others 1 1194511592 by L28387u

VIEWS: 0 PAGES: 30

									                        DƏVƏÇİ RAYONU HAQQINDA

                                M Ə L U M A T



 Tarixi-mədəniyyət abidələri və sənətkarlığı, təbiəti və insanları.


      Dəvəçi rayonunun ərazisi qədim yaşayış məskanlarından biridir.
Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və tarixi-mədəniyyət
abidələri burada turizmin inkişafı üçün potensial imkanlar yaradır.

      Rayonun 1,1 min km2 ərazisində tarixi abidələr yetərincədir. Ərazidə 2
tarixi, 2 arxeoloci və qoruq qeydə alınıb. Həmçinin rayonun ərazisini coğrafi
cəhətdən təhlil etdikdə görərik ki, ərazi ovalıq, dağlar, meşələrlə əhatə
olunub və dənizlə sərhədlənir. Rayonun ərazisində 21500 ha. meşə fondu,
1180 ha. isə su fondu, Liman gölü mövcuddur.

    Dəvəçi şəhərinin yeri ən qədim yaşayış məskəni olmuşdur. İndiki şəhər
ərazisində əsrin əvvəllərində daş balta oblidian ox ucu tapılıb, Peterburqa
göndərilmişdir. Ermitacdakı əşyaların ümumi siyahısında var. Camal dağı
yatağı boyu arıx qazılarkən (30- cu illərdə) küp qəbirləri aşkar edilmişdir.
İslamdan çox əvvəlki qəbirlər müxtəlif təbəqələrdə üzə çıxmış, hətta
gümüşdən ilan şəkilli olan üzük tapılmışdır. Bu göstərir ki, burada yaşamış
adamların totemi ilan olmuşdur.

    Azərbaycan şəhərsalma mədəniyyətinin əvəzsiz yadigarı olan, əsası IV
əsrdə qoyulan Şabran şəhəri Dəvəçinin ən nadir tarixi abidələrindən biridir.
Bu şəhər haqqında böyük şair, alim Bakixanovun əsərlərində, XVI yüzilliyin
holland səyyahı Y. Streysin xatirələrində, XVII yüzilliyin tarixçisi və səyyahı
O. Çələbinin əsərlərində geniş bəhs edilir. Şəhər xarabalıqları Şahnəzərli
kəndi yaxınlığındadır. “Şabran” sözünün etimologiyası barədə müxtəlif
mülahizələr mövcuddur. Onun sabirlərlə alaqədar olması ehtimalı daha
inandırıcıdır. Yazılı mənbələrdə şəhərin əsasının V əsrdə qoyulduğu
göstərilir. Şəhər xarabalıqları rayon mərkəzindən 12- 14 km Şimal- Şərqdə
Baki- Rostov şose yolunun kənarında yerləşir. Şəhər xarabalıqları eyni adlı
çayın hər iki sahilində yerləşir.

    Arxeoloci tədqiqatlar Şabranın erkən orta əsrlərdə şəhər kimi
formalaşdığını sübut edir. VII əsrdə Şabranı ərəblər işğal edib. Ərəb -
Xəzər müharibələri dövrü Şabran dəfələrlə əldən - ələ keçib. Mühüm ticarət
- karvan yolu üzərində yerləşən Şabran ipək ticarəti mərkəzlərindən idi. IX
əsrdən başlayaraq Şabranda ipəkçilik, dulusçuluq, şüşə istehsalı, metal
işləmə və s. sənətkərlıq sahələri inkişaf etmişdi. Monqol hücumları,
Osmanlı işğalı və Krım tatarlarının basqınları şəhərin təssərrüfat həyatına
ağır zərbə vurdu. Səfəvilər dövlətinin tənəzzülü dövründə Şabran kiçik
yaşayış məntəqəsinə çevrildi. XVIII əsrin əvvəllərində ölkədə yaranmış
qarışıqlıqdan istifadə edən müşkürlü Hacı Davud və Qazıqumuxlu Surxay
xanın feodal dəstəsi Şabranı qarət edərək dağıtdı. Şabran tənəzzül edərək
tədricən xarabalığa çevrildi. Şabranı 1979- cu ildə arxeoloci ekspedisiya
təhqiq etdi. Şabran çayının hər 2 sahilində yerləşən Şabran yaşayış
yerinin sahəsi təqribən 60-70 ha, mədəni təbəqənin qalınlığı 5,5 m- dir.

    Şabranda Azərbaycanda ilk dəfə olaraq IX əsrə aid kanalizasiya
sistemi aşkar edilmişdir. Şəhərə təqribən 14 km aralıqda yerləşən
bulaqdan xüsusi tünqlər vasitəsi ilə su kəməri çəkilmişdir. Azərbaycan
Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutunun mərhun
əməkdaşı Rəşid Göyüşovun rəhbərliyi ilə Şabranda çox geniş arxeoloci
tədqiqat işləri aparılmış və bu iş yarımçıq qalmışdır.

    Rayonun qədim tarixi, mədəniyyət abidələrindən biri də Gilgilçay
səddidir. Azərbaycanda Sasanilər dövrünə aid müdəfiə səddi (3-7 əsrlər)
Xəzər dənizindən başlayaraq Baba dağının ətəklərində qurtarır: 1931-32 və
1963-1964-cü illərdə Çiraqqalayadək olan hissəsi təqribən 60 km. tədqiq
olunmuşdur. Gilgilçay hövzəsindən dağın döşünə qədər 5 km-lik məsafədə
divar göy kərpiçdən hörülmüşdür. Kolanı kəndi yaxınlığında divarların
hündürlüyü 5-7 m-ə, bəzi yerlərdə isə 7-11 m-ə çatır. 30-35 m məsafədə
bürc və ya qüllə ucaldılmışdır. Gilgilçay səddi 85-ci bürcdən cənub-qərbə
dönür. Burada səddin eni aşağıda 30 km. ,yuxarıda isə 15 km-ə çatır. Çiy
kərpiçdən tikilmiş 88-ci bürc Gilgilçay səddini 1 yarısının sonu hesab edilir.
74-88-ci bürclərin arasında qala olmuşdur. Gilgilçayın sol sahilində səddin
qalınlığı nisbətən yaxşı saxlanılmışdır. Gilgilçay səddinin II hissəsi
Çiraqqalaya yaxın qurtarır. Səddin III hissəsi Çiraqqalanın 600 m-liyindən
başlayır və Təkyə kəndinə qədər uzanır. Sədd Şabran çayının dağ
sahilində Çınarlar kəndinin şimal-qərbində qurtarır. Həmin ərazidə
“Qalayeri” adlanan qədim şəhər xarabalıqları vardır. Gilgilçay səddinin IV
hissəsi Qalayerindən Afurca kəndinə qədər istiqamətlənir. Ən böyük bürcün
hündürlüyü 4,7 m. eni isə 7,7 m-dir. Bürc və divarlar əsasən yonulmuş
daşlardan hörülmüşdür. Səddən çox hissəsi dağılmışdır.

  Dəvəçinin rəmzi hesab olunan Çiraqqala Azərbaycanın ən qədim tarixi-
mədəniyyət abidələrindən biridir. Çiraqqala ərazinin ən hündür dağ
zirvəsindəki nəhəng qaya üzərində tikilmiş müdafiə xarakterli qaladır.
Silindirvari bürclərlə möhkəmləndirilmiş qala divarları qapalı quruluş əmələ
gətirir. Qayanın zirvəsində qala divarlarına bitişik baş bürc ucalır. Qalanın
divarları və yarımdairəvi bürcləri (12 bürc) daşdan tikilmiş, yalnız baş bürcə
kərpiçdən üzlük çəkilmişdir. Qalanın V-VI əsrlərdə Sasanilər dövründə
tikildiyi və XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Adından göründüyü
kimi qala müdafiə məqsədi ilə kəşfiyyat xarakterli tikilidir. Qala əsasən
düşmən ordularının gəlişi və digər məlumatları tonqal vasitəsi ilə
Azərbaycanın diqər qalalarına və məntəqələrinə çatdırırdı. Çıraqqala
əsasən Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edirmiş.
Bundan əlavə qalanın dənizə və digər yerlərə gizli yeraltı yolları
mövcuddur.

   Çıraqqala təkcə tarixi, yaşı ilə deyil, həm də qoynunda şəfa qaynağı
olan bulaqları ilə məşhurdur. 360 çarpayılıq “Qalaaltı” sanatoriyasında il
boyu mədə-bağırsaq, öd yolu, qara ciyərindən şikayəti olan minlərlə xəstə
şəfa tapıb doğma ocağına qayıdır. Sanki bu şəfa bulaqları tarixlə tanışlıq
üçün keçmişdə bu günü, bu günlə gələcəyin arasında körpüdür. Çıraqqala
rayon mərkəzindən 20 km aralıqda yerləşir. Həmin məsafəyə asfalt örtüyü
döşənmişdir.

   İslam dini qəbul edildikdən sonra müsəlman dünyası ilə əlaqələrin
genişlənməsi, xüsusilə IX-XI əsrlərdə müsəlman intibahının çiçəklənməsi
elm, mədəniyyət, sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlərin
artmasına səbəb olmuşdur. O zaman sıx əhalisi olan indiki Dəvəçi rayonu
ərazisində Bacarvan, Şirvan və Xursan kimi ticarət, sənətkarlıq mərkəzi
olan şəhərlər olmuşdur. Bu şəhərlər içərisində Xursan şəhəri böyük
müdafiə əhəmiyyəti olan inzibati mərkəz və qala olmuşdur.

    Azərbaycan Sovet Ensiklopediyasında Xursan (Xors, Xırs, Xrsan)
haqqında yazılır ki, Qafqaz Albaniyasında qədim qala və eyni adlı tarixi
vilayət olmuşdur. Ensiklopediyada yazılır: “Xursan şahlığı erkən orta
əsrlərdə Azərbaycanda kiçik feodal hakimliyi olmaqla Dərbəndlə Şirvan
arasında Mərkəzi Xursan qalası olmuşdur”.

    Şabran və Şirvan şəhərlərinin yaxınlığında iki tərəfdə hündür yarğanla
dövrələnən geniş bir sahədə, indiki Qələgah (Qalagah) kəndi yanında ilkin
orta əsrlərdə mühüm müdafiə əhəmiyyəti olan Xursan (Xurs) qalası
olmuşdur. Qala dağıldıqdan sonra buraya köçüb gələnlər buranı sadəcə
Qalagah (Qalayeri) adlandırmışlar.
    VI əsrdə Sasanilərin Qafqaz Albaniyası arasında mərzivanlar oturan on
bir vilayətə bölmüşdülər. Bu vilayətlərdən biri də Xursanşahlıq olmuşdur.
Banazirinin (IX əsr) məlumatına görə ləzgiləri tabe vəziyyətinə salmış
Xursan hakimləri əvvəllər ərəblərə müqavimət göstərsələr də, sonralar
onların vassalığını (asılığını) qəbul etməyə məcbur olmuşlar. Xursanın
ərazisi X əsrin ortalarında Şirvanşah Məhəmməd ibn Yəziddin dövründə
Şirvan şahlığına qatıldı.

   Qalanın yerini xəbər verən Zəhid qala yerinin üst tərəfində olan və
qalanın adını saxlayan Xurmi bulağıdır. Qalanın yeri və izləri bulaqdan
aşağıda hündür və geniş bir sahədir.

    Ərəb müəlliflərinin təsvir etdiyi kimi hündür qaya üzərində yerləşən qala
yerində Xəzər sahili boyunca Samur - Dəvəçi ovalığı Xaçmazdan
Beşbarmağa qədər sahə ayaq altında olan kimi aydın görünür.

   Xurmi bulaqdan yuxarı Pirəmbər dağının zirvəsinə qədər uzanıb gedən
Dağbilici kəndi qədim müsəlman qəbiristənlığında salınmışdı. Kənd orta
məktəbi həyətində hara qazılırsa qəbirlərə rast gəlinir. Qəbiristanlıq əslində
kənd ərazisindən xeyli böyük və genişdir. Qələgah kəndi ətrafında Sanduxu
bulağından yuxarıdaki sahələrdə də qədim qəbirlərə rast gəlinir, bu da açıq
surətdə göstərir ki, haçansa bu yerlərdə çox böyük yaşayış məskəni
olmuşdur. Bu sahə arxeoloqlarımızın yolunu gözləyir.

   Xalçaçılıq peşəsi Dəvəçi nənələrinin nəvələrə yadigar qoyduqları irsi
məşğuliyyət vasitələrindəndir. Dəvəçi xalça fabrikində toxunan “Pirəbədin”,
“Qollu - Çiçi”, “Heyratı” və s. çeşnili xalçalar indi dünya bazarlarında əla növ
məhsul kimi satılır.

   Rayonun Pirəbədir, Bilici, Qorğan, Əmirxanlı və s. kəndlərində bir çox
evlərdə xanalar uzadılıb, kustar şəkildə xalça toxunur. Fabrikin
mütəxəssisləri fərdi xalçaçılara hər cür köməklik göstərirlər. Xalçaçı qızlar,
keyfiyyətlə yanaşı, kəmiyyətin də qayğısına qalırlar.

   Bundan əlavə rayonun dağ kəndlərində arıcılıq geniş yayılmışdır.

   Rayon ərazisində turizm zonasının yaradılması üçün ən əlverişli yer
Çıraqqaladır. Həmin ərazidə həm tarixi abidə, müalicəvi əhəmiyyətli sular
və qalın meşə örtüyü mövcuddur.

   Dəvəçi rayonu ərazisində yerləşən “Çıraqqala” təkcə tarixi, yaşı ilə
deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə məşhurdur. 360
çarpayılıq “Qalaaltı” sanatoriyasında il boyu mədə-bağırsaq, öd yolu, qara
ciyərindən şikayəti olan minlərlə xəstə şəfa tapıb doğma ocağına qayıdır.
Sanki bu şəfa bulaqları tarixi tanışlıq üçün keçmişlə bu günün, gələcəyin
arasında körpüdür.

   “Çiraqqala” yüksəkliyindən baxanda rayonun coğrafi bölgüləri lap aydın
görünür. Bu panorama vasitəsi ilə qonaqlara ətraf kəndlər, insan
məskənləri haqqında geniş məlumat vermək olar.

    Rayonun Nohurlar kəndi yaxınlığında möcüzəli dağ gölləri yerləşir. 7
göldən ibarət olan bu ucqar ərazi dəniz səviyyəsindən 1000 m. yüksəklikdə
yerləşir. Göllər şirin suludur.

    Rayon mərkəzindən 12 km. məsafədə Xəzər dənizi sahilində yerləşən
Liman ovçuluq təsərrüfatı, turizm inkişafı üçün əvəzsizdir. Bir-biri ilə əlaqəsi
olan üç göldən ibarət ovçuluq təsərrüfatı 1180 ha. ərazidə yerləşir. Su
hövzəsi yeraltı sulardan və dağlardan axıb gələn çaylardan qidalanır. Yay
mövsümündə havaların quraq keçməsi ilə əlaqədar olaraq, payız və qış
fəslində fəaliyyət göstərir. Göldə bütün il boyu şirin su balıqları, kürü tökən
vaxtı isə dənizlə əlaqəsi olduğu üçün dəniz balığları olur. Payız və qış
mövsümündə gölə köçəri quşlardan qu, qaz, ördək, qaşqaldaq, baklan və
s. gəlir. Su hövzəsinin kənarında 3 yerdə: Qaraqaşlı xanasında, Sarvan
xanasında və Xanlar xanasında ovçuların istirahət etməsi ücün otaqlar var.
Otaqlar qış mövsümündə odun və elektrik peçləri ilə qızdırılır. Ovçuluqdan
əlavə göldə qayığ sürmək və balıq tutmaqla istirahət etmək olar. Mənzərə
cəhətdən göl əvəzolunmazdır.

   Mövsüm ərzində respublikanın           müxtəlif   bölgələrindən   və   xarici
ölkələrdən istirahətə qonaqlar gəlir.

   Bakı-Rostov yolunun 25- ci km- də Dəvəçi rayonu ərazisində yerləşən
“Karvan” restoranlar şəbəkəsinə turistlərin diqqətini cəlb etmək olar. Şose
yolunun kənarında yol gedən qonaqlar üçün hər cür şərait, 2 ədəd
yeməkxana, maşın təmiri sexləri var.

   Şose yolundan 200 m-də tut bağının içərisində yerləşən böyük “Karvan”
yeməkxanası isə qonaqların yolunu həmişə gözləyir.

Yeməkxana gözəl mənzərəli bağda yerləşir. Yeməkxana ilə maqistral yolu
asfalt yol birləşdirir. Yeməkxana elektrik enercisi, elektrik qeneratoru, təbii
qaz və şollar suyu ilə təchiz olunmuşdur. Yeməkxanada geniş banket zalı,
istirahət otaqları, mətbəx, bufet, ərzaq saxlamaq üçün soyuducu kameralar,
8 ədəd yatağ otağı müasir səviyyədə fəaliyyət göstərir. Hal-hazırda
yeməkxanada yeni istirahət otaqları və 300 nəfərlik rəqs meydançası tikilir.
Bundan əlavə gələcəkdə yeməkxananın yaxınlığındakı boş sahədə sadə
idman qurğuları və tennis       kortu tikilməsi nəzərdə tutulub. “Karvan”
restoranlar şəbəkəsi əlverişli ərazidə yerləşdiyi üçün turistləri burada
qarşılayıb, şimal zonasının gəzməli-görməli yerlərinə yola salmaq olar.

   Bakı-Rostov yolunun 135 km-də rayonun ərazisində Ağalıq kəndi
yaxınlığında da gözəl istirahət düşərgəsi salmaq olar. Kəndin kanarında,
təxminən 1 Ha. sahədə yerləşən göl vardır. Göl şirin suludur. Göldə
müxtəlif balıqlar və qış mövsümündə köçəri quşlar olur. Göl yeraltı sular və
kəndin yaxınlığından çıxan bulaqlarla qidalanır. Gölün kanarında tikinti işləri
aparmaqla gözəl şərait yaratmaq olar. Bundan sonra qonaqları bu gölə
çimməyə, balıq tutmağa, qayığla səyahətə dəvət etmək olar.

     Bundan əlavə kəndin digər tərəfində 450 Ha. sahədə meşə yerləşir.
Meşəni şose yolu 2 hissəyə bölür. Meşədə müxtəlif heyvanlar və quşlar
var. Meşə ərazisində turistlər üçün istirahət düşərgələri yaratmaq olar.

      Dəvəçi rayonu ərazisində meşələrin ətəyində Zağlı-Zeyvə zonasında
neft çıxarılır. Həmin ərazidə uşaq istirahət düşərgələri salınmışdır. Bu yerdə
istirahət düşərgəsi üçün lazımi şərait, 2,3,4 nəfərlik yataq otağı olan
yataqxanalar, geniş və işıqlı yeməkxana, kiçik üzgüçülük hovuzu indi də
durur. Elektrik enercisi, içməli suyu və təbii qazı var. Turistlərin bu yerdə
istirahətini təşkil etmək, onları meşənin əsrarənqiz təbiəti ilə tanış etmək
maraqlı olar.

       Zağlı-Zeyvə zonasında meşənin dərinliklərində “Keçi-qayası” adlanan
yerin çox gözəl mənzərəsi var. Sıx meşə ilə keçilməsi çətin olan sıldırım
qayanın arasından çay axır. Bu yerdə müalicə əhəmiyyətli kükürdlü sular
çıxır. İnsanlar burada müalicəyə və istirahət etməyə gəlirlər.

       Pirəbədil kəndi ərazisində gəzməli-görməli yerlər daha çoxdur. Bu
ərazi rayon mərkəzindən 20 km. aralıda yerləşir. Burada çaylar, qalın
meşələr, sərin bulaqlar, böyük meyvə bağları adamın diqqətini cəlb edir.
Ərazidə tarixi abidələrdən Q.Musabəyovun ev muzeyi yerləşir. Bu kəndin
adı ilə adlanan

“Pirəbədil” xalçası dünyada məşhurdur.

     Ərazidə meşə ətəyində kateclər tikməklə turistləri maraqlı səyahətlər,
mövsümə görə isə ova cəlb etmək olar. Heyvanlardan ayı, canavar, tülkü,
          çaqqal, vəhşi meşə pişiyi,qaban, ceyran, quşlardan kəklik, turac və s.
          meşənin daimi sakinləridir.

                Dəvəçi rayonunun şərq sahili Xəzər dənizi ilə həmsərhəddir. Bu
          ərazidə müasir çimərlik salmaqla turistlərə gözəl istirahət təşkil etmək olar.

                 Rayonun təbiəti müxtəlifdir. Ərazi dəniz sahilindən başlayaraq
          ovalıq, düzənlik, kiçik təpələr, meşələr, sıldırım qayalar və uca dağlardan
          ibarətdir.

                  Yerli sahibkarların və dövlət vəsaiti hesabına Dəvəçi rayonunda
          turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi üçün hər cür şərait vardır.
          Mövcud şərait və imkanlardan istifadə edib Dəvəçi rayonunu respublikanın
          şimal bölgəsində əlverişli turizm zonasına çevirmək olar.



                         Dəvəçi rayonunda yerləşən turist obyektləri haqqında
          məlumat.


№        Obyektin          Yerləşdiyi    Mülkiyyət       Tutumu              Rəhbəri       Əlavə

            adı              ərazi         növü                                           xidmətlər

1        “Qalaaltı”        Çarax kəndi     Dövlət       80 nəfərlik     Bayramov Bəhram
        sanatoriyası                                                     Tel. 334-12-28

2   “Qalaaltı” müalicə    Çarax kəndi    “Kurort” SC    261 nəfərlik Vəliyev Vahid
    pansionatı
                                                                           Tel. 5-26-56

3   “Karvan” moteli       Bakı-Xaçmaz Özəl             10 nəfərlik    Xəlilov Aydın
                          yolunun 125
                          km.-də




                                 QUBA RAYONU HAQQINDA MƏLUMAT
TARİXİ: Azərbaycanın ən dilbər güşələrindən biri olan Quba tarixən qədim
elm, təhsil, mədəniyyət mərkəzlərindən biridir. Quba həm ticarət, həm də
siyasi baxımdan strateci əhəmiyyətli bir rayondur.

  Quba regionunda müxtəlif arxeoloqlar, əsasən mərhum professor
Cabbar Xəlilov tərəfindən aparılmış arxeoloci qazıntıların nəticələri Quba
yaşayış məskəninin tarixini IV əsrə aid edir.

 Yaşı ilk Orta əsrlərə çıxan ulu divarın tarixi haqda qədim alban və ərəb
mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və
ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri
ətrafında tikdirdiyi ilk məscidin adı “Kuba” adlanır. XI əsrdə Azərbaycan
hakimi Ənuşiravanın tikdirdiyi qalanın adı “Bade - firuzqubad” idi, XII əsrə
aid ərəb mənbələrində Quba “Kuba” kimi göstərilirdi. XII əsrdə ərəb alimi
Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında “Kubba” da
vardı, XII əsrin səfəri qaynaqlarında isə Quba “Qübbə” kimi verilmişdir.

Quba şəhəri 1735-ci ildə Hüseynəli Xan tərəfindən qüdrətli Quba xanlığının
paytaxtına çevirdi. 1759-1771-ci illərində Fətəli xan Dərbənd , Baki,
Şamaxı, Səlyan, Gəncə xanlıqlarını özünə birləşdirdi. Lakin Fətəli xanın
Vahid Azərbaycan yaratmaq istəyi baş tutmadı. 1806-ci ildə Quba xanlığı
Rusiyaya birləşməyi əyalətə çevirdi. Yenidən təşkil edilən Quba qəzası
1840-ci ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Baki quberniyasına
daxil edildi. 1930-cu ildə Quba Azərbaycan inzibatı rayonlarının birinə
çevrildi.

Quba rayonu respublikamızın ən çox tarixi, mədəniyyət abidələri olan
rayonlarından biridir. Rayonda 140-dan çox tarixi, memarlıq, arxeoloci,
monumental abidələr mövcuddur. Hələ keçmiş sovet dövründə 1968-ci il 02
aprel 140 saylı qərara əsasən rayonda 26 tarixi memarlıq abidəsi və 20
arxeoloci abidə dövlət tərəfindən qeydə alınıb mühafizə olunurdu.
Abidələrin 40-ı Quba şəhəri və yaxın ərazilərdə, qalanları isə kəndlərdə
yerləşir.

Bundan başqa Qubanın tarixi-mədəniyyətini əks etdirən tarixi - arxeoloci
tapıntılar mövcuddur ki, bunlara da Qubanın çox qədim yaşayış
mərkəzlərindən biri olduğunu sübut edir. Quba rayonu ərazisində 60-dan
yuxarı arxeoloci abidə qeydə alınmışdır. Diqqətlə tədqiq olunmuş həmin
arxeoloci        abidələrin      çox      böyük      hissəsi      IV-XVII
əsrlərə aiddir. Belə abidələrdən Sandiqtəpə şəhərgahı (Quba şəhərindən 1
km. aralıda yerləşən indiki Nərimanabad qəsəbəsi) yaşayış yeri və
qəbiristanlığı, Qüzeylər, Salmantəpə, Balazar yaşayış məskənləri, Qalaqah
və onun qəbiristanlığı, Qəleyi-Xudat yaşayış yeri və tikililəri, Qarğaqala
yaşayış yeri      və qəbiristanlığı, Güneyməhlə      yaşayış məskəni və
qəbiristanlığı və s. misal göstərmək olar. Arxeoloci qazıntılar zamanı əldə
olunan tarixi eksponatlar Quba şəhərində fəaliyyət göstərən Abbasqulu ağa
Bakixanov adına diyarşünaslıq muzeyində nümayiş etdirilir.

Quba abidə və etnoqrafik mənbələrlə zəngindir. Xınalıq kəndində IX əsr aid
Atəşpərəstlər məbədi, Ağbil kəndində türbələr, Quba şəhərində XIX əsrə
aid Səkinəxanım və Camə məsçidləri vardır.

Quba rayonu ərazisində mövcud olan tarixi abidələr aşağıdakılardır:



   1. Səkinaxanım məsçidi - XIX əsr ,(Quba şəhəri).
   2. Cami məsçidi - 1797-ci il ,(Quba şəhəri).
   3. Ərdəbil məsçidi - XX əsrin əvvəlləri ,(Quba şəhəri).
   4. Hacı Cəfər məsçidi- XX əsr ,Quba şəhəri.
   5. Uca günbəzli hamam- 1829-cu il ,Quba şəhəri.
   6. Türbə (qəbiristan)- XIX əsr ,Quba şəhəri.
   7. Türbə- XIX əsr ,Quba şəhəri.
   8. Baba Rüstəm türbəsi (qəbiristan)- XVIII əsr ,Quba şəhəri.
   9. “Şəfəq” qəzeti çap olunan bina (köhnə binası)-XIX əsrin ortaları
     ,Quba şəhəri ,Əsədov Kücəsi №9.
   10. S. Vurğunun yaşadığı bina- XIX əsr ,S. Vurğun küç. ev 2
   11. A. A. Bakixanov binası-XVIII əsr ,Ərdəbil küç. 93.
   12. Hacı Mirkazımın evi- XIX əsr ,Azərbaycan prosp.139.
   13. Süleymanovun evi- XIX əsr ,Tüti Bikə küç.26.
   14. Hacı İsanın evi- XIX əsr ,Tüti Bikə küç.
   15. Əlibaba Bağırovun evi- XIX əsr ,Ərdəbil küç 55.
   16. Haçı Məmmədmusanın evi- XIX əsr ,Ərdəbil küç 58.
   17. Əliqulu Əhmədovun evi- Qələbə küç № 6.
   18. Partizan Həmid İsmayılovun yaşadığı bina- XX əsr,- Sülh
     prosp.-25.
   19. Pedaqoci məktəbin binası- XIX əsr- 28 aprel küç.
   20. Q. İsmayılovun binası.
   21. 1920-ci ildə ilk Qadınlar klubunun binası- XX əsr, Azərbaycan
     prosp. ,5 saylı orta məktəb.
   22. Körpü- XIX əsr Quba ,Qudyalçayın üstü.
   23. Hüsü Hacıyevin yaşadığı ev- Quba şəhəri, 20 Yanvar küç.
   24. Sinaqoq- XIX əsr ,Qırmızı qəsəbə.
   25. Doğum evi- XIX əsr ,Qırmızı qəsəbə.
   26. Yaşayış evi- XIX əsr ,Qırmızı qəsəbə.
   27. Ağababayevin evi (mədəniyyət evi) - XIX əsr ,Qırmızı qəsəbə.
   28. Alpan kənd məscidi - 1808-ci il. Rayon mərkəzindən uzaqlığı-
     14 km.
   29. Alıc kənd məscidi- 1709- ci il. Rayon mərkəzindən uzaqlığı- 16
     km.
   30. Alıc- Digah kənd məscidi- XIX əsr.
   31. Amsar kənd məscidi- 1854-1868- ci illər. Rayon mərkəzindən
     uzaqlığı- 5 km
   32. Qımıl kənd məscidi- XIX əsr. Rayon mərkəzindən uzaqlığı- 21
     km.
   33. Digah kənd məscidi- XIX əsr. Rayon mərkəzindən uzaqlığı- 14
     km.
   34. Yerfi kənd məscidi- XIX əsr. Rayon mərkəzindən uzaqlığı- 56
     km.
   35. Rustov kənd məscidi- 1903- cü il. Rayon mərkəzindən uzaqlığı-
     18 km.
   36. Möhüc kənd məscidi- XIX əsr. Rayon mərkəzindən uzaqlığı- 21
     km.
   37. Sunay kənd məscidi- 1850- ci il. Rayon mərkəzindən uzaqlığı-
     22 km.
   38. Uzunmeşə kənd məscidi- 1876- ci il. Rayon mərkəzindən
     uzaqlığı- 20 km.
   39. Tülər kənd məscidi- 1903- cü il. Rayon mərkəzindən uzaqlığı-
     18 km.
   40. Üçgün kənd məscidi- XIX əsr. Rayon mərkəzindən uzaqlığı-15
     km.
   41. I. Nügədi kənd məscidi- 1899- 1909- cu illər. Rayon
     mərkəzindən uzaqlığı- 8 km.
   42. II. Nügədi kənd məscidi- XIX əsr. Rayon mərkəzindən uzaqlığı-
     12 km.
   43. Nöydün kənd məscidi- 1878- ci il. Rayon mərkəzindən uzaqlığı-
     23 km.
   44. Təngəaltı kənd məscidi- 1913- cü il. Rayon mərkəzindən
     uzaqlığı- 31 km.
Yuxarıda göstərilmiş tarixi- mədəniyyət abidələrinin çox hissəsi rayon
mərkəzində və yaxın ərazilərdə (20 km- dək) yerləşir. Belə abidələrə gedən
yolun vəziyyəti asfalt döşənmiş yollardır. Uzaqlığı 25 km- dən çox olan
abidələrə gedən yollar isə daşlıqdır.

Abidələrə yaxın ərazilərdə istirahət üçün normal şərait vardır.
Turizm məhsullarının satışı üçün köşklər ançaq rayon mərkəzində fəaliyyət
ğöstərir. Belə turizm məhsullarına misal olaraq müxtəlif ölçülü xalçaları,
bəzək eksponatlarını misal göstərmək olar.

Bu tarixi- mədəniyyət abidələrinin bir çoxundan hal-hazırda rayona gələn
yerli və xarici turistlər üçün nümayiş obyekti kimi istifadə olunur. Lakin bir
çox abidələrin bu günkü vəziyyəti qənaətbəxş deyildir. Bununla əlaqədar
Rayon İcra Həkimiyyəti və Gənclər, İdman və Turizm Nazirliyinin birgə
hazırladıqları Quba rayonunda 2002-2005 illər üzrə turizmin perspektiv
inkişaf planında belə tarix-mədəniyyət abidələrinin bərpa olunması nəzərdə
tutulmuşdur.

Quba rayon mərkəzindən təxminən 33 km-lik bir məsafədə yerləşən “Təngə
dərəsi” ərazisində turizmin inkişaf etdirilməsi məqsədilə turizm zonası
yaradılması məqsədə uyğundur. Bu füsünkar abidəsi rayona qələn yerli və
xarici turistlərin diqqətini daha çox cəlb edir.

“Təngə dərəsi” istirahət qüşəsində turizm zonası yaradılarsa, yaxın ərazidə
yaşayan bir qism əhali üçün yeni iş yerləri açılmış olar və ümumilikdə
turizmin inkişafı üçün başlanğıc olar.




Rayonun iqlimi:

Quba rayonunun iqlimi sərt-mülayimdir. Qış mövsümü üzrə temperatur-20
dərəcə S-yə yaxın, yay mövzümündə isə + 35 dərəcə S-yə yaxın
müşahidə olunur.



Təbiəti:

Azərbaycanın mədəni-maarif mərkəzlərindən biri olan qədim Quba torpağı
öz təbii- coğrafi və füsünkər gözəlliyi ilə çox məşhurdur. Böyük Qafqaz sıra
dağlarının şimal-şərq ətəklərində tutmuş Samur- Dəvəçi ovalığınadək bir
ərazidə yerləşən bu gözəlliklər məskəninin mərkəzi olan Quba şəhəri dəniz
səviyəsindən 616 metr yüksəklikdə qərar tutub.

Bağlar diyarı adıyla şöhrət tapan Qubanın bənzərsiz varlığı dünyanın bir
çox alim və səyyahlarını məftun etmişdir. Şahdağa Qızbənövşəyə, Qəçrəş
bulağına, Tənqə dərəsinə, saçraq çaylarına, zümrüd meşələrinə, yaşıl
yamaclarına, bərəkətli çöllərinə, başlıcası isə əməksevər və qədirbilən
sakinlərinə söz qoşulmuş, mahnılar bəstələnmişdir.

Özünün füsünkar təbiəti ilə şöhrət tapmış Quba rayonu respublikamızın
təbiəti fonunda xüsusi yer tutur. Rayon ərazisinin 56 min kvadrat kilometr
ərazisini meşə səhələri tutur. Rayonun meşələri elə bil ənliyarpaqlı
ağacların sərqisidir. Onlarca, yüzlərcə ağac və kol növü vardır. Bu torpaqda
uzun ömürlü çinarlara, abidə ağcaqovaqlar, kolgəsində hətta birneçə qoyun
sürüsü yata bilən şah palıdları, gəlin timsallı ağcaqayınlar, vələslər,
fisdiqlar, bir-biri ilə sanki bəhsə giriblər. Bu meşələr həm də gozlu, fındıqlı,
zoğallı, almalı, armudlu, moruqlu, göyəmli, yemişanlı, zirincilli, bir sözlə
zəngin floralıdır.

 Rayon ərazisində kənd təsərrüfatında suvarma işləri aparılması üçün süni
surətdə tikilmiş 2 göl vardır. Quba-Qusar yolunun 3 km-də yerləşən
“Gülüstan” gölü çox ecazkar bir mənzərə yaradır. Şimi dərəsinin qabağının
bəndlə kəsilməsindən əmələ gələn “Gülüstan” gölünün dərinliyi 12 metr,
ümumi sahəsi 41666 kvadrat metr, ümumi su tutumu isə 500000 tondur.
Rayonun 2 Nüqədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km.
məsafədə “Çənlibel” istirahət güşəsində yerləşən diqər göl isə elə bil “Göy-
gölü” xatırladır Quba rayonu ərazisində öz mənbəyini basıqarlı dağların buz
kimi diş göynədən bulaqlarından almış 100-ə qədər irili-xırdalı çaylar
mövcuddur. Rayonun ərazisindən axan əksər çayların suyu təmiz və içməli
olduğundan əhalinin çoxu bu çayların suyundan məişətdə istifadə edir.
Rayon ərazisindən axan əsas çaylarından: Qudval çayı, Ağ çayı, Qaraçay,
Vəlvələ çayı və s. göstərmək olar.

Quba rayonu ərazisində, rayon mərkəzindən 42 km. məsafədə Afurca kənd
ətrafında yüksək qayalıqdan axıb ətrafa şır-ha-şırla tökülən “Afurca”
şəlaləsi təbiətin möcüzələrindən biridir. “Afurca” şəlaləsinin hündürlüyü 75-
80 metrdir. Onun altına enmək üçün yalnız 3-4 metr enində dar keçid var.
Tavanı dağ çuxurlarından ibarət olan yerdən adamı istər-istəməz vahimə
basır.

Diqər bir təbiət möcüzəsi olan “Kunxırt” şəlaləsi isə rayon mərkəzindən
təxminən 41 km. məsafədə Quba-Qonaqkənd yolunun sağ tərəfində
Kunxırt kəndindən 800 metr şimal-şərqdə yerləşir. Şəlalə 25 metr
hündürlüyü olan sıldırım daş qayanın üstündən tökülür.
 Təbii “Minarə” - rayon mərkəzi ilə 25 km-lik məsafədə yerləşir.
“Qudvalçayın” sal qayanı deşib keçməsi nəticəsində yaranan bu təbiət
möcüzəsinin uzunluğu 30-35 metrə, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır.

“Tənqaltı dərəsi” istirahət zonası rayon mərkəzindən təxminən 32 km-lik
məsafədə Quba-Qonaqkənd yolunun üstündə Vəlvəlçayın yan silsiləni
kəsib keçdiyi hissəsində, Böyük Qafqaz sıra dağlarının qoynunda yerləşir.
Dərinliyi 400-600 metr olan bu dərə ağ, qara və çəhrayı mərmərdən ibarət
nadir təbiət abidəsidir. Tənqaltı dərəsi Azərbaycanda bənzəri olmayan
təbiət abidəsidir.

Xınalıq kəndi - “Dağlarda ada” adlanan Azərbaycanın ən hündür yaşayış
məskəni, təbiət möcüzəsidir. Rayon mərkəzindən 65 km-lik məsafədə
Qudvalçayın sol sahilində, dəniz səvviyəsindən 2500 metr hündürlükdə
yerləşən, dağlarla üzük qası kimi əhatə olunan Böyük Qafqazın bu nadir
güşəsində 380 evdə 3000 nəfərə yaxın əhali yaşayır və ayrıca bir dildə
danışırlar.

Balbulaq istirahət zonası rayon mərkəzindən 8 km-lik məsafədə, Amsar
və Ərməki kəndlərinin arasında qaraçayın sahili boyunca uzanıb gedən
səfalı meşənin qoynunda yerləşir. Keçmiş sovet məkanında bu ərazidə
“Qırmızı qərənfil” pioner düşərgəsi fəaliyyət göstərib. Buranın gözəl
abuhavası, insanı məftun edən mənzərələri, barlı meyvə ağacları hamıda
xoş təəssürat yaradır.

Ümumilikdə Quba rayonunda 70-ə yaxın təbiət abidəsi mövcuddur.
Bunlardan: “Gəlin qayası”, “Gızıl qaya”, “Gülüstandaşı”, “Xatadərə ”, “Cəfər
dərəsi”, “Nənə-huy” dərəsi, “Xan bulağı”, “Xoku daharbi”, “Ceyrik bulağı”,
“Daş gəlinlər”, “Atəşgağ”, “Ağacda ev”, “Xaltan suyu”, “Kupul vir”, “Xaşı” isti-
suyu, “Zimbabaqulu”, “Vəro” , “Cimi” hidrosulfidli su mənbəyi, “Şıxnabədi
isti-suyu”, Öskürək dərmanı, Şəfa suyu, “Naftusiya mənşəli sular”, Yel
bulaqları, “Sirli mağara”, “Buzxana” mağarası, “güləxana mağarası”, “Kar-
kar” daş körpü, “sona” bulağı, “Qırxbudaq”, “Bağban Çinar”, xan çinar, yol
gözətçisi, əsrlərin şahidi topa çinarlar, nəhənq ağcaqayın, uzunömürlü
çinarlar, qoşa çinarlar, Qızılağac meşəsi, Palıd meşəsi, Buduq dərəsi,
Qoşa mağara, “Baltaqaya dağı”, qırız-dəhnə şəlaləsi, Pirit çökəkliyi, dost
ağaclar çiləxana, “Nərd Oynayanlar”, “Aman evləri”, kəlləporan dağı və s.
kimi təbiət möcüzələrini göstərmək olar.

Bitkilər:
Bağlar diyarı adıyla şöhrət tapan Qubanın bənzərsiz təbiətinin bir hissəsini
nadir və təbabət əhəmiyyətli bitkilər təşkil edir. Dağ yamaclarında,
yaylaqlarda bitən quzuqulağı, çiyələk, üzərlik, kəklikotu, bağayarpağı,
əvəlik, adi dəvədabanı və bir çox başqa dərman bitkiləri bu torpağın, ana
təbiətin təmənnasız tövsiyəsidir. Nanə,yarpız, bənövşə, qərənfil, balgülü və
çobanyastığı kimi xalq təbabətində istifadə olunan bitkilər də Quba təbiətinə
aiddir.

Ərazisi, əhalisi və məşhur insanları:

Azərbəaycanın mədəni-maarif mərkəzlərindən biri olan qədim Quba
torpağının təbiəti kimi insanları da xoş xasiyyət, gülərüz və qonaqpərvərdir.

İndi Quba rayonunun ərazisi 2610 kvadrat kilometr, əhalisi 140 min nəfərə
yaxındır. Rayonda 31 inzibati ərazi vahidi, bir şəhər, iki şəhər tipli qəsəbə,
155 kənd vardır. Əhalinin orta sıxlığı hər kvadrat kilometr üçün 52,7
nəfərdir.

Quba milli tərkibi müxtəlif olan rayondur. Burada azərbaycanlılarla yanaşı
ləzgilər, tatarlar, yahudilər və digər xalqların nümayəndələri də yaşayır.
Xınalıq, Buduq, Qırız kəndlərində digər etnik qrupların nümayəndələri də
yaşayır. Dağ yahudilərinin məskunlaşdığı və yığcam halda yaşadığı Qırmızı
Qəsəbə rayonun ictimai-siyəsi həyatında iştirak edir.

Dinc və yanaşı yaşayan hər bir xalq öz dilini və adət-ənənəsini ,
mədəniyyətini qoruyub saxlayır, öz bacarıq və qabiliyyətləri ilə müstəqil
vətənimizin sabahına töhvələrini verir.

    Mövcud olduğu dövlətlərdən indiki vaxta qədər Quba torpağı özünün
tarixi şəxsiyyətləri ilə tanınmış, bu məkanda çoxlu sayda elm, mədəniyyət
və incəsənət xadimləri yetişmişdir.
 Qubanın tarixi şəxsiyyətləri:

   1. Hüseyn xan - ilk Quba xanı ,XVI-XVII əsr.
   2. Əhməd xan - XVII-XVIII əsr.
   3. Qızılqumuğlu Surxayxan - 1721-1722.
   4. Fətəli xan - 1736-1789- Azərbaycanın dövlət xadimi, diplomat,
      sərkərdə: Quba xanlığı (1758-1789)
   5. Qaçaq Mayıl - XX əsr. Həmişə haqsızlığa qarşı mübarizə aparmış.
      “Qırmızı Ordu” əskərlərinə qarşı müqavimət göstərmişdir. Qaçaq
      Mayıl 1924-cü ildə arxadan atılan güllə ilə öldürülmüşdür.
   6. Mircəfər Bağırov - (1885-ci il Quba şəh.- 1975 - Kazan şəhəri)
   7. Murtuza bəy Axundzadə - (1877 Quba şəh. - 1920)
   - Elm, mədəniyyət və incəsənət xadimləri:

   Quba layıhəsində XVIII-XIX əsrlərdə bir çox görkəmli müdərris
   olmuşdur. Onların bəzilərinin adlarını çəkmək məqsədə uyğundur;

   Əbdürrəhim Əfəndi, İsa və Musa əfəndilər, Əbdülləhəd əfəndi, Hacı Əli
   əfəndi, İsmayıl əfəndi və başqaları.

- Səkinəxanım Axundzadə Azərbaycanın ilk qadın dramaturqu. O, 1865-ci
ildə Quba şəhərində anadan olmuş, 1927-ci ildə Qubada vəfat etmişdir.

- Orucov Əliheydər Əliabbas oğlu - 1905-ci ildə Qubada anadan olmuşdur.
Məşhur dilçi, luğət şünas, tərcüməçi, filoloqiya elmləri doktoru.

Mustafa Məmməd oğlu Əfəndizadə - 1898-ci ildə Qubada anadan olmuşdur
- Anaplı (əsl familiyəsi Məmmədov) - 1894-cü ildə Qubada anadan olmuş,
1921-ci ildə vəfat etmişdir.

- Qülməmmədov İbrahim Ələkbər oğlu - (1898-1964)- Quba şəh.

-Məmmədbəyova Leyla Hüseynağa qızı - 12.05.1922- Quba şəh.

-Musafayeva Qülnənə Məhəmməd qızı - 05.06.1905- Qubada anadan olub.

- Topçubaşova Reyhan İbrahim qızı - 12.12.1905- Quba şəh. anadan
olmuş, 05.03.1970-ci il Bakıda vəfat etmişdir.

   -Hüseynova Tamara Hacıbala qızı - 1937 Qubada anadan olub.

- Hüseynova Humay Meşədi Mehdiqulu qızı - 1924 Quba şəh. Anadan
olub.

Böyük Vətən müharibəsi illərində sovet ordusu sıralarında yüzlərlə Qubalı
da döyüşmüş, orden və medallarla təltif olunmuşlar.

Bunlardan:

   1. Orucov Rza Xalid oğlu- (05.05.1912 Quba şəh.) Böyük Vətən
      müharibəsində partizan hərəkati iştirakçısı, leytenant.
   2. Novruzov Qonaqbəy Möylan oğlu - (1920-15.06.1951 Quba r-n.)
      Ordenin hər cür dərəcəsi ilə təltif olunmuşdur.
   3. Aslanov Aslan Tərlan oğlu (1920-1967 Qonakənd) Böyük Vətən
      müharibəsi qəhramanı, starşına. Şöhrət ordeninin hər üç dərəcəsi ilə
      təltif olunmuşdur.
     Restoranlar, kafelər (istirahət guşələri):



    “Cənnət bağı” istirahət zonası

Quba- Ərməki kənd yolunun üstündə 7 km- lik məsafədə yerləşir. İstirahət
zonasının 34 ayrı istirahət otaqları, akt zalı, bilyard zalı, hovuzu vardır.
İstirahət otaqlarının 26-sı 2 otaqlı, 8 bir otaqlı kateclərdir. Otaqların
kirayəsinə səhər yeməyi daxildir.

“Balbulaq” istirahət zonası eyni ərazinin 8 km-də Qara çayın sol
sahilində yerləşir. İstirahət zonasında 1-2 mərtəbəli istirahət evi, 10 ədəd
bir otaqlı vaqonlar, idman meydançası və restoranlar vardır.

“Quba” restoranı- istirahət güşəsi -

İstirahət güşəsində 9 katec, 4 istirahət evi, akt zalı, bilyard zalı, hovuzu
vardır.

“Lonq forest” (Uzun meşə)- istirahət zonası rayon mərkəzindən 15 km- lik
məsafədə yerləşir. İstirahət güşəsində 10-a qədər iki və daha çox adamın
istirahəti üçün kateclər, bilyard zalı, hovuz, sauna və restoran fəaliyyət
göstərir.

“Aynur” restoranı- Qəçrəş istirahət zonasında yerləşir. Restoranın 1
ümumi zalı, 20-yə yaxın yemək otaqları və bir 6 nəfərlik katec vardır.

“Qəçrəş bulağı” restoranı Qəçrəş istirahət zonasında yerləşir.
Restoranın ümumi zalı və yay mövsümü üçün 50-yə yaxın çardağı var.

“Çinar”kafesi- Quba şəhərində yerləşir. 1 ümumi zalı var. Ona qədər
yemək otaqları vardır.



   Mehmanxanalar, qonaq evləri:
Şahdağ” özəl mehmanxanası- Quba şəhərində yerləşir. Mehmanxananın
45-ə qədər 1 və 2 nəfərlik otaqları, 5 nəfərlik iki qonaq otağı var.
Mehmanxananın ümumi kommunal otaqları və bir restoranı var.

Bundan əlavə aşağıda göstərilmiş kiçik həcmli istirahət güşələrində 4-6
nəfərlik istirahət evləri vardır.

Bunlardan Qəçrəş istirahət zonasında yerləşən “Naxçıvan”, “Səməd”,
“Cənnət” istirahət güşələrini göstərmək olar.

Rayon ərazisində mövcud olan təbiət abidələrinə və istirahət güşələrinə
yaxın kəndlərdə (Qəçrəş, Təngəaltı, uzun meşə kəndlərində və s.) fərdi
yaşayış evlərini kirayələmək mümkündür.



                        QUSAR RAYONU HAQQINDA

                              M Ə L U M A T



   Qusar rayonu coğrafi mövqeyinə görə Respublikamızın “Şimal qapısı”
adlandırılır. Rayonun ərazisi 1542 km2 -dır, respublika ərazisinin 1,7 faizini
təşkil edir. Rayonun əhalisi 82917 nəfərdir. Qusar rayonu sərhədlərinin
uzunluğu 200 km- dən çoxdur. Bunun 170 km-i quru, 45 km isə su sərhədi
(Samur və Qusarçay) təşkil edir.

    Qusar rayonu dağlar və düzənliklər diyarıdır. Burada zirvələri daimi qar
və buzlaqlarla örtülü uca zirvələr, sərin yaylaqlar, düzənliklər bir- birini əvəz
edir. Səthi enlik istiqamətində 45 metr, hündürlüyündən başlanmış 4466
metr yüksəkliyə qədər dəyişir.

    Rayonun ərazisi öz zəngin florası ilə seçilir. Rayon ərazisinin 20
faizindən çoxunu meşə və kolluqlar təşkil edir. Onlar əsasən enliyarpaqlıdır.
Palıd, vələs, fıstıq və s. meşələrin əsas incisidir.

   Ərazidə çay sahili boyunca tuqay meşələri inkişaf etmişdir. Tuqay
meşələri üçün xarakterik bitki örtüyü: qovaq, qarağaç,zirinc, adi zoğal,
çaytikanı, sumax, meşə üzümü, əzgil, alça, yemişan, itburnu, böyürtkən və
s. Rayon təbii sərvətlərin rəngarəngliyi cəhətdən respublikada ən zəngin
ərazilərdən biridir. Onun səthi şəfaverici dərman bitkiləri və yabanı meyvə
ağacları ilə zəngindir.
   Ərazinin heyvanlar aləmi də zəngin və müxtəlifdir.

   Rayon ərazisindəki çaylar əsasən sabit və dövrü axımlıdır. Böyük
çaylarda ilin müəyyən fəsilində su azalsa da il boyu axın güclü və daimidir.

    Qusar rayonunun ərazisi öz yerüstü sularının müxtəlifliyi ilə fərqlənir.
Bunların az qismi müalicə məqsədilə istifadə olunur. Düzənlik ərazidə
temperaturu 450-dən 600-və daha artıq olan minerallaşmış qaynar lay suları
yerləşir.

     Respublikada mövcud olan 9 iqlim tipinin 4- nə rayon ərazisində rast
gəlinir. Təbii landşaftın müxtəlifliyi, əlverişli iqlim şəraiti burada kurortlar,
istirahət zonaları və turist komplekslərinin təşkilinə geniş imkanlar verir.

    Rayon mərkəzində “Yurd” adlı mehmanxana fəaliyyət göstərir.
Mehmanxana postsovet dövründə tikilmişdir, sonra özəlləşdirilmişdir.
Mehmanxanada bəzi təmir işlərinin aparılmasına baxmayaraq, xarici
turistləri qəbul etmə imkanları yoxdur. Bina iki mərtəbəlidir, 50 nəfərlikdir.

     Rayonun ərazisində turizmin inkişafına xidmət edə biləcək bir neçə
istirahət- sağlamlıq zonaları mövcuddur.

   “Qara bulaq” istirahət və idman- sahlamlıq mərkəzi Qusar çayının
sağ sahilindədir. Yerli və xarici turistlərə xidmət etmək üçün bütün şəraiti
vardır. Burada “İnam” sağlamlıq və idman mərkəzi, hovuz yaradılmışdır.
Eyni zamanda 100 nəfərə xidmət edə bilər.

   “Suvar” dağ- turizm istirahət və sağlamlıq zonası Şah dağın
ətəyində 2 ildir ki, tikilmişdir. Rayon mərkəzindən 38 km məsafədə yerləşir.
Burada həm yerli, həm də xarici turistlərin dincəlməsi üçün bütün imkanlar
vardır.

   Rayon mərkəzində “Olimp” gənclər mərkəzi, istirahət və
mədəniyyət parkı kimi istirahət obyektləri də vardır. Rayon mərkəzindən
40 km məsafədə Dağıstan- Azərbaycan sərhədində H. Əliyev adına
“Xalqlar dostluğu” parkı yerləşir.

   Rayon ərazisində dövlət qoruğu yoxdur. 1964- cü ildə təşkil edilmiş
15000 hektar sahəni əhatə edən dövlət yasağı vardır. Rayonun ərazisində
Urva kəndində “Əlistan baba” adlı 7 hektarlıq xüsusi mühafizə olunan fıstıq
meşəsi vardır.
    Rayonun ərazisində ovçuluğun inkişaf etdirilməsinə və xarici ovçuların
cəlb olunmasına şərait vardır. Bu məqsədlə rayonda özəl ovçuluq
təsərrüfatı yaradıla bilər.

    Rayonun ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz
tarix və mədəniyyət abidələri aşağıdakılardır:



      Ölkə əhəmiyyətli abidələr:

     1. Əniğ kəndindəki XIII əsrə aid Qala divarlarının qalıqları.
     2. Həzrə kəndindəki 1544- cü ilə aid Şeyx Cüneyd məqbərəsi.
   Rayonun ərazisindəki digər daşınmaz tarix və mədəniyyət abidələri üç
qrupa bölünür.



   M e m a r l ı q a b i d ə l ə r i:

   Bunlar əsasən orta əsrlərdə və XIX əsrdə inşa olunmuş məscid
binalarıdır. (Hil, Əniğ, Balaqusar, Yasab, Köhnə Xudat, Gündüzqala və s.)



   X a t i r ə a b i d ə l ə r i:

   Qusar şəhər mədəniyyət və istirahət parkındakı Sovet İttifaqı
Qəhrəmanı Mirzə Vəliyevin, Nəriman Nərimanovun heykəlləri, şəhərin
mərkəzi meydanındakı görkəmli sərkərdə Mahmud Əbilovun heykəli,
Fəxrəddin Musayevin adına küçədəki M. V. Lermontovun xatirə abidəsi,
1941-1945- ci illər müharibəsində həlak olanların, Qarabağ müharibəsində
həlak olan şəhidlərin, Ermənistanda baş vermiş zəlzələdən zərər çəkənlərə
yardıma gedərkən təyyarə qəzasında həlak olanların xatirəsinə qoyulmuş
abidələr.



   A r x e o l o c i a b i d ə l ə r:

   Bunlar orta əsrlərə aid olan Əvəcuq kəndindəki köhnə qəbristanlıg,
Avaran kəndindəki “Rutur” qəbristanlığı, Piral

   kəndindəki “üç qəbir”, Çiləgir kəndindəki oğuz qəbirləri, Şadur təpələri
(Quxuroba kəndi), Çətkün kəndindəki “çürü” yaşayış yeridir.
   Şeyx Cüneyd məgbərəsi:

      Azərbaycanın memarlıq abidəsi. Azərbaycanın Qusar rayonunun
Həzrə kəndindədir. 1460-cı ildə Şirvanşah 1 Xəlilullahın qoşunları ilə
vuruşmada həlak olmuş və burada dəfn edilmiş Ərdəbil şeyxi Şeyx
Güneydin (1 Şah İsmayılın babası) qəbri üzərindədir. Şeyx Güneydin
canazəsinin qalıqları Ərdəbilə köçürüldükdən sonra 1 Təhmasibin göstərişi
ilə tikilmişdir. Abidənin fasadındakı kitabədə 1544-cü ildə tikildiyi göstərilir.

       Rayonda əsasən xalçaçılıq və əllə toxuma sənətləri daha geniş
yayılmışdır. Postsovet dövründə tikilmiş “Sumax” xalçaçılıq sexi hazırda
tam gücü ilə işləyir. Bununla belə ev şəraitində də xalça, palaz, yun corab
və başqa sənətkarlıq nümunələri toxunur.

    Rayonun mərkəzində və turizm marşrutları boyu bu sənətkarlıq
nümunələrinin sərqisini və satışını təşkil etmək mümkündür. Rayonda
turizmin inkişafı səviyyəsindən asılı olaraq gələcəkdə sənətkarlıq
ənənələrini öyrənən və tədbiq edən mərkəzin yaradılması imkanları vardır.
Gələcəkdə sənətkarlığın misgərlik, ağac üzərində oyma və digər növlərini
inkişaf etdirməyə şərait vardır.

    Rayonda turizmin macəra, kənd, ekoloci, etnik növlərinin inkişaf
etdirilməsinə şərait vardır.

    Macəra turizm növünə daxil olan alpinizmin inkişafı üçün “Suvar” dağ
turizm bazasından və yerli alpinistlərin köməyindən istifadə etmək olar.

   Ekoloci turizmin inkişaf etdirilməsinə “Şahdağ” Milli Parkının yaradılması
daha yaxşı zamin yaradır. Yerli əhalinin milli-etnik tərkibinin müxtəlifliyi və
onların maraqlı adət-ənənələri etnik turizmin inkişaf etdirilməsinə geniş
imkanlar açır.

   Mədəni turizmin inkişafı üçün xalqın milli musiqisini, mahnılarını təbliq
etmək məqsədilə iş aparmaq olar.

    Rayonda tarixən mövcud olan sim pəhləvanlarının çıxışları mədəni
turizmin iştirakçıları üçün marağ doğurar.

     Rayonun ərazisində turizm zonalarının yaradılması üçün mövcud olan
bütün imkanlar nəzərdən keçirilmişdir. Ərazidə əsasən üç istiqamətdə
turizm marşrutunu müəyyən etmək olar.
   Qusar-Ləzə (“Suvar”) marşrutu. Bu marşrut üzrə Əniq kəndindəki
məsçid, X111 əsrə aid olan qala divarlarını nümayiş obekti kimi ziyarət
etmək olar. Həmçinin turistlər kənd yaşayış şəraiti ilə tanış olar, həm də
sənətkarlıq nümunələrini əldə etmək imkanını qazanırlar. Həmin marşrutun
sonunda “Suvar” dağ-turizm zonasında alpinizm ilə məşqul olmaq,
Şahdağın zirvələrini fəth etmək olar. Burada həmçinin dağ xizək idmanı
növünün inkişafı üçün şərait vardır.

    İkinci marşrut kimi Qusar-Sudur istiqamətini seçmək olar. Bu marşrutda
Həzrə kəndindəki Şeyx Güneyd məğbərəsini ziyarət etmək, marşrut boyu
kəndlərdə xalq sənəti nümunələrini əldə etmək, yerli əhalinin milli adət-
ənənələrini izləmək olar. Sudur kəndi rayon mərkəzindən 75 km. məsafədə,
dəniz səviyyəsindən 1800 m. hündürlükdə Şah dağın ətəyində yerləşir.
Buranın füsunkar təbiəti, gözəl mənzərələri vardır. Həmin ərazidə dağ-
turizm istirahət və sağlamlıq zonasının yaradılması məqsədə uyğyndur.

       Üçüncü marşrut olaraq Qusar-Qazanbulaq istiqamətini götürmək
olar. Bu istiqamətdə füsunkar təbiət mənzərələrini, “Əlista baba” adlı fıstıq
meşəsini seyr etmək olar. Burada da geniş ərazidə ekoloci turizm istirahət-
sağlamlıq zonasını yaratmaq olar.

     Rayonda turizmin infrastrukturunun yaradılması üçün imkanlar lazımi
qədərdir. Rayonda turizm obektlərinin tikintisi üçün ehtiyyat torpaq sahələri
mövcuddur.

     Göstərilən hər üç turizm marşrutu “Şahdağ” milli parkının ərazisindədir.
Bundan əlavə Qusar rayonu ərazisinin Xəzər dənizi sahilində turistlərin
istirahəti üçün geniş imkanlar vardır.

   Turizmin inkişaf etdirilməsinə kapital qoyuluşu üçün yerli imkanlar çox
məhduddur. O səbəbdən bu işə investorların cəlb edilməsinə ehtiyac
vardır.



    QUSAR RAYONUNDA YERLƏŞƏN TURİST OBYEKTLƏRİ
                         HAQQINDA MƏLUMAT.


     Obyektin                          Tutumu    Rəhbəri              Əlavə
№               Yerləşdiyi   Mülkiyy
       adı                                                          xidmətlər
                       ərazi   ət


                               növü

 1 “Suvar” dağ-   Ləzə kəndi        Özəl   20 nəfərlik   Qusar: 5-36-71
   turizm
   istirahət                                koteclər     Bakı - tel/fax:
   zonası                                                47-19-31/39,49

                                                         353-92-66 E-mail:

                                                         suvar@bakılılar.az

                                                         www.suvar.

                                                         azeurotel.com

 2 “Qarabulaq”    Qusar-dan         Özəl   30 kotec      358-01-16, 330-02-02,    Diskoteka,
   istirahət və   5 km aralı                             363-77-36             sauna,üstüörtülü
   idman                                                                          hovuz, kort,
   sağlamlıq                                             E-mail:                atüstü və qayıq
   mərkəzi                                                                      gəzintiləri, dağ
                                                         ganclik@azbata.net
                                                                                   yürüşləri

 3   “Dalğa 91”    Qusar-           Özəl   5 nəfərlik       Tağıyev Avtandil       Xizəkçilik,
      istirahət     Ləzə
       zonası      yolunun                                      374-36-35       atüstü gəzintilər,

                     7 km.                                                         balıq ovu




                             XAÇMAZ RAYONU HAQQINDA

                                       M Ə L U M A T



    Xaçmaz rayonu Azərbaycan Respublikasının şimal- şərqində, Xəzər
dənizi sahili boyu ərazidə yerləşir. 1045 kv. km əraziyə malik rayonun
şimaldan Rusiya Federasiyası ilə 16 km. sərhədə malikdir. Rayonun əhalisi
148000 nəfərdir. Rayonun ərazisindən maqistral avtomobil yolu və dəmir
yolu keçir. 6 dəmir yol stansiyası fəaliyyət göstərir. Rayonda 20.800 ha təbii
meşə örtüyü, 6 daimi sulu çay mövcuddur. Rayon düzənlik ərazidə
yerləşməklə iqlimi mülayimdir. Termal, mineral tərkibli və şirin içməli su
ehtiyatlarına malıkdir. Rayon əsasən kənd təsərrüfatı rayonu olmaqla,
burada tərəvəzçilik, taxılçılıq, bağçılıq və heyvandarlıq inkişaf etmişdir.
Kənd təsərrüfatı məhsullarının emal sənayesi müəssisələri mövcuddur.
Balıqçılıq və ovçuluq üçün münbit şərait vardır.

     Postsovet dövründə fəaliyyət göstərən turist xidməti obyektləri bu gün
fəaliyyət göstərsədə müasir tələblərə cavab vermir. Təmizləyici qurğuların,
istilik və soyutma sistemlərinin və diqər komponentlərin olmaması bu
obyektlərdə xidmət səviyyəsinin çox aşağı olmasına səbəb olur.

    Rayon ərazisində yalnız bir qoruq (Gülalan gölü) mövcuddur ki, burada
bir sıra işləri görməklə qələcəkdə turistlərin qəbulu üçün şərait yaratmaq
mümkündür. Burada balıqçılıq və ovçuluqla məşğul olmaq üçün yaxşı
şərait vardır.

    Rayon ərazisi tarix-mədəniyyət abidələri ilə də zənqindir. Ərazidə 60-
dan artıq belə abidə vardır. XX əsrin ilk illərində (1900-1903) inşa olunmuş
6 dəmir yol vağzalı binası, Su anbarı qülləsi texniki cəhətdən normal
qaydada olmaqla nümayiş obyekti kimi istifadə olunma imkanlarına
malikdir. 1917-ci ildə istifadəyə verilmiş Şollar su kəməri də turistlər üçün
böyük maraq kəsb edə bilər. Qədim dövrlərə aid tarixi abidələr, yaşayış
yerlərinin qalıqları, kurqanlar, daş kitabələr, məscidlər və digər tikililər də
çox maraqlı nümayiş obyekti rolunu oynaya bilər.

    Mədəni irsin qorunması və təbliği məqsədi ilə ərazidə mövcud
sənətkarlıq ənənələri bu gün də davam etdirilir. Bölgədə məşhur olan
xalçaçılıq ənənələrini öyrənmək və təkmilləşdirmək məqsədilə Xaçmaz
Peşə litseyində xalçaçılıq fakultəsi fəaliyyət göstərir. Bu sahəni inkişaf
etdirərək, iri həcmli və miniatür xalçaların istehsalı turistlərin diqqətini cəlb
edə bilər.

   Xaçmaz rayonu Xəzər dənizinin sahili boyu yerləşdiyinə görə bütün
sahil boyu turizmin inkişafı üçün şərait vardır. Bu ərazidə turizm
obyektlərinin kordinasiya olunması, turistlərin əraziyə cəlb edilməsi
məqsədilə Xaçmaz və Xudat şəhərində məlumat- təbliğat mərkəzinin
yaradılması zəruridir. Ərazidə həmçinin turistlərin balıqçılıq və ovçuluqla
məşğul olmaları üçün şərait yaratmaq mümkündür .

    Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin təşəbbüsü
ilə Dünya Bankının krediti hesabına yaradılması nəzərdə tutulan “Şahdağ”
milli parkına Xaçmaz rayonunun ərazisi də daxildir. Bu da ərazidə turizm
infrastrukturunun    yaradılması,     turizmin    inkişafı    imkanlarını
genişləndirəcəkdir.
           Xaçmaz      rayonu     ərazisində      yerləşən   tarixi   abidələr
haqqında

                                MƏLUMAT



S/s   Abidənin adı.             Yaranma tarixi.        Yerləşdiyi yer.

 1.   Dəmir yol stansiyası      XIX əsr                Xaçmaz şəhəri

 2.   Su anbası qülləsi         XIX əsr                Xaçmaz şəhəri

 3.   Dəmiryolçular klubu       1925-ci il             Xaçmaz şəhəri
      binası

 4.   Kilsə/ alban kilsəsi/     XIX əsr                Xaçmaz şəhəri

 5.   Dəmiryol vağzalı          XIX əsr                Yalama stansiyası

 6.   Dəmiryol vağzalı          1900-cü il             Xudat stansiyası

 7.   Dəmiryol vağzalı          XIX əsr                Qusarçay stansiyası

 8.   Dəmiryol vağzalı          XIX əsr                Ləcət stansiyası

 9.   Dəmiryol vağzalı          XIX əsr                Çarxı stansiyası

10.   Tağlı körpü               XIX əsr                Caqacuq çayı üzərində

11.   Tağlı körpü               XIX əsr                Qaraçay üzərində

12.   Tağlı körpü               XIX əsr                Xaçmazdan 8 km
                                                       şimalda

13.   Su kəməri                 1900-cü il             Şollar

14.   Məscid                    XIX əsr                Şıxlar

15.   Məscid                    XIX əsr                Moruq- oba kəndi

16.   Məscid                    XIX əsr                Qaraqurtlu kəndi

17.   Döyüş şöhrəti muzeyi      1970-ci il             Xaçmaz şəhəri

18.   Döyüş şöhrəti abidəsi     1976-ci il             Xudat şəhəri
19.   Böyük vətən mühar.    1977-ci il       Müqtədir qəsəbəsi
      həlak olan xatirə

20.   Yaşayış yeri          orta əsr         Aşağı- Zeyd kəndi

21.   Xocalı təpələri       orta əsr         Aşağı- Zeyd 2 km
                                             qərbdə

22.   Sərkər təpə           b.e.ə.III min    Borispol kəndi

23.   Kurqan                ilkin dəm. d     Borispol kəndi 200m.
                                             ş- də

24.   Naməlum kurqan        ilkin dəm. d     Qalağan kəndi

25.   Məscid                XIX əsr          Qalağan kəndi

26.   Qəbristanlıq          XIX əsr          Qalağan kəndi

27.   Maşı- təpə            orta əsr         Maşı- oba

28.   Dəyirman təpə 1       orta əsr         Maşı- obanın q-də

29.   Dəyirman təpə 2       orta əsr         Maşı- oba 500 m
                                             qərbdən

30.   Mollabürhan yaşayış   tunc dövrü       Mollabürhan kəndi
      yeri

31.   Naməlum kurqan        tunc dövrü       Köhnə Xudat

32.   Orta əsrlər kurqanı   tunc dövrü       Nülövlü kəndi

33.   Kurqanlar kompleksi   tunc dövrü       Qaracik kəndi

34.   Qəbristanlıq          orta əsr         Qaracik kəndi

35.   Qəbristanlıq          orta əsr         Vələmir kəndi

36.   Kurqan                ilk. orta əsr    Şixlar kəndi

37.   Şəhərgah şəhər yeri   ilk. orta əsr    Şixlar kəndi

38.   Kurqan təpə           damir dövrü      Həsənqala 1,5 km. q-
                                             də

39.   Yaşayış yeri          ilk tünc dövrü   Həsənqala kəndi
40.   Kurqan çoban təpə        ilk tünc dövrü        Qusarçay kəndi 200 m.

41.   Mollaxana yaşayış        orta əsr              Xanlıq- oba kəndi
      yeri

42.   Canaxır təpələri- 10     I-XII əsr             Canaxır 500 km. şimal

43.   Yaşayış yeri             ilk. orta əsr         Canaxır kəndi

44.   Qəbristanlıq             ilk. orta əsr         Canaxır kəndi

45.   Yaşayış yeri             ilk. orta əsr         Bostançı kəndi

46.   Yaşayış yeri, Qızlar     ilk. orta əsr         Şollar suyu filt. punkt.
      təpəsi

47.   Yaşayış yeri             ilk. orta əsr         Şollar

48.   Abidə üstü ərəb əlif.    XVII əsr              Şixlar kəndi
      Yazısı

49.   Sənduqə (qəbirüstü)      XIX əsr               Çaxçaxlı kəndi
      ərəb ə.

50.   Sənduqə (qəbirüstü)      XIX əsr               Çaxçaxlı kəndi

51.   Sənduqə                  XV əsr                Çaxçaxlı kəndi

52.   Abidə üstü ərəb əlif.    XV əsr                Qımıl- qışlaq kəndi
      Yazısı

53.   Abidə üstü ərəb əlif.    XV əsr                Qımıl- qışlaq kəndi
      Yazısı

54.   Məscid                   XIX əsr               Uzun- oba kəndi

55.   Məscid                   XIX əsr               Tağar- oba kəndi



      Xaçmaz rayonu ərazisində yerləşən turizm mərkəzləri haqqında

                              MƏLUMAT



S İstirahət       Tabeçiliyi     Ərazisi        Şəraiti             Yerlərin
  zonasının                                                         sayı
    adı

/
s

1           2.            3.           4.              5.           6.
.



                      Fiziki şəxslərə məxsus istirahət mərkəzləri


1. Malibu        “Nişanə”       3 ha          1 mərtəbəli daş 150 yer
                 məhdud                       evlər
                 məsuliyyətli
                 müəssisə

2. Palma         Fiziki şəxs    3 ha          2 mərtəbəli daş 150 yer
                                              evlər

3. Nabran        Fiziki şəxs    2 ha          1 mərtəbəli daş 100 yer
                                              evlər

4. Elvin         Fiziki şəxs    1 ha          1- 2 mərtəbəli 100 yer
                                              daş evlər

5. Sahil         Fiziki şəxs    7 ha          1 mərtəbəli daş 90 yer
                                              evlər

6. Şəms

7. Salam         “Şahdağ”       2,1 ha        1-2    mərtəbəli 50 yer
                 şirkəti                      daş evlər

8. Orman         Fiziki şəxs    1 ha          1      mərtəbəli 50 yer
                                              taxta-daş evlər

9. Qafqaz        Fiziki şəxs    0,5 ha        2 mərtəbəli daş 50 yer
                                              evlər

1 Palermo        Fiziki şəxs    0,7 ha        1 mərtəbəli daş 40 yer
0.                                            evlər

1 Meşəbəyi evi   Fiziki şəxs    1 ha          1 mərtəbəli daş 40 yer
1.                                            evlər

1 Tural          Fiziki şəxs    0,5 ha        1       mərtəbəli 40 yer
2.                                            taxta evlər
1 Bulaq             Fiziki şəxs      1 ha                 1      mərtəbəli 30 yer
3.                                                        taxta-daş evlər

1 Tropikanka        Fiziki şəxs      1ha                  1      mərtəbəli 30 yer
4.                                                        taxta-daş evlər

1 Mayak             Fiziki şəxs      1ha                  1      mərtəbəli 30 yer
5.                                                        taxta-daş evlər

1 Karvan            Fiziki şəxs      0,20 ha              2 mərtəbəli       7 21 yer
6.                                                        korpus

1 Xan çinar         Fiziki şəxs      0,5 ha                                   20 yer
7.

1 Dalğa             Fiziki şəxs      0,15 ha                                  15 yer
8.



                                      Cəmi : 1066 yer



           Dövlət müəssisələri nəzdində olan istirahət müəssisələri


 1   Gəmi təmiri   Poris Kommunası Gəmi təmiri       1     1 mərtəbəli        400 yer
.    (Kaspar)      təmiri                            ha    taxta- daş fin
                                                           evlər

2. Şahin           Xaçmaz Rayon Təhsil               1     1 mərtəbəli        150 yer
                   Şöbəsinin Həmk. İttifaqı          ha    taxta- daş
                                                           evlər

3. Neft            Azərneftyanacaq İstehsalat        2     1 mərtəbəli        100 yer
   yanacaq         Birliyi                           ha    daş evlər

4. Enerqetik       Elektrik Şəbəkələri Baş İdarəsi   1     1 mərtəbəli        100 yer
                                                     ha    taxta evlər

5. Səttarxan       Səttarxan adına Maşınqayırma 1          1 mərtəbəli        100 yer
                   zavodu                       ha         taxta evlər

6. Çinar           Baki Mərkəzi Univermağı           2     1 mərtəbəli        100 yer
                                                     ha    dəmir- şüşə
                                                           konstruk-sı

7. Azəriqaz        Azəriqaz Səhmdar Cəmiyyəti        1     Plastik evlər      100 yer
                                                     ha
8. Rabitəçi       Rabitə Nazirliyi                   0,1   1 mərtəbəli        70 yer
                                                     ha    daş evlər

9. Nabran         ƏSMF Nabran Dövlət                 1     1 mərtəbəli        60 yer
                  müəssisəsi                         ha    daş evlər

1 Geofizik        Geodeziya Nazirliyi                1     1 mərtəbəli        50 yer
0.                                                   ha    daş evlər

1 Mirvari         Azərbaycan Aqrarsənaye             1     Vaqonlar           50 yer
1.                bankı                              ha

1 Tərlan          Azərsığorta                        1     Dəmir              50 yer
2.                                                   ha    vaqonlar

1 Dəniz neft      Dəniz neftçıxarma idarəsi          1     1 mərtəbəli        50 yer
3.                                                   ha    taxta evlər

1                 Elektrotexnika zavodu              1     1 mərtəbəli        50 yer
4.                                                   ha    taxta evlər

1                 Azteleşirkət istirahət düşərgsi    1     1 mərtəbəli        30 yer
5.                                                   ha    taxta evlər

1                 B. Sərdarov adına zavodun          1     1 mərtəbəli        30 yer
6.                düşərgəsi                          ha    taxta evlər

1 Azəravtoyol     Azəravtoyol Dövlət Müəssisəsi      0,5   1 mərtəbəli        20 yer
7.                                                   ha    daş evlər



                                        Cəmi : 15 10 yer



              İdman təşkilatları nəzdində olan istirahət mərkəzləri.


1. Olimp      Azərbaycan KİTN Olimpiya 1 ha         1 mərtəbəli taxta evlər      100 yer
              ehtiyatları Litseyi

2. Olimp      Baki Gimnastika Mərkəzi      0,5      1 mərtəbəli daş bina         100 yer
                                           ha

3.            Azərbaycan Respublikası      1 ha     Çadırlar                     50 yer
              Voleybol Federasiyası

4. Lotos      İdman Klubu                  1,2      2 mərtəbəli taxta evlər      80 yer
   Ay-                                     ha
   Ulduz



                     Cəmi : 330 yer

             Təhsil ocaqlarının nəzdində olan istirahət mərkəzləri


1. Təbib     Azərbaycan Tibb              1 ha     1 mərtəbəli taxta evlər   150 yer
             Universiteti

2. Politex   Azərbaycan Texniki           2 ha     1 mərtəbəli taxta evlər   100 yer
             Universiteti

3. Şəfa      Azərbaycan Neft              2 ha     1 mərtəbəli taxta evlər   100 yer
             Akademiyası

4. Türk      Çağ öyrətim Türk Litseyi     0,5 ha   2 mərtəbəli daş evlər     60 yer
   Litseyi

                      Cəmi : 410 yer

           Həmkarlar təşkilatları nəzdində olan istirahət mərkəzləri.


1. Dostlu    Azərbaycan Birləşmiş         42 ha    1 mərtəbəli taxta- daş    400 yer
   q         Həmkarlar İttifaqı                    evlər

2. Xəzər     Azərbaycan Birləşmiş         42 ha    1 mərtəbəli taxta- daş    400 yer
             Həmkarlar İttifaqı                    evlər

3. Şahda     Kolxozlararası               2 ha     1 mərtəbəli taxta- daş    160 yer
   ğ                                               evlər

                              Cəmi : 960 yer

                              Ümumi yerlərin sayı : 4200 yer

								
To top