olub.
Belә bir şeyi isә mәn çoxdan axtarırdım ki, yadına salanda çәkinsin, mәnә sataşmasın. Qapını
örtüb üz-üzә oturduq. Danışmağa başladı:
- Yayda Ukraynada, Çernovtsı şәhәrindә ezamiyyәtdә olanda bir müәllimәyә rast gәldim. Bakıya
köçmәk istәyirdi. Elә bil ki, әlinә Allahdan düşmüşdüm. Bakı haqda mәlumatlarını

                                               73
genişlәndirmәk istәyirdi. Hәtta bir dәfә mәni şәhәrin görmәli yerlәri ilә tanış etmәk arzusunda.
olduğunu söylәdi. Etiraz etmәdim. Bu adicә insani tanışlıq idi. Ev ünvanımı, telefonumuzun
nömrәsini dә verdim ki, Bakıya gәlsә lazımi kömәkliyi etmәyә çalışaram. Dünәn yorğun-arğın
işdәn evә gәldim. Solmaz dedi ki, hardasan, bayaqdan on dәfә zәng ediblәr. Çernovtsıdan
gәliblәr. Sәni mehmanxanada gözlәyirlәr. Özümü nә tәhәr itirdimsә, soruşmadım ki, hansı
mehmanxanada. Taksiyә oturdum. Bakının bütün mehmanxanalarını gәzdim. Dedilәr burda belә
adam yoxdur. Dilxor evә qayıtdım. Dedim:
- Ay Solmaz, bu nә mehmanxana söhbәtidir? Mehmanxanalarda heç Çernovtsıdan gәlәn adam
yoxdur axı?
Gülә-gülә mәktubu gәtirib stolun üstünә qoydu. Tutulsam da özümü tez әlә aldım:
- Əvvәldәn de ki, mәktub var dә, daha mәni niyә mehmanxanalara göndәrirsәn? Adi mәktub
olar, başqa şey ola bilmәz.
Açıb oxudum, gördüm yox, o qәdәr dә “adi” mәktub deyil. Sevgi-mәhәbbәt mәsәlәsinә işarәlәr
var idi. Görünür ürәyindәn nәsә keçirmiş. Mәnim fikrimdә elә şey olsa dәliydim ki, evin
ünvanını verim?
Ağakişi danışdıqca mәn gülürdüm. Mәn güldükcә o әsәbilәşirdi. Son sözüm isә ona od vurdu:
- Allahıma qurban olum. Nә yaxşı rüsvayi-cahan oldun!
Yarı pәrt, yarı әsәbi başını buladı:
- Qәribә oğlansan ey. Mәn sәnә başıma gәlәni danışıram. Sәn sevinirsәn...
Dedim bәs sәn “Allahıma qurban olum” deyib sevinәndә yaxşı idi? Sәnә deyirdimmi ki, gülmә
qonşuna, gәlәr başına! De, öz cәzandır, çәk Balaş!
Bu söhbәt dә tәxminәn oxşar әhvalatla bağlıdır. İki-üç il әvvәl mәnim öz başıma gәlmişdi: bir
qadının adından mәnә iş ünvanıma mәktub yazılıb göndәrilmişdi. Mәn hәtta yeniyetmә
yaşlarımda nә bir qıza mәktub yazmışam, nә dә mәktub almışam. Ancaq bu mәktubdakı fikirlәri,
cümlәlәri heç bir kitabda oxumamışdım. Mәktub sahibi guya mәni sevirdi, mәnimlә birgә nәfәs
alırdı, hәtta axırda bir milyon dәfә mәni öpürdü. Mәn mәktubla әlaqәdar bir neçә gün düşünmәli
oldum: “Bunu kim yazıb, niyә yazıb? Kim tәşkil elәtdirib, nә mәqsәdlә elәtdirib?” Mәktubu
cibimdә gәzdirir, hәm dә xәtti axtarırdım. Evimizin xanımı heç vaxt әlini mәnim cibimә
salmazdı. Ehtiyac olanda paltarı yanıma gәtirәrdi. Tәsadüfәn bu dәfә kostyumumu ütülәyәndә
mәktub gözünә sataşıb (mәktub çox qәribә rәngli mürәkkәblә, orijinal xәttlә yazılmışdı, ona görә
dә başqa kağızlar arasında seçilirdi), açıb oxuyubdur. Sonra da Solmaz xanım kimi gәtirib
qabağıma qoymuşdu. Mәn mәktubun qәsdәn tәşkil olunduğunu bildirmişdim. Ancaq qadın
ürәyidir dә... Bir balaca incimişdi.
Mәn bu hadisәni Ağakişiyә danışanda mәndәn dә bәrk gülmüş vә demişdi:- Allahıma qurban
olum, nә yaxşı biabır olmusan?
İndi ona görә sözünü özünә qaytarır, әlimә әla fakt keçdiyi üçün sevinirdim. Vә o vaxt
demişdim:- Ağakişi, gülmә qonşuna gәlәr başına.
O cavab vermişdi:- Mәn sәnin kimi kәlәk iş görmürәm ki, başıma da gәlә.
Sonralar ikilikdә, ya ailәvi bir yerdә olanda bu hadisәlәri yada salır, doyunca gülürdük.
Doğru deyirlәr ki, tarix tәkrar olunur. Tarix bәzәn zarafat hadisәlәrin real oxşar variantlarını da
yaradır. Bu qәribә hadisәni mәn bir tanışımdan eşitmişәm: üç yoldaş, üç orta yaşlı ziyalı ailәlәri
ilә birlikdә kurort şәhәrlәrindәn birinә istirahәtә gedirlәr. Yoldaşlardan birinin arvadı hәddindәn
artıq qısqanc imiş. Ərinin gününü göy әskiyә düyübmüş. Amma kişinin dә canında da az yox
imiş.
Bir gün qadın hövlnak halda özünü evә yetirir vә әrinә deyir:
- Bu saat mağazadan çay alanda, pәncәrәdәn baxıb gördüm ki, sәnin istәkli yoldaşın (qalan iki
yoldaşdan birinin adını çәkir) bağda ağacların arasında bir qadınla söhәt edir. Hәlә günün-
günorta çağı öpüşdülәr dә.
Ər tutulub bir müddәt danışmır. Sonra deyir:
- İnanmıram, ola bilmәz. O elә oğlan deyil.
Qadın әsәbilәşir:- Gözümlә görmüşәm. Nahaq yerә tәriflәmә.


                                                74
Ər pis vәziyyәtdә qalır. Bir tәrәfdәn yoldaşını müdafiә etmәk istәyir. Qorxur ki, açıb qadınlara
da desin. İkinci tәrәfdәn susur, istәmir ki, günahkar yoldaşını müdafiә etmәklә özünün haqqında
da şübhәlәri dәrinlәşdirsin. Bu istirahәtdә ona baha başa gәlәrdi. Ancaq yenә dә birinci yolu
seçir:
- Bir yaxşı-yaxşı fikirlәş. Bәzәn adamın gözü alacalanır. Bәzәn dә olur ki, bir adamı uzaqdan
kimә isә oxşadırsan, hәtta salam vermәyә dә hazırlaşırsan. Yaxına gәlәndә görürsәn ki, hәmin
adam deyil. Bәlkә sәndә dә elә olub. Axı, vallah, o, tәrbiyәli oğlandır.
Qadının cin başına vurur:
- Hә, müdafiә elә. Hamınız bir bezin qırağısınız.
Ər susur, guya ki dilxor olur, yoldaşının pis hәrәkәtinin peşmançılığını çәkir:
- Sәn mәni bağışla. Mәn onun yerinә sadәcә olaraq xәcalәt çәkirәm. Tfu, gör mәn kiminlә
yoldaşlıq elәmişәm ey! Mәn artıq ona nifrәt elәyirәm. Görünür oturub-durduğum adamları hәlә
dә yaxşı tanımamışam.
Qadın nәfәsini dәrmәyib qonşuya gedir. İkinci yoldaşın arvadına da xәbәr verir. Ər isә bir
bәhanә ilә evdәn çıxır, arvadla olan söhbәtlәri “günahkara” xәbәr verir. Üstәlik bunu da deyir:
- Mәni bağışla, özümün qorxumdan sәnә o ki, var nifrәt yağdırmışam.
Yoldaşı gülümsüyür:
- Yaxşı elәyib mәnә nifrәt yağdırmısan. Ancaq gülmә qonşuna, gәlәr başına...
Doğrudan da gülür qonşusuna, gәlir başına: günlәrin birindә yoldaşlar gölә çimmәyә gedirlәr.
Görürlәr ki, orta yaşlı yarıçılpaq bir qadın tәkcә balaca qayıqda әylәşib. Ağır-ağır avar çәkir.
Qadın nә qadın: elә bil suda zanbaq açıb. Sir- sifәt, üz- göz, sinә, kürәk, çiyin, boyun- boğaz,
qol- qanad işıq saçır. Hәrdәn o yan- bu yana boylanır. Yaxına gәlәndә yoldaşların maraqla
baxdıqlarını görüb xәfifcә gülümsәyir. Yoldaşların üçünün dә ürәyinә od düşür. Çimmәk- zad
yaddan çıxır. Oturub zanbaq- xanımın çıxmasını gözlәyirlәr. Zanbaq xanım göldәn çıxır, duş
qәbul edir. Geyinib- keçinir. Özünü qaydaya salır. Avtobus dayanacağına gәlir. O indi xüsusilә
gözәl görünür.
Yoldaşlar ona yaxınlaşır:
- Xanım, icazә verin tanış olaq.
- Mәmnuniyyәtlә,- deyib әl uzadır. İrkutskdanam. Adım da filankәsdir.
- Çox gözәl,- deyә yoldaşlar da özlәrini tәqdim edirlәr. Avtobusa birlikdә әylәşirlәr. Tezliklә bir-
birilәrinә isinişirlәr.
Bәs sonra nә etmәli? Bir qәdәr dә şәhәr parkında gәzirlәr. Dostlar zanbaq xanımı dondurmaya
qonaq edirlәr. Artıq hava qaralır, yağış başlayır. Yoldaşlar öz aralarında mәslәhәtlәşirlәr: Zanbaq
xanımla kim getsin, kimlәr onu gözlәsin. Belә qәrara gәlirlәr ki, qısqanc xanımın әri getsin.
Yoldaşları gözlәsinlәr. Axşam saat 10-da telefon danışığı mәntәqәsi qarşısında görüşüb evә
gәlsinlәr. Zanbaq xanımla qısqanc qadının әri meşәyә tәrәf üz tutdular. Qalan iki yoldaş isә
yağışdan qorunmaq üçün bir talvarın altında daldalanırlar.Bilet alıb kinoya girirlәr. Film qurtarır.
Saat 10- a az qalır. Gözlәyirlәr saat on olur, on birin yarısı olur. Qısqanc xanımın әri isә gәlib
çıxmaq bilmir. Qalxıb danışıq mәntәqәsinin gözlәmә otağında әylәşirlәr. Saat on bir olur. Yenә
dә qısqanc xanımın әrindәn bir xәbәr- әtәr yoxdur. Darıxırlar. Axı evdә yol gözlәyәnlәri var!
Nәhayәt әsәbilәşib evә qayıdırlar. Artıq yağış da kәsib. Evә yaxınlaşanda gözlәrinә inanmırlar:
qısqanc qadın küçәdә dayanıb әrinin yolunu gözlәyir.
Ərini onların yanında görmәyib hәyәcanlanır:
- Bәs filankәs hanı?
Cavab verirlәr:
- Kinodan çıxdıq, yolda bir tanışla rastlaşdı. Darıxma, indi gәlәr.
Qısqanc xanım evә qayıdır, әsәbdәn cilov gәmirir. Xeyli vaxt keçmiş әr qapının zәngini basır.
Qısqanc xanım әl- ayağı әsә- әsә qalxıb qapını açır. Hirsindәn gözlәri bәrәlә qalır: әr islanıb
cücәyә dönübdür:
- Bәs necә olur ki, kinoya girәnlәrin ikisi qup- quru, üçüncüsü suyun içindә?
Qәzәblә soruşur:
- Hardan gәlirsәn?

                                                 75
Ər mәsәlәnin tündlüyünü görüb astadan cavab verir:
- Gәzmәyә getmişdik. Bir az yubandıq. İndi gәldik, onlar getdi evә, mәn dә ki, sәnin qarşında
dayanmışam.
Qısqanc xanım daha da cinlәnir:
- Yoldaşların saat yarımdır gәliblәr. Üst-başları da qup-quru. Düzünü de, hardan gәlirsәn, yoxsa
bu saat özümü boğub öldürәcәyәm.
Əlini divardan asılan kәndirә uzadır.
Ər yazıq- yazıq:
- Sәn ağıllı xanımsan, elә iş görmәzsәn,- deyir. Mәn sәnә heç vaxt yalan danışmamışam. Sәbrini
bas gәl oturaq. Hamısını danışaram. Parka getdik. Yerlilәrimizә rast gәldik. Mәcbur elәdilәr açıq
havada şam yemәyi yedik. Mәcbur elәdilәr adama yüz- yüz әlli qram da içdik.
Qısqanc qadın özünü didib- tökmәk istәyir. Ər qolundan yapışıb, onu ayağa qaldırır:
- Xahiş edirәm özünü әlә al. Əsәblәrini qoru. Hәlә uşaqlarımız körpәdir.
Kişi deyir, qadın deyir. Qadın qışqırır, kişi sakitlәşdirir, ilan dili çıxarır. Axır ki, sәhәri gözlәri ilә
açırlar. Sәhәr bütün günü nә qadın evdәn çıxır, nә kişi. Nә evdә xörәk bişir, nә çaydan
qaynayır...
İki gündәn sonra qısqanc qadının әri evdәn çölә çıxır. Yoldaşlarının çağırışına cavab verir.
Yaxındakı parka gedirlәr. Skamyada әylәşirlәr. Yoldaşları sual verib hadisәnin nә ilә qurtardığını
öyrәnmәk istәyirlәr. Qısqanc qadının әri açılır, nә açılır:
- Sizdәn möhkәm incimişәm. Vәfasız adamlarmışsınız.
- Niyә?
- Hәlә bir niyәsi dә var?
- Qoy biz sәndәn inciyәk ki, saat ona demisәn, on ikinin yarısında da gәlib çıxmamısan. Evdә
nigaran olublar.
- Yaxşı bәs siz evә tez gәlәndә bilmirdiniz ki, mәnim başıma bu iş gәlәcәk?
- Başqa çarәmiz yox idi. Ayrı neylәyә bilәrdik?
- Yaxşı bәs onu da bilmirdiniz ki, mәn islanıb gәlәcәyәm?
- Tәxminәn bilirdik. Sәni necә quruda bilәrdik?
- Mәni qurutmaq lazım deyil. Ola bilmәzdi ki, özünüzü bir az islada idiniz?
- Axı necә islada idik? Kinoya girdik. Ordan çıxanda da yağış kәsmişdi.
- Fәrz edәk ki, yağış kәsmişdi. Yaxşı, әyilib çayın, bulağın, lap elә gölmәçәnin suyundan bir az
oranıza- buranıza, başınıza, üz-gözünüzә sәpә bilmәzdiniz?
Dostlar uğunub gedirlәr. Qısqanc qadının әri bir az da ciddilәşir:
- Hәr halda mәn sizi belә bilmәzdim. Mәni pis vәziyyәtdә qoydunuz. And olsun allaha, xanım bu
gecә dünyanı dağıdırdı...
Yoldaşlardan biri sözә-söz qatır:
- Əşi, ta dilxor olma. De, görәk necә keçdi?
Qısqanc xanımın әrinin üzündә tәbәssüm oynayır.
- Əla. Zalım qızı qaranlıq meşәdә dә işıq saçırdı. Başım nә tәhәr qarışıbsa, nә yağış mәnә tәsir
elәyib, nә saat yadıma düşüb, nә dә siz. Heyf ki, burnumdan gәldi.
Yoldaşlardan biri (bir neçә gün әvvәl başına iş gәlәn) toxtaxlıq verir:
- Əşi, olan işdir, çox ürәyinә salma. Bir dә yadındadırmı ki, sәnә dedim gülmә qonşuna, gәlәr
başına...
Üçü dә әllәrini dizlәrinә vurub gülürlәr. Saata baxıb, evә tәlәsirlәr...
Bu hadisәni eşidәndә dedim: “Allah sәnә rәhmәt elәsin, Ağakişi. Bunların yanında biz toya
getmәli imişik ki...”
Yaxın ünsiyyәtdә olduğum yoldaşlarımdan biri Seyidli Azad bәyin oğlu Famil Şirinov idi. O da
çox erkәn dünyasını dәyişdi. İnstitut illәrindә gülәşmә ilә mәşğul olurdu. Əsl pәhlәvan cüssәsi
vardı. Uzun müddәt Şuşada çörәk zavodunun direktoru işlәdi. Şuşaya gәlәn tanış- bilişlәrin çoxu
gәrәk onun qonağı olaydı. Elәdiyi yaxşılığı, göstәrdiyi hörmәti heç vaxt adamın üzünә vurmazdı.
Dar günün, bәrk ayağın adamı idi. 1965-ci ildә uzun müddәtli üzücü xәstәxana hәyatından sonra
hәkim Veyisovun tәkidi ilә Şuşaya gәldikdә mәni ilk qarşılayan Famil oldu. Ucuz bir otaq kirayә

                                                    76
tutduq. Doğrudur, mәn çox gәzә bilmirdim. Bununla belә Famil mәni tәk qoymurdu. Bir gün
mebel dünyasında mәnә dördtәkәrli arabacıq göstәrdi. Dedi ki, ilk ayaq açan uşaq üçündür.
Bәlkә Şamilә (böyük oğlum o vaxt 8- 9 aylıq idi, hәlә yerimirdi) alaq. Ancaq dükan bağlı idi.
Dükançını soruşdu, gördüm deyәn olmadı. Onu axtarıb tapmayınca rahatlaşmadı. Arabacığı alıb
evә apardıq. Şamil darkeş eyvanda arabacıqdan tutan kimi, addım atıb yerimәyә başladı. Çox
sevindik. Famil mәni xәstәlik fikrimdәn ayırmaq üçül maraqlı, gülmәli hadisәlәr danışırdı.
Bu hadisә isә öz başına gәlmişdi: Sәhәr evdәn çıxmaq istәyәndә Sevil (hәyat yoldaşı) ona xas
olmayan bir tәrzdә qaş- qabağını tökdü vә narazılıq elәdi. Dedi:
- Sәhәr çıxıb, axşam gәlirsәn. Srağagündәn evdә bir qram әt yoxdur. Vecinә deyil.
Tәpinib dedim:
- Aaz, artıq- әskik danışma. Ət yoxdur, denәn alım. Bu gün bütöv bir cәmdәk alıb gәtirәrәm. Bu
nә sözdü, bu nә danışıqdı.
Qapıdan çıxdım. İşә gәlәn kimi cavan fәhlәni çağırıb dedim:
- Ala bu pulu vә zәnbili. Gedәrsәn qәssab filankәsin yanına, 5- 6 kilo yaxşı әt alarsan. Alma,
armud, hәrәsindәn 3- 4 kilo. Pamidor, xiyar. Göy- göyәrti. Alıb aparıb bizim evә verәrsәn. Ordan
da evinizә gedәrsәn. Üstәlik soruşdum ki, bizim evi tanıyırsanmı? Dedi, hә, tanıyıram.
Bütün günü rahatlaşıb işlәrimlә mәşğul oldum. Şuşaya tәzә gәlәn yoldaşlarla, qonaqlarla
görüşdüm. Sәhәrki söz- söhbәtә görә gecәyә qalmadım. Erkәn evә gәldim. Axşam saat on olardı.
On birә işlәyәrdi. Pillәkanı qalxanda gördüm otağımızda işıq yanmır. Qapının zәngini basdım.
Sevil yuxudan oyanıb qapını açdı vә yenә yataq otağına keçdi. Mәәttәl qaldım: bunlar niyә belә
tez yatıb?! Ağlıma heç nә gәlmәdi. Otaqda yemәk iyi hiss elәmәdim. Ona görә dә Sevili
çağırdım:
- Aaz, axşamdan niyә doluşmusunuz yerә? Dur bir tikә çörәk ver yeyim.
Sevil himә bәnd imiş, durub bәri keçdi, açıldı, nә açıldı:
- Mәni әlә salırsan? Sәhәr demәdim ki, evdә yemәyә heç nә yoxdu? Deyәsәn evә gәlәnnәn-
gәlәnә yadına düşür yemәk? Bәs sәhәr sәnә nә dedim?
Qulaqlarıma inanmadım:
- Aaz, deyәsәn mәni dolayırsan? Bәs hanı alıb göndәrdiyim bir at yükü şey?
Yenә eyni әsәbiliklә cavab verdi:
- Nә at yükü şey gәlib, nә eşşәk yükü şey. Bәlkә ayrı yerdә arvadın- zadın var, dolaşıq salıb ora
göndәrmisәn?
Daha dözmәyib tәpindim:
- Boş-boş danışma. Nә arvad, nә filan... Deyirәm bazarlıq elәyib göndәrmişәm dә.
O da eyni әsәbiliklә:
- Göndәrmisәn bәs hanı, yemişәm?
İndi mәnә aydın oldu ki, işçim işlәri dolaşıq salıb. Sәhәr işә gәlәn kimi hәmin oğlanı çağırtdırıb
dedim:
- Ə, bәs dünәn aldığın şeylәri hara aparıb vermisәn?
Dedi müdir sizin evinizә aparıb vermişәm.
Dedim:
- Ə, yarıtmaz oğlu, yarıtmaz, nә tәhәr aparıb vermisәn ki, evdә heç nә yoxdur? Oğlan and- aman
elәdi ki, aparıb evinizә vermişәm. Dedim dur düş qabağıma gedәk bizim evi göstәr görüm.
Gәlәm görәm, zәnbili aparıb qonşuya verib.
Bununla da qonşuda böyük bir dava- şava qopub. Hәtta qonşu qәmәltini götürüb arvıdını
öldürürmüş, qonşular tökülüb qoymayıb. Demә qısqanc kişi evә gәlәndә görür ki, evdә yerdәn
qaldırmaq mümkün olmayan bir zәnbil var.
Onsuz da arvadından şübhәli olan kişi daha da şübhәlәnir vә soruşur:
- Bu nә zәnbildi, belә?
Arvad cavab verir:
- Sәnin göndәrdiyin zәnbildir dә. Kişinin qәlbini şübhәlәr didir, cin atına minir:
- Deyirsәn mәn göndәrmişәm hә? Yumruğunu göyә qaldırır:
- Köpәyin qızı, de görüm bu zәnbili kim göndәrib?

                                                77
Qadın da hirslәnir:
- Kimim var, kim göndәrә? Nә bilim kim göndәrib? Get öyrәn gör kim göndәrib?
Kişinin şübhәsi birә- beş artır:
- Demәli, boynuna almaq istәmirsәn? Əlini çörәk bıçağına atır:
- Köpәyin qızı, başını kәsәcәyәm. De görüm zәnbili kim göndәrib?
Sәs- küyә, uşaqların qışqırığına yaxın qonşular gәlir. Kişini sakitlәşdirir, әlindәn bıçağı alırlar:
- Bir hövsәlә elәsәnә? Sәhәr açılar, aydınlaşdırarsınız nә mәsәlәdir.
Sәhәr aydınlaşır ki, burada heç bir dolaşıq iş yoxdur. Sadәcә olaraq mәnim göndәrdiyim zәnbil
sәhvәn gedib başqa ünvana çatıb. Ancaq bu sәhv iki ailәyә baha başa gәldi. Qonşular
tökülüşmәsә kişi arvadını öldürәcәkmiş.
Oxucu bu hadisәni gәrәk Familin öz dilindәn eşidәydi. Onun nağılının dadını, duzunu da
duyaydı. Gülüşünün sәmimiyyәtini, istiliyini hiss edәydi...

Əlbәttә, qәlәm yoldaşlarımla, dostlarımla әlaqәlәrim daha çox yaradıcılıq tellәri ilә bağlı idi.
Ancaq bununla belә biz bir-birimizin hәyatına, taleyinә dә biganә qalmamışıq. Əli Vәliyev,
Mirzә İbrahimov, Süleyman Vәliyev, Bayram Bayramov, Mәmmәd Rahim, Nәbi Xәzri, Sabir
Əhmәdli, Cәmil Əlibәyov, Əlfi Qasımov, Qabil, Çingiz Hüseynov, Xәlil Rza, Nәriman
Hәsәnzadә, Tofiq Mütәllibov, Şükür Xanlarov, Mәmmәd Araz, Şahmar Əkbәrzadә, Ənvәr Rza
vә başqa yazıçı vә şairlәrlә sıx әlaqәmiz olubdur. Xüsusilә çәtin mәqamlarda, dar gündә onların
kömәyini hiss etmişәm. Haradasa, mәn dә onlara kömәk әlimi uzatmışam. Bir-birimizә arxa-
dayaq olmuşuq. Dәrd- sәrimizi bölüşmüşük. Bizi birlәşdirәn tellәr daha möhkәm olduğundan
küsәndә dә, inciyәndә dә, necә deyәrlәr, dәrhal hәr şeyi vurub dağıtmamışıq.

Qәribәdir ki, әn böyük hörmәti dә Əli Vәliyevdәn görmüşәm, әn ağır zәrbәni dә ondan almışam.
Amma aradakı soyuqluq uzun çәkmәyib. Yadımdadır, Əli müәllimin altmış illiyi ilә әlaqәdar
aşağıdakı tәrkibdә sәfәrә çıxdıq: Əli Vәliyev, Mәmmәd Rahim, Bayram Bayramov, Qulu
Xәlilov, Qasım Qasımzadә, Hüseyn Abbaszadә vә mәn. Əvvәl Naxçıvanda görüşlәrimiz oldu.
Sonra Şahbuzda. Ordan Sisyana- Ağdüyә gәldik. Sonrakı yubiley tәdbirlәri Qubadlıda, Laçında,
Şuşada, nәhayәt Ağdamda keçirildi. Mәn hәlә Bakıdan Ağdama- Rәşid Babayevә zәng vurub
xahiş etmişdim ki, bu tәdbirә xüsusilә hazırlaşsınlar. Ağdamda daha yaxşı keçsin. Belә dә oldu.
Rәşid gözәl bir xalı, qol saatı hәdiyyә hazırlatmışdı. Yubiley tәdbiri yığıncaqda Əli müәllimin
çıxışına qәdәr әla keçdi. Çıxış edib Əli müәllim haqqında әn sәmimi ürәk sözlәrimizi dedik.
Hәtta yığıncağın gedişindә qәribә bir hadisә dә baş verdi: Çıxış etmәk üçün söz Rәşid Babayevin
başçılıq etdiyi sovxozun hәmkarlar komitәsinin sәdri Mәmmәd Hәsәnova verildi. O, hәdiyyә
xalçanı vә qol saatını bir kәnara qoyub әvvәlcәdәn hazırlanmış tәbrikin mәtnini oxumağa
başladı. Sәhnәni tәrk edib su başına gedәn Əli müәllimdәn (Əli müәllimin hәmin günlәrdә
xәstәliyi qüvvәtlәnmişdi, onu tez-tez sidik qovurdu) xәbәri yox idi. Mәtni oxuyub qurtarandan
sonra saatı vә xalçanı götürüb yubilyara müraciәt etdi:
- Əli, müәllim, icazә verin sovxoz kollektivi adından bu hәdiyyәlәri Sizә tәqdim edim. Əli
müәllim tәrәfә addımlamaq istәyәndә gördü ki, Əli müәllim yerindә yoxdur, tәәccüblә dedi:
- Bıy, bismillah, bu kişi necә oldu?

Zaldakılar bәrk gülüşdülәr. Əli müәllim rәyasәt heyәtinә qayıdanda gülüş yenidәn başladı.
Sәmimi alqışlar altında Əli müәllim hәdiyyәlәri qәbul etdi. Ancaq Əli müәllimin çıxışı alınmadı.
Sәbәbi dә Qarabağda, Ağdamda hamının obyektiv vә prinsipal insan kimi tanıdığı vә hörmәt
bәslәdiyi Əli Vәliyevin çıxışındakı qeyri- obyektiv mәqam oldu. Əli müәllim işdәn çıxarılmış
hәmyerlisi- ticarәt işçisini әn tәmiz adam kimi müdafiә etdi vә hәtta onu Qarabağda bir nömrәli
kişi adlandırdı. Bu zalda çox pis әks- sәda verdi. Yığıncaq qurtaranda onlarla adam mәnә
yaxınlaşıb Əli müәllimin çıxışından narazı qaldıqlarını bildirdilәr. Mәnim Əli müәllimi açıq
müdafiәm dә onların xoşuna gәlmәdi.
Axşamüstü Qәrvәnd kәndindә çox sәliqәli qonaq evindә Əli müәllimin, qonaqların şәrәfinә
ziyafәt tәşkil olundu. Burada Mәmmәd Rahim Əli müәllimin bayaqkı sәhvini tәkrar etdi. Əslәn

                                                  78
Qarabağlı olmayan bir nәfәr haqqında sağlıq dedi vә onu Qarabağda iki kişinin biri kimi
qiymәtlәndirdi. Süfrә arxasında oturan hәqiqi Qarabağ kişilәri bir-birinin üzünә baxdı. Gizlincә
әllәrini süfrәdәn çәkdilәr.

Mәn daha dözә bilmәdim, söz aldım:- Mәnim hәm gündüz yığıncağında, hәm dә burada süfrә
arxasında haqqında söhbәt gedәn adamlara hörmәtim var. Ancaq gәlin insanlar haqqında
danışanda onları “bir nömrәli kişi”, “iki nömrәli kişi” deyә nömrәlәmәyәk. Qarabağda yaxşı
kişilәr çoxdur. Onların hamısının birlikdә sağlığına badә qaldırmağı tәklif edirәm.
Sözlәrim Əli Vәliyev vә Mәmmәd Rahimdәn başqa hamının ürәyindәn oldu. Əlbәttә, mәn
onların könlünü almağa çalışdım...

İkinci incikliyimiz Əli Vәliyevlә oldu vә bir qәdәr uzun çәkdi. Yazıçılar İttifaqının tikdirdiyi
yaşayış binasının bölüşdürülmәsi ilә әlaqәdar yaradılan komissiyaya Əli Vәliyev rәhbәrlik
edirdi. Bu mәnim ürәyimdәn idi. Əvvәla, Əli müәllimin obyektivliyini, yetim- yesir, kasıb-
kusub tәrәfdarı olmasına heç bir şübhә yox idi. İkincisi, mәnim mәnzil şәraitim çox pis idi.
Üçüncüsü, Əli Vәliyevlә ata- oğulluq münasibәtimiz vardı. Ona görә dә tәzә mәnzil alacağıma
tam arxayın idim. Ancaq bu әrәfәdә qaynatam Qara Əbdülhüseyn oğlu Ağdamda vәfat etdi.
Başım yasa qarışdı. O vaxt gәldim ki, mәnzil bölgüsünün son mәrhәlәsidir. Ağdama
getmәmişdәn qabaq mәnә Mirzә İbrahimov demişdi ki, sәnә üç otaqdan ibarәt mәnzil nәzәrdә
tutulubdur, adın siyahıdadır. Ancaq bir neçә gündәn sonra Mirzә müәllim Moskvada işinin
olduğunu bәhanә edib komissiyanın fәaliyyәtindәn uzaqlaşmışdı. Yazıçılar İttifaqına gәldim. Bu
vaxt Əli Vәliyev vә daha İki-üç nәfәr sәdrin otağından çıxdılar. Salam- kәlamsız böyrümdәn
ötdülәr. Mәn Əli müәllimә müraciәt etmәk istәdim. Ancaq düz keçdi. Elә bil bina başıma uçdu:
“doğrudanmı bu mәnim başımın qarışıq olduğu beş- on gündә dünya o qәdәr dәyişib ki, sәnin
sәcdә etdiyin, hәmişә hörmәt gördüyün Əli Vәliyev indi salamını almır?”
Pillәkanları enib küçәyә düşdüm. Süleyman Rüstәm vә iki nәfәr dә tәnqidçi dayanmışdılar.
Süleyman müәllim dәrhal pәrtliyimi hiss edib soruşdu:
- Niyә belә dilxorsan?
Mәn dedim:
- Kaş qıçım sınaydı, bu gün bura gәlmәyәydim.
Sәbәbini soruşdu. Açıq dedim:
- Əli müәllimә söz demәk istәdim, yanımdan düz keçdi, üzümә baxmadı.

Elә bu vaxt Əli Veliyev küçәnin әks tәrәfindә maşına oturmaq istәyәrkәn mәnә әl elәdi. İçimdәki
zәhrimara dönmüş mәğrurluq hissi mәni qoymadı gedәm onun yanına. Özümü görmәmәzliyә
vurdum. Evә gәldim. Onsuz da yas içindәydim. Bir tәrәfdәn dә bu qanqaralığı. İlan vuran yatdı,
mәn yatmadım. Sәhәrisi gün Yazıçılar İttifaqına gәlәn kimi Əli müәllim mәni üç- dörd nәfәrlә
birlikdә oturduğu otağa cağırdı vә acıqlı- acıqlı dedi:
- Bәli, Famil Mehdi, mәn Lәmbәranskiyәm. Qabaq qapıdan girirәm, dal qapıdan çıxıram. Dal
qapıdan girirәm, qabaq qapıdan çıxıram.
Mәn tәәccüblә soruşdum:
- Əli müәllim, bu nә sözdür belә deyirsiniz?
Sualımın cavabında yenә eyni sözlәri bir az-da ucadan tәkrar etdi:
- Bәli, mәn Lәmbәranskiyәm. Qabaq qapıdan girirәm, dal qapıdan çıxıram. Dal qapıdan girirәm,
qabaq qapıdan çıxıram.
Bu söz mәnә çox yersiz göründü vә mәni hövsәlәdәn çıxartdı. Ancaq qarşımdakının Əli Veliyev
olduğunu hiss edib sözümü uddum.
Yenә әsәbi halda soruşdu:
- Ailәdә neçә nәfәrsiniz?
Dedim yeddi nәfәr. Dedi say görüm. Saymağa başladım: atam, anam... Sözümü ağzımda qoydu:
- Atanın, ananın sәnә nә dәxli var...


                                               79
Mәni od götürdü: “Axı, necә yәni ata- ananın mәnә dәxli yoxdur?” Axı Əli müәllim yaxşı bilirdi
ki, onlar mәnim yanımda olurlar. Axı o, atamın xәstә olduğunu, son vaxtlar gözlәrinin işığını
itirdiyindәn dә xәbәrdar idi. Axı, Əli müәllim iki dәfә respublika qanköçürmә institutunun
direktoru Gürşad Hüseynova zәng edib atamın orada müalicә olunmasında kömәklik
göstәrmişdi. Bәs bunları bilә- bilә Əli müәllim niyә belә deyirdi? Ümumiyyәtlә, niyә mәndәn
üzü dönmüşdü? Bәs bu tәhqirә mәn niyә dözürdüm?
Yox, dözmәdim, açıldım, nә açıldım:
- Əli müәllim, dünyada hәr kim ata- anasından üz döndәrsә dә mәn döndәrmәyәcәyәm. Quru
asfaltın üstündә yatası olsam da ata- anamla birlikdә yatacağam.
Belәliklә dә mәnzil almaq ümidini itirdim. Ancaq peşman olmadım. Sözümü yeyib, ikiqat әyilib
mәnzil alsaydım, özümü bağışlamazdım. Mәnzil alanların siyahısı elan olunmamışdan beş- on
dәqiqә qabaq Mehdi Hüseyn mәni komissiya üzvlәri toplaşan otağa- sәdrin öz otağına çağırdı vә
dedi:
- Famil, sәnin mәnzil şәraitinin pis olmasını Mәmmәd Rahim indi mәnә dedi. Mәn sәnә söz
verirәm ki, lap yaxın vaxtlarda sәnә ev alacağam.
Mәn bir qәdәr kövrәk halda cavab verdim:
- Mәnә ev- zad lazım deyil.
Əlini sinәsindәki SSRİ xalq deputatı nişanının üstünә qoydu:
- Mәn deputatam,- dedi,- gücüm çatar sәnә mәnzil alım. Üstәlik dә әlavә etdi:
- Sәn bilirsәn ki, mәnim vur- tut bir oğlum var. Əlinin canı üçün sәnә tezliklә ev alacağam.
Mәn otaqdan çıxdım. Tәxminәn iki hәftәdәn sonra xәstәlәnib xәstәxanaya düşdüm. Orada
eşitdim ki, Mehdi Hüseyn iş otağında ürәyi partlayıb ölüb. Yoldaşlarımdan tәxminәn yeddi-
sәkkiz il sonra mәnzil aldım. Əvvәl İmran Qasımovun, sonra isә Anarın kömәkliyi ilә. Əlbәttә
gec ev almağım mәnә ağır zәrbә oldu. Bir ilә qәdәr davam edәn xәstәliyim dә, mәnzil
şәraitimizin pisliyinin dә böyük tәsiri oldu.
Ancaq mәn Əli Vәliyevlә çox küsülü qalmadım. Onun mәrdliyi, kişiliyi mәni mәcbur etdi, Əli
müәllimә әl uzatdım. Hörmәtini saxladım. Haqsız söz- söhbәtlәrdәn qorumağa çalışdım. Hәtta
böyük yazıçımız Süleyman Rәhimovla onu barışdırmaq üçün tәşәbbüskar oldum.
...Bir dәfә indiki İstiqlal küçәsindә köşkdәn qәzet alırdım. Süleyman Rәhimov gәldi. Ona da
qәzet aldım. Ayrılıb iyirmi- otuz addım getmişdi ki, mәni çağırdı. Qayıdıb yanına gәldim.
Dedi:- Sәndәn bir söz soruşmaq istәyirәm. Sәni görәndә yadımdan çıxır, sәn olmayanda yadıma
düşür.
Dedim:- Buyurun, Süleyman müәllim. Fikirlәşdim görәsәn nә soruşacaq mәndәn.
Dedi:- Sәn de görüm mәnim yubiley qonaqlığımda iştirak etmisәn ya yox? Süleyman müәllimin
bu sualı mәnә qәribә göründü. Əvvәla onun 60 illik yubileyindәn dörd- beş il keçirdi. İkincisi, bu
nә böyük mәsәlәdir ki, nәhәng yazıçı onu bu illәr әrzindә yadında saxlayıb? Üçüncüsü dә axı,
mәn cavan bir adam...
Elә cavabım da bu tәrzdә oldu:
- Süleyman müәllim bu nә böyük işdir ki, siz buna bu qәdәr böyük әhәmiyyәt verirsiniz?
Dedi:- Mәnә çavab ver görüm mәclisimdә olmusan ya yox?
- Dedim, bәli, olmuşam.
Dedi:- Sübut edә bilәrsәnmi?
- Dedim, bәli, elәyәrәm. Mәclisinizin qeyri- rәsmi hissәsi “İnturist” mehmanxanasının
restoranında oldu. Hәlә sağlıq da dedim. Eşitmişdim ki, Əli Vәliyevlә aranız bir az dәyib. Ona
görә ikinizin sağlığınıza badә qaldırmağı tәklif etdim. Sizi Şәkidә Xan Sarayı binası qarşısındakı
qoşa nәhәng çinar ağacı ilә müqayisә etdim. Bir mәqsәdim dә sizin barışmağınız idi.
Gülümsünüb dedi:
- Hә, indi yadıma düşdü. Bizim o çinarla müqayisә edilmәyimiz yadıma düşdü. Demәli o sәn
imişsәn. Yaxşı elәmisәn, sağ ol. Əli Qara oğlu bir az tez küsәndi. Mәn dә istәyirdim barışaq.
Amma Əli Qara oğlu ipә- sapa yatmırdi. Sonra barışdıq.
Mәn ayrılanda yenә soruşdum:


                                                80
- Süleyman müәllim, sәn allah bu xırda bir şeyi bir belә vaxt әrzindә nә tәhәr olub yadınızda
saxlamısınız.
Dedi unutma:- Ağac sәmtinә yıxılar!
Dedi vә uzaqlaşdı...
Bәli, mәnim dә Əli Vәliyevlә küsülülük saxlamağa mәnәvi haqqım yox idi. Əli müәllim bu
cәhәtdәn dә bizә nümunә idi. Yadımdadır, әlimizә tәzәcә qәlәm alan vaxtlarımız idi. Əli
müәllim “Azәrbaycan” jurnalına redaktorluq edirdi. Bir dәfә dedilәr ki, Əli Vәliyev sәni axtarır.
Otağına getdim.
İlk sözü mәnә bu oldu:
- Famil, get Şükür Xanlarovu tap vә onunla barış.
İstәdim deyim ki, Əli müәllim, axı Şükür Xanlarov mәnim gәnclik dostumdur. Bizim aramızda
elә bir şey olmayıb.
O sözümü demәyә imkan vermәdi:
- Get Şükür Xanlarovu tap vә barışın.
Mәn otaqdan çıxdım. Sonra mәlum oldu ki, Şükür mәndәn Əli müәllimә nәsә gileylәnibdir. Biz
görüşüb Əli müәllimin yanına gәldik. Sevindi:
- Hә, bax, belә,- dedi- De, gedin işinizlә mәşğul olun...
Əli müәllimin mәrdliyi, düzlüyü, Haqq-әdalәt tәrәfdarı olması barәdә qalın kitab yazmaq olar.
Danışırlar ki, 50-ci illәrin әvvәllәrindә Bağırov Sәmәd Vurğunu dolaşdırmaq istәyir. Hәqiqәtәn
dә o vaxt öz qәlәm yoldaşları da Moskvaya Sәmәd haqda çox pis teleqram vurmuşdular (Yәqin
teleqramı da yuxarılar tәşkil etmiş imiş). Hәtta Sәmәd Vurğunu saxta xәlqilikdә ittiham
edәnlәrin әleyhinә şairin “Literaturnaya qazeta”da “Pravda poeta” adlı çox kәskin mәqalәsi dә
dәrc olunmuşdu. Doğrudan da, S.Vurğuna o vaxt pis münasibәti sübut edәn bir faktın şahidi
olmuşdum. Mәn Sәmәd Vurğunun publisistikası ilә bağlı namizәdlik dissertasiyası yazarkәn
öyrәndim ki, Sәmәd Vurğun Muğana gedib, oçerk yazıb “Kommunist” qәzetinә tәqdim edib.
Ancaq yuxarılardan ehtiyat edәn redaksiya oçerki dәrc etmәyib. O vaxt jurnalist- yazıçı Rza
Şahvәlәd qәzetin әdәbiyyat şöbәsi müdiri, şair Adil Babayev isә әdәbi işçi idi. Adil Babayev
nәql edirdi ki, Sәmәd tez-tez redaksiyaya zәng edir, oçerk haqda soruşurdu. Rza müәllim
bilmirdi Sәmәdә necә desin ki, oçerk dәrc olunmayacaq. Ona görә dә telefonda Sәmәdlә
danışmaqdan qaçırdı. Bir dәfә Sәmәd dedi ki, “ayә, Rza, Şahvәlәdә deynәn telefondan qaçmasın.
Mәn bilirәm ki, yuxarılardan qorxur oçerki vermәyә. Ona deynәn oçerki bir yerә qoyub saxlasın.
Nә vaxtsa lazım olar.”
Hәqiqәtәn dә lazım oldu. Mәn Rza Şahvәlәddәn hәmin o “Muğanın yeni dövranı” oçerkini
Mehdi Hüseynin kömәyi ilә alıb dissertasiyamda istifadә etdim. Oçerk tәxminәn on il sonra işıq
üzü gördü. Bu Sәmәd Vurğuna o vaxtkı pis münasibәti xarakterizә etmәk üçün olduqca tutarlı
faktdır. Axı ömrü boyu qәzetlәr yazıçılara oçerk yazmağı xahiş ediblәr. Belә olduqda Sәmәd
Vurğun kimi qüdrәtli bir şairin çox qiymәtli oçerkini dәrc etmәkdәn boyun qaçırmaq- bu dәhşәtli
fakt idi.
Belә bir vaxtda Mәrkәzi Komitәdә geniş müşavirә keçirilir. Müşavirәni Bağırov özü aparır.
Sәmәd Vurğunun mәsәlәsi müzakirә olunur. Çıxış edәnlәr- Sәmәdin qәlәm yoldaşları döşüyür
onun cәmdәyinә. Olmazın böhtanlar yağdırırlar Sәmәd Vurğuna. Elә bu vaxt Əli Vәliyev әlini
qaldırıb çıxış etmәk üçün söz istәyir. Yanındakılar onun әtıyindәn çәkir: “Ə, yerindә otur. Özünü
dә zibilә salacaqsan, bizi dә.” Əli Vәliyev bunlara әhәmiyyәt vermәyib xitabәt kürsüsünә qalxır.
Bu çıxış ömründә onun әn qısa nitqi olur. Əli Vәliyev deyir: “Sәmәd Vurğun böyük şair olub.
Böyük şairdir. Böyük şair olaraq qalacaqdır.” Hamı dәhşәtә gәlir. Gözlәyirlәr ki, görәk onsuz da
әsәbi olan Bağırov bu sözlәrә necә qәzәblә reaksiya verәcәkdir. Bağırovun reaksiyası isә
gözlәnilmәz olur: “On beş dәqiqә fasilә.” Deyilәnә görә bu on beş dәqiqәdә heç kim
qorxusundan Əli Vәliyevә yaxın gәlmir. Kişi tәk qalır. Bәzilәri isә yanından keçәndә başını
bulayıb yavaşcadan deyir: “Özünü yamanca dolaşdırdın...”
Nәhayәt fasilә sona çatır. Adamlar yerini tutur. Zalda hәqiqәtәn möcüzә baş verir. M.C.Bağırov
elan edir: “Əli Qara oğlunun çıxışından sonra müşavirәni bitmiş hesab edirәm...” Bayaqdan


                                               81
qorxub yaxın gәlmәyәnlәr Əli Vәliyevi qucaqlayıb öpmәk, tәbrik etmәk üstündә az qala dava
salırlar...
M.C.Bağırovun әn çox inandığı, etibar etdiyi adamlardan biri, bәlkә dә birincilәrdәn biri Əli
Vәliyev idi. Əli Vәliyev nağıl edirdi ki, Bağırov yalnız bir dәfә mәnә bәrk acıqlanıbdır:
“Respublika müşavirәsi gedirdi. Çıxış edib respublika prokurorunu tәnqid etdim. Ancaq bir az
çәkinә- çәkinә danışdım. Dedim birdәn kişiyә toxunar. Gәlib sәhnәdә öz yerimdә oturdum.
Geriyә çevrilib mәni biabır etdi. Olmazın sözlәr dedi. Özü dә elә bәrkdәn danışırdi ki, hamı
eşidirdi. Dözmәyib dedim ki, yoldaş Bağırov, axı, mәn neylәmişәm ki, bu sözlәri mәnә
deyirsәn?
Dedi:- Daha neylәyәcәksәn? Niyә qorxa- qorxa danışırdın? O faktlar ki, sәndә vardı, gәrәk
respublika prokurorunun şalvarını çıxaraydın...
Əli Vәliyevin dediklәrindәn:- Daşkәsәnin birinci katibi vardı. Ermәni idi. Bağırovla arası yaxın
idi. Bir dәfә eşitdim ki, o keflәnib deyib ki, mәn Daşkәsәndәki gözәl qadınların çoxunu belә-
belә elәmişәm. Mәn bunu eşidәndә dәli oldum. Dәstәyi qaldırıb Bağırova zәng vurdum:- Yoldaş
Mir Cәfәr, tәcili olaraq Sizinlә görüşmәk istәyirәm. Getdim qәbuluna vә eşitdiklәrimi olduğu
kimi dedim. Bağırov tәcili büro çağırdı. Daşkәsәni yoxlamaq üçün komissiya yaratdı. Mәni dә
elәdi sәdr. Daşkәsәnә getdik. Katib eşidәndә ki, yoxlamaya gәlmişik, qulaqlarına inanmadı.
Əvvәl heç bizi qәbul etmәk istәmәdi. Amma hiss etdi ki, bu xına o xınadan deyil. Ciddi yoxlama
apardıq. Mәrkәzi Komitәnin bürosunda mәruzә etdim. Qәrar qәbul olundu ki, katib vәzifәdәn
götürülsün vә partiyadan çıxarılsın. Camaat ayağa qalxanda ürәyim dözmәdi. Keçmiş katibә
yaxınlaşıb dedim:- De get, indi gör ki, adamın anasını necә s...
Əli Vәliyevin bu qeyrәti, kişiliyi, cәsarәti yanında mәnim mәnzil ala bilmәmәyim çox kiçik
mәsәlә idi. Ona görә dә mәn Əli Vәliyevlә küsü saxlaya bilmәzdim.
Mәmmәd Rahim hәmişә başqalarının üstündә pis adam olardı. Xüsusәn cavanları müdafiә
edәrdi. Bu yolda bәzәn çarpışardı, vuruşardı. Mәnә hәmişә hörmәtlә yanaşardı. Bir dәfә
“Azәrbaycan jurnalı”nın redaksiya heyәtindә “Ağ xalatlı gecә” poemam oxunub müzakirә
edilirdi. Rәylәr әsasәn müsbәt idi. Bu vaxt tanınmış şairlәrdәn biri poemada qәhrәmanın ölümü
ilә әlaqәdar sәrt çıxış etdi:- Niyә müәllif qәhrәmanını öldürür?
Bu, әslindә prinsipial mәsәlә idi. Mәmmәd Rahim hәmin şairә çox kәskin cavab verdi:
- Burada qәhrәmanı şair güclә öldürmür. Ölüm tәbii olaraq vәziyyәtdәn doğur. Digәr tәrәfdәn,
İki-üç gün bundan qabaq burada sәnin poemanı müzakirә etdik. Bәs sәn qәhrәmanını niyә
öldürürdün? Heç buna o qәdәr dә ehtiyac yox idi.
Bununla da şair- tәnqidçi sözünü geri götürmәli oldu.
Rahim müәllim çox xeyirxah insan idi. Hamıya borc pul verәrdi. Bircә işi pis idi ki, borc verdiyi
adamların siyahısını tez-tez çıxarıb camaatın içindә oxudurdu. Ancaq ehtiyacı olanlara әl
tuturdu. Hәtta mәnim evimә telefon çәkilişini get- gәlә salmışdılar. Eşidәn kimi mәnimlә
birlikdә rabitә naziri N.Nәsrullayevin yanına getdi. Elә hәmin gün telefon mәsәlәm hәll olundu.
Yazıçı vә şairlәrdәn bir qismi Rahim müәllimә “Dәdә” deyirdi. “Dәdә, pulum yoxdur, evlәnmәk
istәyirәm.” Pul dәrhal gәlirdi. “Dәdә, maşın almaq istәyirәm.” Pul hazır idi! “Dәdә, içmәk
istәyirik.” Mәclis düzәlirdi.
Bir dәfә Rahim müәllim Yazıçılar İttifaqından çıxırdı – “Oğullar”ın bir dәstәsi onu mühasirәyә
aldı:
- Dәdә, yeyib- içmәk istәyirik, pulumuz yoxdur.
Gülümsündü:
- Sizin heç pullu vaxtıniz olub ki? Elә anadan lüt doğulmusunuz. Ömrünüz boyu da lüt
qalmısınız. Dalimca gәlin.
“Oğullar” “Dәdә”lәrini tәriflәyә- tәriflәyә düşdülәr yanına. Rahim müәllim bizi gәtirdi evinә.
Mәlәk xanıma dedi:
- Oğullarım, mәndәn әl çәkmәdilәr. Bir süfrә aç.
Mәlәk xanım tez durub mәtbәxә keçdi. Az vaxt әrzindә gözәl bir stol düzәltdi. Toyuq qızartması,
dolma, pendir, göy- göyәrti. Şübhәsiz ki, hәm dә araq, konyak. İslam Sәfәrli, Əlfi Qasımov,
Mәsud Əlioğlu, Rәfiq Zәka, Tofiq Bayram, mәn- hamımız süfrә arxasında öz yerimizi tutduq.

                                               82
Sağlıqların әn qiymәtlilәri “Dәdә”nin adı ilә bağlı oldu: “Böyük şair”, “Gözәl insan”, “Sәdaqәtli
dost”, “Qayğıkeş dәdә” vә s.. Sağlıqlar bir-birinә calanıb, tәriflәr artdıqca süfrәyә yeni- yeni araq
vә konyak şüşәlәri gәldi. İç ki, içәsәn.
Mәclisin axırına yaxın “oğullar” içkinin tәsiri altında şuluqluq salmağa başladılar. Rәfiq Zәka
keçib telefonun dәstәyini qaldırdı. Guya ki, nömrәni yığıb Rәsul Rza ilә (Rahimin “düşmәni” ilә)
danışmağa başladı:
- Rәsul müәllim, nә var, nә yox? Keyfiniz necәdir? Rәsul müәllim, Allah sizi bizә çox görmәsin.
Siz dahi sәnәtkarsınız...
“Oğullar” “Dәdә”yә xәbәr etdilәr ki, Rәfiq Rәsul Rza ilә danışır:
- Rәsul müәllim, vallah siz canlı klassiksiniz...
Rahim müәllim ayağa qalxdı, nә qalxdı:
- Əlә, vәlәdüzna, mәnim evimdә yeyib- içirsәn, Rәsulu tәriflәyirsәn? Bilmirsәn ki, Rәsul mәnim
düşmәnimdir? Əlә, mәnim arağımı içib Rәsula dahi deyirsәn? Bәs alayı vaxt deyirdin ki, bir
dәnә dahi var, o da sәnsәn? Nә tez fikrini dәyişdin? İcazә vermirәm mәnim evimdәn Rәsula zәng
edәsәn! Dur rәdd ol telefonun yanından!
Tofiq Bayram dәrhal söhbәtә qarışdı:
- Əlә, Refiq, a nankor, biz birdәfәlik qәrara almamışıq ki, Dәdәmiz dahidir!? İndi necә olur
Rәsula xidmәt göstәrirsәn? Adam çörәk tapdalamaz. Adam kişi olar әlә...
İslam üz-gözünü turşutdu:
- Rahimin yüz qram arağını içmişik deyә, ancaq onu tәriflәmәliyik?
Rahim İslamın xasiyyәtini bildiyi üçün onun sözünü kәsmәk istәdi:
- İslam, sәn mumla! Sәnin xasiyyәtindir, içdin, qurtardı...
İslam hәlәlik oxunu atıb yayını gizlәtdi. Çox zilә çıxmadı. Əlfi Rahimә qәhmәr çıxdı. Rәfiqә,
İslama acıqlandı:
- Ə, adamın bir Dәdәsi olar, bir dahi şairi olar. O da Rahim müәllimdir. Siz kimin arağını
içirsiniz ona “Dәdә” deyirsiniz. Onu dahi elәyirsiniz. Bir insafınız olsun da!
Mәsud әlini stola vurub sakitlik yaratdı:
- Mәn hәmişә demişәm, yenә deyirәm: Mәnim bir daimi Dәdәm var, o da böyük şairimiz
Mәmmәd Rahimdir. Əyә, Dәdәmә qurban olum, görün nә deyib ey:

Qulac- qulac hörüklәrin ilandı,
İncimәrәm, sal boynuma dolandır.
Biz gedәrik, qoca dünya qalandı,
Rahim qurban nazlı yara, sevgilim!

hamı xorla tәkrar etdi: Əla! Əla!
Bu sәhnә Rahim müәllimin nәinki hirsini soyutdu, ona lәzzәt verdi. Ancaq bu sevincin ömrü
gödәk oldu. Rәfiq Zәkanın növbәti hәrәkәti onu cin atına mindirdi. Rәfiq Rәsul Rzanın iki
misrasını әzbәr dedi:

Mübarizә bu gün dә var,
yarın da,
Mәn dә onun
әn ön sıralarında.

Rahim müәllim yenidәn әsәbilәşdi:- Rәfiq, onun adını bir dә mәnim evimdә çәksәn, durub sәni
bu evdәn qovacağam.
Rәfiq ayağa qalxdı:- Heç siz qovmamış gedәrәm.
Rahim yumşaldı:- Özündәn çıxma, otur. Mәn demirәm ki, get, deyirәm özünü yaxşı apar.
Artıq içki öz tәsirini göstәrirdi. Stolda yemәk- içmәk seyrәlmişdi.
Birdәn İslam Sәfәrli әli ilә Rahim müәllimә işarә edib dedi:
- Adam göndәr, gedib bir-iki balon pivә alıb gәtirsin.

                                                 83
Bayaqdan bәri hamıdan çox İslamdan yığan Rahim müәllim daha dözmәdi:
- İslam zәhmәt çәk dur get, pivәni dә alayı yerdә iç!
İslam ayağa qalxdı:
- Rahim, demәli mәni evindәn qovursan?
Rahim mәsәlәnin tündlәşәcәyindәn qorxub dedi:- İslam, özündәn çıxma. Sәni niyә qovuram. Sәn
bir elә arağımı, konyakımı içmisәn, hәlә ağsaqqal kişini pivә almağa da göndәrirsәn?
İslam zarafata ciddi don geyindirdi:- Əşi, sәn dә yüz qram araq verib, sonra da burnumuzdan
tökürsәn. Sәnin minnәtin olsun ki, biz sәnin arağını içirik.
Bu yerdә Rahim ayağa qalxıb qapını göstәrdi:- Yaxşı olar ki, durub qәmişinizi çәkәsiniz. Bir az
da içsәniz zilә çıxacaqsınız. Sizi mәn yaxşı tanıyıram. Durun әkilin, ayılanda gәlәrsiniz.
Kim isә sözlәri güclә tәlәffüz edәrәk sәslәndi:
- Sağ ol, Dәdә müәllim. Bizi mәdәni surәtdә qovursan.
Rahim müәllim axırıncı “oğlu”nu da qapıdan çıxartdı:
- Gedin, gedin. Sizin ipinizin üstünә odun yığmaq olmaz. Sizdә tәqsir yoxdur. Mәşәdi İbad
demişkәn, tәqsir hamamın suyundadır.
Onların içindә az- çox ayığı mәn idim. Yol boyu düşündüm ki, Rahim müәllim daha onların
üzünә baxmayacaqdır. Ancaq sәhәri gün Yazıçılar İttifaqına gәlәndә gözlәrimә inanmadım:
Mәmmәd Rahim vә onun dünәnki qonaqları- “oğullar”ı elә mehriban deyib- gülürdülәr ki!..
Qocaman yazıçımız Süleyman Vәliyev yeganә adamdır ki, indi dә İki-üç gündәn bir zәnglәşir,
dәrdlәşirik. Süleyman müәllim dostluqda çox sәdaqәtlidir. Dar ayaqda sinәsini irәli
verәnlәrdәndir. Mәn bunu özümlә bağlı faktlarda da görmüşәm. Mәn Süleyman müәllimi bir
yazıçı, eyni zamanda başı müsibәtlәr çәkmiş bir insan kimi sevirdim. Bağırovun mәhkәmәsindә
Süleyman müәllimlә bağlı bir fakt ona olan rәğbәtimi birә on qat artırdi. Mәhkәmәnin gedişindә
SSRİ Baş Prokuroru Rudenko bir mәktub oxuyub. Mәlum olub ki, Süleyman Vәliyev әsirlikdәn
sonra birinci dәfә Sibir sürgünündәn qayıdandan sonra Dövlәt Tәhlükәsizliyi Komitәsindәn ona
tәklif ediblәr ki, Sәmәd Vurğunla ünsiyyәtdә olsun. Onun danışıqlarını xәlvәtcә lentә yazsın. Bu
işin müqabilindә ona şәhәrin mәrkәzindә rahat mәnzil, yüksәk әmәkhaqqılı iş vәd olunubdur.
Əks halda yenidәn Sibirә qaytarılacağı ilә hәdәlәnibdir.
Süleyman müәllim heç bir tәrәddüd etmәdәn fikrini qәti bildiribdir:
- Mәn o tapşırığı heç cür yerinә yetirә bilmәrәm. Birincisi, ona görә ki, Sәmәd Vurğun böyük
şairdir. İkincisi, Sәmәd Vurğun mәnә böyük yaxşılıqlar elәyibdir. Üzvlük kitabçamı Ukraynaya
dalımca göndәrib. Mәn orduya gedәndәn sonra uzun müddәt atama müәyyәn mәblәğdә pul
verdiribdir. Mәn әsirlikdәn qayıdandan sonra rayon icraiyyә Komitәsinin sәdri, Sovet İttifaqı
Qәhrәmanı Mәzahir Abbasovu faytona oturdub mәnim yaşadığım zirzәmiyә gәtirib, mәni bir
otaqlı mәnzilә köçürtdürüb. Lazım gәlsә Sibirә bir dә qayıdaram, ancaq o tәklifi qәbul edә
bilmәrәm.
Doğrudan da bundan sonra Süleyman müәllim ikinci dәfә Sibirә sürgünә göndәrilir. Bu әsil
kişilik, mәrdlik vә insanlıq idi. Belә bir insanla dostluq etmәyә dәyәrdi. Sonrakı hadisәlәr
göstәrdi ki, mәn yanılmamışam...
Şair Nәbi Xәzridә mәrd sifәtlәr görmüşәm. Nәbi dar gün adamıdır. Mәrkәzi Komitәnin göstәrişi
ilә sıxışdırıldığım vaxtlarda Nәbi Xәzri mәni yaxından müdafiә edәnlәrdәn olub. Əsәrlәrim
haqqında müsbәt rәy yazıb. Yazdıqlarının dalında durub. Aylarla xәstәxanaya düşdüyüm
vaxtlarda qayğısını hiss etmişәm. Xәstәxanadan Mәrdәkana müalicәyә göndәrilәndә putyovkanı
Nәbi alıb verib mәnә. Yadımdadır, Mәrdәkana zәng etdi, dedi ki, әlavә putyovka da göndәrirәm.
Müalicәni davam etdir. Üç- dörd aylıq müalicәdәn sonra evә qayıdanda Nәbi evә zәng vurdu.
Bildirdi ki, әdәbiyyat fondunda 250 manat yardım yazılıb. Çәtinliklә Yazıçılar İttifaqına getdim.
Pulu aldım. Pul әlimdә pillәkanla aşağı düşәndә universitetdә 7-8 aylıq işsizlikdәn sonra
taleyimi- iş mәsәlәmi hәll edәcәk adama rast gәldim. Dedim, Yazıçılar İttifaqı mәnә pul yazıb,
gәlib aldım (pulu ovcumda göstәrdim).
Pul tәklif etdim:- Buyurun – dedim,- Yәqin ehtiyacınız var.
Bu әslindә adi pul deyildi. Müәyyәn mәnada “qan pulu” idi, ağır, dәhşәtli xәstәliyim nәzәrә
alınaraq verilәn yardım idi. Buna baxmayaraq qarşıma çıxan şәxsә pul tәklif etmәkdәn

                                               84
çәkinmәdim. Ancaq sәhәr eşitdim ki, hәmin şәxs universitetә, rektorluğa gәlib vә bildirib ki,
Familin dәrdini çox da çәkmәyin, ona tәcili iş axtarmayın. Yazıçılar İttifaqı Familә ayda (ayda
ha!) 250 manat pul verir. Mәn belә adamlara heç vaxt nifrәt etmәmişәm. Onlara yazığım gәlib...
Qabilin dar ayaqda kömәyimә çatmasını, Əlfi Qasımovun qardaşlıq münasibәtini, Əhmәd
Cәmilin xeyirxahlığını heç vaxt unutmaram. Əhmәd Cәmil müәyyәn dәrәcәdә “qapalı insan” idi.
Bu yüksәk mәdәniyyәtli şair adamlara o qәdәr qaynayıb qarışmazdı. Ona görә dә bir dәfә zәng
edib mәni evinә dәvәt edәndә tәәccüblәndim. Mәni sәmimi qarşıladı. Bir mәsәlәdә mәndәn
mәslәhәt almaq arzusunda olduğunu bildirdi. Sonra әn yaxın adam kimi ürәyini mәnә açdı:
- İki ildәn çoxdur işsizәm,- dedi.- Yazıçılar İttifaqında heç kim mәnim hәyatımla maraqlanmır.
Evdә oturmaqdan yorulmuşam. Yüksәk vәzifәdә işlәyәn qohumuma da bildirmirәm ki, böyük
ehtiyac içindә yaşayıram. Əksinә, tapşırmışam ki, birdәn evә nәsә göndәrәr, çaşıb götürәrsiniz
ha! Ondan sonra gәrәk gözümә görünmәyәsiniz.
Doğrusu çox zәrif, gözәl bir şairin, ciddi, tәlәbkar bir insanın bu söhbәti mәnim üçün
gözlәnilmәz oldu vә ürәyimi ağrıtdı. Onu da bildirdi ki, bu haqda sәndәn başqa heç kәslә belә
açıq danışmamışam. Başa düşdüm ki, söhbәtin bir sirr kimi ikimizin arasında qalmasını istәyir.
Doğrudan da Əhmәd Cәmil belә söhbәtlәri bәlkә әn yaxın adamına belә etmәzdi. Mәni dә
tәәccüblәndirәn elә bu idi. Amma sonra fikirlәşdim ki, bu mәnә Əhmәd müәllimin son dәrәcә
sәmimi vә tәbii münasibәtindәn gәlir.
İş elә gәtirdi ki, hәmin söhbәtdәn bir qәdәr sonra Əhmәd Cәmili “Ulduz” jurnalına redaktor
tәsdiq etdilәr. Bәlkә әn çox sevinәnlәrdәn biri mәn oldum: “İşlәyәr, hәm ailәsini dolandırar, hәm
dә başı qarışar, qәmgin hisslәrdәn uzaqlaşar.” Ancaq bir müddәt onun gözünә görünmәmәyә
çalışdım. Birincisi, fikirlәşdim ki, redaksiyaya getmәyim, şeir aparmağım Əhmәd müәllimin
mәnә münasibәtindәn sui- istifadә kimi çıxar. İkincisi isә, Əhmәd Cәmil yaradıcılıqda son
dәrәcә tәlәbkar idi. Hәtta sözә, misraya sanki zәrrәbinlә baxırdı. Yanına getmәyә ehtiyat
edirdim: “Birdәn şeir üstündә mübahisәmiz düşәr. Artıq- әskik hәrәkәtә yol verә bilәrәm.”
Ancaq özü bir gün evimizә zәng vurdu: “Famil, redaksiyaya gәl, sәninlә işim var.” Söz verdim
ki, gәlәrәm, görüşәrik. Ancaq gedә bilmәdim. Çünki hәmin günlәrdә oğlum Şamilin üzәrindә
cәrrahiyyә әmәliyyatı aparılmışdı. Bütün günü xәstәxanada olurdum. İki-üç gündәn sonra
telefonda yenә Əhmәd Cәmilin sәsini eşitdim:
- Famil, bәs niyә gәlmәdin? Sәninlә işim var...
Mәn gәlә bilmәmәyimin sәbәbini izah etdim. Sәhәrisi gün vaxt tapıb redaksiyaya getdim.
Görüşdük. Söhbәtә әsas mәtlәbdәn başladı:
- İki aydan çoxdur ki, redaktor işlәyirәm. Mәni fikir götürüb ki, sәn niyә redaksiyaya gәlmirsәn?
Famil, mәn hәmişә bu fikirdә olmuşam ki, abırlı adamları qorumaq lazımdır. O birilәr az qala
pәncәrәdәn girirlәr. Sәnin redaksiyaya gәlmәmәyinin sәbәbini heç cür tapa bilmirәm. Ona görә
mәcbur olub özüm çağırdım. Şeirlәrini gәtir, çap edәk.
Mәn öz tәşәkkürümü bildirdim vә son günlәrdә gәlmәmәyimin sәbәbini oğlumun xәstәliyi ilә
әlaqәlәndirdim. Mәn bu faktı ona görә yazmağı vacib sandım ki, әvvәla, bu, Əhmәd Cәmil
xarakterini açmaq üçün kömәklik rolunu oynaya bilәr. İkincisi, qoy oxucu bilsin ki, dünyada
belә hәssas, qayğıkeş, canıyanan redaktorlar da olubdur...
Ümumiyyәtlә, yaradıcı dostlarım, yoldaşlarımla bağlı deyilәsi, yazılası faktlar çoxdur. Mәsәlәn,
Tofiq Mütәllibov mәnim şeirlәrimә görә töhmәt almağa razı olub. Nәriman Hәsәnzadә “Kimin
sualı var?” poemasına görә Mәrkәzi Komitә tәrәfindәn sıxışdırılanda ilk dәfә onu mәn
müdafiәyә qalxdım, әsәri haqqında müsbәt rәy yazıb qәzetә vә MK- ya göndәrdim. Sonralar
Mәrkәzi Komitә tәrәfindәn mәn vurulanda Nәriman risqә gedib adımı “Ədәbiyyat vә incәsәnәt”
qәzeti redaksiya heyәti üzvlüyünә saldı. Sabir Əhmәdli әn ağır zәrbәlәrә mәruz qalanda, Əli
Vәliyev “Mәn qoymaram Sabir Əhmәdov mәnim kolxozumu dağıtsın” deyәndә Əli müәllimi
yumşaldanlardan biri mәn olmuşam. Xәlil Rza әn ağır xәstә günlәrimdә kömәyimә gәlib,
kitabıma müqәddimә yazıb. Mәmmәd Arazla daha ardıcıl şәkildә bir-birimizi müdafiә etmişik.
Mәn onun haqqında mәtbuatda söz demişәm, o mәnim. “Əyilmә, dünyam” kitabıma müqәddimә
yazıb. Professor Tofiq Hacıyevin dissertasiya müdafiәsindә mәnә böyük kömәk olub. Mәmmәd
Quliyev ağır günlәrimdә maddi- mәnәvi kömәklik göstәribdir. Əlimdәn tutubdur.

                                               85
Elә adamlar var ki, mәn onlara qardaş deyәrdim. Bu daha çox ixtisasca aqronom olan Rәşid
Babayevә aiddir. Rәşiddә gördüyüm sәmimiyyәti, hörmәt vә ehtiramı, qayğını heç kimdә
görmәmişәm. Hәmişә çәtin mәqamda kömәyimә çatıb. Bakıda toy mәclisimizin bütün xәrcini
Rәşid çәkib. Rәşidi bir dәfә görәn uzun müddәt unutmaz, yenә görmәk istәyәrdi. Hәtta Rәşid
harda bir yaxşı qәlәm tapırdısa gәtirib mәnә verirdi: “Sәn yazmağında ol, deyirdi..” Rәşiddәki
hәyat eşqi çoxlarına nümunә ola bilәr.
Bu yoldaşlarımın bәzilәrinin başına gәlәn faciәlәri öz faciәm bilmişәm. Onlarla birlikdә göz yaşı
tökmüşәm. Bir neçә il bundan әvvәl Tofiq Hacıyevin şәrqşünas- yazıçı oğlu İsmayıl dәnizdә
batıb mәhv oldu. İsmayılı yaxından tanıyırdım. Uşaqlarımızın böyük qardaşı idi. Böyük gәlәcәyi
vardı. Əfsus ki... Uzun müddәt bizim evimizdә dә yas oldu. Hәtta Ağdamda qohumlarım,
qardaşım Fikrәt, mamam oğlu İslam Əliyev, әmim nәvәsi Süleyman Mәmmәdov vә başqaları da
eyni kәdәr hissini keçirdilәr.
Bir yay Hacıyevlәr ailәsi-Gülü nәnә, Tofiq, Tamara bacı, uşaqlar ilә birlikdә Kәlbәcәrә- İsti-suya
getdik. Bu sәfәr bizi daha da doğmalaşdırdı. Yadımdadır, maşınımız Ağdәrәni keçib irәlilәdikcә
qarşımızda füsünkar gözәlliklәr bir-birini әvәz edirdi. Sıldırım qayalar başında qartallar dolaşır,
yamaclarda gül-gülü, çiçәk-çiçәyi çağırırdı. Uca dağ yarğanından qaynayıb çıxan vә süzülüb
gurha- gurla dәrәyә tökülәn gur şәlalәnin ürәklәrdә yaratdığı hәyәcanı, qarşıda yolumuza әyilәn
nәhәng qayanın qәfil uçmaq tәhlükәsindәn yaranan qorxu hissi әvәz edirdi. Gümüşü dalğaları
daşlara, qayalara çırpınan, qıjha- qıjla axan Tәrtәr isә yol yoldaşımız, hәm dә uşaqların zarafat
yeri idi.
İsmayıl, Azәr Şamildәn daha çox balaca Nәrimanı sorğu-suala tuturdular. Onlar Nәrimanın
damarını tuta bilmişdilәr: “Nәriman, sәn o çayda çimmisәn?” Nәriman da himә bәnd imiş: “Mәn
dünәn o çaya baş vurdum. Çayın dibindәn balıqları tutub çıxartdım. Qoca kişini çay axıdanda
tutub saxladım. Mәnә “malades” dedi. Sonra da dedi ki, sәn pәhlәvansan.” Nәriman danışdıqca
hamı gülür, xüsusilә İsmayıl uğunub gedirdi. İsmayılın Gülü nәnәsi Nәrimanı qucaqlayıb
öpürdü: “Nәriman bala qoçaq oğlandı”- deyirdi. İsmayıl yenә sual verirdi:- “Nәriman, sәn
canavarı nә tәhәr öldürdün? Nәriman kәkәlәyә- kәkәlәyә cavab verirdi:”Bir dә gördüm canavar
quzunu yeyir. Quzu ağlayır. Tüfәngi götürüb “part” vurdum canavarı. Başı qanadı, yıxılıb
öldü...” Sonralar yumor hissi İsmayılın hekayәlәrindә çox rәnga- rәng çalarlarla әks olunmuşdu...
Hәrdәn fikirlәşirәm: mәnim Qarabağ faciәm, fasilәsiz göz yaşlarım bәlkә dә İsmayılın faciәsi ilә
başlandı.
Bir qәdәr sonra Azәrin toyunun masabәyisi oldum. O toyda keçirdiyim hisslәri ömrüm boyu
unutmaram. İlk dәqiqәlәrdәn toyda xoş әhval- ruhiyyә yaratmaq üçün bir aktyorsayağı rola girib
birinci özüm oynamağa başladım. İlahi, bu necә oynamaq idi. Elә bil içimdәn çarmıxa
çәkilmişdim. Ürәyimdә hönkürüb ağlayırdım, gözlәrimdә yalandan gülürdüm. Bir tәrәfdәn
özümә “sağ ol” deyirdim. Digәr tәrәfdәn özümü tanıya bilmirdim. Sәhnәdәydim, bircә qrimim
çatmırdı. Xalis artistlik elәyirdim. Mәni başa düşmәyәnlәr dә ola bilәrdi... Mәclisin taleyi bu ilk
dәqiqәlәrdәn, mәnim bu ilk rolumu necә ifa etmәyimdәn çox asılı idi. Zarafat deyildi: İsmayıl
kimi bir oğul itirmişdik. Dağlardan ağır olan bu dәrdi yüngüllәtmәk (әgәr bu mümkünsә) üçün
yeganә çıxış yolu evә gәlin gәtirmәk idi. Ancaq İsmayıl ürәklәrdә, fikirlәrdә, gözlәrdә,
duyğularda, baxışlarda idi. Belә bir vaxtda, әlbәttә, toya yığışmaq da, onu idarә etmәk dә çәtin
idi. Ancaq neylәyәsәn ki! Bir dә sevinclә kәdәr ekiz deyilmi?. İsmayılın әziz xatirәsinә hәsr
etdiyim şeirlәrim dә vardır:

Nә vaxt bir yaxına, uzağa köçsәm,
Okeanlar adlasam, dәnizlәr keçsәm,
Gözümü bağlayın yeddi qat ağla,
Ya göydә uçurun tәyyarәlәrlә,
Ya yerdә keçirin mәni qatarla.
Bir şәrtlә yolumu bulud tәk kәsin,
Gözlәrim heç zaman dәniz görmәsin.
Dәnizdәn küsmüşәm...

                                                86
...Qarabağ hadisәlәrinin qızğın vaxtında tez-tez Ağdamda, cәbhә xәttindә- Qatır Mәmmәdin,
Asif Mәhәrrәmovun, Faiq Baxşәliyevin, Allahverdi Bağırovun batalyonlarında olurdum. Hәmin
gün isә mәndәn tәxminәn bir kilometr aralıda Xromord, Xanabad uqrunda qanlı döyüşlәr
gedirdi. Sәngәrdәn bütün döyüşün gedişini müşahidә edirdim. Mәrmilәr vıyıltıyla başımız
üzәrindәn uçur, bәzәn dә düşüb yaxınlığımızda partlayırdı. Xromordu bizimkilәr ikinci dәfә azad
etdi. Xanabada hücum pozuldu. Arxadan qüvvә gәlmәdi. Gecә, sәngәrdәn geri qayıdan bәzi
döyüşçülәrdәn eşitdim ki, deyәsәn Xәlil Rzanın oğlu Tәbriz yoldaşları ilә birlikdә hәlak oldu.
Mәni dәhşәt bürüdü. Tәbrizin Ağdam cәbhәsinә gәldiyini elә hәmin gün eşitmişdim.
Fikirlәşirdim ki, döyüş sәngiyәndә axtarıb taparam...
Əfsus ki, Tәbrizin özünü yox, meyidini tapdım... Tәbrizin toyunda iştirak etmişdim. Sağlıq
demişdim. Mәn sağlıq deyәndә Xәlil ayaqüstdә yanımda dayanıb adәti üzrә dediklәrimi yazırdı.
Dedim Xәlil, yaz... Sözlәrim Xәlilin gündәliyindәdir. Yәqin nә vaxtsa üzә çıxacaq. Ancaq onu
bilirәm ki, bütün vәzifәlilәri, satqınları, dәlәduzları qatıb- qatışdırdım bir-birinә. Dövlәtdәn
vurub hökumәtә keçdim. Hökumәtdәn xalqa gәlib çıxdım. Xәlilin maraqla yazdığını görüb
özümdәn çıxdım:- Xәlil, yaz. Heç kimdәn, heç nәdәn qorxmuram. Hamısını yaz. Adamlar
gülüşdü. Xәlillә birgә oynadım da.
İndi isә... Üç gün dәqiqlәşdirә bilmәdim ki, hәqiqәtәn Tәbriz mәhv olub ya әsir götürülüb.
Danışırdılar ki, Xromord alınandan sonra Tәbrizgilin tankı daha da cәsarәtlәnib Xanabad üzәrinә
hücuma keçib. Ancaq bütün yüksәkliklәr ermәnilәrin әlindә idi. Tankı vurublar. Bizimkilәr geri
çәkilmәyә mәcbur olublar. Meyidlәri dә dәrhal götürә bilmәmişdilәr. Deyirdilәr ki, yaralanıb
әsir düşәnlәr dә olub. Fikirlәşdim: “Allah, Xәlilin oğlu ermәni quldurların әlinә düşsә tikә- tikә
doğrayarlar.” Nәhayәt, böyük risq ilә meyidlәri götürә bildilәr. Ağdam mәscidinә, gәtirdilәr.
Mәscidin hәyәtindә iynә atsan yerә düşmәzdi. “Şaxsey- vaxsey” sәsi әrşә qalxırdı.
Mәn adamları yarıb yuyat yerinә yaxınlaşdım. Nәdәnsә qapıda dayanan avtomatlı әsgәrlәr içәri
keçmәyә mәnә mane olmadılar. İlahi, nә dәhşәtli mәnzәrә idi... Tәsvir elәyә bilmirәm. Əllәrim
titrәyir. Molla hiss etdi ki, halım pislәşdi. Bir anlığa huşum başımdan çaxdı. O, qolumdan tutub
mәni çölә çıxartdı. Yuyat yerinin qapısının yanında daşın üstündә oturtdu. Bir azdan özümә
gәldim. Döyüşçülәrdәn bir-bir soruşdum: “Dәqiq bilirsiniz Tәbriz bu şәhid olanların
arasındadır?” Biri deyirdi mәnә elә gәlir ki, burdadır. Başqası cavab verirdi: burda olmalıdır.
Nәhayәt, biri qәti dedi:- Famil müәllim, Tәbriz hәlak olub. Dәqiq sözdür.
Hәlә meyidlәr arasında meyidini dә göstәrdi...
Üç gün idi fikirlәşirdim ki, әgәr eşitdiyim düz olsa, mәn bunu Xәlilә, Firәngiz xanıma necә
xәbәr verәcәyәm? Cibimdәn dәftәrçәni çıxarıb baxdım, gördüm ki, Xәlilin telefon nömrәsi var.
Qohumum Süleymanla danışıq mәntәqәsinә yollandıq. Mәntәqә adamla dolu idi. Onlar dәrhal
kәnara çәkilib mәni kabinaya saldılar. Əllәrim әsirdi, ürәyim bәrk döyünürdü. Nә qәdәr elәdim
nömrәni yığa bilmәdim. Mәntәqәnin müdiri Arif gәlib nömrәni yığdı. Danışdım, dedilәr bu
Xәlilin köhnә nömrәsidir. Bәs hara zәng edim? Evimizә zәng etdim. Evdә dәstәyin o
başındakılar da ağlamağıma qoşuldular. Dedim telefon dәftәrinә baxın, Xәlilә xәbәr verin ki,
Tәbriz şәhid olub. Hәyat yoldaşım Ofeliya Qara qızı hıçqırtı içindә:- bu ağır xәbәri onlara necә
deyim?!- dedi.
Cib dәftәrçәmdәn şair Arif Abdullazadәnin telefonunu tapdım. Hadisәni ona xәbәr verdim,
dedim Xәlilә çatdırsın. Tabutu hazırlayırlar. Bakıya yola salacağıq. Arif zәng edәndә mәlum
olub ki, hәmin gün “Azadlıq” qәzeti bu haqda yazıbmış. Xәbәr tutublarmış. Axşam tabutu
Şahbulaqda Tәbrizin daxil olduğu batalyonunun yerlәşdiyi qәrargaha gәtirdilәr. Hәyәtdә stolun
üstünә qoydular. Döyüşçü yoldaşları tabutun qarşısında sıraya düzülmüşdülәr. Başda batalyon
komandiri Xudu Xudiyev dayanmışdı. Elә bu vaxt Bakıdan Xәlilin qardaşı Mәhәmmәd, dostu
şair Əlisәmid dә gәlib çıxdılar. Gecә yarısı ay işığında mitinq oldu. Xudu Xudiyev, döyüşçü
yoldaşları danışdılar. Sonra mәnә söz verildi. Dedim Xәlil Rza kimi cәsur, qorxmaz bir şairin
oğlu mәhz belә böyük qәhrәmanlıq, rәşadәt göstәrib şәhid olmalı idi. Daha nә demişdim, heç biri
yadımda qalmayıb. Bircә o yadımdadır ki, üç- dörd il әvvәl toyunda bәylik masası arxasında
tәbrik edib öpdüyüm Tәbrizin bu ay işığında әyilib tabutunu öpdüm... Mәşhur Ağdam ziyalısı,

                                                87
Xәlilin yaxın dostu Zeynal Mәmmәdovun qardaşı, hәmkarım Cahangir Mәmmәdovla birlikdә
tabutu aparan maşını vә onu müşayiәt edәnlәri Ağdamdan xeyli çıxana qәdәr yola saldıq... Bir
neçә gün sonra isә Şәhidlәr Xiyabanında başdaşında şәklini öpdüm.
Eyni faciә bu yaxınlarda görkәmli yazıçımız, şәxsiyyәtinә vә yaradıcılığına hörmәt bәslәdiyim
Sabir Əhmәdlinin başına gәldi. Sabirlә, demәk olar ki, günaşırı görüşür, zәnglәşәrdik.
Azәrbaycanın Qarabağ Nicat Hәrәkatı Rәyasәt heyәtinin üzvüdür. “Ədәbiyyat” qәzetinin baş
redaktorudur. Hәm dә qәzetin mәnim üzv olduğum redaksiya heyәti iclaslarında görüşürdük.
Ümumiyyәtlә, Qarabağ hadisәlәri bizi bir-birimizә daha sıx bağlamışdı. Bir axşam zәng edib
dedi ki, oğlum Mәhәmmәdi әsgәr apardılar. Üç gündәn sonra Goranboy tәrәfә yolladılar.
Nәdәnsә yaman narahatam. Bәrkә- boşa düşmәmiş uşaqdır. Birdәn hazırlıqsız- zadsız döyüşә
göndәrәrlәr...
Sabir kövrәk olduğu qәdәr dә dözümlü adamdır. Keçәn müharibәnin ağrı- acısını ailәlәri ilә
birlikdә o da dadmışdır. Qardaşı Cәmil Əhmәdov Polşa uğrunda döyüşlәrdә qәhrәmancasına
hәlak olmuşdur. Sovet İttifaqı Qәhrәmanı adına layiq görülmüşdü. O bu adı daşıyan әn gәnc
qәhrәman idi... Buna baxmayaraq ata ürәyi narahat idi. Dedim ki, maşın taparıq gedәrik hәm
cәbhәlәrdә olarıq, hәm dә Mәhәmmәdlә görüşәrik. Bu söhbәt şәnbә günü olmuşdu. Sabir sәbr
etmir. Bazar ertәsi bir qohumu ilә Goranboya yola düşür. Orda xәbәr verirlәr ki, uşaqları
apardılar Murova. O günlәrdә Murovda, dağların başında, şiddәtli qış günündә ağır döyüşlәr
gedirdi. Sabir Gәncәdә tanışların kömәyi ilә Murova yola düşür. Yolda rast gәldiyi dәstәlәrin heç
birindә Mәhәmmәdi “gördüm” deyәn olmur. Hәm dә tәzә getmişdi, yәqin çoxları tanımırdı. O,
heç bir xәbәr öyrәnә bilmәyib Gәncәyә qayıdır. Yazıçı Altay Mәmmәdovun evindә xәbәr
verirlәr ki, Bakıdan zәng ediblәr, guya Mәhәmmәd yaralanıb Bakıya gәtiriblәr. Demә, ata yolda
oğlunun tabutu ilә qarşılaşıbmış...
Düz Bakıdan yola salınandan bir hәftә sonra әziz Mәhәmmәdin tabutu evlәrinә gәtirildi. Bәli, bu
da Azәrbaycan Respublikası Müdafiә Nazirliyi rәhbәrliyinin ordu yaratmaq “tәcrübәsindә”
növbәti cinayәtlәrin biri oldu. Başqa döyüşçülәrlә birlikdә Mәhәmmәdin dә uyuduğu Şәhidlәr
Xiyabanı mәnim dә tez-tez ziyarәt etdiyim müqәddәs yerlәrdәn biridir... Yaxın yoldaşlarımdan
şair Qaçay Köçәrli, professorlar Nәriman Nәrimanov, İzzәt Rüstәmov, mühәndis Allahverdi
Nuriyev, Dağbәyi İsmayılov vә başqaları da Qarabağ uğrunda, Azörbaycan uğrunda döyüşlәrdә
öz әziz övladlarını itirmişlәr. Görürsünüzmü, mәnim yoldaşlarımın, hәmmәslәklәrimin taleyinә
nә kimi kәşmәkeşli faciәlәr yazılmışdır?! Nә etmәli, bu da tarixdir, tarixin amansızlıqlarıdır...
Mәn yuxarıda Xәlil Rzanın Tәbriz faciәsini xatırlatdım. Onu da demәk istәyirәm ki, biz tәlәbәlik
illәrindәn tanış idik. Bir-iki kurs bizdәn yuxarıda oxuyurdu. Son dәrәcә sәmimi, pak vә tәmiz bir
oğlan idi. Tәlәbә ikәn Firәngiz xanımla sevişmişdilәr. Hiss olunurdu ki, Xәlil dә, Firәngiz xanım
da bir-birlәrini çox istәyirlәr. Belә hәqiqi sevgi-istәklәr bәzәn bir çoxlarına qәribә gәlir.
Şair yoldaşlarımdan biri nәql edir:
- Kәlbәcәrin İsti-su kurortunda idik. Xәlil Rzaynan bir otaqda qalırdıq. Xәlil elә hey yazır vә
yatırdı. Ona görә dә çox vaxt gәzmәyә tәk çıxmalı olurdum. Bir gün İsti-suda tәcrübә keçәn iki
geoloq qıza rast gәldim. Bakıdan aramızda bir balaca tanışlığımız vardı. Hal- әhval tutdum.
Dedilәr yaman darıxırıq. Gәzmәyә yer yox, oturub söhbәt elәmәyә münasib adam. Dedim adam
biz. Mәn vә bir dә yoldaşım. Şәrtlәşdik ki, bir azdan görüşәk. Dağların döşünә qalxaq. Yalı o
yana aşaq.
Yüyürә- yüyürә otağa gәldim. Dedim:
- Xәlil, dur geyin, işimiz var.
Gördüm heç tәrpәnmir. Dedim ә, Xәlil tez ol geyin ey, xeyir iş var.
Gördüm heç vecinә dә deyil.
Bәrkdәn qışqırdım:
- Ə, Xәlil iki ceyran kimi xanım bizi gözlәyir, dur ayağa.
Yenә tәrpәnmәdiyini görüb qolundan tutub bәrk yırğaladım:
- Ə, Xәlil, qurban olum, başına dönüm, biabır olarıq, dur ayağa. Axı bizi gözlәyirlәr?!
Xәlil qәfildәn sıçrayıb ayağa qalxdı vә qәzәblә üzümә baxdı:
- Əclaf, sәn istәyirsәn mәn Firәngiz xanıma xәyanәt elәyim?

                                               88
Dedi vә yenidәn uzanıb yorğanı başına bürüdü...
Hәmyaşıd şair yoldaşım bu hadisәni Xәlili “tәnqid etmәk”, yumor hәdәfinә çevirmәk mәqsәdilә
deyirdi. Ancaq.bilmirdi ki, burada Xәlil Rzanın xarakterinin, mәnәvi dünyasının saflığı,
tәmizliyi, mәhәbbәtinin müqәddәsliyi üzә çıxır.
Bu cәhәtdәn gәnc yaşlarından istedadlı alim kimi mәşhurlaşan, nәhayәt dünya miqyasına çıxan,
arada bir saqqızı oğurlanıb partiya işinә aparılan, ancaq orada da az vaxt әrzindә öz sadәliyi,
yüksәk mәdәniyyәti ilә aşağıların hörmәtini qazanan Rafiq Əliyevi dә Xәlil Rza kimi ailәyә son
dәrәcә qayğı vә hörmәtlә yanaşan insanlardan hesab etmәk olar. Biz Rafiq müәllimlә qohum
olandan (biz Rafiq müәllimlә qudayıq), bir az sonra Sxaltubaya müalicәyә getmәli olduq. Bizi
Rafiq müәllimin iş yoldaşı Feyzi Qazaxa qәdәr apardı. Hәmkarımız Hömmәt Eminov ata-baba
evlәrindә gecәlәmәyi mәslәhәt bildi. Hömmәt müәllimin qardaşı Tofiq bizi göl kәnarında çox
mәnzәrәli yerdә tikilmiş restoranda qonaq etdi. Axşam evdә Ədalәtin sazını dinlәdik. Ədalәt özü
Qazaxda yox idi. Ancaq bir müddәt әvvәl hәmin bu evdә Rafiq müәllimin dә iştirak etdiyi
mәclisdә Ədalәtin ifasında lentә köçürülmüş mahnıları dinlәdik. Gecәmiz o qәdәr şәn keçdi ki,
sәhәrә kimi heç birimiz yatmadıq. Sәmimi söhbәtlәr, hekayәtlәr, zarafatlar, lәtifәlәr. Hәtta
zarafatlarda belә utanıb özünü ciddi aparan Rafiq müәllim dә bığ yeri yenicә tәrlәyәn vaxtlardn
eşqә düşmәyindәn, bu sahәdәki cәsarәtindәn, qızı görmәk üçün evlәrinin yanındakı bulağa tez-
tez gәlmәsindәn danışdı.
Fәdakarlığını özü belә nәql etdi:
- Qızın atası rayonda orta sәviyyәli vәzifәlilәrdәn biri idi. Hardansa ağlıma gәldi, qızın atasının
iş telefon nömrәsini öyrәndim vә ona zәng etdim. Dedim, bağışlayın, üzr istәyirәm, danışan
Rafiq Əliyevdir. Dedi, Rafiq Əliyev kimdir? Dedim vaxt gәlәr hamısını bilәrsiniz. Bağışlayın,
hәlәlik onu deyirәm ki, mәn sizin qızınız filankәsi sevirәm. Xahiş edirәm vaxtı gәlәndә bizә
xeyir- dua verәsiniz. Kişi telefonda әsәbilәşib mәnә bәrk tәpindi. Dәrhal dәstәyi yerinә qoydum.
İndi dә yadıma düşәndә özüm- özümdәn utanıram.
Yeri gәlmişkәn mәhәbbәt bulağı haqqında. Bulağa o adı әslindә bulağın ikinci dәfә dünyaya
gәlişindәn sonra mәn vermişәm. Ağdamın mәrkәzi küçәlәrindәn birindә adi bulaq olub.
Mәhәbbәtsiz- filansız. Rafiq müәllim tәzәcә eşqә düşәn illәrdә o bulağın suyundan könüllü-
könülsüz çox içib...Ancaq küçәlәrdә abadlıq işi aparılarkәn çox qәribә dә olsa hәmin bulağın
üstü örtülüb, qalıb qonaq evinin hәyәtindә yeni salınan bağçanın ortasında yerin altında. İtib
gedibdir. Ancaq aramızda bulağın söhbәti hәrdәn tәkrar eşidilirdi. Bulaq itәndәn tәxminәn iyirmi
il sonra, sәmimi vә mehriban yoldaşımız Aydın Quliyev Ağdam rayonunun rәhbәri olanda qonaq
evindә bir gün hәmin bulaqdan yenә söhbәt düşdü. Aydın müәllim hәyәtә baxan kişidәn çağırıb
bulaq haqda mәlumatı olub- olmadığını soruşdu.
Kişi baxçanın ortasında әli ilә yeri göstәrdi:- Bulaq, bax, buralarda idi
Aydın müәllim soruşdu:- Necә bilirsiniz, görәsәn o bulağı tapmaq olarmı?
Kişi çiynini çәkdi:- Nә deyim? Lazımdı, qazıb axtarım.
Aydın müәllim bizim marağımızın artdığını görüb dedi:- Xahiş edirәm bu gündәn başlayın
bulağı axtarmağa. Əgәr tapsanız şirinliyini mәn verәcәyәm.
Biz bu söhbәti bir az da zarafat hesab elәyib Bakıya qayıtdıq. Aradan tәxminәn bir ay keçmәmiş
gözlәrimizә inanmadıq: bulaq tapılmış, küçәyә çәkilmiş, üstü dә çox orijinal bir tәrzdә
götürülmüşdü...
Aydın müәllim stәkanı doldurub bizә tәrәf uzatdı. Rafiq müәllim qımışa- qımışa stәkanı alıb
mәnә verdi. Sәrin suyu içdim vә dedim:
- Var olsun mәhәbbәt bulağı, bu bulağı iyirmi il ürәyindә axtaran Rafiq müәllim, bir dә onu işıqlı
dünyaya çıxartdıran Aydın Quliyev.
O gündәn dә bulağın adı qaldı mәhәbbәt bulağı! O bulaq Rafiq müәllimi hәm dә şair elәmişdi...
Əlbәttә, Ağdamda mәnim dә öz “Mәhәbbәt bulağım” vardı. O bulaq gecә- gündüz mәnim
ürәyimdәn süzülüb axırdı. Bәzәn bir gündә neçә dәfә o bulaqlı küçәdәn keçәr, bulağın suyundan
içmәk bәhanәsi ilә üzbәüz hәyәtә boylanırdım. Ancaq o bulaq da, o küçә dә utancaqlığımın,
cәsarәtsizliyimin qurbanı oldu... Sonralar bu haqda şeir dә yazmışdım:


                                                89
Dünyaya gәlәydik kaş ki, tәzәdәn,
Deyәydik, gülәydik kaş ki tәzәdәn.
Sizin buz bulaqdan su içә- içә,
Tәzәdәn baxaydım sәnә gizlicә.
Gözdәn od alaydı göz bulaq üstә,
Alışıb yanaydım buz bulaq üstә.
Eşqim sirr qalsa da yaxına- yada,
Saça düşmәyәydi tәzә dәn ancaq.
Tәzәdәn olaydı hәr şey dünyada,
Bircә susmayaydım tәzәdәn ancaq.

Yox, yox susmayaydım dili lal kimi,
Eşqimi sevgimi deyәydim açıq.
Duyarmı, duymazmı mәhәbbәtimi?
Şübhәlәr eşqimi qoydu yarımçıq.

Nә rütbә istәrdim, nә var, nә dövlәt,
Yox, könlüm bunları ummazdı, bәlkә.
Mәnә mәhәbbәti verәn tәbiәt,
Bir az da cәsarәt verәydi, bәlkә.
Cәsarәt verәydi,
Xeyirdә, şәrdә,
Onun öz qәrarı, öz hökmü varmış.

Deyirәm cәsarәt olmayan yerdә,
Ürәk dә, sevgi dә başsız qalarmış.
Cәsarәt istәrdim tәzәlәnәndә,
Qәlbimdә hay- haray salardı, yәqin.
Cәsarәtim olsa, günәş dә, sәn dә,
Dünya da mәnimlә olardı, yәqin.
“Tәzәdәn”

Ancaq Qazaxda o gecәki mәclisdә növbә mәnә çatanda “öz bulağımdan” söhbәt açmadım.
Mәrdәkanda, Günәşli sanatoriyasında başıma gәlәn bir hadisәni danışdım. Altmışıncı illәrdә
ürәyimin bәrk ağrıyan vaxtı idi. Sanatoriyaya Qulu Xәlilovla birlikdә getmişdik. Yeri gәlmişkәn
Qulunun iradәsi, dözümü, elәcә dә “Yaşamaq istәyirәm” әsәri mәnә mәnәvi dayaq oldu. Qulu
hey zarafat edir, deyir gülür, mәni xәstәliyim haqqında düşünmәyә qoymurdu. Bir axşam da
mәni mәcbur etdi ki, gedәk rәqsә. Mәn heç vaxt avropasayağı rәqs etmәmişdim. Rәqs etmәyi
bilmirdim. Ona görә dә sanatoriyalarda bir qayda olaraq rәqsә getmir, darıxıb gedәndә dә
kәnarda durub tamaşa edirdim ki, dәvәt edәn olmasın. Qulu zorla mәni rәqsә apardı. Hava soyuq
olduğundan rәqs uzun ensiz bir otaqda tәşkil olunmuşdu. Rәqs başlayan kimi Qulu qalxıb
sarısaç, özü kimi kök bir rus qadınını rәqsә dәvәt etdi. Fikir verib gördüm Qulu Avropasayağı
yox, Asiyasayağı, xalis “Tәrәkәmә” oynayır. Gülmәk mәni tutdu. Qulu bildi ki, ona gülürәm, o
da mәnә baxıb gülümsündü, daha hәvәslә “oynamağa”, bәlkә dә mәnә yanıq vermәyә başladı.
Gәlib yanımda oturanda mәni danladı:
- Ə, niyә durub oynamırsan?
Cavab verdim:
- Rәqs etmәk bilmirәm, utanıram.
- Ə, sәn qәribә oğlansan ey,- dedi.- Kimdi burda sәnә fikir verәn ki, nә tәhәr oynayırsan. Rәqs
başlayan kimi ayağa qalx, birini dә sәn bas bağrına, subay oğlansan. Buna rәqs demәzlәr ey,
göbәk- göbәk oyunu deyәrlәr. Oynadıqca ayaqların açılacaq. Sәn öl, ayağa qalxmasan, camaatın
içindә sәni biabır elәyәcәyәm.

                                              90
Dedim:- Yaxşı, oynayaram.
Əslindә oynamamağımın sәbәbi tәkcә bacarmamaq deyildi. Nә qәdәr ölü olsam, mәn dә Qulu
kimi “Tәrәkәmә” oynaya bilәrdim. Bir sәbәbi dә mәnimlә üz-üzә oturan qadın idi. Qadın
deyәndә ki, mәndәn tәxminәn on beş, iyirmi yaş böyük olardı. Elә bil quru bir budağa qadın
paltarı geyindirmişdin. Uzun burnu sümükdәn vә dәridәn ibarәt olan üzünü daha da
eybәcәrlәşdirirdi. Ancaq üzü çox üzlәr görmüşә oxşayırdı. Seyrәk qaşları altında gözlәri
qaynaşırdı. Mәnimlә üz-üzә oturmuşdu. Rәqs başlayandan başı ilә işarә edib mәni rәqsә
çağırırdı. Ona görә dә başımı aşağı salmışdım. O qәdәr bu vәziyyәtdә qalırdım ki, boynum
ağrıyırdı. Başımı yuxarı qaldırmağa, oynayanlara baxmağa qorxurdum. Dәrhal başı ilә işarә
edirdi. Hәtta әrklә işarә etdiyi, әsәbilәşdiyi aydın hiss olunurdu. Mәn özümü görmәmәzliyә
vurur. Yenidәn başımı aşağı salırdım. Qәribәdir, nәdәnsә ürәyimdә ona bir yazıqlıq hissi baş
qaldırdı. Millәt tәәssübkeşliyi mәni “boğdu.” Nә qәdәr olmazsa, azәrbaycanlı idi. Başqalarının-
oynayanların yanında pәrt olur, tәhqir olunurdu. Bu “milli tәәssübkeşlik” mәnә baha- başa gәldi.
Durub onu hörmәtlә rәqsә dәvәt etdim. Elә qolundan yapışıb üz-üzә dayanan kimi dәrdi açıldı:
- Sәndәn çox incidim. Bayaqdan oturub başını aşağı salmısan. Çağırıram durmursan. Bizimkilәr
belәdir dә. Özününkülәri burda qoyub gedib sarısaç... matişkәlәrdәn yapışırlar.
Mәn üzrhaqlıq etmәk istәdim:
- Oynamaq bilmirәm.
- Lap yaxşı bilәrsәn, dedi.- Bilmirsәn, öyrәdәrәm. Görünür hәlә çox şeylәri bilmirsәn. Özünü
kulturnı aparırsan.
Sözünün başına ip salmadım. Yalandan özümü sağa- sola әydim. Ayağımın birini qaldırıb, o
birini qoydum. Onu adamlar sıx olan yerә çәkdim ki, bizi kәnardan görәn olmasın. Rәqs
qurtardı. Keçib oturdum.
Qulu әlini kürәyimә vurdu:
- Malades, bax belә. Yoxsa qoca kişi oturub- barmağını qoymusan nәbzinin üstә.
Tәbliğatı tәsir etdiyinә görә sevinirdi.
Mәnsә ürәyimdә onu danlayırdım:
- Allah sәnә lәnәt elәmәsin, mәni işә saldın.
Elә bu vaxt yeni rәqs sәslәndi. “Qadın paltarı geydirilmiş budaq” sıçrayıb ayağa qalxdı, düz
qabağımda dayandı. Yox, dayanmadı, qolumdan yapışıb ayağa qaldırdı:
- Bir dәfәlik bilmәlisәn ki, sәn mәnimsәn,- dedi.- Mәndәn yaxşısı ilә gәzmәyәcәksәn ki...
Şәhәrdә univermaqda işlәyirәm. Qayıdan kimi bir әla kostyum da alacağam sәnin üçün. Cibinә
cibxәrcliyi dә qoyacağam.
Mәni tәr basmışdı: “Sәnә nә deyim, ay Qulu. Sәn mәnim başıma nә oyun açdın. Niyә qoymadın
qıçımı qatlayıb oturum otaqda. Axı mәnim harama yaraşırdı bu rәqs?
Qadınsa dil qәfәsә qoymurdu:
- On gündü oğlanlar mәnә göz verib işıq vermirlәr. “Volqa”nı gәtirib saxlayırlar, yalvarırlar,
getmirәm. Allah vurub onlar da, onların “Volqa”sını da. “Volqa” zad görmәmişik bәyәm? Mәn o
qadınlardan deyilәm ki... İndiyә kimi tәmiz ad qoruyub saxlamışam. Ancaq heç özüm dә
bilmirәm necә oldu sәnә razılıq verdim. Görünür qismәt belә imiş. Qismәtdәn artıq yemәk
olmaz.
O danışdıqca bәdәnim od tutub yanırdı. Elә bil zәhrimar rәqsi dә qәsdәn uzadırdılar. Etika
xatirinә üzünә baxırdım. Ürәyimdә isә Qulunu söyürdüm:
- Sәni lәnәtә gәlmiyәsәn, ay Qulu. Axı, mәn sәnә nә pislik elәmişdim? Mәni niyә saldın bu
qadının cәnginә ? İndi mәn neylәyәcәyәm? Nә tәhәr qaçıb qurtaracağam bunun әlindәn?..
Qulunun isә vecinә deyildi. Vallah bir “Tәrәkәmә” oynayırdı, elә bil dünyanın bir nömrәli
rәqqasıdır. Hәrdәn dә yaxınlaşıb qәsdәn bizimlә toqquşur, bizi dә hәvәslәndirirdi. Hәlә bir dәfә
dә “mәnim qadınıma” da sataşdı:
- Görürsәn nә çәkir. Deyirdi oynamaq bilmirәm.
Bu sözdәn qadının ayağı yer aldı: Hәlә harasıdır, sәnә çox şeylәr öyrәdәcәyәm. Madam ki,
mәcbur elәyib mәni yoldan çıxarmısan, adımı bәdnam elәmisәn, axıra kimi getmәlisәn. Onu bil
ki, sәni heç kimә verәn deyilәm.

                                               91
Daha dözә bilmirdim, ürәyim partlayırdı:
- Yaxşı Qulu, gör sәnin başına nә oyun gәtirәcәyәm. Ə, kişisәn, adamsan. Qardaş- qardaş deyә-
deyә niyә mәni bәdbәxt elәtdirdin. İndi mәn başıma haranın daşını salım. Sabah sәhәr tezdәn
aradan çıxıb şәhәrәmi qayıdım? Bәs Yazıçılar İttifaqında qayğıma qalıb mәnә putyovka
verәnlәrә nә deyim? Deyim ki, tәqsir Qulu Xәlilovdadır? Mәni o qadına urcah elәdi? Evimi
yıxdı. Yazıq günlәrә qaldım...
Hәr dәfә rәqs başlananda qadın çalağan cücәni vurub qaldıran kimi mәni qaldırdıqca canımın
yeri darıxırdı. Gözümün qabağına cürbә-cür mәnzәrәlәr gәlirdi. Onun әynimә geyindirdiyi
kostyumu çıxarıb ayağımın altına salıb tapdalayırdım. Öz nimdaş kostyumumu geyib otağından
çıxırdım. “Əl çәk yaxamdan ifritәnin biri ifritә” deyirdim. Sәn mәni bәdbәxt elәyә bilmәzsәn...
Rәqsin qızğın yerindә ürәyim sancdı. Bir tәrәfdәn dilxor oldum. Digәr tәrәfdәn dә sevindim.
Əlimә girәvә düşdü. Əlimi ürәyimin üstә qoyub rәqsdәn yarımçıq çıxdım. Öz yerimdә oturdum.
Qadın da çıxıb yanıma gәldi:
- Qada-balan mәnә gәlsin, nә oldu? Ürәyin ağrıdı? Eybi yoxdur, keçib gedәr. Bәlkә gedәk
mәnim otağıma. Bir mürәbbәli çay verim sәnә?..
Başımı bulayıb “yox” dedim. Ürәyim o qәdәr dә bәrk ağrımırdı. Qәsdәn üz-gözümü qırışdırdım.
O demәk idi ki, qәmişini çәk mәndәn. Elә bu vaxt haradansa xәbәr tutub hәkim gәldi. Yalnız
hәkim gәlәndәn sonra Qulunun başı “Tәrәkәmә”dәn ayıldı:
- Nә oldu ә, sәnә? Yәqin mәhәbbәtdәndi...
Hәkim mәni qaldırıb:- Gedәk- dedi.
Qadın da mәnimlә getmәk istәdi.
Hәkim:- Lazım deyil, heç kim gәlmәsin, dedi. Qadına tәrs- tәrs baxdı.
Qulu Xәlilovun başı sarısaç qadına qarışmışdı. Heç mәnim “öldüyümü” vecinә almırdı. Hәkim
qadın mәni ikinci mәrtәbәdәki otağına apardı. Ürәyimin döyüntüsünә qulaq asdı. Nәbzimi
yoxladı, qarşımda xüsusi bir әda ilә dayanıb dedi:
- Şair oğlan, heç nәyin yoxdur. .Görünür o mәsәlә. Yәni eşq- mәhәbbәt. Bu sözlәri demәyi ilә bu
uca boy, dolu bәdәnli, duxili, pudralı xanımın qollarını açıb oynamağı vә oxumağı bir oldu:

Dolayı gәl, dolayı,
Hәsiri basma, dolan, gәl...

İlahi, bәs bu nә hәngamә idi? Yağışdan çıxıb, yağmura düşdüm. İndi mәn neylәmәli idim. Yenә
bir anlığa Qulu Xәlilov yadıma düşdü. Onu yenә dә ürәyimdә yamanlamaq istәdim. Sonra öz-
özümә dedim: “Əşi, bu yazıq Quludan nә istәyirsәn ey, yapışmısan yaxasından! Qulu sәni
avtomat qabağında apardı rәqsә? :Getmәyәydin! Qulu sәni silah gücünә oynatdı?
Oynamayaydın? Elә özünün dә bir az canında var...”
Hәkim qapının cәftәsini arxadan vurub gülümsündü:
- Şair oğlan, soyunub bir az uzansanız yaxşıdır. Hәr halda biz dә az- maz rәqs etmәyi bacarırıq.
Başa düşdüm ki, nәyә ehyam vurur. Gülümsünüb başımı aşağı saldım. Mәnim bu halım,
görünür, hәkim qadını ürәklәndirdi. Yenә oxumağa başladı:

Dolayı gәl, dolayı,
Hәsiri basma, dolan, gәl...

Yalvarıcı nәzәrlә hәkimin üzünә baxdım:
- Diqqәtinizә görә çox sağ olun. İcazә verin, mәn gedim otağıma.
Sözüm hәkim xanımın xoşuna gәlmәdi. Qapını açıb yol göstәrdi:
- Xoş gәldin.
Hәyәtdә Qulu Xәlilovla qarşılaşdım:
- Ə, haradasan, sәhәrdәn sәni axtarıram?
Dinmәdim, böyründәn ötüb otağa gәldim. Çarpayıya uzandım.
Qulu da ardımca gәldi, Yanımda oturdu:

                                               92
- Özünü az әzdir. Dur otur görәk cananınla necә danışdınız?
Bayaqdan ciddi dayanmışdım. Guya ki, Quludan bәrk incimişәm. İstәyirdim ki, hadisәni bir az
da dramatiklәşdirim, sonra әvvәldәn axıra danışım. Ancaq Qulunun “canan” sözündәn sonra
özümü saxlaya bilmәdim. Elә güldüm, elә güldüm... Bәlkә ömrümdә elә gülmәmişdim... Qulu da
hәlә mәsәlәnin nә yerdә olduğunu bilmәdәn mәnә qoşuldu.
Sonra gözlәrini silә-silә dedi:- Ə, ta bәsdi. Az gül. Bir әmәlli-başlı danış sonra gülәk. Mәn güclә
özümü saxlayıb hamısını bir-bir danışdım. Tәzәdәn gülmәkdәn uğunub getdik. Bir azdan Qulu
toxdayıb dedi:
- Amma hәkim saz şeydi, gәrәk ondan yapışaydın.
Mәnim cavabım yenidәn onun uğunub getmәsinә sәbәb oldu:
- Qulu, mәnә yazığın gәlmir, atama, anama yazığın gәlsin, mәni bәdbәxt elәmә.
Mәnim gülә-gülә, güldürә-güldürә danışdığım bu hadisә sona çatanda otaqda nә tәhәr gülüş
qopdusa, qonşu otaqda qadınlar, uşaqlar da bizә qoşuldular. Yoldaşlarımızdan biri gülә-gülә
qarnını tutub çarpayıya yıxıldı. Biri әli ilә ağzını, burnunu bağlayıb özünü sakitlәşdirmәk üçün
hәyәtә çıxdı. Mәn göz yaşlarımı silә-silә aynaya baxdım. Özümü tanımadım: gülmәkdәn
gözlәrim qıpqırmızı qızarmışdı.
Bakıdan çıxanda Rafiq müәllim bir konyak götürmüşdü. Sxaltubada heç ağzını da açmadıq.
Bakıya qayıdanda Rafiq müәllim necә deyәrlәr, ailә sәdaqәtini sübut etmәk üçün konyakı
sumkadan çıxarıb stolun üstünә qoyur:
- Aidә xanım, görürsünüz, apardığımız konyakı qaytarıb gәtirmişәm.
Aidә xanım cavab verir:
- Bәs könlündәn nә keçirdi ki?.. Nә etmәliydin ki?..
Maraqlı sual idi...
Uzun illәr dostluq, qardaşlıq, yoldaşlıq ünsiyyәtindә olduğum insanların bir çoxunun görüşünә,
tәәssüf ki, bu gün evlәrindә, iş yerlәrindә, sahil bulvarında vә ya başqa bir yerdә yox, müxtәlif
qәbiristanlıqlarda görürәm. Bәzilәri mәndәn uzaqlaşıb, bәzilәrindәn mәn uzaqlaşmışam. Bu
haqda da şeirim var:

Baş nәlәr çәkmәdi ürәk duyandan,
Bәzәn dәrd әlindәn yata bilmirәm.
Dost var,birdәfәlik köçüb dünyadan,
Dost var, itkin düşüb tapa bilmirәm.

Biri unudubdur telefon nömrәmi,
Nә vaxtdır özünü yaman tox tutur.
Dostların ölümü yandırır mәni.
Dostların itimi mәni qorxudur.

Biri vәzifәnin şöhrәt dağında,
Biri yeni- yeni dost sorağında.
Torpaqda tәzәcә uyuyur biri,
Biri bu dünyanın kef dağında.

Fikirlәr içimdә sındırır mәni,
Deyirәm gördüyüm bәlkә yuxudur.
Dostların ölümü yandırır mәni,
Dostların itimi mәni qorxudur.

...Qәsdәn xәbәr alır elә bil oğlum:
“Niyә görünmәyir filankәs dayı,
Niyә görünmәyir filankәs әmi?”
Dirәnir qәlәmim, boşalır qolum,

                                                93
Sözünü kәsimmi, mәn tәlәsimmi?
Hәr sual gözündә bir sünbül dәni,
Göyәrir, saralır, solur, yox olur.
Dostların ölümü yandırır mәni,
Dostların itimi mәni qorxudur.

 Ötәn illәrin sınağından keçirdiyim, ürәyimdә yer verdiyim insanlar haqqında elә ürәkdolusu
danışmaq istәrdim ki... Onlardan biri Üzeyir yadigarı sevimli bәstәkarımız Süleyman
Əlәsgәrovdur. Süleyman müәllim mәnim üçün torpağa bağlılıq, sadәlik, sәmimilik rәmzidir.
Süleyman müәllimlә hәr görüşdәn sonra ürәyimdә onun işığını, hәrarәtini duyuram. Ərlә arvadın
torpağı bir yerdәn götürülür- deyirlәr. Süleyman müәllimin hәyat yoldaşı Ağgül bacı necә dә
mehriban vә qayğıkeşdir. Mәn hәr dәfә Süleyman müәllimgilә zәng edәndә Ağgül bacıdan eyni
sözlәri eşidirәm: “Famil, sәnә qurban olum.” Mәn bu hәrarәtli, sәmimi sözlәri anamdan sonra
daha çox Ağgül bacıdan eşitmişәm. Ağgül bacı kimi analara mәn dә qurban olmağa hazıram.
Süleyman müәllim sözün hәqiqi mәnasında xalq adamıdır. Onun sadәliyi, müdrikliyi,
yaradıcılığının tәbiiliyi, emosionallığı, bir sözlә bütün insani xüsusiyyәtlәri xalqdan gәlir. Son
illәr xalqın, xüsusilә Qarabağ camaatının faciәsi Süleyman müәllimi bәlkә dә hamımızdan çox
sarsıtmışdır. Şuşasız, Ağdamsız, Füzulisiz, Cәbrayılsız, Kәlbәcәrsiz Süleyman müәllimi tәsәvvür
etmәk mümkün deyildir.
Professor Teymur Vәliyev iqtisadçı alimlәrin böyük bir qisminin müәllimi olub. Mәn dә Teymur
Vәliyevi özümün mәnәvi müәllimlәrimdәn hesab edirәm. Teymur müәllim lәyaqәtli insandır.
İnsanların böyüyünün dә, kiçiyinin dә yerini bilәndir. Uzun illәr universitetin rәhbәrlәrindәn biri
olub. Haqqında bir dәfә dә olsun artıq- әskik söz eşitmәmişәm. Əksinә, Teymur müәllimdәn
söhbәt düşәndә hamı eyni sözü deyib: yaxşı insandır. Nәfsini boğmağı bacaran adamdır. Özünә
dә, özgәyә dә tәlәbkardır. Tәlәbkar olduğu qәdәr dә qayğıkeşdir. Teymur müәllimdәki yumor
hissi dә mәnim üçün әzizdir. Yayda hәr dәfә Teymur müәllim “Qarağacla aran necәdir?”
deyәndә üzündә bir mehribanlıq, özümә tәbii hörmәt hiss edirәm. Teymur müәllimin bağında
qәşәng bir Qarağac var. İstidә sәrin kölgәsi olur. Teymur müәllim görünür, әn yaxşı, doğma
adamlarını bu Qarağacın kölgәsindә söhbәtә, istirahәtә dәvәt edir. Hәr dәfә hiss etmişәm ki,
Teymur müәllim mәni sadәcә olaraq qonaq aparmır. Mәni tәbiәtin qoynuna, dәnizә çәkir.
Maraqlı insanlarla tanış edir. Yeni axtarışlar, düşüncәlәr üçün şәrait yaradır. Yazıb- yaratmağa
hәvәslәndirir. Rafiq Əliyevlә qohumluq әlaqәlәrimizin yaranmasında da Teymur müәllimin
ağıllı mәslәhәtinin mühüm rolu olubdur. Nümunәvi ailә başçısı kimi dә Teymur müәllimdәn
öyrәnilәsi keyfiyyәtlәr, cәhәtlәr çoxdur.
Mәn yaradıcılıq imkanlarımın genişlәnmәsindә, yazdıqlarımın müәyyәn bir dövrdә ardıcıl nәşr
olunmasında, tәbliğindә Nazim İbrahimova minnәtdaram. Azәrbaycanın yaradıcı mühitindә
hәmişә “әl-әli yuyar, әl dә üzü” prinsipi әsas götürülüb. Xüsusilә qәzetdә, nәşriyyatda, televiziya
vә radioda işlәyәnlәr bu prinsipi özlәrinin әsas fәaliyyәt proqramına çeviriblәr. Mәn isә hәmişә
mәtbuatdan, radio vә televiziyadan, nәşriyyatdan uzaq olmuşam. Bu mәnada heç kәsin mәnә işi
düşmәyib. Bir növ oyundan kәnar vәziyyәtdә olmuşam. Ancaq Nazim İbrahimov respublikada
nәşriyyat işlәrinә rәhbәrlik edәndәn sonra başqaları kimi mәnim dә yolumda yaşıl işıq yandı.
Yazdıqlarım vaxtlı- vaxtında kitablarda nәşr olunub. Hәtta nәşrindә imtina edilәnlәr dә işıq üzü
görüb. Ən yaxşı kitablarım mәhz hәmin dövrdә çıxıb. O cümlәdәn dә bir cildliyim. Bu mәnim
maddi imkanımı da genişlәndirib. Kәnddә ata yurdumuzda ev tikdirmişәm (hәrçәnd ki, indi
düşmәnlәr o evi dağıdıb), ailәnin gündәlik güzәranını müәyyәn dәrәcәdә yaxşılaşdıra bilmişәm.
Nazim müәllimin hәlә bundan әvvәl rәhbәr işlәrdә işlәdiyi vaxtlarda da mәnә böyük hörmәti
keçib, daima onun böyük insani münasibәtini hiss etmişәm. Bu, yaradıcılığımda öz izini
buraxıbdır. Nazim müәllimin hörmәtini heç vaxt unutmaram.
Görkәmli akademiklәr, professorlar, el ağsaqqalları Əliş Lәmbәranski, İmam Mustafayev,
Kamran Hüseynov, Cәmil Quliyev, Çingiz Cuvarlı, İbrahim İbrahamov, Bayram Bayramov,
Bahadur Zeynalov, Abdulla İbrahimov, Firudin Köçәrli, Nurәddin Rzayev, Hacı Hacızadә,
Cәmil Əlibәyov vә başqaları ilә tanışlığım, ünsiyyәtim mәnә çox şey vermiş, xalq müdrikliyini

                                                94
duymağa, mәnәvi sәrvәtlәri qiymәtlәndirәmәyә, böyük- kiçik qәdri bilmәyә, әdәb- әrkan
gözlәmәyә sövq etmişdir. Onların hәr biri ilә bağlı oxucuya deyilәsi ibrәtamiz xatirәlәrim dә
çoxdur. Ancaq hәlәlik bir-ikisini qeyd etmәklә kifayәtlәnәcәyәm.
Mәn hәlә Ağdam pedaqoji mәktәbinin sonuncu kursunda oxuyarkәn partiyaya üzv namizәdliyinә
qәbul edilmişdim. Bu o vaxt böyük şәrәf hesab olunurdu. Universitetdә namizәdlik vaxtım
tamam olanda üzvlüyә qәbul etdilәr. Tәsdiq üçün raykoma göndәrdilәr. Bu o dövr idi ki, Stalin
ölmüşdü. M.C.Bağırov hәbs edilmişdi. Çәmiyyәt, ölkә fırtınalı dәnizdә sükanını itirmiş gәmiyә
bәnzәyirdi. Bir tәrәfdәn hәtta 37-dә tutulanlara bәraәt verilmәsi sәdası gәlirdi. Digәr tәrәfdәn
dünәnә kimi kommunistlәrә nümunә göstәrilәn, bu gün düşmәn sayılan adamların, necә deyәrlәr,
ardıcıllarını, mәslәkdaşlarını axtarıb- tapır, hәbsә alırdılar. Ali mәktәb tәlәbәlәri üzәrindә ciddi
nәzarәtin olmasını hәr gün hiss edirdik. Raykomda mәni, sәhv etmirәmsә, Popov familli ikinci
katibin qәbul edib söhbәt aparması, siyasi savadımı yoxlaması oldu. Sualları rusca verdi. Hәm dә
“Kapitaldan” başladı. Mәn rus dilini pis bilirdim. Xüsusilә dә “Kapital” haqda ordan- burdan
bildiklәrimi demәk mәnim üçün çәtin idi. Ona görә dә xahiş etdim ki, sualları azәrbaycanca
versin.
Bu xahişim katibә toxundu:- Doğrudanmı sәn rus dilini bilmirsәn. Yoxsa, bilib cavab vermәk
istәmirsәn?
Sualın cavabını gözlәmәdәn dedi:- Necә ola bilәr ki, sәn partiyaya keçirsәn, rus dilini bilmirsәn!
Bura qәdәr sakit dayanmışdım. Bu sözlәrdәn sonra özümü saxlaya bilmәdim:- Əvvәla, partiya
nizamnamәsindә yazılmayıb ki, rus dilini bilmәyәnlәr partiya üzvü ola bilmәzlәr. İkincisi, mәn
rusca yox, Azәrbaycan dilindә cavab vermәk istәyirәm. Üçüncüsü dә, icazә verin soruşum: bәs
siz niyә Azәrbaycanca bilmirsiniz? Azәrbaycanda yaşayırsınız, katib işlәyirsiniz, Azәrbaycan
dilini bilmirsiniz. Mәn Bakıya tәzә gәlmişәm.rus dilini öyrәnәcәyәm. Bәs siz Azәrbaycan dilini
nә vaxt öyrәnәcәksiniz?
Katibin qırımızı sifәti daha da qızardı. Çox sakit- sakit o ki, var döşәdi cәmdәyimә. Düzünü
deyim ki, dediklәrinin çoxunu başa düşmәdim. Ancaq “nasionalist” sözünü bir neçә dәfә tәkrar
etdiyindәn yadımda qaldı. Ayağa qalxdı, qovluğumu da götürdü vә mәni birinci katibin otağına
apardı. Birinci katib qarayınız, xeyli çallaşmış eynәkli bir kişi idi. Gәrәk ki, famili Pәnahov idi.
Əsas başa düşdüyüm bu oldu ki, mәn rusca cavab vermәkdәn, ümumiyyәtlә, rusca danışmaqdan
imtina edirәm, azәrbaycanlı- rus söhbәti salmışam. Katibi tәhqir etmişәm.
Birinci katib onu sakit dinlәdikdәn sonra mәnә üz tutdu:
- Niyә katibә hörmәtsizlik etmisәn? Nә üçün rus dilini bilmirsәn?
Doğrusu mәsәlәni tündlәşdirmәk istәmirdim. Fikirlәşdim ki, universitetdәn qovula bilәrәm. Ona
görә dә yavaşcadan cavab verdim:
- Mәn katibi tәhqir etmәmişәm.
Cavabım onu bir qәdәr әsәbilәşdirdi:
- Bәs katib yalan deyir? Üzr istәmәk әvәzinә özünә bәraәt qazandırırsan. Görünür katib düz
deyir, sәndәn kommunist olmaz!
Azәrbaycanlı katibin mәni rus katibin ayağına vermәsi cavanlıq qüruruma toxundu. Əvvәl
nәdәnsә güman edirdim ki, o mәni müdafiә edәcәk. Ancaq gözlәdiyimin tam әksi oldu. Əlim
birinci katibdәn üzülәndәn sonra dedim:
- Yoldaş Pәnahov Popova dediyim sözlәri bir daha tәkrar edirәm: Nizamnamәdә yızılmayıb ki,
rus dilini bilmәyәnlәr partiya üzvü ola bilmәz. İkincisi, doğma dilimdә dınışmaq hüququmu heç
kim mәnim әlimdәn ala bilmәz. Üçüncüsü, bәs Popovdan niyә soruşmursunuz ki, nә sәbәbә
azәrbaycan dilini öyrәnmәyib?
Əsәbi halda әlini qәlәmә atdı. Qovluğun üstündә nәsә yazıb qol çәkdi vә Popovun qabağına
tulladı. Mәnә nә isә acıqlı- acıqlı dedi:
- Dur get!
Küçәyә çıxdım. Bütün şәhәr başıma hәrlәndi. Kәndimiz, kasıb evimiz, kolxozçu atam- anam
gözlәrimin qarşısına gәldi. Özümü danladım: “Sәnә hәr nә gәlsә dilinin ucbatından gәlәcәk.
Kimә arxayın olub belә havalı danışırsan? Ayağını yorğanına görә uzada bilmirsәn?” Ancaq


                                                 95
içimdәn bir sәs gәldi: “- Qorxub elәmә. Lap yaxşı elәdin ki, cavablarını verdin. Universitetdәn
qovarlar, cәhәnnәmә qovsunlar. Bir tikә çörәk tapıb yeyә bilmәyәcәksәn?”
Universitetdә bir neçә gün sәksәkәli gәzdim. Elә hey qulağım sәsdә idi ki, indi mәni rektorluğa
çağırarlar, sabah çağırarlar. Ancaq çağırmadılar. Sәn demә raykomdakılar öz başlarının hayında
imiş. Aradan bir neçә vaxt keçmiş eşitdim ki, Pәnahovu birinci katiblikdәn çıxarıblar. Tәxminәn
bir ildәn sonra artıq ikinci kursda oxuyurdum, mәni yenidәn raykoma göndәrdilәr vә tapşırdılır
ki, özümü yaxşı aparım. Raykomun binasında qapının üstündә Popovun familini yenә görüb
dilxor oldum: “Bu köpәkoğlu yenә burdadır...” Ancaq mәnә bildirdilәr ki, sәninlә Popov yox,
birinci katib söhbәt edәcәk. Tәlimatçı qovluğumu götürüb mәni birinci katibin otağına apardı.
Dәrhal qapıda yazıya baxdım: “Zeynalov B.”
Bir neçә dәqiqәdәn sonra tәlimatçı içәri girdi, çıxanda qovluğu әlindә yox idi. Mәnә- keç içәri,-
dedi. Birinci katibin mәnә tanış olan otağına girdim. Qarayanız, kök, dәyirmi sifәt, daz bir kişi
stolun arxasında oturmuşdu. Hörmәtlә salamımı aldı. Tәәccüblә üzümә baxdı. Görünür mәni
yeni birinci katibә dә xortdan cildindә tәqdim etmişdilәr. Ancaq birinci dәqiqәdәn hiss etdi ki,
xortdan- zad deyilәm, normal adamam. Soruşdu ki, niyә sәni vaxtında üzvlüyә qәbul etmәyiblәr,
bir il yubadıblar?
Cavab verdim:- Bilmirәm, yәqin belә mәslәhәt imiş.
Başını qaldırıb azca gülümsündü. Amma heç nә demәdi. Qovluqda sәnәdlәri yenidәn nәzәrdәn
keçirdi. Nәhayәt soruşdu:
- Partiya nizamnamәsini oxumusanmı?
Cavab verdim:
- Bütün maddәlәrini әzbәr bilirәm. Hardan istәsәniz sual verә bilәrsiniz.
Cavabım xoşuna gәldi. Soruşdu:
- Sәni Ağdamda kim partiya üzvlüyünә namizәd qәbul edib?
Cavab verdim:
- Raykomun birinci katibi Mәmmәd Əliyev.
Gülümsünüb dedi:
- Deyirsәn Mәmmәd Əliyevin namizәdliyә qәbul etdiyi adama mәn sual verim? Get, axşam
büroya gәlәrsәn.
Büroya qәdәr xeyli hәyәcan keçirdim:- “Birdәn Popov yenә sarsaqlayar...” Büro iclasına
çağırıldım. İçәri girdim. Otaq adamla dolu idi. Gözüm Popova sataşdı. Başını aşağı salmışdı.
Mәnim içәri girmәyimlә birinci katibin dillәnmәsi bir oldu:
- Bu cavan oğlan bu gün mәnim yanımda söhbәtdә olub. Çox hazırlıqlı oğlandır. Nә kimi tәklif
var.
Hamı bir ağızdan dedi:
- Qәbul olunsun!
“Sağ olun” deyib otaqdan çıxdım. Öyrәndim ki, hazırkı birinci katib kimya professorudur.
Respublika Elmlәr akademiyasının partiya komitәsi katibi vә raykomun büro üzvü olub.
Pәnahov çıxarılandan sonra raykomun birinci katibi seçilib. Əslәn Qarabağlıdır, Füzuli
rayonundandır. Hadisәnin üstündәn tәxminәn otuz il keçdikdәn sonra bu faktı görkәmli alim,
akademik Bahadur Zeynalova xatırlatdım. Otuz ildәn sonra tәşәkkürümü bildirdim. Gülümsünüb
“Sağ ol” dedi...
İkinci hadisә böyük el ağsaqqalı Əliş Cәmil oğlu Lәmbәranski ilә bağlıdır. Əliş Lәnbәranskinin
söhbәtindәn: “Baksovetin sәdri işlәyәndә bir dәfә sәhәrә yaxın, tәxminәn saat dördün yarısı,
dörd radәlәrindә sürücünü çağırdım. Şәhәrә çıxdıq. Fikirlәşdim ki, tәcili yardım stansiyasında
heç olmamışam. Gedib görüm hәkimlәrin yeri- yurdu necәdir? Gedib gördüm hәkimlәr polun
üstündә hәrәsi altına bir şey salıb uzanıb yatıblar. İndiyә qәdәr burada olmadığıma görә özümü
danladım. Soruşdum: “Nә var, nә yox?” Cavab verdilәr ki, bu gecә qeyri-adi bir hadisә baş
verib: filan küçәdә, filan nömrәli binanın filan nömrәli mәnzilindә cavan bir qadın öz cavan
әrinin başını kәsirmiş. Xoşbәxtlikdәn baş tutmayıb. Yara qorxulu deyildi. Sarıdıq, yatdı,
dincәldi. Elә indi buraxdıq getdi evlәrinә. Qadını da aparıblar filan rayon milis şöbәsinә.


                                               96
Mәni dәhşәt bürüdü. Bu qatil qadını tәsәvvürümdә canlandırmağa çalışdım. Bir baş milis
şöbәsinә getdim. Növbәtçilәr mәni görüb ayağa qalxdılar. Soruşdum ki, o qadın haradadır?
Dedilәr müvәqqәti tәcridxanada. Dedim açın o qapını. Mәn hәmin qadını görmәk istәyirәm.
Açdılar. Gördüm lap cavan bir qadındır. Saçları pәjmürdә halda üz-gözünә tökülüb. O qәdәr
ağlayıb ki, gözlәri qızarıb yerindәn çıxır. Ancaq heç qatilә oxşamır. Suallarımın cavabında yalnız
bunu dedi: ”Mәn qatil deyilәm...” Nәdәnsә inandım. Dedim aparın bu qadını oturdun maşına.
Milis nümayәndәsi qәti etiraz etdi: ”Olmaz. O canidir. Ağır cinayәt törәdib.” Dedim:
- Mәn Əliş Lәmbәranskiyәm. Qadını mәn aparıram. Qorxmayın, bütün mәsuliyyәti öz üzәrimә
götürürәm.
Qadını maşına oturtdular. Hәlә işıqlanmamışdı. Hava bir az soyuq idi. Maşında titrәyirdi. Maşını
onların ünvanına sürdürdüm. Bir qәdәr aralıda saxlatdım. Tәkcә hәyәtә girib birinci mәrtәbәdә
yarı- zirzәmi otağın qapısını döydüm. Darkeş otaqda hamısı oyaq idi: ata, ana, xәsarәt almış
oğlan. Boğazı sarıqlı uzanmışdı bir küncdә. Tanışlıq verdim. Onsuz da qorxu dәhşәti içindә olan
bu adamlar bir az da qorxdular. Quruyub yerlәrindә qaldılar. Hadisәnin sәbәbini soruşdum. Kişi
dә qadın da susub başlarını aşağı saldılar.
Dikәlib yastığa söykәnәn boğazı sarıqlı oğlan ayağa qalxdı:
- Bәlkә hәyәtә çıxaq,- dedi.
Razılaşdım. Küçәyә çıxmadıq. Elә qapının dalında dayandıq. Dedim:
- Mәnә hәqiqәti açıb desәn, sizә kömәk edәcәyәm.
Oğlan danışmağa başladı:
- Yoldaşım qatil deyil. Tәrbiyәli qadındır. Onu mәn mәcbur etdim ki, mәni öldürsün. Bildirdim
ki, әks halda mәn onu öldürәcәyәm. Sәbәbi dә çox sadәdi: bir ildәn çoxdur ki, evlәnmişik. Üzr
istәyirәm, hәlә dә bir yerdә yata bilmәmişik. Ata- ananın yanında darkeş bir otaqda bir yerdә
necә yatasan. Ancaq hәrdәn parkda oturub söhbәt etmәklә günümüzü keçirirdik. Bir gün belә,
beş gün belә. Daha sәbrim tükәndi. Özümә nifrәt elәdim. Qәrara gәldim ki, belә özünü tәhqir
vәziyyәtindә yaşamaqdansa ölmәk yaxşıdır. Ona görә dә mәcbur elәdim.
Mәn oğlanın dediklәrinә dә inandım. Qadınla yanaşı oturtdum. Artıq yavaş- yavaş işıqlanırdı.
Mәnzil idarәsi rәisini yuxudan qaldırdım. On, on beş dәqiqәdәn sonra yanımda oldu. Soruşdum
ki, boş mәnzilin varmı? Cavab verdi ki, ancaq bir otaqlı bir mәnzil var. Göndәrdim açarını
gәtirtdirdi. İkisini dә yenidәn maşına oturtdum hәmin ünvana getdik. Qapını açdırdım. Bir otaqlı
qәşәng mәnzil idi. Açarını verib dedim:
- Buyurun, yaşayın. Bir-birinizә mehriban olun...
...Bir gün iş otağımda oturmuşdum. Kömәkçi gәldi ki, qәbul otağında bir kişi vә uşaqlı bir qadın
oturub. Sizi görmәk istәyirlәr. Fikirlәşdim ki, şübhәsiz mәnzil mәsәlәsi olar. Ona görә dә dedim
xәbәr versinlәr ki, qәbul vaxtı gәlsinlәr. Kömәkçi yenә qayıtdı:
- Çox xahiş edirlәr ki, vacib işlәri var. İkicә dәqiqәliyә onları qәbul edәsiniz.
Qәbul otağına çıxdım. Ayağa qalxıb salam verdilәr. Əvvәl tutulub danışmadılar. Sonra oğlan
soruşdu:
- Tanımadınız?
Dedim:
- Xeyir, nә lazımdır?
Mәlum oldu ki, hәmin “qatil” qadın vә onun әridir. Oğlan dedi:
- Yoldaş Lәmbәranski gәlmişik sizә öz minnәtdarlığımızı bildirәk. Siz bizi hәyata qaytarmısınız.
Dünyaya körpәmiz dә gәlib. Əgәr imkanımız olsaydı bu körpәni sizә hәdiyyә verәrdik.
Mәn çox hәyәcanlandım. Hәr ikisinin әlini sıxdım:
- Çox sağ olun. Körpәnizi dә tәbrik edirәm. Gedin mehriban yaşayın,- dedim.
...Demәli, dünya yaxşı insanlardan xali deyildir. Bu fikri şeirimdә ifadә etmәyә çalışmışam:

Nә yaxşı ki, çoxdur yaxşı adamlar,
Yoxsa payızda, yazda
Dolu da, yağış da döyәrdi bizi.
Hәtta evimizdә, otağımızda,

                                                97
Namәrdlәr qurd kimi yeyәrdi bizi.

Nә yaxşı ki, çoxdur yaxşı adamlar,
Yoxsa lazımlı yerdә
Dolaşıq düşәrdi xeyir ilә şәr.
Nadanlar alimә,
Qorxaqlar mәrdә,
Oğrular doğruya dәrs verәrdilәr.

Nә yaxşı ki, çoxdur yaxşı adamlar,
Bölür,
bir dünyaya sevinci çatır,
Hәyatın mәnası, ömrün mәnası,
Yaxşı insanların çoxluğundadır.

Belә insanlardan biri dә fәlsәfә elmlәri doktoru, professor Camal Mustafayevdir. Allah Camal
müәllimi xeyirxahlıq üçün yaradıb. Bәzәn öz- özümә düşünürәm: insanda bu qәdәr sәmimiyyәt,
qayğıkeşlik hardandır? Mәni dә gәnclik illәrimdә Camal müәllimin qapısına ehtiyac aparıb.
Namizәdlik dissertasiyasımın avtoreferatını ruscaya tәrcümә etdirmәk lazım idi. Xәstә vaxtlarım
idi. Dәrman almağa da pul tapmırdım. Bir dәfә indi professor, kafedra müdiri Cәlal Abdullayevә
dedim ki:
- Avtoreferatı tәrcümә etdirmәyә pulum yoxdur, bilmirәm neylәyim?
Dedi get Camal Mustafayevin yanına. Dedim tanımaza, bilmәzә necә gedim?
Dedi:
- O şübhәsiz sәni tanıyır. Şeir- sәnәt adamıdır. Kasıb- kusubun dostudur.
Akademiyanın fәlsәfә institutuna getdim. Tanış olduq. Elә ilk dәqiqәdәn hiss etdim ki, qeyri-adi
adamdır. Dәrdimi açıb dedim:
- Ürәyini qısma, dedi, şair, avtoreferatının tәrcümәsi mәnim boynuma.
Tezliklә tәrcümә edib qaytardı. Belәliklә dә, dostluğumuz başlandı. Sonralar da dәfәlәrlә
kömәyimә çatdı. Belә tәmәnnasız yaxşılıqlar bizim dövrümüzdә çox az- az olur. Camal
müәllimin adı belәlәrinin siyahısında başda yazılmalıdır.
Mәnim üçün qiymәt vermәyin әsas meyarı vәtәnә, xalqa, millәtә tәmәnnasız xidmәtdir. Bu
cәhәtdәn musiqişünas Firidun Şuşalının haqqında bu cümlәlәri xüsusi hörmәtlә yazıram. Etiraf
edim ki, mәn Firidun müәllimlә çox az oturub- durmuşam. Ancaq bu adam hәmişә mәnim
ürәyimә yaxın olub. Əsas sәbәbi gördüyü böyük işlәrdir. Firidun Şuşalı bütün hәyatını
Azәrbaycan musiqisinin, süsusilә Azәrbaycan muğamatının öyrәnmәsinә sәrf edib. Bu sahәdә,
mәn deyәrdim ki, әsl fәdakarlıq, qәhrәmanlıq nümunәsi göstәrib.
Ancaq bundan әvvәl onun fәaliyyәti tariximizin öyrәnilmәsinә hәsr edilmişdir. Bu, mәnim
alәmimdә heç kimә bәnzәmәyәn xüsusi tarixçilik- alimlikdir. Firidun tarixi sadәcә olaraq
yazmayıb, o bәlkә dә tarixin yenidәn yaradılmasına çalışıbdır. Vәtәnin hәr daşında, qayasında
özünün pozulmaz, orijinal izini qoyubdur. Onun “Şuşa” kitabı bu sahәdә әn yaxşı nümunәdir.
Firidun bu kitabda ilk dәfә yalnız Şuşanın tarixini yazmayıb, onun hәr abidәsi, dağı, çayı, bulağı,
düzü, yamacı, yolu, cığırı uğrunda, sanki qılınca qurşanıb mübarizә aparıb, düşmәni diz
çökdürüb, qәlәmini sındırıb, sözünü ağzında qoyub. Belәliklә, Şuşanın tarixini düşmәnin
caynağından qoparıb, sübut edib, әsaslandırıbdır. Buna görә dә tәqiblәrә, hücumlara, tәhqirlәrә
mәruz qalıb. Ancaq әyilmәyib, mәğrur dayanıb. Sözünü daha ucadan deyib
Mәn Firidun Şuşalı haqqında otuz il әvvәl dediklәrimi daha böyük iftixarla tәkrar edirәm:
Firidun muğamın vә xalq musiqilәrinin öyrәnilmәsi sahәsindә böyük bir institutun görә
bilmәyәcәyi işi görüb. Böyük, әvәzsiz, zәngin bir xәzinәni tәkbaşına toplayıb, bir yerә yığıb,
kitabalrda çap etdirib. Belәliklә, itib-batmağa qoymayıb. İnamla deyirәm: Firidun Şuşalıdan
başqa heç kim bu tarixi işin öhdәsindәn gәlә bilmәzdi.


                                                98
Son illәr Sadıq Murtuzayevlә yaxın münasibәtimiz olub. Xasiyyәtimizdә ümumi cәhәtlәr çox idi.
Sadıq müәllim Ağdama birinci şәxs kimi rәhbәr işә göndәrilәndә ona mәktub yazdım: “Sadıq
müәllim! Sizdәn әvvәlkilәrә dә müraciәt etmişәm, bir şey çıxmayıb. Ağdam pis vәziyyәtdәdir.
Küçәlәrdәn keçib getmәk olmur. Bu yaxınlarda Moskvadan, Leninqraddan, Sibirdәn,
Belarusiyadan, Ukraynadan yazıçılar Dağlıq Qarabağa getmişdilәr. Qayıdanda Ağdamın
mәrkәzindә maşınları çalaya düşüb, xarab olub. Onlarla görüşәndә bunu mәnә elә tәrzdә dedilәr
ki, ölüb yerә girdim. Dedilәr o Stepanakert, o da sizin Ağdam. Sadıq müәllim 5- 10 ildәn sonra
heç kimi maraqlandırmayacaq ki, filanıncı ildә Ağdam nә qәdәr pambıq vә üzüm verib. Ancaq
bu gün siz bir küçәni abadlaşdırsanız, bir sanatoriya tiksәniz, bir muzey açdırsanız, әlli ildәn
sonra da deyәcәklәr ki, bunları Sadıq müәllim tikdirib. Tәşәbbüs qaldırın. Qurtarın bizi
ermәnilәrin töhmәtindәn. Ağdamı görәn qonaqların töhmәtindәn.”
Sadıq müәllim fәallar yığıncağında mәnim mәktubumu oxuyub. Elә oradaca abadlıq tәdbirlәri
hazırlayıb hәyata keçirmәk üçün xüsusi heyәt ayrılıb. Dәrhal da bu işә başladılar. Dörd- beş ayın
içindә Ağdamda böyük tikinti- abadlıq işlәri görüldü. Ən mәşhur qәzetlәr Ağdamdan yazdı. Bir
dәfә mәn Moskvadan “İzvestiya” qәzeti redaksiyasında bu işlәrdәn danışdım. Dәrhal mәnә
yazmaq sifarişi verdilәr. ”Na moyey zemle” adlı oçerki yazıb göndәrdim. Dәrc etdilәr.
Belәliklә, necә deyәrlәr, Sadıq müәllimә quşum qondu. Sadıq müәllim az vaxt әrzindә Abdal-
Gülablıda sanatoriyalar, istirahәt evlәri tikdirdi. Bir gün Sadıq müәllim mәnә bir mәktub
göstәrdi. Mәktubu DQMV-nin rәhbәri Gevorkovun tәkidi ilә Şuşa rayon RK-nın birinci katibi
yazmışdı. Bildirildi ki, bu yaydan etibarәn aran rayonlarından Şuşa pioner düşәrgәlәrinә uşaq
qәbul edilmәyәcәk. Vilayәtin öz uşaqları o düşәrgәlәrdә dincәlәcәklәr. Bu dәhşәtli fakt idi.
Çünki hәr il göydәn od yağanda on minlәrlә uşaq aran rayonlarından Şuşaya göndәrilir,
istirahәtlәri tәşkil olunurdu. İndi bunun qarşısı alınırdı. Sadıq müәllim tәşәbbüs qaldırdı:
uşaqlarımız Gülablıda öz tikәcәyimiz sanatoriyalarda dincәlmәlidir! Belәliklә dә, inşaat işlәrinә
başlandı. Belәliklә mәşhur Abdal- Gülablı istirahәt zonası yarandı. Yeri gәlmişkәn qeyd etmәk
istәyirәm ki, ermәni quldurlar ilk dәfә Abdal- Gülablıya hücum edib kәndi, hәmin sanatoriya
binalarını yandıranda mәn şosse yolunda dayanıb alovu göyә qalxan sanatoriya binalarına baxır,
özüm dә od tutub yanırdım...
Heyif Ağdam camaatının әzab-әziyyәtinә! Heyif Sadıq müәllimin әziyyәtinә. Mәn o vaxt Abdal-
Gülablının yanmasına baxıb yanırdım. Demә, elә bir gün gәlәcәkmiş ki, Azәrbaycanın alçaq
vәzifәpәrәstlәrinin stol, kabinet, var-dövlәt ölülәrinin hiylәlәri, satqınlıqları nәticәsindә Ağdamın
alışıb- yanmasına uzaqdan baxacaq, tüstüsü tәpәmdәn çıxacaqmış!
Ağdam ziyalıları Mәmmәd Mәmmәdov, Süleyman Zeynalov, Hüseyn Hüseynov, Mütәllim
Sadıqov, Hüseyn Bayramov, Hәsәn Qәhrәmanov vә başqaları ilә ünsiyyәt mәnә çox şey
vermişdi.
Mәn yoldaşlarımın bir çoxundan müәyyәn dәrәcәdә başqa cür hәyat keçirmişәm. Tәlәbәlik
illәrimdәn indiyә qәdәr istirahәt gününün, istirahәtin nә demәk olduğunu bilmirәm. Mәni buna
vadar edәn ancaq yaradıcılığım olub. Bu mәnada yaradıcılıq mәni elә xәstәlәndirib ki, bu gün dә
sağalmamışam. Bütün istirahәt günlәrimdә (müәyyәn hadisәlәrlә bağlı günlәr istisna olmaqla)
yazı masası arxasında olmuşam. Ömrümdә bir bayram gününü bayram kimi keçirmәmişәm.
Novruz bayramından başqa bir dәfә dә olsun bayram süfrәsi açıb mәclis düzәltmәmişәm. Tәk-
tәk halları (bunları bir әlin barmaqları ilә saymaq olar) çıxmaqla, bir dostun, yoldaşın bayram
mәclisindә iştirakım olmayıb. Çox nadir hallarda ad günlәrindә, daha çox isә toy mәclisindә
iştirakı vacib saymışam. Yas mәclislәrindәn isә mümkün qәdәr qalmamışam.
Bir dәfә dә olsun özümә ad günü keçirmәmişәm. Olsa-olsa evdә hәmişәkindәn bir az fәrqlәnәn
ailә süfrәsi açılıb. Qırx yaşım, әlli yaşım da başqa yaşlarımdan fәrqlәnmәyib. Qarşıdan altmış
yaşım gәlir. Şübhәsiz, hәtta bu altmış illiyimin qeyd olunmasına da razılıq vermәyәcәyәm. Bir
dә ona görә ki, vәtәn düşmәn әlindә, xalqım, millәtim qan içindә, gözü yaşlı, bir milyondan çox
hәmyerlilәrim küçәlәrdә ac- susuz. Yubiley mәnim nәyimә, harama yaraşır. Ümumiyyәtlә, mәn
belә şeylәrә pis baxmışam.
Mәn bayram vә istirahәt günlәrini qәnimәt vaxt hesab etmişәm ki, oturub beynimdәkilәri kağıza
köçürüm. Mәn heç vaxt masa arxasında mövzu axtarmamışam, yaxud özümü nәsә yazmağa

                                                 99
mәcbur etmәmişәm. Mәnim şeirlәrim, hәtta poemalarımın ayrı-ayrı misraları, parçaları ayaq üstә
yazılıb. Toy Mәclisindә xanәndә muğam oxuyanda, yasda molla quran oxuyanda, mәclislәrdә
camaat yeyib- içәndә, sağlıqlar deyilәndә mәn fikrimdәki yeni doğulan misralarla yaşamışam.
Mәnim şeirlәrimin yazılma yerlәrini tәxminәn belә müәyyәnlәşdirmәk olar: avtobuslar, qatarlar,
müxtәlif mәclislәr, iclaslar, yığıncaqlar, çörәk, yaxud süd növbәsi, dövlәt mәmurlarının gözlәmә
otaqları, sanatoriyalarda gözlәmә otaqları, hәtta vanna qәbulu otağı, piyada yol getdiyim küçәlәr,
cığırlar, yollar, hәtta bir yoldaşla dayanıb söhbәt etdiyim küçә, meydan, dağ (Bayram Bayramov
bir dәfә Şuşada mәnә irad tutdu ki, mәn söhbәt elәyirәm, sәnin fikrin dağda, daşdadır. Bәs biz
neylәyәk ki, başımızda böyük- böyük romanlar yatır? Belә iradları çox eşitmişәm. Ancaq
özümdәn asılı deyil, neylәyә bilәrәm ki...), metro, tәyyarә, süfrә arxası, xәstәxana otağı, hәtta
cәrrah stolu (inanmayan inanmasın), doğum evinin hasarlarının hәndәvәri, profilaktoriyalar,
benzindoldurma mәntәqәlәri, gecәlәr yatdığım çarpayı, süfrә arxası, qәbiristanlıq, kinoteatr zalı
vә s. vә i.a...
Şeir әsasәn beynimdә doğulub “addım atdıqdan sonra” oturub onu kağıza köçürmüşәm vә
üzәrindә işlәmişәm. Elә şeirlәrim var ki, onun yeddi- sәkkiz dәfә üzünü köçürmüşәm. Nә isә
dәyişmişәm, nә isә artırıb- azaltmışam. Yerinә düşmәyәn bir misranın yenisini tapmaq üçün
bәzәn günlәrlә axtarmışam. Beynimdә şeir yaranışı prosesi bәzәn mәndә tәnbәllik dә yaradıb.
“Yox hәlә şeir beynimdә tam yetişmәyib” deyә, bәzәn masa arxasında oturmağa tәnbәllik
etmişәm. Mәn ümumiyyәtlә sağlam adam olmamışam. Cavan vaxtlardan ürәyim ağrımağa
başlayıb. Ürәk ağrısına o qәdәr öyrәşmişәm ki, ağrımayanda yerimdә atılıb- düşüb özümü
yoxlamışam ki, niyә ağrımır. Duzlaşma ağrıları mәnә çox әzab verib. Ona görә dә yazı masası
arxasında oturanda qış axşamlarında çox vaxt kürәyimә suqızdırıcı, yaxud elektroyastıq
bağlamışam.
Bütün bu sәbәblәrә görә mәn çox vaxt dostlardan, yoldaşlardan, mәclislәrdәn qaçmışam. Bunun
bir sәbәbi dә o olub ki, içkiyә meylim olmayıb. Ömrümdә tәklikdә dilimә içki vurmamışam.
Mәclis xatirinә az- maz içmişәm. Yeyib-içmәyә vaxt sәrf etmәyi әsla sevmәmişәm. Evimә gәlәn
dost vә yoldaşlarım da çox az olub: bir-iki nәfәr. Ailәyә çox adamın (kişinin) gәlib- getmәsini,
oturub- durmasını mәqsәdәuyğun bilmәmişәm. Çünki hәyatda çox naqisliklәr görmüşәm ki...
Ailәmә tamamilә inansam da rәfiqәlәrlә oturub- durmasını istәmәmişәm. Heç buna özünün dә
marağı olmayıb. Ancaq yaxın olduğumuz ailәlәrin qadınları ilә mehriban, sәmimi әlaqәlәr
saxlayıb. Uşaqlarımı da bu ruhda tәrbiyә etmәyә çalışmışam. İkinci oğlum Nәrimana zәng
elәyәnlәri soruşanda “dostumdur” deyir. Çalışıram başa salım ki, bәli, dost ya bir olar, ya iki...
Bir sözlә, bütün sağlamlığımı, gәnclik illәrinin kef-damağını, hәyatın bütün lәzzәtlәrini,
görüşlәri, intim söhbәtlәri- bütün bunların hamısını şeirә qurban elәmişәm. Bir şey qazana
bilmişәmmi- deyә bilmәrәm. Ancaq onu bilirәm ki, itirdiklәrimә peşman da deyilәm. Hәr halda
qananlara, düşünәnlәrә vә düşünmәk istәyәnlәrә şeirlәrimdә müәyyәn söz demәyә çalışmışam.
Hәmişә özümü necә varamsa, elәcә dә ifadәyә çalışmışam. Demәk istәmişәm ki,:

Min hava çalınır könül tarımda,
Dünyanın nә çoxu, nә azıyam mәn.
Fәsillәr görüşür duyğularımda,
İlin hәm qışıyam, hәm yazıyam mәn.

Anam Qarabağın, Milin, Muğanın,
Siz dә mәnim kimi eşqilә yanın.
Başına döndüyüm Azәrbaycanın,
Dәli Kürüyәm mәn, Arazıyam mәn.

Dinlә “Cahargahı”, eşit “Qatarı”,
Könül dünyamızın sәrvәti, varı.
Əlәsgәrin sazı, Qurbanın tarı,
Cabbarın, Seyidin avazıyam mәn.

                                               100
Öz tarixi vardır dağda qarın da,
Ürәkdә eşqin dә, etibarın da.
Qәdim Qobustanın qayalarında,
Pozulmaz, silinmәz bir yazıyam mәn.

Familәm, hәmişә yanmaqdır peşәm,
Can deyәn gözәlә canan demişәm.
Bu yolda sevinc dә, qәm dә yemişәm,
Bir daha demәrәm tamarzıyam mәn.

Bunları demişәm, bilmirәm inanıblar ya yox? Yәqin inananlar da olub, inanmayanlar da. Əgәr
beş- üç nәfәr inanıbsa, bunun özü dә bir işdir. Onlara görә dә hәyatı qurban vermәyә dәyәr...
Yeri gәlmişkәn bir cәhәti qeyd etmәk istәyirәm: lap gәnc illәrimdәn mәnim yaxınlıq etdiyim,
ünsiyyәtdә olduğum adamların bir çoxu yaşlılar, ağsaqqallar olub, yaxud mәndәn xeyli yaşlı
olublar. Onların bәzilәrinin haqqında artıq yeri gәldikcә danışmışam. İş otağımda şüşәnin
arxasında bir şәkil var: nurani bir kişi qabaq qolları göyә qalxmış- şahә qalxmış atın belindә
dayanıb irәliyә baxır. Bu Bәhram kişidir. Şelli Bәhram Qarabağda hörmәtli kişilәrdәn olub.
İyirminci- otuzuncu illәrin tәmiz adamlarından olub. Dövlәt üçün, partiya üçün canından
keçmәyә hazır olan adamlardan. Onun hikmәtli sözlәri, yumoru, sözündәki kәskinlik çox
xoşuma gәlirdi. Bәhram kişi uzun illәr Ağdam atçılıq sovxozunun direktoru olub. Mәşhur Zaman
atı da İngiltәrә kraliçasına onun vasitәsilә bağışlanmışdı. Bәhram kişi kraliçanın mehtәrlәrinin
Bәhram Əkbәrova göndәrdiklәri mәktubu özü mәnә göstәrib. Mәktubda yazılırdı ki, Zaman
vәtәnin xiffәtini elәyir, darıxır. Xeyli arıqlayıbdır. Bu sözlәri yazıb, Bәhram kişidәn mәslәhәt
istәyirdilәr. Bәhram kişi nә mәslәhәt verәydi ki: ”İnsan kimi atın da vәtәni var. Vәtәnsiz at
darıxar dә.”
Bәhram әminin tәmizliyini bircә faktla qeyd etmәk istәyirәm: otuz il sovxoz direktoru işlәyәn,
hәr cür pul qazanmaq, sәrvәt toplamaq imkanına malik olan bu adam tәqaüdә çixandan sonra
ailәsini (arvadı Əfrus xanım vә özü) dolandıra bilmәdi. Rayon şәratindә otağının birini kirayә
verdi. Bir müddәt çәtinlik içindә yaşadı, sonra da vәfat etdi. Ölümündәn bir az әvvәl Ağdamda
köhnә balaca otağında yoxlamağa getdim. Yataqda idi. Yaxınlığındakı stulun üstü dәrmanlarla
dolu idi. Gәldiyimi bilib bir balaca dikәldi, boynunu qucaqlayıb üzündәn öpdüm. Özümü saxlaya
bilmәyib ağladım, onu da ağlatdım. “Yaşamağı bacarmamışıq- dedi. Tәmizliyin axırı da budu.
Bir itirib- axtaran da yoxdur. Dedi vә yenidәn arxası üstdә uzanıb susdu...Bu sükutun dili ilә
mәnә çox şeylәr danışdı...
Mәn yuxarıda Yusif Əhmәdov haqqında danışmışdım. Qәribә şәxsiyyәt idi. Böyük ehtiyac
içindә yaşayırdı. Dar ayaqda, xәstә vaxtlarında pul tәklif edirdin, götürmürdü. Deyirdi pulu
neyniyirәm. Mәnә şeir ver. Süfrәyә dәvәt edirdin, deyirdi mәn şeir acıyam. Şeir yemәk
istәyirәm. Dünyanın heç bir naz-nemәtindә gözü yox idi, şeirdәn başqa. Yemәyi dә, içmәyi dә,
havası, suyu da şeir idi. Mәtbuatda yaxşı şeir oxuyanda, Ağdamda çox-çox adama zәng edir,
filan qәzetdә filan şeiri oxuyun deyirdi. Bәzәn dә xeyir- şәrdә rayon ziyalılarından soruşdu: filan
qәzet vә ya jurnalda filankәsin şeirini oxumusanmı? Onların bәzilәrini utandırırdı. ”mәn sizә
qәzet oxumağı öyrәdә bilmәdim” deyirdi. Ona görә dә bәzilәrinin ondan xoşu gәlmirdi.
Ağdamda gözәl bir muzey düzәltmişdi. Çoxlu qiymәtli eksponatlar, tarixi sәnәdlәr, fotoşәkillәr
toplamışdı. Klassik şairlәrin şeirlәrini, tarixi şәxsiyyәtlәrin qiymәtli әlyazmalarını toplamışdı.
Gözügötürmәyәnlәr, hәr şeyә qulp qoymağa adәt etmiş adamlar onun mәhәbbәtdәn, mәhәbbәt
şeirlәrindәn tez-tez danışmasından, topladığı bәzi şәkillәrdәn çıxış edәrәk adına min cür şәbәdә
qoşurdular. Elә buna görә dә muzeydәn uzaqlaşdırmışdılar. İşsiz olduğunu hamıdan gizlәdirdi.
Bunu mәn dә bilmirdim. Bir gün Ağdamın mәrkәzi meydanında ağsaqqal Ağdam ziyalılarından
iki nәfәrlә Mәmmәd Mәmmәdov (uzun Mәmmәd- müәllim) vә bir dә kimlәsә görüşdük. İlk
sözlәri bu oldu:


                                               101
- Sәndәn xahiş edirik, bu saat buradan Raykomun birinci katibi Sadıq Murtuzayevin yanına get.
O sәnin xәtrini çox istәyir, xahiş et, Yusif Əhmәdova bir iş düzәltsin.
Onların yoldaşlarına qayğıkeşliyi xoşuma gәldi. Gedib Sadıq müәllimlә görüşdüm, xahişimi
bildirdim. Zәngi basıb başqa birisini çağırdı:
- Gedin Yusif Əhmәdova o biri muzeydә- İmarәtdә bir iş verin, gedib işlәsin.
Özünün şәxsiyyәti iki qәpiyә dәymәyәn hәmin şәxs dәrhal dedi:- O Don Juanı deyirsiniz?
Sadıq müәllim üzümә baxıb qımışdı:- Yәni mәn belә adamlarla işlәyirәm.
Mәn mühitimdә iki şәxs haqqında ayrıca danışmaq istәyirәm. Zeynal Mәmmәdov Ağdamda
yaşasa da respublika sәviyyәsindә, daha geniş miqyasda tanınan ziyalı idi. Elm, ağıl adamı idi.
Şeiri, sәnәti çox sevirdi. Bәxtiyar Vahabzadә, Nurәddin Rzayevlә yaxın dostluq әlaqәlәri vardı.
Onunla söhbәt insanı dәrinlәşdirir, düşünmәyә vadar edirdi.
Xudu müәllimi mәn çoxdan tanıyırdım. Hәlә yaxınlığımız olmayan zamanlarda “Qartalın
ölümü” adlı şeir yazıb Xudu müәllimә hәsr etmişdim:

Zirvәdә ildırım vurdu qartalı,
Qoşa qanadları sındı dibindәn.
Çırpındı, sürüşdü, dәyişdi halı,
Bir qaya asıldı hәr lәlәyindәn.

Dağ oğlu, dağ qızı oda yansa da,
Burda ağlamayıb, heç vaxt ağlamaz.
Göylәr dilә gәldi: yalvar, dünyada
Yazıqsan, ömrünü uzadaq bir az.

Əks sәda qopdu sal qayalardan,
Yaşamaq şirindir, göylәrә yalvar
Yalvarmaq, yaşamaq...
Qartalın bu an
Odlu gözlәrindә qaraldı dağlar.

Qartal boylanaraq qayalar üstdәn,
Əyildi uçruma: ”Bax, buna varam:
Yalvara- yalvara yaşamağı mәn
Ölümdәn min dәfә betәr sayıram.”

Xudu müәllim tarixi şәxsiyyәt idi. Analar Xudu müәllim kimi az- az oğul doğardılar. Dünya
miqyaslı alim idi. İnsanlığı, sadәliyi, mәdәniyyәti isә ölçüyә gәlmәzdi. Eyni zamanda böyük
torpaq oğlu idi. Vaxt tapan kimi Bakıdan çıxar, Ağdamda, Şuşada, Gәncәdә, Qazaxda,
Lәnkәranda olardı.
Çox az danışardı. Danışan anda nә demәk istәdiyini o qәdәr dә başa düşmәzdin. Sonra fikirlәşib
tapardın ki, o adi, sadә sözlәrlә hansı böyük hәqiqәtlәri, dәrin fikirlәri ifadә edib. Çox sadә hәyat
sürürdü. Çox az- az hallarda tәzә kostyum, ayaqqabı geyindiyini görәrdin. Qarabağ hadisәlәri
başlanan ilk günlәrdәn Ağdamda, әtraf әrazilәrdә bir yerdә çox olardıq. Ayaqqabısı köhnә idi.
Hәtta ayağını döymәsin deyә ayaqqabının içinә әski parçası qoymuşdu. Bir dәfә bacanağım
Elxan hәkimdәn pul alıb qoydum cibimә. Xudu müәllimlә görüşәndә xahiş etdim ki, bir bazara
tәrәf gedәk. Allah, bu adam insanın ürәyini necә dә oxuya bilirmiş!
Dedi:- Famil müәllim (qәribәdir o boyda insan, alim mәnә müәllim deyirdi) sәnin canın üçün bu
ayaqqabı ayağıma elә yaxşı olur ki, onu heç bir ayaqqabıya dәyişmәrәm. Çox sağ ol.
Mәnә elә gәlir ki, Qarabağ uğrunda әn böyük şәhidimiz Xudu Mәmmәdovdur. Ölümündәn düz
bir gün qabaq “Qayğı” cәmiyyәtinin konfransında yanaşı oturmuşduq. Əyilib qulağına dedim:
- Gәlsәnә Qarabağa gedәk?
Üzümә baxıb cavab verdi:

                                                 102
“- Ürәyim partlayır. Qarabağa nәyә gedәk? İndi camaata gedib nә deyәk? Verilәn vәdlәrin heç
biri yerinә yetirilmәdi.
Sәhәrisi gün axşam evdә oturmuşdum. Rafiq Əliyev dә bizdә idi. Telefon zәng çaldı. Dәstәyi
götürdüm. Kim isә ağlayırdı. Özünü әlә alıb dedi:
- Famil müәllim, mәnәm, Camaldı danışan, Əfәtli Camal. “İspolkomda” işlәyәn Camal. Famil
müәllim, Xudu müәllim öldü.
Mәn özümü itirdim:- Sәn kimsәn, nә danışırsan...
Dedi:- Əşi vallah, Camalam. Üzeyir Hacıbәyov adına muzeydә indicә ürәyi partladı. Elә
buradan, küçәdәn zәng edirәm.
Tez küçәyә çıxdıq. Taksiyә oturub muzeyә getdik. Gedib gördük heç kimsә yoxdur. Qapı bağlı,
işıqlar yanmır. Birdәn ağlıma gәldi ki, yaxındakı Mәscidә gedәk. Getdik, gördük ki, Camal,
Bәxtiyar Vahabzadәnin oğlu, Nürәddin Rzayevin qardaşı dayanıblar mәscidin hәyәtindә. Xudu
müәllimin hәlә soyumamış meyidi isә xәrәkdә bir tәrәfdә qoyulmuşdu. Hәr ikimiz meyidi
qucaqlayıb göz yaşları tökdük. Elә bil yatmışdı. Əli, üzü hәlә soyumamışdı. Öyrәndik ki, Xalq
cәbhәsi tәrәfdarları muzeyin zirzәmisindә iclas keçirirlәrmiş. Nәsә mübahisә olub. Xudu
müәllim bir az әsәblәşib (onsuz da son aylar çox әsәbi idi). Qәfildәn iflic olub. Dәrhal da
keçinib. Cәbhәçi “mәslәkdaşları” meyidi orada qoyub qaçıblar. Hәmin adamlar sonralar özlәrini
bәy adlandırırdılar...
Qasım Kәrimovla biz qohumuq. Mәnim nәnәmlә onun anası doğma xalaqızı olublar. Ancaq mәn
Qasım Kәrimovla qohumluqdan daha çox mәrd, xeyirxah, xeyirә- şәrә yarayn kişi kimi ünsiyyәt
bağlamışam. Mәnim yaradıcılığımla yaxından maraqlanan, mәnәvi güc- qüvvәt verәn
insanlardan olub Qasım Kәrimov. Bizi, Bakıda yaşayan ziyalıları doğma torpağa bağlamaq üçün
çox tәbliğat aparır, çalışardı. Əlbәttә, Qasım Kәrimovun tәbiәtindә sәrtlik, tündlük var. Ancaq
sәrtlik arxasında çox kövrәk, hәssas bir ürәk döyünür. Özü ilә dә, bacısı oğlu Şakirlә dә, qardaşı
oğlu Rәfaillә dә dostluq әlaqәlәrim olub, bu gün dә davam edir. Yuxarıda haqqında danışdığım
Famil Şirinov da Qasım müәllimin xalası oğlu idi.
Mәnim az çox savadlı, ziyalı qohumlarım işәrisindә Hürzad mamamın (atamın bacısı) ailәsinin
tәhsilimә, tәrbiyәmә tәsirini yaxından hiss etmişәm. Onların Ağdam şәhәrindә adnan deyilәn
armudlu hәyәtdәki bir otaqlı mәnzillәri bizim mәdәniyyәt mәrkәzimiz idi. Biz burada qәzet-
jurnallarla tanış olar, radionu dinlәyәrdik. Bakıdan, Azәrbaycandan, dünyadan xәbәr tutardıq.
Evlәrindә çoxlu kitab vardı. Ailәnin başçısı rәhmәtlik Mәhәmmәd kişi savadlı idi. Uşaqlarının da
hamısı savadlı olub. Ailәnin böyüyü İrşad müәllim, hәqiqәtәn ixtisasca müәllim idi. Əsla zәmanә
adamı deyildi. Yun idarәsi çoxlarının külli rüşvәt verib getmık istәdiyi bir yerdir. İrşad müәllimә
tәklif etdilәr gedib işlәmәdi. Milis şöbәsindә siyasi işlәr üzrә müavin işlәdi. Rayonda 80
manatlıq kitab şkafını ona 160 manata satmışdılar. Halbuki başqa milis işçilәrindәn ticarәtçilәr
tük salırdılar.
İntizamlı tәrbiyәli adam idi. Hamımızın ziyalı yolgöstәrәnimiz idi. Bir dәfә Bakıya gәlmişdi. Bir
hәftә mehmanxanada qalmış, tәlәbә oğlu Adil, qızı Elmira ilә görüşmüş, bәlkә ciblәrinә qәpik-
quruş da qoymuşdu. Ağdama qayıdanda dedi:
- Zәhrimar pulun qiymәti qalmayıb. Gәlәndә yüz manatım vardı, indi cibimdә beş manat qalıb.
Başımı bulayıb dedim:
- İrşad müәllim, sizin taylarınız Bakıya gәlәndә on- on beş min manatla gәlir...
Ailәnin ikinci oğlu Şafa müәllim hәqiqi pedaqoq idi. Öz davranışı, әxlaqı, tәrbiyәsi, qayğıkeşliyi,
әzab- әziyyәtlә yaşaması ilә köhnә pedaqoqları xatırladırdı. Ömrünün böyük bir hissәsini uzaq
kәnd mәktәblәrindә işlәmişdi. Uzaq yolları piyada gedib- gәlmişdi. Bir dәfә dә olsun bahalı
kostyum, ayaqqabı ala bilmәmişdi. Amma zәmanәdәn incikliyini, әzab- әziyyәtini üzә
çıxarmazdı. Çox hәlim bir yumora malik idi. Olmuş hadisәlәri, eşidib- gördüklәrini gözü yaşara-
yaşara danışır, hamını güldürürdü. Şafa müәllimin danışdığı yumorlu әhvalatlardan:
Ürәyi tәmiz, ancaq xasiyyәtindә bәzi qәribәliklәr olan Bәyalı müәllim dәrsdә uşaqlardan
soruşur:
- Kim deyәr, dovşan iti görәndә neylәyir?
Uşaqlar hamısı әlini qaldırır:

                                               103
- Müәllim, mәn deyim.
- Müәllim mәn deyim.
Bir şagirdi qaldırır:
- Buyur de.
- Müәllim, dovşan iti görәndә qaçır.
- Otur, bilmirsәn.
Başqa birisinә söz verir:
- Dovşan iti görәndә gizlәnir.
- Otur, sәn dә bilmәdin.
Nәhayәt bayaqdan özünü yeyib- tökәn uşağa söz verir:
- Müәllim, mәn çox görmüşәm ki, dovşan iti görәndә götürülüb ağacların, kolların arasında yox
olur.
Müәllim deyir:
- Sәn dә bilmәdin.
Uşaqlar yerindәn qışqırırlar:
- Yaxşı, müәllim, özünüz deyin görәk dovşan iti görәndә neylәyir.
Müәllim cavab verir:
- Dovşan iti görәndә dızırıqquluya dәn verir.
Mәktәbdә satira-yumor gecәsi keçirilir. Bildirilir ki, hәr kim mәnalı, xoş yumorla iştirakçıları
güldürsә mükafata layiq görülәcәk. Növbә Bәyalı müәllimә yetişir. Sәhnәyә çıxır. Ucadan
aşağıdakı sözlәri tәkrar edir:
-cındır, mındır, qaq- qaq- qaq
-cındır, mındır, qaq- qaq- qaq
Heç bir mәnası olmayan bu sözlәr vә Bәyalı müәllimin hәrәkәti doğrudan da müәllim vә
şagirdlәri daha çox gülüşünә sәbәb olur. Uşaqlar uzun müddәt hәmin sözlәri tәkrar edib
gülüşürlәr...
Bәyalı müәllim dağәtәyi kәndlәrdәn birindә işlәyirmiş. Əmәk haqqından yığıb bir uzunqulaq
alır, araba düzәltdirir. Hәr dәfә rayon mәrkәzindәki evinә gәlәndә meşәdәn bir araba odun da
toplayıb gәtirir. Bir gün Bәyalı müәllim meşәdәn qayıdarkın yamacda araba aşır. Eşşәk dәrәyә
yumalanır. Bәyalı o vaxt özünü yetirir ki, uzunqulaq ölür. Bıçağı çıxarıb eşşәyin başını kәsir.
Meşәbәyi gәlib çıxana kimi artıq Bәyalı müәllim eşşәyin hulqumunu üzmüşdü. Kişi
tәәccüblәnir:
- Ay, Bәyalı müәllim, eşşәyin niyә başını kәsirsәn?
Bәyalı müәllim cavab verir:
- Əşi, görmürsәn ölür, mundar olur? Bәs kәsmәyim neylәyim?
Meşәbәyi başını bulayır:
- Ay müәllim, eşşәk onsuz da mundardır da. Guya başını kәsәndә halal olacaq?
Şafa müәllim daha dar mәclislәrdә Bәyalı müәllimin digәr әhvalatlarını da danışardı: “Bir gün
onsuz da bәdәncә kök, dolu olan Bәyalı müәllim turnikdә nömrә göstәrәrkәn gücә düşür, әcayib
bir sәs çıxarır. Uşaqlar pıqqıldaşır. Bәyalı müәllim uşaqlara acıqlanır:
- Ay, axmaqlar, nәyә gülürsünüz? Görmürsünüz ki, şalvarımın arası partladı?!
Ömrü boyu var-dövlәt üzünә hәsrәt qalan Şafa müәllimi, görünür, yaşadan sәnәtinә vurğunluq,
bir dә içindәki bu incә yumor hissi idi...
İslam müәllim geniş tәşkilatçılıq qabiliyyәti ilә fәrqlәnib. Rayon partiya komitәsindә, icra
orqanlarında çalışıb. Xalq maarifinә başçılıq edibdir. Özünün düzlüyü, tәmizliyi, canıyananlığı,
dedi- qodudan uzaq olması ilә fәrqlәnib vә hörmәt qazanıb. Orta dolanışıq sәviyyәsi olub. İslam
müәllim qohumlar arasında xeyrә- şәrә yaraması ilә dә fәrqlәnir. Kimin nә dәrdi olur İslam
müәllimin yanına qaçır. Yaxşı ki, rayonda xәtir- hörmәti var. Mәnim kәnddә tikdirdiyim evdә
qardaşım Fikrәtlә birlikdә İslam müәllim dә әvvәldәn- axıra böyük zәhmәt çәkib. Heyif ki,
zәhmәtlәri hәdәr getdi...



                                               104
Nadir müәllim ailәnin kiçiyidir. O da ixtisasca müәllimdir. Halal zәhmәti ilә dolanır. Hәyatın
bütün әzab- әziyyәtlәrini, çәtinliklәrini gözlәri ilә görüb vә özü duyubdur. Amma nәslin tәmiz
adını qoruyub, әnәnәni yaşadıbdır.
Atalarını erkәn itiriblәr. Savadsız bir qadın olan Hürzad mamam onları böyük çәtinliklәrlә
böyüdüb, boya-başa çatdırıb. Vur-tut bir inәklәri vardı. Onun ağartısı ilә dolanırdılar.
Müharibәdәn bir az sonra onu da oğurladılar. Bildilәr kim oğurlayıb. Amma şikayәt etmәdilәr.
Bir gün eşitdik ki, hәmin inәyi oğurlayan ağacdan yıxılıb ölüb. Dedim:- Hürzad mama, inәyinizi
oğurlayanı ahın tutdu.
Dedi:- Bala, onu hәlә mәnә qәdәr mәrdimazarlıq elәdiyi adamların ahı tutub. Hәlә növbә mәnә
çatmayıb. Yәni çox bәdxah әmәllәr törәtmiş imiş. Ona görә atalar deyib:- Gen qaz, dәrin qaz,
özün düşәrsәn...
Stalinin ölümünü ilk dәfә Hürzad mamamdan eşitdim. Hәyәtdә süd qazanının altını qalayırdı.
Mәni görәndә ocağı üfürә- üfürә dedi:- Kişi dә öldü. Kişi dә öldü.
Qonşularında 90-100 yaşlı Əbdül adlı bir kişi vardı. Elә bildim onu deyir. Dedim:- Ay mama,
öldü, öldü dә, nә elәyәk. Əbdül kişi yüz yaş yaşamışdı.
Dedi:- Ay bala Əbdülü demirәm ey, Stalini deyirәm. Öldü. Dedi, ağladı:- Balalarımızın başı
kәsildi. Yaman günlәrә qaldıq.
Mәn dә ona qoşulub ağladım. Toxtaqlıq vermәyә söz tapmadım.
Madam ki, söhbәt Hürzad mamamdan, onun uşaqlarından düşdü, yeri gәlmişkәn ikinci mamam
haqqında da danışmaq istәyirәm. Əgәr ondan danışmasam, Allah mәni bağışlamaz. Gilә mamam
yuxarıda adının çәkdiyim el ağsaqqalı Əliş bәyin hәyat yoldaşıdır. Uşaqları olmayıb. Ancaq bir
gün dә olsun uşaqsız olmayıblar. Əliş bәy bizә, qayınlarının uşaqlarına öz balası kimi baxıb. Biz
dә onu çox istәyirdik. Hamımız onu “dayı” çağırırdıq. Əgәr nәzәrә alınsa ki, bizim uşaqlığımız
çox pis dövrә- müharibә dövrünә vә ondan sonrakı çәtinlik dövrünә düşüb, Əliş dayımın, Gilә
mamamın bizim üstümüzdә haqq-sayı daha düzgün qiymәtlәndirilәr. Xüsusilә çörәyin qәhәtә
çәkildiyi, kәnddә, şәhәrdә adamların acından öldüyü bir zamanda Əliş bәy, Gilә mamam
әlimizdәn çox tutub. Ən dәhşәtli illәrdә, aylarda belә onların tәndirindәn çörәyin әtri
azalmayıbdır. Hәmin qara günlәrdә biz bağ- bağatda, çöldә-düzdә, mal-qara, qoyun-quzu
otardığımız zaman bir dә görürdük ki, Gilә mamam böyürdәn çıxdı. Qucağına sıxıb gәtirdiyi
süfrәni açır, isti tәndir çörәyini uşaqların sayı qәdәr bölüb paylayırdı. Yeyirdik, gözümüzә işıq
gәlirdi.
Bir tikә bir dağ aşırar deyәrlәr. Hәqiqәtәn bir tikә bir insanın bir gün artıq yaşamasına sәbәb
olurdu. Hәr axşam uşaqların birini, ikisini evlәrinә aparırdı. Bәzәn dә üç- dörd gün evә gәlmәyә
buraxmırdı. Əlbәttә, bütün bunlar ilk növbәdә Əliş bәyin sәbәbinә idi. Əliş bәy ömrünün sonuna
kimi orucundan, namazından ayrılmadı. Nurani saqqalından işıq yağırdı. Bizi görәndә xәfif-
xәfif gülümsәyir, zarafat elәyir, hәr birimizlә söhbәt elәmәkdәn, sual verib, cavab almaqdan
yorulmurdu. Bizә “pis” qulluq elәmәk üstündә Gilә mamamı danalyardı: “Gilә, uşaqlara yaxşı
bax.” “Gilә, gör uşaqların ürәyi nә istәyir, onu bişir.” “Gilә, Familin köynәyini gecә yu, sәr,
qurusun, sәhәr geysin.” “Gilә, Qızılәhmәdi almadan, mәlәçә armuddan gәtir qardaşın uşaqları
yesin, görsünlәr onların alma- armudu yaxşıdı, yoxsa, bizimki?” “Gilә Qabilә salma çay elә
pendirnәn yesin.”
Şamil bir yaşında olardı. Marşurut avtobusla şәhәrdәn- qaynatamgildәn kәndә evimizә gәlirdik.
Gördük Əliş dayım oturub. Bizi görәn kimi sevindi, gülümsündü:- Ə, onu (Şamili) ver qucağıma,
görüm o niyә bizә gәlmir? Niyә babasını neçә gündü yoxlamır?
Şamili qucağına aldı. Şamilin onun saqqalını, bığını oynatması kişiyә lәzzәt verdi:- Hә, babanı
tanıyırsan, deyәsәn? Gәl aparım bizdә qal, getmә Bakıya. Sәni ata mindirәcәm. Gәzmәyә
aparacam. Alma, üzüm, nar verәcәm.
Şamil başa düşürmüş kimi sevinir, kişinin qucağında atılıb- düşürdü. Piyada yolumuz Əliş
dayımgilin evinin yanından keçir. Doqqaza çatanda Əliş dayım dedi:- Bizә gedәcәyik.
Etiraz etmәk istәdim:- Əliş dayı, gedim dincәlim, sonra gәlәrik.
- Elә şey olmaz,- dedi.- Gilә eşidib, inciyәr.
Sözünü çevirmәdik. Hәyәtә girәn kimi uşaq sevinci ilә çağırdı:

                                              105
- Gilә, ay Gilә, gör bizә kim qonaq gәlib! Şamil bәy! Şeyx Şamil gәlib.
Gilә mamam da eyni mәhәbbәtlә Şamili qucağına aldı, üzündәn- gözündәn öpdü:
- Ay Allah buna qurban olum. Ay Allah bunun başına dönüm. Nәnәsinә, babasına qonaq gәlib.
Əliş dayım dedi:
- Gilә tez ol bir plov bişir.
Gilә mamam cavab verdi:
- Ay Əliş! Plov gec olar, günortadı. Bәlkә çığırtma bişirim?
Əliş dayım çox incә şәkildә narazılığını bildirdi:
- Ay Gilә sәnә dә bir sözü deyәndә...
Gilә mamam o saat razılaşdı:
- Yaxşı, nә deyirsәn onu da bişirim.
Mәn öz ürәyimdә dedim: “- Kaş Gilә mamam deyәn ola.”
Plovdan o qәdәr dә xoşum gәlmirdi. Əliş dayım bizi bağçaya apardı:
- Bax, irşibaba tәzә- tәzә dәnzәrir. O gün tutan salxımlardan qırın yeyin. Şamil bәy dә yesin.
Tәxminәn yarım saata qәdәr bizi hәyәtdә gәzdirdi. Hansı meyvә yetişmişdisә mәcbur edirdi ki,
dәrib yeyәk. Nәhayәt Gilә mamam sәslәndi:
- Ay Əliş, bu uşaqlara ac qarına meyvәni az yedirt. Yemәk hazırdır, gәlin.
Gedib nә görsәk yaxşıdır: çığırtma! Lap novellavarı oldu. Biz plova hazırlaşırdıq, çığırtma oldu.
Görünür sonra öz aralarında razılaşıblarmış...
Bizim oba beş- on kilometri әhatә edir. Tәk tük gün olardı ki, Gilә mamam obanı gәzib
dolanmasın, uşaq- böyüyә baş çәkmәsin: “Eşitdim Şöhlәtin ürәyi ağrıyıb.” “Eşitdim Nüslәddin
barmağını kәsib.” “Dedilәr Validәyә soyuq dәyib.” “Dünәn Fikrәtin rәngi- ruhu ağarmışdı.
Gәldim görüm xәstәlәnmәyib?” “Arıx bala (qardaşım Zakiri nәzәrdә tuturdu) Bakıdan gәlib.
Dolma bişirib gәtirmişәm yesin.” “Bu gecә Sabiri yuxuda görmüşәm...” “Gedib Mirzә Hәbibә
baxdırmışam. Deyir Famili bәd nәzәr elәyiblәr. Dua yazdırıb gәtirmişәm.” “Eşitdim çayınız
qurtarıb.” “Tәndir oddamışdım. İsti- isti gәtirdim ki, uşaqlar yesin.” Bu sözlәr Gilә mamamdan
eşitdiklәrimin mindә biridir. Bütün kәnd Gilә mamamdan danışardı: “Adamda da bir belә
canıyanağanlıq olar?” “Zalım qızı yorulub- elәmәk bilmir.” “Bir belә ki, bu uşaqları çox istәyir,
Allah bircәciyini özünә vermәyib.” “Ölәndә dә elә bu obanın arasında ölәcәk.”
Müharibә vaxtı Şuşa uşaq evindәn uşaqlar qaçıb gәlib bizim kәndә çıxmışdılar. Əlibala adlı
birisini biz evimizә gәtirdik. Böyüdü, sonra qohumlarını Lәnkәranda tapdı. İsa adlı birini dә Gilә
mamam övladlığa götürdü. Böyüyüb boya-başa çatdırdılar. O da sonralar anasını Zaqatala
tәrәfdә tapdı. Ancaq qayıdıb Gilә mamamgilin yanına gәldi: “Siz mәnim atam- anamsınız” dedi.
Evlәndirdilәr. İndi oğul uşaq sahibidir. Gilә mamam o uşaqlar üçün özün öldürür. Qohumlardan
biri konfet, düyü, әt, yağ, daha nә bilim nә gәtirsә, Gilә mamam aparıb İsanın ailәsinә verir.
Əlindә bir konfet olsa, onu da yemir. Bölüb uşaqlara verir.
İndi Gilә mamamın doxsandan çox yaşı var. Bu yaşda taleyinә qaçqınlıq yazılıb. Ağdamın ağır
günlәrindә Bakıya gәtirdik. Ömrü boyu oturmaq, dincәlmәk bilmәyәn mamam bir ay gecә-
gündüz yuxu yatmadı. Evdә o yana, bu yana vurnuxdu. Gündә yüz dәfә pәncәrәdәn boylandı.
Axırda xәstәlәndi. Yorğan- döşәyә düşdü. Arıqlayıb çöpә döndü. Görkәmli tәbiblәri gәtirdik,
baxdılar, hamısı eyni sözü dedi: “- Hamısı xiffәtdәn, fikirdәndi. Rayona göndәrin,
yoxsa...Göndәrdik, dәrhal sağaldı...İndi “rayon” yoxdu, yenә divar arasında qalıb. Ağır
vәziyyәtdә olan anama ürәk- dirәk verir.
Hәrdәn mәni siyasәt mövzusunda söhbәtә çәkir: “- Famil, türklәr bizә niyә kömәyә gәlmir?
Yadımdadı, o vaxt gәldilәr, ermәninin başına oyun açdılar. Famil, mәni qınama, deyәsәn bunun
hamısını elәyәn urusdu. O vaxt da gәlmişdilәr. Onlara “kazak” da deyirdilәr. Yәqin Mehdi
babanın onları nә tәhәr döydüyünü eşitmisәn?” “Amma, mәni qınama, o “kazak”lar urusdan
yaxşı idi. Eşitmәmiş olmazsan, yuxarıda Badara tәrәfdә on iki, on üç kәnd nәnәmin әmisi
uşaqları Kәriş bәy vә Cahangir bәyin idi (Qasım Kәrimovun dayısı uşaqları). Yayda biz yaylağa
gedib- gәlәndә zornan saxlayırdılar. Deyirdilәr beş- on gündә qalın. Biz dә qalırdıq. O vaxt
ermәnilәr aranı qarışdırdılar. Arvad- uşağı köçürdülәr, özlәri orda qaldı. Deyirlәr ermәnilәr irәli
gәldikcә hamısını qırıb- töküblәr. Hardansa onlara qüvvә gәlib. Kәriş bәylә Cahangir bәyin

                                                106
sәngәrә çevirdiklәri evi mühasirәyә alıblar. Yaxına gәlә bilmәyiblәr. Evi yandırıblar. İkisi dә
diri- diri evdә yanıb külә dönüb. Nәnәm deyәrdi ki, onların meyidinin alınmasında “kazak”lar
kömәk elәyiblәr.” “Rüşvәt elә Nikolayın vaxtından qalıb. Tәzә hökümәtin vaxtında da vardı.
Əliş dayını “kulak” salıb tutdular. Bütün qızılımız, gümüşümüz nә vardı yığıb apardılar. Kәnddә
bir mәrdimazar vardı. Əliş dayını o dilә- dişә saldı. Getdim prokuror Cәfәrovun yanına. Dedim
bu haqsızlıqnan uzaq getmәyәcәksiniz. Tez- gec tifağınız dağılacaq. O vaxt silisçi (müstәntiq)
Kәrim Bәdәlov vardı. Əsli Malıbәylidәn idi. O kamança çalan Elman vardı ha, onun atası idi.
Çox yaxşı adam idi. Dedi darıxmayın, mәn dә kömәk elәyәcәyәm. Prokuror o vaxtın pulu 600-
700 manatımızı aldı. Əliş dayını buraxdı.
Bu işdә Heydәrin dә kömәyi oldu. Heydәr Axundov Novruzluda Molla İmranın oğlu idi. Əliş
dayının dostları idilәr. Mola İmran, oğlu Ağәli Hәşim babanın dәyirmanına dәn gәtirәndә üç-
dörd gün bizdә qalırdılar. Yadımdadır, Ağәlinin toyunda Əliş dayın, әmin (atam Ağalar),
Mәhәmmәd әmin- İrşad, İslamın ataları atlanıb getdilәr. İki gün qalıb qayıtdılar. Heydәr
Axundov prokuror, mәhkәmә olub. Dәmir yolda böyük işdә işlәyib. Çox yaxşı insan idi. Əliş
dayına dәdә gözü ilә baxırdı. Bir dәfә Əliş dayın türmәdә olanda Heydәr gәldi ki, “ Gilә bacı
çoxlu qonaqlarım olacaq. Qorxuram Sәdәf tәk bacarmasın. Gedib kömәk elәyә bilәrsәnmi?”
Dedim niyә elәmirәm. Getdim, rayonun böyüklәri, prokuror, mәhkәmә, milis- hamısı orda idi.
Plov dәmlәdik, kabab bişirdik. Yaxşı süfrә açdıq. Heydәr mәni çağırdı. Gedib qapının yanında
dayandım. Prokurorla mәhkәmlәrә dedi ki, bax, bu Gilә mәnim bacımdır. Onun әri Əliş bәy
mәnim dәdәmdi. İndi tutulub. Mәn gәlәnә kimi xahiş edirәm onu buraxasınız getsin evinә.”
Əliş dayın deyir bir yol getmişdim dәllәyә, üzümü başımı qırxdırmağa. Heydәr mәni görcәk
stuldan qalxdı. Ustaya dedi ki, bu kişi mәnim dәdәmdi. Əvvәl onun üzünü- başını qırx, sonra
mәnimkini qırxarsan. Çıxartdım pul vermәyә, qoymadı, dedi bәs sәn mәnim dәdәm deyilsәn?
Yaxşı adamlar idi. Allah ölәninә rәhmәt elәsin. Qalanlarının canını sağ elәsin.”
Yazıq Gilә mamam. Əlini çәnәsinә dirәyib bәzәn saatlarla fikrә gedir. Öz- özünә nәsә danışır,
için- için yanır: “- Evdә yaxşı mis qazanlarım qaldı. Qab- qaşığım qaldı. Qapıda toyuq-cücәm
qaldı. Bunların heç biri mәni o qәdәr yandırmır. Əliş dayının şәklini böyütdürüb divardan
asmışdım. Yәqin görmüşdün. Gündә neçә dәfә o şәkillә danışırdım. O şәkil dә qaldı...”
Sözünün әvvәli dә, axırı da budur: “yerimizә, yurdumuza qayıdaq. Ölsәm dә dәrdim olmazdı...”
Üç- dörd illik mәtbuat fәaliyәtim nәzәrә alınmazsa ancaq bir yerdә- Bakı universitetindә
işlәmişәm. Hәyatın tәzadlarının böyük bir hissәsini burda görmüşәm. Xeyirxahlarım da olub,
bәdxahalrım da. Ancaq axırıncıları unutmağa çalışmışam. Bәlkә әn böyük mәnәvi zәrbәni dә
burada almışam. Ən böyük mәnәvi qәlәbәni dә burada çalmışam.
Aspiranturada oxumaq fikrim olmayıb. Bunu mәnә, hәqiqәtәn, qayğı göstәrәn Şirmәmmәd
Hüseyn mәcbur edib. Axırıncı gün sәnәdlәrimi özü aparıb verib aspiranturaya. Qәbul imtahanı
zamanı bütün varlığımla inandığım kafedra müdiri Hәsәn Şahgәldiyevin mәnә “yaxşı”,
“rәqiblәrimә” “әla” vermәsi mәnә mәnәvi zәrbә vurdu. Ancaq Hәsәn müәllim bu sәhvini “qanı
bahasına” düzәltdi. Əvvәla, keçәn imtahandan bir neçә gün sonra mәni yanına çağırdı. Üzr
istәdi. Dedi sәnin rәqiblәrinin birini Ali Sovetin rәyasәt heyyәtinin sәdri xahiş etmişdi, birini dә
rektor. Mәәttәl qaldım: ”Gör böyük vәzifә sahiblәri nә kimi işlәrlә mәşğul olurlar? Sәn demә,
bu, xahişlәrin hәlә çox kiçiyi imiş! Hәsәn müәllim dedi ki, gәlәn il sәni aspiranturaya
götürәcәyәm. Onu inandırmağa çalışdım ki, mәnim belә bir arzum yoxdur. Üzә düşmüşdüm.
Hәm dә mәn xarici dili bilmirәm. Ona görә dә aspiranturaya qәbul oluna bilmәrәm. Dedi xarici
dildәn qiymәtini mәn yazdıracağam. Bir ildәn sonra Mәrdәkandan- xәstәxanadan mәnә sifariş
göndәrdi ki, aparıb sәnәdini versin aspirantura şöbәsinә. Aparmadım. Çünki birincisi, ürәyim
sınmışdı ondan. İkincisi dә hәqiqәtәn müәllim olmaq istәmirdim. Mәni Mәrdәkana çağırtdırdı.
Şakir Kәrimovun motosikletindә xәstәxanaya getdim. Əlini ciynimә qoyub, yenidәn könlümü
almaga çalıçdı:
- Sәn bilirsәn ki, mәn sәnin xәtrini istәyirәm. Onsuz da sәni müәllim gәtirәcәkdim. Apar
sәnәdlәrini ver. Xarici dildәn imtahan olanda mәnә bildir.
Sәnәdlәri aparib verdim. Şair dostum Ənvәr Rza ilә gecә- gündüz mәşğul olub ingilis dilindә
xeyli söz әzbәrlәdim. Mәtni oxumağı öyrәndim. Bunlar imtahan vermәk üçün kifayәt deyildi.

                                                107
Ancaq Hәsәn müәllimә zәng etmәdim. Ancaq imtahan günü gördum universitetdәdir. Dedi “sәnә
görә gәlmişәm. Əlәkbәr müәllimә dә tapşırmışam.” Əlәkbәr Əliyev әslәn Şuşadan idi.
Almaniyada tәhsil almışdı. Çox tәlәbkardı. Istәyirdi ki, cavanlar dil öyrәnsinlәr. Hәsәn müәllimi
Bakı Soveti binasına qәdәr ötürdüm. Mәn dә çıxıb evә getdim. Bütün gecәni yenә mәşğul oldum.
Sәhәr tezdәn universitetә gәlәndә dedilәr ki, Hәsәn Sahgәldiyev bu gecә vәfat edib. Bu
gözlәnilmәz xәbәr mәni sarsıtdı. Dәrhal evinә getdim (bir dәfә mәni evinә çağırmışdı). Gedib
gördum ki, tabutu böyük zalın ortasında stolun üstündә qoyublar. Dörd tәrәfdә tanış- bilişlәr, o
cümlәdәn İsrafil Nәzәrov, Sadıq Rәhimov oturublar. Keçib mәn dә oturdum. Hamı susub tabutda
Hәsәn müәllimә baxırdı. Elә bu vaxt Əlәkbәr Əliyev içәri girdi. Gәlib mәnim yanımdakı stulda
oturdu. Bir azdan sonra mәnә tәrәf әyildi:
- Dünyanın işinә bax ey. Dünәn aspirantını mәnә tapşırmaga gәlmişdi. Indi tabutda uzanıb.
Etibarsiz dünyadı…
Bәli, bu әsl insanlıqdır, mәrdlik vә fәdakarlıqdır. Bu böyük әnәnәni qiymәtlәndirmәk vә
yasatmaq lazımdır. Indi mәn iyirmi ildәn çoxdur ki, hәmin kafedrada Hәsәn müәllimi әvәz
edirәm. Şәklini böyütdürüb otagımızın baş tәrәfindәn asmışıq. Hәsәn müәllimin dә, onun
hәmkarları Nurәddin Babayevin, Nüsrәt Bagırovun da xatirәlәri bizim hәr birimiz üçün әzizdir…
Mәn hәyatda çox az qayğı görmüşәm. “Atalıq qayğısı”, “Qorki qayğısı” daha nә bilim hansı
sözlәr mәnim üçün boş şuar tәsiri bağıslayıb. Doğrudur, әl uzadanlarım olub. Ancaq hәyatda
nәyә nail olmuşamsa, ancaq vә ancaq öz gücümә nail olmuşam. Bir dәfә dә olsun başımı
siğallayan, qolunu çırmayib qabagıma duşәn olmayıb. İşim çox çәtinlikә, ürәyimin ağrıları,
әsәblәrimin yerindәn oynaması hesabına düzәlib. İşlәrim düzәlәndәn sonra çoxları öz adına
çıxıb. Üzüm dә gәlmәyib deyim ki, yalançını belә belә olsun…. Əksinә demışәm çox sağ olun!
Ona görә dә kçicik kömәk, yaxşılıq gördüyüm adamların әmәyini heç vaxt unutmamışam. İndi
dә hörmәtlәrini saxlayiram. Bu sözlәr kafedranın 20 ildәn bәri müәyyәn fasilәlәr vә ardıcıllıqla
bir yerdә işlәdiyimiz laborantları Nilufәr xanıma, Sona xanıma, Gülnarә xanım, Kәmalә xanım
bacıarına, Lalә xanıma da aiddir. Onların kömәyi vә qayğısı olmasaydı bәlkә dә mәn kafedra
mudirliyinә bu qәdәr dә bәnd olmazdım. Xüsusilә dә Nilufәr xanımin әmәyini minnәtdarlıq hissi
ilә qeyd edirәm. Mәnim bütün şeir vә poemalarımı azәrbaycan vә rus dillәrindә çıxan
kitablarıma daxıl olan әsәrlәrimin hamısını yazı makinәsindә tәmәnnasız surәtdә Nilufәr xanım
yazıb. Elә oxucuya tәqdim olunan bu “xatirәlәri” dә makinәdә o yazıbdır. Özu dә indiki çox
çәtin dolanışıq şәraitindә.
Universitetin jurnalistika fakültәsindәki digәr iki kafedra bizim kafedranın bazası әsasında
yaranıb. Ona görә dә kollektivimiz çox da böyük deyil. Dossent Nәsir İmanquliyev
ağsaqqalımızdır. Əlli il mәtbuatda rәhbәr vәzifәlәrdә işlәyib. 1946-cı ildә jurnalistika
kafedrasının bünövrәsi qoyulandan da burada yarım ştat işlәyir. Universitetin axırıncı kursunda
ikәn mәn Nәsir müәllimin redaktorluq etdiyi Bakı axşam qәzetindә fәaliyyәtә başlamışam.
Bunun da maraqlı tarixcәsi var: diplom mudafiәm çox tәntәnәli kecdi. “Sәmәd Vurğunun
publisistikasi” mövzusunu Hәsәn müәllim mәnә verәndә dedi ki, gәlәcәkdә bu mövzuda
namizәdlik dissertasiyasi da yazarsan. Rәhbәrimi kәnardan şair, alim, Qasım Qasımzadәni tәyin
etdi. Ona görә dә hәvәslә işlәdim. Müdafiә vaxtı hәtta belә sözlәr eşidildi ki, diplom işi
namizәdlik dissertasiyası sәviyyәsindә yazılıb. Müdafiәnin bu sәviyyәdә keçmәsini görәn
qarabağlı qәzet redaktoru mәndәn sorusdu:
- Bizim redaksiyada işlәyәrsәnmi?
Dedim:- Bәli işlәyәәm.
Dedi:- Onda bir gәl, söhbәt edәk.
O vaxt Nәsir müәllim dә mәni “Bakı” qәzetindә işә dәvәt edirdi. Ancaq getmәk istәmirdim. Bir
neçә gündәn sonra hәmin redaktorun yanına getdim. Ayağa qalxıb mәni hörmәtlә qarşıladı. Yenә
müdafiәmi tәriflәmәyә başladı. Xoş sözlәrlә mәni utandırdı. Amma axırda dedi ki, bir hәftә
sonra gәlim. Bir hәftәdәn sonra mәni ayağa qalxmadan qarşıladı. Ordan- burdan söhbәt saldı.
Yenә söhbәti diplom müdafiәsi üstünә çıxartdı. Ancaq bu dәfә tәrifin duzu bir qәdәr az oldu.
Yenә üç- dörd gündәn sonra gәlmәyimi xahiş etdi. üç- dörd gündәn sonra yenә görüşәsi olduq.
Ümumi mövzularda söhbәt etdik. Hiss etdim ki, danismağa çәtinlik çәkir.

                                              108
Özümü saxlaya bilmәyib dedim:
- Hörmәtli filankәs müәllim, birinci dәfә mәni әla qarşıladınız. İkinci dәfә yaxşı, indi isә orta
sәviyyәdә. Hiss edirәm ki, nәsә çәtin vәziyyәtdә qalmısınız. Elә isә xahiş edirәm fikrinizi mәnә
açıq deyәsiniz.
Nәhayәt çox tәrәdüddәn sonra açıq dedi:- Bilirsiniz, doğrusu işә götürmәk islәyirdim. Eşitdim
sәn dә qarabağlısan. Qorxuram söz-söhbәt olar.
Ayağa qalxıb xudahafizlәsdim:- İstәmәrәm ki, mәnә görә sizә söz gәlsin.
Bir baş “Bakı” qәzeti redaksiyasina, Nәsir Imanquliyevin yanına gәldim. Gülümsünüb dedi:- Hә
gәldin?
Dedim:- Bәli, gәldim.
Dedi:- Sәhәrdәn gәl otur şöbәdә.
Belәlikә işә başladım. Heç üç- dörd gün kecmәmışdi ki, işlәyirdim, birlәsmiş qәzet jurnal
muhasibliyindәn zәng vurdular:
- Niyә gәlib әmәk haqqınızı almırsınız?
Dedim:
- Yәqin dolaşıq salırsınız, mәn tәzә işlәyirәm.
Dedilәr:
- Əmriniz bir ay әvvәldәn verilib. Gәlin bir aylıq әmәk haqqınızı alın.
İyirmi ildәn çoxdur ki, yenә Nәsir müәllimlә işlәyirik.
Ceyran Əbdürrәhimova ilә tәlәbә yoldaşı olmuşuq. Jurnalistika üzrә ilk professor qadındır.
Dossent Mahmud Mahmudov nәşriyyat işlәri üzrә mühazirәlәr oxuyur, ixtisas kursları aparır.
Dossent Akif Rüstәmov orta, müәllim Zaur Babayev isә cavan nәslin numayәndәlәridir.
Rәhmәtlik professor Nurәddin Babayev mәndәn әvvәl bir neçә il kafedranın müdiri işlәyib.
Hamımıza yaxından kömәkliyi olub. Rәhmәtlik Mir Cәlal müәllim deyәrdi ki, insanı üç şey
cavan saxlayar: hәmışә gözәllәr arasında olmaq, cavanlar arasında olmaq, ailә sәmimiyyәti.
Xosbәxtlikdәn bunların hәr uçu mәnә nәsib olub. Amma vaxtında qocalmaq da Allahın bir
nemәtidir:

Deyirlәr saçların ağarır yaman,
Deyirlәr üzümә
Qocaldın sәn dә.
Bu hökm- zamandır qocalacaqsan,
Özün istәsәn dә, istәmәsәn dә,
Min dәfә gәzmışәm hәr doğma yeri
Çiçәkdәn başlarda mәn tac görmüşәm.
Qartal gözu kimi görәn gözlәri
Soyuq bir gözlüyә möhtac görmüşәm.
Insan görmüşәm mәn bircә nәrәsi
Palıdı kökündәn silkәlәyibdir,
Ölüm qarşısında şax duran kәsi
Zaman haqlayıbdır, illәr әyibdir.
Ey ürәk bunu da dәrd elәmә gәl,
Nә çıxar ömürdәn borc almağından.
Yamandır qocalmaq vaxtından әvvәl,
Razıyam vaxtında qocalmağımdan.

İnsanda üç keyfiyyәti daha çox sevmışәm: mәhәbbәt, sәmimiyyәt, mәrdlik. Üç şeyә daha çox
nifrәt elәmışәm: yaltaqlıq, riyakarlıq, yerlibazlıq.
Hәm elmi pedaqoji fәaliyyәtimdә, hәm dә umumiyyәtlә muhitimdә insanda sevdiyim
keyfiyyәtlәri varlığımda yaşatmaga çalışmışam. Tәlәbәyә münasibәtdә hәmişә öz tәlәbәlik
illәrimi gözümün qabağına gәtirmişәm. Doğrudur, mәn tәlәbә vaxtı yataqxanada qalmamışam,
son dәrәcә kasıb olan, öz başını güclә dolandıran xalamın evindә yasamışam. Qardasım Zakir,

                                               109
(xalam onu ovladlığa götürmusdu), qohumlarım Zöhrab Baharlı vә Miri Kәrimov da xalamın
evindә qalırdılar. Demәk olar ki, aldığımız tәqaüdlә dolanırdıq. Evdәn cüzi pul gәlәndә
sevinirdik. Zakirdәn sonra içlәrindә әn arığı mәn vә kökü Miri idi. Bir yerdә yeyib- içәn, bir
yerdә yatıb- duran qohumlardan birinin kök, digәrinin arıq olması çoxlarının diqqәtini cәlb
edirdi. Bir dәfә Kәlbәcәr İstisuyunda özünün zarafatı, şirin söhbәtlәri ilә ad- san qazanmış
xoruzbaz Sabir Miri ilә mәnә işarә edәrәk gülmәli bir hadisә danısdı:
- Uşaq vaxtı bir inәyimiz vә bir camışımız vardı. Bir tövlәdә saxlayır, yanaşı bağlayırdıq. Otunu,
samanını da bir yerdә verirdik. Camış gündәn- günә kökәlir, dәrisinә siğmır, inәk isә arığlayıb
skeletә dönürdü. Bir dәfә onları çaya sulamağa aparmışdım. Bir qoca kişi heyvanlara diqqәtlә
baxıb mәndәn sorusdu:- A bala, o inәk niyә o kökә düşüb, ayaq üstә dura bilmir?
Dedim:- Ay әmi mәn nә bilim. Otunu, samanını da camışla bir yerdә veririk yeyir. Ancaq әmәlә
gәlmәk cәhәnnәm, gündәn- günә geri gedir.
Qoca dedi:
- A bala, elә işi orda korlamısınız ki, o inәyә o camışla yem verirsiniz. Camış basib yeyir, inәyә
isә bir şey qalmır. Siz günü bu gündәn o inәyi camışdan ayırın. Otunu, suyunu ayrica verin.
Yoxsa o inәk bu qışdan çıxmayacaq.
Sabir sözünә davam etdi:
- Miri, lәtifәsi sizdәn uzaq olsun. İndi bu Famili sәndәn ayırmasalar (yәni yemәk- içmәyindәn
ayırmasalar), o yazığın vәziyyәti bizim o inәk kimi getdikcә pis olacaq. Üzümüzә gәlәn qışdan
çıxmayacaq. Yazıqdı, onu sizdәn ayırmaq lazımdır.
Əlbәttә bu zarafat idi. Ancaq real vәziyyәtimizdәn, hal-әhvalımızdan doğurdu. Universitetin
üçüncü, ya dördüncü kursunda oxuyurdum. Pencәyimin qolları tamam süzülmüsdü. Əl uzadıb
salam vermәyә, qolumu yazı masasının üstünә qoymağa utanırdım. Tәlәbә yoldaşım Rasim dedi
ki, bir pencәk var, geyilibdir, ancaq bahalı parcadandır. İndi dә görkәmi yaxşıdır. Elә sәnin
ölçündәdir, satırlar. Qiymәtini dә dedi: otuz manat. Bu mәnim bir aylıq tәqaüdüm idi. Tәqaüdün
dә vaxtına hәlә on- on beş gün vardı. Dedi pulunu tәqaüdә qәdәr gözlәyәr. Razılasdıq, pencәyi
gәtirdi. Sәhәr geyinib universitetә gәldim vә dәrhal şәkil dә çәkdirdim. Hәmin şәkil indi dә
durur. Ayin axırında tәqaüdü alıb pencәyin pulun verdim, evdәkilәrin hesabına dolandım. Ancaq
eşidәndә ki, bu pencәk mәnim küsülü olduğum adamın pencәyidi, qanım bәrk qaraldı.
Incikliyimiz belә olmuşdu: hәmin şәxs rayonda böyük vәzifәli adamın yaxın qohumu idi. Hәlә
rayonda ikәn әn yaxşı kostyumları o geyinir, başqa cavanlardan әsaslı surәtdә fәrqlәnirdi. Hiss
olunurdu ki, qohumunun kölgәsi onun üstündәdir. Bakıya gәldik o tarix fәnnindәn “üç” qiymәt
almışdı. İki gündәn sonra mәn “beş” aldım. Uşaqların yanında mәnә dedi ki:
- O “beş”- i sәn öz gücünә yox, tanışlığa almısan.
Mәni od götürdu:- Nә tanışlıq, hansı tanışlıq?
Axı mәnim Bakıda sözükeçәn tanış- bilişim nә gәzirdi? Digәr tәrәfdәn tanışlıqla qiymәtimi
yazardılar? O vaxt belә şeylәri heç eşitmәmişdim dә. Ona görә dә özümü saxlaya bilmәdim vә
dedim :
- Görünür, sәn rayonda qohumunun hesabına tanışlıqla qiymәt almagı öyrәnmisәn, indi dә
başqalarına şәr atirsan.
Yaşca mәndәn böyük, hәm dә boy- buxunlu, әtli- canlı idi. Çırtma vursan yagı daşardı. Mәnә әl
qaldırmaq istәdi. Mәn ondan qabaq irәli cumdum. Bizi aralasdırdılar.
O vaxtdan mәnә salam vermirdi. Mәn dә onu dindirmirdim. Indi belә bir vәziyyәtdә onun
pencәyini alıb geyinmişdim. Ustәlik dә nisyә. O pencәk dağılana qәdәr mәni yedi, әlac yox idi.
Özümü o yerә qoymadım. Dagilanacan geyindim. Amma ürәyimdә yüz dәfә Rasimi söydüm.
Tәlәbәlik hәyatima aid belә misallar çoxdur. Görünür bu çәtinliklәri gördüyüm üçün
tәlәbәlәrimin qәdrini bilirdim. Indi dә bilirәm. Onlara hәr vasitә ilә kömәklik göstәrmәyә
calışıram. Bu haqda da demәyә, yazmağa söz çoxdur vә yazmağa da dәyәr.
Bu yaxınlarda Naxçıvanın Şәrur rayonundan kecmiş tәlәbәmiz jurnalist Cәfәr Əliyev
universitetә mәnim yanıma gәlmişdi. Çox mehriban görüşdük. Gәlişinin mәqsәdini izah etdi:
- Dar gündur, qacqınların vәziyyәti agırdır. Gәlmişәm mәnә kömәk edәsiniz, 2-3 qacqın ailәsi
aparım Şәrura. Hәr cür imkanım var. Onları gözüm üstә saxlayacağam.

                                               110
Mәn tәşәkkür etdim:- Cәfәr, Şәrur uzaqdır, ora getmәk istәyәn çәtin tapılar. Sağ ol…
Sözümu yarımçıq kәsdi:
- Famil müәllim, mәnim әlimi siz çörәyә çatdırmısınız. Mәn azaçıq da olsa, öz borcumu yerinә
yetirmәyә gәlmişәm.
Cәfәr “borc” deyәndә nәyi nәzәrdә tuturdu? Cәfәr Əliyev universitetdә qәbul imtahanı verәndә
nitqindә böyük qüsur vardı. Güclә danışırdı. Əslindә heç danisa bilmirdi. Birlikdә imtahan
götürdüyümüz professor әyilib qulağıma dedi:
- Bundan jurnalist olmayacaq. Havayıdan bir yeri tutacaqdır. “İkisini” yaz çıxıb getsin.
Mәn etiraz etdim. Bunu Cәfәr dә gördü. Cәfәri auditoriyadan çölә çıxartdım. Professoru yola
gәtirmәyә çalışdım. Çox böyük çәtinlikә razı saldım. Cәfәrә “kafi” dә yox, “yaxşı” yazdım.
Növbәti imtahanda da xahiş etdim ki onu danışdırmasınlar, yazdıqlarına baxıb qiymәt versinlәr.
Cәfәr savadsız deyildi. Ancaq danışa bilmirdi. Mәnim professora әsas dәlilim o idi ki, belәlәri
başqa yerdә yox, mәhz redaksiyada bәzi işlәrdә, mәsәlәn, mәktublar şöbәsindә işlәyә bilәr. Bir
dә ki, belәlәrini görmüsdüm: Sonradan dillәri açılmışdı. Xosbәxtlikdәn indi bir daha görürdüm
ki, Cәfәrin dilindәki qüsurlar aradan qalxmışdı. Cәfәr ayrılmaq istәmirdi:
- Mәn ailә başcısıyam, uşaqlarım ali mәktәbdә oxuyur. Normal dolanışıgım var. Bunların
hamısını qәlәmimlә qazanmışam. Əsası isә sizin sәbәbinizә qazanmışam.
Cәfәr gedәndәn sonra bir daha düşünmәli oldum. “Başqasının xosbәxtliyinә çalışmaq әn böyük
xosbәxtlikdir.”
Asağıdakı şeirin muәllifi Kәlbәcәrli müәllim Yaqub Cabbarovdur. Yaqub müәllim Kәlbәcәr
düşmәn әlinә keçmәmışdәn dünyasını dәyişib. Mәn Yaqub müәllimlә son vaxtlar tanış
olmuşdum. Tanimaza- bilmәzә üstümә gәlmişdi:
- Göydә Allah, yerdә sәn. Sәnә pәnah gәtirmişәm. Oğlum ordudan gәlib. İmtahan verir. Əlim
boş, üzüm qara. Kömәk elә.
Imkan daxılindә kömәk elәdim, oğlu universitetә daxıl olundu. Bir müddәtdәn sonra Kәlbәcәrdә
bu şeiri yazıb mәnә gondәrmişdi: “Ay Famil.”

Ürәyimdә şәrik olub dәrdimә,
Dodağında susarsanmı, ay Famil?
Bu hәyatdır, işığına can atsam,
Kirpiyimi qarsarsanmı, ay Famil?

Qoca vaxtı uşaq kimi dil açsam,
Kökum yoxsa, budağımda gül açsam,
Allah deyib dәrgahına әl acsam,
Qollarımı kәsәrsәnmi, ay Famil?

Görünmәdi-dağım itdi dumanda,
Gözum dondu Günәşdәn pay umanda,
Imkansızam, buğdam qalıb samanda,
Külәk olub әsәrsәnmi, ay Famil?

Kasıb oldum, özüm bezdim özümdәn,
Ölüm qaçdı nәhayәtsiz dözümdәn
Ömür boyu kәdәr yağan üzümdәn
Bir tәbәssüm asarsanmı ay Famil?

Zirvәlәrin yaxınısan, yanısan,
Füzulinin cövhәrisәn, canısan.
Yaqub kimi baharsızı tanısan
Qismәtindәn küsәrsәnmi, ay Famil?


                                              111
Yazıq Yaqub müәllim! Kәlbәcәr düşmәn әlindә, mәzarın Mәmmәdsәfi kәndindә yerlә yeksan.
Övladların, qohum- әqrәban çöllәrdә, düzlәrdә, küçәlәrdә, yol kәnarlarında qaçqın, didәrgin.
Tәzәcә tanış olduğun dostun Famil Mehdi gözü yaşlı, sinәsi çalın çarpaz dağlı! Sümüklәrin necә
od tutub yanmasın?!
Jurnalistika fakültәsindә Əhmәd adlı tәlәbә oxuyurdu. Əslәn Fizulidәn idi. Kiçik yaşlarından
dünya işığına hәsrәt qalmışdı. Əhmәd savadsız tәlәbә deyildi. Ümumiyyәtlә, gözdәn şikәst
olanlar çox zehnli olurlar. Biz tәlәbә olarkәn yuxarı kursda gözlәrindәn şikәst Kәrim (Faiq)
Quliyev oxuyurdu. Şair idi. Universiteti fәrqlәnmә diplomu ilә bitirmişdi. Yadımdadır, onu
redaktorlardan biri incitmişdi. Kәrim Yazıçılar İttifaqında çox kәskin çıxış etdi. Redaktora dedi
ki, sәnin oğlun universitetdә bir üçünü güclә alırdı. Amma mәn universiteti fәrqlәnmә diplomu
ilә bitirmişәm. Kәrimin çıxışı yaxşı qarşılandı.
Əhmәd dә şeir yazırdı. Ancaq nәsә dәrc olunmağa vermәmişdi. Geniş dünya görüşü vardı.
Ətrafında baş verәn hadisәlәrlә maraqlanır, öz kәskin münasibәtini bildirirdi. Boğazdan yuxarı
danışan müәllimlәrә atmacalar atırdı. Buna görә dә çoxunun Əhmәddәn xoşu gәlmirdi. Əhmәdlә
ilk günlәrdәn dostlaşdıq. Dәrsdә imkan verirdim ki, ürәyi istәyәn sualı versin. Açıq danışırdı.
Dediklәrinin çoxu hәqiqәt idi. Ümumiyyәtlә belә tәlәbәlәri mәn xoşlayırdım. Xüsusilә dә
Əhmәdi. Əlbәttә, qәribәliklәri dә vardı. Ancaq güzәştә getmәk olrdı. Mәn dә belә hәrәkәt
edirdim.
Əhmәd әlaçı idi. Ancaq necә olmuşdusa kurs işindәn üç almışdı. Bu fәrqlәnmә diplomunu
itirmәk demәk idi. Əhmәd mәnә müraciәt etdi. Müәllimdәn Əhmәdin qiymәtini düzәltmәsini
xahiş etdim. Əvvәl pis qarşıladı:
- Yaxşı tәlәbә deyil. Ağzına gәlәni danışandı. Dikbaşdı. Mәsuliyyәtsizdi...
Mәn inandırmaq istәdim ki, bu sifәtlәrin hәr biri Əhmәdә yaraşmır. Sadәcә olaraq açıq
danışandır. Fikrini başa düşdüyü kimi ifadә edәndir. Nәhayәt uzun söz-söhbәtdәn sonra müәllimi
razı saldım. Əhmәd fәrqlәnmә diplomu ilә universiteti bitirdi. Əfsus ki, heç әmәk fәaliyyәtinә
başlamamış faciәli surәtdә hәlak oldu. Mәnim Qarabağ hadisәlәrinә başım qarışdığından
Əhmәdin ölümündәn çox gec xәbәr tutdum. Başsağlığı vermәyә bir adam da tapa bilmәdim.
Ancaq Əhmәdin faciәli ölümü ürәyimi dağladı. Aradan bir müddәt keçmiş orta boylu, sir- sifәtli
bir qız mәnim yanıma gәldi:
- Universitetdә tәlәbәyәm,- dedi. Mәnә bir qalın dәftәr verdi:- Xahiş edirәm vaxtınız olanda
oxuyarsınız.
Oxudum. İlahi, bu dәftәrdә nәlәr yox idi: sevәn bir gәncin iztirabları, göz yaşları, ürәk
döyüntülәri, yuxusuz gecәlәri, narahatlıqları, hәtta... Sәn demә, bu әksәriyyәti şeirlә yazılan
sözlәrin altından müxtәlif rәngli karandaşlarla xәtt çәkilәn bu sözlәr, misralar, cümlәlәr Əhmәdә
ünvanlanmışdır. Sәn demә hәmin qız Əhmәdi dәlicәsinә sevirmiş. Hәtta Əhmәdin anası, digәr
ailә üzvlәri dә bu haqda bilirlәrmiş. Görünür Əhmәd dә qızı sevirmiş. Ancaq özünü ağır
aparırmış.
Növbәti gәlişindә qız bunların hamısını mәnә danışdı. Vә onu da әlavә etdi ki, elçiliyә sizi-
Famil müәllimi göndәrәcәkdi. Əhmәd danışırdı ki, siz öz tәlәbәniz Alı Mustafayevin elçiliyinә
necә getmisiz. İşlәri necә qaydasına qoymusuz. Əfsus qismәt olmadı. Bu hadisә mәni çox
sarsıtdı. Əhmәddәn çox qızın fәdakarlığına heyran qaldım. Qızın bir sözü yadımdan çıxmır:
- Əhmәdin gözlәrinin işığı ürәyindә idi. O ürәyinin gözü ilә görürdü. Əhmәd ürәyinin gözu ilә
mәni görmüş, bәyәnmiş, sevmişdi. Onun hәr sözündәn, söhbәtindәn ürәyimә işıq düşürdü.
Qız bir dәfә Əhmәdin anasının yazdığı mәktubu mәnә verdi. Mәktub indi dә mәndәdir. Hәr dәfә
kövrәlә- kövrәlә oxuyuram o mәktubu. Mәktubu olduğu kimi aşağıda verirәm: Hörmәtli vә
әzizlәrimin әzizi, üzünü görmәdiyim, amma şәklini görüb, kitabını oxuduğum böyük oğlum
Famil Mehdi. Adama tanış olmayan şәxsdәn mәktub gәlәndә qәribә görünür. Amma biz Əhmәd
vasitәsilә qәlbәn tanışıq. Mәn Əhmәdin anasıyam. O Əhmәdin ki, iyirmi iki il zәhmәt çәkib,
mәktәb qurtarıb, diplomunu әlinә ala bilmәyәn Əhmәdin. O hәmişә sizi әn yaxın adamı, tәmiz,
vicdanlı, hәr bir insanın qәlbini oxuyub qiymәtlәndirәn Azәrbaycan oğluna xas olan vicdan,
namus vә qeyrәtli bir oğul kimi tanıdıbdır anasına. Mәn sizi Əhmәdin sağlığında görüb, öz


                                               112
minnәtdarlığımı bildirmәk istәyirdim. O, razı olmadı ki, qoy qurtarım, sonra sәni tanış edәcәm,
razılığını bildirәrsәn.
O mәnim әn istәkli oğlum idi. İki yaşında şirin yuxuda beşikdә yatdığı yerdә tәsadüfi bir anda
gözlәrini itirdi. Balam hәr bir şeyi çox düz vә aydın duyur, qiymәtlәndirirdi. O hәr işi bacarırdı.
Beş yaşında ikәn Azәrbaycan muğamlarının çoxunu qarmonda çalırdı. Gözәl pianoçu,
riyazıyyatçı, şahmatçı vә s. işlәri bacaran insan idi.
Nәysә... Mәn әn qiymәtli, yәni bulud üzünü tutmuş günәş ziyalı balamı itirdim. İki oğlum, üç
qızım var idi. Beşi dә әla qiymәtlә vә qızım medalla qurtarmış idi. İki oğlum mühәndis, qızımın
biri riyazıyyat müәllimi, biri isә hәkimdir. Onların hamısına mәslәhәt verәn Əhmәd idi. Atası
müәllim idi. Müharibәdәn sol qıçı yox qayıtdı. Mәn isә ibtidai sinif muәllimi işlәyirәm.
Belә tәrcümeyi- hal yazmaqla sizi Əhmәdin ailәsi ilә tanış edirәm, gec dә olsa, minnәtdarlığımı
qәbul etmәyinizi xahiş edirәm.
Hörmәtlә, ananız Nabat.
6 iyun 1989-cu il.
Doğma anamı itirdiyim bu günlәrdә Nabat ananın sәmimiliyi, böyüklüyü, müdrikliyi qarşısında
baş әyirәm. Hәlәlik onu deyirәm ki, minlәrlә oğullar itirdiyimiz bu vaxtlarda Əhmәdi mәn hәç
vaxt unutmuram vә ömrüm boyu da unutmayacam.
Mәn hәmişә çalışmışam tәlәbәlәrim mәnә inansınlar. Ürәklәrini açsınlar. Dәrd-sәrlәrini desinlәr.
Mәn tәlәbәlәrimin halını soruşanda gözlәrinin yaşardıqlarını çox görmüşәm. Əgәr belә isә bir
quru sözlә onların könlünü niyә oxşamayaq!? Elә tәlәbәlәrim olub ki, ata- analarına demәdiklәri
sirlәrini açıb mәnә deyiblәr. Onlar inanıblar ki, mәn әlimdәn gәlәni әsirgәmәyәcәm. Mәnә elә
buna görә dә Alı Mustafayevin elçi getmәk tәklifini mәmnuniyyәtlә qәbul etdim. Alının
qohumları, dostlatı ilә birlikdә Lalәgilin qapısını döydük. Hәmid müәllim әvvәl gözә görünmәk
istәmәdi. Qapını Əzizә xanım mehribanlıqla üzümüzә açdı. Bәzi problemlәr vardı ki, hәqiqәtәn
Qasımovlar ailәsini çәtin vәziyyitә qoymuşdu. Ancaq xoşbәxtlikdәn Hәmid müәllimlә, Əzizә
xanımla dil tapa bildik. Belәliklә dә iki tәlәbәmizin Alı vә Lalә xanımın toyunda iştirak etdik.
Gözәl bir ailә quruldu. Dünyaya qәşәng balalar gәldi. Hәr ikisi hörmәt- izzәt sahibi oldu. Tәәssüf
ki, ermәni quldurlarının vәhşiliklәri minlәrlә ailә kimi bu mehriban ailәyә dә fәlakәt gәtirdi. Alı
düşmәn tәrәfindәn vurulan vertolyotda mәhv oldu. Üç balası, bir dә Lalәsi qaldı Alıdan yadigar.
Alı ölümündәn sonra Azәrbaycanın Milli qәhrәmanı adına, general Mәhәmmәd Əsәdov
mükafatına layiq görüldü.
Tәlәbәrimlә sәmimi münasibәtlәrimiz bu gün dә davam edir. Ağıllı, qabiliyyәtli, әdәb- әrkanlı
tәlәbәlәrimlә fәxr edirәm. Onların yolunda hәr cür cәfaya dözmәyә hazıram.

Hәyatım, mühitim haqqında danışarkәn son illәr Azәrbaycanda baş verәn hadisәlәrdәn,
qondarma Dağlıq Qarabağ problemlәri ilә faciәlәrdәn yan keçә bilmәrәm. Nәinki yan keçә
bilmәrәm, әksinә, gәrәk yazıma bu hadisәlәrlә başlayardım. Ancaq böyük alim- vәtәndaş Xudu
Mәmmәdovla birgә yazdığım “Hәyәcanlı bahar” vә xüsusilә mәnim “Əsgәran faciәsi” yazımda
bu haqda әtraflı danışdığımdan burada özümlә bağlı bәzi faktları qeyd etmәklә
kifayәtlәnәcәyәm.

Bu dövr Azәrbaycan tarixindә bir tәrәfdәn şәrәfli, digәr tәrәfdәn bәlkә dә әn dәhşәtli bir
dövrdür. Hәr şey Mixail Qorbaçovun aşkarlıq tәdbirlәrilә başladı. Çürümәkdә olan sosializmdә
bәzi cәrrahi әmәliyyatlar aparmaq mәqsәdilә Qorbaçov aşkarlıq ideyasını ortaya atdı. Özü dә
bilmәdәn, istәmәdәn tarix qarşısında böyük xidmәt göstәrdi- sosializmi birdәfәlik dağıtdı. Bu
işdә әvvәlcәdәn qurulan Dağlıq Qarabağ hadisәlәri başlanğıc nöqtәsi oldu. Sәn demә ermәnilәr
uzun illәrmiş ki, qulağımızın dibindә Azәrbaycana qarşı növbәti qәsd hazırlayırmış. Bu illәr
әrzindә onlar planlar tökür, cәmiyyәtlәr yaradır, bu mәqsәdlә pul toplayır, dünya ermәnilәrini
sәfәrbәrliyә alır, belәliklә dә tarix boyu marığına yatdıqları Azәrbaycan torpaqlarını- Dağlıq
Qarabağı qoparıb Ermәnistana birlәşdirmәk üçün böyük iş görürmüşlәr. Qorbaçovun
aşkarlığından irәli gәlәn sәrbstlik, necә deyәrlәr “qanuni vintlәrinin” boşaldılması bu işlәrdә
ermәnilәrә әlverişli imkan yaratdı. Zori Balayanın çirkabla dolu “Ocaq” kitabı nәşrdәn çıxdı.

                                               113
Onun dalınca 1987-ci ilin axırlarında akademik Aqanbekyanın Fransanın “Humanite” qәzetinә
verdiyi müsahibә gәlib Bakıya çatdı. Müsahibәdәn mәlum oldu ki, Qorbaçov Dağlıq Qarabağın
Ermәnistana birlәşdirilmәsinә razılıq verib. Azәrbaycan hökumәti bu fakta ilk gündәn lazımi
әhәmiyәt vermәdi. Hәtta qәzet vә jurnallarda Zori Balayana vә Aqanbekyana cavab verilmәsinә
şәrait yaradılmadı. İsa Qәmbәrin “Ocaq” haqqında tәxminәn әlli vәrәqlik resenziyası әldәn- әlә
gәzdi. Çap olunmadı.

Eşitdim ki, Bәxtiyar Vahabzadә ilә tarixçi Süleyman Əliyarov “Azәrbaycan” jurnalı üçün bu
haqda yazı hazırlayıblar. Mәn “Ulduz” jurnalında redaktor Abbas Abdulla ilә görüşdüm.Bu
haqda yazmaq fikrimi bildirdim. Abbas da, müavini Sabir Azәri dә razı oldular. Ancaq necә
yazmaq, necә etmәk ki, çapına icazә versinlәr? Belә qәrara gәldik ki, әvvәl Dağlıq Qarabağda
ermәnilәrә yaranan böyük şәrait vә imkandan, qonşuluq münasibәtlәrimizdәn danışım, sonra
әsas mәsәlәyә keçim. Belә dә etdim. “Mәnim Qarabağım” adlı mәqalә jurnalın 1988-ci il ikinci
nömәsindә dәrc olunmaq üçün mәtbәәyә göndәrildi. Lakin qulağı darı dәlәn mәtbuata nәzarәt
idarәsinin işçilәri mәnim mәqalәmә görә jurnalın nömrәsinin nәşrini dayandırdılar. Mәcburiyyәt
qarşısında qalıb Dağlıq Qarabağ vilayәti vә onu yaradanlar, daha nә bilim nәlәr haqqında
әlavәlәr etdim. Mәqsәdimiz o idi ki, Aqanbekyana, Balayana heç olmazsa, bir yerdә cavab
verәk. Bunu çoxminli oxucular da tәlәb edirdilәr. Bu düzәlişlәrә baxmayaraq jurnalı yenә
yubatdılar. Abbas Abdulla Mәrkәzi Komitәyә gedib qәti etirazını bәyan etdi. Jurnalın nәşrinә
icazә verilmәyәcәyi halda etiraz әlamәti olaraq redaktorluqdan gedәcәyini bildirdi. Bundan da
bir nәticә hasil olmadı. Mәn mәtbuata nәzarәt idarәsinin rәisi Cahangir İldırımzadәyә müraciәt
etdim. Idris müәllimi dә çağırıb yenidәn mәqalәni oxudular. Ildırımzadә dedi:
- Qoy buna görә mәnә nә cәza verәcәklәr versinlәr. Qol çәkirәm. Apar ver, jurnal nәşr olunsun.
Oradan redaksiyaya qәdәr qaça- qaça gәldim. Abbas razılıq aldığımı bilәndә ayağa qalxıb mәni
qucaqladı vә uşaq kimi sevindi. Jurnal nәşr olundu, lakin mәtbәәdәn çıxarılmasına icazә
vermәdilәr. Düz iki ay yubanıb orada qaldı. Lakin qeyrәtli mәtbәә işçilәri jurnalın beş nusxәsini
xәlvәt çıxarıb mәnә verdilәr. Mәqalәnin surәtini çoxaldıb şәhәrdә yaydılar. Bәxtiyar
müәllimgilin dә mәqalәsi dәrc olunan “Azәrbaycan” jurnalının nömrәsini bu sayaq xeyli
gecikdirdilәr.

Vәtәnim vә millәtim qarşısında kiçicik xidmәtim sırasında Əsgәranda camaatımızın kütlәvi
surәtdә qırılması üçün әvvәlcәdәn düşünülüb qurulmuş faciәnin qarşısının alınmasında başqa
yoldaslarımla bәrabәr göstәrdiyim fәaliyyәti daha yüksәk tutmuram. 1988-ci il fevralın 21-dә
axşam oğlum Nәrimanla birlikdә Bakıdan Ağdama gәldik. Xankәndindә (Stepanakertdә) qatı
millәtci ermәnilәrin tәskilatçılığı ilә Azәrbaycan әleyhinә xeyli vaxt idi ki, mitinqlәr
başlanmışdı. Ağdamda camaat bәrk hәyәcanlanmışdı. Bu hәyәcanı daha da qızışdırmaq üçün
daşnaklar muxtәlif millәtci şüarlar sәslәndirirdilәr, azәrbaycanlılara qarşı açıq tәcavüz siyasәtinә
başlayırdılar. Hәmin gün Ağdamda camaat eşitdi ki, Moskvadan siyasi büro uzvlәri- MK
katiblәri Xankәndinә gәlib. Ağdamda mitinq iştirakçıları belә qәrara gәldilәr ki, Xankәndinә sülh
yürüşü tәşkil edib, onlar da öz fikirlәrini Moskvadan gәlәn numayәndәlәrә bildirsinlәr. Doğrudan
da hәlә ilk vaxtlar camaat inanırdı ki, bu qatı millәtci çıxışlara, hәrәkәtlәrә Sov.İKP MK vә sovet
hökumәti son qoyacaq. Onlar, o cümlәdәn bizim hәr birimiz bilmirdik ki, bu Moskvanın özünün
iştirakı ilә qurulmuş tarixi bir cinayәtin başlanğıcıdır.

1988-ci il fevralın 22-dә xәbәr tutduq ki, Əsgәranda, Xankәndindә yerlәşәn polkun tankları,
silahlı qüvvәlәri hazır dayanıb camaatın gәlmәsini gözlәyir. Yerli ermәnilәri silahlandırıblar.
Cavanları, uşaqları Əsgәrandan çıxarıblar. Bunu biz bilirdik, camaat isә bilmirdi. Bu, açıqca
qurulmuş bir tәlә idi: Ağdamlılar gәlsin. Qırğın düşsün. Adı ermәnilәrә silahlı hücum qoyulsun.
Bununla da mәsәlә birdәfәlik hәll olunsun. Demәli Sumqayıt hadisәsinin ssenarisi әvvәl
Əsgәranda nәzәrdә tutulmuşdu. Sumqayıt ehtiyatda idi.
Sәhәr-sәhәr әli yalın camaat Xankәndinә tәrәf istiqamәt aldı. Bakıdan gәlәn numayәndәlәr, yerli
rәhbәrliyin numayәndәlәri, adlı- sanlı adamlar, o cümlәdәn Bakıda yaşayan Ağdamlı ziyalılardan

                                                114
Xudu Mәmmәdov vә mәn, yerli ziyalılardan Zeynal Mәmmәdov camaatın qabağına çıxmağı
vacib bildik. Bir neçә yerdә çıxış etdik. Vәziyyәti onlara başa saldıq. Inananlar da oldu,
inanmayanlar da. Xüsusilә 100-150 nәfәrdәn ibarәt gәnclәr, yeniyetmәlәr bizә qulaq asmadılar.
Qaçıb Əsgәranın ilk evlәrinә yaxınlaşdıar. Hazır dayanan ermәnilәr dәrhal uşaqlara atәş açdılar.
Iki nәfәr- Əli ilә Bәxtiyar öldürüldü. Bir neçәsi yaralandı. Biz tәrәfdәn isә heç bir atәş, filan
olmadı. Axı belә bir fikir dә yox idi. Silah da yox idi.
Camaat daha da hәyәcanlandı. Yumruqlarını düyünlәyib irәli getmәk istәyәndә Əsgәran tәrәfdәn
tank vә ya BTR-lәr (o vaxt mәn onları fәrqlәndirә bilmәdim) camaatın üstünә gәldi. Arxasında
tәxminәn 150-200 nәfәr avtomatlı vә daha 100 nәfәrә qәdәr dәyәnәkli әsgәr irәlilәmәyә başladı.
Qabaqda ucaboy, agsaçlı general (sonra öyrәnәcәyik ki, o SSRİ DTK- si sәdrinin birinci muavini
Babkov imiş) addımlayırdı. Hәrbi maşınlar vә silahlı hәrbçilәr camaata yaxınlaşdıqda general
ucadan әmr verdi:
- Beş dәqiqә vaxt verilir. Geriyә qayıdın. Yoxsa atәş açılacaq.
Tankların lülәlәri, avtomatlar bizә tuşlandı. Biz eşitdiklәrimizin hәqiqәt olduğunu tamamilә
yәqin etdik. Hәtta binaların üstündәn fotoqraflar şәklimizi çәkirdilәr. Hadisәnin ciddiliyini
camaat başa dusdu. Öz gözlәri ilә gördu. Geri qayıtmalı olduq. Tanklar vә silahlı әsgәrlәr bizi
qabağına qatib düz Ağdamın mәrkәzinә qәdәr gәtirdi. Topun lülәsi Xudu müәllimin, Zeynal
Mәmmәdovun, Sadıq Murtuzayevin vә mәnim başımızın üstündә idi. Cunki biz arxadan gәlirdik.
Tankın üstündә rus әsgәrlәri hәrdәn qımışıb gülürdülәr. Biz isә içәridәn alışıb yanırdıq. Cilov
gәmirәn cavanlardan bәlkә daha çox qovrulurduq. Ancaq neynәmәk olardi…Sәhәrisi gün SSRİ
prokurorluğundan vә Bakıdan gәlәn prokuror vә milis işçilәrinin sual- cavabları başlandı.
Əsgәrana gedәnlәrin şәkillәri dәlil sübut kimi stolların üstündә idi. Biz tutulanların dәrhal
buraxılmasını tәlәb etdik. Buna nail olduq. SSRİ prokurorunun muavini Katusev, ordu generalı
Zaytsev (görünür, üstümuzә gәlәn qoşun da onun әmri ilә gәlirmiş) bildirdilәr ki, bu gün sabah
millәtci ermәnilәrin hamısı hәbs edilәcәk. Hәtta “Krunk”- un üzvlәrinin siyahısını da bizә
gostәrdilәr. Bu gün, sabah da keçdi, birisi gün dә kecdi. Heç bir tәdbir görülmәdi. Daha üç
gündәn sonra Əsgәran ssenarisinin Sumqayıt variantı hәyata keçirildi…

Mәn bu haqda danışmağı bir dә ona görә borc bilirәm ki, Əsgәran hadısәsindәn xәbәri olmayan,
orada iştirak etmәyәn, hәtta heç bu hadısә ilә maraqlanmayanlar da bәzәn deyirlәr:
- Əşi o vaxt Xuraman yaylıq atmasaydı, camaatın qabağını saxlamasaydılar, bu mәsәlә birdәfәlik
hәll olunardı.
Bir daha bütün mәsuliyyәti ilә bildirirәm ki, nә Xuramanın yaylığı, nә bizim çıxışlarımız camaatı
yolundan saxlamadı. Olsa-olsa onları ayıltdı. Hadisәdәn xәbәrdar etdi. Gözünü açdı. Camaat düz
Əsgәrana qәdәr gedib çıxdı. Onları dayandıran Sovet tankları vә әli avtomatlı dәyәnәkli rus
әsgәrlәri oldu. Bәli, tanklar vә әsgәrlәr! Bunu birdәfәlik bilmәk, yersiz söhbәtlәrә, şayәlәrә son
qoymaq lazımdır. Az- çox aglı başında olan heç kәs Sumqayıt hadisәsinin Əsgәranda baş
vermәsinә, millәtinin ovladlarının rus tankları vә avtomatları ilә biçilib yerә sәrilmәsinә, qanına
qәltan edilmәsinә razı ola bilmәzdi. Görünür, bu adamlar bir belә hadisәlәrdәn sonra hәlә dә
ayılmayıblar ki, bunun hamısının arxasında Moskva dururdu. Vә Moskvanın polkları әlli il idi ki,
Xankәndindә yerlәşirdi. Onun qarşısına әliyalın әhalinin çıxmasına, qırılmasına, mәhv olmasına
göz yummaq, insanlıq, vәtәndaslıq, Azәrbaycanlılıq lәyaqәtini itirmәk, vәtәninә, millәtinә,
camaatına, ag saçlı ata- anasına, bacısına xәyanәt demәk olardı. Ona görә dә mәn qırğının
qarşısının alınmasının, az-çox bütün gördüyüm işlәrin әn әhәmiyyәtlisi vә xeyirlisi hesab edirәm.
Düzdür, sonra hadisәlәr daha dәhşәtli, misli- bәrabәri olmayan faciәli bir şәkil aldı. Bu artıq
başqa bir söhbәtin mövzusudur. Onun tәqsiri hәmin vaxtdan bu günә qәdәr Azәrbaycana
rәhbәrlik edәn adamların boynuna düsür. Bu faciәlәrә onlar cavab vermәlidirlәr. Elә Bakıda
1990-cı ilin yanvarında baş verәn qırğını da birinci novbәdә bilavasitә Moskvanın, elәcә dә
fәrasәtsiz başcıların vә böyük xalq hәrәkatını başqa sәmtlәrә istiqamәtlәndirәnlәrin, onları
dәstәklәyәnlәrin, dәrindәn ölçülüb- biçilmәyәn hәrәkәtlәrinin nәticәsi idi. Dörd ildәn sonra
hәmin mәsәlәnin Milli Mәclisdә birtәrәfli müzakirәsi vә әsl cinayәtkarların açılıb
göstәrilmәmәsi şәhidlәrimizin ruhuna hörmәt әlamәti olmadı.

                                               115
Bir neçә kәlmә dә demokratik hәrәkata münasibәtim haqqında. Əlbәttә, bu haqda çox yazılıb vә
yazılmağı da vacibdir, lazımdır. Tәәssüf ki, bu böyük hәrәkata bir çox halda hәrә öz şәxsi
nöqteyi-nәzәrindәn vә ya mәnsub olduğu partiyanın, cәmiyyәtin, qrupun mövqeyindәn yanasır.
Bu isә tarixi hadisәlәri saxtalasdırmağa, tәhrifә gәtirib çıxarır. Mәnim fikrimcә Azadlıq
hәrәkatının, demokratik hәrәkatın 1988-ci ildәn başlandığını iddia edәnlәr vә bunu ayrı-ayrı
adamların adına yazanlar sәhv edirlәr. Azәrbaycanda azadlıq hәrәkatının, xalq hәrәkatının tarixi
qәdimdir. O, bir gün dә olsun dayanıb- durmayıb, tәbii ki, dövrlә, zamanla bağlı muxtәlif
formalarda tәzahür edibdir. Elәcә dә qatı imperiya şәraitindә. Bu dövrdә Azadlıq hәrәkatı,
demokratik hәrakat ideoloji alәmә, bәdii yaradıcılığa, әdәbiyyat, incәsәnәt әsәrlәri vasitәsilә,
müәyyәn әdәbi- bәdii priyomlar, mәnzәrәlәr, lövhәlәr, obrazlar vasitәsilә aparılırdı. Üzeyir bәyin
“Koroğlu” operası, Qara Qarayevin “İldırımlı yollarla” baleti, Cahangir Cahangirovun “Füzuli”
kantatası daha geniş mәnada insan azadlığı, demokratik ideyalar uğrunda mubarizәnin әn yaxşı
forması deyildimi?! Sәttar Bәhlulzadәnin sırf Azәrbaycan lövhәlәri yalnız Azәrbaycan tәbiәtini
sevmәyә, qorumağamı çağırırdı?! Mirzә Cәlinin ömrünün son on illәrindәki mәşhur hekayәlәri,
xüsusilә felyetonları, xaricdә M.Ə.Rәsulzadәnin, Əlibәy Hüseynzadәnin, Əhmәdbәy Ağayevin
kәskin ehtiraslı mәqalәlәri, nitqlәri, çıxışları bu mubarizәnin әks- sәdası sayılmamalıdırmı?
Yaxud böyük Hüseyn Cavid, Yusif Vәzir Cәmәnzәminli, Mikayıl Müşfiq, Əhmәd Cavad
demokratiya vә azadlıq uğrunda mubarizәnin qurbanları olmadılarmı? Görkәmli dahi alim Vәkil
Çobanzadәnin cinayәt qovluğundan Xәtainin dili haqqında 15 çap vәrәqi hәcmindә kitabı dәlil-
sübut kimi saxlanılmamışdırmı? Filosof- alim, publisist Heydәr Hüseynov rus imperiyasına qarşı
iyirmi beş il mubarizә aparmış Şeyx Şamilin yolunda mәcburiyyәt qarşısında qalıb, özü özünü
asıb öldürmәdimi? Süleyman Vәliyev әsirlikdәn sonra ikinci dәfә Sibirә niyә sürülmüşdü?
Sәmәd Vurğunu, Rәsul Rzanı tez-tez çağırıb niyә incidirdilәr? Hәtta 50-ci illәrin ilk vaxtlarında
Sәmәd Vurğunu niyә hәbs etmәk istәyirdilәr? Mirzә İbrahimovu- dil haqda fәrmanına görә,
Bәxtiyar Vahabzadәni “Gülüstan” poeması üstündә niyә dara çәkirdilәr? Bundan bir qәdәr әvvәl
ali mәktәb tәlәbәlәri vә aspirantlarının bir dәstәsini, Gülhüseyn Hüseynoğlunu, İsmixan
Rәhimovu, Kәrim Rәfiyevi vә başqalarını, 70-ci illәrdә universitet müәllimi Əbülfәz Elçibәyi
bәs nә üstdә hәbs etmişdilәr?
Demәli, hәlә imperiya dövründә dil-agızların qıfıllandığı illәrdә mübarizә davam etmiş, hәtta әn
yaxşı oğullar bu yolda canlarından keçmiş, lakin mәslәk vә әqidәlәrindәn dönmәmişlәr.
Daha sonrakı illәrdә bu mübarizә Əliaga Kürçaylının, Xәlil Rzanın, Mәmmәd Arazın, bir qәdәr
qeyri – tevazökarlıq olsa da Famil Mehdinin, onların muxtәlif illәrdә ardinca gәlәn Fikrәt
Qocanın, Ramiz Rovşәnin vә başqalarının әn yaxşı mubariz publisistik ruhlu şeir vә
poemalarında ardıcıl, fәal davam etdirilmәmişdimi? Bu cümlәlәr sualdan çox tәsdiqdir vә mәn
onların hәqiqiliyini, doğruluğunu mәmnuniyyәtlә tәsdiq edib imza atıram.
Bu da hәqiqәtdir ki, 1985-ci ildәn sonrakı yeni dövr, şәrait, demokratiya vә azadlıq uğrunda
mübarizәnin xarakterini dәyişdi. Bir qәdәr qәribә sәslәnsә dә bu mübarizәnin dolayısı yolla ilk
mәkan vericisi Qorbacov oldu, onun aşkarlıq siyasәti oldu. Tәsәvvür edin ki, 1985-ci ildә Sovet
mәtbuatı ilk dәfә partiya rәhbәrini, birinci şәxsi tәnqid etdi. “İzvestiya” qәzetindә Qorbaçov
haqqında tәnqid göründü. Hökumәt başçısı tәnqidә hәdәf oldu. Hәtta siyasi büronun unvanına
tәnqidlәr eşidildi. Bu hәqiqәtәn yeni dövrün başlanğıcı idi vә bundan sonrakı dövrlәrdә yerlәrdә
siyasi büronun, Qorbacovun vә başqalarının tәnqidini mәn qәhrәmanlıq hesab etmirәm. Kecmiş
respublikaların hamısında olduğu kimi Azәrbaycanda da köhnә sistemin dağılması, xalqın
demokratik vә azadlıq hәrәkatının açıq ümumxalq hәrәkatı sәviyyәsinә qalxmasına şәrait yaratdı.
Burada Azәrbaycan demokratik qüvvәlәrinin (bu qüvvәlәrin yalnız Azadlıq meydanına
çıxanlardan ibarәt olduğunu düsünmәk yanlış fikirdir), xüsusilә Xalq cәbhәsinin böyük rolu
oldu. Cәbhә xalqın böyük bir hissәsini ayağa qaldıra bildi. Əlbәttә, burada Qarabağ amili böyük
әhәmiyyәt kәsb etdi. İlk vaxtlar ümumxalq mütәşәkkilliyini tәmin edәn әsas amil oldu. Bu
mәnada 80-ci illәrin ümumxalq hәrәkatı uzun illәr aparılan mübarizәnin yeni şәraitdә qanuni
davamı vә yeni, açıq, geniş, daha mubariz forması idi. Tәsadüfi deyildir ki, hәtta yazıçı vә
şairlәri qeyri fәallıqda günahlandıranlar özlәri dә bir çox halda şeirә, bu ilahi mәnәvi qüvvәyә
müraciәt edirdilәr.

                                               116
1988-ci ilin yanvarın ortalarında Dağlıq Qarabağda şovinist- millәtçilik, torpaq iddiası ilә
mitinqlәr başlanan ilk hәftәlәrdә mәn Ağdamda idim. Dağlıq Qarabağdan kütlәvi şәkildә
qovulan azәrbaycanlıları isti –isti öz ocaqlarına qaytarırdıq. Gözәl insan, böyük vәtәndaş alim
Xudu Mәmmәdov, Zeynal Mәmmәdov vә mәn bütün günü qıç qatlamağa vaxt tapmırdıq.
Hәyatımızı risk qarşısında qoyub ermәni kәndlәrindәn, hәtta Xankәndinin mitinq gedәn
küçәlәrindәn keçib camaatımıza kömәyә gedirdik. Öz ev- eşiyindәn qovulanların, hәtta
uşaqlarını, qardaş bacılarını itirәnlәrin ah-nalәsi әrşә qalxırdı. Biz onların dadına çatmaq
istәyirdik. Bu işdә dövlәt adamları bizim qüvvәmizә daha çox bel bağlayırdı. Doğrudan da
camaat bizi eşidib evlәrinә qayıdırdı. Bunun üçün maşınlar tәşkil edir, onları müşaiyәt edәn milis
nәfәrlәri ayırırdıq, tәlәblәrini nәzәrә alıb Dağlıq Qarabağın azәrbaycanlı kәndlәri yanında milis
postları yaradılmasına nail olurduq. Respublikada rәhbәrliyin, dövlәtin gündәn- günә zәiflәdiyi
yerlәrdә, xüsusilә münaqişә zonalarında aydın hiss olunurdu. Milis mühafizә orqanları açıq-
açığına öz sәlahiyyәtini itirirdi. Nә iş görülürdüsә Sadıq Murtuzayev kimilәrin şәxsi qabiliyyәti,
bacarığı, ziyalıların, ayrı-ayrı rayon orqanlarının gücü ilә edilirdi. Bu isә bәzәn hadisәlәrdә
dönüş yaratmaq üçün kifayәt etmirdi. Dövlәtin ciddi kömәyi hiss olunmurdu.
Dövlәtin dәnizdә batan gәmiyә oxşarlığı getdikcә daha çox hiss olunurdu. Mәn inanıram: Dağlıq
Qarabağda әrazinin Ermәnistana birlәşdirilmәsi kampaniyası baş qaldırdığı ilk günlәrdә
Azәrbaycan dövlәt, hökümәt, partiya rәhbәrliyi ciddi qәtiyyәt göstәrsәydi, öz imkanlarından az
da olsa müstәqil istifadә etsәydi hәmin hadisәlәr dәrhal yatırılar, bugünki dәhşәtli faciәyә
çevrilmәzdi. Bu bacarıqsızlıq, acizlik sonrakı rәhbәrliklәr dövründә, nisbәtәn müstәqil nәfәs
almağın mümkünlüyü dövründә, son zamanlarda daha da dәrinlәşdi. Nәticәdә Azәrbaycanın 20
faizi zәbt olundu.
Biz rayonda ikәn Bakıda mitinqlәr başlandı. Getdikcә qüvvәtlәndi, genişlәndi. Bu bizi xeyli
ürәklәndirdi. Hәtta kövrәltdi dә: “Xalq ayılıb, ayağa qalxıb. Daha bizә ölüm yoxdu.” Camaat
qarşısında mitinqlәrdәn söhbәt açır, tezliklә kömәyimizә gәlәcәklәrini öz yanımızdan elan
edirdik. Bu sözlәrimiz camaatda böyük әhval- ruhiyyә yaradırdı. Hәmin günlәrdә Xudu müәllim
imkan tapan kimi mәni götürüb kәndlәrdә, zavodlarda, xәstәxanalarda, texniki peşә vә orta
mәktәblәrdә görüşә gedirdik. Xalq cәbhәsi yaradılmasının vacibliyini başa salırdı. “Başqa çıxış
yolumuz yoxdu” deyirdi. İkilikdә cәbhәnin mahiyyәtini mәnә daha әtraflı başa salırdı. Xudu
müәllimin “Xalq cәbhәsi” tam demokratik prinsiplәrә, ziyalı qüvvәsinә әsaslanırdı.
Mәn “Xalq cәbhәsi”sözünü ilk dәfә Xudu müәllimdәn eşitmişәm. Mәnә elә gәlir ki, xüsusilә
Qarabağda onun ilk tәbliğatçı vә tәşkilatçısı da Xudu müәllimdir. Hәtta dövlәt orqan işçilәri,
dövlәt, partiya rәhbәrlәrinin nümayәndәlәri dәrhal xәbәr tutub bu çıxışları bizә irad tuturdular.
Ancaq çәkinib sәrt danışa bilimirdilәr. Çünki biz o günlәr yerlәrdә çox lazım idik. Xudu müәllim
açıq cavab verirdi:
- Yaxşı bәs neylәyәk? Siz idarә edә bilmirsiniz, Azәrbaycanda böyük faciә başlayır. Biz dә
gözümüzü döyüb tamaşa edәk? Siz elәyә bilmirsiniz, barı qoyun xalq tәşkilatlanıb özü elәsin
dә...
Ərazidә işin çoxluğu ilә әlaqәdar mәn Bakıya bir az gec qayıtdım. Mitinq dalğasını görәndә bir
daha kövrәldim. İftixar hissi keçirdim. ”Qarabağ”, ”Topxana” çıxış edәnlәrin bәlkә dә ilk
kәlmәlәri idi. İlk dәqiqәdәn fikirlәşdim: “Bu qüvvә Qarabağa üz tutsa orada bir ermәni qalmaz.
Hamısı qaçıb Laçına keçәr.” Amma çıxışlar daha çox siyasi xarakter daşıyır, konkret kömәklik
tәşәbbüslәri hiss olunmurdu.
Mәni isә ancaq vә ancaq Qarabağ düşündürürdü. Görür vә inanırdım ki, hadisәlәr uzandıqca biz
uduzuruq. İlk günlәr Qarabağa iki minә yaxın milis gәlmişdi. Mitinqlәrlә әlaqәdar onların da
çoxunu Bakıya vә digәr yerlәrә qaytardılar. Dövlәt adamlarının bilavasitә Ağdamda,
Xankәndindә mәşğul olan nümayәndәlәri dә az- az görünmәyә başladı. Belәliklә dә Dağlıq
Qarabağda get- gedә daha çox sәrbәstlik yaranmağa başladı. Bakıda ermәnilәr әleyhinә şüarlar,
şüarçılıq artdıqca Dağlıq Qarabağ әrazisindә azәrbaycanlıları daha çox incidib qovurdular. Nә
dövlәt, nә dә xalq hәrәkatı tәrәfindәn kömәk gәlmirdi. Yerli hakimiyyәt orqanları qorxub yerli
mütәrәqqi qüvvәlәrә meydan verә bilmirdilәr.


                                               117
Mәncә iki yolun labüdlüyü ortaya çıxırdı. Ya istefası tәlәb olunan rәhbәrliklә müvәqqәti dil tapıb
qüvvәlәri Dağlıq Qarabağda hadisәlәrin qabağının alınmasına sәfәrbәr etmәk, ya da hakimiyyәti
devirib rәhbәrliyi dәyişmәk, әrazidә yeni rәhbәrliyin tәzyiqini tәmin etmәk. İkincisi nisyә
söhbәtidir. Çünki hәlә siyasi Büro, sovet hökumәti qalırdı. Bu rәhbәrlik devrilsә dә yenisini xalq
yox, yenә Moskva qoyacaqdır. Hәqiqәtәn dә belә oldu. Moskvanın qoyduğu rәhbәrlik isә
şübhәsiz başqa sahәlәrdә olduğu kimi Dağlıq Qarabağ mәsәlәsindә dә Moskvanın diktәsi ilә
oturub duracaq. Doğrudan da oturub durdu.
Mitinq iştirakçıları nәdәnsә daha çox siyasi yola üstünlük verirdi. Belә bir fikir irәli sürülürdü ki,
dövlәt mәsәlәsi, rәhbәrlik mәsәlәsi hәll olunsa Dağlıq Qarabağ mәsәlәsi daha tez vә asan hәll
olunacaqdır. Bu fikrin yalnışlığı o vaxt da mәlum idi. Hәyat da sübut etdi ki, bu real yol
deyilimiş. Birinci yola, müvәqqәti olsa da hәmrәylik yoluna isә Xalq cәbhәsi, digәr demokratik
qüvvәlәr getmәdilәr. Belәliklә özümüz dә istәmәdәn Dağlıq Qarabağın qurban getmәsi üçün
şәrait yaratdıq. Bu şәrait hәlә nә qәdәr ki tam yaranmamışdı, hәlә gec deyildi, biz Bakıda o yolu
seçdik ki, sakitlik yaransın, qüvvәlәr birlәşdirilsin, Dağlıq Qarabağ qorunub saxlansın.
Moskvanın Azәrbaycana açıq tәzyiqinin qüvvәtlәndiyi ilk gündәn ermәnilәri dәstәklәmәsi, yarı
razı, yarı zorla Dağlıq Qarabağda müxtәlif qurumlar, idarәetmә formaları yaratması qüvvәlәrin
birlәşdirilmәsini xüsusilә qarşıda qoyurdu. Mәnim Bakı mitinqindә çıxışlarımda irәli sürdüyüm
tәlәblәrlә yanaşı qaldırdığım mәsәlәlәrdәn biri dә bu idi. Hәmin çıxışları o dövr üçün tamamilә
düz çıxışlar hәsab edirәm.
Hәrçәnd ki, belә çıxışlar tribunadakıların bәzilәrinin xoşuna gәlmirdi. Hәtta bizi mikrofona yaxın
buraxmaq istәmirdilәr. Belә mәlum olurdu ki, tribunada dayanacaq adamlar da, çıxış edәcәk
şәxslәr dә qabaqcadan planlaşdırılmışdı. Hәtta od alov içindә gәlәn rus tanklarının lülәsinin
soyuqluğunu kürәyindә hamıdan әvvәl hiss edәn mәnim kimilәri dә, necә deyәrlәr, özlәrinә yad
hәsab edirdilәr. Biri tribunada üzümә açıq dedi:
- Dünәn televiziyada keçmiş rәhbәrliyi tәnqid edirdiniz, bu gün bura çıxmısınız.
Qәribәdir, әvvәla mәn televiziyada konkret hәç bir rәhbәri tәnqid etmәmişdim. Yaradıcı mühitin
olmamasından, ideoloji işlә real hadisәlәr, faktlar arasında uçurumdan danışmısdım. Bir dә axı
onun bura nә dәxli vardı? Elә bu sualı da hәmin cavana verdim. O üzümә dedi:
- Bәs bilmirsiniz dәxli var?- Çox böyük dәxli var.
Mәn dәhşәtә gәldim. ”İlahi, böyük bir xalq hәrәkatını gör aparıb haralara bağlayır, nәlәrlә
әlaqәlәndirirlәr?”
Bir qәdәr irәli gedib öz- özümә deyirәm:
- Allah, dünyanın işlәrinә bax. Mәnim vaxtilә vә sonralar haqqında әsla bir söz demәdiyim vә
yazmadığım adamı xoflanıb mәndәn qoruyan o cavan oğlan indi özü hәmin şәxsin kölgәsini
qılınclayır, әleyhinә tәbliğat aparır. Mәnsә yenidәn hakimiyyәtә qayıdan hәmin şәxsi bir ildi ki,
Dağlıq Qarabağ mәsәlәsinin hәllindә bәzi prinsipial mövqeyini müdafiә edirәm. Yenә dә Bakıda
sakitlik yaranmasına çalışıram ki, bәlkә bir şey edә bildilәr.
Bu vә buna bәnzәr faktlar mәni mәcbur etdi ki, o vaxt mәtbuat sәhifәsindә fikrimi açıq bildirim.
Buna görә “Bәli, yolumuzdan dönmәyәcәyik” adlı mәqalәmi yazıb o vaxt yeganә kütlәvi
mәtbuat orqanlarından sayılan “Kommunist” qәzetindә dәrc etdirdim. Yenidәn Qarabağa,
gözüyaşlı camaatımızın yanına qayıtdım. Mәqalәmi “redaksiyanın sifarişi ilә” rubrikası altında
dәrc etmişdilәr. Açıq şәkildә bildirirәm: Bu redaksiyanın öz “kәşfi”idi. Mәn o mәqalәni hәç
kimin yox, öz ürәyimin sifarişi ilә yazmışdım.
Deyә bilәrlәr ki, bәs nә üçün o vaxtı buna etirazını bildirmәmisәn?
Cavab verirәm:
- Etiraz bildirilәsi o qәdәr mәsәlәlәr vardı ki, bu onun yanında çox xırda mәsәlә idi!
Bәri başdan deyim ki, bu mәqalә ilә әlaqәdar müxtәlif mәtbuat orqanlarında mәnim fikirlәrimi
açıq tәhrif edәn, hәr şeyini öz arşını ilә ölçüb başqa yerlәrә yozan, belәliklә dә qanamayan
yerdәn qaşıyıb qan çıxaran müәlliflәrin yazılarına rast gәlmişәm. Bunlar mәnә sırf mәhәlli
intriqaçılığının nәticәsi kimi göründüyündәn baş qoşmağı, cavab vermәyi lazım bilmәmişәm.
Halbuki deyilәsi çox şeylәr vardı, elә indinin özündә dә var. O şey ki, millәtin birlәşmәyinә deyil


                                                 118
parçalanmağına kömәk edәcәk, onu demәsәn, yazmasan yaxşıdı. Onsuz da o qәdәr bölüb
parçalayan var ki ?!
Əlbәttә, hәr bir mәqalә kimi, başqa janrda yazı kimi mәnim mәqalәm әtrafında da mübahisә
açmaq, nöqsan göstәrmәk olar. Bu cәhәtdәn mәn öz mәqalәmi qüsurdan xali hesab etmirәm.
Ancaq mәnim haqqında söhbәt gedәn bu mәqalәmdә vә digәr yazılarımda ümumәn xalq
hәrәkatının, demokratik hәrәkatın әleyhinә bir kәlmә sözüm, bircә cümlәm tapılsa mәn
barmağımı kәsәrәm. Bu mәnada vaxtılә yazdığım hәmin mәqalәni bu gün dә aktual sayır, onu
tamamilә müdafiә edirәm. Mәn yenә tamamilә o fikirdәyәm ki, elә izdihamlı, mәsul mitinqlәrdә,
hәtta ondan qat- qat kiçik yığıncaqlarda, camaat arasında, әhali arasında parçalanma yaradacaq,
cәbhәlәşmә yaradacaq fikirlәrdәn, adlar çәkilmәsindәn, faktlar gәtirilmәsindәn yan keçmәk
lazımdır. Mәn әhali arasında, hәtta yaxşı niyyәtlә olsa da, deyilәn belә sözlәrin yaratdığı
reaksiyanın canlı şahidi olmuşam. Mәqalәdә dırnaq arasında göstәrilәn sözlәr dә eyni vaxtda
xeyli adamdan eşitdiyim sözlәrdir.
İkincisi, o vaxt mitinqlәrin adını çәkdiyim әn fәal iştirakçısının haqqında bu gün ictimai rәyin
әsaslı surәtdә dәyişdiyi, qәzetlәrdә tez-tez әleyhinә yazıldığı bir vaxta mәn yenә dә vaxtilә
mәqalәdә yazdığım fikirin üstündә dayanıram: cәsarәtlidir, fәdakardır, vәtәnpәrvәrdir. Ancaq
hәrәkәtlәrini, danışıqlarını heç dә hәmişә ölçüb- biçmir. Mövqeyindә sabit deyil. Burada pis nә
var ki, bunu bәhanә tutub mәqalә әleyhinә palaz boyda yazılarla çıxış edәsәn. Mәn inanıram ki,
bu nöqsanlar vaxtında deyilsәydi, hәmin cavanın hәqiqәtәn lider kimi formalaşmasına çox
kömәk edәrdi. Bu da xalqın xeyrinә olardı. Əleyhinә yazıların gündәn-günә artmasına
baxmayaraq, mәn onun bir sıra nitqlәrini mәmuniyyәtlә xatırlayıram.
Mәnim mәqalәmdә Xomeynilә bağlı, dinlә әlaqәdar fikirlәrimdәn yanaşıb mәsәlәnin әsas
mәğzini bir kәnara qoyub beşinci, onuncu dәrәcәli mәsәlәlәrdәn mülahizәlәrimin әleyhinә dәlil-
sübut kimi istifadә etmәyә cәhd göstәrәnlәrә aşağıdakıları demәk istәyirәm: Birincisi,
kimliyindәn hәtta dünya miqyasında paklığından, müqәddәsliyindәn asılı olmayaraq kim
azәrbaycanlını- xalqımın, millәtimin övladlarını siyasi әqidәsinә, mәslәkinә görә boğazdan
asdırırsa mәn onun şәklinin başımızın üstündә gәzdirilmәsini heç cür qәbul edә bilmәrәm.
İkincisi, mәn Azәrbaycan qadınlarının gәlәcәyini başdan- başa çadra altında tәsәvvür etmirәm.
Bu gün Azәrbaycanda geniş miqyas almış dini tәhsil sabah hәqiqi müsalmanlığa deyil, fanatizmә
aparıb çıxaracaqsa mәn bunu da qәbul etmirәm. O ki, qaldı şәxsәn Xomeyniyә o, şübhәsiz,
böyük tarixi şәxsiyyәtdir. Dәrin, zәkalı, millәtpәrvәr alim- din xadimidir. Bu da hәqiqәtdir ki,
Xomeyni haqqında oxuduqca, öyrәndikcә onun haqqında tәsәvvürlәr dәrinlәşir, genişlәnir,
reallaşır. Mәn keçәn il Tehranda oldum. Xomeyni elmi simpoziumlarında, konfranslarında
iştirak etdim. Simpoziumun kürsüsündәn Qarabağ haqqında informasiya sәslәnmәsi üçün
yoldaşlarımızla birlikdә istifadә etdim. Xomeyninin bәzi mәktublarını oxudum. Əsәrlәrindәn,
nitqlәrindәn nümunәlәrlә tanış oldum. Belәliklә dә Xomeyni şәxsiyyәti haqqında tәsәvvürüm
xeyli artdı. Onu da demәyi lazım bilirәm ki, Xomeyni şәxsiyyәtinә münasibәt çoxlarının
düşündüyü kimi birmәnalı deyildir.
Bu mәnim şәxsi fikirlәrimdir. Bunları yazmamaq da olardı. Ancaq bir şeyi bilmәliyik: Bizim
nicatımız birliyimizdәdir. Dedi- qodular, kin- küdurәtlәr, tәbәqәlәşmәlәr, qarşıdurmalar nә qәdәr
tez aradan qaldırılsa, birlik bir o qәdәr tez formalaşar. Əks tәqdirdә daha böyük fәlakәtlәr
qarşısında qalacağıq. O vaxt hәr birimiz daha böyük mәsuliyyәtlә ittiham edilәcәyik.
Yeri gәlmişkәn bir mәsәlәyә dә aydınlıq gәtirmәk istәyirәm. Azadlıq meydanında mitinqlәrdә
mәn sәhv etmirәmsә iki dәfә çıxış etmişәm. Onun biri televiziya ilә birbaşa canlı yayıma düşüb.
Daha çox meydanın özündә camaatın arasında olmuşam. Tonqal başında da sәhәri açmışam.
Daşlara söykәnib yuxulamışam da. Hәtta sovet tankları ilk dәfә dörd tәrәfi mühasirәyә alıb
meydana girmәk istәyәndә qadınların, uşaqların hündürә, daş pillәkanlara çıxmasına çalışmışam.
Deyilәnlәrә görә sәhv etmirәmsә saat 24-dә tanklar meydana girmәli idi. Yoldaşlarım 12- yә
yarım saat, bir saat qalmış meydanı tәrk etdiyi halda mәn son dәrәcә dәhşәtli xәstә ayaqlarımla
meydanda qalmışam. Hәtta saat 12- yә beş dәqiqә qalmış tankların qabağında әl-әlә tutub
dayanmış tәlәbәlәrimә yaxınlaşıb onlarla birlikdә әl-әlә tutmaq istәmişәm. Sevimli tәlәbәm, indi
“Azadlıq” qәzetinin baş redaktoru Gündüz Tahirli xahiş edib, yalvarıb ki, siz qocaqsınız (elә belә

                                               119
dә deyib), gedin pillәkәnә yaxın dayanın, qoyun tankların qabağında biz cavanlar duraq. Vә
sәhәrә qәdәr dә tankların qabağında dayanmışıq. Nәdәnsә risq edib meydana girmәyiblәr.
Görünür hәlә mәşqlәr keçirirmişlәr. Mәn bununla hәç dә qeyri-adi bir iş gördüyümü dәmәk
istәmirәm. Dәmәk istәdiyim budur ki, Qarabağda da, Bakıda da tankdan, filandan qorxub
çәkinmәmişәm. Yüzlәrlә adam şahiddir ki, qanlı yanvar gecәsindә tanklardan atәş açılanda mәn
dә yoldaşlarımla birgә küçәdә idim. Hәyatımızı tәhlükәdә qoyub, atәş açan tanklara mәhәl
qoymayıb yüzlәrlә adamın küçәdәn çәkilib evlәrin arxasına girmәsini, evlәrinә doluşmasını
tәşkil etmişik. Camaatın iki-üç dәqiqә әvvәl qarşısında durduğu dәmir darvazalar tanklardan
atılan pulemyot atәşindәn dәlik-dәlik oldu. Darvazalarda indi dә güllәlәrin izi qalır.
Azadlıq meydanında çıxış edәnlәr sırasında qanlı yanvar faciәsindәn sonra SSRİ prokuraturası
işçilәri tәrәfindәn bir neçә gün dalbadal sorğu-suala çәkilәnlәr sırasında mәn dә olmuşam. Dörd
nәfәr kürәn müstәntiqin arasıkәsilmәyәn suallarına mәrdi- mәrdanә cavab vermişәm. Heç bir
şeydәn çәkinmәmişәm. Bәlkә dә videoya çәkirdilәr. Çünki ilk günlәr hәç nә yazmırdılar.
Nәhayәt, üçüncü gün kağız-qәlәm çıxartdılar. Dediklәrim әsasında nәsә yazdılar. Düzü hәmin
gün çox әsәbi idim vә qabaqcadan demişdim ki, bir dә bura gәlmәyәcәyәm:
- Qurtarın bu boş sorğu-sualları. Kişisiniz, gedin sorğu-suallarınızı Ermәnistanda, Stepanakertdә
aparın.
Mәnim hәmin gün çox әsәblәşdiyimi görüb yumşaldılar.
Sualı bu dәfә әsasәn biri verirdi.Yanlarda vә arxada oturanlar isә arabir müdaxilә edirdilәr.
Onları әn çox narahat edәn mәnim çıxışlarımda (çıxışlar makinәdә yazılmış formada
qabaqlarında idi. Mәn sinәdәftәr çıxış etmişdim) Siyasi Büronun, Moskvanın, Mәrkәzin tez-tez
hallandırılması idi. Tez-tez soruşurdular: “Priçem zdes Politbyuro?”, “Priçem zdes Moskva?”
Mәn cavab verirdim ki:
- Bәli, tәqsirkar Moskvadır. Niyә Dağlıq Qarabağda vaxtında qayda yaratmadılar? Niyә
Əsgәranda uşaqlarımız öldürülәndә, yaralananda Siyasi Büro narahat olmadı? Niyә hәmişә
respublikaları idarә edәn Mәrkәz Ermәnistanın bu fitvasının qabağını almır? Qızıl Meydanda
dayanıb Kremldә oturanları söyürlәr. Niyә gedib onları sorğu-sual etmirsiniz, gәlib burda bizi
daprosa çәkirsiniz?
Ən çox maraqlandıqları bir dә bu idi:- Bu mitinqlәrin arxasında kim durur?
Mәn cavab verirdim ki, xalqı meydana Dağlıq Qarabaq hadisәlәri gәtirib. Xalqı ayağa qaldıran
orada baş verәn faciәlәrdir. Meşәlәrin qanunsuz qırılmasıdır. Adamların ev- eşiyindәn
qovulmasıdır. Uşaqlarımızın vәhşicәsinә öldürülmәsidir. Ərazidә Sovet qanunlarının kobud
şәkildә pozulmasıdır.
Mәnim on dәqiqәlik danışığımdan bir-iki cümlә yazırdı. Nә yazırdı bilmirdim. Əvvәldәn dә
demişdim ki, nә istәyirsiniz yazın. Mәn axırda oxumayacağam. Mәhkәmәdә cavab verәcәyәm.
Cavab verәcәyәm ki, siz burada öz ağalığınızı bir daha sübut etmәyә gәlmisiniz. İnsanla insan
kimi rәftarı bacarmırsınız. Özünüzü elә göstәrirsiniz ki, guya әn mәdәni adamlarsınız. Ancaq bu
uzun, yersiz, canüzücü suallarla әsәblәrimizi yerindәn oynadırsınız.
Yenә tәkrar edirdilәr:
- Hәr halda siz bilmәmiş olmazsınız ki, bu hadisәlәrin arxasında kimlәr dayanır?
Mәnim cavabım hәr dәfә eyni olurdu:- Dağlıq Qarabağ hadisәlәri.
Sonra Əbülfәz Elçibәy vә Nemәt Pәnahov haqqında çox soruşdular. Bütün mәsuliyyәti ilә
deyirәm: Hәr ikisi haqqında ancaq vә ancaq yaxşı sözlәr dedim. Sualları nә qәdәr o yana, bu
yana çevirdilәr, yenә dediyimi tәkrar etdim. Onlara toxunan, әleyhinә olan bir kәlmә dә pis söz
demәdim. Qәti surәtdә bildirdim ki, mәn meydanda olanda onlardan milli әdavәti, tәhrikçilik,
rusların әleyhinә, dövlәtin әleyhinә heç nә eşitmәmişәm.

Amma suallardan hiss edirdim ki, bütün çıxışları әzbәrdәn bilirlәr. Nә isә üç-dörd sәhifә
yazdılar. Heç oxumadan yazdım ki, mәtnlә tanış oldum, qol çәkdim. Nәdәnsә inandım ki, artıq-
әskik bir şey yazmazlar. Əvvәlcәdәn hәdә- qorxu gәlmişdim ki, bir kәlmә oyan- buyan yazsanız
sizi Moskva mәtbuatda ifşa edәcәyәm. Mәnim buna imkanım var. İmkanım- zadım yox idi. Elә-
belә hәdә- qorxu gәlirdim.

                                               120
Aradan bir neçә ay keçәndәn sonra eşitdim ki, mәnim prokurorluqda verdiyim izahat ya çox pis
tәrcümәdә, ya da çox pis ixtisarla, әlaqәsiz cümlәlәrlә “Arxivlәr açılır” rubrikası altında
“Meydan” qәzetindә dәrc olunmuşdur. Qәzeti oxuyan onlarca adam mәnә zәng etdi ki, sağ ol ki,
heç kim haqqında pis söz demәmisәn. Normal izahatdır. Doğrudan da ziyalılar, o cümlәdәn biz
hamımız baş meydanda camaatı sakitliyә, şayiәlәrә uymamağa çağırmışıq. Mәn tәәssüflәndim
ki, niyә qәzet izahatımın tam mәtnini vermәyibdir. Belә olduqda izahatım haqqında tәsәvvür
daha tam alınardı. İkinci heç ixtisar halında da başqalarına toxunan elә bir şey yox idi. Ancaq
izahatımı “Arxivlәr açılır” rubrikası altında vermәk, hәm dә bunları, o cümlәdәn dә mәnim
izahatımı prokuraturaya yox, Dövlәt Tәhlükәsizliyi Komitәsinә verilәn izahat kimi tәqdim
etmәk, belәliklә dә süni sürәtdә haqqımda fikir yaratmağa çalışmaq jurnalist etikasına sığan şey
deyildi.
Yeri gәlmişkәn, bildirmәk istәyirәm: tәkcә Azәrbaycan yox, keçmiş SSRİ- bәlkә dә lap dünya
Dövlәt Tәhlükәsizlik orqanlarının arxivlәrindә mәnim kiminsә haqqında gizli, yaxud aşkar yazılı
vә ya şifahi formada deyilmiş bir kәlmә sözümü tapan olsa, başımı vermәyә hazıram. Ancaq
görünür, DTK- sı ilә bilavasitә әlaqәdә olanlar iz itirmәk üçün qara yaxmaqdan belә çәkinmirlәr.
Mәn hәyatda nә yazmışam, nә demişәmsә düz dә olsa, sәhv dә olsa, açıq- aşkar yazmışam,
demişәm. Bununla fәxr edirәm. Dövlәt Tәhlükәsizliyi Komitәsi (indi Milli Tәhlükәsizlik
nazirliyi adlanır) arxivlәrinin açılmasını ürәkdә istәyәn on nәfәr varsa, beş nәfәr, hәtta üç nәfәr
varsa, onun biri dә mәnәm. Hәtta bu haqda şeirim dә vardır:

Açın, açın DTK-nın arxivlәrini,
Tәmizlәyin ağ rәflәrin ağ kiflәrini.

Azәrbaycanda milli müstәqilliyin, demokratik dövlәt quruculuğunun bünövrәsi qoyulubdur.
Lakin demokratik addımlar böyük hәrc- mәrcliklә, qayda- qanunsuzluqlarla rastlaşıb vә
antidemokratiyaya çevrilibdir. Azәrbaycan tarixindә bәlkә dә bu qәdәr irimiqyaslı rüşvәtxorluq
olmayıbdır. Bazarlar od tutub yanır. Xalq getdikcә daha çox dilәnçilәşmә vәziyyәtinә düşür.
Milyon yarım qaçqın çöllәrdә, düzlәrdә, yataqxanalarda qalır. Göstәrilәn yardım birinә çatır,
beşinә çatmır. Doğma vәtәnә qayıtmaq ümidlәri getdikcә azalır. İqtisadiyyat mәhv olub gedir.
Maarif, mәdәniyyәt, әdәbiyyat, incәsәnәt dövlәtdәn yardım ala bilmәdiyi üçün ağır böhran
keçirir. Bu sabah daha böyük fәlakәtlәrә gәtirib çıxarmaq tәhlükәsi yaradır. Söz, mәtbuat
azadlığı getdikcә mәhdudlaşdırılır. İnsan yenә imperiya dövründәki sarsıntıları, qorxu hissini
keçirir. İnsanlar izlәnilir. Telefon danışıqlarına qulaq asılır. Haq sözü demәk günbә- gün
çәtinlәşir. Bir sözlә, Azәrbaycanda diktaturanın әlamәtlәri aydın görünür. Mәn açıq çәkildә
bildirirәm ki, bu altmış yaşımda uşaqlıq vә gәnclik illәrim nәzәrә alınmazsa, azad nәfәs almağın
nә demәk olduğunu az- çox yalnız 1992-ci ilin ortalarından 1993-cü ilin oratalarına qәdәr, necә
deyәrlәr, Xalq Cәbhәsinin hakimiyyәti dövründә hiss etmişәm. Bundan sonra yenә әvvәlki illәrin
vәziyyәtinә düşmüşәm.
Mәn bunu rәhbәrlik etdiyim Azәrbaycanın Qarabağ Nicat hәrәkatına münasibәtdә bir daha
görürәm. Yuxarıda qeyd olunduğu kimi әvvәl cәmiyyәt, sonra hәrәkat kimi fәaliyyәt göstәrәn bu
tәşkilat 1991-ci ilin axırlarında yaranmışdır. Əsas mәqsәdimiz döyüşçülәrimizә, şәhid ailәlәrinә,
qaçqınlara yardım göstәrmәkdәn, belәliklә dә torpaqlarımızın ermәni quldurlarından
tәmizlәnmәsindә, dövlәt müstәqilliyimizin qorunmasında, respublikada sakitlik yaranması,
şaiәlәrin, tәxribatların qarşısının alınmasında kömәklik göstәrmәkdәn, hәm dә haqsızlığa,
әdalәtsizliyә qarşı mübarizә aparmaqdan ibarәt olmuşdur.
Hәç bir mafiayaya, dәstәyә qoşulmayan, kimin isә yıxılmasında, kimin isә vәzifәyә gәlmәsindә
әsla iştirak etmәyәn AQNH- yә axır bir ildә münasibәt son dәrәcә dәyişmişdir. Ağdam işğal
olunduqdan sonra hәtta Milli Mәclis sәviyyәsindә açıq hücumlara mәruz qalmışıq. Hәmin
günlәrdә baş verәn bir hadisә- Ağdamlıların bir hissәsinin әlacsızlıqdan Bakıya axışıb gәlmәsi
dövlәt orqanlarını qorxuya saldı. Bu faktdan bizim әleyhimizә istifadә olunur. Əslindә dövlәt
orqanları hәmin günlәrdә cinayәt törәtmişdi. Daxıli İşlәr Nazirliyinin, bilavasitә nazirin göstәrişi
ilә ağdam qaçqınlarına milis dәstәsi tәrәfindәn atәş açılmışdır. Bakıda az qala boyük qırğın baş

                                                121
verәcәkdi. Biz dәrhal mәsәlәyә qarışdıq. Camaatı sakitlәşdirdik. Onları bir qәdәr sonra başqa
yerә köçürdük.
Dövlәt orqanları törәtdiklıri bu cinayәti ört- basdır etmәk üçün yuxarılara yalan informasiya
verdilәr vә bizi vә şәxsәn mәni mәnzillәrin tutulmasının әsas tәşkilatçısı kimi ittiham etdilәr.
Daxıli İşlәr Naziri Vaqif Novruzov (artıq keçmiş nazir) Milli Mәclisin iclasında yalan mәlumatla
çıxış etdi. Xüsusilә mәnim ünvanıma böhtan atdı. Milli Mәclisin sәdri nazirin verdiyi yalan
mәlumata inanıb mәsәlәyә düzgün olmayan reaksiya verdi. Hәtta әhalini qaşqınlara qarşı
qoymaq, arada nifaq salmaq mәqsәdilә mәnzili tutulmuş adamların nümayәndәsini Milli
Mәclisdә Xitabәt kürsüsünә çıxardılar. Bu dәhşәtli bir fakt idi. Heç bir mәntiqә sığmırdı. Milli
Mәclis Bununla özü- özünә tәxribat hazırlayırdı. Mәn televiziyada bu biabırçı, ağılsız mәnzәrәyә
baxıb ayağa qalxdım.
Ali Sovetin binasına gәldim. Tәlәb etdim ki, çıxış üçün mәnә söz versinlәr. Deputatların bir çoxu
bu hadisәyә tәәccüb qalmışdılar. Mәn milisin atәşindәn sonra yığılmış gilizlәri göstәrәndә
tәәccüblәri daha da artdı. Onlardan biri mәnә bildirdi ki, hәlә Sizin haqqınızda cinayәt işi
qaldırmaq, Sizi hәbs etmәk istәyirdilәr. Nә fikirlәşdilәrsә, planlarını dәyişdilәr.Tәbii ki, mәnә
çıxış etmәyә icazә vermәdilәr.
Sәhәrisi gün müvәqqәti oturduğumuz binada xәlvәt qapını açıb arxivimizi dağıtdılar.
Sәnәdlәrimizi mәhv etdilәr. Divardan Dağlıq Qarabağın nadir xәritәsini çıxarıb aparıblar.
Telefonumuzu bağladılar. Daha bir neçә gün keçәndәn sonra ultimatum verdilәr ki, otağı tәrk
edәk. Bu şübhәsiz ki, yuxarıların xüsusi göstәrişinin nәticәsi idi. Biz müqavimәt göstәrib
otaqdan çıxmaq istәmәdik. Növbәti gün gәlәndә gördük ki, stol- stulumuzu götürüb harasa
atıblar. Otaqda başqa adam әylәşibdir. Uzun mübarizdәn sonra başqa mәrtәbәdә bir ambarı
boşaldıb bizә verdilәr. Biz buna da qane idik. Ancaq üstündәn on beş- iyirmi gün keçmәmiş
orada da telefonumuzu kәsdilәr. Bizi küçәyә atdılar.
Görürsünüzmü, Azәrbaycanda demokratiya necә inkişaf edir. Dövlәtә yalınmayan, xalq dәrdi
çәkәn ictimai tәşkilatlara, hәrәkatlara necә münasibәt bәslәnilir? Azad söz, müstәqil fikir necә
boğulur? Insanlar necә tәhqir edilib alçaldılır?
Mәn inana bilmirәm ki, dövlәt rәhbәrinin, hökümәt başçısının, Milli Mәclis sәdrinin bundan
xәbәri olmasın. Axı mәtbuatda dәfәlәrlә bu haqda yazılıb, rәsmi bәyanatımız, müraciәt vә
tәlәbimiz olub. Necә ola bilәr ki, yuxarılarda bundan xәbәr tutulmasın? Yox, ola bilmәz! Bu adi
bir qәsddir. Ancaq respublikada gedәn proseslәrin müәyyәn tәrәflәrini açıb göstәrir.
Ümumiyyәtlә son illәrdә Azәrbaycanda baş verәn proseslәr, ictimai- siyasi hadisәlәr bütün
müsbәt cәhәtlәri ilә yanaşı ciddi narahatlıq doğurur vә gәlәcәk daha böyük fәlakәtlәrdәn xәbәr
verir. Bu döyüş cәbhәsi ilә bağlı hadisәlәrdә daha bariz şәkildә özünü göstәrir. Ciddi hadisәlәrin
törәnmәsinә şәrait yaradır. Rәhbәr yıxmaq, yenisini hakimiyyәtә gәtirmәk dәhşәt doğuran әnәnә
şәklini alıbdır. Dünyanın hәç bir ölkәsindә belә biabırçılığa, rüsvayçılığa rast gәlmәzsәn ki,
müharibәdә düşmәnә torpaq verdirәsәn, dövlәt başçısı yıxasan. Tәәssüf, min tәәssüf ki,
Azәrbaycanda belәdir.
Mәsәlәn, Xocalı verildi, Mütәllibov yıxıldı. Laçın, Şuşa tәxribat qurbanı oldu, Yaqub
Mәmmәdov hakimiyyәtdәn salındı. Kәlbәcәrdәn qoşunlar qәflәtәn çıxarıldı. Əbülfәz Elçibәyin
komandası taxtdan salındı. Hazırkı iqtidarın da başı üstündә belә tәxribat buludları toplaşır. Bir
sıra mәsәlәlәrdә, xüsusilә torpaqların qorunmasında qәtiyyәtsizliyi vә kadrların seçilmәsindә
yerlibazlıq prinsipini әsas götürülmәsi bu prosesi daha da sürәtlәndirir. Üstәlik şovinist Rus
dövlәti dә bu proseslәrә müntәzәm tәsir göstәrir. İqtidar tezliklә әsaslı, tәsirli, mәqsәdyönlü
tәdbir görmәsә, xalqı ayıran yox, birlәşdirәn amillәrә әsaslanmasa vәtәn, millәt yeni fәlakәtlәrә
düçar olacaq.
Rus dövlәtinin qoşunlarının Azәrbaycana soxulmaq cәhdi, Ermәnistan ordusunu açıq-açığına hәr
cür döyüş texnikası, sürsat vә hәtta yüksәk mütәxәssis kadrları ilә tәmin etmәsi, Ermәnistanla
birlәşib sülh, barışıq planı adı altında respublikanı diz çökdürmәk planı hazırlayıb zorla qәbul
etdirmәyә çalışması, yeganә nicat yolunun Azәrbaycanda milli birliyin vә vәtәndaşlıq
hәmrәyliyinin olduqca vacibliyini, lazımlığını bütün ciddiyәti ilә qarşıya qoyur. Vәzifә başında
kimin olmasından asılı olmayaraq milli birlik tәrәfdarı olmuşam, bu gün dә tәrәfdarıyam. Ancaq

                                               122
görünür, milli birlik üçün sözdә deyil, işdә lazımi şәrtlәrә әmәl edilmәyincә bu mümkün
olmayacaq, reallaşmayacaqdır. Bu isә daha çox vә birinci növbәdә iqtidardan, onun siyasәtindәn,
asılıdır.
Mәn tәrcümeyi-halımı vә mühitimi qәlәmә almaq istәdim. Amma mövzu genişlәnib böyük
mәsәlәlәri, ictimai- siyasi problemlәri әhatә etdi. Bu, әslindә belә dә olmalı idi. Mәnim vә bizim
hәr birimizin tәrcümeyi-halı millәtin, xalqın ümumi tәrcümeyi-halının kiçik bir hissәsidir.
Mәnim vә bizim mühitimiz xalqımızın havasını udduğu, allah vermiş nemәtini dadıb, suyunu
içdiyi, sevinci ilә sevindiyi, kәdәri ilә kәdәrlәndiyi mühitdir.

Famil Mehdi
Bakı,
aprel-may 1994-cü il




                                               123

								
To top